Məhkəmə qərarları › İş №2(105)-922/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-922/2021

17.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-922/2021 17.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili X6, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(031)-42/2020 saylı qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(031)-42/2020 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı Cavabdeh qarşı borcun qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair ilk iddia qismən təmin edilib, Cavabdeh «xxxx» ASC-yə olan borcun yarısı, yəni 4627.79 manat məbləğində pul (Kapitalbank ASC-yə ödənilməsi üçün) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə tutulması və ilk iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh İddiaçı qarşı əmlak bölgüsü və pul tələbinə dair qarşılıqlı iddia qismən təmin edilib, İddiaçı “BMW X-5” minik markalı, 2001-ci il buraxılışlı, tünd yaşıl metal rəngli, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərində payının 1/2 hissəsi, Siyəzən şəhəri, 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot torpaq sahəsində payının 1/2 hissəsi, dəyəri 700 (yeddi yüz) manat olan, “LC markalı” televizorun dəyərində payının 1/2 hissəsi, dəyəri 540 (beş yüz qırx) manat olan soyuducunun dəyərində payının 1/2 hissəsi, dəyəri 150 (yüz əlli) manat olan paltaryuyan maşının dəyərində payının 1/2 hissəsinin alınıb Cavabdeh verilməsi və qarşılıqlı iddianın qalan hisəsinin təmin edilməməsi qət edilmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayəti verib, Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(031)-42/2020 saylı qətnaməsinin qismən ləğv edilib, ilk iddianın tam təmin edilməsi və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, onunla cavabdeh X5 xx xxxx 2016-cı il tarixdə rəsmi nikaha daxil olmaqla nikahlarını Xaçmaz Rayon Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşayış dövründə övladları olmamışdır, cavabdeh əvvəl başqa qadınla evli olmuş, sonra boşanmışdır. Əvvəlki nakahından iki övladı vardır. Sonralar ona məlum olmuşdur ki, cavabdeh spirtli içki aludəçisi olmaqla mütamadi olaraq sərxoş gəzmiş, işləmədiyindən müxtəlif şəxsləri etibardan sui istifadə etmə və aldatma yolu ilə pullarını alaraq dələduzluq etmişdir. Mütamadi dələduzluq etdiyinə görə Cavabdeh Şabran Rayon Məhkəməsi tərəfindən xx xxxxxx 2003-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdehin onunla evlənməsi faktı da heç də həqiqətən ailə qurmaq niyyəti ilə deyil, bu izdivacdan sui istifadə etməklə onun və ailə üzvlərinin etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirmək, bu yolla əvvəllər borclu olduğu şəxslərə olan borclarını ödəmək məqsədi daşımışdır. Belə ki, cavabdeh müəllimlərə girovsuz, zaminsiz kredit veriləcəyi haqqında məlumatı bilərək ona bildirmişdir ki, “sən öz adına kredit götür, mənə pul lazımdır”, krediti özü ödəyəcəyini deməklə onu aldatmışdır, o, da onun sözünə inanaraq xx.xx.2018-ci il tarixdə “xxxx”dan illik 27,84 faizlə 48 ay müddətinə 6300 ( altı min yç yüz) AZN məbləğində adına kredit götürmüşdur. Lakin krediti götürəndən sonra cavabdeh krediti ödəməkdən yayınmış, hər ay onu aldadaraq aylıq kredit məbləğinin onun tərəfindən ödənilməsini xahiş etmiş, guya növbəti ay kreditləri ödəyəcəyinə və onun ödədiyi pulları da qaytaracağına söz versə də ödəməmiş və onu aldatmışdır. Beləliklə, o, bu kredit məbləğini ödəmək məcburiyyətində qalmışdır. Hazırda da ödəməkdə davam edir. Buna baxmayaraq cavabdeh ona təklif etmişdir ki, o, “xxxx”dan 20.000 manat kredit götürərək “xxxx”a olan borcu ödəyib, qalan pulla da ev tikərik, deyə təkrar kredit götürməyə sövq etmişdir. O, bu zaman başa düşmüşdür ki, cavabdeh aşkar surətdə dələduzluq edərək onu aldatmaqla pulu ələ keçirmək, bundan sonra ölkədən qaçıb getmək niyyəti vardır. Bu niyyətini onun özünə dedikdən sonra aralarında münaqişə başlamış bunun nəticəsi olaraq o, boşanma ilə əlaqədar məhkəməyə ərizə ilə müraciət etmişdir. Hesab edir ki, “xxxx”dan götürdüyü kredit məbləği nikah dövründə götürülmüş kredit borcu kimi tərəflərin hər ikisi tərəfindən yaranmış borc kimi bərabər surətdə ödənilməlidir. Kredit müqaviləsinə əsasən, onun götürdüyü kreditin ümumi məbləği 10513,58 AZN-dir. Bu məbləğin yarısı, yəni, 5262 AZN məbləği cavabdehdən alınaraq onun kreditlə bağlı göstərilən bankda adına açılmış hesaba ödənilməlidir. Bundan başqa cavabdehin dələduzluq yolu ilə onu istəmədiyi borc girdabına salmaqla sarsıntılar keçirməyə məruz qoyaraq mənəvi ziyan vurduğuna görə 5000 manat alınaraq ona verilməlidir. Bununla da cavabdehdən cəmi 10262 AZN (on min iki yüz altmış iki ) AZN alınaraq hesablarına köçürülməlidir. 2016-cı ilin may ayında ona cehiz pulu kimi verdiyi 3000 (üç min) ABŞ dolları pulu hara xəclədiyindən xəbəri olmamışdır. Həmin 3000 ABŞ dolları da cavabdehdən alınaraq ona verilməlidir. Ona görə də, «xxxx» ASC-yə olan borcun yarısı yəni 5262 (beş min iki yüz altmış iki) AZN məbləğinin, nikahdan əvvəl cavabdehə verdiyi 3000 ABŞ dolları, 5000 manat mənəvi zərər və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, onunla Rüstəmova (Bayramova) Xalidə İmran qızı arasında nikah kontraktı və ya razılaşma yoxdur. Bu səbəbdən birgə mülkiyyətlərində olan hal-hazırda İddiaçı olan dəyəri 18000 (on səkkiz min) manat olan, “BMW X-5” minik markalı, 2001-ci il buraxılışlı, tünd yaşıl metal rəngli, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərində payının 1/2 hissəsini yəni 9000$ manat məbləğində pulu, dəyəri 10 (on min) manat olan, Siyəzən şəhəri 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot torpaq sahəsində payının 1/2 hissəsədə və yaxud dəyərində payının 1/2 hissəsini, dəyəri 1000 (min manat) manat olan, “LC markalı” televizorun dəyərində payının 1/2 hissəsini, dəyəri 540 (beş yüz qırx) manat olan soyuducunun, dəyərində payının 1/2 hissəsini, dəyəri 150 (yüz əlli ) manat olan paltaryuyan maşının dəyərində payının 1/2 hissəsini, dəyəri 1158 (min yüz əlli səkkiz) manat olan Alfon-7 markalı telefonun dəyərində payının, 1/2 hissəsini, cavabdeh evdən gedərkən evdən apardığı 400 ABŞ dollar və 100 evro məbləğində valyutanın 1/2 hissəsini, cəmi 30848 (otuz min səkkiz yüz qırx səkkiz) manat dəyərində ümumi, birgə mülkiyyətlərində olmuş əmlakdan 1/2 hissədə olan əmlak payını və yaxud onların dəyərini yəni, 15424 (on beş min dörd yüz iyirmi dörd) manat məbləğində pulunu, 200 ABŞ dollarını, 50 evro valyutanı və cavabdeh evdən gedərkən özü ilə apardığı anasına məxsus, ailə yadigarı, çəkisi 4 qram, dəyəri 300 (üç yüz) manat olan nişan üzüyünü və ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Rüstəmova (Bayramova) Xalidə İmran qızının birgə nigah dövründə bankdan götürdüyü krediti bağlamaq üçün onun tərəfindən “xxxx” Kommersiya Bankı ASC-dən xx xxxxxxx 2018-ci il tarixdə birinci dəfə götürülmüş 5000 (beş min) manat və sonradan xx xxxxx 2019-cu ildə yenidən həmin bankdan götürülmüş cəmi, 10 439,73 (on min dörd yüz otuz doqquz) manat 73 qəpik kreditin məbləğinin 1/2 hissəsini təşkil edən 5219 (beş min iki yüz on doqquz) manat pul məbləğinin ondan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsi xx xxxxxxx 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normaları pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, ilk iddianın tam təmin edilməsi və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkili İ.C.Cavadov apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apelyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-ha¬ki¬min məruzəsini, işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2018-ci il tarixli, 155CLM********** saylı kredit müqaviləsindən görünür ki, İddiaçı illik 27.84 faizlə, 48 ay müddətinə 6300 AZN məbləğində «xxxx» ASC-nin Siyəzən rayon filialından kredit götürmüşdür. İşə əlavə edilmiş 2018-2019-cu il tarixli qəbzlərdən görünür ki, İddiaçı müxtəlif tarixlərdə «xxxx» ASC-yə olan kredit borcundan ödənişlər etmişdir. xx xxxxxxx 2018-ci il tarixli «xxxx» KB ASC-nin ödənişin təyinatı sənədindən görünür ki, Cavabdeh həmin bankdan 10.439.73 manat kreditə pul götürmüşdür. Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 02/9733 saylı arayışdan görünür ki, Siyəzən şəhərində yerləşən 0.05 ha torpaq sahəsinin qiymətləndirmə zamanı daşınmaz əmlak bazarında analoji torpaq sahəsinin dəyəri üçün əsas olan predmetlər və bazar trendi nəzərə alınmaqla müvafiq qiymətləndirmə metodu tətbiq edilmişdir. Obyektin xx xxxx 2018-ci il tarixinə bazar dəyəri 4500 manat təşkil edir. AD seriyalı 400076 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, ** XN *** dövlət qeydiyyat nişanlı, “BMW X-5” minik markalı, Universal tipli, 2001-ci il buraxlışlı, tünd yaşıl metalik rəngli, ban nömrəsi WBAFÖ310X0LG91166 olan avtomobilin sahibi X3r. Siyəzən Ticarət Mərkəzi tərəfindən verilmiş tarixsiz və qeydiyyata alınmayan məktubdan görünür ki, Cavabdeh Siyəzən Ticarət Mərkəzindən aşağıdakı məişət avadanlıqları almışdır və qiymətləri aşağıdakı kimidir-televizor LG «42»-700.0 manat, soyuducu Pozis 103 ağ-540 manat, paltaryuyan sadə 5 kq-95.0 manat, televizor altı-200.00 manat. Şabran Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli 2(031)338/2019 saylı qətnaməsi ilə Cavabdeh 1800 (min səkkiz yüz) ABŞ dolları (milli manat ekvivalentində) məbləğində əsas borc və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumu alınıb iddiaçı X4 verilməsi qət edilmişdir. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Siyəzən şəhərində 0.5 ha həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ xx xxxx 2018-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış ilə DƏDRX-də İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci madəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 34.1-ci maddəsinə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasında ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx xxx 2002 il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, «…mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi neymətlər) hüquqlarını pozmaqla fizki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda konpensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2008-ci il 3 noyabr tarixli 7 saylı qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması və iztirablara səbəb olan istənilən xarakterliqeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhtəsinə götürür. Birinci instansiya məhkəməsi ilk və qarşılıqlı iddia ərizələrini qismən təmin edilməsi nəticəsinə gələrkən hesab etmişdir ki, tərəflər birgə nikahda olub bir yerdə yaşadıqları müddətdə İddiaçı alqısatqı yolu ilə “BMW” markalı avtomaşın almış, eyni zamanda, Siyəzən şəhərində 0.5 ha həyətyanı torpaq sahəsi üzərində tam mülkiyyət hüququ xx xxxx 2018-ci il tarixdə DƏDRX-də İddiaçı adına qeydiyyata alınmışdır. Bundan əlavə, Cavabdeh ailənin birgə istifadəsi üçün 700 manat dəyərində “LG markalı” televizor, 540 manat dəyərində soyuducu və 95 manat dəyərində paltaryuyan maşın almışdır. Həmin əşyalar İddiaçı qalmışdır. Qeyd olunan əmlaklar onların birgə mülkiyyəti hesab edilməklə, həmin əmlaklarda hər birinin 1/2 hissədə payları vardır. Qarşılıqlı iddianın qalan hissəsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının həmin tələbləri ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim edə bilməmişdir. Ona görə də, iddia bu hissələrdə təmin edilməməlidir. Məhkəmə tərəfindən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılmış və tərəflərin izahatları yoxlanılmış, tədqiq olunan sübutlara əsaslanaraq məhkəmə hesab edir ki, ilkin iddia qismən təmin edilməli, Cavabdeh 4627.79 manat məbləğində pul və ödənilmiş 30 (otuz ) manat dövlət rüsumu alınıb İddiaçı ödənilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Qarşılıqlı iddia qismən təmin edilməli, cavabdeh İddiaçı BMW X-5 minik markalı, 2001-ci il buraxılışlı, tünd yaşıl metal rəngli, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərində payının 1/2 hissəsi, Siyəzən şəhəri 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot torpaq sahəsində payının 1/2 hissəsi, dəyəri 700 (yeddi yüz) manat olan, “LC markalı” televizorun dəyərində payının 1/2 hissəsi, dəyəri 540 (beş yüz qırx) manat olan soyuducunun dəyərində payının 1/2 hissəsi, dəyəri 150 (yüz əlli ) manat olan paltaryuyan maşının dəyərində payının 1/2 hissəsi alınıb iddiaçı Cavabdeh verilməli, qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. İşin araşdırılan hallarından müəyyən edilir ki birinci instansiya məhkəməsi “BMW X-5” minik markalı, 2001-ci il buraxılışlı, tünd yaşıl metal rəngli, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin ½ nisbətdə bölünməsi nəticəsinə gəlmiş, lakin AD N400076 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşın X1 adına qeydiyyatdan keçmişdir. Göründüyü kimi həmin avtomobilin mülkiyyətçisi X3r. Cavabdeh sözügedən avtomobilin İddiaçı ilə birgə nikah dövründə əldə etdiklərini sübuta yetirə bilməmiş, hazırki vəziyyətdə başqasının mülkiyyətində olan bir əmlakın tərəflərin arasında mübahisə predmeti olması qanunsuz və əsassızdır. Bununla yanaşı birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə İddiaçı dəyəri 700 manat olan “LC markalı” televizorun dəyərində payının 1/2 hissəsi, dəyəri 540 (beş yüz qırx) manat olan soyuducunun dəyərində payının 1/2 hissəsi, dəyəri 150 (yüz əlli ) manat olan paltaryuyan maşının dəyərində payının 1/2 hissəsinin alınıb Cavabdeh verilməsi nəticəsinə gəlsə də, qarşılıqlı iddiaçı tələbinin əsası kimi həmin halları sübuta yetirə bilməmiş, tərəflərin birgə nikah dövründə həmin əmlakların Cavabdeh tərəfindən alınması və İddiaçı qanunsuz sahibliyində qalması inandırıcı olmayıb, başqa sübutlarla öz təsdiqini tapmamış və işin araşdırılan halları ilə təkzib olunmuşdur. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, “İddiaçı “BMW X-5” minik markalı, 2001-ci il buraxılışlı, tünd yaşıl metal rəngli, ** XN *** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərində payının 1/2 hissəsi, dəyəri 700 manat “LC markalı” televizorun dəyərində payının 1/2 hissəsi, dəyəri 540 (beş yüz qırx) manat olan soyuducunun dəyərində payının 1/2 hissəsi, dəyəri 150 (yüz əlli ) manat olan paltaryuyan maşının dəyərində payının 1/2 hissəsinin alınıb Cavabdeh verilsin” hissədə iddianın əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş və birinci instansiya məhkəməsi həmin hissədə qarşılıqlı iddianı təmin etməklə səhvə yol vermiş və düzgün nəticəyə gəlməmişdir. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, ilk iddianın tam təmin edilməsi və qarşılıqlı iddia ərizəsinin rədd edilməsi barədə dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və həmin halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 385.1.1 - 385.1.4-cü maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən –«BMW X-5” minik markalı, 2001-ci il buraxılışlı, tünd yaşıl metal rəngli, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə olan payının dəyərinin 1/2 hissəsi, qiyməti 700 manat olan “LC markalı” televizora olan payının dəyərinin 1/2 hissəsi, qiyməti 540 (beş yüz qırx) manat olan soyuducuya olan payının dəyərinin 1/2 hissəsi, qiyməti 150 (yüz əlli ) manat olan paltaryuyan maşına olan payının dəyərinin 1/2 hissəsinin alınıb Cavabdeh verilsin» hissəsində ləğv edilməli və qarşılıqlı iddia həmin hissədə təmin edilməməli, qətnamə – «Cavabdeh «xxxx» ASC-yə olan borcun yarısı yəni 4627.79 manat məbləğində pul (Kapitalbank ASC-yə ödənilməsi üçün) və ödənilmiş 30 (otuz ) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə tutulsun, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin, qarşılıqlı iddia qismən təmin edilsin, cavabdeh İddiaçı Siyəzən şəhəri 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot torpaq sahəsində payının 1/2 hissəsi alınıb Cavabdeh verilsin və qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393, 402, 403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı verdiyi apelyasiya şikayəti qismən təmin edilsin. Şabran Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(031)-42/2020 saylı qətnaməsi qismən – «BMW X-5” minik markalı, 2001-ci il buraxılışlı, tünd yaşıl metal rəngli, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobilə olan payının dəyərinin 1/2 hissəsi, qiyməti 700 manat olan “LC markalı” televizora olan payının dəyərinin 1/2 hissəsi, qiyməti 540 (beş yüz qırx) manat olan soyuducuya olan payının dəyərinin 1/2 hissəsi, qiyməti 150 (yüz əlli ) manat olan paltaryuyan maşına olan payının dəyərinin 1/2 hissəsinin alınıb Cavabdeh verilsin» hissəsində ləğv edilsin və qarşılıqlı iddia həmin hissədə təmin edilməsin. Qətnamə – «Cavabdeh «xxxx» ASC-yə olan borcun yarısı yəni 4627.79 manat məbləğində pul (Kapitalbank ASC-yə ödənilməsi üçün) və ödənilmiş 30 (otuz ) manat dövlət rüsumu alınıb İddiaçı xeyrinə tutulsun, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin, qarşılıqlı iddia qismən təmin edilsin, cavabdeh İddiaçı Siyəzən şəhəri 28 may küçəsində yerləşən, mişar daşı ilə hasarlanmış 5 sot torpaq sahəsində payının 1/2 hissəsi alınıb Cavabdeh verilsin və qarşılıqlı iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar