Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-927/2024 15.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Güləli oğluna qarşı mülki iş üzrə (Açar sözlər: ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və torpaq sahəsinin geri alınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024-cü il, 2(067)-34/2024 nömrəli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Güləli oğluna qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin bölünməsi və paylarına düşən torpaq sahəsinin geri alınması” tələbinə dai iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayon AİK-nin xx.xx.1997-ci il tarixli 16 nömrəli qərarı ilə ümumi mülkiyyətlərinə verilmiş Xaçmaz rayonu, Yeni-Həyat qəsəbəsində yerləşən 3.02 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin naturada paylarının müəyyən edilməsi və iddiaçılara düşən pay sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 16 nömrəli qərarına əsasən Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yerləşən 3.02 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi onların ailələrinin yəni, Cavabdeh3, İddiaçı1, Cavabdeh1, İddiaçı2, İddiaçı4 Güləli qızı, Cavabdeh2 Güləli oğlu və İddiaçı3 Güləli qızının ümumi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin yeddi nəfər ailə üzvlərinin ümumi mülkiyyətinə verilməsinə dair JN595 nömrəli 30220087 kodlu xx.xx.1998-ci il tarixli Dövlət Aktı və **********87 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. Ailə münasibətlərinin pozulması ilə əlaqədar iddiaçılardan İddiaçı1 həyat yoldaşı Cavabdeh3 ayrı yaşayır. İddiaçı2 Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində, Dəmirova X4 rayonun Qullar kəndində, Mürsəlova X7 rayonun Atluxan kəndində kəndində öz ailələri ilə ayrı yaşayırlar. Ümumi mülkiyyətlərinə verilmiş 3.02 ha torpaq sahəsini cavabdehlər istifadə edir. Onlar iddiaçılara öz paylarına düşən torpaq sahəsindən hissəsindən istifadə etməyə imkan vermirlər. Hər vasitə ilə çalışırlar ki, torpaq sahəsindən istifadə etmələrinə maneəçilik yaratsınlar. Ona görə də məhkəməyə müraciət etməli olmuşlar.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024-cü il, 2(067)-34/2024 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi təmin olunmuş, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yerləşən 3,02 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Güləli qızının və X2 1/7 hissədə paylarının müəyyən edilməsi, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Güləli qızının və X2 payına düşən (mütəxəssis sxemində şərti olaraq “A”, “B” və “C” hərfləri ilə işarələnmiş) torpaq sahəsinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Güləli oğlunun qanunsuz sahibliyindən alınaraq iddiaçılara verilməsi, iş üzrə ödənilmiş 400 manat dövlət rüsumun, həmçinin mütəxəssis rəyi üçün ödənilmiş 95 manat və ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Güləli oğlundan müştərək qaydada alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi iş üzrə əldə edilmiş ekspert və mütəxəssis rəylərini nəzərə alaraq iddianı təmin etmişdir.
6. Məhkəmə AR Mülki Məcəlləsinin 220.2, 220.3, 223.2 və 223.4-cü maddələrinə istinad edərək iddianı təmin etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
7. Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024-cü il, 2(067)-34/2024 nömrəli qətnaməsindən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin 3.02 ha torpaq sahəsinin bölünməsi və ümumi mülkiyyətdə olan payların müəyyən edilməsi hissəsində qanunsuz və əsassızdır və qətnamə həmin hissələrdə ləğv edilməlidir. Həmin torpaq sahəsinin yeddi nəfər ailə üzvlərinin ümumi mülkiyyətinə verilməsinə dair JN595 nömrəli 30220087 kodlu xx.xx.1998-ci il tarixli Dövlət Aktı və **********87 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli Çıxarış verilmişdir. Müvəqqəti olaraq ailə münasibətlərinin pozulması ilə əlaqədar arvadı İddiaçı1 ondan ayrı yaşayır. Həmin ayrı yaşayan vaxt arvadı İddiaçı1 ondan qisas almaq niyyəti ilə qızlarını başdan çıxardaraq pay torpaqlarını ondan almaq niyyəti ilə məhkəməyə iddia qaldırmalarını öyrətmişdir. Əvvəllər həmin sözügedən 3.20 ha torpaq sahəsində üzüm bağları var idi. Həmin vaxt bağa dərman və aqrotexniki qulluq edərkən ona 20000 manat ziyan dəymişir. Nəhayət 13 ildən sonra həmin bağlarda fındıq qələmləri əkmişdir. Qızlarından İddiaçı3 Güləli qızına öz vəsaiti hesabına Xaçmaz rayon Yeni Həyat qəsəbəsində ev tikmiş, digər qızları İddiaçı2 Qusar rayonun Qullar kəndində, Mürsəlova X7 rayonun Atluxan kəndində öz ailələri ilə ayrı yaşayırlar, onlara da madd cəhətdən köməklik etmişdir. İddia ilə razılaşmır. Belə ki, min bir əziyyətlə, öz vəsaiti hesabına həmin torpaq sahəsində iki oğlu ilə birlikdə 26 il işləyib əziyyət çəkmiş, fındıq bağı salmışdır. Hal-hazırda həmin bağlar məhsul gətirdiyi zaman kənar şəxslərin müdaxiləsi ilə onu tamamilə müflis etmək istəyirlər. Bir valideyn kimi həmişə övladlarının qayğısına qalaraq, əlindən gələni onlar üçün əsirgəməmişdir. Qızları bu hərəkətləri ilə kənd arasında onu rüsvay edirlər. Belə olan halda onlar adlarına yazılmış pay torpaqlarını istəyirlər, o da iddiaçılardan qızı İddiaçı3 Güləli qızına öz vəsaiti hesabına Xaçmaz rayon Yeni Həyat qəsəbəsində tikdiyi evə görə ondan 20000 manat təzminat tələb edir. Digər cavabdehlər olan qızları İddiaçı2 və İddiaçı4 Güləli qızından hər birindən 10000 manat təzminat tələb edir. Həyatının 74 ilini övladlarının sağlam və xoş yaşamalarına həsr etmişdir. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 izahatında bildirdi ki, topraq payının ayrılması və bu barədə rəsmi sənəd əldə etmək istəyir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, torpaq sahəsinin İddiaçı4 faktiki istifadə etdiyi torpaq sahəsindən sonra yanbayan olmaqa, yol istiqamətində bölünməsini istəyir.
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 izahatında bildirdi ki, topraq payının ayrılması və bu barədə rəsmi sənəd əldə etmək istəyir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, torpaq sahəsinin İddiaçı4 faktiki istifadə etdiyi torpaq sahəsindən sonra yanbayan olmaqa, yol istiqamətində bölünməsini istəyir.
12. Məhkəmə kollegiyasının iclasında İddiaçı3 izahatında bildirdi ki, apellyasiya şikayətinin qəbul etmir. Atası ona 20.000 manata ev tikdirməsini bildirir. Həmin evi özü tikdirmişdir. 2002-ci ildə evi tikdirməyə başlamışdır. Atası sadəcə kərpic kəsməyə kömək etmişdir. Kənddə hamı bir-birinə ev tikintisinə köməklik göstərir. Topraq payının ayrılması və bu barədə rəsmi sənəd əldə etmək istəyir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, torpaq sahəsinin İddiaçı4 faktiki istifadə etdiyi torpaq sahəsindən sonra yanbayan olmaqa, yol istiqamətində bölünməsini istəyir.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı4 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, 6 il bundan qabaq şifahi qaydada razılaşdıraraq pay torpağını götürmüş və ondan istifadə etməyə başlamışdır. Orda fındıq bağı salmış və məhsul götürmüşdür. Hazırda onu öz torpaq sahəsində işləməyə qoymurlar. Ərinə fındıq ağaclarını sulamasına imkan verməmişlər. Torpaq sahəsindən istifadə etməyi mümkünsüz hala gəlmişdir. Qeyd olunanlara əsasən topraq payının ayrılması və bu barədə rəsmi sənəd əldə etmək istəyir. Ona görə də apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir. Məhkəmənin suallarına cavabında isə bildirmişdir ki, faktiki istifadə etdiyi 0,43 ha torpaq sahəsi yoldan axırda, mütəxəssis rəyində şərti olaraq “G” hərfi ilə işarələnmiş torpaq sahəsidir.
14. Cavabdeh3 ərizə ilə məhkəməyə müraciət edərək işə xəstə olması səbəbindən işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.
15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Güləli oğluna məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
16. ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yerləşən 3,02 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh3, İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh1 və Cavabdeh2 Güləli oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
17. İş materiallarında olan mədaxil qəbzlərindən müəyyən edilir ki, iddiaçılar tərəfindən iddia tələbi ilə əlaqədar cəmi 400 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
18. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, məhkəmə rəyinin alınması üçün 95 manat pul DƏDRX-nin hesabına köçürülmüşdür.
19. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/6624 nömrəli ekspert rəylərindən görünür ki, Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yerləşən 3,02 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinin paylı mülkiyyətçilər arasında naturada bölgüsü mümkündür və hansı variantlarda olması sxemdə əks olunur.
20. Mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin bölügü planından görünür ki, hər bir mülkiyyətçiyə düşən torpaq sahəsi 0,4314 ha olmaqla, torpaq sahələri şərti olaraq G,F,E,D,C,B və A hərfləri ilə nişanlanmışdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Konstitusiyası 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ-mülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5 Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
23. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 100 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.2. Apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
Apellyasiya baxışının hədləri
24. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024cü il, 2(067)-34/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı apellyasiya şikayətinə dair hissədə tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024-cü il, 2(067)-34/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir.
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, birgə iddiaçıların Mülki Məcəllənin yuxarıda istinad olunan maddələrinə əsasən paylarının müəyyən edilməsini, həmin payların böllnməsini və faktiki sahibliklərinin bərpa edilməsini tələb etmək hüquqları mövcud olmuşdur. Cavabdehin şikayətinin dəlilləri isə iddiaçıların qeyd olunan tələb hüquqlarını həyata keçirilməsini istisna edə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə, mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir.
27. Lakin, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlsə də, həmin nəticə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığından ləğv edilməli, yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilməlidir.
28. Belə ki, birinci instansiya məhkəməsi ümumi birgə mülkiyyətçilərin hər birinin ayrıca 1/7 hissədə payını müəyyən etsə də payın həmin qaydada müəyyən edilməsi üçün tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir. Hərçənd ki, payın müəyyən edilməsi ilə bağlı həmin tələbin maddi hüquqi əsası yuxarıda istinad olunan Mülki Məcəllənin 214.1-ci maddəsi təşkil etmişdir.
29. Bundan başqa birinci instansiya məhkəməsinin qətnaməsinin nəticə hissəsindən görünür ki, məhkəmə dörd nəfərdən ibarət birgə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiasını təmin etsə də payın bölünməsini mütəxəssis rəyinə əlavə edilmiş torpaq sahəsinin bölügü planında şərti olaraq A, B və C hərfləri ilə nişanlanmış torpaq sahələrinə uğyun həyata keçirmişdir ki, bununla da birgə iddiaçılardan yalnız üç nəfərin payı bölünməklə, verilmiş tələblər üzrə tam qətnamə çıxarmamış və prosessual qanunvericiliyin tələbini pozmuşdur.
30. Bundan baqşqa bölünmüş torpaq sahələrinin ayrı-ayrılıqda hansı mülkiyyətçiyə aid olması da qeyri-müəyyən olmuşdur.
31. Bundan başqa birinci instansiya məhkəməsi mübahisə yarananadək birgə mülkiyyətçilərin torpaq sahəsini faktiki istifadə etmə qaydasını da nəzərə alınmamışdır. Halbuki, məhkəmə kollegiyasının iclasında birgə mülkiyyətçilərdən İddiaçı4 yoldan axırda yerləşən, mütəxəssis rəyində şərti olaraq “G” hərfi ilə işarələnmiş 0,43 ha torpaq sahəsini uzun müddətdir ki, razılıq əsasında bölünərək onun istifadəsinə verildiyini qeyd etmişdir.
32. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024cü il tarixli, 2(067)-34/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yerləşən 3,02 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Güləli qızının və İddiaçı4 Güləli qızının hər birinin 1/7 hissədə payları müəyyən edilməli, torpaq sahəsi mütəxəssis rəyin əlavə olunan torpaq sahəsinin bölgü planına uyğun bölünərək, şərti olaraq “G” hərfi ilə işarələnmiş 0,4314 ha torpaq sahəsi İddiaçı4 Güləli qızının, “F” hərfi ilə işarələnmiş 0,4314 ha torpaq sahəsi İddiaçı2, “E” hərfi ilə işarələnmiş 0,4314 ha torpaq sahəsi İddiaçı3 Güləli qızının və “D” hərfi ilə işarələnmiş 0,4314 ha torpaq sahəsi İddiaçı1 ayrıca mülkiyyətinə verilməli və cavabdehlərin qanunsuz sahibliyindən alınaraq birgə iddiaçıların verilməlidir. Məhkəmə xərcləri isə mülki prosessual qanunvericiliyin tələbinə müvafiq olaraq, cavabdehə aid edilməlidir. 33.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 08 fevral 2024-cü il, 2(067)-34/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə Xaçmaz rayonu Yeni Həyat qəsəbəsində yerləşən 3,02 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Güləli qızının və İddiaçı4 Güləli qızının hər birinin 1/7 (yeddidə bir) hissədə payları müəyyən edilsin. Torpaq sahələri mütəxəssis rəyinə əlavə olunan torpaq sahəsinin bölgü planına uyğun bölünərək, şərti olaraq “G” hərfi ilə işarələnmiş 0,4314 ha torpaq sahəsi İddiaçı4 Güləli qızının, “F” hərfi ilə işarələnmiş 0,4314 ha torpaq sahəsi İddiaçı2, “E” hərfi ilə işarələnmiş 0,4314 ha torpaq sahəsi İddiaçı3 Güləli qızının və “D” hərfi ilə işarələnmiş 0,4314 ha torpaq sahəsi İddiaçı1 ayrıca mülkiyyətinə verilsin. Həmin torpaq sahələri müvafiq olaraq cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Güləli oğlunun qanunsuz sahibliyindən alınaraq iddiaçılara verilsin. İş üzrə ödənilmiş dövlət rüsumlarının 100 (yüz) manatı, həmçinin mütəxəssis rəyi üçün ödənilmiş 95 (doxsan beş) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Güləli oğlundan alınaraq, iddiaçılara verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Güləli oğlundan alınaraq, Məhkəmə Eksperizası Mərkəzinin hesabına (X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE********************) köçürülsün. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.