Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-929/2023 23.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və X1 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın qeyri-qanuni sahiblikdən alınması, evə köçürülmə və istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)- 931/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Abşeron rayonu Masazır kəndi S.Aşıq küçəsində yerləşən 0.0353 ha torpaq sahəsində inşa edilmiş 161 saylı ev Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 110 saylı reyestr kitabının 21 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********62-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.
2. Cavabdeh2 Bakı şəhəri 43 saylı notariat kontorunda 7E3286 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında 50 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli bir otaqlı orta təmirli fərdi yaşayış evi ilə bağlı aralarındakı razılığa əsasən, Cavabdeh1 tərəfindən 7000 manat məbləğ tam ödənilmiş, gələcəkdə də bununla bağlı onun dövlət orqanları qarşısında heç bir iddia və tələbi olmayacaqdır.
3. Bakı şəhəri 43 saylı notariat kontorunda 7M-2764 reyestr nömrəsi ilə qeydə alınmış, birinci tərəf Cavabdeh1 ilə ikinci tərəf İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən birinci tərəf öz materiallarından istifadə etməklə Abşeron rayonu Masazır qəsəbəsi ünvanında faktiki istifadəsində olan 50 kv.m torpaq sahəsində inşa edilən 3 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, giriş qapı, dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel-metlax, ümumi sahəsi 50 kv.m olan 1 mərtəbəli 2 (iki) otaqlı, mətbəxli, dəhlizli, təmirli, fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın qeyriqanuni sahiblikdən alınması, evə köçürülmə və istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Masazır qəsəbəsi ünvanında yerləşən 50 kv.m torpaq sahəsində olan iki otaqlı fərdi yaşayış evinin cavabdehlərin qeyri-qanuni sahibliyindən götürülməsi, iddiaçının həmin evə köçürülməsi və istifadəyə yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, iddiaçının köçürülməsini və istifadəyə yaradılan maneənin aradan qaldırılmasını xahiş etdiyi ünvanın ünvan 2şdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən 50 kv.m torpaq sahəsində olan bir otaqlı fərdi yaşayış evi Cavabdeh2 məxsus olmuşdur. Cavabdeh2 evi 12 fevral 2018-ci il tarixli notarial qaydada rəsmiləşdirilmiş ərizə ilə 7000 manat pul qarşılığında Cavabdeh1 satmışdır. Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli podrat müqaviləsinə əsasən, həmin cavabdeh evdə iddiaçının notarial qaydada ödəmiş olduğu 19000 manat əvəzində əlavə işlər görməklə (əlavə otaq inşa etmiş, təmir işləri aparmış, darvaza qoymuş və s.) iddiaçıya satmışdır. Ev iddiaçıya təhvil verilmiş, iddiaçı özünə məxsus olan əşyaları oraya köçürmüş, hazırda da ona məxsus olan əşyalar oradadır. Evin kommunal ödəniş və abonent hesabları da iddiaçının adınadır. Qanunvericilik müddəalarının mənasından görünür ki, mülkiyyət hüququ təbiət etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bu səbəbdən də, qeyd olunan fərdi yaşayış evi iddiaçıya məxsus olduğundan cavabdehlərin qanunsuz sahibliyindən alınmaqla cavabdehlər tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Ona görə də, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur.
7. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iddia ərizəsini qəbul edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, məhkəməyə daxil olmuş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4362 saylı rəyi ilə razıdır və iddiaçının vəkilinin dediklərini təsdiq edərək qeyd edir ki, torpaq sahəsinin Cavabdeh2 mülkiyyətində olmasından asılı olmayaraq, cavabdeh onun üzərində olan ayrıca tikilini digər Cavabdeh1 satmış və Cavabdeh1 isə həmin tikilini təmir edərək iddiaçıya satmış, qarşılığında pul almışdır. Maneə yaradan Cavabdeh1dur. Həmçinin, qeyd edir ki, sözügedən tikilinin hər hansı bir sənədi yoxdur.
8. xx.xx.2022-ci il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, Cavabdeh2 ilə digər Cavabdeh1 arasında mənzil satışına dair razılaşma formal xarakter daşıyır. Cavabdeh1 Cavabdeh2 ilə razılaşmadan evi satmışdır.
9. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-931/2022 nömrəli qətnaməsi ilə (hakim Habil Əhmədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daşınmaz əmlakın qeyri-qanuni sahiblikdən alınması, evə köçürülmə və istifadəyə yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manat pul vəsaitinin İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Abşeron rayonu Masazır kəndi S.Aşıq küçəsində yerləşən ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evinə münasibətdə İddiaçı məxsus hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi, iddiaçının mübahisəli torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə dair mülkiyyət hüquqları rəsmi dövlət reyestrində qeydə alınmamış, mülkiyyətçi olan Cavabdeh2 7000 manat müqabilində fərdi yaşayış evini digər Cavabdeh1 satması və hər hansı bir iddia, tələbi olmayacağı barədə ərizəsinin olmasına baxmayaraq, həmin tikilinin həqiqətən də alqı-satqısına dair müqavilələr məhkəməyə təqdim olunmamış, olduğu halda isə tikilinin iddiaçının adına rəsmi dövlət reyestrində qeydə alınmasına dair hüquqmüəyyənedici sənəd mövcud olmamışdır. İddia ərizəsi İddiaçı tərəfindən sübuta yetirilmədiyindən, eyni zamanda, torpaq sahəsi Cavabdeh2 mülkiyyətində olmaqla həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi həmin cavabdehə məxsus olduğundan və nəticə etibarı ilə iddiaçı köçürülməsini istədiyi fərdi yaşayış evinə qanunla müəyyən edilmiş qaydada qanuni sahiblik və istifadə hüququ əldə edə bilmədiyindən iddia tələbləri əsaslı deyildir, bu səbəbdən də təmin edilməməlidir.
11. İddiaçının podrat müqaviləsi əsasında mübahisəli fərdi yaşayış evinin Cavabdeh1 tərəfindən ona “satılması”na, Cavabdeh1 tərəfindən isə iddia tələbinin etiraf olunmasına münasibətdə məhkəmə Mülki Məcəllənin 139-1.3-cü maddəsinin tələblərinə istinad edərək qeyd etmişdir ki, iddiaçının podrat müqaviləsi adı altında fərdi yaşayış evini almasına, kommunal xidmət haqları ilə bağlı müqavilələr bağlamasına baxmayaraq, göstərilən hal iddiaçının daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsas olmamışdır. Göründüyü kimi, qanunvericilik daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan konkret sənədlər siyahısını müəyyən etmişdir ki, podrat müqaviləsi adı altında evin satılması mülkiyyət hüququnun yaranması üçün əsas deyildir və bu barədə qanunvericilikdə imperativ norma nəzərdə tutulmamışdır.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəlləsinin 139-1.1.3, 152.1-152.4, 152.5, 178.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
13. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsin xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 Bakı şəhəri 43 saylı notariat kontorunda 7E 3286 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında 50 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli bir otaqlı orta təmirli fərdi yaşayış evi ilə bağlı aralarındakı razılığa əsasən, Cavabdeh1 tərəfindən 7000 manat məbləğ tam ödənilmiş, gələcəkdə də bununla bağlı onun dövlət orqanları qarşısında heç bir iddia və tələbi olmayacaqdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli **********62-10301 reyestr nömrəli plan və ölçünün surətindən görünür ki, Abşeron rayonu Masazır kəndi S.Aşıq küçəsində yerləşən 161 saylı ev Cavabdeh2 mülkiyyətindədir. Göründüyü kimi, mübahisəli tikilinin hüquqi statusu özbaşına tikili olmaqla, Cavabdeh2 tərəfindən 50 kvadratmetr sahədə olmaqla inşa edilmiş, sonradan sonuncu tərəfindən digər Cavabdeh1 satılmış, sonuncu tərəfindən orada işlər (əlavə otaq inşa etmiş, təmir işləri aparmış, darvaza qoymuş və s.) görülmüş və iddiaçıya 19.000 manata “satmışdır”. Ev iddiaçıya təhvil verilmiş, iddiaçı özünə məxsus olan əşyaları oraya köçürmüş, hazırda da ona məxsus olan əşyalar oradadır. Evin kommunal ödəniş və abonent hesabları da iddiaçının adınadır. Göründüyü kimi, hər iki cavabdehin iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Lakin onlar bu öhdəliyi icra etməkdən yayınırlar. Əvəzində isə iddiaçıdan aldıqları pul və üstəgəl əmlakdan da faydalanırlar. Məhkəmə öhdəliklə bağlı sadalanan maddi hüquq normalarını analogiya üzrə tətbiq etməli olduğu halda etməyərək iddiaçının hüquqlarının pozulmasına gətirib çıxaran qətnamə çıxarmışdır. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçi hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Məhkəmə qətnamə qəbul edərkən bu halı nəzərə almamış, iddiaçının sahiblik hüququnu pozmuşdur. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə qərar qəbul edərkən cavabdehin xüsusi mülkiyyətçi olmasını əsas götürərək iddiaçının sahiblik hüququnun pozulmasına səbəb olan qətnamə qəbul etmişdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 14 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasından görünür ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Hesab edir ki, mübahisəli tikilinin cavabdehin xüsusi mülkiyyətində olması deyil, iddiaçının sahiblik hüququnun pozulması aydınlaşdırılmalı olduğu hada, məhkəmə yuxarıda sadalanan maddi hüquq normalarını iddiaçıya münasibətdə pozmuşdur. Məhkəmə mülkiyyət hüququna dair normaları sadalamaqla, formal nəticəyə gəlmişdir. Çünki, mübahisəli tikili özbaşına tikilidir və Cavabdeh2 oraya hər hansı mülkiyyət hüququ mövcud deyildir. İstinad edilən maddi hüquq normaları işə düzgün tətbiq edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (...) 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
Maddə 144. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. (...)
Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. (...)
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (...)
Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.
Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
24. Hazırkı halda mülkiyyət və ya sahiblik hüququnun müdafiəsi ilə bağlı iddia irəli sürmək üçün ilk növbədə iddiaçının iddia etdiyi daşınmaz əmlaka hər hansı bir hüququnun olması müəyyən edilməlidir. Mövcud iddia tələbinə görə iddiaçı qanuni, cavabdehlər isə qanunsuz sahiblik edən şəxslər olmalıdırlar.
25. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Abşeron rayonu Masazır kəndi S.Aşıq küçəsində yerləşən 0.0353 ha torpaq sahəsində inşa edilmiş 161 saylı ev Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 110 saylı reyestr kitabının 21 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********62-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. O cümlədən 0.0353 ha torpaq sahəsi üzərində də Cavabdeh2 xüsusi mülkiyyət hüququ qeydə alınmışdır.
26. Cavabdeh2 Bakı şəhəri 43 saylı notariat kontorunda 7E3286 reyestr nömrəsi ilə qeydə alınmış xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında 50 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli bir otaqlı orta təmirli fərdi yaşayış evi ilə bağlı aralarındakı razılığa əsasən, Cavabdeh1 tərəfindən 7000 manat məbləğ tam ödənilmiş, gələcəkdə də bununla bağlı onun dövlət orqanları qarşısında heç bir iddia və tələbi olmayacaqdır.
27. Bakı şəhəri 43 saylı notariat kontorunda 7M-2764 reyestr nömrəsi ilə qeydə alınmış, birinci tərəf Cavabdeh1 ilə ikinci tərəf İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli podrat müqaviləsinə əsasən birinci tərəf öz materiallarından istifadə etməklə Abşeron rayonu Masazır qəsəbəsi ünvanında faktiki istifadəsində olan 50 kv.m torpaq sahəsində inşa edilən 3 metr daxili hündürlüyü, daxili və xarici divarlar mişar daşı, özülü beton, dam örtüyü şifer, döşəmə taxta, giriş qapı, dəmir seyf qapı, pəncərələr (pvc), sanitar qovşağı kafel-metlax, ümumi sahəsi 50 kv.m olan 1 mərtəbəli 2 (iki) otaqlı, mətbəxli, dəhlizli, təmirli, fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürmüşdür.
28. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4362 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, **********62-10301 reyestr nömrəli çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 0,0353 ha torpaq sahəsinin faktiki vəziyyətdə planlı yerləşməsi, konfiqurasiyası və.s. texniki parametrlərinin həmin torpaq sahəsinin xx.xx.2014-cü il tarixli Texniki pasportuna uyğun olduğu və iddiaçının iddia etdiyi tikintialtı sahəsi təqribən 50 kv.m olan bir mərtəbəli tikilinin **********62-10301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,0353 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir.
29. İşin müəyyən edilmiş halından göründüyü kimi Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış 24 sentyabr 2021-ci il tarixli podrat müqaviləsi əslində mübahisəli tikilinin iddiaçıya satılmasının rəsmiləşdirilməsi məqsədi daşımışdır. Həmin tikili və onun yerləşdiyi torpaq sahəsi üzərində isə Cavabdeh1 sərəncam vermək hüququ olmamışdır. İddiaçının həmin tikilini Cavabdeh1 almasına və kommunal xidmətlərlə bağlı müvafiq müəssisələrlə müqavilə bağlamasına istinad edərək mövcud tələbi irəli sürməsi əsassızdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Notariat qaydasında təsdiqlənən müqavilə isə podrat müqaviləsi olmuşdur ki, bu da daşınmaz əmlak üzərində sərəncam vermək üçün deyil, podratçının müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçinin isə podratçıya razılaşdırılmış muzd ödəməsini öhdəsinə götürməsi barədə müqavilədir. Bu müqavilə isə iddiaçıya mübahisəli tikilidən və ya onun yerləşdiyi torpaq sahəsindən istifadə və ya sahiblik hüququ vermir.
30. Digər tərəfdən, cavabdehlərin Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında 50 kv.m torpaq sahəsində yerləşən bir mərtəbəli bir otaqlı orta təmirli fərdi yaşayış evi ilə bağlı aralarındakı razılıq barədə ərizənin mövcudluğu Cavabdeh1 həmin tikili üzərində mülkiyyət hüququnu və ya digər hüququn qeydiyyata alınmasına əsas verməmişdir.
31. Həmin ərizədən həmçinin aydın olur ki, mübahisəli 50 kv.m torpaq sahəsində yerləşən tikili razılaşmadan əvvəl bir mərtəbədən bir otaqdan ibarət orta təmirli formada mövcud olmuşdur. Ekspert rəyi ilə də müəyyən olunur ki, həmin tikili Cavabdeh2 mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 0,0353 ha torpaq sahəsinin hüdudları daxilində yerləşir.
32. Məhkəmə kollegiyası Cavabdeh1 iddianın bir hissədə etirafı barədə ərizəsinə münasibətdə qeyd edir ki, iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.
33. İddiaçı tikilinin özbaşına tikili olduğunu, Cavabdeh2 həmin evə dair mülkiyyət hüququnun olmadığını göstərsə də, əksinə iş materiallarından müəyyən olunur ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi üzərində Cavabdeh2 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
34. Mülki Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
35. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən, özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbi ilə iddiaçının pozulmuş hüququnun bərpası mümkün deyildir.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil.
38. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-931/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.