Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-932/2025 19.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, X6 qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması” tələbinə dair mülki iş üzrə Cavabdeh2 nümayəndəsi X2 həbsin götürülməsi barədə ərizəsinə dair Quba Rayon Məhkəməsinin e-2(027)-43/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(027)-1047/2021 saylı qərardadı ilə Quba rayonu, Kupçal kəndində yerləşən 0,72 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(027)-43/2023 nömrəli qərardadı ilə (hakim Samir Məmmədov) ərizə təmin edilməmişdir. Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(027)-43/2023 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, qərardad qəbul edilərkən iş üçün əhəmiyyəti olan bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Dörd ildir ki, İsbatov qardaşlarının tam qanuni əsasla əldə etdikləri torpaq sahələri üzərində həbs qoyulmuşdur. DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən aldıqları rəsmi sənədlər də ona məxsus sənədlərin mötəbərliyini, əsaslılığını göstərir. Amma sonradan müəmmalı formada sənəd alan şəxslər hal-hazırda iddialarla çıxış edirlər. Belə iddialarla çıxış etdikləri ərəfədə onlara məxsus torpaq sahələri üzərində əmlakın üzərinə həbs qoyulması növündə iddianın təmini tədbirinin seçilməsini düzgün hesab etmir. Belə bir həbsin qalması onların mülkiyyət hüququnu pozur. Torpaq sahələrinə mülkiyyət hüququna dair sənəd hələ qüvvədədir, qeydiyyatı vardır. Ərizəmə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halla tam aydınlaşdırılmamışdır. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun deyildir. Quba Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(027)-43/2023 nömrəli qərardadı ilə (hakim Samir Məmmədov) şikayət təmin edilməmiş və mülki işlə birlikdə apellyasiya qaydasında baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab edir. İş materiallarından görünür ki, İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə və Cavabdeh2 qarşı “mülkiyyət və istifadə hüquqlarına qəsdə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2020 qeydiyyat tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Vəkil iddianın təmin edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılana kimi ********** nömrəli, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən Cavabdeh2 Şixsayıd oğluna məxsus Quba rayonu, Kupçal kəndində yerləşən 0,72 ha torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qəradad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2(027)-1047/2021 saylı qərardadından görünür ki, işə mahiyyəti üzrə baxılıb qurtarana kimi Quba rayonunda yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Cavabdeh2 Şixsayıd oğluna məxsus olan Quba rayonu, Kupçal kəndində yerləşən 0,72 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixliqərardadı ilə mülki işin icraatına işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilmişdir. Digər tərəfdən, iş materiallarında olan qanuni qüvvəyə minmiş Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(105)-174/2023 saylı qərardadından görünür ki, Cavabdeh2 adına olan xx.xx.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli və **********22 reyestr nömrəli mülkiyyət hüququna dair çıxarış artıq ləğv edilmiş və həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər əvvəlki vəziyyətə bərpa edilməlidir. Beləliklə məhkəmə kollegiyası ərizənin təmin edilməsinə zərurətin olmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, şikayətdə göstərilən dəlillər birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün əsas olmadığından, şikayət təmin edilməməli, Quba Rayon Məhkəməsinin e-2(027)-43/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin e-2(027)-43/2023 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-932/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-932/2025
19.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver