Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-935/2020 01.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), X24 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı1 vəkili X4, cavabdeh X3 nümayədəsi X11 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X5 və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı X25rşı “çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2465/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 0065 və JN0067 №-li torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına çıxarış verilməsinə mane törədən problemi aradan qaldırmaq məqsədi ilə işi araşdıraraq Xaçmaz DƏDRX-i tərəfindən verilmiş ******* saylı saxta çıxarışın ləğv edilərək 0065 və 0067 № Dövlət Aktlarına çıxarışın çıxarılması öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2465/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim İlkin Xəlilov) Qətnamədən iddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2465/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, məhkəmə qətnaməsinin 2-ci səhifəsinin 23-34-cü sətirlərində cavabdeh İsrafilova Rəilənin nümayəndəsi İsrafılov Arifin izahatına istinadən qeyd edir ki, Arif vaxtı ilə torpaq şöbəsinə Dövlət Aktının qanuni olub-olmaması ilə bağlı müraciət etmiş və oradan müsbət cavab alandan sonra torpaq sahəsi ilə bağlı zəruri əməliyyatlar etmişlər. Mübahisəli torpaq sahəsi onun atasının adına olub, atası öldükdən sonra iddiaçılar onların torpaq sahələrinə dair yeni Dövlət aktı alıblar. Odur ki, iddianın təmin edilməməsini xahiş edir. İddia tələbinə qarşı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Əlavə qeyd edir ki, məhkəmə yuxarıda qeyd olunan xüsusatlara istinadən iddia tələbinin təmin edilməməsi nəticəsinə gəlməsi tam əsassız və qeyri qanunidir. Belə ki, əvvəla iddia tələbi cavabdeh İsrafilova Rəiləyə qarşı, İsrafılov Abdulun adına verilmiş JN0062 № li Dövlət Aktının qanuni və yaxudqeyri-qanuni olmasının araşdırılması deyildir. Tələbi, vəsatətlə məhkəməyə təqdim ediİmiş iddiası üzrə toplanmış bütün hüquqi sənədlərin araşdırılaraq pay torpaqlarının kompüter bazasında olan 2-ci bölgü sxemi üzrə deyil , səhvən (yaxud bilərəkdən), ləğv edilmiş 1-ci bölgü sxemindən istifadə edildiyindən ******* saylı çıxarışın qeyri-qanuni və saxta olduğu üçün həmin çıxarışın ləğv edilməsidir. Əlavə olaraq onu da xüsusilə qeyd edir ki, İsrafılov Abdul 2016-cı ildə vəfat etmişdir. Mübahisələndirilən torpaq mülkiyyət hüququ haqqında JN0062, 0065 və 0067 №li dövlət aktları isə 2000-ci ildə verilmişdir. Məhkəmə, qətnaməsinin 2-ci səhifəsinin 35-47 sətirlərində digər bir anlaşılmaz xüsusatı qeyd edərək yazır: " Cavabdeh DƏDRX-nin 5 saylı X33 nümayəndəsi Binyatov Ramil iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsinə cavabdeh Rəilə İsrafılovanın adına DƏDRX-dan çıxarış verilməsinə əsas olmuş sənəd Quba rayon Torpaq Şöbəsinin verdiyi Dövlət Aktı olub. Onlar 1.73 ha torpaq sahəsini satıblar, qalan 1.55 ha torpaq sahəsinə dair isə xx.xx.2015-ci il tarixdə çıxarış alıblar. Sonradan 5 nəfər ailə üzvlərindən 4 nəfəri öz paylarını Rəilə İsrafilovaya bağışlayıblar və buna dair onun adına çıxarış verilmişdir.Cavabdehin adına çıxarışın verilməsində DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi heç bir qanunsuzluğa yol verməmişdir. Əgər torpaq sahələri üst-üstə düşürsə onlar DƏDRX-nin Kadastr və Ünvan Reyestr xidmətinə müraciət edə bilərlər. Onlara çıxarış verilməsi üçün məlumatları DƏDRX-nin Kadastr və Ünvan Reyestr xidməti verir. Qeyd olunanlarla əlaqədar iddianın təmin edilməsini xahiş edir”. Beləliklə də qətnamənin 2- ci səhifəsinin 48-ci sətrində qeyd olunur ki, “Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir”. Əvvəla cavabdehin nümayəndəsi İsrafılov Arifin, eləcə də DƏDRX-nin nümayəndəsi Binyatov Ramilin izahatları iddianın təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsi, bilərəkdən cinayət törədərək İsrafılova Rəilənin adına saxta çıxarış çıxarmışdır. Belə olan halda, əlbəttə ki, DƏDRX-nin nümayəndəsi öz cinayət hərəkətini ört-basdır etmək üçün məhkəmədən iddianın təmin edilməsini xahiş etməlidir. Qeyd olunan nümayəndələrin izahatları məhkəməni qane etdiyi üçün, onların izahatlarına istinadən “sübut” kimi götürülərək qətnamə çıxarmışdır. Yuxarıda göstərilənlərdən başqa, qətnamənin 3-cü səhifəsinin 26.48 sətirlərində iş üzrə ekspertiza rəyinin nəticələri qeyd edilmişdir. Ekspertiza rəyinin nəticəsindən məlum olur ki, İsrafilov Abdulun adına verilmiş torpağa mülkiyyət hüququna dair JN0062 nömrəli Dövlət Aktı torpaq sahəsinin plan və ölçü sənədinə uyğun deyildir. Lakin torpağın mülkiyyətə verilməsinə dair JN0065 və JN0067 nömrəli Dövlət Aktlarında göstərilən torpaq sahələrinin cizgiləri naturadakı torpaq sahəsinə uyğundur. Belə ki, əgər JN0062 nömrəli Dövlət Aktının cizgiləri, yəni plan və ölçüləri naturada olan torpaq sahəsinə uyğun deyildirsə, deməli sözügedən həmin mübahisəli torpaq sahəsinə uyğun deyildirsə, deməli sözügedən həmin mübahisəli torpaq sahəsinə ******* nömrəli çıxarışın verilməsi qeyriqanuni olduğundan həmin çıxarış ləğv edilməlidir. Bunu da nəzərə çatdır ki, torpaq iddiası ilə bağlı təyin edilmiş ekspert rəylərində hətta göstərilir ki, İsrafilov Abdulun (sonradan Rəilə) torpaq sahəsini Zakir və İddiaçı2lar (yəni onlar) hər hansısa formada zəbt etməmişlər. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2465/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və çıxarışın ləğv olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili X16 apelyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərini təsdiq edərək apelyasiya şikayətinin təmin edilməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2465/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və çıxarışın ləğv olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X26 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddia tələbi ilə qəti razılaşmır. Quba rayon məhkəməsində mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçılarla aralarında mülki məsələyə baxılıb və həmin məhkəmə araşdırması zamanı işin bütün halları araşdırlıb və qəbul edilmiş qətnamədə öz əksini tapıb. Mübahisəli torpaq sahəsinə dair əvvəlcə atasının adına Dövlət Aktı olub, sonra bağışlama yolu ilə torpaq anasının adına keçmişdir. O, vaxtikən Torpaq şöbəsinə onlara verilən torpaq sahəsinin qanuni olub-olmaması ilə bağlı müraciət etmiş, oradan arayış formasında müsbət cavab alandan sonra torpaq sahəsi ilə bağlı zəruri əməliyyatlar etmişdir. Mübahisəli torpaq sahəsi atasının adına olub. O, vəfat edəndən sonra iddiaçılar onların torpaq sahəsinə dair adlarına yeni Dövlət Aktı alıblar. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2465/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə İddiaçı2 və cavabdeh X12 AR ƏMDK yanında DƏDRX-nin 5 saylı X33 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0062 saylı 30310018 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayonu AİK-nın xx.xx.1997ci il tarixli 03 saylı qərarından müəyyən olunur ki, X19, Cavabdeh2, X26, X20 və X13 paylı mülkiyyətinə Quba rayonunun, Vəl-vələ kəndi ərazisindən 3.05 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0065 saylı 30310018 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayonu AİK-nın xx.xx.1997-ci il tarixli 03 saylı qərarından müəyyən olunur ki, X8, İddiaçı1, X17, X27, X21 və X6 paylı mülkiyyətinə Quba rayonunun, Vəl-vələ kəndi ərazisindən 4.76 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Torpağa mülkiyyət hüququna dair JN-0067 saylı 30310018 kodlu Dövlət Aktından müəyyən olunur ki, Xaçmaz rayonu AİK-nın xx.xx.1997-ci il tarixli 03 saylı qərarından müəyyən olunur ki, X14 paylı mülkiyyətinə Quba rayonunun, Vəl-vələ kəndi ərazisindən 0.80 ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışından və xx.xx.2015-ci il tarixli № AA 014639 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən olunur ki, Quba rayonu, Vəlvələ kəndi ərazisində yerləşən 1.552 ha torpaq sahəsi Cavabdeh2 Səddər qızının mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2007-ci il tarixli № AA 004301 saylı torpaq sahəsinin plan və ölçüsündən müəyyən olunur ki, Quba rayonu, Vəl-vələ kəndi ərazisində yerləşən 1.570544 ha torpaq sahəsi İddiaçı1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2017-ci il tarixli ekspert rəyindən müəyyən olunur ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 5 saylı Xaçmaz LTİ-nin mütəxəssisi A.İbadov tərəfindən imzalanmış xx.xx.2017-ci il tarixli **********16 saylı mütəxəssis rəyində qeyd olunanlara əsasən, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla X2 mülkiyyətində olan 1.552 ha torpaq sahəsinin, JN-00xx xxx 30310018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə X15 mülkiyyətinə verilməsinə dair Dövlət Aktı ilə X8, İddiaçı1, X17, X27, X21 və X6 mülkiyyətinə verilmiş 4.76 ha torpaq sahəsinin sərhədləri yerində müəyyən edilmişdir. Cavabdeh2 Səddər qızının adına olan RX seriyalı, ******* nömrəli reyestrdən çıxarış və reyestr xidmətinin verdiyi reyestr nömrəsi **********02 olan plan və ölçü sənədi JN00xx xxx 30310018 saylı Torpağın mülkiyyətə verilmsinə dair Dövlət Aktı ilə verilmiş 3.05 ha torpaq sahəsinin plan və ölçü sənədinə uyğun deyildir. Göstərilən plan və ölçülər 3.05 ha torpaq sahəsinə uyğun deyildir. JN-00xx xxx 30310018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə İddiaçı2 mülkiyyətinə verilmiş 0.80 ha torpaq sahəsinin cizgiləri naturadakı torpaq sahəsinə uyğundur. JN 00xx xxx 30310018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə X8, İddiaçı1, X17, X27, X21 və X6 mülkiyyətinə verilmiş 4.76 ha torpaq sahəsinin cizgiləri naturadakı torpaq sahəsinə uyğundur. RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışla Cavabdeh2 Səddər qızının mülkiyyətində olan 1.552 ha torpaq sahəsinin JN 00xx xxx 30310018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə İddiaçı2 mülkiyyətinə verilmiş 0.80 ha torpaq sahəsi və JN 00xx xxx 30310018 saylı Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı ilə X8, İddiaçı1, X17, X27, X21 və X6 mülkiyyətinə verilmiş 4.76 ha torpaq sahəsinin mülki nömrəsi 65M olan hissəsi ilə üst-üstə düşür. RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla Cavabdeh2Səddər qızının mülkiyyətində olan 1.522 ha torpaq sahəsi cavabdehlər İddiaçı1 və İddiaçı2 tərəfindən hansısa formada istifadə edilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(027)32/2018 saylı qətnaməsindən müəyyən olunur ki, İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh2 Səddər qızına verilmiş 1,552 ha torpaq sahəsinin 0,66 ha hissəsindən, digər cavabdehlər X8, İddiaçı1, X17, X27, X21 və X18 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Cavabdeh2 Səddər qızına verilmiş 1,552 ha torpaq sahəsinin 0,56 ha hissəsindən çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Eyni zamanda həmin qətnamədən müəyyən olunur ki, işdəki sübutlara iddiaçı Cavabdeh2 Səddər qızına məxsus 1.552 ha torpaq sahəsinin 0,66 ha hissəsi İddiaçı2 tərəfindən, 0,56 ha hissəsi X8, İddiaçı1, X17, X27, X21 və X22 tərəfindən zəbt olunaraq qeyri-qanuni istifadə olunması sübuta yetirilir. Ona görə də cavabdehlər X28, X8, İddiaçı1, X7 qanunsuz istifadə etdiyi iddiaçı X9 məxsus 1.552 ha torpaq sahəsinin həmin hissəsindən çıxarılmalı və bununla da həmin iddiaçının istifadə olunmuş həmin torpaq sahələrinə mülkiyyət hüquqları tam şəkildə bərpa edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının Cavabdeh2 məxsus xx.xx.2015-ci il tarixli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışın verilməsinə əsas olmuş sənədləri mübahisələndirmədən birbaşa həmin çıxarışın ləğvi və 0065 və 0067 № Dövlət Aktlarına çıxarışın çıxarılması öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsini müəyyən edərək iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı tələb ilk növbədə inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğundan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 0065 və JN0067 №-li torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına çıxarış verilməsinə mane törədən problemi aradan qaldırmaq məqsədi ilə işi araşdıraraq Xaçmaz DƏDRX-i tərəfindən verilmiş ******* saylı saxta çıxarışın ləğv edilərək 0065 və 0067 № Dövlət Aktlarına çıxarışın çıxarılması öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının ləğv olunmasını tələb etdiyi Çıxarışın əsasını Quab rayon X10 xx xxxx 1997-ci il tarixli, 03 saylı qərarı təşkil edir. Əslində tələb həmin qərarın və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsidir. Məhz bundan sonra əmlaka hüquqlarla bağlı məsələ həllini tapa bilər. Həmin qərarın və Çıxarışın ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli orqanlar inzibati orqanlardır- Quba rayon X23 (indiki hüquqi varisi) və hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmə qətnaməsi ləğv edilməlidir. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2465/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi qətnaməsi ləğv edilməli, işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 261-264, 365 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2465/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər X5 və AR ƏMDK yanında DƏDRX-nin 5 saylı X25rşı “çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə işin icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan rəsmi qaydada alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-935/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-935/2020
01.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver