Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-946/2025 19.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İlk iddia üzrə iddiaçı X7 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı və qarşıqlıqlı iddia üzrə iddiaçı Cavabdeh1 X11 qarşı mülki iş üzrə (Açar söz: maddi və mənəvi zərərin ödənilməsi - əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı X7, onun vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-558/2025 nömrəli qətnaməsindən iddiaçı X14 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı X14 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada ona dəymiş mənəvi zərər əvəzinə 47000 manat və maddi zərərə görə 3000 manat məbləğində pulun kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardadın qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir. 2.İddiaçı X14 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada ona dəymiş mənəvi zərər əvəzinə 97000 manat və maddi zərərə görə 3000 manat məbləğində pul kompensasiya şəklində tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini, Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 təhqiqatda və məhkəmə proseslərində ona qarşı verdikləri yalan məlumatlar böhtan xarakterli olduğuna görə Cinayət Məcəlləsinin 297-ci maddəsi ilə cinayət işinin qaldırılması üçün qərardad qəbul edilib Abşeron Rayon Prokuroruna göndərilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum anasından Sumqayıt şəhəri, Novxanı bağlar massivi, nömrə 2172 ünvanında yerləşən ümumi 0,24 ha-dan ibarət bağ torpaq sahəsi miras qalmışdır. Miras qalmış əmlakı onun atası hələ sağlığında övladlarından Cavabdeh3 adına rəsmiləşdirmişdir. Sonradan onun razılığı olmadan həmin sözügedən miras əmlakın bir hissəsi AN ******* nömrəli, 26 iyul 2021-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən 14500 manat məbləğində X8 tərəfindən X1. O, həmin sözügedən miras əmlaka 2021-ci ilin oktyabr ayından başlayaraq 2 il ərzində getmiş, həmin miras əmlakda payının olduğu barədə qardaşları Cavabdeh2 və Cavabdeh3 bildirdikdən sonra onlar arasında narazılıq yaranmışdır. Anasından miras qalan bağ torpaq sahəsindən onun vərəsəlik payını vermək istəmədiklərinə görə xx.xx.2022-ci il tarixdə Etibar Muradov Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə şikayət etmişdir. Cavabdeh2 və Muradov Etibar Dadaş oğlu anadan miras qalan bağ-torpaq sahəsinin satıldığı hissədə mülkiyyətçi kimi heç kəs olmayan Cavabdeh1 ilə birləşərək onun barəsində həqiqətlərə uyğun olmayan böhtan xarakterli şikayət ərizələri ilə Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək onu tutdurmaq istəmişlər. Belə ki, Cavabdeh2 və Muradov X5 Elşən Ələddin oğlu ilə birlikdə onu tutdurmaq məqsədi ilə müxtəlif vaxtlarda Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə verdiyi şikayət ərizələrində guya onun oğlu Teymur ilə birlikdə xx.xx.2022-ci il tarixdə bağ evində tikintisi aparılan hasarı uçurmuş, bağda olan su qabı və beli aparmış, həmçinin guya o, 2023-cü ilin yanvar ayında 2172 nömrəli bağ sahəsinin ətrafına çəkilmiş daş hasara birləşdirilmiş darvazanı hasardan sökərək yerə yıxmış və ətrafda olan otları yandırmış və həmin vaxt alovun darvazanı yandırması səbəbindən Cavabdeh1 1000 manat məbləğində maddi ziyan vurulduğunu və əmlakı qəsdən məhv edildiyini göstərmişdir. Halbuki sözügedən bağ sahəsində çəkilmiş hasar cavabdehlər tərəfindən tikilmiş, daha sonra isə sökülmüşdür. Həmin şikayətlər üzrə yalançı şahidlər Cavabdeh3 və Cavabdeh4 Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində həqiqətlərə uyğun olmayan böhtan xarakterli izahat vermiş və izahatında göstərmişdir ki, Cavabdeh1 ərizə və izahatında göstərdiyi xüsusatları təsdiq etmiş və Elşənin özünə aid olan hissəsini mişar daşla tikdiyi hasarı məhz Elçin Muradovun qəsdən uçurduğunu və məhz qəsdən həmin hasarı uçurmaqla Elşənə maddi ziyan vurduğunu bildirmişdir. Həmin şikayətlər əsasında onun barəsində üç natamam inzibati material toplanmış və Sumqayıt Şəhər Məhkəməsinə göndərilmişdir. Belə ki, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Elşad Məmmədovun qəbul etdiyi qərara əsasən toplanmış materiallarda cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Rəşad Məhərrəmovun qəbul etdiyi qərara əsasən toplanmış material üzrə əmlakın qəsdən məhv edilməsi şikayəti ilə onun əməlində cinayət tərkibinin olmaması səbəbindən barəsində Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması radd edilmişdir. Onun müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2022-ci il tarixli, 006-57295M-3222 nömrəli cavab məktubunda qeyd edilir ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsində araşdırma aparılmış Cavabdeh2 barəsində İXM-nin 227-ci (Xırda talama) maddəsi ilə inzibati tənbeh görülməsi üçün təhqiqat orqanına göndərilmiş, amma Cavabdeh2 barəsində heç bir tədbir görülməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərarı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, ona ziyanın bir misli məbləğində, yəni 2000 manat cərimə tənbeh növü tətbiq olunmuşdur. Həmin qərardan verdiyi apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 nömrəli qanunsuz və əsassız qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli natamam protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə geri qaytarılmışdır. Onun müraciəti əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin 58-1/25466 nömrəli xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə inzibati məsuliyyətə cəlb etmək müddəti keçdiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-də protokola xitam verilməsi qeyd edilmişdir. Toplanmış 3 yarımçıq natamam materialdan birinə Sumqayıt Şəhər Məhkəməsində onun iştirakı olmadan baxılmış və məhkəmə onu 2000 manat cərimə etmişdir. Onun apellyasiya şikayəti əsasında Sumqayıt Şəhər Məhkəməsinin qərarı qanunsuz və əsassız sayılaraq ləğv olmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsində Cavabdeh2 bildirmişdir ki, o, Cavabdeh2 öldürmək istəməklə hədələmişdir. Həmçinin onun oğlu Teymur ilə bağın satılan hissəsinə çəkilmiş hasarı sökdüyünü bildirmişlər. Üçüncü şikayətdə Cavabdeh1 ona məxsus evin hasarını sökdüklərini bildirmişdir. Apellyasiya məhkəməsində Rzayev Məhəmmədəli Əsəd oğlunun sədrliyi ilə xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə prosesində yalançı şahid Etiram Muradov ona qarşı bilə-bilə yalan (ifadə) izahat verərək onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən şər və böhtan atmışdır. 26 iyul 2021-ci il tarixdə bağ sahəsi satılmış və xx.xx.2022-ci il tarixdə onu bağda görəndən sonra satılan bağa çəkilən hasarı Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə sökərək onu tutdurmaq üçün əsas kimi göstərmişlər. Yalançı zərərçəkmiş Cavabdeh1 Sumqayıt şəhər 1-ci Polis Bölməsində təhqiqatda, Sumqayıt Şəhər Məhkəməsində xx.xx.2022-ci il tarixdə və Sumqayıt Apellyasiya Məhkəməsində xx.xx.2022-ci il tarixdə keçirilən məhkəmə proseslərində və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsində verdikləri yalan izahatlarla (ifadələrlə) ona qarşı bilə-bilə şər və böhtan atmışdırlar. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun və oğlu Teymurun barəsində bilə-bilə yalan ifadə verməklə onun və oğlu Teymurun şərəf və ləyaqətini ləkələyən, nüfuzdan salan məlumat vermişdirlər. Yalançı zərərçəkmiş Cavabdeh1 Sumqayıt şəhər 1-ci Polis Bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində, Muradov Etibar Dadaş oğlu və Cavabdeh4 Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsində ona qarşı bilə-bilə yalan ifadə verməklə etdikləri belə haqsız və qanunsuz hərəkətləri Azərbaycan Respublikası CMnin 297-ci maddəsinin tərkibini yaratmışdır. Azərbaycan Respublikası İXM-nin 76-cı maddəsinin tələblərinə görə inzibati xətanın olub-olmamasına, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar sübutlar əsasında müəyyən edilir. Amma yalançı şahid Cavabdeh2 Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Sumqayıt Şəhər Məhkəməsində şahidlik etməmişdir. Belə fakt Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)2350/2022 saylı qərarında sübut olunur. Cavabdeh1 adına heç bir bağ sahəsi olmadığı halda və bu bağda fərdi yaşayış evinin olmadığı halda "mənim fərdi yaşayış evimin hasarını Elçin Muradov sökmüşdür, Elçin Muradov və oğlu Teymur qohumlarımdır, aramızda mülki mübahisə var" söyləyərək təhqiqatda və məhkəmələrdə bilə-bilə yalan məlumat vermişdir. Cavabdeh1 Abşeron Rayon Məhkəməsinə yazdığı xx.xx.2024-cü il tarixli qarşılıqlı iddia ərizəsində “Elçin Muradov mənim tanışımdır” bildirmişdir. O bağdakı evdə sonradan müxtəlif vaxtlarda saxladığı 15 dəst şalvar, köynək, ayaqqabı, bu əşyaları Cavabdeh2 oğurlamışdır. Bağ evində saxladığı 2 vedrə, bir ədəd oturan stol, 15 metr ipin Cavabdeh2 tərəfindən xx.xx.2022-ci il tarixdə oğurlanması barədə xx.xx.2022-ci il tarixdə o, Sumqayıt şəhər 1-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş və oğurluq faktında xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxs Cavabdeh2 barəsində inzibati təsir tədbirlərinin görünməsi üçün inzibati icraat işləri açılmışdır. Apellyasiya məhkəməsində dindirilən (şahidlik edən) Cavabdeh2 ifadələri məzmunları baxımından öz növbəsində şikayətin tələbinə mahiyyəti üzrə baxılması zamanı sübutetmə pretmeti barəsində həlledici qənaət formalaşdırmaq həcmində deyildir. Cavabdeh1 şikayəti əsasında Sumqayıt şəhər 1-ci Polis Bölməsində və Sumqayıt Şəhər Məhkəməsində yalançı şahid olan Cavabdeh2 şahid qismində dindirilməsi barədə heç bir vəsatət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində təsbit edilmişdir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmə hüququ vardır. Heç bir hal şəxsiyyətin alçaldılmasına əsas verə bilməz. Yalançı zərərçəkən Cavabdeh1 Sumqayıt şəhər 1-ci polis bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində, Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsində, Muradov Etibar Dadaş oğlu və Cavabdeh4 1-ci polis bölməsində onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları yaymışdırlar. Yuxarıda qeyd olunmuş məhkəmə aktları ilə və digər sənədlərlə də təsdiq olunur ki, ona Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3, həmçinin qanunsuz satılmış miras əmlakın bir hissəsində mülkiyyətçi olmayan Cavabdeh1 tərəfindən onların qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. Belə ki, o, yaşadığı ünvan 2 ünvanından hər dəfə ona qarşı böhtan xarakterli şikayət ərizələri əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə, Sumqayıt Şəhər Məhkəməsinə və Sumqayıt Apellyasiya Məhkəməsinə çağırış üzrə dəfələrlə gedərkən öz şəxsi vəsaiti hesabına pullar xərcləmiş və hər dəfəsində bütün bu böhtan xarakterli şikayətlərə görə nigarançılıq, mənəvi sarsıntı və iztirab, həyəcan, məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyrimüəyyənlik hissləri keçirmişdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi məlumatlar yayılması başa düşülür. Onun barəsində yayılan məlumatlar mənfi və yalan məlumatlardır. Onun barəsində bilə-bilə yaydıqları yalan məlumatlar onun şərəf və ləyaqətini ləkələyən məlumatlardır. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin (görməyi) görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Ona bilə-bilə böhtan atması təhqiqatda və məhkəmə proseslərində 11 nəfərin yanında yayılmışdır. Yalançı zərərçəkmiş Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 belə haqsız və qanunsuz hərəkətləri nəticəsində ona maddi və mənəvi zərər vurulmuşdur. Nəticədə əsəbləri gərgin formada pozulmuşdur. Yuxarıda adları çəkilənlər onun və oğlu Teymurun barədə yazdıqları yalan izahatlar və məlumatlar nəticəsində fiziki və mənəvi sarsıntılar keçirmiş və mənfi psixi reaksiyaya səbəb olan xarakterli olmuşdur. O, iztirab keçirərək sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkir. Əsəblərinin pozulmasına görə günlərlə evdən bayıra çıxa bilməmiş, heç kəsin gözünə görünmək istəməmişdir. İstəyir ki, kimsə onu əsəbi halda və əsəblərinin gərgin pozulması halında görməsin. Əsəblərinin pozulmasına görə bir neçə dəfə gecələr səһərə qədər yata bilməmiş ya da narahat halda yatmışdır. Beləliklə, şərəf və ləyaqətinin ləkələnməsi ilə sağlamlığına xəsarət yetirmişlər. Əsəblərinin pozulması onun yaradıcılığına da mənfi təsir göstərmişdir. O, rəssamdır və əsəblərinin gərgin pozulması halında heç bir əsəri lazımi qaydada səhvsiz yaratmaq üçün işləmək, həmçinin çox yorğun və əsəbi halda əsəri texniki cəhətdən yaratmaq və rənglərdən düzgün istifadə etmək qabiliyyətində ola bilməmiş və cavabdehlərin ona qarşı etdikləri haqsızlıqlar nəticəsində istədiyi əsərləri yarada bilməmişdir. Belə ki, cavabdehlər onun və oğlu Teymurun barəsində şərəf və ləyaqətin ləkələnməsi barədə yalan məlumatlar vermişdirlər və bu məlumatları bilərəkdən yaymışdırlar. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Sumqayıt şəhər 1-ci Polis Bölməsində və məhkəmələrdə verilən belə yalan məlumatlar ayrı-ayrı şəxslər arasında onlar barəsində mənfi rəy yaradan, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məhkəmənin diqqətinə çatdırır ki, illərcə davam edən bu böhtan xarakterli şikayətlər əsasında aparılmış təhqiqat və məhkəmə prosesləri onda çox ciddi sağalmaz xəstəliklər və mənəviyyatında sarsılmış izlər buraxmışdır. Cavabdehlərin ona qarşı etdikləri belə haqsız hərəkətlərdən sonra onun əsəbləri ciddi surətdə pozulmuşdur. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə prosesində şahid qismində izahat verən yalançı şahid Cavabdeh2 onun vərəsəlik miras payı olan bağ sahəsinə getdiyi üçün onu bağdan 2 dəfə polis bölməsinə apardığını hakimə demişdir. Hakim polisə kim tərəfindən məlumat verildiyini soruşanda yalançı şahid Cavabdeh2 “ordakılar polisə zəng etmişlər” cavabını verəndə hakimin Cavabdeh2 “bəs sən orada nə edirdin?” sualına “mən heç nə etmirdim, bir tərəfdə dayanmışdım” deyərək yalan sözlərlə hakimə cavab vermişdir. Bildirir ki, valideyndən miras qalan vərəsəlik payı olan bağ sahəsinə getdiyi üçün xx.xx.2022-ci il tarixdə DİN-nin “102” çağrı mərkəzinə, Cavabdeh2 öz şəxsi telefonu ilə zəng etmişdir və polislərin gəlməsini öz şəxsi telefonu ilə zəng edərək harada olduğunu bildirməklə yola çıxaraq gələn polisləri qarşılamışdır. Polislər bağ sahəsinə gələndən sonra Cavabdeh2 səs-küy salmışdır. Polislər bağ sahəsinə gələnə qədər Sumqayıt şəhər Polis İdarəsinin 1ci polis bölməsinin təhqiqatçısı Elşad Məmmədova zəng edərək gəlib ona hədə-qorxu gəldiyini bildirmişdir. Əlavə olaraq bildirir ki, mərhum anasından onlara bağ sahəsi ilə yanaşı 6 sot torpaq sahəsi və maşın da miras qalmış, Abşeron Rayon Məhkəməsinin 2022-ci ildə qəbul edilmiş müvafiq qətnaməsinə əsasən onun qeyd edilən miras əmlaklar üzərində mülkiyyət hüququ tanınmışdır. Onlar ailədə 6 uşaq olmuşlar və bacı-qardaşları ona qarşı çıxırlar. Belə ki, onlar bağ sahəsini öz aralarında bölmüşlər, halbuki həmin torpaq sahəsindən ona 1/6 hissədə pay düşür.
4. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı X7 iddiasının təmin edilməməsi, ilkin iddia üzrə iddiaçı X3 onun əmlakına vurulmuş maddi zərərin əvəzi kimi 20000 manat məbləğində pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixli, ********* saylı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidməti tərəfindən verilmiş çıxarışa əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172D ərazisində ətrafı hasarlanmış fərdi yaşayış ev qızı Fidan Bayramlının mülkiyyətindədir. X14 və Teymur Muradov isə Cavabdeh1 tanışlarıdır. Bağ sahəsi qızı X4 mülkiyyətində olsa da faktiki olaraq bağa o sahiblik edir, bütün tikinti işlərini və s., kommunal ödənişlərini icra edir. xx.xx.2022-ci il tarixdə evdə olarkən bağ qonşuları Cavabdeh2 ona zəng edərək X14 və oğlu Teymur Muradovun gəlib evin hasarını sökdüyü, həmçinin bağda olan su qabı və beli apardıqları barədə məlumat vermişdir. O zaman “102” xidmətinə zəng edərək polisə müraciət etmişdir. Hasarın uçurulması nəticəsində ona 2000 manat maddi ziyan vurulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş, ona ziyanın bir misli məbləğində, yəni 2000 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Həmin qərarda ona məhkəmə tərəfindən izah olunmuşdur ki, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. X14 iddiasında qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli, 3(060)- 2350/2022 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ММ seriyalı, ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə geri qaytarılmışdır. 1-ci PB-nin 58-1/2- 5466 nömrəli, xx.xx.2024-cü il tarixli iddiaçının cavab məktubuna əsasən AR İXM 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ММ seriyalı, ******* nömrəli protokol üzrə inzibati məsuliyyətə cəlb etmək müddəti keçdiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-də protokola xitam verilmişdir. İnzibati məsuliyyətə cəlb edilməsinin müddətinin keçməsi hadisənin, yəni ona dəymiş maddi və mənəvi zərəri sübut edən haldır. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin qərarında qeyd edilmişdir: “Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb tədqiq olunmuş sübutlara qiymət verərək aşağıda göstərilən səbəblərə görə hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı və 29 sentyabr 2022-ci il tarixli, 3(060)-2350/2022 nömrəli qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə inzibati işin baxılmağa hazırlanması mərhələsinə qaytarılmalıdır”. Belə ki, iş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X15 tərəfindən tərtib olunmuş 09 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat Bağları ərazisində Cavabdeh1 məxsus bağ evində tikintisi aparılan hasar Elçin və onun oğlu Teymur tərəfindən uçurulmuş, həmçinin bağda olan su qabı və bel aparılmışdır. İddiaçı hasarın uçurulması nəticəsində ona 2000 manat maddi ziyan vurmuşdur. Cinayət işinin başlanması rədd edilmiş və X7 əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsinin tərkibini yaratdığından onun barəsində inzibati icraat açılması üçün qərarın surəti Sumqayıt ŞPİnin 1-ci PB-yə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 D ünvanında yerləşən torpaq sahəsi X9 məxsusdur. Bundan başqa inzibati xəta haqqında protokol tərtib edilərkən zərərçəkmiş şəxs düzgün müəyyən edilməmişdir. Belə ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 D ünvanında yerləşən torpaq sahəsi Cavabdeh1 deyil, X9 məxsusdur. Göründüyü kimi işin birinci instansiya məhkəməsinə qaytarılması və daha sonra İXMnin 232-1-ci maddəsinin cəlb etmə müddətinin keçməsi X7 əməlində və dəymiş ziyanı istisna etmir. Sadəcə 1-ci PB tərəfindən zərərçəkmiş şəxs kimi qızı X13 qeyd edilməlidir. Bir neçə dəfədir, həmin şəxslər onun bağına hücum edirlər və ona həm maddi, həm də mənəvi zərər vururlar. Qonşular dəfələrlə ona zəng edib bildirmişdirlər ki, şikayətlərə və xəbərdarlıqlara baxmayaraq Elçin Muradov qanunsuz əməllərini davam etdirir. İlkin iddia üzrə iddiaçının yaxın qohumları, o cümlədən qardaşı Cavabdeh2 darvazanın və daşlarının sökülməsinə və yandırılmasına şahid olmuşdur. Hal-hazırda dəymiş ziyan 20000 manatdan artıqdır. Dəfələrlə 1-ci Polis Bölməsini təhqiqatçılar fərqli məbləğlərdə inzibati protokollar tətbiq etmişdir. Lakin hələki ən böyük zərər 20000 manatdır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, maddi ziyanın əsası kimi fotoşəkillər təqdim edə bilər. Fotoşəkillərdən görünür ki, X14 onun üç dəfə tikdiyi hasarı üç dəfə də uçurmuş, darvazanı isə yandırmışdır. Artıq bütün qonşular da X7 əməllərindən bezmişdir. Belə ki, X14 öz hərəkətləri ilə təhlükə yaradır. X20 Bayramova dəymiş zərərdən bu günə kimi bir qəpik belə ödənilməmişdir. Qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 3(060)- 2350/2022 saylı qərarında barəsində inzibati protokol tərtib edilmiş şəxs Elçin Muradovun qeydiyyat ünvanı Azərbaycan Respublikası ünvan 2 ünvanında yaşadığı qeyd olunur. Lakin sonradan məlum olmuşdur ki, həmin şəxs Rusiya Federasiyasının vətəndaşıdır.
6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-558/2025 nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X14 ona dəymiş maddi və mənəvi ziyanın ödənilməsi tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, cavabdehlər tərəfindən ona 3000 manat məbləğində maddi ziyan və 97000 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də bununla bağlı məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmiş, iddiaçının mənəvi sarsıntı keçirməsinə, iztirablara məruz qalmasına dəlalət edən hallara və həmin halları təsdiq edən mötəbər sübutlara istinad olunmamışdır. Həmçinin, birinci instansiya məhkəməsi qarşıqlıqlı iddianın sübut olunmamasını əsas gətirərək həmin iddianı da rədd etmişdir.
8. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-558/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, anasından Sumqayıt şəhəri, Novxanı Bağları massivi, 2172 nömrəli ünvanda yerləşən 0.0.24 ha (sot) miras qalan bağ torpaq sahəsinə oğlu Teymurla getmişdir. Ondan başqa miras, əmlakda vərəsə olan Cavabdeh2 , Cavabdeh3 onun miras vərəsəlik payını vermək istəmədiklərinə görə onu və oğlu Teymuru bağ torpaq sahəsində xx.xx.2022-ci ildə görəndən sonra onları tutdurmaq məqsədilə Sumqayıt şəhəri 1-ci polis bölməsinə dəfələrlə şikayətlər edərək həqiqətə uyğun olmayan şər və böhtan xarakterli bilə-bilə yalan ifadələr vermişlər. Miras bağ torpaq sahəsinin satılan bir hissəsində heç bir mülkiyyətçi olmayan Cavabdeh1 Sumqayıt şəhər 1-ci polis bölməsində, Sumqayıt Şəhər Məhkəməsində və Sumqayıt Apellyasiya Məhkəməsində və yalançı şahid Cavabdeh2 Sumqayıt Apellyasiya Məhkəməsində və yalançı şahid Cavabdeh4 Sumqayıt şəhər 1-ci Polis Bölməsində ona və oğlu Teymura qarşı bilə-bilə yalan ifadələr vermişlər. Ona və oğlu Teymura qarşı bilə-bilə yalan ifadələr verdikləri ilə onlar barəsində şərəf və ləyaqətin ləkələnməsi barədə məlumatlar bilərəkdən yaymışlar. Adları çəkilən cavabdehlərin belə haqsız, qanunsuz hərəkətləri nəticəsində onlar fiziki və mənəvi sarsıntı keçirmişlər və mənfi fiziki reaksiyaya səbəb olan xarakterli olmuşlar. İstirab keçirərək sağlamlığının pozulması nəticəsində fiziki və mənəvi əzab çəkirlər. Cavabdeh1 xx.xx.2024-cü il tarixdə məhkəməyə verdiyi izahatı, xx.xx.2022-ci ildə Sumqayıt şəhəri 1-ci Polis Bölməsində verdiyi izahatından fərqləndiyini hakim qətnaməsində göstərmədiyi ilə sübutların tam, hərtərəfli və obyektiv araşdırılmadığını sübut edib. Cavabdeh2 yalançı şahid olması Sumqayıt şəhər 1-ci polis bölməsində və Sumqayıt Şəhər Məhkəməsində şahidlik etməməsi, Sumqayıt Apellyasiya Məhkəməsində şahidlik etməsi ilə sübut edib. Yalançı şahid Cavabdeh2 məhkəmə prosesində verdiyi izahatın şər və böhtan xarakterli yalan ifadə və izahat olduğunu (sübut) təsdiq etmişdir. Cavabdeh onu da bildirmişdir ki, “X10 bir manat belə olsa, zərər vurmamışdır.” Cavabdeh2 məhkəməyə bilə-bilə yalan ifadə, izahat verməklə onu və oğlu Teymuru tutdurmaq və özünü günahsız kimi göstərmək istəyib. Məhkəməyə təqdim etdiyi əxlaqsız yazılan söz və şəkil olan foto şəxsən Cavabdeh2 əxlaqsızlıq işidir. Bu faktı hakim araşdırmayıb. Məhkəmədə dediyi yalan sözləri bəs nə üçün Sumqayıt Apellyasiya Məhkəməsində deməyib? Cavabdeh 2022-ci ilin yanvar ayının təxminən 5-6-da oğlu Teymura zəng edərək Teymuru hədələdiyini deməyib. xx.xx.2022-ci il tarixdə oğlu Teymurla bağ sahəsinə gedəndə bağdakı su quyusunun qapağına əxlaqsız söz yazıldığını və əxlaqsız şəkil çəkildiyini soruşmaq üçün oğlu Teymur Cavabdeh2 zəng edərək “Cavabdeh2 “gəl 4 nömrəli məktəbin qabağına bu əxlaqsızlığı kim etdiyini de mənə” bu sözlərdən başqa oğlu Teymur ona heç bir nalayiq söz deməmişdir. Cavabdeh2 məhkəmədə verdiyi izhatında bildirmişdir ki, “bağa çəkilən hasarı X6 birlikdə uçurdanda onun Əvəz adlı qonşusu iddiaçı Elçin Muradov ilə oğlu Teymuru görmüş, bu zaman X12 ilə qaçıb gizlənmişdir”. Cavabdeh2 məhkəməyə bilə-bilə verdiyi yalan ifadə və izahatlarının yalan olduğunu sübut edən disk mövcuddur. Həmin diski məhkəmə iclas zalında təqdim ediləcəkdir. Cavabdeh1 heç bir mülkiyyətçi olmadığı bağ torpaq sahəsi xx.xx.2021-ci il tarixdə satılıb. Altı ay ərzində hasar tikmədikləri bağ sahəsinə xx.xx.2022-ci il tarixdə onu və oğlu Teymuru bağda görəndən sonra Muradov Ehitramın göstərişi ilə Cavabdeh1 bağ sahəsinə hasar tikdirib və özləri də söküblər. Ona görə ki, onu və oğlu Teymuru tutdurmaq üçün sübut kimi göstərsinlər. Bu faktları Abşeron Rayon Məhkəməsinə yazdığı ərizəsində göstərmişdir. Amma, hakim belə faktları heç də obyektiv araşdırmayıb. Cavabdeh4 məhkəmə iclasında izahatında bildirmişdir ki, “Teymura pul vermək niyyəti yoxdur.” Heç bir qanunda tələb olunmamışdır ki, pul ödəmək niyyətlə olmalıdır. Cavabdeh4 zərəri ödəmə tam imkanı var. İddiaçıya qarşı olmayan işlərə görə Sumqayıt şəhər 1-ci polis bölməsində onu, oğlu Teymuru tutdurmaq məqsədilə izahat verməklə ona maddi və mənəvi ziyan vurmuşdur. Hakim qanunsuz qətnaməsində mənəvi zərərin ödənilməsi barədə “mənəvi zərərin baş verməsi səbəblərində əxlaq normaları da məhkəmədə nəzərə alınmayıb! Cavabdeh2ı əxlaqsız hərəkətlərini təsdiq edən foto şəkildə əxlaqsızlıq təsdiq və sübut (olunur) olunub. Cavabdeh4 izahatında sübut etmişdir “atası vaxtilə bağı Cavabdeh3 adına keçirtmişdir, torpaq sahəsini bağışladığı zaman iddiaçı (yəni Elçin Muradov) ölkə xaricində olmamışdır” deməli ona qarşı haqsızlıq və qanunsuzluq etdiklərini Cavabdeh4 təsdiq edir. Ananın adında olan bağ sahəsini onun razılığı olmadan mənimsəbiyblər. Cavabdehlərin yalançı şahid olmaqları öz təsdiqini tapıb.
11. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(012)-558/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş qarşılıqlı iddianı icraata qəbul edilmiş, lakin təqdim etdiyi və iş materiallarına əlavə edilmiş foto şəkillərə, eyni zamanda elektron məhkəmə sistemi vasitəsi ilə təqdim edilmiş ilin iddia üzrə iddiaçı tərəfindən törədilmiş, yəni ilkin iddia üzrə cavabdehin əmlakına həmin vaxt dəymiş ziyanı əks etdirən foto materiallara münasibət bildirməmişdir. Eynilə, iş materialların əlavə edilmiş qarşılıqlı iddianın əsasını təşkil edən sübut kimi ilkin iddia üzrə iddiaçı tərəfindən əmlaka dəymiş ziyan ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qərarlara qətnamədə ümumiyyətlə münasibət bildirilməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçının vəkili tərəfindən təqdim 2023-cü il tarixinə aid Elçin Muradovun əmlaka vurmuş ziyan ilə bağlı qeydiyyatın müəyyən edilməsi üçün vəkil sorğuları verilmiş (xarici vətəndaşdır, sorğuların cavabları təqdim edilmiş), Abşeron Rayon Məhkəməsinə müraciət edilməsi ilə bağlı da birinci instansiya məhkəməsi münasibət bildirməmişdir. Digər tərəfdən mülki iş üzrə dindirilmiş Cavabdeh2 izahatında göstərmişdir ki, Elçin Muradovun izahatında qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, Elçin Muradov özü Cavabdeh1 məxsus hasarı 2 dəfə sökmüş, hasar isə ondan sonra 3 dəfə tikilmişdir. Cavabdehin verdiyi ifadəsi Cavabdeh1 xeyrinə şamil olunmalıdır və digər sübutlar ilə məcmu şəkildə qiymət verilməli idi. Lakin, birinci instansiya məhkəməsi cavabdehin ifadəsinə hüquqi əhəmiyyət verməmiş, halbuki cavabdeh xx.xx.2022-ci il tarixdə X14 tərəfindən Sumqayıt şəhəri, Corat bağları ərazisində Cavabdeh1 məxsus hasarı sökülməsənin, yandırılmasının birbaşa şahidi olmuşdur və buna uyğun olaraq həm ibtidai istintaqda, həm də inzibati xəta işi üzrə məhkəmə iclaslarında ifadə vermişdir. Hesab edir ki, göstərilən üç minimum hallara ümumiyyətlə qətnamədə qiymət verilmədiyindən birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. İlkin iddia üzrə isə iddiaçı mülki məsuliyyətə cəlb edilmədiyinə görə isə o, hal-hazırda cavabdehin mülkiyyət hüquqlarını pozamağa davam edir. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir "bundan başqa qarşılıqlı iddia ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə qarşılıqlı iddianın əsaslarını sübut etmək vəzifəsi qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşdüyündən və bununla bağlı məhkəmədə mötəbər sübutlar müəyyən edilmədiyindən məhkəmə qarşılıqlı iddianın da rədd edilməsi nəticəsinə gəlmişdir". Halbuki, təqdim edilən sübutlara ümumiyyətlə münasibət bildirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
13. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iddiaçı X14 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, anasından bağ torpaq sahəsi miras qalmışdır. Həmin əmlakı anası sağlığında qardaşlarından Cavabdeh3 adına rəsmiləşdirmiş, sonradan qardaşı onun razılığı olmadan əmlakı başqasına satmışdır. Öz miras payını tələb edəndə aralarında mübahisə yaranmış, qardaşı Cavabdeh2 onu dəfələrlə polisə şikayət etmiş, şər-böhtan atmış, hətta evinin qarşısına polisləri gətirmiş, polis bölməsində həqiqətə uyğun olmayan izahatlar vermiş, bütün bunlar ona mənəvi iztirab vermiş, psixoloji olaraq sağlamlığının pozulmasına gətirib çıxarmışdır. Psixoloji vəziyyətinin gərgin olmasına dair sübutu təqdim edə bilər. Eyni zamanda cavabdehlərdən Cavabdeh4 bağ sahəsinə girişlərinə heç bir maneə yaratmadığı halda polis bölməsində yalandan onları bağ sahəsinə buraxmamağı barədə izahat vermişdir. Hansıki həmin izahatın həqiqətə uyğun olmamasını təsdiq edən sübutu var. Cavabdehlər haqqında bilə-bilə yalan məlumat veriblər. Cavabdeh1 alqı-satqı müqaviləsi əsasında bağ sahəsini almış, onu hasarlamamış, alqı-satqıdan altı ay keçdikdən və onu bağ sahəsində gördükdən sonra 1 həftə - 10 gün içində bağı hasara almışdır. Sonradan hasarı qəsdən sökərək, onu hasarı sökməkdə ittiham etmişlər. Cavabdeh2 onun və oğlunun hasarı sökdüyünü gördüyünü və bu zaman özünü göstərmədiyini bildirmiş, guya onu təhdid etdiyinə görə qorxusundan kənardan izlədiyi barədə izahat vermişdir. Cavabdehlərdən Cavabdeh1 bağ sahəsində ona məxsus fərdi yaşayış evinin olduğunu bildirsə də faktiki belə bir ev yoxdur. Muradov Elşənin polis bölməsində və məhkəmə proseslərində onunla tanışlığı barədə izahatları da bir-biri ilə ziddiyyət təşkil edir. Cavabdehlər hasarın sökülməsi ilə bağlı barəsində polisə şikayət vermişlər, həmin iş üzrə yekun nəticə olaraq məsuliyyətə cəlbetmə müddəti keçdiyindən icraata xitam verilmişdir. Polisin bu barədə qərarı onda yoxdur, lakin əldə etdiyi arayışdan görünür ki, məsuliyyətə cəlbetmə müddəti keçib. Cavabdeh1 polis bölməsində ona 600- 700 manat zərər vurmağı barədə izahatı, ona şər-böhtan atması ucbatından onu cavabdeh qoyub. Cavabdeh1 qədər bağ sahəsinin mülkiyyətçisi vərəsələr olub. Qarşı tərəflər onun öz payını tələb etdiyini gördükdən sonra bağ sahəsini hasarlamış, daha sonra özləri sökmüş və tutulmağı üçün onu hasarı sökməkdə ittiham etmişlər. Məhkəmə iclaslarına gedib-gəlməsi, hüquqi yardımlar alması ona maddi zərərin vurulmasının əsasıdır.
15. Məhkəmə kollegiyasının iclasında iddiaçı X7 vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə sübutlara qiymət verərkən Cavabdeh1 polis bölməsində verdiyi izahatında ona 700 manat, qarşılıqlı iddia ərizəsində 20000 manat və son olaraq 25000 manat məbləğində zərər vurulması barədə ziddiyyətli fikirlərinə nəzər yetirməmişdir. Bundan əlavə cavabdeh qarşılıqlı iddia ərizəsində təmsil etdiyi şəxsin bağı yandırmaq istəyini bildirərək, buna aid fotoşəkillər təqdim etmişdir. Fotoşəkillərdən görünür ki, yanğın olan yerin əhatəsi çox kiçikdir və tullantıların məhv edilməsi məqsədilə həyata keçirilib, həqiqətən yandırmaq istəyən şəxs bağ sahəsinin hər tərəfində yanğın törədər. Cavabdehlər hasarın söküntüsü zamanı təmsil etdiyi şəxsin fotoşəklinin çəkildiyini və onun məhkəməyə təqdim edildiyini bildiriblər, lakin həmin fotoşəkilləri iş materialları ilə tanış olarkən görməyib. Bununla belə, hər hansı tikinti-söküntü işləri zamanı fotoşəkil çəkilmiş ola bilər, həmçinin burada təmsil etdiyi şəxsin təqsirli olub-olmamasının aydınlaşdırılması məsələsi var. Eyni zamanda cavabdehlərin təmsil etdiyi şəxsə illərdir şər-böhtan atmaları, onu dəfələrlə polisə şikayət etmələri onda psixoloji sağlamlığın pozulmasına gətirib çıxarmışdır ki, buna dair sübutu məhkəməyə təqdim ediblər. İddiaçı hazırda da müalicə alır. Mənəvi ziyanla birgə ona maddi ziyan da dəymişdir. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir.
16. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə Cavabdeh1 nümayəndə və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edib, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, torpaq 2021-ci ildə Əhmədova Xuramandan alınmışdır ki, onlar vicdanlı alıcıdır. 2021-ci ildə torpaq sahəsi alınanan sonra hasar çəkilmiş, çıxarış alınmış, balaca bir ev tikdirmişdir. Cavabdeh1 qardaşlar arasında mübahisə olmasından xəbəri olmamışdır. Sonralar iddiaçı bağ sahəsinə gələrək, oraları dağıdıb. Cavabdeh1 hadisə yerinə gəlmiş, polisi çağırmışdır. İddiaçı və digərləri polis bölməsinə aparılmış, izahatlar alınmış, protokol tərtib edilmiş, iş materialları məhkəməyə göndərilmiş, iddiaçı cərimə olunmuşdur. Bundan sonra apellyasiya şikayəti verilmiş, apellyasiya instansiya məhkəməsi zərərçəkmiş şəxs düzgün müəyənləşdirilmədiyindən işi geri qaytarmışdır. İş polisə qayıdanda məsuliyyətə cəlbetmə müddəti keçmişdi. Bundan sonra iddiaçı bağ sahəsini yandırmağa çalışmışdır. Baş verənlərlə əlaqədar vurulmuş zərərin ödəniməsi tələbi ilə 2023-cü ildə məhkəməyə müraciət etsələr də məhkəmə cavabdehin qeydiyyat ünvanın dəqiqləşdirilməsi gərəkdiyindən iddia ərizəsini geri qaytarmışdır. Bundan sonra cavabdehin sonuncu qeydiyyat ünvanın dəqiqləşdirilməsi ilə bağlı cəhdləri cavabsız qalmış, həmin müddəti iddiaçı öz əməllərini törətməyə davam etmiş, daha sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra onlara vurulmuş maddi ziyanın ödənilməsi barədə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Cavabdeh inzibati məsuliyyətdən təqsiri olmadığı üçün deyil, protokol səhv tərtib olunduğu üçün azad olunub. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin olunması, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edir. Bağ sahəsinin mülkiyyətçisi Fidan xanım, faktiki istifadəçisi isə Cavabdeh1dir.
17. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 ilk iddia üzrə iddiaçının apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, ilk iddia üzrə Muradov Elçinə şər-böhtan atmağına, polisə barəsində şikayət verməyinə dair iddiaçının izahatları həqiqəti əks etdirmir. Heç zaman münaqişə yaranmasını istəməmişdir. Bir neçə dəfə Elşənə məxsus bağ sahəsində Elçin tutularaq polis bölməsinə aparılıb. Sahə rəisinə də münaqişə istəmədiyini dəfələlə bildirmişdir, lakin Muradov Elçin mübahisə yaratmağa davam edib. Bağ sahəsini atası sağlığında tamamilə başqa bir şəxsə satıb. Bu o demək deyildir ki, Muradov Elçin gedib həmin insandan öz miras payını tələb edə bilər. Cavabdeh1 qaldırdığı hasarın sökülməsinə gəldikdə isə bildirir ki, həmin hasarı qardaşı Elçin sökmüş o, da bunu görmüşdür. Lakin, həmin hadisədən bir neçə gün əvvəl Elçin onu təhqir edərək davaya çağırdığından üzə çıxmamışdır.
18. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi ilə lazımi qaydada xəbərdarlıq olunmalarına baxmayaraq, Cavabdeh4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
19. Cavabdeh4 Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə verdiyi izahatından görünür ki, o, miras mübahisəsinə görə Cavabdeh1 satılmış bağ sahəsinin hasarının qardaşı Elçin tərəfindən söküldüyünü bildirmişdir.
20. Cavabdeh1 Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə verdiyi izahatından görünür ki, Elçin Muradovla qardaş və bacısı arasında yaranmış vərəsəlik mübahisəsi üzrə hasarın Elçin Muradaov tərəfindən söküldüyünü yəqin etmiş, bu barədə onun qardaş və bacılarından soruşduqda onlar da hasarın məhz Elçin Muradov tərəfindən söküldüyünü təsdiq etmişlər.
21. Cavabdeh3 Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə qeyd edlmişdir ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi 2172 ünvanında yerləşən bağ sahəsi onun xüsusi mülkiyyətindədir. Uzun müddətdir ki, qardaşı X14 xüsusi mülkiyyətində yaşamağa, tikinti-abaqlıq işləri aparmağa imkan vermir. Bağ sahəsinin darvazasının açarını dəfələrlə sındırıb və dəyişib. Evə daxil olaraq evə ziyanlıq edir, soruşanda da onları nalayiq söyüşlərlə təhqir edir. Fiziki təzyiq göstərərək onları münaqişəyə cəlb edir. Buna son qoyulması üçün X14 barəsində ölçü götürülməsini xahiş edir.
22. Sumqayıt ŞPİ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X7 Cavabdeh1 Dadaş oğlunun fərdi yaşayış evinin hasarını uçurması nəticəsində ona 2000 manat zərər vurmuş, lakin Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən özgənin əmlakına qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 5000 manatdan yuxarı ziyan vurulmaqla törədildikdə cinayət hadisəsi hesab edildiyindən, cinayət işinin başlanılması rədd edilmişdir.
23. Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X7 Cavabdeh1 Dadaş oğlunun fərdi yaşayış evinin darvazasının sökülərək yerə yıxılması nəticəsində ona 1000 manat zərər vurmuş, lakin Cinayət Məcəlləsinin 186-cı maddəsinə əsasən özgənin əmlakına qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda, yəni 5000 manatdan yuxarı ziyan vurulmaqla törədildikdə cinayət hadisəsi hesab edildiyindən, cinayət işinin başlanılması rədd edilmişdir.
24. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərarından görünür ki, X14 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək, 2000 manat cərimə edilmişdir.
25. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin işin icraata qəbul edilməsi barədə xx.xx.2022-ci il tarixli qərardadı və xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 nömrəli qərarı ləğv edilmiş və işə yenidən baxılması üçün material Sumqayıt Şəhər Məhkəməsinə, yeni məhkəmə baxışına inzibati işin baxılmağa hazırlanması mərhələsinə göndərilmişdir. 26.Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-2350/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol və ona əlavə olunmuş sənədlər Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə geri qaytarılması qərara alınmışdır.
27. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin 1ci Polis Bölməsinin 58-1/25466 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair tərtib olunmuş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli protokol üzrə inzibati məsuliyyətə cəlb etmək müddəti keçdiyi üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-də protokola xitam verilməsi qeyd edilmişdir.
28. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında istinad olunan AN ******* nömrəli, 26 iyul 2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 D ünvanında yerləşən 0.0272 ha olan torpaq sahəsi 14500 manat məbləğində X8 tərəfindən X1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 D ünvanında yerləşən torpaq sahəsi X9 məxsusdur. Tətbiq edilən hüquq
29. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 Mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli qərarı:
Həmin 1-ci bəndinə əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Qərarın 4-cü bəndinə əsasən şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
31.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
32. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-558/2025 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-558/2025 nömrəli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və qarşılıqlı iddia yenidən rədd edilməlidir.
34. İşin müəyyən edilmiş hallarına əsasən ilk iddia üzrə iddiaçı cavabdehlərin polis orqanında onun tərəfindən əmlakların məhv edilməsi və ya zədələnməsi ilə bağlı verdiyi izahatlarının onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları olmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
35. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı bir şəxsin əmlakına zərər vurulması ilə bağlı hüquq mühafizə orqanına müraciət etməsi, əmlakına zərər vuran şəxsi ehtimal etməsi, həmin şəxsin kim olmasını bildirməklə məlumat verməsi və ya onun və digər şəxlərin araşdırma ilə əlaqədar həmin orqanda izahat verməsi ilə bağlı hərəkətləri qanunsuz hərəkətlər hesab olunmur. Cinayət və inzibati xətalarla bağlı qanunvericilik müvafiq olaraq, yalnız cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməyə və inzibati xətalar haqqında işlər üzrə icraat zamanı bilə-bilə yalan izahat verilməsinə görə məsuliyyət müəyyən etməkdədir. Cavabdehlərin isə bilə-bilə yalan izahat verməsi və ya cinayət törədilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməsinə dair qanuni qüvvəsini almış məhkəmə aktı mövcud olmamışdır. Hazırkı iş üzrə yaranmış mübahsiəyə dair iş materiallarında olan sübutlarla isə ilk iddia üzrə cavabdehlərin polis orqanına müraciətində və ya izahatlarında iddiaçının şərəf və ləyaqətini ləkələyən məlumatlar yayması müəyyən olunmamaqdadır. Hərçənd ki, yuxarıda istinad olunan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlara əsasən ilk iddia üzrə iddiaçının Cavabdeh1 əmlakına zərər vurması müəyyən edilməklə, cinayət işinin başlanması zərər məbləğinin 5000 manatdan az olması səbəbindən rədd edilmişdir. İnzibati məsuliyyətə isə iddiaçı məsuliyyətə cəlb etmək müddəti keçməsi əsası ilə cəlb edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının mənəvi zərərə məruz qalması ilə bağlı iddiası əsassız olmaqla, buna müvafiq olaraq cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində maddi zərərə məruz qalması da sübut olunmamışdır. Hərçənd ki, ilk iddia üzrə iddiaçı tələb etdiyi maddi zərərin konkret olaraq nədən ibarət olmasını da göstərə bilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddianın rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddianı rədd etməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşsa da qarşılıqlı iddianın rədd edilməsi əsası ilə razılaşmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddianı mötəbər sübutların təqdim olunmaması əsası ilə rədd etsə də ilk növbədə qarşılıqlı iddiaçının iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmamasını yoxlamamışdır.
37. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
38. Yuxarıda qeyd olunan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında istinad olunan AN seriyalı, ******* nömrəli, 26 iyul 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi, 2172 D ünvanında yerləşən 0.0272 ha olan torpaq sahəsi X8 tərəfindən X2 və hüquqların dövlət qeydiyyatından çıxarışa əsasən isə həmin əmlak üzərində X4 mülkiyyət hüququ qeydə alınmışdır. Qarşılıqlı iddiaçının məhv edilməsi və ya zədələnməsini iddia etdiyi əmlak onun deyil, qızı X4 mülkiyyətində olmuşdur ki, bununla da həmin əmlaka dair zərəri tələb etmək hüququ da mülkiyyətçi X9 məxsus olmuşdur. Hərçənd ki, qaşılıqlı iddia üzrə cavabdeh X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb ediməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(060)-2350/2022 saylı qərarı Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-578/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilərkən ləğv etmənin əsaslarından biri də zərərçəkmiş şəxsin düzgün məyyən edilməməsi olmuşdur. Qeyd edilən icraat zamanı isə zərərçəkmiş şəxs Cavabdeh1 tanınmışdır. Buna görə də məhkəmə kollegyiası hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ olmamış, birinci instansiya məhkəməsinin isə işin qeyd edilən halını müəyyən etmədən iddianı sübut olunmaması əsası ilə rədd etməklə əsası düzgün olmayan nəticəyə gəlmişdir.
39. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, ilk iddia üzrə iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-558/2025 nömrəli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli və qarşılıqlı iddia təmin edilməməlidir.
40. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 220, 384.0.1, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İlk iddia üzrə iddiaçı X7 apellyasiya şikayəti təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-558/2025 nömrəli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilsin. Qarşılıqlı iddia təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(012)-558/2025 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron məhkəmə informasiya sistemi vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.