Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-949/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X2, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(060)-148/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(060)-148/2022 saylı qətnaməsi ilə (hakim E.X.Hüseynov) İddiaçı ASC-nin Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair iddia təmin edilib, Cavabdeh Sumqayıt şəhəri Səməd Vurğun küçəsi, 1-ci mikrorayon bina 130/33-də yerləşən ümumi sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 1-ci mikrorayon bina 130/33-də yerləşən ümumi sahəsi 226,3 kv.m olan qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsi, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(060)-148/2022 saylı qətnaməsinin ləğv edilərək iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası MPM-nin 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Həmin Məcəllənin 361.1.4-cü maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi apellyasiya şikayətində göstərilməlidir. Göründüyü kimi, apellyasiya şikayətinin məzmunu ilə bağlı qanunvericiliyin tələbinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi, başqa sözlə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi barədə şikayət verən şəxsin tələbi göstərilməlidir. Lakin daxil olmuş apellyasiya şikayətində cavabdehin tələbinin nədən ibarət olması müəyyən deyildir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya verilmiş apellyasiya şikayətini qəbul edib mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərərkən Mülki Prosessual Məcəllənin 361-364-cü maddəsinin tələbinə əməl etməmiş, həmin maddənin tələbini pozaraq apellyasiya şikayətini geri qaytarmaq əvəzinə mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra apelaysiya şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və qeyri-yaşayış sahəsinin boşaldılaraq mülkiyyətçiyə təhvil verilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(060)-148/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-949/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-949/2022
16.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver