Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-95/2025 06.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X6 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, ilkin İddiaçı, qarşılıqlı iddiaçı Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı orderin etibarsız hesab olunması, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı orderin qüvvəsini itirmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2752/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qətnaməsindən qarşılıqlı iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakim E.Hüseynov) ilkin iddia tələbinin təmin edilməsi, Cavabdeh1 “Etilen Politilen” zavodu tərəfindən 26 saylı protokol əsasında ayrılmış xx.xx.2001-ci il tarixli orderi qismən - Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 saylı yataqxanada yerləşən 80 saylı otağın verilməsi hissəsinin etibarsız sayılması, cavabdehlər Cavabdeh1 və ailə üzvləri - Cavabdeh2 Aslan qızı, X4, Cavabdeh4 Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 saylı yataqxanada yerləşən 80 saylı otaqdan çıxarılsınlar. Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 saylı yataqxanada yerləşən 80 saylı otaqdan istifadəyə yaradılmış maneə aradan qaldırılması, İddiaçı həmin otağa köçürülməsi, Cavabdeh1 İddiaçı qarşı xx.xx.1992-ci il tarixində təqdim edilmiş orderin qüvvəsini itirmiş hesab edildiyi üçün ləğv edilməsi barədə qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir. Qarşılıqlı iddiaçı Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İlkin İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh1 Etilen Politilen zavodu tərəfindən 26 saylı Protokol əsasında ayrılmış xx.xx.2001-ci il tarixli orderin qismən- Sumqayıt şəh., 42-ci məhəllə, 11 saylı yataqxanada yerləşən 80 saylı otağın verilməsi hissəsində etibarsız sayılması və onun ailə üzvləri ilə həmin otaqdan çıxarılmaları, bu otaqdan istifadəsinə yaradılmış maneənin aradan qaldırılması, iddiaçının həmin otağa köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 saylı yataqxanada yerləşən 80 saylı otaqdan ibarət olmaqla bu yaşayış sahəsi “Üzvi Sintez” X2 Komitəsi və MMK-nın xx.xx.1992-ci il tarixli birgə iclasının 24 saylı Protokoluna əsasən birliyin 02 saylı sexinin laborantı kimi iddiaçıya ayrılmış və ona ailə üzvləri ilə həmin otaqda yaşamaq hüququ verən xx.xx.1992-ci il tarixli order verilmişdir. Cavabdehlər iddiaçının qonşusu olmaqla bu yataqxananın 82 saylı otağında yaşamış və həmin otaq cavabdehlərdən Cavabdeh1 işlədiyi Etilen Politilen zavodu tərəfindən 26 saylı Protokol əsasında ayrılmış və xx.xx.2001-ci il tarixdə onun adına order verilmişdir. İddiaçıya ayrılan otaq məcburi köçkün ailələri tərəfindən zəbt edildiyi üçün iddiaçı bu mənzilə köçüb yaşaya bilməmişdir. Lakin hazırda həmin otağın boşaldılması ilə bağlı iddiaçı qeyd edilən mənzilə pasport qeydiyyatına düşmək istədikdə ona məlum olmuşdur ki, cavabdeh və ailə üzvləri onlara 82 saylı otaq məxsus olduğu halda iddiaçıya ayrılmış otağı da orderə daxil etməklə 82/80 saylı mənzilə qeydiyyata düşmüşlər. İddiaçı ona ayrılmış otağın cavabdehlərə hansı əsasla verilməsi ilə maraqlandıqda məlum olmuşdur ki, həmin otağın cavabdehə ayrılması ilə bağlı hər hansı bir sənəd verilməmiş və “Azərkimya” istehsalat birliyində olan məlumata əsasən 80 saylı otaq iddiaçıya ayrılmışdır. Cavabdeh 2001-ci il tarixli orderdə 82/80 saylı otağın qeyd edilməsi əsasında ona ayrılan 80 saylı otağı zəbt etmiş və bu səbəbdən də iddiaçı ailə üzvləri ilə həmin otağa qeydiyyata düşə bilmir və cavabdehlər bu otağı iddiaçıya təhvil verməkdən imtina edirlər. Bu mənzil iddiaçının və ailə üzvlərinin yaşayış yeridir. Lakin cavabdeh onun Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulan konstitusion mənzil hüquqlarını pozaraq iddiaçını mənzilindən, yaşayış yerindən məhrum etmişdir. Halbuki həmin normaya əsasən heç kəs öz yaşayış yerindən məhkəmənin qərarı olmadan məhrum edilə bilməz. Hazırda onun təqsiri üzündən nə iddiaçı, nə də iddiaçının ailə üzvləri bu mənzilə daxil ola bilmirlər. Qarşılıqlı iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı orderin qüvvəsini itirmiş hesab edilməsi barədə qarşılıqlı iddia tələbi ilə müraciət etmiş, İddiaçı xx.xx.1992-ci il tarixində təqdim edilmiş order qüvvəsini itirmiş hesab edildiyi üçün ləğv edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 1992-ci ildən bəri Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən yataqxana 11, otaq 82-də, 2009-cu ildən 80-də yaşayır. Keçmiş arvadı Cavabdeh2 və oğlu Bədəlzadə Bayram isə həmin yataqxanada olan 82 nömrəli otaqda yaşayırlar. Asan Xidmət tərəfindən təqdim edilmiş arayışa əsasən də orada daimi qeydiyyatdadırlar. Həmin otaq işlədiyi Etilen Politilen zavodu tərəfindən 26 sayli Protokol əsasında ona ayrılmış və xx.xx.2001-ci il tarixdə Cavabdeh1 adına order verilmişdir. “Üzvi Sintez” X2 Komitəsi və MMK-nin xx.xx.1992-ci il tarixli birgə iclasının 24 saylı Protokoluna əsasən birlik tərəfindən iş üzrə ilkin iddiaçıya həmin yataqxanada yerləşən 80-ci otaqda yaşamaq hüququ verən xx.xx.1992-ci il tarixli order verilmişdir. Lakin, həmin vaxtdan bugünə qədər ilkin iddiaçı nə özü nə də ki, ailə üzvlərindən kimsə həmin otaqda yaşamamışdır. Əvvəllər 80 nömrəli otaqda X3 2009-cu ilə qədər orada yaşamış, sonradan X3 ailə vəziyyəti ilə bağlı həmin otaqdan çıxmışdır. Otağı boşaldan Giləxanım “Üzvi Sinztez” zavodunun rəhbərliyinə müraciət edərək otağı boşaltdığını və otağın onun ailəsinə verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra, zavod rəhbərliyinə müraciət edərək boşaldılan otağın da ona verilməsini xahiş etmişdir. Zavod rəhbərliyi bu ərizələrə müsbət cavab verərək ərizədə qeyd edilənlərdə köməklik göstərilməsini və icra edilməsini MİS-ə tapşırmışdır. Yalnız bundan sonra Cavabdeh1 ailəsi ilə birlikdə, həmin otaq boşaldıqdan sonra oraya köçmüşdür. Özünə məxsus olan orderdə dəyişiklik etdirərək 80 nömrəli otağı yaşadığı 82-ci otağa birləşdirmişdir. Bununla da, ona məxsus orderdə dəyişklik edilərək otağın nömrəsi 80/82 olaraq qeyd edilmişdir. Həmin vaxtdan etibarən də özü və ailəsi orada yaşayırlar. Hazırda, ilkin iddiaçı ona və ailəsinə qarşı Sumqayıt Şəhər Məhkəməsinə “mənzilə dair orderin etibarsız hesab edilməsi, mənzildən çıxarılma və mənzilə köçürülmə” barədə iddia qaldırmışdır. Lakin, bu iddianı əsassız hesab edir. Artıq qeyd edildiyi kimi, ilkin İddiaçı özü nə də ki, ailə üzvləri 80-ci otaqda yaşamamışdır. İddiaçı iddia ərizəsində özü də qeyd edir ki, ona xx.xx.1992-ci il tarixli order verilmiş, lakin heç vaxt 80-ci mənzildə yaşamamışdır. Bundan başqa, ilkin iddiaçı iddia edir ki, həmin mənzildə guya ki, məcburi köçkün ailəsi yerləşmiş və otağı zəbt etmişlər. Lakin, bu məsələ reallığı əks etdirmir. Çünkü həmin mənzildə heç vaxt məcburi köçkün ailəsi yaşamamışdır. Qonşu olan və 2009-cu ilə qədər 80 nömrəli otaqda yaşamış X3 isə məcburi köçkün olmamışdır. Cavabdeh1 ona verilmiş order əsasında həmin mənzilə köçmüş və orada yaşamışdır. Bu illər ərzində isə, heç bir halda problem yaranmamışdır. İlkin iddiaçı bu illər ərzində 80 nömrəli otağa görə ona verilmiş order əsasında həmin mənzilə köçməyə və yaşamağa cəhd belə göstərməmişdir. Buna əsasən də, ilkin iddiaçıya məxsus olan həmin xx.xx.1992-ci il tarixli order qüvvəsini itirmişdir. Həmçinin qeyd edir ki, cavabdeh 80 və 82 saylı otaqların birləşdirilməsi məqsədi ilə 2009cu ilə qədər həmin yataqxananın 80 saylı otağında yaşamış olan Babayeva Giləxanıma müraciət edərək onun oradan çıxdığı zaman 82 saylı mənzilin onun istifadəsinə verilməsini təmin etməsi üçün zavoda müraciət etməsini xahiş etmişdir. Əlavə olaraq öz adından da, müraciət etmişdir. Zavodun rəhbərliyi tərəfindən və Mənzil İstismar İdarəsinin rəisi tərəfindən müraciətlərinə müsbət cavab verilərək, onun 80-ci otaqdan istifadə etməyinə icazə verilmişdir. Həmin sənədlər sübut olaraq hazırki ərizəyə əlavə edilmişdir. Əvvəllər zavod tərəfindən həmin mənzillər zavodun işçilərinə orada yaşamaq və həmin mənzillərdən istifadə edə bilmək üçün verilmişdir. Bu mənzillər daimi olaraq deyil, məhz həmin işçinin həmin zavodda işlədiyi müddət ərzində ona təqdim edilmişdir. Buna əsasən də, ilkin iddiaçının ona mənzil təqdim edildiyi vaxtdan bəri heç vaxt orada yaşamaması və o mənzildən istifadə etməməsi əsas verir ki, həmin mənzil başqa bir şəxsin istifadəsinə verilsin. Belə ki, order yalnız boş yaşayış sahəsinə verilə bilər və yalnız otağa köçmək üçün əsas ola bilərdi. Otaq boş olmadığı təqdirdə ora orderin verilməsi qanunsuz və əsassız olmuşdur. Həmçinin həmin order əsasında ora köçməyən şəxsin 22 ildən sonra iddia qaldırması da əsassızdır. Bundan başqa, yataqxanada qonşuluqda yaşayan sakinlər tərəfindən ilkin iddiaçının və onun ailə üzvlərinin 80-ci otaqda heç vaxt yaşamaması ilə bağlı faktı təsdiq edəcək olan xx.xx.2024-cü il tarixli akt tərtib edilmiş və imzalanmışdır. Həmin akt hazırki iddia ərizəsinə əlavə edilmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan da görünür ki, keçmiş arvadı Cavabdeh2 11 nömrəli yataqxananın 82\80 nömrəli otağında qeydiyyatdadır. Bu mənzildə həmçinin övladları da passport qeydiyyatındadırlar. Əlavə olaraq qeyd edir ki, 80-ci otağa köçdükdən sonra otaqları birləşdirilməsi zamanı oranın işıq, su, qaz və sanitar qovşaq ilə təmin edilməsi üçün, otaqların təmiri yenidən bərpası üçün kifayət qədər böyük məbləğdə xərc ödəmişdir. Bu qeyd edilən hallar hər biri məhkəmə tərəfindən nəzərə alınmalıdır. Odur ki, ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) olan İddiaçı xx.xx.1992-ci il tarixində təqdim edilmiş order qüvvəsini itirmiş hesab edildiyi üçün ləğv edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Qarşılıqlı iddiaçı Cavabdeh1 Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, ilkin iddia tələbinin təmin edilməməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 1992-ci ildən bəri Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən yataqxana 11, otaq 82-də, 2009-cu ildən 80-də yaşayır. Keçmiş arvadı Cavabdeh2 və oğlu Bədəlzadə Bayram isə həmin yataqxanada olan 82 nömrəli otaqda yaşayırlar. Asan Xidmət tərəfindən təqdim edilmiş arayışa əsasən də orada daimi qeydiyyatdadırlar. Həmin otaq işlədiyi Etilen Politilen zavodu tərəfindən 26 saylı Protokol əsasında ona ayrılmış və xx.xx.2001-ci il tarixdə Cavabdeh1 adına order verilmişdir. “Üzvi Sintez” X1 Komitəsi və MMK-nin xx.xx.1992-ci il tarixli birgə iclasının 24 saylı Protokoluna əsasən birlik tərəfindən iş üzrə ilkin iddiaçıya həmin yataqxanada yerləşən 80-ci otaqda yaşamaq hüququ verən xx.xx.1992-ci il tarixli order verilmişdir. Lakin, həmin vaxtdan bugünə qədər ilkin iddiaçı nə özü nə də ki, ailə üzvlərindən kimsə həmin otaqda yaşamamışdır. Əvvəllər 80 nömrəli otaqda X3 2009-cu ilə qədər orada yaşamış, sonradan X3 ailə vəziyyəti ilə bağlı həmin otaqdan çıxmışdır. Otağı boşaldan Giləxanım “Üzvi Sintez” zavodunun rəhbərliyinə müraciət edərək otağı boşaltdığını və otağın onun ailəsinə verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Bundan sonra, zavod rəhbərliyinə müraciət edərək boşaldılan otağın da ona verilməsini xahiş etmişdir. Zavod rəhbərliyi bu ərizələrə müsbət cavab verərək ərizədə qeyd edilənlərdə köməklik göstərilməsini və icra edilməsini MİS-ə tapşırmışdır. Yalnız bundan sonra Cavabdeh1 ailəsi ilə birlikdə, həmin otaq boşaldıqdan sonra oraya köçmüşdür. Özünə məxsus olan orderdə dəyişiklik etdirərək 80 nömrəli otağı yaşadığı 82-ci otağa birləşdirmişdir. Bununla da, ona məxsus orderdə dəyişiklik edilərək otağın nömrəsi 80/82 olaraq qeyd edilmişdir. Həmin vaxtdan etibarən də, özü və ailəsi orada yaşayırlar. Hazırda, ilkin iddiaçı ona və ailəsinə qarşı Sumqayıt Şəhər Məhkəməsinə “mənzilə dair orderin etibarsız hesab edilməsi,mənzildən çıxarılma və mənzilə köçürülmə” barədə iddia qaldırmışdır. Lakin, bu iddianı əsassız hesab edir. Artıq qeyd edildiyi kimi, ilkin İddiaçı özü nə də ki, ailə üzvləri 80-ci otaqda yaşamamışdır. İddiaçı iddia ərizəsində özü də qeyd edir ki, ona xx.xx.1992-ci il tarixli order verilmiş, lakin heç vaxt 80-ci mənzildə yaşamamışdır. Bundan başqa, ilkin iddiaçı iddia edir ki, həmin mənzildə guya ki, məcburi köçkün ailəsi yerləşmiş və otağı zəbt etmişlər. Lakin, bu məsələ reallığı əks etdirmir. Çünkü həmin mənzildə heç vaxt məcburi köçkün ailəsi yaşamamışdır. Qonşu olan və 2009-cu ilə qədər 80 nömrəli otaqda yaşamış X3 isə məcburi köçkün olmamışdır. Cavabdeh1 ona verilmiş order əsasında həmin mənzilə köçmüş və orada yaşamışdır. Bu illər ərzində isə, heç bir halda problem yaranmamışdır. İlkin iddiaçı bu illər ərzində 80 nömrəli otağa görə ona verilmiş order əsasında həmin mənzilə köçməyə və yaşamağa cəhd belə göstərməmişdir. Buna əsasən də, ilkin iddiaçıya məxsus olan həmin xx.xx.1992ci il tarixli order qüvvəsini itirmişdir. Həmçinin qeyd edir ki, cavabdeh 80 və 82 saylı otaqların birləşdirilməsi məqsədi ilə 2009-cu ilə qədər həmin yataqxananın 80 saylı otağında yaşamış olan Babayeva Giləxanıma müraciət edərək onun oradan çıxdığı zaman 82 saylı mənzilin onun istifadəsinə verilməsini təmin etməsi üçün zavoda müraciət etməsini xahiş etmişdir. Əlavə olaraq öz adından da, müraciət etmişdir. Zavodun rəhbərliyi tərəfindən və Mənzil İstismar İdarəsinin rəisi tərəfindən müraciətlərinə müsbət cavab verilərək, onun 80-ci otaqdan istifadə etməyinə icazə verilmişdir. Həmin sənədlər sübut olaraq hazırki ərizəyə əlavə edilmişdir. Əvvəllər zavod tərəfindən həmin mənzillər zavodun işçilərinə orada yaşamaq və həmin mənzillərdən istifadə edə bilmək üçün verilmişdir. Bu mənzillər daimi olaraq deyil, məhz həmin işçinin həmin zavodda işlədiyi müddət ərzində ona təqdim edilmişdir. Buna əsasən də, ilkin iddiaçının ona mənzil təqdim edildiyi vaxtdan bəri heç vaxt orada yaşamaması və o mənzildən istifadə etməməsi əsas verir ki, həmin mənzil başqa bir şəxsin istifadəsinə verilsin. Belə ki, order yalnız boş yaşayış sahəsinə verilə bilər və yalnız otağa köçmək üçün əsas ola bilərdi. Otaq boş olmadığı təqdirdə ora orderin verilməsi qanunsuz və əsassız olmuşdur. Həmçinin həmin order əsasında ora köçməyən şəxsin 22 ildən sonra iddia qaldırması da əsassızdır. Bundan başqa, yataqxanada qonşuluqda yaşayan sakinlər tərəfindən ilkin iddiaçının və onun ailə üzvlərinin 80-ci otaqda heç vaxt yaşamaması ilə bağlı faktı təsdiq edəcək olan xx.xx.2024cü il tarixli akt tərtib edilmişdir və imzalanmışdır. Həmin akt hazırki iddia ərizəsinə əlavə edilmişdir. Qarşılıqlı iddia ərizəsinə əlavə edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan da görünür ki, keçmiş arvadı Cavabdeh2 11 nömrəli yataqxananın 82\80 nömrəli otağında qeydiyyatdadır. Bu mənzildə həmçinin övladları da passport qeydiyyatındadırlar. Əlavə olaraq qeyd edir ki, 80-ci otağa köçdükdən sonra otaqları birləşdirilməsi zamanı oranın işıq, su, qaz və sanitar qovşaq ilə təmin edilməsi üçün, otaqların təmiri yenidən bərpası üçün kifayət qədər böyük məbləğdə xərc ödəmişdir. Bu qeyd edilən hallar hər biri məhkəmə tərəfindən nəzərə alınmalıdır. Odur ki, ilkin iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) olan İddiaçı xx.xx.1992-ci il tarixində təqdim edilmiş order qüvvəsini itirmiş hesab edildiyi üçün ləğv edilməsini xahiş etmişdir. Bu hallar nəzərə alınsa idi Məhkəmə ilkin iddianı deyil, qarşılıqlı iddianı təmin etməli olacaqdı. Məhkəmə nəzərə almalı idi ki, yaşayış yerinə dair order (hansına ki, məhkəmə əsaslanaraq ilkin iddianı təmin etmişdir) qüvvəyə minməmişdir. Belə ki, order otağa köçmək üçün əsas idi. Amma tərəf otağa köçmədiyi və köçə bilməməsinə dair heç bir iddia qaldırmadığı üçün order öz qüvvəsini itirməli idi. Məhkəmə ümumiyyətlə yaşayış binasında mənzillərə verilən order ilə yataxanada otağa verilən orderi eyni tutmuşdur. Halbuki, yaşayış sahələrinin təyinatı fərqlidir. Yataqxanadakı otaq, mənzillərdən fərqli olaraq yalnız həmin müəssisədə işlədiyi müddət üçün verilirdi. Bu şəxs otağa köçmədiyi üçün müəssisə başqa işçisinin o mənzilə köçməsinə və yaşamasına imkan yaratmışdır. Müəssisənin mülkiyyətində olan otağa başqa şəxsin köçməsinə şərait yaratması onun xüsusi hüququdur. Order isə İcra Hakimiyyəti orqanı tərəfindən məhz elə bu müəssisənin verdiyi siyahıya əsasın verilir. Yəni, icra hakimiyyəti orqanları bu sahədə qərar qəbul edən şəxslər deyildirlər. İş üzrə ilkin iddiaya münasibətdə iddia müddətinin tətbiq edilməsinə dair də ərizə verilmişdir. Amma birinci instansiya məhkəməsi bu ərizəni də təmin etməmişdir. Halbuki, ilkin iddiaçıya verilmiş otaq qanunsuz olaraq zəbt edilməmiş, 1992-ci ildən isə otağa dair heç bir iddia qaldırılmamışdır. Belə olan təqdirdə mütləq şəkildə iddia müddəti tətbiq edilməli idi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən qarşılıqlı iddiaçı Cavabdeh1 nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən ilkin İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinin təmin edilib-edilməməsini məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qətnaməsi ilkin iddia tələbinə dair hissədə ləğv edilməli və həmin hissədə ilkin iddianın təmin edilməsinə, mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərkən gəldiyi nəticəni iddiaçınının iddia tələbinin əsaslı olması ilə əsaslandırmış və gəldiyi nəticənin hüquqi əsası kimi köhnə Mənzil Məcəlləsinin 48, 49, 106, 107, Mülki Məcəllənin 157.1, 157.2, 157.8, 337.1, 384.0.4, 384.0.5-ci maddələrinə istinad etmiş, qarşılıqlı iddia tələbinin təmin edilməməsini isə ilkin iddianın təmin edilməsinin qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan qarşılıqlı iddiaçı apellyasiya şikayəti vermiş, apellyasiya şikayətində ilkin iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, ilkin iddia tələbini təmin edən birinci instansiya məhkəməsi mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən qanunvericilik normalarını düzgün tətbiq etməmişdir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla ilkin iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. xx.xx.1992-ci il tarixli orderə əsasən “Üzvi Sintez” X2 Komitəsi və MMK-nın xx.xx.1992-ci il tarixli birgə iclasının 34 saylı protokoluna əsasən 02 saylı sexin laborantı İddiaçı və onun ailə üzvlərinə Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 saylı yataqxanada yerləşən 80 saylı otaq ayrılması, həmin yataqxananın 82 saylı otağının isə Cavabdeh1 ayrılması işin mübahisəsiz halıdır. Baxılan iş üzrə ilkin iddia tələbi orderin qismən etibarsız hesab olunması, mənzildən çıxarılma və mənzilə köçürülmə, qarşılıqlı iddia tələbi isə xx.xx.1992-ci il tarixli orderin qüvvəsini itirmiş hesab edilməsi barədədir. İlkin iddia tələbinin qanuni əsası kimi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 10, 49, 89, 99, 106, 107ci maddələri nəzərdən keçirilə bilər. İşdən göründüyü kimi mübahisəli mənzil dövlət mənzil fonduna məxsus olduğundan, mübahisəli hüquq münasibətinə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qaydaları tətbiq edilməlidir. Mənzil Məcəllənin 10-cu maddəsinə əsasən qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Həmin Məcəllənin 49-cu maddəsinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Yaşayış sahəsi orderi almış şəxslərin hüquqa uyğun olmayan hərəkətləri nəticəsində order etibarsız hesab edildikdə, bu şəxslər digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar (Mənzil Məcəlləsinin 89, 99-cu maddələri). Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir (Mənzil Məcəlləsinin 106, 107-ci maddələri). Qeyd olunmalıdır ki, hüquqi müəyyənliyin prinsipi digər tələblərlə yanaşı ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Hazırda iddiaçı 1992-ci il tarixdə 11 saylı yataqxanada yerləşən 80 saylı otağın ona ayrıldığını, lakin məcburi köçkünlərin yaşaması səbəbindən həmin otağa köçə bilmədiyini, sonradan isə cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan ona ayrılmış 80 saylı otağı istifadəsində olan 82 saylı otaqla birləşdirilməklə order əldə edərək otağı zəbt etdiyini və onun ailəsi ilə həmin otağa köçməsinə imkan vermədiyini iddia edərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, cavabdeh isə buna etiraz edərək həmin otaqda əvvəlki yaşayan Gülxanım adlı şəxsin otağı boşaltdıqdan sonra işlədiyi zavodun rəhbərliyinə müraciət edərək həmin otağın ona verilməsini xahiş etdiyini, bundan sonra ona məxsus orderdə dəyişiklik edilərək 80 saylı otağı yaşadığı 82 saylı otaqla birləşdirildiyini və ailəsi ilə orada yaşadığını bildirmişdir. İşin araşdırılmış hallarına əsasən yataqxananın 80 saylı otağı barəsində İddiaçı verilmiş order qüvvədə olduğu halda, Cavabdeh1 ayrılmış otaqla birləşdirilərək sonuncuya məxsusu orderə səlahiyyətsiz şəxs tərəfindən heç bir hüquqi əsas olmadan 80 saylı otağa dair qeyd əlavə edilmişdir. Lakin bu hal Mənzil Məcəlləsinin 48 və 107-ci maddələrinin tələblərinə uyğun olmamışdır. Qeyd olunan maddələrin məzmununa görə mənzil sahəsi vətəndaşlara müəyyən olunmuş normalara uyğun qərar əsasında verilir. Hazırkı işdə Cavabdeh1 həmin mənzilin verilməsinə dair heç bir qərar mövcud deyil. Belə bir qərarın olmadığı həm “Azərkimya” İB HİK xx.xx.2024-cü il tarixli və eləcə də Milli Arxiv İdarəsinin Sumqayıt filialının xx.xx.2024-cü il tarixli məktublarında da öz təsdiqini tapmışdır. Belə ki, həmin məktubda Sumqayıt şəhər xx.xx.2001-xx.xx.2001-ci ilə dair sərəncamlarda Cavabdeh1 yataqxanada mənzillə təmin olunması barədə məlumatın olmadığı bildirilmişdir. Mövcud tələbə iddia müddətinin tətbiqi barədə cavabdehin ərizəsinə gəldikdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mənzil Məcəlləsinin 49-cu maddəsində orderin etibarsızlığı ilə bağlı iddia müddəti 3 il müəyyən edilmiş və həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 73, 77, 82-ci maddələrinə əsasən iddia qaldırılan gündən iddia müddətinin keçməsi isə iddianın rədd edilməsi üçün əsas kimi göstərilmişdir. Lakin istər həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 78-ci maddəsində, istərsə də Konstitusiya Məhkəməsinin bir çox qərarlarında müddətin axımı şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu günlə əlaqələndirilmişdir. Nəzərə alınmalıdır ki, iddia müddətinin axımının başlanması və başa çatması anının düzgün müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi şəxsin tələb hüququnun kobud şəkildə pozulması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 373.2. və 384.0.4. maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Qeyd olunduğu kimi qanunun tələbinə görə iddia müddətinin axımı şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və bilməli olduğu andan başlanır. İşdən göründüyü kimi iddiaçıya 1992-ci ildə 80 saylı mənzilə order verilməsinə baxmayaraq məcburi köçkünlərin həmin otaqda yaşaması iddiaçıya həmin otaqdan istifadəyə imkan verməmiş, Lakin sonradan məcburi köçkünlərin mənzili boşaltmaları ilə bağlı 2024-cü ildə maraqlanarkən cavabdeh tərəfindən onun otağını öz otağına birləşdirməsi barədə məlumat olduğunu bildirmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı otaqların birləşdirilməsindən məhz 2024-cü ildə məlumat əldə etdiyindən, sonuncu orderin etibarsızlığı ilə bağlı iddia müddətini ötürməmişdir. Məhkəmə kollegiyası qarşılıqlı iddia tələbinə gəldikdə isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, ilkin iddia tələbinin təmin edilməsi həm də özü-özlüyündə qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırdığından həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qətnaməsi ilkin iddia tələbinə aid hissədə ləğv edilməli və həmin hissədə ilkin iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Qarşılıqlı iddiaçı Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 01 avqust 2024-cü il tarixli qətnaməsi ilkin iddia tələbinə aid hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilsin. Cavabdeh1 “Etilen Politilen” zavodu tərəfindən 26 saylı protokol əsasında ayrılmış xx.xx.2001-ci il tarixli orderi qismən - Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 saylı yataqxanada yerləşən 80 saylı otağın verilməsi hissəsi etibarsız edilsin. Cavabdehlər Cavabdeh1 və ailə üzvləri - Cavabdeh2 Aslan qızı, X4, Cavabdeh4 Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 saylı yataqxanada yerləşən 80 saylı otaqdan çıxarılsınlar. Sumqayıt şəhəri, 42-ci məhəllə, 11 saylı yataqxanada yerləşən 80 saylı otaqdan istifadəyə yaradılmış maneə aradan qaldırılsın, İddiaçı həmin otağa köçürülsün. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-95/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-95/2025
06.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver