Məhkəmə qərarları › İş №2(105)-970/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-970/2025

20.04.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(105)-970/2025 20.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ümumi birgə mülkiyyət hüququna xitam verilməsi, payın naturada ayrılması qaydası) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X5 və X9 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili İlyas Hüsən oğlu Həsənovun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın paylara uyğun naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı paylı mülkiyyətin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1ində yerləşən 0,0644 ha torpaq sahəsinin onunla cavabdeh Cavabdeh arasında paylara uyğun olaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən, 0,0644 ha torpaq sahəsi 7/8 hissədə onun, 1/8 hissədə isə Cavabdeh paylı mülkiyyətindədir. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ************ reyestr nömrəli çıxarış verilmişdir. Hazırda sözügedən paylı torpaq sahəsindən cavabdeh istifadə edir. Aralarında mübahisə olduğu üçün həmin paylı torpaq sahəsini öz razılıqları əsasında bölüşdürə bilməmişlər. Yuxarıda qeyd etdiklərinə əsasən onun payına düşən torpaq sahəsini başqa qaydada ala bilmədiyi üçün hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Məhkəmə iclasında cavabdehin iddiaya etirazında göstərilmişdir ki, torpaq sahəsinin daxilində yerləşən apteki cavabdeh öz vəsaiti ilə inşa etmişdir. Bu halı təsdiq edən şahidlər də var. Həmin aptekin ölçüsü 63,5 kv.metrdir. Amma ideal bölgü ilə cavabdehin əmlakdakı payı 80,5 kv.metrdir. Cavabdeh keçmiş zamanlarda apteki hamının razılığına əsasən sahənin cənub tərəfində inşa etmişdir və buna görə də hazırda bölgünün bu istiqamətdə aparılmasına etiraz etmirlər. Aptekin yerləşdiyi 63,5 kv.metr torpaq sahəsini cavabdehə verməklə naturada bölgü aparmaq mümkündür. Qalan hallarda iddianın təmin edilməsinə etiraz edir.

İş üzrə sübutlar:

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli, ********** reyestr nömrəli çıxarışdan görünür ki, paylı mülkiyyət hüququ üzrə 7/8 hissə olmaqla iddiaçı İddiaçı və 1/8 hissə olmaqla cavabdeh Cavabdeh mülkiyyətində ünvan 1ində yerləşən, 0,0644 ha torpaq sahəsi vardır. Bu barədə İddiaçı adına AA ****** saylı, ##.##.2020-ci il tarixli torpaq sahəsinin plan və ölçüsü tərtib edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli,**/**** saylı rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin boş olmadığını, torpaq sahəsinin daxilində qeyri-yaşayış tikilisinin olduğunu, həmin tikili üzrə payların müəyyən olunmadığını nəzərə alaraq, ünvan 1ində yerləşən, 0,0644 ha torpaq sahəsinin 7/8 hissə olmaqla iddiaçı İddiaçı və 1/8 hissə olmaqla cavabdeh Cavabdeh payına uyğun naturada bölünməsinin mümkün olmaması müəyyən edilmişdir.

6. ##.##.2019-cu il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı ünvan 1ində yerləşən, 0,0644 ha torpaq sahəsindəki 0,064405 kv.metrlik qeyri-yaşayış tikilisini “X6” MMCyə ##.##.2024-cü ilədək ayda 300 manat ödəmək şərtilə icarəyə vermişdir.

7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, ünvan 1ində yerləşən 0.0644 ha torpaq sahəsinin 1/8 və 7/8 paylarına uyğun naturada (real) bölgüsünün metodik vəsaitin tələblərinə əsasən texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bölgünün hansı qaydada aparılması rəyə əlavə olunmuş, “AutoCad” programı vasitəsilə hazırlanmış sxemdə ətraflı göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

8. Abşeron Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Məlahət Abbasova) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən tərəflərin paylı mülkiyyətində olan ünvan 1ində yerləşən 0.0644 ha torpaq sahəsinin iddiaçı İddiaçı 7/8 payına uyğun 563.5 kv.metrlik hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli, *-**-**/*-**/**** saylı rəyinə əlavə edilmiş “AutoCad” programı vasitəsilə hazırlanmış sxem nəzərə alınmaqla naturada ayrılması, iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq İddiaçı verilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi cəmi 100 (50+50) manat pulun Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29-cu maddəsinə, İnsan Hüquqlarının və X10 haqqında Konvensiyaya dair * saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 213.1, 213.2, 213.5, 220.1, 220.2, 220.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayəti və onun dəlilləri

10. Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnaməni əsassız, qanunsuz və ədalətsiz sayır. İş üzrə 3 ekspert rəyi vardır. Rəylərin ikisi torpaq sahəsinin naturada bölgüsünün mümkün olmadığını bildirir. Sonuncu rəydən sonra tərəfindən məhkəməyə yenidən təkrar ekspertiza təyin edilməsi, barədə vəsatət versə də, məhkəmə vəsatətini təmin etməmiş, keçirilən 3 ekspertdən yalnız birinin rəyini əsas götürərək əsassız və qanunsuz olaraq iddianın təmin olunması barədə qətnamə çıxarmışdır. Ümumiyyətlə cavabdehin payı düzgün bölünməmişdir. Cavabdehə qarşı qanun pozuntusu baş vermişdir. Ona görə də bu barədə hüquq mühafizə orqanlarına, ##.##.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması barədə isə məhkəmədə tərəfindən iddia qaldırılacaqdır. Qətnamə tamamilə qanunsuz və əsassız olduğundan, apellyasiya qaydasında ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Torpaq sahəsinin daxilində yerləşən apteki cavabdeh öz vəsaiti ilə inşa etmişdir. Bu halı təsdiq edən şahidlər də var. Həmin aptekin ölçüsü 63,5 kv.metrdir. Amma ideal bölgü ilə cavabdehin əmlakı payı 80,5 kv.metrdir. Cavabdeh keçmiş zamanlarda apteki həmin razılığa əsasən sahənin cənub tərəfinə inşa etmiş və buna görə də hazırda bölgü bu istiqamətdə aparılmalıdır. Burada aptekin yerləşdiyi 63,5 kv.metr torpaq sahəsini cavabdehə verməklə yalnız naturada bölgü aparmaq mümkündür. Əks halda torpağın naturada bölgüsü mümkün deyildir. Bunu keçirilmiş 2 ekspert rəyi də sübut edir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ####### 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Səyyad Qafari (sədrlik edən və məruzəçi), Ayaz Mahmudov və Afiq Hüseynzadə) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 214.1, 214.2, 220.1, 220.2, 220.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya instansiya məhkəməsində icraat

15. Cavabdeh kassasiya şikayəti verərək, kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsinin ləğv olunması və iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli Qərarı ilə (hakimlər X7 (məruzəçi), X1 və X2) kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2024-cü tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsi, 29-cu maddəsinin İ-ci hissəsi, 29-cu maddəsinin III-cü hissəsəsi və 60cı maddəsinin İ-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.9, 135.10, 180.3, 213.1, 213.2, 213.3, 221, 223.1, 223.2 və 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, təklif olunan pul əvəzi ilə razı deyil.

19. Cavabdehin nümayəndəsi və vəkili Həsənov İlyas Hüsən oğlu apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

20. İddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, cavabehə 15.000 manat pul məbləği təklif edir. Əmlakın hərracdan satılmasına razı deyil, belə bir tələbi yoxdur.

21. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

22. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam həcmdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır. Maddə 29, III hissə. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 60, İ hissə. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.9. Əgər müxtəlif növlü əşyalar ümumi təyinat üzrə istifadə edilməsini nəzərdə tutan vahid tam yaradırlarsa, bir əmlak (mürəkkəb əmlak) sayılırlar. Mürəkkəb əmlak barəsində bağlanmış əqdin qüvvəsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, onun bütün tərkib hissələrinə şamil edilir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Maddə 223.1. Birgə mülkiyyət hüququna əşyanın özgəninkiləşdirilməsi və ya birgə mülkiyyətin əmələ gəlməsinə əsas vermiş ümumiliyin mövcudluğuna son qoyulması ilə xitam verilir. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1, 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda şərh olunanlara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia təmin olunmamalıdır.

27. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin işə baxarkən sübutların araşdırılması ilə bağlı prosessual və maddi hüquq normalarının tələbini pozmuş, bu pozuntu isə iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

28. Kollegiya araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər qardaşdırlar, onlara valideynlərindən miras qalmış ünvan 1ində yerləşən, 0,0644 ha torpaq sahəsinin 7/8 hissəsi iddiaçı İddiaçı və 1/8 hissəsi cavabdeh Cavabdeh mülkiyyətindədir. Torpaq sahəsinin üzərində hazırda aptek kimi fəaliyyət göstərən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış tikili mövcuddur. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı tələb irəli sürərək ünvan 1ində yerləşən 0,0644 ha torpaq sahəsinin onunla cavabdeh Cavabdeh arasında paylara uyğun olaraq naturada ayrılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

29. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir.

30. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi paylı mülkiyyətindədir. Aparılmış ekspertiza tədqiqatları ilə müəyyən olunmuşdur ki, təqdim olunan torpaq sahəsi iki tərəfdən yol ilə, 2 tərəfdən isə qonşu sahələrlə əhatə olunur. Tədqiqat üzrə baxış zamanı əldə olunmuş məlumatlar, mülki iş materiallarında olan məlumatlar ilə müqayisəli tədqiq olunan zaman tərəflərin mülkiyyətinə verilmiş torpaq sahəsində 7,3 x 8,7 metr ölçüdə mişar daşından inşa olunmuş, faktiki aptek olaraq istifadə olunan qeyri-yaşayış tikilisinin inşa olunduğu müəyyən olunmuşdur. Mülki iş materiallarındakı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən tərtib olunmuş ##.##.2022-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tədqiq olunan torpaq sahəsi üzrə 2/5 və 3/5 hissələrə uyğun düşən sahə aşağıdakı kimi müəyyən edilir: Ümumi sahə üzrə: 0.0644 ha (644 m2), 1/8 hissə üzrə: 80.5 m2 (644:8), 7/8 hissə üzrə: 563.5 m2 (644:8) x 7.

31. Məhkəmə tədqiq olunan həyətyanı torpaq sahəsinin 2 tərəfdən qonşu sahələrlə, 2 tərəfdən yol ilə əhatə olunduğunu, torpaq sahəsinin konfiqurasiyasını, mülkiyyətçilərin paylarına uyğun sahənin mövcud olduğunu, torpaq sahəsində tikilinin yerləşmə vəziyyətini, aptek tikilisinin İddiaçı tərəfindən icarəyə verildiyini nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli və mübahisəli torpaq sahəsi tərəflərin paylarına uyğun rəydəki sxemə mütənasib olaraq naturada ayrılmalıdır. Məhkəmə hesab edir ki, məlum ekspert rəyi hazırkı mübahisənin həll edilməsi üçün əsaslı sübutdur və əmlakın naturada ayrılması məhz həmin qaydada həyata keçirilməlidir.

32. Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

33. Kollegiya apellyasiya şikayətinin dəlilləri, həmçinin kassasiya instansiya məhkəməsinin Qərarının göstərişləri üzrə araşdırma apararaq aşağıda şərh olunanları müəyyən etdi:

34. Göründüyü kimi hazırkı mübahisə paylı mülkiyyətçilər arasında əmlakın naturadareal bölgüsü ilə bağlıdır.

35. İddiaçı İddiaçı paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi barədə tələbi məhkəmə tərəfindən təmin edilərək torpaq sahəsinin naturada bölgüsü həyata keçirilərək sahənin üzərində yerləşən özbaşına tikili iddiaçının payına düşmüş torpaq sahəsində qalmışdır.

36. Ali Məhkəməsinin Qərarının 48-ci bəndində irəli sürülmüş mövqeyə istinadən kollegiya qeyd edir ki, özbaşına tikinti mülkiyyət hüququnun obyekti olmasa da üzərində inşa edildiyi torpaq sahəsinin tərkib hissəsi olmaqla onun maddi dəyərini artırır və Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən tikinti aparılmış torpaq sahəsinin mülkiyyətçisi özbaşına tikintiyə mülkiyyət hüququnun məhkəmə tərəfindən tanınmasını tələb etmək hüququna malik olduğundan hazırkı halda hər iki paylı mülkiyyətçinin birgə mülkiyyətdə olan torpaq sahəsinin üzərindəki tikiliyə gələcəkdə mülkiyyət hüququ əldə etmək marağı və qanuni gözləntisi olduğu üçün torpağın naturada bölgüsü zamanı tikili ilə birgə torpaq sahəsi ayrılan mülkiyyətçi digər mülkiyyətçiyə MM-nin 221-ci maddəsinə əsasən pul əvəzi ödəməlidir.

37. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, tərəflərin birgə paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölgüsü zamanı tikili digər tərəfə pul əvəzi ödənilmədən iddiaçıya ayrılmış torpaq sahəsində qalmışdır. Bu isə onu deməyə əsas verir ki, MM-nin tələblərinə uyğun bölgü aparılmamışdırı və nəticədə cavabdehin mülkiyyət hüquqları pozulmuşur.

38. Ali Məhkəmə işə yenidən apellyasiya qaydasında baxılarkən aşağıda şərh olunan halların araşdırılmasını göstərmişdir. Ali Məhkəmənin göstərişləri:

1. - Məhkəmə tərəfindən tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin həm üzərindəki tikili ilə birlikdə, həm də tikili olmadan bazar dəyərinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edilməli; Ali Məhkəmənin bu göstərişi üzrə məhkəmə kollegiyası tərəfindən məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Mərkəzi Eksperiza Bürosunun ##.##.2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi üzrə hesabatın nəticə hissəsində göstərilmişdir ki, Mərkəzi Eksperiza Bürosunun qiymətləndirici-mütəxəssisləri tərəfindən aparılmış hesablamalar və təhlillər əsasında müəyyən edilmişdir ki, ünvan 1ində yerləşən 0,0644 ha torpaq sahəsinin, həmçinin onun üzərində yerləşən 53 kv.m qeyri-yaşayış obyekti ilə orta bazar dəyəri müəyyən edilmiş - ,0644 ha torpaq sahəsinin ümumi bazar dəyəri 67,200 manat, 53 kv.m tikilinin bazar dəyəri 50,200 manat, torpaq sahəsi üzərində yerləşən tikili ilə birlikdə bazar dəyəri 117,400 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil sorğusu əsasında Daşınmaz Əmlakın alqı-satqısı üzrə mütəxəssisi İsa Ələkbər oğlu Allahverdiyev tərəfindən tərtib edilmiş rəyin nəticə hissəsində göstərilmişdir ki, aparılan hesablamalar və əldə edilmiş məlumatlara istinad edərək ünvan 1 ünvanında yerləşən 0,0644 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli faydalı sahəsi 57 kv metr olan qeyri-yaşayış sahəsini tikilinin orta bazar dəyəri 1 kv metr sahənin bazar dəyəri 25000:7=442 AZN təşkil edir. Şərh olunan rəylər arasında ziddiyyət olduğunu mübahisələndirən cavabdehin nümayədəsi-vəkilinin vəsatəti əsasında Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. “xxxx” MMC tərəfindən tərtib edilmiş ## #### 2026-cı il tarixli mütəxəssis rəyinin nəticə hissəsində göstərilmişdir ki, aparılmış hesablamalar və təhlillərə əsasən ünvan 1ində yerləşən 0,0644 ha torpaq sahəsi tikili ilə birlikdə 109 511,30 manat, tikili olmadan 79 000,0 manat təşkil edir.

2-ci göstəriş - Ekspert rəyinə əsasən müəyyən edilmiş qiymətlər əsasında tərəflərin paylarının bazar dəyəri hər iki qiymətlə müəyyən edilməli və naturada bölgü zamanı torpaq sahəsini üzərindəki tikili ilə birgə əldə edən tərəfə digər mülkiyyətçiyə payının tikili ilə birlikdə və tikili olmadan müəyyənləşdirilmiş dəyəri arasındakı fərqə görə MM-nin 221-ci maddəsinin tələbinə uyğun olaraq pul əvəzi ödənilməsi təklif edilməlidir. Bu göstəriş üzrə araşdırma aparan məhkəmə kollegiyası tərəfindən müəyyən edildi ki, paylı mülkiyyətçilər arasında əmlakın naturada-real bölgüsü torpaq sahəsinin üzərində tikili olduğundan mümkün deyildir. Belə ki, bölgü nəticəsində tikili iddiaçının payına düşən hissədə qalır ki, bu da tərəfə düşən payın maddi dəyərini artırmış olur. Tərəflər arasında ədalətli tarazlığın təmin edilməsi məqsədi ilə tərəfə pul əvəzinin ödənilməsi təklif olunmuş, iddiaçı tərəf 15.000 manat pul ödənişi təklif etmiş, cavabdeh bu təklifə etiraz edərək həmin torpaq sahəsinin üzərindəki tikili birlikdə real bazar dəyərinin çox yüksək olduğunu bildirmişdir. 3-cü göstəriş - Əgər tərəflərdən biri digərinə bərabər olmayan bölgüyə görə pul əvəzi ödənilməsinə razılıq verməzsə bölgü zamanı hər bir tərəfə düşən əmlak payındakı bərabərsizliyin aradan qaldırılması mümkün olmadığından mübahisə MM-nin 221-cı maddəsinin tələbləri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyasının ##.##.2024-cü il tarixli qərardadındakı hüquqi mövqe nəzərə alınmaqla həll edilməlidir. Ali Məhkəmənin Qərarının 51-ci bəndi üzrə araşdırma aparan məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfə əmlakın hərracda satılması təklif olunmuş, iddiaçı etiraz edərək əmlakın hərracda satılmasını tələb etmədiyini bildirmişdir.

39. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv olunmalı, iddia rədd olunmalı, tərəflərə gələcəkdə yalnız ikinci mərhələ üzrə iddia qaldırmaq hüquqları izah edilməlidir.

40. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilməlidir.

41. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi cəmi 100 (50+50) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

42. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.2, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cvabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv olunsun. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın paylara uyğun naturada bölünməsi” tələbinə dair iddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərə aid edilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi cəmi 100 (50+50) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar