Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-974/2022 16.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X3 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Naibə İlham qızı Abdullayevanın katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏN E T D İ: Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(031)-482/2021 saylı qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli qərardadına əsasən, Şabran Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli 2(031)-482/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti üzrə işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmişdir. 11 fevral 2022-ci il tarixli 2(105)-4034/2021 saylı məktubla İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş Şabran Rayon Məhkəməsinə qaytarılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2021-ci il tarixli qərardadında göstərilən nöqsanları aradan qaldırmadan mülki işi yenidən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə baxılması üçün göndərmişdir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264cü maddələrini rəhbər tutaraq QƏRARA A L D İ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş prosessual hərəkətlərin yerinə yetirilməsi ilə əlaqədar baxışdan çıxarılaraq Şabran Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-974/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-974/2022
16.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver