Məhkəmə qərarları › İş №2(105)-976/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-976/2021

02.02.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-976/2021 02.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1 və onun vəkili Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı özbaşına qoyulmuş darvazanın götürülməsi və sair tələbinə dair iddia ərizəsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-44/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 maddi zərərin əvəzi olaraq 27280 manat pulun və mənəvi zərərin əvəzi kimi 50000 manat pulun alınıb ona verilməsi, habelə cavabdehlər tərəfindən mağazanın qarşısında özbaşına quraşdırılmış dəmir darvazanın çıxarılaraq ərazinin əvvəlki vəziyyətə gətirilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 qaprşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mağazanın tikintisi və istismarı ilə bağlı etdikləri 7750 manat məbləğində xərcin əvəzi, habelə onlara vurulmuş mənəvi zərərə görə 2000 manat məbləğində vəsaitin İddiaçı onların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-44/2019 saylı qətnaməsi ilə iddia qismən təmin olunmuş, Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən İddiaçı məxsus 56 kv.metr ölçüdə olan mağazanın qarşısında quraşdırılmış darvazanın cavabdehlərin hesabına çıxarılaraq ərazinin əvvəlki vəziyyətinə gətirilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia tələbinin təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri 50 manat məbləğində pulun Cavabdeh1 və Cavabdeh2 alınaraq Dövlət Xəzinədarlığı Agentliyi, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0000003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN **********AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir (hakim Anar Sadıqov). Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-44/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti prosessual müddət ötürüldüyündən geri qaytarılmışdır. Cavabdehlər xx.xx.2020-ci il tarixdə buraxılmış apellyasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-44/2019 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-44/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(067)-44/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən buraxılmış prosessual müddət bərpa edilməməsi qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinin 2(067)-44/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişlər. Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-44/2019 saylı qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayətin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmə qətnaməsini 2020-ci ilin yanvarında alıb. Səhhətində yaranmış problemlər və ölkə ərazisində tətbiq edilən karantin rejiminə görə qətnamədən vaxtında apelyasiya şikayəti verə bilməmişlər. Göründüyü kimi, səhhətində yaranan problemlər və ölkə ərazisində tətbiq edlən karantin rejimi qətnamədən apelyasiya şikayəti verilməsi müddətinin üzrlü səbəbdən ötürülməsinə dəlalət edir. Odur ki, şikayətin təmin edilərək qərardadın ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili Vəkil şikayətin dəlillərini müdafiə edərək təmin edilməsi və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı şikayətin dəlillərinə etiraz edərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apelyasiya üçün müəyyən olunmuş qaydada baxır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-44/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki iş materiallarında olan “xəstənin tibb kartasından” çıxarışın surətindən müəyyən edilir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək stasionar müalicədə olmuşdur. İş materiallarında olan poçt xəbərnaməsindən müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-44/2019 nömrəli qətnaməsinin surəti rəsmi qaydada poçt vasitəsi ilə xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 ünvanına çatdırılmış və Cavabdeh2 təqdim edilmişdir. İş materiallarında olan apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə bank qəbzindən müəyyən edilir ki, Cavabdeh1 və Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunu xx xxxxxxxx 2020-ci il tarixdə ödəməklə, apellyasiya şikayətini vermişlər. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi məhkəmə qətnaməsinin cavabdehlərə xx xxxxxx 2020-ci il tarixdə çatdırılmasını, apelyasiya şikayətini müddətin ötürülməsi ilə verilməsini, qətnamədən apellyasiya şikayəti verilməsi müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən heç bir mötəbər sübutun təqdim edilməməsini müəyyən edərək ərizəni təmin etməmiş, gəldiyi nəticəni də Mülki Prosessual Məcəllənin 360, 133.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Həmin Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Həmin Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi apellyasiya şikayətini qaytarır. Həmin Məcəllənin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Mülki-Prosessual Məcəllənin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Mülki-Prosessual Məcəllənin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Mülki-Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən sənədin rəsmən verilməsi məhkəmənin göndərdiyi rəsmi sənədlərin çatdırılmasıdır. Məhkəmə kollegiyası qeyd olunan qanunvericilik normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, məhkəmə qətnaməsi cavabdehlər tərəfindən xx.xx.2020-ci il tarixdə təqdim edilməsi nəzərə alınarsa, qətnamədən 1 ay müddətində şikayət verməli olduğu halda, cavabdehlər apelyasiya şikayətini xx.xx.2020-ci il tarixdə, yəni 7 ay 27 gün sonra gün sonra məhkəməyə təqdim etməklə 1 aylıq prosessual müddəti ötürmüş və müddəti üzrlü səbəbdən ötürməsi barədə də heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Qanunvericiliyin tələbinə görə müddətin buraxılmasının səbəbi üzürlü hesab edilərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddət bərpa oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək stasionar müalicədə olması və ölkə ərazisində pandemiya ilə əlaqədar tətbiq edilən karantin rejimi səbəbləri Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(067)-44/2019 saylı qətnaməsindən apellyasiya şikayətinin vaxtında verilməsinə mane olan üzrlü səbəblər kimi qəbul edilə bilməz. Bundan əlavə Cavabdeh1 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək stasionar müalicədə olmuş, qətnamə cavabdehlərə poçt vasitəsilə xx xxxxxx 2020-ci il tarixdə çatdırılaraq təqdim edilmişdir. Yəni qətnamə Cavabdeh1 müalicədə olduğu dövrdən 1 ay 12 gün sonra təqdim edilmişdir. Eyni zamanda Cavabdeh1 müalicədə olmasını qeyd etsə də, belə bir hal digər Cavabdeh2 münasibətdə də müddətin ötürülməsinin üzrlü hesab edilməsinə əsas ola bilməz. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsinin xx xxxxxx 2020-ci il tarixdə alınması nəzərə alınarsa qətnamədən apelyasiya şikayəti verilməsi müddəti 11 fevral 2020-ci il tarixidir ki, həmin dövrdə də ölkə ərazisində hər hansı karantin şəraiti tətbiq edilməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq onu da qeyd edir ki, işdə iştirak edən şəxs qanunla müəyyən edilmiş müddəti üzrlü səbəbdən buraxmasını bildirirsə, belə olan halda, müddətin buraxılmasına səbəb olmuş halların üzrlü olmasını sübut etmək vəzifəsi də həmin şəxsin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, cavabdehlərin ərizədə göstərdiyi dəlillər onun qətnamədən apelyasiya şikayəti verməsi müddətini üzrlü səbəbdən buraxmasını təsdiq etmir və şikayətin təmin edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası şikayəti təmin etməyərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə və X2 Məhkəməsinin presedent hüququna da istinad edir. “C.İsmayılzadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Hüquqi müəyyənlik prinsipi hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur; hüquqi münasibətlərin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli və mütənasiblik prinsipinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır. Konstitusiya Məhkəməsinin adı çəkilən Qərarda hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illyuziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir. Digər tərəfdən prosesdə iştirak edən şəxslərin yekun məhkəmə aktlarının qanuniliyi və əsaslılığını şübhə altına alaraq onları daim mübahisələndirmək təhlükəsini yaradır. Belə hal cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldır. «Kudrina Rusiyaya qarşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında X2 Məhkəməsi qeyd etmişdir ki, Kovensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə təmin edilən məhkəmə araşdırması hüququ hüququn aliliyi prinsipininin Razılığa gələn Dövlətlərin ümumi irsinin hissəsi kimi tanınmasına dair Kovensiyanın Preambulasına uyğun təfsir olunmalıdır. Hüququn aliliyinin əsas aspektlərindən biri də hüquqi müəyyənlik prinsipidir ki, sair şərtlərdən başqa məhkəmələrin qəti qərarlarının mübahisələndirilə bilinməməyini tələb edir. Sözü gedən prinsipə görə tərəflərin yalnız işə yenidən baxılması və yeni qərar çıxarılması məqsədli ilə məhkəmə qərarına yenidən baxılması hüququ yoxdur. Yalınz iş üzrə iki mövqeyin mövcudluğu işə yenidən baxılması üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-44/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-44/2019 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar