Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-984/2020 24.07.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ xx xxxx 2020-ci il İş № 2(105)-984/2020 Sumqayıt şəhəri Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, «X1 Mərkəzi» MMCyə və Cavabdeh3 MMC-yə qarşı əmlakın qiymətləndirilməsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-5967/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-5967/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim İ.M.Mahmudov) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirdi ki, hazırda ona mübahisə edilən əmlakın artıq bankın mülkiyyətində olması məlum olmuşdur və bununla bağlı məhkəmədə digər iddia verəcəkdir. Ona görə də hazırki iddiadan imtina edir. Apelyasiya baxışı zamanı iclasının vaxtı və yeri barədə xəbərdar edilsələr də Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, «X1 Mərkəzi» MMC və Cavabdeh3 MMC heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına nümayəndələrini göndərməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, təqdim edilən ərizəni nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-5967/2018 saylı qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməsinə dair qərardad çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyasıiddiadan imtina ərizəsini araşdıraraq Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsində nəzərdə tutulan əsasların olmamasını, o cümlədən imtinanın işdə iştirak edən digər şəxslərin mənafeyinə zidd olmamasını nəzərə alaraq hesab edir ki, iddiadan imtina barədə ərizə qəbul edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 263-264, 369, 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtina barədə ərizəsi qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-5967/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsinə, «X1 Mərkəzi» MMCyə və Cavabdeh3 MMC-yə qarşı əmlakın qiymətləndirilməsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddia ərizəsi və apelyasiya şikayəti verilərkən ödənilən dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qərardaddan rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-984/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-984/2020
24.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver