Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-996/2022 04.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(060)-310/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(060)-310/2022 nömrəli qətnaməsi ilə (hakim Rəşad Qoşqarlı) “Sumqayıt Tibbi Mərkəzi” X4 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasının Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı qeyriyaşayış sahəsindən çıxarılma tələbinə dair ilk iddia təmin edilib, Cavabdeh1, Cavabdeh4, onların yetkinlik yaşına çatmış övladları - Cavabdeh2, Cavabdeh3 və həmçinin azyaşlı övladları X2 “Sumqayıt Tibb Mərkəzi” X4 ünvan 1 ünvanında yerləşən binadan çıxarılmaları, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 “Sumqayıt Tibbi Mərkəzi” X4 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasına qarşı yaşayış sahəsinə, tikiliyə hüquqlarının tanınması və ya maddi və mənəvi ziyanların ödənilməsi tələbinə dair qarşılıqlı iddiaları təmin edilməmiş və Cavabdeh2 tərəfindən ödənilmiş dövlət rüsumunun özünə aid edilməsi qət edilmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(060)-310/2022 nömrəli qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: “Sumqayıt Tibbi Mərkəzi” X4 Sumqayıt 2 saylı Şəhər Xəstəxanası iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, onların yetkinlik yaşına çatmış övladları- Cavabdeh2, Cavabdeh3 və həmçinin azyaşlı övladları X2 “Sumqayıt Tibb Mərkəzi” X4 ünvan 1 ünvanında yerləşən binasından çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 “Sumqayıt Tibbi Mərkəzi” X4 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edib, mübahisələndirilən tikiliyə hüquqlarının tanınması və ya tikiliyə çəkdikləri 25 min manat pul vəsaitinin, 5 min manat tikiliyə icazə alınması verilmiş pulun, 15 min manat mənəvi ziyanın, cəmi 45 min manat maddi və mənəvi ziyanların cavabdeh Sumqayıt Tibb Mərkəzi X4 tərəfindən tutularaq onlara ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsi 19 yanvar 2022-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 19 aprel 2022-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apellyasiya şikayətindən imtina edib, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. MPM-nin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-nin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur, bu səbəbdən də, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 365, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətindən imtinası qəbul edilsin. “Sumqayıt Tibbi Mərkəzi” X4 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasının Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair ilk və Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 “Sumqayıt Tibbi Mərkəzi” X4 Sumqayıt 2 saylı Şəhər Xəstəxanasına qarşı yaşayış sahəsinə, tikiliyə hüquqlarının tanınması və ya maddi və mənəvi ziyanların ödənilməsi tələbinə dair qarşılıqlı iddialara dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 19 yanvar 2022-ci il tarixli, 2(060)- 310/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-996/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-996/2022
04.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver