Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-999/2024 10.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (aparılmış notariat əməliyyatının (vərəsəlik hüququ haqqında şəhadətnamənin) etibarsız hesab edilməsi –subyektiv hüquq) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X28 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X18, İddiaçı Şabran rayon notariat ofisinin notariusu İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi Nümayəndə Kamətdin oğlunun iştirakı ilə (sonuncu məhkəmə iclasında iştirak etmir) İddiaçı Şabran rayon notariat ofisinin notariusu İddiaçı Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Şabran Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(031)-85/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi İşin halları
1. Cavabdeh Şabran rayon notariat kontoruna ünvanladığı ərizəsindən görünür ki, Cavabdeh ona çatası paya (qanun və ya vəsiyyətnamə üzrə məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilməsini xahiş etmişdir.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X11 adına qeydə alınmışdır.
3. 22 sentyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə təsdiq edilən 2V reyestrə 110 nömrəli vəsiyyətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi qismində Cavabdeh Siyəzən şəhəri, X31 küçəsi, 20A ünvanında yerləşən ümumi sahəsi 73,8 kvm olan fərdi yaşayış evindən və həmin ərazidə yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsindən ibarət əmlakdan tam hissədə pay almasına dair Şabran rayon notariat ofisi tərəfindən 22 sentyabr 2023-cü ildə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.
4. Siyəzən Rayon İHB-nın Siyəzən şəhər İƏD-si üzrə Nümayəndəsi tərəfindən verilmiş 02 mart 2016-cı il tarixli 655 saylı arayışdan görünür ki, Cavabdeh anasının dayısı X19 xx.xx.2015- ci ildə vəfat etmişdir. G.Sultanov vəfat edən günə kimi Siyəzən şəhəri, Sabir küçəsi 20 nömrəli evdə qeydiyyatda olmuş və orada yaşamışdır. G.Sultanovun başqa vərəsəsi yoxdur.
5. AZ-İ seriyalı 224309 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X15 arasında bağlanmış rəsmi nikah 18 noyabr 2015-ci ildə ləğv edilmişdir.
6. xx.xx.2015-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, ünvan 4 ünvanda qeydiyyatda olan X19 ölən günədək ona məxsus olan və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Şabran şəhəri, T.Abbasov küçəsi, ev 5-də qeydiyyatda olan Cavabdeh vəsiyyət etmişdir.
7. Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli 2(059)- 390/2015 saylı qətnaməsinin surətindən görünür ki, Siyəzən şəhəri, Sabir küçəsində yerləşən ümumi sahəsi 73.8 kv.m. olan 2 otaqlı 20 saylı fərdi yaşayış evinin cavabdeh X12 bağışlanmasına dair 26 yanvar 2015-ci il tarixli bağışlanması müqaviləsi ləğv edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarış ləğv edilmişdir.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)-862/2016 nömrəli qətnaməsinin surətindən görünür ki, cavabdeh X9 apellyasiya şikayəti təmin edilmiş, Siyəzən rayon məhkəməsinin 24 iyun 2015-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2017-ci il tarixli 2(102)-2191/17 nömrəli qərarının surətindən görünür ki, iddiaçı X11 prosessual hüquqi varisi Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-862/2016 nömrəli, 21 oktyabr 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Siyəzən şəhəri, X31 küçəsi, 20A ünvanında yerləşən ümumi sahəsi 73,8 kvm olan fərdi yaşayış evindən və həmin ərazidə yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsindən ibarət əmlakdan tam hissədə pay almasına dair Şabran rayon notariat ofisi tərəfindən verilmiş 22 sentyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, 2V-110 reyestr nömrəli vəsiyyətnaməyə əsasən xx.xx.2015-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi qismində Cavabdeh Siyəzən şəhəri, X31 küçəsi, 20A ünvanında yerləşən ümumi sahəsi 73,8 kvm olan fərdi yaşayış evindən və həmin ərazidə yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsindən ibarət əmlakdan tam hissədə pay almasına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnamə Cavabdeh tərəfindən təqdim edilmiş zəruri sənədlər əsasında verilmişdir. Belə ki, Cavabdeh əmlakın X14 məxsus olmasına dair çıxarış və digər sənədləri təqdim etmişdir. Notariat tərəfindən həmin sənədlər yoxlanılmış və çıxarış qüvvədə olduğunu, yəni əmlak vəfat edən şəxsin adında göründüyü və bu günə kimi başqa kimsə əmlakla bağlı notariusa müraciət etmədiyi üçün cavabdehə sözügedən vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan sonra Cavabdeh çıxarış almaq üçün müraciət etdikdə əmlak üzərində həbsin olduğunu bilmiş və həmin müvəqqəti təminat tədbirinin ləğv edilməsi üçün Siyəzən Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra məlum olmuşdur ki, Cavabdeh işin əsl hallarını gizlədərək, yəni əmlaka dair baş tutmuş məhkəmə proseslərini, qəbul edilmiş məhkəmə aktlarını gizlədərək vərəsəlik şəhadətnaməsinin əldə edilməsinə nail olmuşdur. Notariatın mövcud məhkəmə mübahisələrini, yekun məhkəmə aktlarını əldə etmək, sistemdən görmək kimi imkanları olmadığı üçün Cavabdeh təqdim etdiyi sənədlər əsasında vərəsəlik şəhadətnaməsini tərtib etmişlər. Həmin məhkəmə aktları nəzərdən keçirildikdə müəyyən olur ki, Cavabdeh öz maraqları üçün notariat sistemini də aldadaraq işin əsl hallarını gizlətməklə öz adına şəhadətnamə alınmasına nail olmuşdur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
12. Cavabdeh xx.xx.2023-cü ildə məhkəməyə etiraz ərizəsini təqdim edərək ərizəni onunla əsaslandırmışdır ki, X19 anasının dayısıdır. X11 həyat yoldaşı olmuş X2 Güləsən Xanəli oğlunun xəstəliyindən istifadə edərək 26 yanvar 2015-ci il tarixli bağışlama müqaviləsinə imza etdirmiş və Siyəzən şəhəri, Sabir küçəsində yerləşən ümumi sahəsi 73,8 kv.m olan 2 otaqlı 20 A saylı fərdi yaşayış evinə qeyri-qanuni şəkildə sahiblənmişdir. Əslində isə X6 rayon notariat kontoruna verdiyi 03 iyun 2015-ci il tarixli vəsiyyətnaməyə əsasən ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ona vəsiyyət etmişdir. Həmin tarixdə Güləsən Sultanovun özü şəxsən Şabran rayon notariat kontorunda iştirak etmiş, şahidlər X5 və X8 iştirakı ilə vəsiyyətnamə tərtib edilmiş, həmin vəsiyyətnamə Güləsən Sultanov, şahidlər tərəfindən imza edilmiş və notarius tərəfindən təsdiq edilmişdir. X7 tərəfindən aldadıldığını biləndən sonra məhkəməyə iddia tələbi ilə müraciət etmiş və Siyəzən Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli, 2(059)-390/2015 saylı qətnaməsi ilə Siyəzən şəhəri, Sabir küçəsində yerləşən ümumi sahəsi 73,8 kv.m olan 2 otaqlı 20 saylı fərdi yaşayış evinin X12 bağışlanmasına dair 26 yanvar 2015-ci il tarixli bağışlama müqaviləsi, həmçinin çıxarış ləğv edilmiş, habelə bu qətnamə icra edilməsi üçün 30 iyul 2015-ci il tarixdə DƏDRX-in 2 saylı Ərazi İdarəsinə göndərilmiş, nəticədə 27 fevral 2015-ci il tarixdə mərhum Fatma Sultanovaya verilmiş dövlət reyestrindən çıxarış ləğv edilmişdir. 11 sentyabr 2015-ci il tarixdə əvvəlki hüquq sahibi X24 müraciəti əsasında onun hüquqları bərpa olunmaqla, Siyəzən şəhərinin Sabir küçəsindəki ümumi sahəsi 73,8 kv.m olan 20 A saylı fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsi dövlət reyestrindən çıxarışa əsasən mərhum X11 adına qeydiyyata alınmışdır. Bundan sonra Güləsən Sultanovun tələbi ilə X15 ilə arasında nikah pozulmuşdur. Fatma Sultanova cehiz əmlakı tələbi ilə məhkəməyə müraciət etmiş və məhkəmə qətnaməsi əsasında əşyalarını da götürüb aparmaqla, mübahisəli evi tərk etmişdir. X19 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaka dair vəsiyyətnamə üzrə vərəsəsi olaraq onun xx.xx.2016-cı il tarixli qəbul ərizəsinə əsasən V- 23/2016-cı il tarixli vərəsəlik işi açılmışdır. X4 Rayon Məhkəməsinin 24 iyun 2015-ci il tarixli, 2(059)-390/2015 saylı qətnaməsinin qəbul edilməsinin üzərindən 4-5 ay keçəndən sonra, heç bir əsas olmadan apellyasiya şikayəti vermişdir. Mübahisəli əmlak hazırda da X24 adında qeydiyyatdadır. Vərəsəlik hüququ haqqında şəhadətnamə isə qanuni əsaslarla verilmişdir. Hesab edir ki, iddia əsassızdır
13. Şabran Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(031)-85/2024 nömrəli qətnaməsi ilə ( K.Mirzəfərova) iddia təmin edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə mübahisə edilən Siyəzən şəhəri, X31 küçəsi, 20A ünvanında yerləşən fərdi yaşayış evi və 0,044 ha olan torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 mart 2017-ci il tarixli 2(102)-2191/17 nömrəli qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmış və Siyəzən şəhəri, X31 küçəsi, 20A ünvanında yerləşən fərdi yaşayış evi və 0,044 ha olan torpaq sahəsi ilə bağlı mübahisə X9 xeyrinə həll edilmişdir. Mülki iş üzrə həm Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2016cı il tarixli 2(105)- 862/2016 nömrəli, həm də Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2017-ci il 2(102)-2191/17 nömrəli qərarlarından görünür ki, X13 prosessual hüquq varisi Cavabdeh məhkəmə iclaslarında iştirak etmiş və iş üzrə qəbul edilən qərarlarla tanış olmuşdur. Müəyyən edimişdir ki, əmlakın ilkin sahibi X1 əmlakı həyat yoldaşı X12 26 yanvar 2015-ci ildə bağışlamış, lakin sonradan həmin bağışlanma müqaviləsinin ləğvi üçün Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 24 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək bağışlanma müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Bu qətnamə qüvvəyə minərək icraya göndərilmiş və bundan sonra yenidən sözügedən əmlakın X11 adına rəsmiləşdirilməsinə dair xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir. Qətnamə icra olunandan sonra cavabdeh müddəti bərpa edərək apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-862/2016 saylı qətnaməsi ilə şikayət təmin edilərək Siyəzən Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Bundan sonra, iddiaçı tərəf kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmənin 2(102)-2191/17 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kamətdin X3 iddiasının yekunda təmin edilmədiyini bildiyi halda bunları öz marağı üçün gizlətmiş və nəticədə səhvən şəhadətnamənin verilməsinə nail olmuşdur. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin etmişdir.
15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1, 560.3.4-cü maddələri, Konstitusiya Məhkəməsinin Plenumunun B.Qasımovun şikayəti üzrə xx.xx.2019-cu il tarixli, N.Əsədovanın şikayətinə dair xx.xx.2021-ci il tarixli, F.Nəcəfovanın şikayəti üzrə xx.xx.2023-cü il tarixli qərarlarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 15.2, 82.3, 14.2, 77.1, 107, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə işin hallarını tam və ətraflı araşdırmamış, iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Qəbul edilmiş qətnamə cavabdehin hüquqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı tərəf iddiasında göstərir ki, Cavabdeh öz maraqları üçün notariat sistemini də aldadaraq işin əsl hallarını gizlətməklə, vəsiyyətnamə üzrə vərəsəlik haqqında şəhadətnamə alınmasına nail olmuşdur. İşə baxan məhkəmə də öz növbəsində əsassız iddia tələbində qeyd olunanları formal sadalayaraq iddianı təmin etmişdir. Hansı ki, ortalıqda heç bir etibarsız əqd mövcud deyildir. X24 adına verilmiş evə dair mülkiyyət sənədi hazırda qüvvədədir. Yəni, həmin sənəd əsasında hər hansı əməliyyat aparmaqda heç bir problem yoxdur və əməliyyat həmin sənəd əsasında aparılmışdır. Məhkəmədə işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə istinad olunsa da, həmin norma səhf təfsir edilmiş, bununla da maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Vərəsəliklə bağlı məsələni başa çatdıraraq vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə əvvəlcə 2023-cü ilin avqust ayında Siyəzən rayon dövlət Notariat Ofisinə müraciət edilmişdir. Siyəzən rayon dövlət Notariat Ofisində cavabdehə Şabran rayon Dövlət Notariat Ofisinə müraciət etməyi bildirilmişdir. Bundan sonra Şabran Rayon Notariat Ofisinə müraciət olunmuş, təqdim edilən sənədlər araşdırılmaqla, qanuni şəkildə Kamətdinə vərəsəlik şəhadətnaməsi təqdim olunmuşdur. Şabran rayon Notariat Ofisinin xüsusi notariusu tərəfindən 22 sentyabr 2023- cü il tarixdə, reyestrdə 2V-323 nömrə ilə qeydə alınmış vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 25 noyabr 2015-ci il tarixdə vəfat etmiş X11 vəsiyyətnamə üzrə vərəsəsi olaraq Cavabdeh miras əmlakdan, o cümlədən Siyəzən şəhərinin Sabir küçəsindəki ümumi sahəsi 73,8 kv.m olan 20 A saylı fərdi yaşayış evindən və həmin ünvanda yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsindən tam hissədə pay almışdır. Həmin vaxt notariusda cavabdehdən soruşulmadığı üçün evin üzərində həbsin olması barədə notariusa məlumat verməmişdir. Cavabdeh vəsiyyətnamə əsasında notariusa müraciət edib, vərəsəlik şəhadətnaməsini əldə etmişdir. Onun tərəfindən bütün prosesdurlar qanunvericiliyin tələbinə əməl edilməklə icra edilmişdir. Lakin sonradan məhkəmə tərəfindən əmlak üzərində həbsin olması bəlli olduqda hazırkı iddiaçı qeyd olunan tələblə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə zəruri olan bütün halları tam araşdırmamış və iş üzrə əsassız nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iştirak etdiyi iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o cavabdehin anasıdır. X19 onun doğma dayısıdır. Güləsən Sultanovun birinci evliliyi əmisi qızı ilə, ikinci evliliyi isə X15 ilə olub. Güləsən Sultanovun heç bir övladı olmayıb. Cavabdeh adına vərəsəlik işi açılan zaman da mübahisəli əmlak Güləsən Sultanovun adında idi və əmlak üzərində həbs var idi. Əmlak üzərində həbsi də Fatma Sultanova əsassız iddialar irəli sürdüyündən məhz cavabdeh qoydurmuşdur. Şabran rayon notariat ofisi tərəfindən cavabdehin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verildikdən sonra Siyəzən Rayon Məhkəməsinə əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə ərizə ilə müraciət etmişlər. Daha sonra notarius Səfər Səfərli onu notariat ofisinə çağırmış və ona natamam məlumatlar verildiyini, qanunsuz olaraq vərəsəlik haqqında şəhadətnamə əldə edildiyini bildirmişdir. O isə notariusa hər hansı yanlış məlumat verilmədiyini bildirmişdir. Güləsən Sultanovun vərəsəsi məhz cavabdeh tərəfdir. Miras əmlak olaraq qalan ev isə onların baba yurdudur. Mərhum Güləsənin onlardan başqa heç bir yaxın qohumu yoxdur. İşə baxan məhkəmənin qəbul etdiyi qətnamə qanunsuz və əsassızdır. Ona görə də nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
20. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Cavabdeh Güləsən Sultanovun ölüm haqqında şəhadətnaməsini, vəsiyyətnaməni gətirib təqdim etmiş, amma məhkəmə mübahisələrinin olması ilə bağlı notariusa heç bir məlumat verməmişdir. X10 texniki nasazlıq olduqda əmlak üzərində həbsin olması, əmlakın özgəninkiləşdirilməsinin qadağanın olması barədə məlumatlar görünmür. Təbii ki, notarius əmlakla bağlı mübahisə olduğunu, yekunlaşmış məhkəmə aktı olduğunu bilsəydi, miras üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməzdi. Cavabdeh vərəsəlik hüququ haqqında şəhadətnaməni aldıqdan sonra əmlak üzərində həbs olduğunu bildiyi üçün Siyəzən Rayon Məhkəməsinə əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə məhkəməyə müraciət etmişdir. Bundan sonra Siyəzən Rayon Məhkəməsindən notariusa müraciət ünvanlanmış, notarius mövcud mübahisəni aydınlaşdıran kimi Cavabdeh miras əmlakın ona vərəsəlik qaydasında keçməyəcəyini bildiyi halda, natamam məlumat verməklə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etdiyini bildirmiş və könüllü surətdə notariusa müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnaməni ləğv etdirməsini bildirmişdir. Sonuncu ona edilən qanuni təklifdən boyun qaçırdığından, notarius hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan məhkəmə mübahisənin həllinə dair ədalətli və qanuni qətnamə qəbul etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlnaılmasını xahiş etdi.
21. Sonuncu məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
22. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Mülki hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1159.1.1.Qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Maddə 1194. Məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Maddə 1195. Məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Maddə 1196. Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.
24. “Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunun; Maddə 8. Notarius bu Qanunda nəzərdə tutulan hərəkətləri apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədləri və məlumatları tələb edə bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə notariusa digər hüquqlar da verilə bilər. Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir; mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır; notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir: miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. Maddə 59. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Maddə 60. Notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır; notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat
Bənd 95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələr və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Bənd 102. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius mirasın açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini tələb edir. Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, arayışları, eləcə də akt qeydlərindən çıxarışlar, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri. Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin notariat qaydasında təsdiq edilmiş razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər
104. Notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olubolmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat ofisində yoxlayır. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə vərəsələrin miras qoyanla qohumluq və ya digər münasibətlər göstərilirsə (vərəsələrin arzusu ilə), notarius bu münasibətləri təsdiq edən sənədləri tələb edir.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. və 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya şikayətindən görünür ki, apellyator Şabran Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(031)-85/2024 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək qətnamənin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilərək, iddianın təmin olunmamasına dair yeni qətnamə qəbul edilməlidir
30. Tələb notarius tərəfindən aparılmış əməliyyatın, konkret halda təsdiq edilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədədir.
31. Araşdırılan işin tədqiq olunan faktiki hallarından müəyyən edilir ki, mübahisəli əmlak (ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi) Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən X11 adına qeydə alınmışdır.
32. Həmin əmlak 26 yanvar 2015-ci il tarixli bağışlama müqaviləsi əsasında X12 bağışlanmışdır. Daha sonra, sözügedən əmlakın bağışlama müqaviləsinin ləğv edilməsinə dair tələblə mərhum X19 məhkəməyə müraciət etmiş və həmin mübahisə üzrə qüvvədə olan məhkəmə aktı ilə (Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(105)- 862/2016 nömrəli qətnaməsi) iddia tələbi təmin edilməmişdir. Sözügedən qətnamə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılmışdır.
33. Yenə işdən müəyyən olunur ki, ünvan 4 ünvanda qeydiyyatda olan X19 xx.xx.2015-ci il tarixli vəsiyyətnamə əsasında ölən günədək ona məxsus olan və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını Şabran şəhəri, T.Abbasov küçəsi, ev 5-də qeydiyyatda olan Cavabdeh vəsiyyət etmişdir.
34. Şabran rayon notariat ofisi tərəfindən təsdiq edilmiş 22 sentyabr 2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il tarixdə təsdiq edilmiş, 2V-110 reyestr nömrəli vəsiyyətnaməyə əsasən, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X11 vərəsəsi qismində Cavabdeh Siyəzən şəhəri, X31 küçəsi, 20A ünvanında yerləşən ümumi sahəsi 73,8 kvm olan fərdi yaşayış evindən və həmin ərazidə yerləşən ümumi sahəsi 0,044 ha olan torpaq sahəsindən ibarət əmlakdan tam hissədə pay əldə etmişdir.
35. İş materiallarından həmçinin o da müəyyən olunur ki, mübahisəli əmlaka dair yuxarıda qeyd olunan məhkəmə mübahisələri üzrə X13 prosessual hüquq varisi Cavabdeh məhkəmə iclaslarında iştirak etmiş və iş üzrə qəbul edilən qərarlarla tanış olmuşdur.
36. İşin tədqiq olunan faktiki hallarından çıxış edən kollegiya qeyd edir ki, əmlakın ilkin sahibi X1 əmlakı əvvəlcə X12 26 yanvar 2015-ci ildə bağışlamış, lakin sonradan həmin bağışlama müqaviləsinin ləğvi üçün Siyəzən Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 24 iyun 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının iddiası təmin edilərək bağışlama müqaviləsinin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsi qət edilmişdir. Bu qətnamə icraya yönəldilmiş və bundan sonra yenidən sözügedən əmlakın X11 adına rəsmiləşdirilməsinə dair xx.xx.2015-ci il tarixli çıxarış verilmişdir.
37. Lakin araşdırılan işdən müəyyən olunur ki, qətnamə icra olunandan sonra cavabdeh tərəfindən müddət bərpa edilərək, apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-862/2016 saylı qətnaməsi ilə şikayət təmin edilərək, Siyəzən Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Bundan sonra, iddiaçı tərəf kassasiya şikayəti vermiş, lakin Ali Məhkəmənin 2(102)-2191/17 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
38. Beləliklə, araşdırılan iş üzrə belə qənaətə gəlinir ki, notarius tərəfindən müvafiq notariat hərəkəti həyata keçirilərkən, tam araşdırılma aparılmadan, sözügedən evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə rəsmiləşdirilmiş, lakin sonuncu yuxarıda qeyd olunanlardan məlumatlı olan kimi, özü tərəfindən təsdiq edilmiş şəhadətnamənin etibarsızlığı ilə bağlı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
39. Məhkəmə kollegiyası iddia tələbi və əlaqəli olaraq apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq qeyd edir ki, Cavabdeh də bütün yuxarıda qeyd olunanlardan məlumatlı olmaqla, sonda bu halları öz marağı naminə gizlədərək, nəticədə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinə nail olsa da, hazırki iş üzrə əməliyyatı aparmış notariusun öz adından iddia vermək üçün subyektiv hüquqa malik olub-olmamasına xüsusi diqqət yetirilməlidir.
40. Belə ki, yuxarıda sadalanan ardıcıllıqdan da göründüyü kimi, notarius aparmış olduğu notariat əməliyyatı üzrə tərəf olmamaqla, yalnız öz vəzifə səlahiyyətlərindən irəli gələn funksiyanı həyata keçirmiş, yəni təqdim olunmuş sənədləri səlahiyyətləri çərçivəsində yoxlayaraq, sonda mübahisələndirilən notariat əməliyyatını aparmışdır.
41. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiyanın qənaətinə görə aparılmış notariat əməliyyatının düzgün, yaxud yanlış olmasından asılı olmayaraq, vəzifə səlahiyyətlərinin icrası ilə bağlı həyata keçirmiş olduğu əməliyyatın notariusun özü tərəfindən mübahisələndirilməsi yol verilən deyil.
42. Nəzərə alınmalıdır ki, notariat fəaliyyəti – kompleks hüquq sahəsi olaraq, fiziki və hüquqi şəxslərin mülki hüquq və mənafelərinin həyata keçirilməsinin, həmçinin mülki dövriyyə münasibətlərinin mübahisəsiz rəsmiləşdirilməsinin hüquqi təminatçısıdır. Bu fəaliyyət dövlət hakimiyyətinin verdiyi səlahiyyətlərlə notariuslar tərəfindən mübahisəsiz hüquq və faktların təsdiqini və bu notariat hərəkətlərinin məcmusunu əhatə edir.
43. O da nəzərə alınmalıdır ki,qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir.
44. Bununla bağlı apelyasiya kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
45. Göstərilən kontekstdən yanaşaraq apellyasiya kollegiyası belə nəticəyə gəlir ki, həmin iddia tələbi buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından, digər şərtlərin mövcudluğunun yoxlanılmasına, sübutların qiymətləndirilməsinə zərurət yoxdur.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu M.Bağırovun şikayəti üzrə 30 iyul 2008-ci il tarixli qərarında vurğulamışdır ki, “apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”.
47. Göründüyü kimi, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.
48. Ona görə də kollegiya belə qənaətə gəlir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından hazırki iddianı vermək səlahiyyətinə də malik deyil.
49. Kollegiya sonda onu da izah edir ki, notarius tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hüquq və mənafelərinə toxunan şəxslər müstəqil şəkildə iddia vermək hüquqlarından istifadə edə bilərlər.
50. Apellyasiya kollegiyası, tərəflərin təqdim etdiyi sübutlar həcmində mübahisənin həllinə ədalətli və obyektiv yanaşma baxımından qeyd edir ki, hazırki halda iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şabran Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(031)-85/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia yuxarıda göstərilən səbəblərə görə təmin edilməməlidir.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Həkimxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şabran Rayon Məhkəməsinin 07 mart 2024-cü il tarixli, 2(031)-85/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Şabran rayon notariat ofisinin notariusu İddiaçı Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi barədə iddası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (vəkil və elektron kabinet vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir