Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1004/2024 11.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), Pərviz Vaqif oğlu Hacıyev və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, iddiaçının və cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və üzr istənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı məhkəmə proseslərinə cəlb olunduğu üçün dəymiş ziyana görə 1000 manat, mənəvi zərərin əvəzi olaraq 3000 manat pulun cavabdehdən alınıb ona verilməsi və cavabdehin ondan üzr istəməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək ondan 7000 manat pulun, habelə 100 manat xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, cəmi 7130 manat pulun alınaraq onun xeyrinə ödənilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı 24 mart 2016-cı il tarixdə 25 dekabr 2018-ci il tarixdə qaytarmaq şərti ilə 3500 manat və 30 avqust 2016-cı il tarixdə 2018-ci ilin noyabr ayında qaytarmaq şərti ilə 3500 manat borc pul vermiş və bu barədə İddiaçı qəbz yazaraq öz imzası ilə təsdiq etmişdir. Lakin Mübariz üzərinə götürdüyü öhdəliyi pozaraq həmin 7000 manat məbləğində borcu ona qaytarmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək borcu qaytarmaqdan imtina etmişdir”. Saatlı Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi iddia təmin edilərək İddiaçı 7000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun və 100 manat xidmət haqqının əvəzinin, cəmi 7130 (yeddi min yüz otuz) manatın tutulub Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 iyul 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2021-ci il qətnaməsi ilə Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, Cavabdeh iddiaçıya qarşı qaldırmış olduğu iddia tələbinin əsassızlığı, yəni İddiaçı Cavabdeh borclu olmaması Şirvan Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarı təsdiq olunmuşdur. Buradan da görünür ki, hazırki İddiaçı Cavabdeh əsassız iddia tələbi ilə əlaqədar məhkəmə mübahisələrinə cəlb olunmuş, el-oba içərisində borc alıb-qaytarmayan şəxs kimi tanınmış, maddi və mənəvi zərərə məruz qalmışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı iddia tələbi əsassızdır. İddiaçı həqiqətən də, 24 mart 2016-cı il tarixdə 25 dekabr 2018-ci il tarixdə qaytarmaq şərti ilə 3500 manat və 30 avqust 2016-cı il tarixdə 2018-ci ilin noyabr ayında qaytarmaq şərti ilə 3500 manat ondan borc pul almışdır. Onun iddia tələbi hüquqi baxımdan yetərli sübutlar olmadığına görə rədd olunmuşdur. Bir daha bildirir ki, o, iddiaçıya böhtan atmamış, onun əzab və sarsıntı keçirməsinə səbəb olmamışdır. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 14 mart 2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və üzr istənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, Saatlı Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qətnaməsi ilə hüquqları pozulmuş, mənafelərinə ciddi şəkildə xələl gəlmişdir. Belə ki, Cavabdeh necə illərdir, əsassız olaraq onu məhkəmələrə cəlb edir, böhtan, şər yaxmaqla, kənddə, eldə obada rüsvay olmağına çalışır. Belə ki, Cavabdeh elə təəssürat yaradır ki, o ona borcludur, borcu ödəməkdən yayınır, insanlar içərisində, kənddə, eldə, obada camaat içərisində, borc alıb-qaytarmayan şəxs kimi tanıtmağa çalışır. Cavabdeh uzun illər, ona qarşı məhkəmələrdə iddia qaldıraraq, əsassız olaraq vaxt itkisinə, maddi xərclərə, sarsıntı, əsəb, stres keçirməyinə səbəb olaraq ona maddi və mənəvi ziyan vurmuşdur. Onun sonuncu dəfə ona qarşı qaldırdığı 7000 min manat pul tələbi iddiası Ali Məhkəmənin 01 mart 2021-ci il tarixli qərarı ilə təmin edilməyərək, rədd edilmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, cavabdeh dəfələrlə onu polisə verib və məhkəmələrdə süründürüb, bununla əlaqədar olaraq onu 1000 manat xərcə salmış, eləcə də mənəvi ziyana düçar olmuşdur. Cavabdehin nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərinə qarşı öz etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, əvvəllər tərəflərin arasında borc münasibətləri olmuş, Cavabdeh qarşı tərəfdən borcunu tələb etmiş, bu zaman o, öz prosessual hüquqlarını həyata keçirərək məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Cavabdeh prosessual hüquqlarından istifadə etməklə məhkəmədə iddia qaldırması, eləcə də ziyanına çıxan məhkəmə qətnaməsindən yuxarı instansiya məhkəməsinə müraciət etməsi onun konstitusion hüququdur. Həm də iddiaçı ona maddi və mənəvi ziyan vurulmasını sübuta yetirə bilməmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı tələbində cavabdehin onu məhkəməyə verdiyinə görə ona vurulmuş maddi ziyanı və onu cəmiyyət içərisində hörmətdən saldığına görə maddi ziyanı, ondan üzr istəməsini cavabdehdən tələb etmişdir. İddiaçının tələbləri bir-biri ilə əlaqəli olsa da onun tələbinin birinci hissəsi cavabdehin onu məhkəmələrə verdiyinə görə ona dəymiş maddi ziyanla bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunmalıdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdehin tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282) Kollegiya qeyd edir ki, vurulmuş ziyanı, ziyanın cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulduğunu sübuta yetirmək yükü iddiaçının üzərindədir. İddiaçı ona ziyan vurulmasını sübut edə bilməmişdir. İddiaçı məhkəmələrdə işə baxılarkən xərc çəkməsi, real zərərə məruz qalması, gəlirdən məhrum olması ilə bağlı sübut təqdim edə bilməmişdir. Tələbin ikinci hissəsi mənəvi ziyanla bağlıdır. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehin onu məhkəməyə verməsi ilə cəmiyyət içində hörmətdən düşmüşdür. Bu tələb şərəf və ləyaqətin pozulması ilə bağlı mənəvi təzminat davasıdır. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Qanunun mənasına görə cavabdehin hərəkətlərinin, yaxud iddiaçı barədə yazılanların Mülki Məcəllənin 23-cü maddəsinin təsiri altına düşməsi üçün şəxsin şəxsiyyətinə aid elə məlumatlar olmalıdır ki: həmin məlumatlar şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmiş olsun, həmin məlumatlar yalan olsun (doğru olmasın) və həmin məlumatlar yayılmış olsun. Bu üç hal birlikdə müəyyən edilərsə şəxsin şərəf və ləyaqətini, yaxud işgüzar nüfuzunu ləkələyən məlumatlar təkzib edilməlidir. Bunlara böhtan xarakterli məlumatları aid etmək olar. Bu halda məlumatların həqiqiliyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Kollegiya qeyd edir ki, şərəf və ləyaqəti ləkələyən məlumat əxlaqi prinsiplər, istehsalattəsərrüfat, xidmət və ictimai fəaliyyətlə bağlı ola bilər. Bəzi halda şəxsin şərəf və ləyaqətini alçaldan, təhqiredici ifadələr də təkzib edilə bilər. Lakin bu zaman da həmin ifadələrin yayılması müəyyən edilməlidir. “Yayılma” dedikdə məlumatın iki və daha artıq şəxslərə bildirilməsi başa düşülür. Məlumatın geniş əhali kütləsi arasında, kütləvi informasiya vasitələrində yayılması da baş verə bilər. Bu zaman da şərəf və ləyaqətin müdafiəsinə yol verilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. İşin faktiki hallarından görünür ki, tərəflər arasında əvvəllər məhkəmə mübahisələri olmuş, Cavabdeh İddiaçı qarşı iddiası təmin edilməmişdir. Kollegiya hesab edir ki, əvvəllər tərəflər arasında məhkəmə mübahisəsinin olması və iddiaçının tələbinin təmin edilməsi özlüyündə hazırki iş üzrə iddiaçının mənəvi ziyana məruz qalmasını müəyyən edən fakt kimi qəbul edilə bilməz. Müəyyən edilir ki, əvvəllər tərəflər borc münasibətlərində olmuş, Cavabdeh İddiaçı borcunu tələb etmiş, bu zaman o, öz prosessual hüquqlarından, məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Cavabdeh prosessual hüquqlarından istifadə etməklə məhkəmədə iddia qaldırması, eləcə də ziyanına çıxan məhkəmə qətnaməsindən yuxarı instansiya məhkəməsinə şikayət etməsi onun konstitusion hüququdur. İddiaçı əvvəlki məhkəmə proseslərində şərəf və ləyaqətinin pozulmasını, ona maddi və mənəvi ziyan vurulmasını sübuta yetirə bilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə iddianı rədd etməklə doğru qənaətə gəlmişdir. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli, 2(055)-243/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1004/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1004/2024
11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver