Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1023/2023 14.11.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Həsənov Müşfiq Kamil oğlu və X5 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı oğlunun nümayəndəsi Vəkil1, Cavabdeh oğlunun nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(073)-33/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 145,200 ABŞ dollarının icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və 29865 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehi 2010-cu ilin mart ayından tanıyır, onunla Rusiya Federasiyasının Sverdlovsk vilayətində Serov şəhərində tanış olmuşdur. İddiaçı Serov şəhərinə gedərkən cavabdeh artıq bir neçə il idi ki, orada yaşayırdı və Serov şəhərində topdan taxta alıb vaqonlara yükləyib Azərbaycana göndərirdi. Cavabdeh kiçik taxta emalı sexini icarəyə götürüb işləyirdi. İddiaçının həmin vaxtdan cavabdehlə dostluq münasibətləri yaranmış, uzun müddət birlikdə taxta alveri ilə məşğul olmuşlar. Sonradan iddiaçı cavabdehlə razılaşmışlar ki, iddiaçı Azərbaycana qayıtsın və buradan cavabdehə pul göndərsin, cavabdeh də əvəzində iddiaçıya taxta göndərsin. Razılaşdıqları kimi iddiaçı 2013-cü ildə Azərbaycana qayıdaraq Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Serov şəhərinə özünə məxsus "xxxx" şirkəti vasitəsi ilə cavabdehə məxsus "xxxx" şirkətinə pul köçürmüş, cavabdeh isə taxta vaqonları yükləyib Azərbaycana göndərmişdir. Bundan əlavə, iddiaçı cavabdehə nağd şəkildə pullar göndərmişdir. Həmin pulların əvəzində cavabdeh iddiaçıya taxta satmalı idi. İddiaçı Serov şəhərində olarkən cavabdehə pul verərək taxta almışdır. Onların bu ticarət əlaqələrindən sonra cavabdeh iddiaçının hesabına öz işini daha da genişləndirmiş, özünə böyük taxta emalı kombinatı yaratmışdır. Onların alverinin qiyməti yüz minlərlə dollar dəyərində olmuşdur. Adətən iddiaçı pulların bir hissəsini cavabdehin özünə və dediyi adamlara nağd şəkildə vermişdir. Bir hissəsini də, sürətli pul koçürmə sistemi olan “Zolotaya karona” sistemi ilə banklar vasitəsilə Cavabdeh adına göndərmişdir. İddiaçı özünə məxsus "xxxx" şirkəti vasitəsi ilə cavabdehə məxsus "xxxx" şirkətinə pul köçürmüş, cavabdeh isə həmin taxta vaqonlara yükləyib Azərbaycana göndərmişdir. Bundan əlavə, iddiaçı cavabdehə nağd şəkildə pullar göndərmişdir. Həmin pulların əvəzində cavabdeh ona taxta satmalı idi. Belə ki, “Zolotaya karona” sistemi ilə 26 dekabr 2013-cü tarixdə 2000 ABŞ dolları, 30 dekabr 2013-cü il tarixdə 6000 ABŞ dolları, 09 yanvar 2014-cü il tarixdə 4000 ABŞ dolları, 16 yanvar 2014-cü il tarixdə 6000 ABŞ dolları, 18 yanvar 2014-cü il tarixdə 5000 ABŞ dolları, 07 fevral 2014-cü il tarixdə 4000 ABŞ dolları, 20 fevral 2014-cü il tarixdə 9000 ABŞ dolları, 24 fevral 2014-cü il tarixdə 1000 ABŞ dolları, 04 mart 2014-cü il tarixdə 5000 ABŞ dolları, 06 mart 2014-cü il tarixdə 5000 ABŞ dolları, 28 mart 2014-cü il tarixdə 10000 ABŞ dolları, 24 aprel 2014-cü il tarixdə 10000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə 10000 ABŞ dolları, 23 may 2014-cü il tarixdə 5000 ABŞ dolları, 11 iyun 2014-cü il tarixdə 5000 ABŞ dolları, 26 avqust 2014-cü il tarixdə 9900 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə 10000 ABŞ dolları, 11 sentyabr 2014-cü il tarixdə 4900 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə 9900 ABŞ dolları olmaqla, cəmi 129.700 ABŞ dolları pul göndərmişdir. Bir şəxsin adından 1000 dollardan artıq göndərmək mümkün olmadığı üçün, iddiaçı həmin pulları tanışları və dostlarının adından göndərmişdir. Bəzən elə olmuşdur ki, gündə iki dəfə səhər və axşam bank vasitəsi ilə pul göndərilmişdir. Bundan başqa, iddiaçı Cavabdeh tapşırığına əsasən 21 yanvar 2014-cü ildə cavabdehin dostu Nəsibə 1000 ABŞ dolları, 03 mart 2013-cü ildə Mamedin oğluna 2000 manat, 09 aprel 2014-cü ildə cavabdehin bacanağı Vüsala 6450 manat, 12 aprel 2014-cü il Samirin atası Nəcəfə 1000 ABŞ dolları, 18 aprel 2014-cü ildə cavabdehin qardaşı Mirfazilə 500 ABŞ dolları, Mirhəbibə bilet alması üçün 300 manat, 18 may 2014-cü ildə cavabdehin bacanağı Vüsala 6250 manat, 09 iyun 2014-cü idə cavabdehin qardaşı Mirtalehə 2550 manat, 23 iyun 2014-cü ildə cavabdehin bacanağı Vüsala 1615 manat, 31 iyul 2014-cü ildə Bakıda cavabdehin qonaqlarına 7000 manat, şuba almaq üçün Mirhəbibə 3000 manat, Bakıda 8-ci kilometrdə cavabdehə 1000 ABŞ dolları, Bakıda cavabdehin dostu Samirin atasına 500 ABŞ dolları, 15 fevral 2015-ci ildə yas mərasiminə gedəndə Mirhəbibə 700 manat, Şahinin qaynı Ələmdara 11500 ABŞ dolları dəyərində 33 kub. metr quru taxta vermişdir. Həmin pulların cəmi 15500 ABŞ dolları və 29865 manat etmişdir. İddiaçının verdiyi bütün məbləğlər taxta almaq üçün verdiyi məbləğlərdir. İddiaçı cavabdehə bank vasitəsilə göndərdiyi pulları və ya Mirhəbibin tapşırığı ilə Mirhəbibin tanış və qohumlarına nağd pullar verildikdən sonra Mirhəbib onun elektron poçt ünvanına məktub yazaraq, aldığı və qohumlarına verilən pulları aldığını özü təsdiq etmişdir. Məhkəmənin əvvəlki iclasında cavabdeh iddia etmişdir ki, guya onun elektron poçt ünvanının parolunu mühasibatlıqdan öyrənib iddiaçı onun ünvanına Mirhəbibin adından borclu olması barədə pul məbləğləri yazıb göndərmişdir. Lakin iddiaçı 2013-cü ildə Serov şəhərindən Azərbaycana qayıtmış və Rusiyada olmamışdır. İş üzrə ekspert rəyindən də görünür ki, elektron poçt yazışmaları Rusiya Federasiyasının Serov şəhərindən göndərilmişdir. Həmçinin məhkəmə iclasında izahat verən cavabdehin dost və qohumları iddiaçını tanımadıqlarını və ya yalnız Mirhəbibin dostu olmasını, lakin heç vaxt onunla danışıq və münasibətlərinin olmadığını bildirirlər. Lakin iş materiallarında olan "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC mobil operatorları tərəfindən göndərilən telefon danışıqlarının siyahısından görünür ki, iddiaçı pulu həmin səxslərə verdiyi tarixlərdə dəfələrlə onlarla görüş yerlərini dəqiqləşdirmək məqsədi ilə mobil telefonla danışmış və nəticədə görüşüb Mirhəbibin tapşırdığı məbləğlərdə pulları həmin şəxslərə vermişdir. Onların aralarında olan taxta alveri 2017-ci ilin ortalarına qədər davam etmiş, lakin sonradan cavabdeh aldığı pulların müqabilində iddiaçıya taxtanı az göndərərək borclu qalmış və iddiaçı 2018-ci ildə Cəlilabad Rayon Məhkəməsində hüquqi şəxslər arasında olan və verdiyi pul tələbləri barədə iddia qaldırmış, iddia ərizəsi geri qaytarılmış və 2019cu ildə yenidən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı iddia müddətini ötürməmişdi və aralarındakı razılaşmaya əsasən Cavabdeh iddiaçıya 145200 ABŞ doları və 29865 manatın əvəzində taxta verməli idi. Sonuncu dəfə göndərdiyi bu qədər ödənişin müqabilində 2017-ci ildə Cavabdeh tərəfindən Rusiya Federasiyasından bacanağı Yəhya Kazımova onun üçün 3 ədəd taxta yüklü vaqon göndərilmiş və iddiaçı pulunu ödəyərək taxtanı almışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək verdiyi izahatında bildirmişdir ki, İddiaçı ilə Rusiyada tanış olmuş, onunla müqavilə bağlayıb, onun obyektlərini xammal ilə təmin etmişdir. İddiaçıya göndərdiyi vaqonlarla taxtaların pulunu hələ də iddiaçı ona tam ödəməmişdir. Hazırda ona borcu vardır. O, eləcə iddiaçının özünə deyil, başqa təşkilatlara da iddiaçının xahişi ilə taxta göndərmişdir. 2018-ci ildə o, müxtəlif vasitələrlə iddiaçını tapmış və ona hesabat aparmağı təklif etmişdir. Lakin borcunu vermək istəməməsi səbəbindən iddiaçı bundan yayınmışdır. Cavabdeh iddiaçıya mal göndərmiş, lakin pulunu ala bilməmişdir. Hal-hazırda iddiaçının barəsində cinayət işi gedir və o, həmin işdə zərərçəkmiş şəxsdir. İddiaçının bir çox şəxsə borcu var, onları aldadıb pullarını vermir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya ona sürətli pul köçürmə vasitəsi «Zolotaya Karona» ilə "xxxx" ASC-dən və "xxxx" ASC-dən pul göndərmiş, eyni zamanda o, iddiaçının elektron poçt ünvanına məktub yazmışdır ki, onun (cavabdehin) qohumlarına və tanışlarına müxtəlif məbləğlərdə pul versin. İddiaçının həmin fikirləri əsassızdır. Qədim ona nə «Zolotaya Karona» vasitəsilə pul göndərmiş, nə də o, kiməsə adından pul göndərməsini demişdir. İddiaçı ilə yaxın münasibətdə olduğu üçün onun elektron poçt ünvanını mühasibatlıqdan götürərək, öz elektron poçt ünvanına iddia etdiyi məktubları göndərmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(073)-33/2021 saylı qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh 133200 (yüz otuz üç min iki yüz) ABŞ dolları (ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə), 15000 (on beş min) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehə və onun tapşırığı ilə Azərbaycanda olan tanış və qohumlarına, yəni 21 yanvar 2014-cü il tarixdə Nəsibə verilən pul 1000 ABŞ dolları, 09 aprel 2014-cü ildə Vüsala verilən ev pulu 6450 manat, 12 aprel 2014-cü il tarixdə Samirin atasına verilən 1000 ABŞ dolları, 18 aprel 2014-cü il tarixdə Mirfarizə verilən pul 500 ABŞ dolları, Mamedin oğluna verilən 2000 manat, 18 may 2014-cü il tarixdə Vüsala ev pulu üçün verilən 6250 manat vəsaiti verməsi iş materialları ilə, o cümlədən xx.xx.2014-cü il tarixdə Cavabdeh məxsus “Elektron ünvan 1” elektron poçt ünvanından X60 məxsus “adilov_qadim” ünvanlı poçt qutusuna yazılmış 3 ədəd məktubla, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş telefon zənglərinin siyahısı və antenn məlumatları ilə təsdiq olunur və cəmi məbləğ 15000 manat və 2500 ABŞ dolları məbləğ təşkil edir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehin digər dost və qohumları, yəni qardaşı Mirtalehə 2550 manat, Vüsala 1615 manat, Bakıda cavabdehin qonaqlarına 7000 manat, şuba almaq üçün Mirhəbibə 3000 manat, Bakıda 8-ci km-də cavabdehə 1000 ABŞ dolları, Bakı şəhərində cavabdehin dostu Samirin atasına 500 ABŞ dolları, yas mərasiminə gedəndə Mirhəbibə 700 manat və Şahinin qaynı Ələmdara 11500 ABŞ dolları pul verməsi barədə iddiası sübuta yetirilmir. Həmçinin məhkəmə hesab etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh sürətli poçt köçürmə sistemi “Zolotaya Korona” ilə göndərilən 130700 ABŞ dolları pulun göndərilməsi, "xxxx" ASC-nin Şirvan filialının sənədləri, şahidlərin izahatları, Cavabdeh məxsus Elektron ünvan 1 ünvanlı elektron poçt qutusundan İddiaçı məxsus “adilov_qadim” ünvanlı poçt qutusuna yazılmış 3 ədəd elektron məktublar və həmin elektron məktubların Cavabdeh tərəfindən Rusiya Federasiyası Sverdolvsk vilayətinin Serov şəhərindən yazılmasını təsdiq edən ekspert rəyi ilə təsdiq olunur. İddiaçı elektron poçt qutusuna göndərilmiş 3 ədəd məktublarda olan tarix və pul məbləğlərinə dair qeydlərin bir neçəsi təkrar olsa da, bir neçəsi eyni tarixdə göndərilmiş müxtəlif məbləğlərə dair olan qeydlərdir. Belə ki, 26 dekabr 2013-cü il tarixdə 2000 ABŞ dolları və yenə də 26 dekabr 2013-cü il tarixdə 6000 ABŞ dolları, 30 dekabr 2013-cü il tarixdə 6000 ABŞ dolları və yenə də 30 dekabr 2013-cü il tarixdə 2000 ABŞ dolları göndərilməsi qeyd edilmişdir. Məhkəmə iclasında cavabdeh tərəf aldığı pula görə taxta məhsullarını iddiaçıya göndərdiyini bildirsə də, həmin halları təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Həmçinin məhkəmə, Cavabdeh yaxın qohumları olan və iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər X2, X3 və X20 izahatlarını, o cümlədən həmin izahatlarda iddiaçını yalnız Mirhəbibin dostu kimi tanıdıqlarını və başqa hər hansı münasibətlərinin olmaması barədə izahatlarını səmimi və inandırıcı hesab etməmiş və həmin fikirlərə tənqidi yanaşmışdır. Belə ki, X2 və X3 izahatlarında dedikləri iş materialları, elektron məktublar, telefon zənglərinin siyahısı və antenn məlumatları ilə təkzib olunur. İş materiallarında olan və cavabdehin nümayəndəsi Mirdamət Ağalarov tərəfindən təqdim edilmiş hüquqi şəxslər arasında olan alqı-satqı kontraktları və məhsula dair deklarasiyaları ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin kontraktlar hüquqi şəxslər arasında bağlanmışdır. Hazırda tərəflər arasında ümumi məhkəmədə mövcud olan mübahisə üzrə sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə, eyni zamanda cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı və cavabdeh arasında olan alqı-satqı münasibətləri 2017-ci ildə də davam etmiş və iddiaçı 2018-ci ildə cavabdehə qarşı pul tələbi barədə məhkəməyə müraciət etmişdir. Belə olan halda, hazırkı iş üzrə iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Məhkəmə öz mövqeyini MMin 373.2, 567, 568.1, 575.1, 575.2, 600.1, 427, 600.3, 600.4, 385.1, 324.1, 329.2, 390.1, 425.1, 427.3, 442-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən hər iki tərəf apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən sübutları tam nəzərə almamışdır. Belə ki, iş materiallarında onun tərəfindən cavabdehə müxtəlif vaxtlarda verilmiş pulu cavabdeh tərəfindən onun e-mail ünvanına göndərdiyi 15 fevral 2014-cü il tarixli, 15 iyun 2014-cü il tarixli və 25 noyabr 2014-cü il tarixli məktublar da təsdiq etməsinə baxmayaraq, məhkəmə tərəfindən bütün bu hallar nəzərə alınmamış, iddia tələbi qismən təmin olunmaqla qismən əsassız qətnamə qəbul olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, gəldiyi nəticə isə işin iki hallarına uyğun olmamaqla qanunsuz və əsasız olmuşdur, işin halları və aralarında olan münasibətlərdən də açıq aşkar görünür ki, mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasında yaşayan iddiaçı sahibkarlıq fəaliyyətində istifadə olunmaq məqsədilə 2013-cü ildən başlayaraq mütəmadi olaraq hissələrlə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Serov şəhərində cavabdeh tərəfindən emal edilən taxtaların alınması barədə razılığa gəlmişlər. Vergi İdarəsinin internet saytından görünür ki, hazırkı iş üzrə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi vergi uçotuna alınmış vergi ödəyicisidir. Belə olan halda, tərəflər arasında alqı-satqı müqaviləsinin bir növü olan “mal göndərmə barədə” şifahi formada müqavilə bağlanmışdır. MPM-in 24-26-cı maddələrinin tələblərinə görə isə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə dair işlərə mülki mühakimə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, birinci instansiya məhkəməsi elektron poçtda olan 3 ədəd məktub borcun etirafı kimi qimətləndirməməlidir. Çünki həmin məktubların məzmununda yalnız tarix və pul məbləğləri sadalanmış, Cavabdeh İddiaçı qarşısında icra edilməmiş öhdəliklərin mövcud olması barədə hər hansı qeyd aparılmamış, həmçinin iddiaçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Daha sonra cavabdeh tərəfindən iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə təqdim edilsə də, məhkəmə tərəfindən buna hüquqi qiymət verilməmiş, yalnız qətnamədə ərizəni qeyd etməklə kifayətlənmişdir. Odur ki, cavabdeh iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh tərəf işin kommersiya məhkəməsinə göndərilməsi barədə vəsatət verərək qətnamənin ləğv edilməsini və işin kommersiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, istər İddiaçı, istərsə də Cavabdeh verdikləri yazılı və şifahi izahatlarından müəyyən edilir ki, Azərbaycan Respublikasında yaşayan İddiaçı sahibkarlıq fəaliyyətində istifadə olunmaq məqsədi ilə 2013-cü ildən başlayaraq mütəmadi olaraq hissələrlə Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Serov şəhərində Cavabdeh tərəfindən emal edilən taxtaların alınması barədə şifahi razılığa gəlmişlər. “İnternet Vergi İdarəsi” internet saytından görünür ki, hazırki iş üzrə İddiaçı sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs kimi vergi uçotuna alınmış vergi ödəyicisidir (VÖEN **********). Belə olan halda müəyyən edilir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bir növü olan Mal göndərmə barədə şifahi formada müqavilə bağlanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli 2(106)-1924/2021 nömrəli qərardadı ilə (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), Tale Kərimov və İsmayıl Əhmədov) cavabdehin vəkili və nümayəndəsi tərəfindən verilmiş işin məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə vəsatət təmin edilməmişdir. Cavabdeh kassasiya şikayəti verərək Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadının ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı müqavilə üzrə ödənilmiş pulun qaytarılması tələbi barədə iddiasına dair iş üzrə işin məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə vəsatətinin təmin edilməsini və işin mahiyyəti üzrə baxılması üçün müvafiq kommersiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli 2(102)- 6797/2021 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 28 sentyabr 2021-ci il tarixli 2(106)-1924/2021 nömrəli qərardadı ləğv edilmiş, cavabdehin məhkəmə aidiyyətinin pozulması barədə vəsatətinə iş üzrə yekun məhkəmə aktında qiymət verilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1924/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), T.Kərimov və İ.Əhmədov) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh 15000 manat məbləğdə pul vəsaitinin alınıb İddiaçı verilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı pul köçürmə vasitəsilə göndərdiyi pulları cavabdehə taxta emalı sexinin alınmasına kömək məqsədilə borc şəkində vermişdir. Aralarındakı razılığa əsasən cavabdeh taxta emalı sexini aldıqdan sonra verilən borcu və ya iddiaçıya onun dəyərində taxta göndərməklə ödəməli idi. Cavabdeh isə taxta emalı sexini həqiqətən də aldığını, lakin, sexin dəyərini iddiaçıdan borc alaraq ödəmədiyini qeyd edir. Cavabdeh məhkəməyə verdiyi izahatında qeyd etmişdir ki, iş materiallarında olan müxtəlif şəxslərin adından onun adına göndərilmiş pul vəsaitlərinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Cavabdehin köçürülən pulların iddiaçıya aidiyyətini inkar etməsi ilə yanaşı, həmin pul vəsaitlərinin hansı məqsədlə ödənilməsi, adları qeyd edilən, pul köçürən şəxslərin onunla bağlılığı barədə suallara cavab verməkdən yayınaraq, həmin pulların ödənilməsinin onun şəxsi biznesi olduğunu bildirir. Məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, İddiaçı tərəfindən Həbib Ağalarova sürətli pul köçürmə sistemi «Zolotaya Karona» ilə göndərilən 130700 ABŞ dolları pulun göndərilməsi, "xxxx" ASC-nin Şirvan filialının sənədləri, şahidlərin izahatları, Cavabdeh məxsus «Elektron ünvan 1» ünvanlı elektron poçt qutusundan İddiaçı məxsus «adilov_qadim» ünvanlı poçt qutusuna yazılmış 3 ədəd elektron məktublar və həmin elektron məktubların Cavabdeh tərəfindən Rusiya Federasiyası Sverdolvsk vilayətinin Serov şəhərindən yazılmasını təsdiq edən ekspert rəyi ilə təsdiq olunur. İddiaçı elektron poçt qutusuna göndərilmiş 3 ədəd elektron məktublarda olan tarix və pul məbləğlərinə dair qeydlərin bir neçəsi təkrar olsa da, bir neçəsi eyni tarixdə göndərilmiş müxtəlif məbləğlərə dair olan qeydlərdir. Belə ki, 26 dekabr 2013-cü il tarixdə 2000 ABŞ dolları və yenə də 26 dekabr 2013-cü il tarixdə 6000 ABŞ dolları, 30 dekabr 2013-cü il tarixdə 6000 ABŞ dolları və yenə də 30 dekabr 2013-cü il tarixdə 2000 ABŞ dolları göndərilməsi qeyd edilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin pul köçürmə vasitəsi ilə göndərilən vəsaitlərinin iddiaçıya heç bir aidiyyətinin olmaması, taxta emalı sexinin alınması məqsədilə iddiaçıdan heç bir pul vəsaiti borc almaması, pul köçürən şəxslər barədə məlumatların onun biznes sirri olması ilə bağlı etirazları birmənalı olaraq öhdəlikdən boyun qaçırma kimi qiymətləndirilməlidir. Qeyd edilən etirazlar nəinki bu hissədə iddianın rəddinə əsas ola bilməz, digər sübutlarla qarşılıqlı təhlil edilərək dəyərləndiriləndə iddianın əsaslarını təsdiq edən dəlillər kimi qəbul edilməlidir. Misal üçün, məhkəmə kollegiyasında haqlı inam yaranır ki, əgər cavabdeh həqiqətən də pul köçürən şəxslərin kimliyini, onunla olan münasibətlərini məhkəməyə açıqlayıb, ona qarşı yönəlmiş iddianın rəddinə nail ola biləcəyi halda, bunu edərdi. Cavabdeh məhz onun adına pul köçürən şəxsləri tanımadığı, pul köçürmələrini iddiaçı həyata keçirdiyi üçün bu şəxslərlə bağlı münasibətlərini açıqlaya bilmir. Formal müdafiədən istifadə edərək elektron poçt ünvanının oğurlandığını və pul köçürən şəxslərlə münasibətlərin şəxsi biznes sirləri olduğunu qeyd edir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətindəki işin kommersiya mübahisəsi olması və iddia müddətinin tətbiqi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iddia ərizəsi birinci instansiya məhkəməsi tərəfindən icraata qəbul edilərkən məhkəmə aidiyyəti qaydaları düzgün müəyyən edilmişdir. İşdə iştirak edən şəxslərin subyektiv tərkibi ilə bağlı məhkəmə kollegiyası ilk əvvəl qeyd etmişdir ki, iddiaçı həqiqətən də sahibkar kimi vergi uçotuna alınmışdır. Amma təkcə onun sahibkarlıq subyekti kimi qeydiyyata alınması məhkəmə aidiyyətinin kommersiyaya aidliyini müəyyən etmək üçün kifayət etmir. Diqqət edilərsə, cavabdeh tərəf məhkəməyə təqdim etdiyi vəsatətdə də cavabdehin istər Azərbaycan Respublikası ərazisində, istərsə də Rusiya Federasiyası ərazisində sahibkarlıq subyekti kimi qeydiyyata alınıb-alınmamasına aydınlıq gətirmir. Məhkəmə iclasında bu barədə sual cavabdehin işə yeni qoşulmuş nümayəndəsi və vəkilinə ünvanlananda bu barədə məlumatının olmadığını bildirmişdir. Həmçinin iş materiallarında da cavabdehin sahibkarlıq subyekti kimi qeydiyyata alınması barəsində hər hansı sübuta rast gəlinmir. xx.xx.2021-ci il tarixli iclasda məhkəmə kollegiyası Cavabdeh şəxsən məhkəmə iclasında iştirakı zamanı ona Azərbaycan Respublikası və ya Rusiya Federasiyasında sahibkarlıq subyekti kimi qeydiyyatdan keçib-keçməməsi barədə sual ünvanlamış, cavabdeh sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmədiyini bildirmişdir. Əlavə olaraq qeyd etmişdir ki, Rusiya Federasiyasında qeydiyyatdan keçən OOO "xxxx" şirkəti isə onun tanışı Ələddin Quliyevin adınadır. Hazırkı iddia ərizəsi 2020-ci il yanvarın 1-dək icraata qəbul edildiyi üçün məhkəmə aidiyyətinin dəyişdirilməsi barədə vəsatətlərə həmin dövrdə qüvvədə olan prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməlidir. Həmin dövrdə qüvvədə olan MPM-in 26-cı maddəsinin müqayisəli təhlilindən də müəyyən edilir ki, mübahisənin inzibati-iqtisad məhkəməsinə aid olması üçün subyektlər idarə və ya digər mənsubiyyətindən və tabeliyindən asılı olmayaraq, hüquqi şəxslər, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxslər olmalı idi. Hazırkı mübahisədə isə cavabdehin belə bir statusu yoxdur. Apellyasiya instansiyası məhkəməsində tərəflər arasında hüquq münasibətləri araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçı cavabdehlə taxta alverinin OOO "xxxx" şirkəti üzərindən rəsmi getdiyini bildirir. Hazırkı iddia tələbində göstərilən borc məbləğinin yaranması səbəbi kimi göstərir ki, cavabdeh Rusiya Federasiyasının Sverdovsk vilayətində icarədə işlədiyi bazanı almaq istəyərkən dost kimi ona müraciət etmiş, qeyd edilən pul məbləğlərini ona göndərmiş, daha sonra borcu qaytaracaqlarına razılaşmışlar. Bu zaman borcun taxta ilə də qaytarılması mümkün variantlardan biri olmuşdur. İddia ərizəsində də məhz borcu taxta ilə ala biləcəyini düşünərək pul məbləğlərinin alınması üçün göndərildiyini qeyd etmişdir. İddia ərizəsi birinci dəfə məhkəmə aidiyyətinə görə geri qaytarıldığı üçün iddia tələblərini ayırmış, borc verdiyi pul məbləğlərini Cavabdeh tələb etmişdir. Digər məbləğləri isə OOO "xxxx" şirkətindən tələb etmək üçün müqavilələrin şərtlərinə uyğun olaraq Rusiya Federasiyasında iddia qaldırmaq üçün çalışır. Çünki, həmin müqavilələrin şərtlərinə əsasən mübahisələrə Rusiya Federasiyasında baxılmalıdır. Qeyd edilən hallarla bağlı cavabdeh dindirilərkən məhkəməyə bildirmişdir ki, OOO "xxxx" şirkəti üzərindən iddiaçının "xxxx" MMC ilə taxta alverləri rəsmi qaydada davam etmiş, "xxxx" MMC rəsmi razılığına əsasən taxtalar müxtəlif şirkətlərin adlarına göndərilmiş, hal-hazırda həmin müqavilələr üzrə iddiaçının ona borcu qalmışdır. Rusiya Federasiyası Sverdovsk vilayətində icarədə işlədiyi bazanı iddiaçının köməkliyi ilə deyil, müqaviləyə əsasən hissə-hissə pulunu ödəməklə almışdır. “Zolotaya korona” pul köçürmə vasitəsi ilə müxtəlif şəxslərin onun adına göndərdiyi pulların isə İddiaçı heç bir aidiyyətinin olmadığını bildirmişdir. Cavabdeh ona bu pulların nə məqsədlə göndərildiyini məhkəməyə açıqlanması barədə suala isə bu məsələnin şəxsi işinin olmasını deməklə kifayətlənmişdir. Göründüyü kimi, tərəflərin işin halları ilə bağlı bildirdikləri bir-birindən fərqlənir. İddiaçı bazanın alınması üçün borc pul verdiyini, pulu müxtəlif şəxslərin adları ilə pul köçürmə sistemləri ilə göndərdiyini, borcun qaytarılacağını və ya taxta ilə əvəzlənəcəyini razılaşdırdığını bildirdiyi halda, cavabdeh bazanı hissə-hissə ödənişlə özünün aldığını, iddiaçıdan heç bir borc almadığını, köçürmə sistemi vasitəsi ilə adına göndərilmiş pul vəsaitlərinin iddiaçıya heç bir aidiyyətinin olmadığını bildirir. İş materiallarında taxta alqı-satqısı ilə bağlı müqavilələrdən də müəyyən edilir ki, həmin müqavilələr rəsmi ödəniş vasitəsini nəzərdə tutur. "xxxx" MMC-nin razılığı ilə mallar müxtəlif şirkətlərin adlarına göndərilmişdir. Mübahisənin predmeti və hansı hüquq münasibətlərindən yaranması ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarətdir ki, iddianın məhkəmə aidiyyəti birinci instansiya məhkəməsinə aiddir. Məhkəmə aidiyyətinin kommersiya məhkəməsinin müəyyən edilməsi üçün heç bir hüquqi əsas yoxdur. İddia müddətinin tətbiqi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyini düzgündür. İddiaçının Ə.Qədimovun Cavabdeh xahişinə əsasən sonuncunun və qohumlarına müxtəlif vaxtlarda 29.865 manat pul verməsi ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələblərinin bu hissəsində iddiaçı tərəfindən təqdim edilmiş sübutların təmini üçün kifayət etmir. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı Cavabdeh onun tapşırığı ilə Azərbaycanda olan tanış və qohumlarına, yəni 21 yanvar 2014-ci il tarixdə Nəsibə verilən pul 1000 ABŞ dolları, 09 aprel 2014-cü il tarixdə Vüsala verilən ev pulu 6450 manat, 12 aprel 2014-cü il tarixdə Samirin atasına verilən 1000 ABŞ dolları, 18 aprel 2014-cü il tarixdə Mirfarizə verilən pul 500 ABŞ dolları, Mamedin oğluna verilən 2000 manat, 18 may 2014-cü il tarixdə Vüsala ev pulu üçün verilən 6250 manatın, cəmi məbləğ 15000 manat və 2500 ABŞ dolları məbləğində pul vəsaitinin təmin edilməsi üçün iddiaçının təqdim etdiyi sübutlar kifayət etmir. Kollegiya birinci instansiya məhkəməsinin iddianın 15000 manat pulun cavabdehdən alınaraq İddiaçı verilməsi hissəsi ilə bağlı mövqeyi ilə razılaşmır. Bu hissədə cavabdehin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Elektron poçtda olan 3 ədəd məktub borcun etirafı kimi qimətləndirilməməlidir. Çünki həmin məktubların məzmununda yalnız tarix və pul məbləğləri sadalanmış, Cavabdeh İddiaçı qarşısında icra edilməmiş öhdəliklərin mövcud olması barədə hər hansı qeyd aparılmamış, həmçinin iddiaçı tərəfindən bu barədə məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə öz mövqeyini MPM-in 32.3, 24.2, 26 (köhnə redaksiyada), MM-in 373-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən hər iki tərəf kassasiya şikayəti vermişdir. İddiaçı (Vəkil1) kassasiya şikayətində iddianın təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, kassasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin edilməyən hissəsində təmin edilməsi üçün yetərli sübutların məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə sərgilədiyi mövqe ilə iddiaçıda haqlı olaraq ona qarşı qərəzli mövqe tutması fikrini yaratmışdır. Elektron poçt ünvanından təqdim edilən çıxarışlara nəzər yetirildikdə pulun təhvil alınmasına dair etirafları cavabdeh tərəfindən göndərilən “e-mail” məktublarından görünür. Cavabdeh elektron poçt ünvanının iddiaçı tərəfindən ələ keçirilməsi və o məktubları özü özünə yazdığını iddia etsə də, bu fakt öz təsdiqini tapmamışdır, göndərilən məktublar Serov şəhərinə məxsus “İP” ünvanlarından göndərilmişdir. Tərəflərin ayrı ölkələrdə yaşaması nəzərə alınsa, onların işgüzar münasibətlərinə dair yazışmalarının elektron poçt ünvanı vasitəsi ilə aparması normal haldır. Bunu təkzib edən heç bir sübut olmadığı halda, məhkəmənin cavabdehin şifahi mülahizəsinə əsaslanaraq bu məktubları mötəbər sübut qismində qəbul etməməsi real yanaşmanı ifadə etmir. Cavabeh (Vəkil2) kassasiya şikayətində qətnamənin qismən, yəni 133200 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulması hissəsində ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh kasasiya şikayətini onunla əsaslandırmışdır ki, taxta məhsullarının alqı-satqısı tərəflər arasında fiziki şəxs kimi deyil, faktiki satıcı "xxxx" MMC hüquqi şəxsin təsisçisi, hazırki iş üzrə cavabdeh Ağayev Mirhəbib oğludur. Müqaviləni imzalayan X21 isə onun qohumudur və “alıcı” "xxxx" MMC (müqaviləni İddiaçı imzalamış) arasında həyata keçirilmişdir. Bu hal həm iddiaçının iddiasının əsası kimi təqdim edilmiş 08 yanvar 2014-cü il tarixli müqavilə, habelə gömrük yük bəyannamələri və sair sənədlərlə təsdiq edilir. Bunun əksini isə, yəni böyük həcmdə xarici ölkədən taxta məhsullarının Azərbaycan Respublikasına fiziki şəxs kimi iddiaçının adına göndərilməsini təsdiq edən hər hansı sənəd mövcud deyildir. Sübuta söykənməyən iddia əsaslı hesab edilə bilməz. Hüquqi şəxslər arasında imzalanmış razılaşmalara əsasən cavabdeh öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, vaqonlarla iddiaçıya taxta məhsulları göndərmişdir. Lakin iddiaçı bu günədək həmin mallara görə cavabdehə pulu ödəməmişdir. İddiaçının cavabdehi və başqa şəxsləri aldatması faktı ilə bağlı İddiaçı barəsində cinayət işi başlanmış və istintaqı aparılmaqdadır. Cavabdeh həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmışdır. Məhkəməyə təqdim edilmiş “Zolotaya Korona” sistemi ilə edilmiş ödənişləri və elektron məktublardakı pul məbləğlərinin iddiaçı ilə aralarındakı mübahisəyə hər hansı bir aidiyyəti yoxdur. Məktublar borcun etirafı kimi qiymətləndirilə bilməz və tərəflər arasında heç bir borc münasibətləri olmamışdır. İş materiallarında nə borc müqaviləsi, nə mal göndərmə müqaviləsi yoxdur. Apellyasiya instansiyası məhkəməsi qətnaməsində tərəflər arasında münasibətlərin taxta emalı sexinin alınması üçün iddiaçının cavabdehə verdiyi borc münasibətləri kimi təsəvvür edir ki, bu da iddia tələblərindən kənara çıxmaqdır. Məhkəmə öz qanunsuz qətnaməsinə hüquqi don geyindirmək üçün borc münasibətlərinə gətirib çıxarmışdır. Birinci instansiya məhkəməsi qətnaməsini alqı-satqı (MM 565-567), apellyasiya instansiyası ilə borc (MM 739 və 740) münasibətləri ilə əsaslandırmışdır. İddiaçı iddia müddətini də ötürmüşdür. Münasibətlər 2014-cü ildə sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmışdır. 2015-ci ildən sonra tərəflər arasında münasibətlərin olması təsdiq olunmur. İddiaçının istinad etdiyi sonuncu ödəniş xx.xx.2015-ci ilə aiddir. İddiaçı 5 il sonra hazırkı iddianı vermişdir. İddiaçının vəkili Vəkil1 cavabdeh tərəfindən verilən kassasiya şikayətinə etiraz təqdim edərək həmin kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Belə ki, tərəflər arasında yaranan mübahisə borc mübahisəsidir, sahibkarlıq fəaliyyəti ilə bağlı deyil. Mübahisənin kommersiya məhkəməsinə aid edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Cavabdehlə olan münasibət 2017-ci ilədək davam etmiş və iddiaçı 2018-ci ildə məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də, iddia müddətinin ötürülməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2(102)-3409/2022 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1924/2021 nömrəli 28 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir (məruzəçi hakim X16, hakimlər X22 və X61). Həmin qərarda göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə tam düzgün hüquqi qiymət verməmiş, gəldiyi nəticələr maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Buna görə də, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iddiaçı tələb etdiyi borcun 121700 ABŞ dollarının “Zolotaya korona” pul köçürmə sistemi vasitəsi ilə ödənildiyini bildirir. İş materiallarının 1-ci cildinin 89-97, 99- 154-cü vərəqlərində olan “Zolotaya korona” pul köçürmə sənədlərindən görünür ki, həmin köçürmələr əsasında cavabehə ödənilən pulun məbləği 64800 ABŞ dolları təşkil edir. Qalan məbləğin (68400 ABŞ dolları) ödənilməsi barədə sübut kimi məhkəmə xx.xx.2014-cü ildə, xx.xx.2014-cü ildə və xx.xx.2014-cü ildə Cavabdeh məxsus «Elektron ünvan 1» ünvanlı elektron poçt qutusundan İddiaçı məxsus “adilov_qadim” ünvanlı poçt qutusuna göndərilmiş məktubları qəbul etmişdir. Həmin məktubların birincisinin məzmunu aşağıdakı kimidir: «26 dekabr 2013 6000 dol=194880 rub, 30 dekabr 2013 6000 dol=64960 rub, 09 yanvar 2014 4000 dol=131800 rub, 16 yanvar 2014 6000 dol=198360 rub, 18 yanvar 2014 5000 ABŞ dol=166250 rub, 21 yanvar 2014 1000 dol=nəsibə, 07 fevral 2014 4000 dol=137600 rub». Məktubların ikincisində məzmun: «26 dekabr 2013 2000 dol=64960 rub, 30 dekabr 2013 6000 dol=194880 rub, 09 yanvar 2014 4000 dol=131800 rub, 16 yanvar 2014 6000 dol=198360 rub, 18 yanvar 2014 5000 dol=166250 rub, 07 fevral 2014 4000 dol=137600 rubl, 20 fevral 2014 9000 dol=319420 rub, 24 fevral 2014 1000 dol=35400 rub, 04 mart 2014 5000 dol=180000 rub, 06 mart 2014 5000 dol=179500 rub, 28 mart 2014 10000 dol=354500 rub; 24 aprel 2014 10000 dol=354000 rub, 28 aprel 2014 10000 dol=355000 rub, 23 may 2014 5000 dol=170900 rub, 11 iyun 2014 5000 dol=171000 rub, Azərbaycanda aldıqlarım, bilet pulu 300 man, 21 yanvar 2014 Nəsibə verilən pul 1000 dol, 09 aprel 2014 Vüsala verilən ev pulu 6450 man, 12 aprel 2014 Samirin atasına verilən pul 1000 dol, 18 aprel 2014 Mirfarizə verilən pul 500 dol, Mamedin oğluna verilən pul 2000 man, 18 may 2014 Vüsala verilən ev pulu 6250 man» kimi qeyd edilmişdir. Üçüncü məktubda isə «Zolotoya Karona» ilə atılan pullar 26 dekabr 2013 2000 dol=64960 rub, 30 dekabr 2013 6000 dol=194880 rub, 09 yanvar 2014 4000 dol=131800 rub, 16 yanvar 2014 6000 dol=198360 rub, 18 yanvar 2014 5000 dol=166250 rub, 07 fevral 2014 4000 dol=137600 rub, 20 fevral 2014 9000 dol=319420 rub, 24 fevral 2014 1000 dol=35400 rub, 04 mart 2014 5000 dol=180000 rub, 06 mart 2014 5000 dol=179500 rub, 28 mart 2014 10000 dol=354500 rub, 24 aprel 2014 10000 dol=354000 rub, 28 aprel 2014 10000 dol=355000 rub, 23 may 2014 5000 dol=170900 rub, 11 iyun 2014 5000 dol=171000 rub, 26 avqust 2014 9900 dol=356400 rub, 10 sentyabr 2014 10000 dol=371000 rub, 11 sentyabr 2014 4900 dol= 183500 rub, 18 sentyabr 2014 9900 dol=379000 rub və 1000 dol» yazılmışdır. Göründüyü kimi, qeyd olunan məktubların məzmunu qeyri-müəyyəndir. Məktub və danışıqlara münasibətdə sübutlara qiymət verilməsi zamanı ən adi tələb – məktub və danışıqlarda münasibətlərin və öhdəliklərin xarakterini, şərtlərini müəyyən etməyə imkan verən bitmiş fikrin ifadə olunmasıdır. Sözügedən məktublarda bitkin fikir ifadə olunmamışdır. Cavabdeh iddiaçıdan məktublarda qeyd olunmuş vəsaiti borc aldığını, həmin məbləğ həddində öhdəlik daşıdığını, bu məbləğdə borcu qaldığını bildirməmişdir. Bu halda, işə əlavə olunmuş “Zolotaya korona” pul köçürmə sənədlərində əksini tapmış 64800 ABŞ dolları məbləğdən artıq hissənin (68400 ABŞ dollar) təmin olunması barədə məhkəmənin gəldiyi nəticə mötəbər sübutlara əsaslanan nəticə sayıla bilməz. Bundan başqa, işdən görünür ki, “Zolotaya korona” pul köçürmə sistemi ilə ödənilən məbləğlərin heç biri iddiaçının adından köçürülməmişdir. Həmin məbləğlər X23, X24, X9, X25, X32, X33, X34, X51, X82, X62, X17, X10, X18, X11, X51, X35, Gülşən Səmədova, X52, X26, X36, X53, X27, X28, X19, X12, X6, X37, X38, X70, X39, X40, X54, X41, X42, X29, X63 tərəfindən həyata keçirilmişdir. Həmin şəxslərdən yalnız ikisi – X62 və X43 birinci instansiyası məhkəməsində bildirimişdir ki, cavabdehə onların adından göndərilən məbləğ iddiaçının pulları olmuşdur. Ramin Yusivovun və Röyal Cəlalovun adından ödənilən məbləğ 12000 ABŞ dolları təşkil edir və məhkəmə bu məbləğin cavabdehə borc veriməsi barədə nəticəyə gəlməkdə haqlıdır. Lakin digər şəxslər dindirilməmiş, onların adından göndərilən pulların iddiaçıya məxsus olub-olmaması müəyyən edilməmişdir. Məhkəmə həmin şəxslərin ödəmiş olduğu məbləğin iddiaçıya məxsus olması barədə nəticəyə gəlmək üçün "xxxx" ASC-nin Şirvan filialında müxtəlif vəzifələrdə işləmiş X44 ifadəsinə istinadla kifayətlənmişdir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyasının iddianın təmin olunmuş hissəsində gəldiyi nəticə bu tələblərə uyğun deyildir. Bundan başqa, apellyasiya instansiya məhkəməsinin hazırkı iddia tələbinə iddia müddətinin tətbiq edilməməsi barədə gətirdiyi dəlilləri də tam əsaslandırılmayıb. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı və cavabdeh arasında olan alqı-satqı münasibətlərinin 2017-ci ildə də davam etdiyini və iddiaçının 2018-ci ildə cavabdehə qarşı pul tələbi barədə iddia ilə məhkəməyə müraciət etdiyinə əsaslanaraq iddia müddətinin ötürülmədiyi qənaətinə gəlmişdir. Belə ki, əvvəla, tərəflərin indiki iddia üzrə münasibətlərini apellyasiya instansiyası məhkəməsi alqı-satqı münasibətləri kimi deyil, borc münasibətləri kimi müəyyən etmişdir. Belə ki, iddiaçı xx.xx.2021-ci il tarixdə verdiyi izahatında bildirmişdir ki: «Mən Mirəziz adlı MMC ilə müqavilə bağlayıb pul köçürmüşəm. Biz 2014-cü ildə müqavilə bağlamışıq, müqavilənin mahiyyətinə görə o mənə hesab göndərirdi, mən də pul göndərirdim. O da taxta göndərirdi. Orda qiymət də razılaşdırılmışdı. Orda taxtanın 1 metrəsinin qiyməti göstərilmişdi. Mən həmin pulları bank vasitəsi ilə göndərirdim. Adətən offşor banklarla göndərirdim. Mirhəbibin mənə 320.000 civarında borcu var. Mən istəyirəm ki, pulumu alım. Mən müqavilə əsasında pulumu tələb edirəm. Mən burda fiziki şəxs kimi Mirhəbibin özünə və yaxın qohumlarına borca pul vermişəm. Mirhəbib bu pulu məndən borc kimi alıb. Mən də məhkəməyə şikayət edirəm ki, məhkəmə yolu ilə pulumu alım. Mən burda fiziki şəxs kimi verdiyim pulu istəyirəm. Çünki mən şəxsən pulu Mirhəbibə və onun qohumlarına borc pul vermişəm. Mirhəbib o pula obyekt alıb. Mən taxta alverinə fiziki şəxs kimi pul verməmişəm. Mirhəbib o pulu məndən borc kimi alıb» (bax: 4-cü cild, səh 13-14). Bundan başqa, iddiaçı xx.xx.2021-ci ildə verdiyi izahatında bildirmişdir ki: «2013-cü ildən dekabr ayından başlayaraq mütəmadi olaraq noyabr ayında təsis etdiyim "xxxx" MMC ilə pul köçürmüşəm. Cavabdeh “Mirəziz” şirkətinə pul köçürmüşəm. “Mirəziz” şirkəti Rusiya şirkətidir. Mən pul köçürmüşəm, mallar gəlib. Bizim iş fəaliyyətimiz təxminən 1 il çəkib. ... Mən hər ay pul göndərdim ki, bazanı alsın. Mirhəbib də bazanı aldı keçirtdi öz adına. Siz bilmək istəyirsiz ki, mən o pulları taxtayamı göndərmişəm? Xeyr, mən o pulları borc kimi Mirhəbibə göndərmişəm ki, bazanı alsın. Bazanı almaqda məqsədimiz bu idi ki, bazanı birlikdə işlədək. Mən 2015-ci il fevral ayından taxtaya pul göndərə bilmədim. Problemlər oldu bizim taxta işimiz dayandı. Mən Mirhəbibə zəng vurdum ki, vəziyyət pisdir. Mən taxtaya pul göndərə bilmirəm, sən mənim pulumdan mənə taxta göndər. Mirhəbib də mənə dedi ki, sənə nə göndərəcəm, sənin mənə 140.000 dollar borcun var. Mən ondan sonra Mirhəbibə 2 il zəng vurmamışam» (bax: 4-cü cild, səh 13-14). İddiaçının izahatından göründüyü kimi o, cavabdehin onun qarşısında iki növ öhdəliyinin olduğunu iddia edir. Bu öhdəliklərdən biri taxta emalı bazasını almaq üçün cavabdehə verdiyi borcun qaytarılmasıdır. İkinci öhdəlik isə təsis etdiyi "xxxx" MMC-nin hesabı ilə cavabdehin “Mirəziz” şirkətinə taxta materialı almaq üçün ödədiyi məbləğin qaytarılmasıdır. İddiaçının 31 avqust 2021-ci ildə verdiyi izahatından görünür ki, "xxxx" MMC ilə “Mirəziz” şirkəti arasında taxta alqı-satqısı ilə bağlı kommersiya işini ayırmışdır və həmin işə aid sənədlər də kommersiya işinə əlavə edilmişdir. İddiaçı hazırki tələbində cavabdehə taxta almaq üçün verilən pulu deyil, taxta bazasını almaq üçün borc kimi verdiyi pulu tələb edir. Buna görə də, məhkəmənin tərəflər arasında alqı-satqı münasibətlərinin 2017-ci ildə də davam etməsi borc münasibətlərinə təsir etmir. Bundan başqa, iddiaçının borc kimi göndərdiyi məbləğin nə vaxt qaytarılması barədə razılığa gəldikləri müəyyən olunmur və məhkəmələr də bu müddəti müəyyən etməmişdir. Mülki Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Mülki Məcəllənin 377.3-cü maddəsində deyilir ki, icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. İddiaçının xx.xx.2021-ci ildə verdiyi izahatından görünür ki, iddiaçı 2015-ci il fevral ayından taxtaya pul göndərə bilməmiş, cavabdehə zəng edərək taxtaya pul göndərə bilmədiyini bildirmiş və verdiyi borcun əvəzində taxta göndərilməsini tələb etmiş, lakin cavabdeh ona borcu olmadığını, əksinə iddiaçının ona 140000 dollar borcu olduğunu demişdir. Bu halın iddia müddətinin başlanması üçün əsas olub-olmaması məhkəmə tərəfindən araşdırılmamışdır. Çünki Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmənin bəhs etdiyi, Cəlilabad Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(073)-2047 saylı qərardadı ilə geri qaytarılmış iddia ərizəsi isə 18 iyul 2018-ci ildə tərtib olunmuşdur. Cavabdehin dəlillərindən biri ondan ibarətdir ki, cavabdeh iddiaçının onu aldatması səbəbindən hüquq mühafizə orqanlarına müraciət etmiş və iddiaçının barəsində başlanmış cinayət işində zərərçəkmiş şəxs qismində tanınmışdır. İşin yuxarıda qeyd olunan vəziyyətində kassasiya şikayətinin digər dəlillərinin qiymətləndirilməsinə zərurət yoxdur. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Məhkəmə kollegiyası xatırladır ki, iddiaçı yaratdığı müəssisə ilə cavabdehin rəhbərlik etdiyi firma arasında bağlanmış müqavilə əsasında ödənilən məbləğə uyğun mal (taxta) göndərilmədiyini və bununla bağlı kommersiya işini (mübahisəni) ayırdığını bildirir (Lakin iş materiallarına bu barədə hər hansı sənəd əlavə olunmamışdır). Bu halda hazırkı işə baxan məhkəmə kommersiya mübahisəsinə aid öhdəlikləri fərqləndirməli, yalnız iddiaçının özünün qeyd etdiyi kimi fiziki şəxs olaraq borc verdiyi məbləğləri müəyyən etməlidir. Həmçinin sübutların mümkünlüyü araşdırılarkən, MPM-in 82.4-cü maddəsinin tələblərinə əməl olunmasını təmin etmək məqsədi ilə, iddiaçının barəsində olan cinayət işi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü varsa, tərəflərin hadisəyə aidiyyəti xüsusatlarını nəzərə almalıdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli 2(106)-2076/2022 saylı qətnaməsi ilə (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Nüsrət Mirzəyev) cavabdehin apellyasiya şikayəti təmin olunmuş, Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(073)-33/2021 saylı qətnaməsi ləğv edilmiş və iddianın mübahisələndirilən hissədə sübut edilməməsi əsası ilə rədd edilməsi qət olunmuşdur. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, həm şahid X62, həm də şahid X45 ifadələrində onların vasitəsilə iddiaçının cavabdehə pul göndərdiyini bildirsələr də, həmin göndərilən pulların borc olub-olmadığına, göndərilən pulların konkret məbləğinə dair hər hansı məlumat verə bilməmişlər. Bu səbəbdən də, məhkəmənin Ramin Yusifov və Röyal Cəlilovun adından ödənilən 12000 ABŞ dolları məbləğinin iddiaçı tərəfindən cavabdehə məhz borc verilmiş məbləğ kimi qiymətləndirilməsi düzgün olmamışdır. Odur ki, məhkəmə kollegiyası həmin şahid ifadələrinə hazırkı iddia tələbi üzrə əhəmiyyə kəsb edən halları təsdiq edən sübut kimi yanaşmadığını göstərmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd etmişdir ki, “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə cavabdehə göndərilmiş pul məbləğlərinin iddiaçıya məxsus olmasının müəyyən edilməsi həmin məbləğlərin məhz borc kimi verilməsi faktını təsdiq edən hal olaraq çıxış edə bilməz. İddiaçı həmin köçürülən məbləğlərin sadəcə özünə məxsus olmasını sübut etməklə kifayətlənməməli, həmin məbləğlərin cavabdehə aralarındakı taxta ticarəti münasibəti ilə bağlı deyil, bilavasitə borc olaraq verildiyini sübut etməli idi. Bu baxımdan, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin 05 fevral 2021-ci il tarixli iclasında dindirilmiş "xxxx" ASC-nin Şirvan filialında müxtəlif vəzifələrdə işləmiş X44 ifadəsini də hazırkı iş üzrə iddianın əsaslılığını təsdiq edən mötəbər sübut kimi qiymətləndirmir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli və 16 noyabr 2022-ci il tarixli iclaslarında iddiaçının nümayəndəsi Vəkil1 “Zolotaya Korona” təcili pul köçürmə sistemi vasitəsilə adından cavabdehə pul göndərilmiş şəxslərin məhkəmə iclasında şahid qismində dindirilməsinin təmin edilməsi təklif olunsa da, iddiaçı tərəfindən bununla bağlı hər hansı tədbir görülməmiş, bundan əlavə, 07 dekabr 2022-ci il tarixli iclasda, ümumiyyətlə iddia tərəfi iştirak etməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, borc verilməsi ilə əlaqədar pul tələbinə dair iddia ilə bağlı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçı tələb olunan məbləğdə cavabdehə borc verməsini və cavabdehin həmin pulu geri qaytarmamasını sübut etməlidir. Buna görə də, iddiaçı məhkəməyə müraciət edərkən məhz bu halları təsdiq edən sübutları təqdim etməli idi. İddiaçı isə məhkəmə kollegiyasının “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli hüquqi mövqeyinə uyğun olaraq “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə müvafiq qaydada fəaliyyətini həyata keçirməsi üçün lazımi sübutları təqdim etməmiş, cavabdehə pul məbləğlərinin borc verilməsi faktını təsdiq edə bilməmişdir. İş materiallarından da görünür ki, iddiaçı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə iddia tələbinin təmin olunması üçün əsas olan halları təsdiq edən mötəbər sübutları təqdim etmiş, bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin əlavə şahidlərin dindirilməsi ilə bağlı təkliflərinə qarşı da müsbət istiqamətdə addım atmışdır. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 740.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, iddiaçı yalnız cavabdehə göndərilmiş pulların ona məxsus olmasını deyil, cavabdehə borc pul verilməsi faktını və əgər həmin məbləğdə pul verilmişdirsə, bu pulların taxta ticarəti ilə əlaqəli olmadığını sübut etməli idi. İddiaçı tərəfindən cavabdehə 133200 ABŞ dolları və 15000 manat məbləğində pulun borc olaraq verilməsi faktı öz təsdiqini tapmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən, eləcə də birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi nəticəsinə mötəbər olmayan sübutlar əsasında gəldiyindən, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 125.7-cü, MM-in 384.0.2, 385.1, 739.1, 740.1-cı, MPM-in 14.2, 77.1, 88, 107, 119.1, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam həcmdə təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, xaricə pul köçürmə əməliyyatlarında tətbiq olunan tarif qaydalarına əsasən 129.700 ABŞ dolları həcmində pul vəsaitinin bir şəxsin adından xaricə göndərilməsi mümkünsüzdür. Bu səbəbdən pul vəsaitləri müxtəlif vaxtlarda və iddiaçının tanıdığı şəxslərin adından cavabdehə göndərilmişdir. Həmçinin həmin şəxslərdən ikisi - X62 və X45 şahid qismində məhkəməyə ifadə verərək həmin pul məbləğinin iddiaçıya məxsus olduğunu təsdiq etmişdir. Həmçinin məhkəmə nəzərə almamışdır ki, adları qeyd edilən şəxslər bütün pul köçürmələrində iştirak etmişlər. Bütün bu halları "xxxx" ASC-nin Şirvan filialında müdir vəzifəsində işləmiş X44 ifadəsi də təsdiq edir. Məhkəmə qətnamədə qeyd edilən sübutları hansı səbəbdən qəbul etmədiyini əsaslandırmamışdır. Digər şəxslərin adından köçürülən pul vəsaitlərinin iddiaçıya məxsus olmadığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşürdü ki, bu faktı da təkzib edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, birinci rəsmi yazışmalarının elektron poçt vasitəsilə aparılması normal haldır və göründüyü kimi “epoçt”dan təqdim edilən çıxarışlarda verilən məbləğlər və fikirlər tam aydın ifadə olunmuşdur. Tərəflərin arasında razılaşdırılan borc münasibətlərinin “e-poçt” yazışmalannda öz əksini tapmaması və ya yazışmalarda “borc” ifadəsindən istifadə edilməməsi iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. Cavabdehə hər pul vəsaiti göndərdikcə ona “e-mail” vasitəsi ilə məlumat vermişdir. Cavabdeh isə birinci instansiya məhkəməsində iddia etmişdir ki, guya onun elektron poçt ünvanının parolunu mühasibatlıqdan öyrənib özü (iddiaçı) öz ünvanına Mirhəbibin adından borclu olması barədə pul məbləğləri yazıb göndərmişdir. Lakin artıq sübut edilmişdir ki, iddiaçı 2013-cü ildə Rusiya Federasiyasının Serov şəhərindən Azərbaycana qayıtmış və Rusiyada olmamışdır. Bununla yanaşı, iş üzrə ekspert rəyindən də görünür ki, elektron poçt yazışmaları Serov şəhərindən göndərilmişdir. Göründüyü kimi, cavabdeh özü məhkəmədə “e-mail” yazışmaların borc məbləği ilə bağlı olmasını etiraf edib. Lakin “e-mail” ünvanının iddiaçı tərəfindən oğurlanması səbəbindən yazışmaları qəbul etmişdir. Belə olan halda, cavabdeh özü sübut etməlidir ki, həqiqətən də onun “e-mail” ünvanı iddiaçı tərəfindən oğurlanmışdır. Cavabdeh apellyasiya şikayətində mövqeyini dəyişərək qeyd etmişdir ki, “email” yazışmaların məzmunu (mətni) aydın olmadığı üçün qeyd edilən sübutlar borcun verilməsini təsdiq edə bilməz. Bununla bağlı, qeyd edilir ki, cavabdehin hər instansiya məhkəməsində bir fikir söyləməsinin özü borc öhdəliyindən yayınmaq cəhdi kimi qəbul edilməlidir. Apellyasiya instansiya məhkəməsi cavabdehin bu dəyişkən fikirlərinə əhəmiyyət verməyərək, işin bu vacib halını araşdırmadan iddianın rədd edilməsi qənaətinə gəlmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və pozulmuşdur. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin göstərilən tələblərinə riayət etməmiş, mübahisənin maddi hüquqi əsasını düzgün müəyyən etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, bununla da işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(102)-1696/2023 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2022-ci il tarixli 2(106)-2076/2022 saylı qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir (X83 (məruzəçi), X4 və X30). Həmin qərarda ehtiva olunmuşdur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilibedilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi, bundan əvvəl işə baxmış kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərinə tam əməl olunmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən MPM-in 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya və əvvəlki kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun yoxlamamışdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə, qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir. İddia tələbindən və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədən görünür ki, iddiaçı ilə cavabdehin arasında olan münasibətlər taxta alqı-satqısı ilə bağlı münasibətlər olmuşdur. Belə ki, iddia ərizəsində iddiaçı Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Serov şəhərində topdan taxta alıb vaqonlara yükləyib Azərbaycana göndərməklə məşğul olduğunu, cavabdehlə taxta alınmasına görə müqavilə bağladığını, işini rahatlaşdırmaq məqsədlə 2013-cü ildə Rusiya Federasiyasından Azərbaycana qayıtmasını və Azərbaycanda oturub Rusiya Federasiyasının müxtəlif şəhərlərinə nağd pul göndərərək taxta almağa başlamasını, 2013-cü ilin dekabr ayından 2015-ci ilin fevral ayına kimi cavabdehə taxta üçün pul göndərməyə başladığını, habelə cababdehin tapşırığına əsasən onun qohumlarına nağd olaraq pul verdiyini qeyd etmiş, birinci instansiya məhkəməsində izahat verərkən də “verdiyi bütün məbləğlərin taxta almaq üçün verdiyi məbləğlər olduğunu” (Cild 3, i.v.83) göstərərək, cavabdehdən 145200 ABŞ dollarının icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və 29865 manat (38044 ABŞ dolları) pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh də birinci instansiya məhkəməsində izahat verərkən iddiaçı ilə olan münasibətlərinin taxta alış-verişi ilə bağlı olduğunu qeyd etmiş, “iddiaçı ilə müqavilə bağlamasını, onun obyektlərini xammal ilə təmin etməsini, iddiaçıya göndərdiyi vaqonlarla taxtaların pulunu hələ də iddiaçının ona tam ödəmədiyini, hazırda ona borcu olduğunu, sadəcə iddiaçının özünə deyil, başqa təşkilatlara da iddiaçının xahişi ilə taxta göndərməsini, 2018-ci ildə müxtəlif vasitələrlə iddiaçını tapmasını və ona hesabat aparmağı təklif etməsini, lakin iddiaçının yayınmasını, səbəbinin isə ona olan borcu vermək istəməməsi olduğunu, iddiaçıya mal göndərməsini, lakin pulunu ala bilməməsini, hal-hazırda iddiaçının barəsində cinayət işi getdiyini, həmin işdə zərərçəkmiş şəxs olmasını, iddiaçının bir çox şəxsə borcunun olmasını, onları aldadıb pullarını verməməsini, iddiaçının ona nə “Zolotaya Korona” vasitəsilə pul göndərməməsini, nə də onun kiməsə adından pul göndərməsini deməməsini, iddiaçı ilə yaxın münasibətdə olduğu üçün onun elektron poçt ünvanını mühasibatlıqdan götürərək, öz elektron poçt ünvanına iddia etdiyi məktubları göndərməsini” göstərmişdir. Bununla belə, iddiaçı birinci dəfə işə baxan apellyasiya instansiya məhkəməsinin iclasında xx.xx.2021-ci il tarixdə verdiyi izahatında, iddianın əsasını dəyişərək bildirmişdir ki, “Mən Mirəziz adlı MMC ilə müqavilə bağlayıb pul köçürmüşəm. Biz 2014-cü ildə müqavilə bağlamışıq, müqavilənin mahiyyətinə görə o, mənə hesab göndərirdi, mən də pul göndərirdim. O, da taxta göndərirdi. Orda qiymət də razılaşdırılmışdı. Orda taxtanın 1 metrəsinin qiyməti göstərilmişdi. Mən həmin pulları bank vasitəsi ilə göndərirdim. Adətən offşor banklarla göndərirdim. Mirhəbibin mənə 320.000 civarında borcu var. Mən istəyirəm ki, pulumu alım. Mən müqavilə əsasında pulumu tələb edirəm. Mən burda fiziki şəxs kimi Mirhəbibin özünə və yaxın qohumlarına borca pul vermişəm. Mirhəbib bu pulu məndən borc kimi alıb. Mən də məhkəməyə şikayət edirəm ki, məhkəmə yolu ilə pulumu alım. Mən burda fiziki şəxs kimi verdiyim pulu istəyirəm. Çünki mən şəxsən pulu Mirhəbibə və onun qohumlarına borc pul vermişəm. Mirhəbib o pula obyekt alıb. Mən taxta alverinə fiziki şəxs kimi pul verməmişəm. Mirhəbib o pulu məndən borc kimi alıb”. (Cild 4, i.v. 13-14) Bundan başqa, iddiaçı apellyasiya instansiya məhkəməsində xx.xx.2021-ci il tarixdə verdiyi izahatında bildirmişdir ki, “2013-cü ildən dekabr ayından başlayaraq mütəmadi olaraq noyabr ayında təsis etdiyim "xxxx" MMC ilə pul köçürmüşəm. Cavabdeh “Mirəziz” şirkətinə pul köçürmüşəm. “Mirəziz” şirkəti Rusiya şirkətidir. Mən pul köçürmüşəm, mallar gəlib. Bizim iş fəaliyyətimiz təxminən 1 il çəkib. ... Mən hər ay pul göndərdim ki, bazanı alsın. Mirhəbib də bazanı aldı keçirtdi öz adına. Siz bilmək istəyirsiz ki, mən o pulları taxtayamı göndərmişəm? Xeyr, mən o pulları borc kimi Mirhəbibə göndərmişəm ki, bazanı alsın. Bazanı almaqda məqsədimiz bu idi ki, bazanı birlikdə işlədək. Mən 2015-ci il fevral ayından taxtaya pul göndərə bilmədim. Problemlər oldu bizim taxta işimiz dayandı. Mən Mirhəbibə zəng vurdum ki, vəziyyət pisdir. Mən taxtaya pul göndərə bilmirəm, sən mənim pulumdan mənə taxta göndər. Mirhəbib də mənə dedi ki, sənə nə göndərəcəm, sənin mənə 140.000 dollar borcun var. Mən ondan sonra Mirhəbibə 2 il zəng vurmamışam”. (Cild 4, i.v. 30-31) Eyni zamanda işə bundan əvvəl baxmış kassasiya instansiya məhkəməsi də, iddiaçının izahatına münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı cavabdehin onun qarşısında iki növ öhdəliyinin olduğunu iddia edir. Bu öhdəliklərdən biri taxta emalı bazasını almaq üçün cavabdehə verdiyi borcun qaytarılması, ikinci öhdəlik isə təsis etdiyi "xxxx" MMC-nin hesabı ilə cavabdehin “Mirəziz” şirkətinə taxta materialı almaq üçün ödədiyi məbləğin qaytarılmasıdır. İddiaçının 31 avqust 2021-ci ildə verdiyi izahatından görünür ki, "xxxx" MMC ilə “Mirəziz” şirkəti arasında taxta alğı-satqısı ilə bağlı kommersiya işini ayırmış və həmin işə aid sənədlər də kommersiya işinə əlavə edilmişdir. İddiaçı hazırkı tələbində cavabdehə taxta almaq üçün verilən pulu deyil, taxta bazasını almaq üçün borc kimi verdiyi pulu tələb edir. Buna görə də, məhkəmənin tərəflər arasında alqı-satqı münasibətlərinin 2017-ci ildə də davam etməsi borc münasibətlərinə təsir etmir. Bundan başqa, iddiaçının borc kimi göndərdiyi məbləğin nə vaxt qaytarılması barədə razılığa gəldikləri müəyyən olunmur və məhkəmələr də bu müddəti müəyyən etməmişdir. Həmçinin işə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara düzgün qiymət verməlidir. Lakin işə yenidən baxan apellyasiya instansiya məhkəməsi qeyd olunan göstərişlərə tam əməl etməməklə iş üzrə hər hansı araşdırma aparmamışdır. Halbuki qanunuvericliyin tələbinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiya məhkəməsi iş üzrə kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun olaraq araşdırma aparmamasının səbəbini, məhkəmə iclasında şahid qismində dindirilməsinin təmin edilməsi təklif olunmasına baxmayaraq, iddiaçının nümayəndəsinin bununla bağlı hər hansı tədbir görülməməsi ilə əlaqələndirmişdir. Apellyasiya instansiya məhkəməsi həmçinin iddia tələbini təmin etməməsini həmin tələbin sübuta yetirilməməsi ilə əsaslandırmış, iddiaçının iddia tələbi ilə bağlı təqdim etdiyi sübutların mötəbərliyini araşdırıb onlara düzgün hüquqi qiymət verməmiş, iddia tələbinin qanuni əsasının tapılması baxımından əhəmiyyətli olsa da, tərəflər arasında "xxxx" MMC ilə "xxxx" MMC arasında taxta alqı-satqısı ilə bağlı kommersiya işinin olub-olmamasını, hazırkı iddia ərizəsində tələb olunan pul məbləğinin həmin iş üzrə də tələb olunub-olunmamasını aydınlaşdırmamış, cavabdehin iş materiallarında olan izahatında iddianı təkzib etməsi ilə bağlı göstərdiyi xüsusatları, onun həqiqəti söyləyib-söyləməməsi baxımından yoxlayıb onlara hüquqi qiymət verməmişdir. Belə ki, cavabdehin izahatında, iddiaçıya vaqonlarla taxta göndərib-göndərməməsi, həmin taxtaları hansı vəsait hesabına göndərməsi, 2018-ci ildə iddiaçını tapması və ona hesabat aparmağı təklif etməsi, lakin iddiaçının yayınması, iddiaçıya mal göndərməsi, lakin pulunu ala bilməməsi, hal-hazırda iddiaçının barəsində cinayət işi getməsi, həmin işdə zərərçəkmiş şəxs olması, iddiaçı ilə yaxın münasibətdə olduğu üçün onun elektron poçt ünvanını mühasibatlıqdan götürərək öz elektron poçt ünvanına iddia etdiyi məktubları göndərməsi barədə göstərdiyi halların həqiqəti əks etdiribetdirməməsi, habelə cavabdehin şəxsi elektron poçt ünvanının iddiaçıya əlçatan hansı mühasibatlıqda olması, pulların cavabdehə göndərilməsi tarixləri ilə cavabdehin iddiaçıya ünvanladığı elektron poçtda əks olunan məlumatların üst-üstə düşməsi və bunu cavabdehin münasibəti, cavabdehin məhkəməyə təqdim etdiyi gömrük idxal bəyənnamələrinin iddiaçı tərəfindən cavabdehə göndərilməsi üçün ödədiyi pul vəsaitlərinə aidiyyətinin olub-olmaması yoxlanılmamış, yaxud yoxlanılmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Bundan başqa, cavabdehin izahatında göstərdiyi “Zolotaya Korona” pul köçürmə vasitəsi ilə müxtəlif şəxslərin onun adına göndərdiyi pulların İddiaçı heç bir aidiyyətinin olmadığına, ona bu pulların nə məqsədlə göndərildiyini məhkəməyə açıqlanması barədə suala, bu məsələnin şəxsi işinin olmasını deməklə kifayətlənməsi barədə fikirlərinə də, apellyasiya məhkəməsi tərəfindən hər hansı qiymət verilməmişdir. Bununla yanaşı, apellyasiya instansiya məhkəməsi tərəfindən iş materiallarında olan iddiaçıya məxsus “adilov_qadim” ünvanlı poçt qutusu müayinə edilərək, cavabdehə aid poçt qutusundan həmin ünvana daxil olan məktubların məzmununda olan məlumatlar yoxlanılmamışdır. Habelə işdə olan cavabdehə məxsus "xxxx" MMC-nin adından cavabdehin nümayəndəsi və iddiaçıya məxsus "xxxx" MMC-nin adından iddiaçı tərəfindən bağlanmış taxta materiallarının alqı-satqısı ilə bağlı kontraktlarının, xüsusilə həmin kontraktlarda taxtaya görə məbləğin 7 gün qabaqcadan 100 faiz ödənilməli olması, üçüncü şəxslərin adından da ödənişlərin edilməsinə yol verilməsi barədə bəndin hazırkı mübahisəyə aidiyyətinin olub-olmamasına da apellyasiya instansiya məhkəməsi tərəfindən hər hansı qiymət verilməmişdir. Həmçinin apellyasiya instansiya məhkəməsi iş üzrə şahidlər X62 və X13 ifadələrinə düzgün hüquqi qiymət verməmiş, onların vasitəsilə iddiaçının cavabdehə pul göndərməsini qəbul etsə də, şahidlərin göndərilən pulların borc olub-olmadığına dair hər hansı məlumat verə bilmədiklərini qeyd etməklə, iddiaçıya göndərilən pulların borc olub-olmadığını sübut etmə vəzifəsini həmin şahidlərin üzərinə qoymuşdur. Lakin qeyd olunmalıdır ki, adı çəkilən şahidlər iş üzrə tərəf olmamaqla apellyasiya məhkəməsinin əsaslandırmasında göstərdiyi hallara cavab verməli şəxslər deyillər. Bundan başqa, apellyasiya instansiya məhkəməsi şahidlər Ramin Yusifov və Röyal Calalovun ifadələrinə hüquqi qiymət verərkən göndərilən pulların konkret məbləğinə dair hər hansı məlumat verə bilmədiklərini qeyd etməkdə də haqlı olmamışdır. Belə ki, şahidlər Ramin Yusifov və Röyal Calalovun iş materiallarında olan ifadələrindən müəyyən olunur ki, onlar ifadələrində iddiaçının onların adından 2014-cü ildə cavabdehə hər dəfə 1.000 ABŞ dolları olmaqla, ümumilikdə 7-8 dəfə sürətli pul köçürmə vasitəsi olan “Zolotaya Korona” ilə bankdan pul göndərməsini bildirmişlər. İş materiallarında olan sübutlarla isə ödənilmiş həmin məbləğlərin 12000 ABŞ dolları təşkil etdiyi təsdiqini tapır. Eyni zamanda, daha əvvəl işə baxmış kassasiya instansiya məhkəməsi də qərarında iddiaçının adından cavabdehə pul göndərmiş şəxslərdən yalnız ikisinin – Ramin Yusifov və Röyal Calalovun birinci instansiyası məhkəməsində cavabdehə onların adından göndərilən məbləğin iddiaçının pulları olmasını, Ramin Yusifovun və Röyal Cəlalovun adından ödənilən məbləğin 12000 ABŞ dolları təşkil etməsini və məhkəmənin bu məbləğin cavabdehə borc veriməsi barədə nəticəyə gəlməkdə haqlı olduğunu vurğulamışdır. Həmçinin apellyasiya instansiya məhkəməsi “Zolotaya Korona” pul köçürmə sistemi vasitəsilə cavabdehə göndərilmiş pul məbləğlərinin iddiaçıya məxsus olmasının müəyyən edilməsinin həmin məbləğlərin məhz borc kimi verilməsi faktını təsdiq edən hal olaraq çıxış edə bilmədiyini göstərsə də, qeyd olunan pulların cavabdehə hansı məqsədlə göndərilməsinə aydınlıq gətirməmişdir. Bu baxımdan, məhkəmə şahid X44 ifadəsini iddianın əsaslılığını təsdiq edən mötəbər sübut kimi qiymətləndirməməsini əsaslandıra bilməmişdir. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, həmin və işdə olan digər subutlara obyektiv baxıb onlara MPM-in 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə görə məhkəmə icraatı ilk növbədə həqiqətin müəyyən edilməsini təmin etməlidir. Eləcə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsində göstərilir ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının hayata keçirilməsinə kömək göstərir. Məcəllənin 77.3-cü maddəsinə görə işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o, halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumatlarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullardan biri isə, müxtəlif sübutların müqayisəli təhlil edilməsidir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə düzgün həllni tapmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun “A.Şoşanovun şikayəti üzrə” 11 fevral 2015-ci il və “F.Şirinovun şikayəti üzrə” 16 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da, qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır. Avropa İnsan Hüquqları Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. İddiaçı verdiyi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın tam həcmdə təmin edilməsini xahiş etdiyindən və məhkəmə kollegiyası işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini məqsədəuyğun hesab etdiyindən, kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, həmin məsələnin araşdırılmasında zəruri bilik tələb olunub-olunmamasını müzakirə etməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, bu məqsədlə mübahisələndirilən məbləğin hansı hissəsinin alqısatqı münasibətinə, hansı hissəsinin isə borc münasibətlərinə aid olmasını dəqiqləşdirməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara MPM-in 88, 106.1, 217.4cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir. Cavabdeh nümayəndəsi Vəkil2 izahatında cavabdehin apellyasiya şikayətinə uyğun izahat verərək bildirmişdir ki, tərəflər arasında münasibətlər ancaq taxta-şalban alveri ilə bağlı olub. Tərəflər arasında hər hansı borc münasibətlərindən söhbət gedə bilməz. Tərəflər arasında yalnız şirkətlər arasında müqavilə olmuş və iddiaçı cavabdehdən borc verdiyi pulu tələb edir. Borc münasibətləri ya şifahi, ya da yazılı olmalıdır. Borc müqaviləsi bağlanarkən onun verilmə tarixi, məbləği və qaytarılma tarixi olmalıdır. Tərəflər arasında heç bir borc müqaviləsi olmamışdır. İddiaçı ilə cavabdeh tanışlarının qohumunun yas mərasimində olarkən tərəflər arasında danışıq olub. Tərəflər arasında taxta-şalban münasibətləri olmuş, həmin iddia üzrə də iddia müddəti ötürülmüşdür. Ona görə ki, iddiaçı bildirir ki, borc verib, o verdiyi borcu sübut etməlidir. Bununla bağlı da, iddiaçıda borcun verilməsi ilə bağlı hər hansı sübut yoxdur. Əgər ehtimal edirsə, cavabdehə 2015-ci ildə borc vermişdirsə, nə üçün 2019-cü ildə borcun tələb edir. Buradan da aydın görünür ki, iddiaçı iddia müddətini ötürmüşdür. Bundan başqa, iddiaçının birinci instansiya məhkəməsində şahidlərin dindirilməsi ilə bağlı kifayət qədər imkanı olmuşdur. Apellyasiya instansiya məhkəməsi o halda sübut toplayır ki, birinci instansya məhkəməsində sübutu təqdim etmək tərəflərin imkanı olmasın. cavabdehin Rusiya Federasiyasının Taxta bazası almağına gəldikdə isə, həmin taxta bazası tərəflər arasında yaranmış mübahisədən 3-4 il sonra alınmışdır. Onun da bu işə heç bir aidiyyəti yoxdur. Cavabdehə müxtəlif şəxslər tərəfindən “Zolotoy karona” vasitəsilə göndərilən pullara gəldikdə isə həmin pullar iddiaçı ilə cavabdeh arasında taxta-şalban mallarının alqı-satqısı ilə bağlı göndərilən pullardır. Hazırkı vaxta kimi "xxxx" MMC və "xxxx" MMC arasında hər hansı məhkəmədə kommersiya işi mövcud deyildir. Bu cür iddianın qaldırılması isə yalnız Rusiya Federasiyasında mümkündür. Çünki "xxxx" MMC Rusiya Federasiyasında yaradılmış və orada qeydiyyatdadır. Bundan başqa, İddiaçı cinayət məsuliyyətindən yayındığı üçün, yəni axtarışda olması səbəbindən barəsində olan cinayət işinin istintaqı yekunlaşmamışdır. Həmin cinayət işi üzrə də yekun məhkəmə qərarı hələ də çıxarılmamışdır. “Zolotaya Korona” pul köçürmə vasitəsi ilə müxtəlif şəxslərin onun adına göndərdiyi pulların İddiaçı heç bir aidiyyəti yoxdur. Buna görə də, iddiaçı tərəf digər şahidləri gətirib dindirə və bu faktı sübut edə bilmir. İddiaçı nümayəndəsi Vəkil1 iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək göstərmişdir ki, 68400 ABŞ dolları məbləğində pul vəsaiti də cavabdehə göndərilmişdir. Ali Məhkəmə qərarında göstərmişdir ki, cavabdehin elektron poçtunun oğurlanmasını aydınlaşdırmağı qeyd etmişdir. İddiaçı tərəfindən cavabdehin heç bir “email” ünvanı oğurlanmayıb və bu ancaq formal mülahizədir. Ona görə də, o pulların iddiaçı tərəfindən cavabdehə göndərilməsi tam sübut olunur. 2015-ci il tarixdə kütləvi pul köçürülməsinə icazə verilmədiyi üçün müxtəlif şəxslərin adından hissə-hissə olmaqla göndərilmiş, həmin pulları da cavabdeh almışdır. Lakin həmin şəxslərlə onun başqa münasibətləri var idi. Cavabdeh bildirir ki, Rusiya Federasiyasının Sverdlovsk şəhərində taxta bazası almış, lakin iddiaçının pulu ilə deyil, bankdan götürdüyü kreditlə almışdır. Əgər bankdan pul götürüb alıbsa, həmin bankından götürdüyü pulun sənədlərini təqdim etməlidir. Lakin cavabdeh bunu da etməmişdir. Hazırda əlavə sübutların təqdim edilməsi mümkün deyildir və iş materiallarında iddianın təmin edilməsi üçün kifayət qədər yetərli sübutlar mövcuddur. Hazırkı vaxta kimi "xxxx" MMC və "xxxx" MMC arasında hər hansı məhkəmədə kommersiya işi mövcud deyildir. Bundan əlavə, İddiaçı barəsində cinayət işi yekunlaşmamışdır. Buna görə də, həmin iş üzrə yekun məhkəmə qərarı mövcud deyildir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, Cavabdeh apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(073)-33/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə - Cavabdeh 133200 (yüz otuz üç min iki yüz) ABŞ dolları (ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsinin təmin edilməsi hissədə ləğv edilərək, həmin hissədə iddia tələbi rədd edilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 oktyabr 2020-ci il tarixli 5/666 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiq olunan «Qadim Adilov» adlı “Elektron ünvan 2” ünvanlı poçt qutusuna, «mirqabib aqalarov» adlı Elektron ünvan 1» ünvanlı elektron poçt qutusundan 2013-cü ildə 1 ədəd, 2014- cü ildə 61 ədəd, 2015-ci ildə 5 ədəd elektron məktublar göndərilmişdir. «Qadim Adilov» adlı Elektron ünvan 2 ünvanlı poçt qutusuna 1 ədəd 13 avqust 2014-cü il tarixdə, 1 ədəd 20 fevral 2015-ci il tarixdə, 1 ədəd 27 fevral 2015-ci il tarixdə daxil olan elektron məktublar Azərbaycan Respublikasına məxsus “İP” ünvanlardan göndərilmişdir. Həmin elektron poçt ünvanına 2013-cü ildə 1 ədəd, 2014-cü ildə 60 ədəd, 2015-ci ildə 3 ədəd elektron məktublar Rusiya Federasiyasından Sverdlovsk vilayətinə məxsus “İP” ünvanlardan göndərilmişdir. 10. "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş telefon zənglərinin siyahısına dair CD disk materiallarında qeyd olunmuşdur ki, 20 yanvar 2014-cü il tarixdən 10 iyul 2014-cü il tarixədək olan müddətdə qarşılıqlı olaraq Qədim X1 57 dəfə, 11 yanvar 2014-cü il tarixdən 24 iyun 2014-cü il tarixədək olan müddətdə X64 ilə 14 dəfə, 17 aprel 2014-cü il tarixdə Ağalarov Mirfariz oğlu ilə 1 dəfə, 22 yanvar 2014-cü il tarixdə Nəsib adlı şəxslə 1 dəfə, 12 aprel 2014-cü il Nəcəf adlı şəxslə 2 dəfə, 17 oktyabr 2014-cü il tarixdən 27 dekabr 2014- cü il tarixədək olan müddətdə X14 ilə 7 dəfə olmaqla mobil telefon vasitəsi ilə danışıqlar aparılmışdır. İşdə olan ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş «Zolotaya Karona» pul köçürmə sistemi üzrə həyata keçirilmiş köçürmələri edən sənədlərin surətlərindən görünür ki, "xxxx" ASC-nin Şirvan filialından 03 mart 2014 tarixdə ZK396424396 nömrəli göndəriş sənədi üzrə X23 tərəfindən 1000 ABŞ dolları, 03 mart 2014-cü il tarixdə ZK12304160 nömrəli göndəriş sənədi üzrə X24 tərəfindən 1000 ABŞ dolları, 03 mart 2014-cü il tarixdə ZK126724469 nömrəli göndəriş sənədi üzrə X9 tərəfindən 1000 ABŞ dolları, 03 mart 2014-cü il tarixdə ZK329644668 nömrəli göndəriş sənədi üzrə X25 tərəfindən 1000 ABŞ dolları, 03 mart 2014-cü il tarixdə ZK994233439 nömrəli, göndəriş sənədi üzrə X32 tərəfindən 1000 ABŞ dolları, 03 mart 2014-cü il tarixdə ZK185837208 nömrəli göndəriş sənədi üzrə X33 tərəfindən 1000 ABŞ dolları, 03 mart 2014-cü il tarixdə ZK676079322 nömrəli göndəriş sənədi üzrə X34 tərəfindən 1000 ABŞ dolları, 03 mart 2014-cü il tarixdə ZK845586131 nömrəli göndəriş sənədi üzrə X51 tərəfindən 1000 ABŞ dolları, 03 mart 2014-cü il tarixdə ZK603692336 nömrəli göndəriş sənədi üzrə Yusifov Ramin oğlu tərəfindən 1000 ABŞ dolları, 03 mart 2014-cü il tarixdə ZK999336278 nömrəli sifariş sənədi üzrə X82 tərəfindən 1000 ABŞ dolları, 27 mart 2014-cü il ZK99985331 nömrəli göndəriş sənədi üzrə X62 tərəfindən 1000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK327778116 nömrəli göndəriş sənədi üzrə X9 tərəfindən 1000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK870135945 nömrəli göndəriş sənədi üzrə X82 tərəfindən 1000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK117322341 nömrəli göndəriş sənədi üzrə X17 tərəfindən 1000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK841861623 nömrəli göndəriş sənədi üzrə X10 tərəfindən 1000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK764803094 nömrəli göndəriş sənədi üzrə X18 tərəfindən 1000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK579003210 nömrəli göndəriş sənədi üzrə X11 tərəfindən 1000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK400311032 nömrəli göndəriş sənədi üzrə X51 tərəfindən 1000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK531124163 nömrəli göndəriş sənədi üzrə X35 tərəfindən 1000 ABŞ dolları, 27 mart 2014-cü il tarixdə ZK406850862 nömrəli göndəriş sənədi üzrə Gülşən Səmədova tərəfindən 1000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK829390755 nömrəli dəriş sənədi üzrə X62 tərəfindən 1000 ABŞ dolları, 22 aprel 2014- cü il tarixdə ZK363680774 nömrəli göndəriş sənədi üzrə X52 tərəfindən 1000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK325628420 nömrəli göndəriş sənədi üzrə X26 tərəfindən 1000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK413868483 nömrəli göndəriş sənədi üzrə X35 tərəfindən 1000 ABŞ dolları, 22 aprel 2014-cü tarixdə ZK236150777 nömrəli göndəriş sənədi üzrə X51 tərəfindən 1000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK641381537 nömrəli göndəriş sənədi üzrə X82 tərəfindən 1000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK686422402 nömrəli göndəriş sənədi üzrə X36 tərəfindən 1000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK681354246 nömrəli göndəriş sənədi üzrə X53 tərəfindən 1000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK134046236 nömrəli göndəriş sənədi üzrə X27 tərəfindən 1000 ABŞ dolları, 22 aprel 2014-cü il tarixdə ZK559192581 nömrəli göndəriş sənədi üzrə X9 tərəfindən 1000 ABŞ dolları, 10 iyun 2014-cü il tarixdə ZK640946592 nömrəli göndəriş sənədi üzrə X62 tərəfindən 1000 ABŞ dolları, 10 iyun 2014-cü il tarixdə ZK659096707 nömrəli göndəriş sənədi üzrə X82 tərəfindən 1000 ABŞ dolları, 10 iyun 2014-cü il tarixdə ZK758436868 nömrəli göndəriş sənədi üzrə X46 tərəfindən 1000 ABŞ dolları, 10 iyun 2014-cü il tarixdə ZK704762004 nömrəli göndəriş sənədi üzrə X47 tərəfindən 1000 ABŞ dolları, 10 iyun 2014-cü il tarixdə ZK322388807 nömrəli göndəriş sənədi üzrə X51 tərəfindən 1000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK724907135 nömrəli göndəriş sənədi üzrə X35 tərəfindən 1000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK694505921 nömrəli göndəriş sənədi üzrə X28 tərəfindən 1000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK********** nömrəli göndəriş sənədi üzrə X62 tərəfindən 1000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK744452204 nömrəli göndəriş sənədi üzrə X9 tərəfindən 1000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK665473769 nömrəli göndəriş sənədi üzrə X19 tərəfindən 1000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK766134675 nömrəli göndəriş sənədi üzrə X12 tərəfindən 1000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK77038865 nömrəli göndəriş sənədi üzrə X6 tərəfindən 1000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK********** nömrəli göndəriş sənədi üzrə X46 tərəfindən 1000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK879985392 nömrəli göndəriş sənədi üzrə X37 tərəfindən 1000 ABŞ dolları, 10 sentyabr 2014-cü il tarixdə ZK344408695 nömrəli göndəriş sənədi üzrə X82 tərəfindən 1000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK693965106 nömrəli göndəriş sənədi üzrə X38 tərəfindən 1000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK********** nömrəli göndəriş sənədi üzrə X70 tərəfindən 1000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK239164034 nömrəli göndəriş sənədi üzrə X39 tərəfindən 1000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK888566087 nömrəli göndəriş sənədi üzrə X40 tərəfindən 1000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK397166635 nömrəli göndəriş sənədi üzrə X54 tərəfindən 1000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK217033015 nömrəli göndəriş sənədi üzrə X41 tərəfindən 900 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK146633750 nömrəli göndəriş sənədi üzrə X35 tərəfindən 1000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK806004978 nömrəli göndəriş sənədi üzrə X46 tərəfindən 1000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK952511833 nömrəli göndəriş sənədi üzrə X62 tərəfindən 1000 ABŞ dolları, 18 sentyabr 2014-cü il tarixdə ZK827573910 nömrəli göndəriş sənədi üzrə X82 tərəfindən 1000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK500652469 nömrəli göndəriş sənədi üzrə X82 tərəfindən 1000 ABŞ dolları, 18 aprel 2014-cü il tarixdə ZK555475047 nömrəli göndəriş sənədi üzrə X62 tərəfindən 1000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK625783383 nömrəli göndəriş sənədi üzrə Səmədova Gülşən tərəfindən 1000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK********** nömrəli göndəriş sənədi üzrə X9 tərəfindən 1000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK688865358 nömrəli göndəriş sənədi üzrə X32 tərəfindən 1000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK307871578 nömrəli göndəriş sənədi üzrə X42 tərəfindən 1000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK763341950 nömrəli göndəriş sənədi üzrə X29 tərəfindən 1000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK869441227 nömrəli göndəriş sənədi üzrə X35 tərəfindən 1000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK606470448 nömrəli göndəriş sənədi üzrə X63 tərəfindən 1000 ABŞ dolları, 28 aprel 2014-cü il tarixdə ZK650257602 nömrəli göndəriş sənədi üzrə Kamran Həşimov tərəfindən 1000 ABŞ dolları məbləğində pul vəsaitləri Rusiya Federasiyası Sverdlovsk vilayəti Serov şəhərində yaşayan Cavabdeh adına “Zolotaya Karona” sistemi üzrə pul köçürmələri həyata keçirilmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X64 bildirmişdir ki, cavabdehin bacanağıdır. İddiaçını cavabdehin vasitəsilə tanımışdır. İddiaçı ilə aralarında heç bir alqı-satqı və ya pul məsələsi olmamış, Mirhəbibin tapşırığı ilə Qədim Əbilov ona heç vaxt pul verməmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X65 bildirmişdir ki, iddiaçını Cavabdeh vasitəsilə tanımışdır. İddiaçı ilə aralarında heç bir alqı-satqı və ya pul məsələsi olmamış, Mirhəbibin tapşırığı ilə 2017-ci ildə Qədim Əbilova taxta vermiş, lakin Qədim ona heç vaxt pul verməmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, İddiaçı ilə onun şəxsi münasibəti olmamışdır. İddiaçını cavabdehin vasitəsilə tanımışdır. Onların arasında heç bir pul məsələsi olmamışdır. O,Qədimdən pul almamışdır. Keşlədə İddiaçıla başqa bir məsələ ilə əlaqədar görüşmüşdür. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X7 bildirmişdir ki, Bakı şəhərində yaşayır. Cavabdeh onun qardaşıdır və Qədimi qardaşının dostu kimi tanımışdır. Qədim onların bütün xeyir-şər məclislərində iştirak etmişdir. O, iddiaçıdan hər hansı məbləğdə pul almamışdır. Qardaşının işi ilə əlaqədar olaraq tanımadığı başqa şəxsdən pul almışdır, lakin bu şəxs İddiaçı deyildir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X8 bildirmişdir ki, Cəlilabadda yaşayır. Cavabdeh onun qardaşıdır. İddiaçı qardaşının dostu kimi tanımışdır. Qədim onların bütün xeyir-şər işlərində iştirak etmişdir. O, iddiaçıdan pul almamışdır. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X62 bildirmişdir ki, İddiaçı qardaşının dostudur. Qədim ona zəng edərək xahiş etmişdir ki, Rusiya Federasiyasında yaşayan dostu Cavabdeh pul göndərmək lazımdır. O da etiraz etməmişdir. İddiaçı onun adından 2014-cü ildə Cavabdeh hər dəfə 1000 ABŞ dolları olmaqla, ümumilikdə 7-8 dəfə sürətli pul köçürmə vasitəsi olan “Zolotaya Karona” ilə bankdan pul göndərmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X43 bildirmişdir ki, İddiaçı qardaşının dostudur. Qədim ona zəng edərək xahiş etmişdir ki, Rusiya Federasiyasında yaşayan dostu Cavabdeh pul göndərmək lazımdır. O da etiraz etməmişdir. İddiaçı onun adından 2014-cü ildə Cavabdeh hər dəfə 1000 ABŞ dolları olmaqla, ümumilikdə 7-8 dəfə sürətli pul köçürmə vasitəsi olan “Zolotaya Karona” ilə bankdan pul göndərmişdir. Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X71 bildirmişdir ki, 02 fevral 2009-cu il tarixdən 06 fevral 2017-ci il tarixə kimi "xxxx" ASC-nin Şirvan filialında müxtəlif vəzifələrdə işləmişdir. 24 iyul 2013-cü il tarixdə isə Şirvan filialının müdiri vəzifəsinə təyin edilmiş və işdən azad olunana qədər müdir vəzifəsində işləmişdir. Filialda müdir kimi işlədiyi dövrlərdə İddiaçı tanımışdır. Belə ki, İddiaçı 2013-2014-cü illərdə "xxxx" ASC-nin Şirvan filialından Rusiya Federasiyasında yaşayan biznes şəriki Cavabdeh sürətli pul köçürmə sistemi «Zolotaya Karona» ilə müxtəlif məbləğlərdə pullar göndərmişdir. Mərkəzi Bankın tətbiq etdiyi qaydalara əsasən gün ərzində bir şəxsin xarici ölkəyə 1000 ABŞ dollarından artıq pul göndərməsinə məhdudiyyətlər qoyulduğu üçün və İddiaçı göndərdiyi pullar yüksək məbləğlərdə olduğundan, İddiaçı həmin pulları tanışlarının adından sürətli pul köçürmə sistemi «Zolotaya Karona» vasitəsi ilə Cavabdeh göndərmişdir. Pulu göndərən şəxslər İddiaçı dostları və tanışlarıdır. İşdə olan Cavabdeh məxsus «Elektron ünvan 1» ünvanlı elektron poçt qutusundan 15 fevral 2014-cü il tarixdə İddiaçı məxsus adilov_qadim ünvanlı poçt qutusuna göndərilmiş məktubda «26 dekabr 2013 6000 dol=194880 rub, 30 dekabr 2013 6000 dol=64960 rub, 09 yanvar 2014 4000 dol=131800 rub, 16 yanvar 2014 6000 dol=198360 rub, 18 yanvar 2014 5000 ABŞ dol=166250 rub, 21 yanvar 2014 1000 dol=nəsibə, 07 fevral 2014 4000 dol=137600 rub» qeyd edilmişdir. İşdə olan Cavabdeh məxsus «Elektron ünvan 1» ünvanlı elektron poçt qutusundan 15 iyun 2014-cü il tarixdə İddiaçı məxsus “adilov_qadim” ünvanlı poçt qutusuna göndərilmiş məktubda «26 dekabr 2013 2000 dol=64960 rub, 30 dekabr 2013 6000 dol=194880 rub, 09 yanvar 2014 4000 dol=131800 rub, 16 yanvar 2014 6000 dol=198360 rub, 18 yanvar 2014 5000 dol=166250 rub, 07 fevral 2014 4000 dol=137600 rubl, 20 fevral 2014 9000 dol=319420 rub, 24 fevral 2014 1000 dol=35400 rub, 04 mart 2014 5000 dol=180000 rub, 06 mart 2014 5000 dol=179500 rub, 28 mart 2014 10000 dol=354500 rub; 24 aprel 2014 10000 dol=354000 rub, 28 aprel 2014 10000 dol=355000 rub, 23 may 2014 5000 dol=170900 rub, 11 iyun 2014 5000 dol=171000 rub, Azərbaycanda aldıqlarım, bilet pulu 300 man, 21 yanvar 2014 Nəsibə verilən pul 1000 dol, 09 aprel 2014 Vüsala verilən ev pulu 6450 man, 12 aprel 2014 Samirin atasına verilən pul 1000 dol, 18 aprel 2014 Mirfarizə verilən pul 500 dol, Mamedin oğluna verilən pul 2000 man, 18 may 2014 Vüsala verilən ev pulu 6250 man» qeyd edilmişdir. İşdə olan Cavabdeh məxsus «Elektron ünvan 1» ünvanlı elektron poçt qutusundan 25 noyabr 2014-cü il tarixdə İddiaçı məxsus adilov_qadim ünvanlı poçt qutusuna göndərilmiş məktubda «Zolotoya Karona» ilə atılan pullar 26 dekabr 2013 2000 dol=64960 rub, 30 dekabr 2013 6000 dol=194880 rub, 09 yanvar 2014 4000 dol=131800 rub, 16 yanvar 2014 6000 dol=198360 rub, 18 yanvar 2014 5000 dol=166250 rub, 07 fevral 2014 4000 dol=137600 rub, 20 fevral 2014 9000 dol=319420 rub, 24 fevral 2014 1000 dol=35400 rub, 04 mart 2014 5000 dol=180000 rub, 06 mart 2014 5000 dol=179500 rub, 28 mart 2014 10000 dol=354500 rub, 24 aprel 2014 10000 dol=354000 rub, 28 aprel 2014 10000 dol=355000 rub, 23 may 2014 5000 dol=170900 rub, 11 iyun 2014 5000 dol=171000 rub, 26 avqust 2014 9900 dol=356400 rub, 10 sentyabr 2014 10000 dol=371000 rub, 11 sentyabr 2014 4900 dol= 183500 rub, 18 sentyabr 2014 9900 dol=379000 rub və 1000 dol=» qeyd edilmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Məhkəmə kollegiyası hazırkı işin hallarına Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq hüquqi qiymət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2-2(102)-3409/2022 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(102)-1696/2023 saylı qərarlarında inikasını tapan göstərişləri rəhbər tutaraq bildirir ki, Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(073)-33/2021 saylı qətnaməsinin əsaslılığı apellyasiya baxışının predmetini təşkil edən hissədə - Cavabdeh 133200 (yüz otuz üç min iki yüz) ABŞ dolları (ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsinin təmin edilməsi hissədə yoxlanılmalıdır. Hazırkı halda, qətnamənin əsaslılığı yalnız Cavabdeh apellyasiya şikayətinə əsasən apellyasiya baxışının predmetini təşkil edən hissədə yoxlanıldığı üçün apellyasiya instansiyası məhkəməsi qətnamənin qalan hissəsinə toxunmur. Belə ki, qətnamənin digər hissələrdə yoxlanılması və hüquqi qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2022-ci il tarixli 2-2(102)-3409/2022 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 aprel 2023-cü il tarixli 2(102)-1696/2023 saylı qərarlarındakı məcburi göstərişlərin və dispozitivlik prinsipinin pozulması ilə nəticələnər. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, hər bir iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi olaraq ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 387.3-cü maddəsinə əsasən, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. MM-in 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. MM-in 31 mart 2023-cü il tarixədək qüvvədə olan 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. MM-in 30 iyun 2016-cı il tarixədək qüvvədə olan 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadadan da istifadə edilə bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda qeyd edilən qərarlarında göstərişlərə əsasən İddiaçı tələb etdiyi borcun 121700 ABŞ dollarının “Zolotaya korona” pul köçürmə sistemi vasitəsi ilə ödənildiyini bildirmişdir. Ancaq 68400 ABŞ dolları məbləğdə pul vəsaitinin ödənilməsi barədə sübut olaraq məhkəməyə xx.xx.2014-cü ildə, xx.xx.2014-cü ildə və xx.xx.2014-cü ildə Cavabdeh məxsus «Elektron ünvan 1» ünvanlı elektron poçt qutusundan İddiaçı məxsus “adilov_qadim” ünvanlı poçt qutusuna göndərilmiş məktublar təqdim edilmişdir. Adıçəkilən məktubların məzmunu aşağıdakı kimidir - 1-ci məktub: «26 dekabr 2013 6000 dol=194880 rub, 30 dekabr 2013 6000 dol=64960 rub, 09 yanvar 2014 4000 dol=131800 rub, 16 yanvar 2014 6000 dol=198360 rub, 18 yanvar 2014 5000 ABŞ dol=166250 rub, 21 yanvar 2014 1000 dol=nəsibə, 07 fevral 2014 4000 dol=137600 rub». 2-ci məktub: «26 dekabr 2013 2000 dol=64960 rub, 30 dekabr 2013 6000 dol=194880 rub, 09 yanvar 2014 4000 dol=131800 rub, 16 yanvar 2014 6000 dol=198360 rub, 18 yanvar 2014 5000 dol=166250 rub, 07 fevral 2014 4000 dol=137600 rubl, 20 fevral 2014 9000 dol=319420 rub, 24 fevral 2014 1000 dol=35400 rub, 04 mart 2014 5000 dol=180000 rub, 06 mart 2014 5000 dol=179500 rub, 28 mart 2014 10000 dol=354500 rub; 24 aprel 2014 10000 dol=354000 rub, 28 aprel 2014 10000 dol=355000 rub, 23 may 2014 5000 dol=170900 rub, 11 iyun 2014 5000 dol=171000 rub, Azərbaycanda aldıqlarım, bilet pulu 300 man, 21 yanvar 2014 Nəsibə verilən pul 1000 dol, 09 aprel 2014 Vüsala verilən ev pulu 6450 man, 12 aprel 2014 Samirin atasına verilən pul 1000 dol, 18 aprel 2014 Mirfarizə verilən pul 500 dol, Mamedin oğluna verilən pul 2000 man, 18 may 2014 Vüsala verilən ev pulu 6250 man» kimi qeyd edilmişdir. 3-cü məktub: «Zolotoya Karona» ilə atılan pullar 26 dekabr 2013 2000 dol=64960 rub, 30 dekabr 2013 6000 dol=194880 rub, 09 yanvar 2014 4000 dol=131800 rub, 16 yanvar 2014 6000 dol=198360 rub, 18 yanvar 2014 5000 dol=166250 rub, 07 fevral 2014 4000 dol=137600 rub, 20 fevral 2014 9000 dol=319420 rub, 24 fevral 2014 1000 dol=35400 rub, 04 mart 2014 5000 dol=180000 rub, 06 mart 2014 5000 dol=179500 rub, 28 mart 2014 10000 dol=354500 rub, 24 aprel 2014 10000 dol=354000 rub, 28 aprel 2014 10000 dol=355000 rub, 23 may 2014 5000 dol=170900 rub, 11 iyun 2014 5000 dol=171000 rub, 26 avqust 2014 9900 dol=356400 rub, 10 sentyabr 2014 10000 dol=371000 rub, 11 sentyabr 2014 4900 dol= 183500 rub, 18 sentyabr 2014 9900 dol=379000 rub və 1000 dol» yazılmışdır. Kollegiya hesab edir ki, həmin xx.xx.2014-cü il, xx.xx.2014-cü il və xx.xx.2014-cü il tarixli məktubların məzmununun qeyri-müəyyən olduğu və bu səbəbdən də, hazırkı iş üzrə hər hansı sübut əhəmiyyəti daşımadığı üçün mötəbər sübutlar sayıla və iddianın həmin hissədə təmin edilməsi üçün əsas ola bilməz. Bu barədə məhkəmə araşdırması zamanı da iddiaçının nümayəndəsi hər hansı sübut təqdim edə bilməmiş və orada qeyd edilən məbləğlərin həqiqətən də cavabdehə borc olaraq verildiyini sübuta yetirə bilməmişdir. Göründüyü kimi, yalnız iş materiallarında “Zolotaya korona” vasitəsilə pul köçürmə sənədlərinə əsasən cavabehə ödənilən pul vəsaitinin sübuta yetirilən məbləği ümumilikdə 64800 ABŞ dolları məbləğində təşkil edir. İş materiallarında olan şahidlər X62 və X15 ifadələrinə əsasən cavabdehə onların adından göndərilən məbləğ iddiaçının pulları olmuş və onların adından ödənilən məbləğ ümumilikdə 12000 ABŞ dolları məbləğ təşkil edir. Göstərilən məbləğin borc olaraq cavabdehə verilməsi faktı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının yuxarıda adıçəkilən qərarlarında da təsdiqini tapmışdır. Habelə iş materiallarında olan “Zolotaya korona”ya aid sənədlərdən görünür ki, pul köçürmə sistemi ilə ödənilən məbləğlərin heç biri İddiaçı adından köçürülməmiş, həmin məbləğlər X23, X24, X9, X25, X32, X33, X34, X51, X82, X62, X17, X10, X18, X11, X51, X35, Gülşən Səmədova, X52, X26, X36, X53, X27, X28, X19, X12, X6, X37, X38, X70, X39, X40, X54, X41, X42, X29 və X63 tərəfindən həyata keçirilmişdir. Adıçəkilən şəxslərdən yalnız Ramin və Röyal ifadələrində bildirimişlər ki, cavabdehə onların adından göndərilən məbləğ İddiaçı pul vəsaiti olmuşdur. Onların adından ödənilən məbləğ isə cəmi 12000 ABŞ dolları məbləğ təşkil edir. Lakin digər şəxslərin dindirilməsi barədə iddiaçı və ya onun nümayəndəsi tərəfindən hər hansı prosessual fəallıq edilməmişdir. Buna görə də, həmin şəxslərin adından göndərilən pul vəsaitlərinin iddiaçıya məxsus olub-olmamasının müəyyən edilməsi mümkün olmamışdır. Bununla yanaşı, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X44 ifadəsi yuxarıda adları sadalanan şəxslər tərəfindən göndərilən pulların İddiaçı məxsus olması və onun tərəfindən cavabdehə göndərilməsi halını təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilməz. Nəzərə alınmalıdır ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı yaratdığı müəssisə ilə Cavabdeh rəhbərlik etdiyi firma ("xxxx" şirkəti və"xxxx" şirkəti) arasında bağlanmış müqavilə əsasında ödənilən məbləğə uyğun taxta göndərilib-göndərilmədiyini və onun pulunun ödənilib-ödənilmədiyini, həmin iddia qaldırılmadığından və ayrıca kommersiya işi hazırda mövcud olmadığından müəyyən etmək mümkün deyildir. Qeyd edilməlidir ki, hazırkı mülki işə baxılarkən kommersiya mübahisəsi üzrə öhdəliklərə toxunulmamalıdır. Hətta kollegiya qeyd edir ki, İddiaçı 13 yanvar 2021-ci il tarixdə məhkəmədə öz izahatında bildirmişdir ki: “Mən Mirəziz adlı MMC ilə müqavilə bağlayıb pul köçürmüşəm. Biz 2014-cü ildə müqavilə bağlamışıq, müqavilənin mahiyyətinə görə o mənə hesab göndərirdi, mən də pul göndərirdim. O da taxta göndərirdi. Orda qiymət də razılaşdırılmışdı. Orda taxtanın 1 metrəsinin qiyməti göstərilmişdi. Mən həmin pulları bank vasitəsi ilə göndərirdim. Adətən offşor banklarla göndərirdim. Mirhəbibin mənə 320.000 civarında borcu var. Mən istəyirəm ki, pulumu alım. Mən müqavilə əsasında pulumu tələb edirəm.” İddiaçı 13 yanvar 2021-ci il tarixli qeyd edilən izahatından aydın olur ki, iddiaçı cavabdehə kommersiya mübahisəsinin predmeti ola bilcək alqı-satqı üzrə pul vəsaitlərini ancaq 2014-cü ildə onlar arasında bağlanmış müqaviləyə əsasən cavabdehin ona göndərdiyi hesaba köçürmüşdür. Buna görə də, məhkəmə hazırkı iş üzrə araşdırma zamanı iddiaçının fiziki şəxs olaraq cavabdehə borc qismində verdiyi məbləğləri müəyyən etməlidir. Bundan əlavə, məhkəmə kollegiyası tərəflər arasında "xxxx" MMC və "xxxx" MMC arasında taxta alqı-satqısı ilə bağlı kommersiya işinin olub-olmamasına dair diqqətə çatdırılmalıdır ki, İddiaçı öz tələbini əsaslandırarkən ərizəsində qeyd etmişdir ki, cavabdehlə razılaşmışlar ki, iddiaçı Azərbaycana qayıtsın və buradan cavabdehə pul göndərsin və cavabdeh də əvəzində iddiaçıya taxta göndərsin. Razılaşdıqları kimi iddiaçı 2013-cü ildə Azərbaycana qayıdaraq Rusiya Federasiyasının Sverdlovsk vilayətinin Serov şəhərinə özünə məxsus "xxxx" şirkəti vasitəsi ilə cavabdehin "xxxx" şirkətinə pul köçürmüş, cavabdeh isə taxta vaqonları yükləyib Azərbaycana göndərmişdir. Digər məbləğləri isə OOO "xxxx" şirkətindən tələb etmək üçün müqavilələrin şərtlərinə uyğun olaraq Rusiya Federasiyasında iddia qaldırmalıdır. Çünki, həmin müqavilələrin şərtlərinə əsasən mübahisələrə Rusiya Federasiyasında baxılmalıdır. Habelə 31 avqust 2021-ci il tarixli məhkəmə iclasında cavabdeh sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmədiyini və Rusiya Federasiyasında qeydiyyatdan keçən OOO "xxxx" şirkətinin isə tanışı olan Ələddin Quliyevin adına olduğunu bildirmişdir. Həmçinin iş materiallarından və tərəflərin izahatından görünür ki, "xxxx" MMC və "xxxx" MMC arasında hər hansı məhkəmədə kommersiya işi mövcud deyildir. Hətta belə bir iddia hazırkı vaxta kimi qaldırılmamış və iddianın qaldırılması yalnız Rusiya Federasiyasında mümkündür. Bundan başqa, İddiaçı barəsində cinayət işinin yekunlaşmadığı və həmin iş üzrə yekun məhkəmə qərarının (hökm və ya qərar) hazırkı vaxta qədər çıxarılmadığı da işdən aşkar olur. Cavabdeh nümayəndəsi izahatında “Zolotaya Korona” pul köçürmə vasitəsi ilə müxtəlif şəxslərin onun adına göndərdiyi pulların İddiaçı heç bir aidiyyətinin olmadığını göstərdiyi halda, iddiaçı tərəfindən yalnız iki şahidin iştirakı məhkəmədə təmin edilərək cavabdehə borc olaraq göndərilən cəmi 12000 ABŞ dolları məbləğdə pul vəsaitinin iddiaçıya məxsus olmasını sübuta yetirmişdir. Bundan əlavə, işdə olan İddiaçı məxsus “adilov_qadim” poçt ünvanına daxil olan yuxarıda qeyd edilmiş məzmunu qeyri-müəyyən olan 3 ədəd məktubdakı məlumatlara sübut olaraq qiymətləndirmənin mümkünlüyü baxımından nəzər saldıqda, onların özündə həqiqətən iddiaçı tərəfindən cavabdehə göndərilən pul vəsaitlərini ehtiva etdiyini və onun məbləğlərini dəqiq müəyyən etməyə imkan vermir. İşə baxılarkən isə tərəf bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. İş materiallarında olan mötəbər sübutlara əsasən İddiaçı 2013-cü ildə Rusiya Federasiyasının Serov şəhərindən Azərbaycan Respublikasına qayıtmış və daha sonra Rusiyada olmamışdır. Ekspertizanın rəyinə görə elektron poçt yazışmaları Serov şəhərindən göndərilmişdir. Göründüyü kimi, cavabdeh özü əvvəlki məhkəmə iclaslarında “e-mail” vasitəsilə yazışmaların borc məbləği ilə bağlı olmasını etiraf etmişdir. Ancaq cavabdeh onun “e-mail” ünvanının İddiaçı tərəfindən oğurlanması səbəbindən yazışmaları qəbul etmişdir. Belə olduğu təqdirdə, kollegiya hesab edir ki, Cavabdeh onun “e-mail” ünvanının iddiaçı tərəfindən oğurlanmasını sübut etmədiyi müddət üçün adıçəkilən yazışmaların tərəflər arasında olması, habelə orada öz əksini tapan və dəqiqliyi şübhə doğurmayan müəyyən edilmiş məbləğlərin cavabdehə göndərilməsinin həqiqiliyi prezumpsiyası mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında şifahiyə razılaşmaya uyğun olaraq iddiaçı cavabdehə borc münasibətləri əsasında iş üzrə mötöbər sübutlara təsdiq edilmiş yuxarıda göstərilən məbləğlərdə pul vəsaiti vermiş (göndərmiş), ancaq cavabdeh öz vəzifələrini yerinə yetirməmişdir. Odur ki, iddiaçı göstərilən borcun ödənilməsini tələb etməkdə haqlıdır. Bundan əlavə, nəzərə alınmalıdır ki, MM-in 404.1 və 404.2-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə kollegiyası hazırkı iş üzrə diqqətə çatdırmağı zəruri hesab edir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 03 mart 2023-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası tərəflər arasında mövcud olmuş borc münasibətləri üzrə iddia tələbinə iddia müddətinin tətbiq edilməməsi barədə ərizəyə qiymət verərkən diqqətə çatdırmağı zəruri hesab edir ki, tərəflər arasında alqı-satqı münasibətlərinin 2017-ci ildə də davam etməsi onların arasındakı borc münasibətlərinə təsir göstərmir. Bu səbəbdən də, borc münasibətləri alqı-satqı münasibətlərindən ayrılıqda hüquqi dəyərləndirməyə məruz qalmalıdır. Bu baxımdan, diqqətdən qaçırmaq olmaz ki, İddiaçı 13 yanvar 2021-ci il tarixdə məhkəmədə öz izahatında bildirmişdir ki: “Mən Mirəziz adlı MMC ilə müqavilə bağlayıb pul köçürmüşəm. Biz 2014-cü ildə müqavilə bağlamışıq, müqavilənin mahiyyətinə görə o mənə hesab göndərirdi, mən də pul göndərirdim. O da taxta göndərirdi. Orda qiymət də razılaşdırılmışdı. Orda taxtanın 1 metrinin qiyməti göstərilmişdi. Mən həmin pulları bank vasitəsi ilə göndərirdim. Adətən offşor banklarla göndərirdim. Mirhəbibin mənə 320.000 civarında borcu var. Mən istəyirəm ki, pulumu alım. Mən müqavilə əsasında pulumu tələb edirəm. Mən burda fiziki şəxs kimi Mirhəbibin özünə və yaxın qohumlarına borca pul vermişəm. Mirhəbib bu pulu məndən borc kimi alıb. Mən də məhkəməyə şikayət edirəm ki, məhkəmə yolu ilə pulumu alım. Mən burda fiziki şəxs kimi verdiyim pulu istəyirəm. Çünki mən şəxsən pulu Mirhəbibə və onun qohumlarına borc pul vermişəm. Mirhəbib o pula obyekt alıb. Mən taxta alverinə fiziki şəxs kimi pul verməmişəm. Mirhəbib o pulu məndən borc kimi alıb”. Bundan başqa, İddiaçı 31 avqust 2021-ci il tarixdə məhkəmədə öz izahatında bildirmişdir ki: “2013-cü ildən dekabr ayından başlayaraq mütəmadi olaraq noyabr ayında təsis etdiyim "xxxx" MMC ilə pul köçürmüşəm. Cavabdeh “Mirəziz” şirkətinə pul köçürmüşəm. “Mirəziz” şirkəti Rusiya şirkətidir. Mən pul köçürmüşəm, mallar gəlib. Bizim iş fəaliyyətimiz təxminən 1 il çəkib. ... Mən hər ay pul göndərdim ki, bazanı alsın. Mirhəbib də bazanı aldı keçirtdi öz adına. Siz bilmək istəyirsiz ki, mən o pulları taxtayamı göndərmişəm? Xeyr, mən o pulları borc kimi Mirhəbibə göndərmişəm ki, bazanı alsın. Bazanı almaqda məqsədimiz bu idi ki, bazanı birlikdə işlədək. Mən 2015-ci il fevral ayından taxtaya pul göndərə bilmədim. Problemlər oldu bizim taxta işimiz dayandı. Mən Mirhəbibə zəng vurdum ki, vəziyyət pisdir. Mən taxtaya pul göndərə bilmirəm, sən mənim pulumdan mənə taxta göndər. Mirhəbib də mənə dedi ki, sənə nə göndərəcəm, sənin mənə 140.000 dollar borcun var. Mən ondan sonra Mirhəbibə 2 il zəng vurmamışam.” Bununla da, İddiaçı məhkəmə iclaslarında verdiyi izahatlardan aşkar görünür ki, o, taxta emalı bazasını almaq üçün cavabdehə verdiyi borcun qaytarılmasını istəyir. Kommersiya işinin predmeti olacaq alqı-satqı münasibətlərinin daha sonrakı dövrlərdə də davam etməsi onların borc münasibətlərinə təsir etmir. Belə ki, işdə olan və tərəflər arasında mövcud borc münasibətləri üzrə təsdiqini tapan ödənişlərin iş materiallarındakı sübutlara əsasən 2014-cü ildə həyata keçirildiyi müəyyən edilir. İddiaçı 31 avqust 2021-ci il tarixli izahatından aşkar görünür ki, o, 2015-ci il fevral ayında cavabdehə zəng edərək taxtaya pul göndərə bilmədiyini bildirmiş və vermiş olduğu borcun əvəzində taxta göndərilməsini tələb etmişdir. Ancaq cavabdeh ona borcu olmadığını, əksinə iddiaçının ona 140000 dollar borcu olduğunu demişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası diqqətə çatdırır ki, MM-in 427-ci maddəsinə görə əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Əgər öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir. Bundan başqa, MM-in 377-ci maddəsinin tələblərinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Qeyd edilməlidir ki, MM-in 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. MM-in 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli və “L.İ.Binnətovanın şikayəti üzrə” 08 may 2008-ci il tarixli qərarlarının tələblərinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında iş üzrə mötəbər sübutlarla təsdiqini tapan borc münasibətləri 2014-cü ildə baş vermiş, ancaq iddiaçının 31 avqust 2021-ci il tarixli izahatına əsasən 2015-ci il fevral ayında o, cavabdehə zəng edərək taxtaya pul göndərə bilmədiyini bildirmiş, borcun əvəzində taxta göndərilməsini tələb etsə də, cavabdeh ona heç bir borcunun olmadığını və iddiaçının ona borcunun olduğunu demişdir. Buna görə də, MM-in 377-ci və 427-ci maddələrinin tələbləri baxımından hazırkı öhdəliyin icra müddəti müəyyənləşdirilmədiyi və ya tələbetmə məqamı ilə müəyyənləşdirildiyi üçün həmin öhdəliklər üzrə iddia müddətinin axımı İddiaçı öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Həmin başlanğıc müddət isə iddiaçının 31 avqust 2021-ci il tarixli izahatından da görünən 2015-ci ilin fevral ayı hesab olunmalıdır. Nəzərə alınmalıdır ki, iş materiallarından aşkar görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 30 iyul 2018-ci il tarixli 2(073)-2047 saylı qərardadı ilə geri qaytarılmış hazırkı iddia ərizəsi 18 iyul 2018-ci ildə tərtib olunmuşdur. Habelə hazırkı tələb üzrə məhkəmələrdə işə baxılarkən cavabdeh tərəfindən hər hansı formada borcun etirafını göstərən hərəkətlərin edilməsi müəyyən edilmir. Beləcə, İddiaçı hazırkı borc münasibətləri üzrə tələbini irəli sürdüyü məqamda iddia müddətini ötürmüşdür. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə və Cavabdeh apellyasiya şikayətinin dəlillərinə əsasən hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(073)-33/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə - Cavabdeh 133200 (yüz otuz üç min iki yüz) ABŞ dolları (ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsinin təmin edilməsi hissədə ləğv edilərək həmin hissədə iddia tələbi rədd edilməlidir. Bununla yanaşı, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(073)-33/2021 saylı qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən hissədə - Cavabdeh 133200 (yüz otuz üç min iki yüz) ABŞ dolları (ödəniləcəyi gün Azərbaycan manatına olan məzənnəsi ilə) məbləğində pul vəsaitinin alınıb İddiaçı verilməsinin təmin edilməsi hissədə ləğv edilsin və həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1023/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1023/2023
14.11.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver