Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1027/2023 30.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, Həsənov Müşfiq Kamil oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(049)-55/2023 saylı qətnaməsindən (hakim R.Məmmədov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 2500 manat, Cavabdeh1 oğlundan isə 2000 manat maddi zərərin, hər iki cavabdehdən müştərək qaydada 3000 manat mənəvi ziyanın və 30.4 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2018-ci ilin iyun ayının sonunda Lənkəran rayonunun Şağlaser kəndində özünə məxsus evində təmir-tikinti işləri görmək qərarına gəlmiş, həmin vaxt rayon mərkəzinin «Ləvəngi» adlanan ərazisində yerləşən «Ağlay» daş sexinə gedib sexin müdiri kimi özünü təqdim edən Əflatun adlı şəxslə görüşmüş, ona evinin ətraf divarını bir metr hündürlüyündə ağlay daş vurmaq istədiyini bildirmişdir. Əflatun ona daşları göstərmiş və bir kvadratın qiymətinin 5-6 manatdan başlanmasını, 25 manata qədər olmasını bildirmişdir. O Əflatundan bir kvadratı 10 manata olan daşdan 100 kvadrat metr istəmişdir. Əflatuna daşların səhər gələcəyini və dəqiq nə qədər daş lazım olacağını deyəcəyini bildirmişdir. Eyni zamanda Əflatundan daşların vurulması üçün bir usta verməsini xahiş etmişdir. Əflatun rayonun Sinovli kəndində yaşayan Ziyad adlı ustanın telefon nömrəsini ona vermişdir. Onun yanında usta Ziyad ilə söhbət etmiş, Ziyad ona axşamüstü evinə gələcəyini və işə baxacağını bildirmişdir. Ziyad evinə gəlmiş, evə baxmış və onunla birlikdə nə qədər daş istifadə olunacağını hesablamışdır. Ziyad daşın hər bir kvadrat metrinin hörülməsinə 7 manat alacağını bildirmişdir. Ona daşı divara vuracağını, sonda daşları yonub hamarlayacağını və lak vuracağını demişdir. Həmçinin Ziyad «sokolun hər bir metri (paqon) üçün 6 manat, pəncərə karnizin hər metri (paqonu) üçün 6 manat və pəncərə yanı və sokolüstü «şapka»nın hər paqon metrini 0.5 paqon ilə, yəni karnizin və ya sokolun yarı qiyməti ilə vuracağını bildirmiş və o da, Ziyadla razılaşmışdır. Ona evin tinlərini kalon vuracağını, buna görə 35X35 ölçüdə daş alacağını demişdir. Ziyad kalonu paqon metri ilə 7 manata vuracağını bildirmiş və o da, Ziyadla razılaşmışdır. Səhər yenə daş sexinə getmiş və Əflatunla görüşmüşdür. Ona 80 kvdrat metr daş - 40 kvadrat 30X35, 22 kvadrat 35X35 və 40 kvadrat 35X75 ölçüdə kitab şəkilli daşlar, 52 metr sokol və pəncərə karniz və yanlıqlarını sifariş etmişdir. Həmin vaxt Əflatun ona təklif etmişdir ki, 10 manatlıq daşlarda palçıq çuxurlar, ləkələr və ya xətlər olur. Həmin daşları evin divarlarına vurmuq məsləhət deyil. Həmin qiymətdə daşları yerə vururlar. O ona bir kvadratını 15 manata eyni rəngli daşlar verəcəyəni demişdir. Sonra da ona kvadratı 15 manat olan ağ daşlar göstərmiş və daşlar üzərində heç bir ləkə, iz və ya palçıq çuxurları olmayacağını bildirmişdir. O da Əflatunla razılaşmışdır. Həmin vaxt Əflatuna 1000 manat pul da vermişdir. Bir neçə gündən sonra Əflatun daşın bir hissəsini göndərmişdir. O usta Ziyadı çağırmış, usta Ziyad daşları boşaltmışdır. O Ziyaddan daşların keyfiyyətini soruşmuş, o da daşların yaxşı olduğunu, daşların ona ona ucuz satıldığını, başqasına bir kvadratını 18 manatdan satıldığını demişdir. O usta Ziyada bildirmişdir ki, onun Əflatunla bu barədə söhbəti olmuşdur ki, əgər daşlar eyni rəngdə olmasa geri qaytaracaqdır. Ziyada da demişdi ki, daşların keyfiyyətini o bilir, uzun müddətdir bu işlə məşğul olur, əgər daşların keyfiyyəti pis olsa, kənara qoysun. Daşların keyfiyyətinə o tam cavabdehdir. Ziyad da onunla razılaşmışdır. O Ziyada da 500 manat pul verib Bakı şəhərinə qayıtmışdır. Bir həftədən sonra yenə bazar günü rayona evə gəlmiş və Ziyadın işləməsini görmüşdür. Artıq nəzərdə tutulan işi keyfiyyətlə görməsini tapşırmış və Əflatunla görüşüb ona evin 1-ci mərtəbəsini daşla hörəcəyini və ona əlavə daş verməsini bildirmişdir. Əflatun da bundan imtina etməmişdir. Bundan sonra Bakı şəhərinə qayımışdır. Əflatun da ona həmin ölçüdə daşlar göndərmiş və usta Ziyad daşları divara vurmuşdur. Həmçinin 53 metr 5X12 ölçüdə karniz də göndərmişdi. Bir müddətdən sonra, yəni 21 iyul 2018-ci il tarixdən məzuniyyətə çıxıb rayona qayıtmışdı, həmin zaman usta Ziyad işin bir hissəsini artıq qurtarmışdı. O pilləkən qarşısında olan daşların az hissəsinə su vurub yumuş və hörülmüş daşlara baxmışdır. Bəzi daşlarda palçığın olmasını, ustanın onları təmizləyib kley vurmasını və bir neçə daşın üstündə qara xətlər olmasını görmüşdür. O usta Ziyda üstündə palçıq çuxurlar və qara xətlər olan daşları göstərib onları nə səbəbə divara vurmasını soruşmuş, Ziyad da ona daşlar yonandan sonra qara xətlərin itəcəyini bildirmişdir. Həmin vaxt pilləkən qarşısında olan daşları su vurub yumaq istəmiş, lakin Ziyad ona tapşırmışdır ki, daşlara su vurmasın, yoxsa daşların qurumayacaqdır. Bir neçə gündən sonra evin birinci mərtəbəsinin daşla hörülməsi qurtarmış, o Ziyaddan gördüyü işin qiymətini soruşmuşdur. Səhəri gün usta Ziyad ona gördüyü işinə görə ona 2967 manat pul verməli olduğunu bildirmiş, ona bir kağız vermişdir. O kağıza baxıb usta Ziyadın sokol işini üç dəfə və evin tinlərini paqon ilə hesablamağını görmüş, ona bu barədə bildirdikdə, bunu səhv etməsini və həmin hesabdan 450 manat pul çıxdığını demişdir. Həmin gün usta Ziyada evin birinci mərtəbəsinə görə 1000 manat olmaqla, cəmi 2500 manat pul vermişdir. Usta Ziya axşamüstü evə gedərkən ona işin axırında görülən işləri yenidən hesablayacağını bildirmişdir. O da ona işini keyfiyyətlə təhvil alacağını bildirmişdir. Bundan sonra o Ziyadın bu sözündən şübhələnmiş və onunla ilkin söhbətdə yazdığı qeydlərə baxmışdır. Həmin kağızda usta Ziyadla karniz üstü, sokol üstü və pəncərə yanlıqların 0.5 paqon metri ilə razılaşdığını görmüş, lakin həmin vaxt ona bu barədə heç nə deməmişdi. Bundan sonra o evin 2-ci mərtəbəsini kərpic kabançik vurmaq istəmiş, lakin usta Ziyad və Əflatun ona ağ daş vurmağı məsləhət görmüşlər. Əflatun lazım olan keyfiyyətdə eyni rəngdə 100 kvadrat daşı,165 metr karniz verəcəyini bildirmiş və razılaşmışlar. Bundan sonra Əflatun daşları hissə-hissə göndərmişdir. Usta Ziyad isə daşları divara hörür və ona daşları yumağa qoymurdu. İşin son günlərində axşamüstü daşlara su səpib yumağa başlamış, həmin vaxt daşların üzərində palçıq dolu çuxurlar və bir-birinə paralel qara qara xətt və izlər olmasını görmüşdür. Səhəri gün usta Ziyada daşları göstərmiş, cavabında Ziyad ona demişdi ki, daşlar yonanda ləkələr gedəcəkdir. O Əflatunun artıq 7-8 manatlıq daşlar verməsini, daşların qalınlığının 3 sm olmalı olduğu halda 2,5 sm olmasını bildirdi. Usta Ziyad isə ona «Əflatun öz işini yaxşı bilir, onun xeyri də budur, bir də ki, gözlərinizə aşiq olmamışdır ki, bütün daşları eyni rəngli versin». O da Ziayda demişdir ki, söz danışığdan keçir. Sənə daşların keyfiyyətini tapşırmışam. Sən niyə keyfiyyətsiz daşları divara vurursan? Niyə keyfiyyətsiz daşları kənara qoymursan?». Ziyad isə ona «mən daşları kənara qoya bilmərəm. Əflatun biləcək ki, mən daşları kənara qoymuşam və sonra mənə iş verməyəcək, məni çörəkdən edəcək demişdir. O Ziyada Əflatunla əlbir olmalarını dedi. Ziyad yenə ona dedi ki, onun Əflatun ilə münasibəti yoxdur, aralarında narazılıq vardır. O isə Ziyada yalan danışmasını bildirdi. Çünki Ziyadın hərdən gizilincə telefonda onlarla danışmasını görürdü. Ona keyfiyyətsiz daşları kənara qoymağı və onun tərəfindən daşların ayrılmasını Əflatuna deməsini tapşırdı. Bundan sonra o hər gün usta Ziyada dəfələrlə keyfiyyətsiz daşları divara vurmasına görə irad tutaraq, yararsız daşları kənara qoymağı və geri qaytaracağını bildirirdi. Lakin usta Ziya daşları divara vururdu və daşları yonanda izlərin itəcəyini deyirdi. Həmin vaxtlarda o 80 ədədə yaxın 35x75 sm ölçüdə daşları geri qaytardı. Özü də daş sexinə getdi. Əvvəlcədən Əflatuna gələcəyini desə də, Əflatun sexdən çıxıb getmişdi. Onun sexində yazı işlərinə aparan köməkçisinə Əflatuna keyfiyyətsiz daşlar göndərməsini və bu barədə ona deməsini tapşırdı. Özü də sonra Əflatuna zəng edib keyfiyyətsiz daşların göndərməməsini bildirdi. Avqust ayının əvvəlində usta Ziyada işi tez qurtarmasını və ayın sonunda Bakı şəhərinə qayıdacağını bildirdi. Lakin usta Ziyad özü ilə əlavə bir usta və bir fəhlə gətirsə də, 100 kvadrat daşı və 165 metr qarnizi 30 günə hörməklə işi 05 sentyabr 2018-ci il tarixdə qurtardı. O isə 27-də Bakı şəhərinə qayıdarkən usta Ziyada işini qurtardıqdan sonra zəhmət haqqını hesablamasını, bu dəfə paqon metrinin 0.5 ilə hesablamağı unutmamasını bildirdi. Ziyad sözlərini eşitdi, lakin heç bir söz demədi. Həmin vaxta kimi ona 3500 manat pul verib. Sentyabr ayının 5də isə Ziyad evin divar daşlarını bir neçə saata yonub həyətdən çıxıb getmişdi. Sonra telefonla görülən işlərin qiymətini ona göndərmişdi. Lakin işini ona təhvil vermədi. Ustanın apardığı hesabılaşmaya baxaraq pəncərə yanlıqları, karniz və sokol üstü şapkaların hər bir metri üçün 5 manat hesablamasını görmüşdü. Aralarında olan razılığa əsasən şapka və pəncərə yanlarının hər paqon metrəsi 0.5 ilə yəni karnizin və sokolun yarı qiyməti ilə hesablanmalı idi. Həmçinin usta Ziyad aralarında olan razılığa əsasən daşın laklanması işini görməli idi. Lakin usta Ziya daşın laklanmasını işini görmədi. Buna görə başqa bir şəxsə 300 manat pul verib divarın daşlarına lak vurdurmuşdur. Daşlar yuyulub laklanandan sonra divara vurulan daşların xeyli hissəsinin keyfiyyətsiz olması, yəni üzərində qara, sarı xətlər və palçıq çuxurlar olması aşkar olundu. O bu barədə usta Ziyada və daş sexinin müdiri Əflatuna öz iradlarını bildirdi və həmin daşların sökülüb yerinə yeni daşların vurulmasını tapşırdı. Həmin vaxt sex müdiri Əflatunu həyətə çağırıb, divarda olan daşlara baxdı. Özü də daşların keyfiyyətsiz olmasını gördü və ona daşların üzərinə rəng vurmasını təklif etdi. O isə onun təklifini rədd etdi. Sonra Əflatun lazımı işləri görəcəyini bildirdi. Bir neçə gündən sonra usta Ziyad yoldan keçərkən onu görüb həyətə gəldi. Ona divarda hördüyü keyfiyyətsiz daşları göstərdi. O, da ona Əflatunun həmin daşları göndərməsini dedi. Ona görə də ona daşları söküb təzədən divarı hörməsini bildirdi. Lakin nə Əflatun, nə də usta Ziyad öz öhdəliklərini yerinə yetirməmişlər. Bu gün isə daşların üzərində olan ləkələr bir az də dərinləşir və bu da daşların keyfiyyətsiz olmasına dəlalət edir. Bununla Əflatun və Ziya əlbir olub ona xeyli ziyan vurublar. Bununla, o 250 kvadrat metr daş (1 kvadratı 15 manat, 35x75 sm), 165 metr karniz (1 metri 7 manat, 12x6 sm), 52 metr sokol (bir metri 8 manat 12x6 sm) və 24 metr (bir metri 8 manat, 12x6 sm) pəncərə altı karniza görə Əflatuna 5000 manat pul vermişdir. Sonra da usta Ziyada üç dəfəyə cəmi 3500 manat pul vermişdir. O daş sexinin müdiri Əflatunla daşın hər bir kvadrat metri üçün (eyni rəngli daşlara görə) 15 manata razılaşmışdır. Lakin Əflatun aralarında olan razılaşmanı pozaraq 150 kvadrat metr (hər bir kvadratı 7 manat olan) keyfiyyətsiz daş, 250 metr (hər bir metri 3 manat olan) keyfiyyətsiz daşdan karniz və sokol, 24 metr (bir metri 4 manat olan) keyfiyyətsiz pəncərə altı göndərmişdir. Həmçinin daşların qalınlığı 3 sm olmalı olduğu halda, 2.5 sm olmuş, karnizlərin ölçüsü 12sm x 6 sm olmalı olduğu halda 11sm x 5sm olmuşdur. Bununla daş sexin müdiri Əflatun ona 2000 manat zərər vurmuşdur. Usta Ziyadla isə aralarında olan razılığa görə yuxarıda göstərilən qiymətlərlə razılaşmışdır. Həm də usta Ziyada daşların keyfiyyətinə tam cavabdeh şəxs olmasını və evin tinlərini kalon vurmağı bidirmiş, o da bunu öhdəsinə götürmüşdü. Lakin usta Ziya daş sexinin müdiri Əflatunla əlbir olub, hər bir kvadratı 7 manat olan 150 kvadrat keyfiyyətsiz daş, 250 metr (hər bir metri 3 manat olan) keyfiyyətsiz daşdan karniz və sokol, 24 metr (hər bir metri 4 manat olan) keyfiyyətsiz pəncərə altını qəbul edib divara vurmuşdur. Həmçinin evin tinlərini kalon vurmamış və evin dizaynına ziyan vurmuşdur. Ziyada bu bardə dəfələrlə iradını bildirsə də, Ziyad onun göstərişlərini yerinə yetirməmişdir. Həmçinin göstərilən işləri görmək üçün 350 manat dəyərində (bir kisəsi 5 manat) Mətanət sementi, 300 manat dəyərində daş kleyi və 300 manat dəyərində lak istifadə olunmuşdur. Bununla da, usta Ziyad gördüyü keyfiyyətsiz işinə görə ona cəmi 2500 manat zərər vurmuşdur. Usta Ziyad və sex müdiri Əflatun əvvəlcədən onun daşın keyfiyyətindən anlamadığını bilib, işin gedişatında öz aralarında razılaşaraq ona keyfiyyətsiz daşlar göndərilmiş və usta Ziyad isə həmin daşları divara vurmuşdur. Bundan başqa, usta Ziyadla ilk söhbətində pəncərə yanlıqlarını, karniz və sokol üstü şapkaları 0.5 «paqon»la, yəni paqonun yarı qiymətinə vuracağını bildirmişdi. O isə ona pəncərə yanlığının pəncərə karnizinə daxil olmasını dedi və buna öz etirazını bildirdi. O, isə ona pəncərə yanlığının karnizin yarı qiyməti ilə (0.5 paqonla) vurulmasını dedi və o onunla razılaşdı. Bu barədə öz kağızında qeyd etdi. Həmçinin sokol və karnizüstü şapkanı da sokol və karnizin hər metrəsinin yarı qiyməti ilə hesablanmasını dedi. Bu qiymət bütün daş ustaları tərəfindən qəbul edilmişdir. Lakin usta Ziyad işin sonunda sokol, karniz üstü və pəncərə yanlıqlarının hər bir metrəsini 3 manat yox, 5 manat hesablamış və bununla ondan əlavə 679.65 manat pul tələb etmişdir. Həmçinin məbəx pəncərəsinin karniz və yanlıqlarını iki dəfə hesablamaqla 50 manat artıq hesablamışdır. Bundan əlavə əvvəlcədən daşın laklanmasını öhdəsinə götürsə də, sonda lakı vurmaqdan imtina etmiş və o 300 manat başqa şəxsə verib daşın lakını vurdurmuşdur. Ziyad isə həmin 300 manatı da hesabdan çıxmamış və oununla da ondan əlavə 1010 manat pul tələb etmişdir. Halbuki, onun gördüyü işin ümumi qiyməti 3833.12 manat olmuş və işin qurtarmasına 10 gün qalmış usta Ziyada 3500 manat vermişdir. Usta Ziyad pəncərə yanlıqları, sokol və karniz üstü şapkaları üçün 679.65 manat artıq hesablamış, 300 manat lak pulunu, cəmi 979.12 manatı hesabdan çıxmamışdır. Həmin 1010 manat puldan 979.12 manat çıxdıqda, ona 30.88 manat borcum qalmış, lakin mətbəx pəncərəsinin karniz və pəncərə yanlıqlarına görə əlavə hesabladığı 50 manatı çıxdıqda usta Ziyad mənə 17.12 manat pul qaytarmalıdır. Usta Ziyad bu günə kimi işini ona təhvil verməmişdir. O, gördüyü işinin keyfiyyətsiz olmasını bilmiş və işi qəbul etməyəcəyindən qorxmuşdur. Bu səbəbdən ona heç bir şərt qoymadan işini təhvil almağı üçün gördüyü işin qiymətini əsassız şişirtmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib, iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə ocşar məzmunda çıxış edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğlu iddianı qəbul etməyib, rədd olunmasını xahiş etmişlər. Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(049)-55/2023 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni iddianın sübuta yetməməsi ilə əsaslandırmışdır. Beləki, İddiaçıla Cavabdeh2 arasında fasad daşlarının alqı-satqı müqaviləsi, Cavabdeh1la isə həmin fasad daşlarının quraşdırılması ilə bağlı podrat müqaviləsi bağlanmışdır. İddiaçıla Cavabdeh2 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdeh üzlük daşları iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə onun dəyərini ödəməlidir. İddiaçıla Cavabdeh1la bağlanmış podrat müqaviləsinə əsasən sonuncu iddiaçı tərəfindən alınmış fasad daşlarını iddiaçıya məxsus fərdi yaşayış evinə quraşdırmağı, iddiaçı isə görülmüş işlərin haqqını ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı Cavabdeh2 tərəfindən ona lazımi keyfiyyətdən aşağı keyfiyyətdə olan malın satıldığını və buna görə də Cavabdeh2 tərəfindən ona vurulmuş ziyanın ödənilməsini, Cavabdeh1 tərəfindən isə alınmış üzlük daşların tikinti-texniki normalarına uyğun vurulmadığını və buna görə də Cavabdeh1 tərəfindən ona vurulmuş ziyanın ödənilməsini tələb edir. İddiaçı yüksək keyfiyyətli fasad daşlarının verilməsi ilə bağlı satıcı ilə razılığa gəldiyini təsdiq edən sübutu məhkəməyə təqdim etməmiş, təqdim edilmiş yazılı sənədlərdə və qaimə-fakturalarda isə bunu təsdiq edən hər hansı hal mövcud olmamışdır. Cavabdeh isə məhkəmə iclasında məhz iddiaçı ilə razılaşdırılmış keyfiyyətdə fasad daşlarının ona satıldığını bildirmişdir. Bundan başqa iş üzrə təyin olunmuş ekspertizaların rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçı - sirafrişçi İddiaçı məxsus fərdi yaşayış evinin fasad hissəsinə cavabdeh - podratçı Cavabdeh1 tərəfindən fasad daşlarının quraşdırılmasında hər hansı qüsura yol verilməmişdir Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinə 2019-cu ilin fevral ayında Cavabdeh2 2500 manat və Cavabdeh1 oğlundan 2000 manat məbləğində vurulmuş ziyanın ödənilməsi barədə iddia ərizə ilə müraciət etmişdir. Həmin iddia ərizəsinin baxılmasında məhkəmənin sabiq sədri Ələjdər Ələkbərov və sonra isə hakin Rəşad Məmmədov tərəfindən üzün müddət (5 il) süründürməçiliyə yol verilmiş, işə ağlabatan müddətdə baxılmamış və nəhayət ki, 12 aprel 2023-cü il tarixdə hakim Rəşad Məmmədov tərəfindən baxılmış və iddia tələbinin təmin olunmaması barədə əsassız qətnamə çıxarılmışdır. Belə ki, məhkəmə qətnamənin təsviri əsaslandırıcı hissəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 581.2, 581.3, 581.4, 586.1, 586.2, 586.3, 586.4, 587.1, 587.1.1, 587.1.2, 587.1.3, 587.2, 587.2.1, 587.2.2, 587.3, 587.4, 587.5-ci maddələrinə istinadla podratçı və sifariçinin hüquq və vəzifələrini gözəl izah etmiş və sonda göstərmişdir ki, qeyd olunan hüquq normalarının tələbi baxımından hazırki işin hallarına qiymət verərək, iddiaçı Cavabdeh2 tərəfindən qüsurlu fasad daşlarını verməsini bildirsə də, tərəflər arasında konkret olaraq hansı növ daşların verilməsinə dair müqavilənin şərtləri və cavabdehin bu şərtlərə əməl etməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, satıcı razılaşdırılmış yüksək keyfiyyətli malların verilməsinə görə o vaxt məsuliyyət daşıyır ki, alıcı yüksək keyfiyyətli malların verilməsi ilə bağlı satıcı ilə razılığa gəlməsi sübuta yetirmiş olsun. Məhkəmə isə Cavabdeh2 məhkəmə iclasında iddiaçı ilə razılaşdırılmış keyfiyyətli fasad daşlarını satmasını bildirməsini sübut kimi qiymətləndirmişdir. Hesab edir ki, məhkəmə cavabdehin alıcıya razılaşdırılmış yüksək keyfiyyətli fasad daşı verməsi barədə “boş” sözünü sübut kimi qiymətləndirmişdir. Belə ki, Cavabdeh2 ilə aralaırnda əvvəl hər kvadratı 7 manat olan fasad daşı barədə razılıq olmuşdur. Lakin səhəri gün cavabdeh özü bir kvadratı 7 manat olan üzlük daşın evin fasadına vurulmasını məsləhət görməmiş və hər kvadratı 15 manat olan üzərində palçıq çüxürlar, qara və ya ağ duzlu ləkələr olmayan eyni rəngli üzlük daşını verəcəyini təklif etmiş və sexdə bir kvadratı 15 manat olan üzlük daşını nümunə kimi göstərmişdir. Bununla da aralarında bir kvadrat metri 15 manat olan üzlük daşın verilməsi barədə razılı olmuşdur. Hər kvadratı 15 manat olan üzlük daşların verilməsi barədə qaimələrdə qiymət göstərilmiş və bu öz təsdiqini tapmışdır. Lakin Cavabdeh2 isə ona satdığı fasad daşlarının bir kvadrat metri 2018-ci ildə və bu gün 3-6 manatdır. Həmin fasad daşları üzərində palçıq çuxurları, ağ və qara ləkələr vardır və bu gün də evin fasadına vurulmuş vəziyyətdə saxlanılır. Evin fasadına vurulmuş üzlük daşların 40 yaxın foto şəkili tərəfindən çəkilmiş və məhkəməyə sübut kimi təqdim olunmuşdur. Evin fasadına daşların vurulması tamamlandıqdan sonra Cavabdeh2 həyətinə dəvət olunmuş, özü evə vurulmuş fasad daşlarına baxmış və özünü bilməməzliyə vurub, nədən fasad daşların ləkəli və müxtəlif rəngli olmasını, ustanın pəncərə karnizinin əyri vurmasını və ona daşların ləkəli olması barədə usta Ziyadın məlumat verməməsini bildirmişdir. Sonra da fasad daşların rənglənməsini təklif etmiş, o isə daşların sökülməsini və yenidən vurulmasını tələb etmişdir. Həmin vaxt yanında tanımadığı bir nəfər də var idi. Sonra da cavabdeh bir ildən sonra yenə evə baxacağını və bir iş görəcəyini bildirmişdir. Cavabdeh2 ilə aralarında olan müqaviləyə əsasən üzərində heç bir palçıq çuxurları, ləkə və ya qara xətlər olmayan eyni rəngdə olan üzlük daşların verilməsi və hər kvadratı üçün 15 manat veriləcəyi barədə razılıq olmuşdur. Lakin Cavabdeh2 sexdə göstərilən nümunə və təsvirə uyğun keyfiyyyətdə üzlük daşı verməyə borclu olduğu halda, müqavilə üzrə şərtləri pozmuş və üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. O, sexdə göstərdiyi üzlük daş nümunəsinə və qiymətə uyğun üzlük daşı verməmişdir. Həmçinin üzlük daşları təlimat və tikinti-texniki normalara görə yuyulub fasada vurulmalı olduğu halda, usta Cavabdeh1 üzlük daşlarını üzərində olan mişar tozu ilə fasada vurmuş və bu da daşlar üzərində olan palçıq çüxurların, ləkə və qara xətlərin görünməsinə imkan verməmişdir. O da üzlük daşları fasad üzərində yuyulmasına imkan verməmiş və üzərinə lak vurulmasının mümkün olmuyacağını bildirmişdir. Birinci instansiya məhkəməsi isə heç bir əsas olmadan Cavabdeh2 məhkəmə iclasında iddiaçı ilə razılaşdırılmış keyfiyyətdə fasad daşlarını satmasını bildirməsini sübut kimi qiymətləndirir. Şikayətdə qeyd edilən bütün hallara əsasən, birinci instansiya məhkəməsi işə MPM-in 106.1-ci maddələsinin tələblərini pozmaqla baxmış, nəticədə, iddiaçının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan hüquq və azadlıqların məhkəmə təminatı hüququ pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən 05 avqust 2021-ci il tarixdə məhkəmə-tikinti ekspertizası təyin edilmiş və həmin qərar 8 aydan sonra, (Lənkəran şəhərindən Bakı şəhərinə) 17 mart 2022-ci il tarixdə Ekspertiza Mərkəzinə daxil olması göstərilmişdir. Lənkəran Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli 2(049)-2422/2021 nömrəli məktubu ilə tədqiqat obyektinə ekspertin, mütəxəssislərin və tərəflərin iştirakı ilə baxış keçirilməsi 21 yanvar 2022-ci il tarixə saat 15:00-təyin olunması barədə məlumat verilmişdir. Həmin gün 5 saat evdə eksperti və tərəfləri gözləsə də, tərəflər evdə olmağını bilərək heç bir səbəb olmadan baxış keçirmək üçün gəlməmişlər. Bundan sonra Bakı şəhərinə qayıtmışdır və bir müddət keçdikdən sonra ekspert və cavabdeh şəxslər həyətə gələrək 5-10 dəqiqə ərzində evə baxaraq çıxıb getmişlər. Həmin vaxt heç bir baxış protokolu tərtib olunmamışdır. Lənkəran Rayon Məhkəməsinin məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi haqqında olan 05 avqust 2021-ci il tarixli qərarında ekspertə evin fasadına vurulmuş üzlük daşların hər formasına uyğun olaraq ayrı-ayrı hissələrinin orta bazar qiymətinin müəyyən edilməsi tapşırlmışdır. Lakin ekspert T.Kərimov evin fasadına vurulmuş üzlük daşların hər formasına uyğun olaraq ayrı-ayrı hissələrinin orta bazar qiymətinin müəyyən etməmiş, qərar da qarşısında qoyulmuş suallarla bağlı heç bir tədqiqat aparmadan şəxşi mülahizələri əsasında rəy tərtib etmişdir. Belə ki, məhkəə tikinti-texniki ekspertizasının 04 iyul 2022-ci il tarixli 10/1760 nömrəli rəyindən görünür ki, ekspert T.Kərimov tədqiqat obyektinə baxış keçirmək üçün yerində olsa da, obyektin tikinti materiallarını tədqiq etməmiş və obyektə 5-10 dəqiqə baxmaqla kifayətlənmiş və iş mteriallarında olan sənədlər əsasında evin fasadına üzlük daşlarının vurulmasına çəkilən xərclər barədə rəy tərtib etmişdir. Ekspert rəyinin giriş hissəsində heç nə göstərməmiş, təsviri hissədə iş materiallarını köçürtmüş və nəticə hissəsini isə əsaslandırmamışdır. Həmin rəyin tədqiqatprosesinin təsviri hisssində ekspert üzlük daşlarının vurulmasında, qüsurların olmamasını, lakin fasadın bəzi yerlərində daşların rənginin digərlərindən fərqli olmasını müəyyən etməsini göstərir. Lakin daşların rəng fərqlərinin səbəblərini və üzlük daşların keyfiyyət və qiyməti barədə heç nə göstərmir. Həmçinin obyektdə istifadə olunmuş ağlay üzlük daşlan üzərində olan palçıq çuxurları, qara ləkəli xətlər və ağ duzlu ləkələr olmasını və üzlük daşlara 200 litrə yaxın lak vurulmasını görməmişdir. Halbu ki, ekspertdən üzlük daşların hər formasına görə uyğun olaraq ayrı- ayrı hissələrinin orta bazar qiymətinin müəyyən edilməsi tələb olunmuşdur. Ekspert isə rəydə fasadın bəzi yerlərində daşların rənginin digərlərindən fərqli olmasını göstərməklə kifayətlənmişdir. Eləcədə üzlük daşların tikintitexniki normalara uyğun vurulub-vurulmaması ilə bağlı heç nə göstərməmşdir. Görünür ki, ekspert T.Kərimovun bu sahədə xüsusi biliyi və iş təcrübəsi olmadığından, üzlük daşların keyfiyyəti və tikinti-texniki normalara uyğun vurulması barədə heç-nə göstərə bilməmiş və rəyi şəxsi mülahizələri əsasında tərtib elmişdir. Ona görə də, ekspert T.Kərimovun məhkəməyə dəvət olunub tərəfindən verilən rəydə olan ziddiyyət və çatışmazlıqların aradan qaldırılması üçün dindirilməsi və bundan sonra təkrar məhkəmə tikinti-texniki və əmtəşünaslıq ekspertizası təyin edilib rəy alınması barədə vəsatət verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspert T.Kərimov dindirilməsi üçün məhkəməyə dəvət olunmamışdır. Lakin 01 sentyabr 2022-ci il tarxli 2(2049)-1300/2022 nömrəli mülki iş üzrə təkrar məhkəmə tikinti-texniki eksprtizası təyin etmiş və ekspertizanın aparılması ekspert Elmar Səidova həvalə olunmuşdur. Ekspert E.Səidov da 5 ay süründürməçiliyə yol verərək 17 yanvar 2023-cü il tarixli 10/6102 nömrəli rəyində məhkəmənin 01 sentyabr 2022-ci il tarixli qərarında qoyulmuş sualları tam və hərtərəfli çavablandırmamışdır. Belə ki, ekspert tədqiqat obyektinə baxış keçirmək üçün yerində olsa da, obyektdə istifadə olunmuş tikinti materialların keyfiyyətini, qiymətini dədqiq müəyyən etməmiş və obyektin üzlük daşlarına səthi baxış keçirməklə kifayələnərək fərdi yaşayış evin fasadına vurulmuş üzlük daşlarında qüşur olmadığını və fasadın bəzi yerlərində üzlük daşların rənglərinin digərlərindən fərqli olduğunu müəyyən etməsini göstərərək, ekspert T.Kərimov tərəfindən tərtib olunmuş 04 iyul 2022-ci il tarixli 10/1760 nömrəli rəyi köçürtmüşdür. Bununla da ekspert E.Səidov da öz rəyində evin fasadına vurulmuş üzlük daşların qüsurlarını tədqiq etmədən ekspert T.Kərimovun şəxsi mülahizələrini bir daha təkrar şərh etmişdir. Daha sonra həmin rəyin tədqiqat prosesinin təsviri hisssinə baxdıqda, ekspert E. Səidov üzlük daşların vurulması qaydalarını şərh etmiş və fərdi yaşayış evinin üzərinə üzlük daşların təlimata və tikintitexniki normalara uyğun vurulmasını və üzlük daşlar üzərində qüsurların olmamasını, rəng fərqlərinin olmasını göstərmişdir. Lakin üzlük daşların təlimat və tikinti-texniki qaydalara uyğun vurulmasını hansı tədqiqat üsulları ilə tədqiq etməsini, üzlük daşların üzərində qüsurların olmamasını və rəng fərqlərinin olmasını necə müəyyən etməsini və hansı tədqiqatın nəticələrinə əsaslanmasını göstərməmişdir. Ekspert E.Səidov da obyektdə istifadə olunmuş ağlay üzlük daşların keyfiyyətini nəzərdən keçirməmiş, divar üzərinə dəmir torların vurulması və ya vurulmamasını, daşların mişar tozundan təmizlənib və ya təmizlənmədən vurulmasını və arxasının sement ilə necə doldurulmasını yoxlamamış və bununla bağlı heç bir tədqiqat aparmamış, daşlar üzərində olan palçıq çuxurların, qara ləkəli xətlərin və ağ duzlu ləkələrin olmasına əhəmiyyər verməmişdir. Ekspertin rəyində aparılan tədqiqatın üsulları, qoyulmuş sualların cavablarının əsaslandırılması və öz təşəbbüsü ilə müəyyən etdiyi iş üçün əhəmiyyət kəsb edən digər hallar öz əksini tapmamışdır. Təxminən dörd il öncə pilləkən üzərində olan pəncərə üstü qarnizlər qopmuş və başqa usta tərəfindən təkrar yerində xüsusi vasitələrlə bərkidilmişdir. Hazırda isə digər pəncərə üzərində olan karnizlər aralanmışdır. Bu barədə tərəfindən ekspert E.Səidova məlumat verilmişdir. Bundan başqa ekspert E.Səidov baxış keçirmək üçün həyətinə gələrkən cavabdeh şəxslərin gələcəklərini desə də, cavabdeh şəxslər tədqiqat obyektin yerləşdiyi yerə gəlməmişlər. Hər iki halda ekspertizanın keçirilməsi zamanı iddiaçı və cavabdeh şəxslərin birgə iştirakı təmin olunmamışdır. E.Səidov həyətə daxil olarkən evin önündən sağ tərəfinə keçməklə fasada vurulmuş üzlük daşlarına səthi baxış keçirmiş və onunla söhbət etmişdir. Ona şikayətini edərək, evin sağ, sol, ön və arxa tərəflərində olan qüsurlu üzlük daşların sayı, pəncərə karnizlərin və mərtəbələr arası sokolun uzunluğu barədə yazılı qeydlərini təqdim etmişdir. Həmin vaxt ekspert E.Səidov isə evin fasadına vurulmuş üzlük daşlarına heç bir baxış keçirmədən ağ protokolun aşağı hissəsini imzalar etdirib, ona hər şeyin aydın olmasını bildirərək çıxıb getmişdir. Lakin ekspert ağlay üzlük daşlar üzərində olan məsamələrin sıxlığına, eləcədə üzlük daşların üzərində olan qara xəttli, duzlu ləkələrə və palçıqlı çuxurlara baxmamışdır və eləcədə evin fasadına vurulmuş qusurlu üzlük daşların heç foto şəkillərini də çəkməmişdir. Halbu ki, uzlük daşlar üzərində rəng fərqlərini yaradan daşlar üzərində göstərilən qüsurlarıdır. Bu qüsurları isə ekspert rəng fərqi kimi göstərmişdir. Ekspert E.Səidov da ağlay üzlük daşları üzərində görünən qüsurlarını ekspert T.Kərimov kimi görməməsi və üzlük daşlarında rəng fərqi olmasını göstərməsi onun tərəfindən tərtib olunmuş rəyin düzgünlüyünə şübhə yaradır. Bu gün də üzlük daşlar üzərində həmin qüsurlar vardır. Həmin evin fasadna vurulmuş ağlay üzlük daşların foto şəkilləri tərəfindən çəkilmiş və ərizəsinə əlavə edib Lənkəran Rayon Məhkəməsinə göndərmişdir. Daha sonra, ekspert daşların üzərindəki ləkələrin, həmin daşların neçə faiz təşkil etməsini, daşların üzərindəki məsamələrin sıxlığının, daşların neçənci növə aid olmasını, qüsurlara görə bazar qiymətinin müəyyən edilməsinin tikintitexniki ekspertizasının həll etdiyi məsələlərin dairəsinə aid olmadığını göstərərək, qərarın ikinci, üçüncü və dördüncü sualları üzrə tədqiqat aparılmamasını göstərmiş, lakin bu suallara cavab verməyin qeyri-mümkiinlüyünü əsaslandıran müddəalar rəydə öz əksini tapmamışdır. Halbuki, ekspert E.Səidov qərarı icraata götürərkən ekspertizanın keçirilməsi üçün qoyulmuş suallar ilə tanış olmuş, qərarda qoyulmuş sualların onun səlahiyyəti dairəsində olub-olmadığını görmüş və işi icraata qəbul etmişdir. Əgər iş üzrə ekspertizanın keçirilməsi onun səlahiyyəti dairəsində olmamışsa, nə səbəbə işi icraata götürmüşdür. Halbuki ekspert E. Səidov və T.Kərimovun qərarda qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparmaları üçün əlavə göstərişlər vermək və ya zəruri sənədlər tələb etmək və işi göstərişlə geri qaytarmaq səlahiyyətləri olmuş, lakin bu səlahiyyətlərindən istifadə etməmişlər. Görünür ki, ekspert E.Səidov və T.Kərimov Azərbacan Respublikası CPM-nin 97-ci maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilməklə billə-bilə yalan rəy verməyə görə və Azərbaycan Respublikası CM-nin 297-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə olan xəbərdarlığı unutmuşlar. Göründüyü kimi, rəydə ekspertlər E.Səidov və T.Kərimovun bu sahədə xüsusi biliyi və iş təcrübəsi olması göstərilsə də, onlar üzlük daşların keyfiyyəti və tikinti-texniki normalara uyğun vurulmasını şəxsi mülahizələrinə əsaslanmaqla rəylər vermişlər. Bu isə ekspertlər E.Səidovun və T.Kərimovun bu işdə xüsusi maraqlarının olmasını göstərir. Çünki ekspert E.Səidov və T.Kərimov rayona ezam olunarkən iş üzrə hər iki cavabdeh şəxslərlə əvvəlcədən görüşlər keçirmiş və sonra tədqiqat obyektin olduğu yerə getmiş, lakin tədqiqat obyektinə tərəflərin birgə iştirakı ilə baxış keçirmək marağında olmamışlar. Bildirir ki, ağlay üzlük daşların keyfiyyəti daşlar üzərində olan məsəmələrin sıxlığı ilə müəyyən edilir və bu məsəmələrin sıxlığına görə daşın qiyməti müəyyən edilir. Lakin ekspert ağlay üzlük daşlar üzərində olan məsəmələrin sıxlığına, eləcədə üzlük daşların üzərində olan qara xəttli və duzlu ləkələrə, palçıqlı çuxurlara baxmamış və üzlük daşların qiymətini müəyyən etməmişdir. Ağlay üzlük daşları üzərində görünən qüsurları ekspert T.Kərimov və E.Səidovun görməməsi və onlan rəng fərqi kimi qiymətləndirmələri çox şübhəlidir. Bu gün də üzlük daşlar üzərində həmin qüsurlar var və göz ilə baxıb görmək mümkündür. Hesab edir ki, ekspert E.Səidov da ekspert T.Kərimov kimi həmin rəyi heç bir tədqiqat nəticələrinə və tikinti-texniki normativ aktlarına əsaslanmadan şəxsi maraq və mülahizəsinə əsasən tərtib etmişdir. Bu səbəbdən E.Səidovun rəyi də kifayət qədər əsasları olmadığından, heç bir mötəbər sübutlara əsaslanmadığından və ekspertizanın aparılmasının prosessual qaydalarını pozduğundan düzgünlüyünə şübhə yaranır. Ona görə də həmin mülkü iş üzrə əlavə məhkəmə tikintitexniki ekspertizası rəyinin verilməsini, ekspertlər E.Səidov və T.Kərimov tərəfindən ekspertizanın keçirilməsi zamanı yol verdikləri nöqsanlara görə və rəylərdə olan çatışmamazlıqların aradan qalıdırması üçün məhkəməyə dəvət olunub dindirlmələri barədə tərəfindən vəsatət verilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən ekspertlər dindirilmələri üçün 12 aprel 2023-cü il tarixdə məhkəmə iclasına dəvət olunmuş, lakin ekspertlər iclasa gəlməkdən imtina etmişlər. Məhkəmə isə rəylərdə olan ziddiyyət və çatışmazlaqların aradan qaldırılması üçün təşəbbüs göstərməmiş və ekspertlərin dindirilməsini təmin etməmişdir. Bunlardan başqa mülki iş sabiq məhkəmə sədri Ə.Ələkbərovun icraatında olan vaxt tərəfindən üzlük daşların qüsurları ilə qiymətini müəyyən etmək üçün mütəxəssis dəvət olunmuşdur. Həmin vaxt mütəxəssis evə baxış keçirmiş, qüsurlu üzlük daşların sayını və qiymətini müəyyən edərək, vurulan zərərin məbləğini müəyyən etmişdir. Həmçinin 12 aprel 2023-cü il tarixdə birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis iclasa dəvət olunmuş və dindirilmişdir. İş üzrə mütəxəssis evin fasadına vurulmuş üzlük daşların qüsurları barədə və vurulmuş zərərin məbləği ilə bağlı verdiyi rəyini bir daha məhkəmə iclasında təsdiq etmişdir. Lakin məhkəmə iş üzrə qətnamə çıxararkən mütəxəssis rəyinə və ifadəsinə heç bir əhəmiyyət verməmiş və Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri T.Kərimov və E.Səidovun heç bir tədqiqat aparmadan şəxsi mülahizələri əsasında tərtib etdikləri rəylərini sübut kimi əsas götürmüşdür. Daha sonra birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/1760 nömrəli 04 iyul 2022-ci il tarixli və 10/6102 nömrəli 17 yanvar 203-cü il tarixi rəylərində fərdi yaşayış evinin üzərinə ağlay daşların vurulmasında qüsurların olmamasını, təlimata və tikinti-texniki normalara uyğun vurulduğunu göştərilməsini əsas götürərək, usta Cavabdeh1 tərəfindən fasad daşların quraşdırılmasında hər hansı qüsurlara yol verilməməsini göstərmiş və bununla Cavabdeh1 tərəfindən vurulmuş ziyanın iddiyaçıya ödənilməsi tələbinin əsassız olmasını göstərmişdir. Ekspertlər T.Kərimov və E.Səidov görülmüş işin təlimata və tikinti-texniki normalara uyğun görülməsi itə bağlı heç bir tədqiqat aparmamışlar. Belə ki, üzlük daşların arxasına dəmir setkanın vurulması, smentlə doldurulması, aralarına yapışqanın vurulması, kanizlərin, sokol və orta kəmərin yanmış məftil ilə bağlanması və digər zəruri texniki vasitələrdən istifadə edib-etməməsini yoxlamadan, rəylərində üzlük daşların təlimata və tiikinti-texniki normalara uyğun vurulmasını göstərmişlər. Halbuki, podratçı işi gördükdən sonra görülən işi sifarişçiyə təhvil verməlidir. Podratçı Cavabdeh2 və Cavabdeh1 isə bu günə kimi gördükləri işi təhvil verməmişlər. Həmçinin, cavabdeh usta Cavabdeh1la aralarında bağlanmış müqaviləyə əsasən keyfiyyətli üzlük daşları qəbul etmək və fasada vurmuq barədə razılıq olmuş, Cavabdeh1 da keyfiyyətli üzlük daşı qəbul etməsini öz öhdəsinə götürmüşdür. Laikn Cavabdeh1 işin gedişatında onu aldatmış, üzlük daşlar üzərində olan mişar tozlarını yumadan fasada vurmuş və fasada vurduqdan sonra daşların yuyulmasına imkan verməmişdir. Həmin vaxt işin gedişatında 120 ədəd 35x75 sm ölçüdə üzlük daşı qüsurlu olduğundan tərəfindən geri qaytarılmış, lakin Bakı şəhərinə qayıtdıqdan sonra yenidən Cavabdeh2 və Cavabdeh1 həmin üzlük daşları həyətə gətirilmiş və usta Ziyad tərəfindən divara vurulmuşdur. İşin sonunda üzlük daşları yuyarkən daşların keyfiyyətsiz və qüsurlu olmasını görmüşdü. Həmin vaxt Ziyadan nə səbəbə keyfiyyətsiz üzlük daşlarını divara vurmasını soruşanda o, “mən bu daşları vurmasam, Əflatun mənə iş verməz və çörəyi kəsilər” demişdi. Tikinti-texniki normalara görə üzlük daşı üzərində mişar tozu yuyulub divara vurulmalıdır, lakin Ziya daşları tozlu divara vuraraq qüsurlarını gizlətmiş və daşları lazımı qaydada divara bərkitməmişdir. 2020-ci ildə yay vaxtı 2-ci mərtəbədə pəncərə üstü qarnizləri sallanmış və başqa usta gətirib, həmin karnizləri bərkitdirmişdir. Həmin usta da karnizin məftil ilə bağlanmamasını və işin keyfiyyətli görülməməsini bildirmişdi. Hazırda da digər pənçərə üstü karnizlər bir-birindən aralanmışdır. Tərəfindən dəfələrlə Cavabdeh1 qüsurların aradan qaldırılması üçün tələblər irəli sürülməsinə baxmayaraq, Cavabdeh1 həmin qüsurları aradan qaldırmağa təşəbbüs göstərməmişdir. Həmin qüsurlu üzlük daşlar bu gündə evin fasadına vurulmuş vəziyyətdə saxlanılır və məhkəməyə təqdim olunan foto şəkillərdən görünür. Göründüyü kimi birinci instansiya məhkəməsi işin gedişatında iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş və hər dəfə ekspertlər tərəfindən üzlük daşların keyfiyyəti, növü və bazar qiyməti müəyyən edilməmişdir. Ekspertlər iş üzrə dindirilməsi üçün məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, gəlməmiş və rəylərində olan çatışmazlaq və ziddiyyətləri aradan qaldırılmamışdır. Bazarda satılan həmin keyfiyyətdə 6 manat üzlük daşın fotoşəkilləri də əlavə edilib. İş üzrə kompleks məhkəmə tikinti-texniki və əmtəşünaslıq ekspertizası təyin edilib, üzlük daşların keyfiyyət və qiyməti barədə rəy alınmalı olduğu halda bunu etməmişdir. Həmçinin iş üzrə dəvət olunmuş mütəxəssis tərəfindən verilmiş rəyə və ifadəsinə hüquqi qiymət verilməmişdir. Bundan əlavə mütəxəssis tərəfindən verilmiş rəy və məhkəmə iclasında verdiyi ifadə qətnamədə öz əksini tapmamışdır. Səbəbi bəli deyildir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə iddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən mülki iş üzrə cavabdehlərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddiasının tam edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri tam yохlanılmasını düzgün hеsab еdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş kompleks məhkəməəmtəəşünaslıq və tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1760 nömrəli 4 iyul 2022-ci il tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus Lənkəran rayonu Şağlaser kəndində yerləşən fərdi yaşayış evinin fasadına vurulmuş üzlük daşların və daşların vurulması üçün çəkilən xərclərin ümumi dəyəri 12881.0 manat təşkil etdiyi, fərdi yaşayış evinin fasadına vurulmuş üzlük daşlarının vurulmasında qüsurların olmadığı, lakin fasadın bəzi yerlərində rənginin digərlərindən fərqli olduğu müəyyən edilmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təkrar təyin olunmuş kompleks məhkəmə-əmtəəşünaslıq və tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6102 nömrəli 17 yanvar 2023-cü il tarixli ekspert rəyinə əsasən İddiaçı məxsus Lənkəran rayonu Şağlaser kəndində yerləşən fərdi yaşayış evinin üzərinə ağlay daşlarının vurulmasında qüsurların olmadığı, üzlük (ağlay) daşlarının təlimata və tikinti-texniki normalarına uyğun vurulduğu müəyyən edilmiş, üzlük daşların üzərindəki ləkələrin, həmin daşların neçə faiz təşkil etməsinin, daşlar üzərindəki məsamələrin sıxlığının, daşların neçənci növə aid olmasının və qüsurlara görə bazar qiymətinin müəyyən edilməsi tikinti-texniki ekspertinin həll etdiyi məsələlərin dairəsinə aid olmadığından bu suallar üzrə tədqiqat aparılmamışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 6.2-ci maddə - fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 14.1. və 14.2.1.-ci maddələr - mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 385.1-ci maddə - öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddə - öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digar əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İşin müəyyən olunan hallarına əsasən iddiaçı ilə Cavabdeh2 arasında ağlay daşlarının alğı-satqısına, digər Cavabdeh1 oğlu ilə həmin ağlay daşları ilə iddiaçının fərdi yaşayış evinin fasadının üzlənməsinə dair podrat müqavilələri şifahi bağlanmışdır. İddiaçı 250 kvadrat metr daş (1 kvadratı 15 manat, 35x75 sm), 165 metr karniz (1 metri 7 manat, 12x6 sm), 52 metr sokol (bir metri 8 manat 12x6 sm) və 24 metr (bir metri 8 manat, 12x6 sm) pəncərə altı karnizə görə satıcı Əflatuna 5000 manat, həmin daşlarla evin fasadının üzlənməsi üçün podratçı Ziyada 3500 manat pul verdiyini, istifadə olunacaq daşların keyfiyyətinə podratçı ustanın məsuliyyət daşıdığını, satıcının dəyəri razılaşdırılmış keyfiyyətə malik olmayan daşlar vermədiyini, ustanın isə bunları görərək daşları qaytarmalı olduğu halda, evinin fasadına vurduğunu və bununla hər iki tərəfin ona maddi zərər yetirdiyini bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 567-ci maddə - alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 581.1-ci maddə - satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur; 581.2-ci maddə - alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur; 581.3-cü maddə - əşyanı nümunəyə və (və ya) təsvirə əsasən satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya verməyə borcludur; 581.4-cü maddə satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər; 586.1-cü maddə qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğısatqı müqaviləsində əşyanın keyfiyyətinin yoxlanması nəzərdə tutula bilər; 586.2-ci maddə - əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır; 587.1-ci maddə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin alış qiymətinin mütənasib azaldılması; 587.1.2-ci maddə əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3-cü maddə əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi; 587.2-ci maddə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1-ci maddə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2-ci maddə lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.3-ci maddə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər. 587.4. Komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən alıcının (iddiaçı) satıcıdan (cavabdeh Əflatun) aldığı daşların ölçüləri qaimələr əsasında müəyyən edilə bilsə də, həmin daşların hansı keyfiyyət standartlarına cavab verməli olmasının razılaşdırılması müəyyən olunmur. Belə ki, iddiaçı cavabdehdən bir kavdrat metri 15 manata olan və üzərində heç bir ləkə, iz və ya palçıq çuxurları olmayan ağ daşlar alması barədə razılığa gəldiklərini bildirsə də, bunu təsdiq edə biləcək sübut verməmiş, cavabdeh isə izahatında qeyd edilən halı etiraf etməmişdir. Bundan başqa iddiaçı daşlara görə satıcı Əflatuna 5000 manat pul verdiyini bildirir, təyin olunmuş ekspertizanın rəyinə əsasən istifadə olunan daşların dəyəri də daxil olmaqla görülən işlərin ümumi həcminin 12881 manat təşkil etdiyi müəyyən olunur. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borclu olduğundan, alıcı isə aldığı əşyanın hansı keyfiyyət standartlarına cavab verməli olmasının razılaşdırılmasına dair sübut vermədiyindən, həmçinin faktiki görülən işlərin dəyərinin iddiaçının alınan mallar üçün ödədiyi məbləği aşdığından, iddianı qeyd olunan hissədə təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 752.1-ci maddəsi - podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 762.1-ci maddəsi - podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun; 762.2-ci maddəsi - podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır; 762.3-ci maddəsi - podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-ci maddəsi əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2-ci maddəsi - əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş məhkəmə ekspertizalarının rəyləri ilə İddiaçı məxsus Lənkəran rayonu Şağlaser kəndində yerləşən fərdi yaşayış evinin üzərinə ağlay daşlarının vurulmasında qüsurların olmadığı, üzlük (ağlay) daşlarının təlimata və tikinti-texniki normalarına uyğun vurulduğu müəyyən edilmişdir. Kollegiya hesab edir ki, iddiaçı ilə cavabdeh (podratçı) Cavabdeh1 arasında görüləcək işlərin keyfiyyət standartlarının şərtləşdirilməsinə dair sübutlar verilmədiyindən, podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayıldığından, iddianı həmin cavabdehə münasibətdə də təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuş, maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Mənəvi zərərin yetirilməsinin müəyyən olunması maddi zərərin yetirilibyetirilməməsindən birbaşa əlaəqəli olduğundan, maddi zərərin yetirilməsi isə aparılmış araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapmadığından, kollegiya mənəvi zərərin ödənilməsinin təmin olunmaması hissədə ayrıca qiymətləndirmənin aparılmasına lüzum görmür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Hazırki halda iddiaçı tərəfindən Cavabdeh2 qarşı irəli sürülən tələb üzrə iddianın qiyməti (2500+3000=5500) 5500 manat, Cavabdeh1 qarşı irəli sürülən tələb üzrə iddianın qiyməti isə (2000+3000=5000) 5000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən ülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli 2(049)-55/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Müşfiq Həsənov Cahid İmanov
Məhkəmə qərarları › İş №2(106)-1027/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1027/2023
30.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver