Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1027/2024 23.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və X2 ibarət məhkəmə tərkibində, Əliyev Kamran Sabir oğlunun katibliyi, İddiaçı və cavabdehdehlərin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(04*)- 274/2023 saylı qətnaməsindən cavabdehdehlərin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və MMC-nin həkimi Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona vurulmuş *5000 manat məbləğində maddi zərərin və ödənilmiş *35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(04*)-274/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cərrahiyyə əməliyyatı üçün "xxxx" MMC-nin hesabına ödənilmiş 770 (yeddi yüz yetmiş) manat Kürdəmir "xxxx" MMC-dən və 3000 (üç min) manatın cavabdeh Kürdəmir "xxxx" MMC-nin həkimi (direktoru) Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat müştərək qaydada cavabdehlər Kürdəmir "xxxx" MMC-dən və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehdehlərin nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı kor bağırsağında ağrılar olduğu üçün *3.*0.2020-ci il tarixdə Kürdəmir "xxxx" MMC-yə müraciət etmiş, həkim Cavabdeh2 onu müayinə etmiş, təcili kor bağırsağından əməliyyat olunmalı olduğunu bildirmişdir. Buna görə də, onu əməliyyata almış, əməliyyat zamanı həkim səhvən onun öd kisəsini götürmüş, bundan sonra həkim kor bağırsaqdan əməliyyat olunmalı olduğunu bildirib kor bağırsağında əməliyyat edəndə də, həmin nahiyyədə içəridə tibbi bint və pambıq qoyaraq kəsiyi tikib və əməliyyat yerində irinləmə getdiyi üçün 9 aydan sonra onu təkrarən əməliyyat edib, daha əvvəl yadından çıxıb qalmış bint və pambığı çıxarmışdır. Lakin yenidən əməliyyat olunmağına baxmayaraq fəsadlar aradan qalxmamış, nəticədə ona fizioloji cəhətdən dəyən ziyan böyük olmuşdur. Həkimin səhlənkarlığı nəticəsində onun kor bağırsağı deyil, öd kisəsi götürülmüşdür. Halbuki, onun öd kisəsindən heç bir problemi olmamışdır. Əgər öd kisəsində problemi olsaydı, əməliyyat olunmamışdan əvvəl “USM” müayinəsi olunmalı idi. Beləliklə, Kürdəmir "xxxx" MMC-nin həkimi Cavabdeh2 səhlənkarlığı nəticəsində onun öd kisəsi heç bir zərurət olmadığı halda kəsilib götürülmüş, hal-hazıradək qeyd edilən fəsadlar ardan qaldırılmamış, onun səhhəti normallaşmamış və hazırda müalicə alır. Bu müddət ərzində istər müalicə həkimi Cavabdeh2 bir dəfə də olsun onunla maraqlanmamışdır. Hazırda müalicələrini davam etdirməyə imkanı yoxdur. Müalicə ala bilmədiyindən səhhəti günü-gündən daha da pisləşir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həkim Cavabdeh2 tərəfindən İddiaçı üzərində keçirdiyi cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün aparılmış və diaqnoz düzgün qoyulmuşdur. Taktiki cəhətdən isə həkim tərəfindən yol verilmiş pozuntunun nəticələri klinikada həkimin özü tərəfindən sonralar aradan qaldırılmışdır. İddiaçı onun üzərində əməliyyata görə pul, yəni xidmət haqqı ödəmiş və bu məbləğ qarşılığında onun əməliyyatı texniki cəhətdən düzgün aparılmışdır. İddia ərizəsində göstərdiyi hal, yəni əməliyyat zamanı onun daxilində bint və sarğı materialının qalması barədə isə dedikləri və göstərdikləri öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi ödənişlə bağlı təqdim olunmuş sübutları yəni həm iddiaçı, həm də cavabdeh tərəfindən təqdim olunmuş ödəniş çeklərini tədqiq edərkən belə qənaətə gəlmişdir ki, klinikaya ödənilən məbləğ 770 (yeddi yüz yetmiş) manatdır. Lakin Kürdəmir Rayon Məhkəməsinin hansı metodla hesablama apararaq klinika tərəfindən iddiaçıya 3000 (üç min) manat pul qaytarılmasını hansı mötəbər sübuta əsaslanaraq qətnamə qəbul etməsi şübhə doğurur. Söhbət iddiaçının məhkəməyə təqdim etdiyi müalicə və müayinəsi zamanı *278 manat əlavə xərcləri ilə bağlı əldə etdiyi ödəniş qəbzindən gedirsə, məhkəmə ilk öncə həmin pulun konkret olaraq hansı müalicə və müayinələr üçün xərcləndiyini, yəni həmin xərclər həkim Cavabdeh2 tərəfindən icra olunmuş əməliyyatın fəsadlarını aradan qaldırılması ilə bağlı xərcləndiyini öz qətnaməsində əsaslandırmadan və yerdə qalan *722 manatın konkret olaraq nəyə və hansı sübutlarla ağlabatan olmasını əsalandırması şübhəlidir. Cavabdehdehlərin nümayəndəsi Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, həkim Cavabdeh2 tərəfindən İddiaçı üzərində keçirdiyi cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün aparılmış və diaqnoz düzgün qoyulmuşdur. Həkim tərəfindən yol verilmiş pozuntunun nəticələri klinikada həkimin özü tərəfindən sonralar aradan qaldırılmışdır. Əməliyyatın düzgün olmasını sübut ekspert rəylərini, göstərilən xidmətə görə ödənilən məbləğin, yəni 770 manat olmasının sübutu təqdim olunmasına baxmayaraq, məhkəmənin necə və hansı yolla cavabdehdən iddiaçının xeyrinə əlavə olaraq 3000 manat ödənilməsi barədə qətnamə qəbul etməsi müəmmalıdır. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, kor bağırsağında ağrılar olduğu üçün klinikaya müraciət etmiş və həkim Cavabdeh2 onu müayinə etmiş, təcili kor bağırsağından əməliyyat olunmalı olduğunu bildirmişdir. Buna görə də, onu əməliyyata almış, əməliyyat zamanı həkim səhvən onun öd kisəsini götürmüşdür. Bundan sonra həkim kor bağırsaqdan əməliyyat olunmalı olduğunu bildirib kor bağırsağını da əməliyyat edəndə də həmin nahiyyədə içəridə tibbi bint və pambıq qoyaraq kəsiyi tikib və əməliyyat yerində irinləmə getdiyi üçün 9 aydan sonra onu təkrarən əməliyyat etmiş, daha əvvəl yadından çıxıb qalmış bint və pambığı çıxarmışdır. Lakin yenidən əməliyyat olunmağına baxmayaraq fəsadlar aradan qalxmamış, nəticədə ona fizioloji cəhətdən dəyən ziyan böyük olmuşdur. Həkimin səhlənkarlığı nəticəsində kor bağırsağı deyil, öd kisəsi götürülmüşdür. Halbuki, öd kisəsində heç bir problemi olmamışdır. Əgər öd kisəsində problemi olsaydı, əməliyyat olunmamışdan əvvəl “USM” müayinəsi olunardı. Cavabdeh2 səhlənkarlığı nəticəsində bir neçə xəstəxanaya mürtaciət etmiş, xx.xx.2023-cü il tarixdə yenidən başqa klinikada əməliyyat olunmuş və nəticədə xeyli miqdarda maddi ziyana düşmüşdür. Məhkəmə kollegiyası tətəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(04*)-274/2023 saylı qətnaməsi tutulan maddi zərərin məbləği hissədə dəyişdirilməlidir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 2*7.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 386/KEŞ saylı ekseprt rəyindən görünür ki, *959-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “öd daşı xəstəliyi” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Lakin diaqnozun təsdiqi üçün “Laporoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatından sonra çıxarılmış biomaterial patohistoloji müayinəyə göndərilməli olduğu halda göndərilməmişdir. Buna məsul şəxs cərrahiyyə əməliyyatını icra edən həkim-cərrahdır. AS Tibb mərkəzində İddiaçı aparılmış müalicələr ona təyin olunmuş “öd daşı xəstəliyinə” uyğun olmuşdur. Hüseynovaya təyin olunmuş diaqnoza uyğun olaraq onun üzərində operativ üsulla müalicə taktikasının aparılması düzgün seçilmişdir. İddiaçı üzərində icra edilmiş “Laporoskopik xolesistektomiya” cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün icra edilsə də, əməliyyata göstəriş olan hiperemiya və digər dəyişiklərin təsdiqi üçün biomaterial patohistoloji müayinəyə göndərilməli olduğu halda, göndərilməmişdir. İddiaçı üzərində icra edilmiş “Appendektomiya” cərrahiyyə əməliyyatı zamanı peritonizasiya və apendiks çıxıntısı kəsilərək götürüldükdən sonra güdülün hermetikliyi tam təmin edilmədiyindən xəstənin vəziyyəti ağırlaşmışdır. Yəni əməliyyat sahəsi infeksiyalaşmış, bağırsaq fistulu əmələ gəlmiş və yara ikinciliyi sağalmışdır. Bununla əlaqədar Səhiyyə sistemində qüvvədə olan 70 saylı əmrin müvafiq bəndi pozulmuşdur və buna məsul şəxs müalicə həkimi cərrahdır. İşdə olan *3.*0.2020-ci il tarixli 0764*3 saylı ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı 770 manat məbləğində pul vəsaiti Kürdəmir "xxxx" MMC-nin hesabına ödəmişdir. İşdə olan tibbi sənədlərdən və ödəniş qəbzlərindən görünür ki, İddiaçı əməliyyatdan sonra “Avrasiya” hospitalına, 5 saylı klinik xəstəxanasına və digər səhiyyə müəssisələrində müayinə və müalicə olunması üçün ümumilikdə *368.99 manat maddi vəsait sərf etmişdir. İşdə olan məhkəmə sorğusu ilə Kürdəmir rayon prokurorluğundan götürülmüş, Kürdəmir rayonu Sığırlı kənd sakini X* və Kürdəmir rayonu Ərşəli kənd sakini İddiaçı müraciətləri ilə bağlı toplanmış materialda Cavabdeh2 izahatında göstərmişdir ki, *3 oktyabr 2020-ci il tarixdə İddiaçı sağ qabırğa altı nahiyyədə kəskin ağrılardan şikayəti ilə bağlı müraciət etmiş, müayinə zamanı öd kisəsində 25 mm-lik olmaqla bir neçə konkrement aşkar edilmiş, xəstənin razılığı ilə əməliyyata alınmış, əməliyyat üçün 770 manat ödəniş etmişdir. *7 oktyabr 2020-ci ildə xəstə kafi vəziyyətdə stasionara çıxarılmışdır. *6 iyun 202*-ci ildə İddiaçı onun qəbuluna gəlmiş, müayinə zamanı sağ qasıq nahiyyəsində olan kəsikdə infitrativ dəyişiklik aşkar edilmişdir. Yerli anesteziya ilə həmin nahiyyədə kəsiklə irinli-infiltrativ toxuma aponevrozadək kəsilib çıxarılmışdır. 202*-ci ilin oktyabr ayında xəstə yenidən oxşar əlamətlərlə təkrar müraciət etmiş, ona konservativ müalicə məsləhət görülmüşdür. İddiaçı bədənində bint və pambığı yaddan çıxarılması və yenidən əməliyyat edilməsi ilə bağlı suala verdiyi cavabında belə bir halın olmasını təkzib etmişdir. MPM-in 372.*-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.*. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 2*.*-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in *096.*-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yuxarıda qeyd olunan maddi hüquq normalarına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. MM-in *097.*-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in ***2-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin *9 sentyabr 20*2-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalişan tibb, əczaçiliq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na daxil edilmiş Həkim-ümumi cərrahın nümunəvi vəzifə təlimatı bölməsində sadalanan vəzifə öhdəliklərində müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, kliniklaborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək həkim-ümumi cərrahın vəzifə öhdəliyi kimi qeyd edilmişdir (bölmənin 7-ci bəndi). Təlimatın qeyd edilən bölməsinin 24.*-ci bəndinə əsasən həkim-ümumi cərrah ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə görə məsuliyyət daşıyır. 25. Həkim-ümumi cərrah əmək intizamının, qanunvericilik və normativ hüquqi aktların pozulmasına görə qüvvədə olan qanunvericiliyə əsasən, təqsirin ağırlıq dərəcəsindən asılı olaraq, intizam, maddi, inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Cavabdeh tərəf apellyasiya şikayətinin dəlillərində bildirir ki, həkim Cavabdeh2 tərəfindən İddiaçı üzərində keçirdiyi cərrahiyyə əməliyyatı texniki cəhətdən düzgün aparılmış və diaqnoz düzgün qoyulmuşdur. Taktiki cəhətdən isə həkim tərəfindən yol verilmiş pozuntunun nəticələri klinikada həkimin özü tərəfindən sonralar aradan qaldırılmışdır. Kollegiya hesab edir ki, iş materialları ilə həkim tərəfindən yol verilmiş pozuntunun nəticələri klinika tərəfindən aradan qaldırılması sübut olunmur. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərində göstərilmişdir ki, klinikaya ödənilən məbləğ 770 (yeddi yüz yetmiş) manatdır. Lakin cavabdehdın alınaraq iddiaçıya ödənilməsi qət 3000 (üç min) manat pulun qaytarılmasını təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir. Kollegiya bununla bağlı qeyd edir ki, iş materiallarına əsasən müəyyən edilir ki, İddiaçı sözügedən əməliyyatdan sonra sağlamlıq vəziyyətinin bərpası məqsədilə müxtəlif tibb müəssisələrində müayinə və müalicə ilə əlaqədar *368.99 manat məbləğində vəsait xərcləmişdir. Bu baxımdan, kollegiya ağlabatan olaraq cavabdehdən iddiaçının xeyrinə 3000 manat məbləğində pul vəsaitinin tutulmasını düzgün qənaət hesab etmir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, toplanmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, məhkəmə tərəfindən cavabdeh Kürdəmir "xxxx" MMC-nin həkimi (direktoru) Cavabdeh2 iddiaçının xeyrinə 3000 manat məbləğində pul vəsaitinin tutulmasını iş üzrə zəruri olan və mühüm əhəmiyyət kəsb edən bütün hallar düzgün qiymətləndirilməmişdir. Belə ki, işdən də göründüyü kimi, birinci instansiya məhkəməsi Kürdəmir "xxxx" MMC-nin həkimi (direktoru) Cavabdeh2 tutulan 3000 manat maddi zərərin məbləğində düzgün qənaətə gəlməmişdir. Kollegiya birinci instansiya məhkəməsi tərəfindən adıçəkilən miqdarda maddi zərərin məbləğinin tutulması hissədə qətnamənin dəyişdirilməsi üçün əsasların olması qənaətinə gəlir. Belə ki, kollegiya işin hallarını, qanunvericiliyin qeyd edilən imperativ tələblərini, o cümlədən işdə olan qəbzləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq birinci instansiya məhkəməsi tərəfindən maddi zərərin məbləğinin 3000 manat hissəsində təmin etməsini qanuni və əsaslı hesab etməyərk həmin məbləğin *368.99 manat müəyyən edilməsi qənatinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.2-ci bəndinə əsasən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan tibbi sənədlərdən və ödəniş qəbzlərinin təhlilinə əsasən belə qənaətə gəlir ki, Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(04*)-274/2023 saylı qətnaməsi cavabdeh Kürdəmir "xxxx" MMC-nin həkimi (direktoru) Cavabdeh2 maddi ziyanın əvəzi qismində 3000 (üç min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissədə dəyişdirilməli, həmin maddi zərərin məbləği *368,99 manat məbləğdə müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilməməlidir. Bununla bərabər, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(04*)-274/2023 saylı qətnaməsinin ləğvi və ya digər hissələrdə dəyişdirilməsi üçün əsaslar yoxdur. “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun *3 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 384.0.3-cü maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3* yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.*-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in *4, 76, 89, 2*7, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Kürdəmir Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(04*)-274/2023 saylı qətnaməsi cavabdeh Kürdəmir "xxxx" MMC-nin həkimi (direktoru) Cavabdeh2 maddi ziyanın əvəzi qismində 3000 (üç min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi hissədə dəyişdirilsin və maddi ziyanın məbləği *368 (min üç yüz altmış səkkiz) manat 99 (doxsan doqquz) qəpik məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilməsin. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1027/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1027/2024
23.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver