Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1035/2024 21.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, Cəbrayıl Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 2791.46 (iki min yeddi yüz doxsan bir, qırx altı) AZN məbləğində dövlət vəsaitinin tutularaq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini aşağıdakı kimi əsaslandırılmışdır: X10 28 dekabr 2013-cü il tarixdən etibarən Dövlət Sosial Müdafiə X16 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. V.Tağıyevin aliment öhdəlikləri onun pensiyasına yönəldilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Filiala ünvanlanmış xx/xx-32285/12 saylı 26 fevral 2020-ci il tarixli məktub əsasında Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1864/2020 saylı, 24 fevral 2020-ci il tarixli icra sənədinə əsasən X9 əmək pensiyasından 01 mart 2020-ci il tarixdən etibarən 01 yanvar 2021-ci il tarixədək həyata keçirilmiş tutulmalar nəticəsində Cavabdeh ödənişlər həyata keçirilmişdir. 13957.30 (on üç min doqquz yüz əlli yeddi, otuz) AZN məbləğində aliment ödənişi həyata keçirilməli olduğu halda ona ümumilikdə 16748.76 (on altı min yeddi yüz qırx səkkiz, yetmiş altı) AZN məbləğində aliment ödənişi həyata keçirilmişdir. Belə ki, X9 əlillik müddətinin başa çatması ilə əlaqədar ona Filial tərəfindən pensiya ödənişi 31 dekabr 2020-ci il tarixdən etibarən dayandırılmışdır. Buna baxmayaraq, Cavabdeh aliment ödənişi pensiya ödənişi dayandığı vaxtdan ödənilməyə davam etmiş və nəticədə 01 yanvar 2021-ci il tarixdən 01 avqust 2021-ci il tarixədək ümumilikdə 2791.46 (iki min yeddi yüz doxsan bir, qırx altı) AZN məbləğində artıq pul vəsaiti Cavabdeh tərəfindən alınmışdır. Artıq ödənilmiş 2791.46 (iki min yeddi yüz doxsan bir, qırx altı) AZN məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması barədə Cavabdeh iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən rəsmi xəbərdarlıq edilsə də, Cavabdeh bu günədək həmin pul vəsaitini Filialın hesabına qaytarmamışdır. Birinci instansiya məhkəməsində Cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Cəbrayıl Rayon Məhkəməsinin (hakim T.Nüsrətov) 15 mart 2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının Cavabdeh qarşı “artıq ödənilmiş pul vəsaitinin qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən iddiaçı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Şikayətə görə, Cavabdeh iddiaçı tərəfindən 2791.46 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. Bu hal məhkəmə tərəfindən öhdəlikdən kənar ödənilmiş pul kimi qiymətləndirilməli və əsassız varlanma qaydalarına uyğun olaraq iddiaçı tərəfindən geri tələb edilməsi qanunauyğun hesab edilməlidir. Belə ki, Cavabdeh keçmiş həyat yoldaşının pensiya ödənişinin dayandırılmasına baxmayaraq, iki ay ərzində hüquqi əsas olmadan iddiaçı Mərkəzi filialın hesabına 2791.46 manat məbləğində əsassız varlanmışdır. Hazırki iş üzrə birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün işi tam, hərtərəfli və obyektiv tədqiq etməmişdir. Belə ki, cavabdehə aliment qismində ödənilən aylıq ödənişin iddiaçı tərəfindən deyil, keçmiş həyat yoldaşı tərəfindən ödənilməli olduğu lazımi qaydada araşdırılmamışdır. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında iştirak edən iddiaçının nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsi qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, 2791 manat vəsaitin geri qaytarılmasını tələb edir. Cavabdehin ərinə- aliment üzrə borclu olan şəxsə pensiya ödənişi dayandırılıb. Cavabdehə artıq ödənilmiş pul vəsaitinin qaytarılması üçün xəbədar edilmişdir. Lakin cavabdeh könüllü olaraq pul vəsaitini qaytarmamışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək apellyasiya şikayətini əsassız saydığını bildirmiş, göstərmişdir ki, pul vəsaiti Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)-1864/2024 saylı 24 fevral 2020-ci il taixli qətnaməsinə əsasən onun xeyrinə tutulmuş alimentin icrası ilə bağlı Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin məktubuna əsasən ona ödənilmişdir. Buna görə, məhkəmə qətnaməsinin icra edilməsi nəticəsində hər hansı vəzifəli şəxsin məsuliyyətsizliyi ucbatından şəxsə ödənilmiş pul vəsaiti həmin şəxsin əsassız varlanması hesab edilə bilməz. Cavabdeh məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etməklə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Kollegiya işə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən gəlməyən tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin faktiki hallarından görünür ki: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1864/2020 saylı, 24 fevral 2020-ci il tarixli icra sənədinə əsasən 06 mart 2013-cü il təvəllüdlü X3, 12 aprel 2017-ci il təvəllüdlü X4 və 04 oktyabr 2018-ci il təvəllüdlü X1 üçün X8 müvəqqəti olaraq, hər ay qazancının və (və ya) başqa gəlirinin ½ (ikidə bir) hissəsi miqdarında aliment Cavabdeh xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin xx/xx-32285/12 saylı 26 fevral 2020-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1864/2020 saylı, 24 fevral 2020-ci il tarixli icra sənədinə əsasən borclu X8 müvəqqəti olaraq, hər ay qazancının və (və ya) başqa gəlirinin ½ (ikidə bir) hissəsi miqdarında tələbkar Cavabdeh xeyrinə tutulması nəzərdə tutulan alimentin icrası X9 pensiyasından tutulması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına göndərilmişdir. Təqdim edilmiş materiallardan bəlli olur ki, X9 pensiyasından tələbkar Cavabdeh bank hesabına 25 yanvar 2021-ci il tarixdə 1395.73 (min üç yüz doxsan beş, yetmiş üç) AZN məbləğində, 18 fevral 2021-ci il tarixdə 1395.73 (min üç yüz doxsan beş, yetmiş üç) AZN məbləğində və ümumilikdə 2791.46 (iki min yeddi yüz doxsan bir, qırx altı) AZN məbləğində aliment ödənişi həyata keçirilmişdir. Bundan başqa təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh artıq ödənilmiş 2791.46 (iki min yeddi yüz doxsan bir, qırx altı) AZN məbləğində pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İddiaçı hazırki tələbində pensiyaçı X9 aliment öhdəliklərinə görə DSMF tərəfindən artıq ödənilmiş 2791,46 manatın qaytarılmasını tələb edir İddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091- 1092-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən: 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Məcəllənin 1091-ci maddəsinin dispozitiv şərtlərinin ödənilməsi üçün bu cür varlanmaya haqq verən hər hansı qanuni əsas və ya müqavilə əsası olmamalıdır. Bu zaman zərərçəkənlə əldə edən arasında varlanma obyektinə dair hər-hansı qanuni razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edənlə qanuni razılaşmadan kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərəçəkəndən tutulur və i.a. Əsassız varlanma: zərəçəkmişin hərəkətləri (başqasına məxsus borc məbləğini ödəmək, ödənilmiş malın təkrar və ya artıq ödənilməsi, artıq pul vəsaitinin və ya malın verilməsi və s.), əldə edənin hərəkətləri (başqasına məxsus vəsaiti, yaxud başqasına çatası göndərişi səhvən əldə etmək), üçüncü şəxslərin hərəkətləri (göndərilən yükü səhvən başqasına vermək, bankın ödənişi səhv verməsi və s.) yollarla baş verə bilər. Əsassız varlanmanın yaranması üçün bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmamalı, iddiaçı yoxsullaşmalı, bunun müqabilində cavabdeh zənginləşməli, pulun verilməsi üçün yetərli bir səbəb də olmamalıdır. Kollegiya hesab edir ki, cavabdehin iddiaçının hesabına heç bir əsas olmadan zənginləşməsi (varlanması) müəyyən edilmir. Ödənilən məbləğ alimentə görə hesablanmışdır. Bu zaman iddiaçı aliment üzrə borclunun əvəzinə onun (borlunun) aliment borcunu ödəmişdir. Belə halda əsassız zənginləşən cavabdeh deyil. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən, öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Bundan başqa, müəyyən edilir ki, iddia edilən məbləğ uşaqlara görə aliment öhdəliyi ilə bağlı ödənişdir. Bu ödəniş cavabdehin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi nəticəsində deyil, DSMF-nin əməkdaşının səhvi nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 109-cu maddəsinə əsasən: 109.1. Aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. 109.2. Aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. 109.3. Bu Məcəllənin 109.2.1—109.2.3-cü maddələrində göstərilən hərəkətlər uşağın və ya yetkinlik yaşına çatan fəaliyyət qabiliyyəti olmayan şəxsin nümayəndəsi tərəfindən edilmişsə, aliment geri tələb olunmur, lakin alimentin ödənilmiş məbləği aliment ödəmiş şəxsin iddiası əsasında təqsirkar nümayəndədən tutulur. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi təmin edilməməlidir. Beləliklə, Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırki halda mübahisələndirilən hissədə iddianın qiyməti Qanunla müəyyən edilmiş həddən az olduğu üçün qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası, qətetdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının apellyasiya şikayəti təmin edilməsin. Cəbrayıl Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(072)-98/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1035/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1035/2024
21.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver