Məhkəmə qərarları › İş №2(106)-1047/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1047/2024

16.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1047/2024 16.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilən əmlakların bölünməsi və cehiz əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 8 avqust 2023cü il tarixli 2(022)-838/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 17 dekabr 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları; İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunan Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi 82 saylı fərdi yaşayış evinin 50% nisbətində bölünməsi, Cavabdeh adına (ümumi birgə pay) Biləsuvar rayonu, Ağalıkənd kəndində 0,40 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin (ev və torpaq sahəsi ümumi birgə pay) 50% nisbətində bölünməsi, X8 adına (ümumibirgə pay) ünvan 2 kəndində 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 50% nisbətində bölünməsi, cehiz kimi mənzilə gətirdiyi 3 ədəd qoz ağacından olan servant, qoz ağacından 1 ədəd şifoner, 1 ədəd divan- kreslo dəsti, 2 ədəd masa, 1 ədəd televizor, 2 ədəd qoz ağacından tumboçka, 1 ədəd paltaryuyan maşın, yorğan-döşək dəsti, xalça, qab-qacaq dəsti və mətbəx mebelinin qaytarılınası, əlavə olaraq birgə təsərrüfat kimi evin həyətyanı sahəsində saxlanılan mal-qara və xeyli sayda qoyunların bərabər həcmdə tərəflər arasında bölünməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri “Mercedes w 210” markalı, **- FD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil üzərində iddiaçının ½ hissədə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək və dəqiqləşmə ərizəsi verərək göstərmişdir ki, Cavabdeh ilə iddiaçı xx.xx.2001-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar.Birgə nikahdan iki uşaqları-xx.xx.2002-ci il tarixdə X16 və xx.xx.2003-cü ildə X17 anadan olmuşdur. Xasiyyətlərinin fərqli olması səbəbindən cavabdehlə bir yerdə yaşamaları baş tutmamış və bu səbəbdən də Biləsuvar rayon məhkəməsinə nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Biləsuvar rayon məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cüı il tarixli sorğuya cavabına əsasən, birgə nikah dövründə Cavabdeh adına Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi 82 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir.Bundan əlavə, X24 və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına (ümumibirgə pay) Biləsuvar rayonu, Ağalıkənd kəndində 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə JN-39A nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamə verilmişdir. Sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (ev və torpaq sahəsi ümumi birgə) xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.X24 və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına (ümumibirgə pay) ünvan 2 kəndində 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN-34 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.Həmçinin Cavabdeh adına birgə nikah dövründə əldə edilmiş “Mercedes E270” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil də aşkar edilmişdir. Sözügedən əmlaka dair də iddiaçının mülkiyyət hüququ tanınmalıdır.Qeyd edilən əmlaklar tərəflərin birgə nikah dövründə əldə edilmişdir.Bundan əlavə iddiaçının cehiz kimi mənzilə gətirdiyi 3 ədəd qoz ağacından olan servant, qoz ağacından 1 ədəd şifoner, 1 ədəd divankreslo dəsti, 2 ədəd masa, 1 ədəd televizor, 2 ədəd qoz ağacından tumboçka, 1 ədəd paltaryuyan maşın, yorğan-döşək dəsti, xalça, qab-qacaq dəsti və mətbəx mebeli həmin ünvanda saxlanılır. Cavabdehə həmin əmlakların geri verilməsi və ya dəyərinin ödənilməsi tələb edilsəda buna heç bir əhəmiyyət verməmişdir.Həmçinin həmin ünvanda birgə nikah dövründə əldə etdikləri mal-qara və xeyli sayda qoyun vardır. Hesab edir ki, sözügedən əmlaklar da bərabər şəkildə bölünməlidir. İddiaçının sözügedən ünvanda yerləşən cehiz əşyaları və həyətdəki mal-qara ilə bağlı məhkəməyə sübut təqdim edə bilməməsinə səbəb, həmin evə girə bilməməsidir ki, öz əmlaklarını apara bilsin və məhkəməyə sübut etsin ki, orada əşyaları qalmışdır. Məhkəmə tərəfindən cavabdehin ünvanına yerli baxış keçiriləcəyi təqdirdə iddiaçıya məxsus əmlakların həmin evdə olacağı müəyyən ediləcəkdir. Odur ki, iddia tələbinin təmin edilməklə, cehiz əmlakının qaytarılması və birgə nikah dövründə əldə edilmiş əmlaklardan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi Cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın tamamilə əsassız olduğunu və ona görə də rədd edilməsini xahiş etdi. a) Birinci instansiya məhkəməsində icraat; Biləsuvar Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(022)-838/2023 saylı qətnaməsi (hakim Nüsrət Mirzəyev) ilə, iddianın qismən təmin edilməsi, İddiaçı Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa (daşınmaz əmlakın reyestr nömrəsi **********52-10301 olan, qeydiyyat nömrəsi **********) əsasən xx.xx.2021-ci ildə Cavabdeh adına qeydiyyata alınmış ünvan 1 ünvanında 0,0365 ha torpaq sahəsində yerləşən 26.50 kvm-dən ibarət fərdi yaşayış evində ½ hissədə və Cavabdeh adına Mersedes-Benz E270 CDİ minik markalı ** FD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə ½ hissədə payının müəyyən edilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 40 (qırx) manat pulun Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1680/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov (sədrlik edən və məruzəçi) C.İmanov və P.Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin olunan hissəsində ləğv edilmiş və iddia həmin hissədə rədd edilmişdir. Qətnamədən İddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2024-cü il tarixli 2(102)-932/2024 saylı qərarı (hakimlər X10 (məruzəçi), X5 və X13 ibarət tərkibdə) ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1680/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat; Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbini qəbul etmiyərək iddianın tamamilə əsasız olduğunu, iddiada göstərilən nə ev, nədəki, qeyd avtomobilin onun adanı olmadığını məhkəmədə bildirsədə, bu fikirlərinə hüquqi qiymət verilməyərək qanunsuz bir qərar qəbul edilmişdir. Məhkəmə iclas zalında iddianın tamamilə rədd edilməsini xahiş etmişdir. Çünki iddiaçı tərəf yetərincə məhkəməyə subut təqdim edə bilməmişdir. Lakin məhkəmə tərəfindən tələbi təmin edilməmişdir. İddiaçıya lazım olan payını yetərincə vermişdir. Adına heç bir ev, nədəki, maşın yoxdur. Bu fikirləri birinc inistansiya məhkəməsində bildirsədə, nəzərə alınmamışdır. Hesab edir ki, məhkəmə tərəfindən yekun qərar qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmənin qanunsuz və əsassız qərarına görə hüquqları pozulmuşdur. Məhkəmədə işə baxılarkən bütün hallar nəzərə alınmamışdır. Birgə nikah dövründə mülkiyyətində olmayan əmlakın bölünməsi qanunsuz və əsasızdır. Məhkəmədə fikirləri nəzərə alınmamış, işə baxılarkən iş üçün əhmiyyəti olan hallar, ev və maşının onun mülkiyyətində olması subut edilməmişdir. Hakim bu hala hüquqi qiymət verməmiş, iddiaçının məlumatını nəzərə almışdır. Məhkəmə tərəfi subutetmə yükündən azad etmişdir. Hakimin qərəzli mövqeyi aşkar ifadə olunmuşdur. Biləsuvar Rayon Məhkəməsində tərəflərin qarşılıqlı münasibətlərinə hüquqi qiymət verilməmişdir. Odur ki, kollegiyadan Biləsuvar Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(022)- 838/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: İddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh Əmirov X7 Rayon Məhkəməsinin 2(022)- 838/2023 saylı 8 avqust 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin bütövlükdə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edirki, apellyasiya şikayəti tamamilə əsassızdır və təmin edilməməlidir. Beləki, apellyasiya şikayəti verən şəxs şikayətdə: 1 işin faktiki halları ilə bağlı mövqeyini aydın ifadə etməmiş, 2-işin materiallarına istinad etməklə məhkəmə tərəfindən müəyyən edilmiş hansı halların qəbul edildiyini, hansı halların isə qəbul edilməyərək mübahisələndirildiyini göstərməmiş, 3- mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab olunan hansı faktiki halların məhkəmə tərəfindən araşdırılmadığını bildirməmiş, 4qətnamədə hansı maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsini bildirməmiş, 5-məhkəmənin hansı faktiki halları aydınlaşdırmadığını göstərməmiş, 6məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hansı halların sübut edilməməsini bildirməmiş və məhkəmə tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsi ilə bağlı hallar varsa, onları belə göstərməyərək, tam qanunsuz və apellyasiya şikayətinin formasına uyğun olmayan əsasssız bir şikayət vermişdir. Birincisi, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, “iddiada göstərilən nə ev, nə də avtomobil adına deyildir”. Bildirmək istəyir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan şöbəsinin 27 may 2023-cü il tarixli sorğuya cavabına əsasən Cavabdeh adına birgə nikah dövründə əldə edilmiş “Mercedes BENZ E-270 CDİ” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 26 may 2023- cü il tarixli sorğuya cavabına əsasən, birgə nikah dövründə Cavabdeh adına Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi 82 saylı fərdi yaşayış evi 24 may 2021- ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Biləsuvar Rayon Məhkəməsinin e-16(022)-15/2023 saylı 14 iyun 2023-cü il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan Şəki şəhəri Ə.Haqverdivev küçəsi 82 saylı fərdi vasayıs evinin, Biləsuvar ravonu Agalıkənd kəndində 0.40 ha tornaq sahəsinin və üzərində yerləşən fərdi vasayıs evinin və ünvan 2 kəndində 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair hər hansı hərəkətlərin edilməsi Cavabdeh qadağan edillmişdir. Həmçinin, Biləsuvar Rayon Məhkəməsinin e-16(022)-16/2023saylı 23 iyun 2023-cü il tarixli qərardadı ilə Cavabdeh mülkiyyətində olan “Mercedes BENZ E 270 CDİ” markalı, 99-FD- 542 dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə dair hər hansı hərəkətlərin edilməsi Cavabdeh qadağan edilmişdir. İkincisi, iddiaçının apellyasiya şikayətində qeyd edir ki, "iddiaçı tərəfindən zəruri, mötəbər sübutlar təqdim edilmədiyindən qanunsuz qətnamə qəbul edilmişdir". Qeyd etmək istəyirki, bu formada vicdansızcasına verilmiş apellyasiya şikayətinin ümumiyyətlə icraata qəbul edilməməsi məqsədəmüvafiqdir, çünki qarşı tərəfin şikayəti hüquqa və məntiqə əsaslanmayan söz yığınından başqa bir şey deyildir. Mülki işdə açıq aşkar sübutlar əlavə edilməklə qanuni qəbul edilmiş qətnamə olmasına baxmayaraq, cavabdeh əsassız apellyasiya şikayəti vermişdir. Cavabdehin apellyasiya şikayətində Mülki-Prosessual Məcəllənin, Mülki Məcəllənin, Azərbaycan Republikası Konstitusiyasının və İnsan Hüquqları Haqqında Bəyannamənin maddələrini qeyd edərək, guya məhkəmə tərəfindən hüquqlarının pozulduğunu bildirməsi isə absurddur. Belə ki, Cavabdeh birgə nikah dövründə əldə etdiyi əmlaklar mötəbər sübutlarla təsdiq edilmiş, müvəqqəti təminat tədbiri olaraq hər iki əmlakın üzərinə həbs qoyulmuş və məhkəmə qətnamə qəbul edərkən haqlı nəticəyə gəlmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər keçirilən iclasda iştirak etməmiş, Vəkil səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” İddiaçı iddianın təmin edilməyən hissəsini mübahisələndirməmiş, cavabdeh isə iddianın təmin edilən hissəsini mübahisələndirmişdir. Odur ki, Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlilləri həddində, Biləsuvar Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(022)-838/2023 saylı qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcələlsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən müvafiq olaraq ərləarvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi; Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 mart 2024-cü il tarixli 2(102)-932/2024 saylı qərarı (hakimlər X10 (məruzəçi), X5 və X13 ibarət tərkibdə) ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1680/2023 nömrəli, 11 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən aşağıdakıları əsas göstərmişdir: Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış nikah müqaviləsi ilə mübahisəli evin və avtomobilin də müqavilə rejiminin müəyyən edildiyi barədə gəldiyi qənaət müqavilə müddəalarına və Ailə Məcəlləsinin 31-32-ci maddələrinə uyğun olmamışdır. Qeyd olunanlarla yanaşı, iş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli və 23 iyun 2023-cü il tarixli qərardadları ilə mübahisəli evin və avtomobilin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Birinci instansiya məhkəməsi həmin qərardadların surətini aidiyyəti dövlət orqanlarına göndərməmiş, yalnız qərardadlar əsasında elektron icra vərəqəsini icra qurumuna göndərmişdir. Biləsuvar rayonu İcra və Probasiya şöbəsi isə qərardadların qəbul edilməsindən 1 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə icra sənədinin icraata qəbul olunması barədə qərar qəbul etmiş və könüllü icra üçün 10 gün müddət müəyyən etməklə qərarın surətini cavabdehə göndərmişdir. Halbuki MPM-in 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. “İcra haqqında” Qanunun 12.3-cü maddəsi isə müəyyən edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Nəticədə cavabdeh xx.xx.2023-cü il tarixdə mübahisəli evə, xx.xx.2023-cü il tarixdə mübahisəli avtomobilə dair özgəninkiləşdirmə əqdləri bağlamış, həmin əqdlər əsasında hər iki əmlak üçüncü şəxslərin adına keçmiş, onların bölünməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətini mübahisəli əşyaların onun mülkiyyətində olmadığı ilə əsaslandırmışdır. Apellyasiya baxışı zamanı tərəflərin təqdim etdikləri və məhkəmənin sorğularına cavab olaraq alınmış mübahisəli evə və avtomobilə dair əqdlərin və hüquq müəyyənedici sənədlərin surətləri iş materiallarına əlavə edilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi yeni sübutların qəbul edilməsinin apellyasiya baxışı mərhələsində mümkünlüyü və (və ya) həmin sübutların mahiyyəti ilə bağlı tərəflərlə müzakirə aparmamış və onlara qiymət verməmişdir. Halbuki MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların qəbuledilənliyi, aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan Mediasiya şurasının MŞB/16-0922 saylı xx.xx.2023- cü il tarixli arayışından görünür ki, tərəflər mediasiya sessiyasında iştirak etmiş, lakin ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilməsinə razılıq verməmişlər. Həmçinin İddiaçı 50 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə ölmüş X18 vərəsəsi Cavabdeh miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin 8 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə X11 verilmiş **********54-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyesrindən çıxarışa əsasən ünvan 2 kənd ünvanında yerləşən ümumi sahəsi 56.6 kv\m olan fərdi yaşayış evindən və 0,40 ha torpaq sahəsindən ona düşən hissəsindən ibarətdir. İş materiallarında olan Torpağa Mülkiyyət Hüququna dair JN-0034 kod 80802018 saylı Dövlət Aktından görünür ki, ünvan 2 kənd sakini X11 və Cavabdeh Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 21 iyun 2001-ci il tarixli 05 saylı qərarı ilə 1.38 ha kənd təsərrüfatı təyinatlı məhsulları istehsalı üçün torpaq sahəsi verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh ünvan 3 ünvanında xüsusi mülkiyyətinə verilmiş 0,0365 ha torpaq sahəsində yerləşən 26.50 kvm-dən ibarət fərdi yaşayış evi (daşınmaz əmlakın reyestr nömrəsi **********52-10301 olan qeydiyyat nömrəsi **********) xx.xx.2021-ci ildə tam mülkiyyətinə verilmişdir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsindən görünür ki, Cavabdeh adına Mersedes-Benz E270 CDİ minik markalı ** FD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil vardır. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının iddia tələbinin mahiyyətindən müəyyən olunur ki, cavabdeh ilə xx.xx.2001-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar.Birgə nikahdan iki uşaqları-xx.xx.2002-ci il tarixdə X16 və xx.xx.2003-cü ildə X17 anadan olmuşdur. Xasiyyətlərinin fərqli olması səbəbindən cavabdehlə bir yerdə yaşamaları baş tutmamış və bu səbəbdən də Biləsuvar rayon məhkəməsinə nikahın pozulması ilə bağlı iddia ərizəsi ilə müraciət etmişdir. Biləsuvar rayon məhkəməsinin qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli sorğuya cavabına əsasən, birgə nikah dövründə Cavabdeh adına Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi 82 saylı fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Bundan əlavə, X24 və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına (ümumibirgə pay) Biləsuvar rayonu, Ağalıkənd kəndində 0,40 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə JN-39A nömrəli torpağın mülkiyyətə veriməsinə dair şəhadətnamə verilmişdir. Sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi (ev və torpaq sahəsi ümumi birgə) xx.xx.2018-ci il tarixdə Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.X24 və Xəritəçəkmə Komitəsi tərəfindən Cavabdeh adına (ümumibirgə pay) ünvan 2 kəndində 1.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə JN-34 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir.Həmçinin Cavabdeh adına birgə nikah dövründə əldə edilmiş “Mercedes E270” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomobil də aşkar edilmişdir. Sözügedən əmlaka dair də iddiaçının mülkiyyət hüququ tanınmalıdır.Qeyd edilən əmlaklar tərəflərin birgə nikah dövründə əldə edilmişdir.Bundan əlavə iddiaçının cehiz kimi mənzilə gətirdiyi 3 ədəd qoz ağacından olan servant, qoz ağacından 1 ədəd şifoner, 1 ədəd divankreslo dəsti, 2 ədəd masa, 1 ədəd televizor, 2 ədəd qoz ağacından tumboçka, 1 ədəd paltaryuyan maşın, yorğan-döşək dəsti, xalça, qab-qacaq dəsti və mətbəx mebeli həmin ünvanda saxlanılır. Cavabdehə həmin əmlakların geri verilməsi və ya dəyərinin ödənilməsi tələb edilsəda buna heç bir əhəmiyyət verməmişdir.Həmçinin həmin ünvanda birgə nikah dövründə əldə etdikləri mal-qara və xeyli sayda qoyun vardır. Hesab edir ki, sözügedən əmlaklar da bərabər şəkildə bölünməlidir. İddiaçının sözügedən ünvanda yerləşən cehiz əşyaları və həyətdəki mal-qara ilə bağlı məhkəməyə sübut təqdim edə bilməməsinə səbəb, həmin evə girə bilməməsidir ki, öz əmlaklarını apara bilsin və məhkəməyə sübut etsin ki, orada əşyaları qalmışdır. Məhkəmə tərəfindən cavabdehin ünvanına yerli baxış keçiriləcəyi təqdirdə iddiaçıya məxsus əmlakların həmin evdə olacağı müəyyən ediləcəkdir. Odur ki, iddia tələbinin təmin edilməklə, cehiz əmlakının qaytarılması və birgə nikah dövründə əldə edilmiş əmlaklardan payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 32.3. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Kollegiya həmçinin qeyd edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu xx.xx.2012ci il tarixli qərarında qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu qaldırılan məsələnin düzgün həlli üçün ailə qanunvericiliyində ər-arvadın birgə mülkiyyətinin hüquqi statusunun açıqlanmasını zəruri hesab edir. Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ərarvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Onlardan birinci şərt- əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalı, ikinci şərt isə - əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Hər iki şərt mövcud olduqda əmlak ər və arvadın ümumi birgə mülkiyyəti sayılır. Birinci şərtin də mühüm əsaslarından biri əldə olunmuş əmlakın məhz ərin və ya arvadın ümumi gəlirləri hesabına əldə olunmasıdır. Ərin və ya arvadın ümumi gəlirləri hesabına əldə olunmamış əmlak onların kimin adına mülkiyyət hüququ əsasında rəsmiləşdirilməsindən asıllı olmayaraq onların ümumi birgə mülkiyyəti hesab edilə bilməz. İş materiallarının tədqiqindən müəyyən edilir ki, ünvan 3 ünvanında xüsusi mülkiyyətə verilmiş 0,0365 ha torpaq sahəsində yerləşən 26.50 kvm-dən ibarət fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Cavabdeh mülkiyyətinə verilmişdir. Bundan əlavə, AC № 880386 saylı Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsindən görünür ki, Cavabdeh adına Mersedes-Benz E270 CDİ minik markalı ** FD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, Biləsuvar Rayon Məhkəməsinin 14 iyun 2023-cü il tarixli və 23 iyun 2023-cü il tarixli qərardadları ilə mübahisəli evin və avtomobilin özgəninkiləşdirilməsi cavabdehə qadağan edilmişdir. Birinci instansiya məhkəməsi həmin qərardadların surətini aidiyyəti dövlət orqanlarına göndərməmiş, yalnız qərardadlar əsasında elektron icra vərəqəsini icra qurumuna göndərmişdir. Biləsuvar rayonu İcra və Probasiya şöbəsi isə qərardadların qəbul edilməsindən 1 aydan artıq müddət keçdikdən sonra xx.xx.2023-cü il tarixdə icra sənədinin icraata qəbul olunması barədə qərar qəbul etmiş və könüllü icra üçün 10 gün müddət müəyyən etməklə qərarın surətini cavabdehə göndərmişdir. Halbuki MPM-in 160.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri haqqında qərardad dərhal icra edilir. “İcra haqqında” Qanunun 12.3-cü maddəsi isə müəyyən edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. Nəticədə cavabdeh xx.xx.2023-cü il tarixdə mübahisəli evə, xx.xx.2023-cü il tarixdə mübahisəli avtomobilə dair özgəninkiləşdirmə əqdləri bağlamış, həmin əqdlər əsasında hər iki əmlak üçüncü şəxslərin adına keçmiş, onların bölünməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətini mübahisəli əşyaların onun mülkiyyətində olmadığı ilə əsaslandırmışdır. İşin apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil AZEMİS elektron kabinet vasitəsi ilə ərizə ünvanlıyaraq, hazırkı iş üzrə mübahisə predmeti olan Mersedes-Benz E270 CDİ minik markalı ** FD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin Cavabdeh tərəfindən X1 dair 03 avqust 2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əldə edilmiş qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, Şəki şəhəri, Əbdurrəhman bəy Haqverdiyev küçəsində yerləşən 82 saylı fərdi yaşayış evinin Cavabdeh tərəfindən bacısı X6 bağışlanmasına dair xx.xx.2023-cü il tarixli bağışlanma müqaviləsinin etibarsız hesab edilərək əldə edilmiş ********** qeydiyyat nömrəli, **********52-10301 nömrəli çıxarışın ləğv edilməsi və eləcədə eyni əmlakın X9 tərəfindən X2 dair xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və əldə edilmiş ********** qeydiyyat nömrəli, **********52-10301 çıxarışın ləğv edilməsinə dair iddia ərizəsi ilə Biləsuvar Rayon Məhkəməsinə müraciət etdiyini bildirmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsindən daxil olmuş e-2(022)-833/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli icra vərəqəsindən görünür ki, iddia təmin edilərək - “Mercedes BENZ E 270 CDİ” markalı, **-FD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin (yeni nömrəsi **-BX-***) Cavabdeh tərəfindən X1 dair 03 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsi, Şəki şəhəri Ə.Haqverdiyev küçəsi 82 saylı fərdi yaşayış evinin Toğrul Sədulla oğlu tərəfindən bacısı X6 bağışlanılmasına dair 02 avqust 2024-cü il tarixli bağışlanma müqaviləsi və eyni əmlakın X9 tərəfindən X2 dair 18 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş; - “Mercedes BENZ E 270 CDİ” markalı, **-FD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin (yeni nömrəsi **-BX-***) alqı-satqı müqaviləsi nəticəsində əldə edilmiş qeydiyyat şəhadətnaməsi, Şəki şəhəri Ə.Haqverdiyev küçəsi 82 saylı fərdi yaşayış evinin bağışlanılması müqaviləsi nəticəsində əldə edilmiş ********** qeydiyyat nömrəli, **********52-10301 nömrəli daşınmaz əmlaka dair çıxarış, eləcə də eyni əmlakın alqı-satqı müqaviləsi nəticəsində əldə edilmiş ********** qeydiyyat nömrəli, **********52-10301 nömrəli daşınmaz əmlaka dair çıxarış ləğv edilmiş və hüquqların dövlət qeydiyyatı əsassız hesab edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi ünvan 3 ünvanında xüsusi mülkiyyətə verilmiş 0,0365 ha torpaq sahəsində yerləşən 26.50 kvm-dən ibarət fərdi yaşayış evi və Mersedes-Benz E270 CDİ minik markalı ** FD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil tərəflərin birgə nikah dövründə əldə edilməsi işin mübahisəsiz halıdır. Cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində iddianın təmin edilməməsi əsası kimi mübahisəli əşyaların onun mülkiyyətində olmadığını göstərsə də, Biləsuvar Rayon Məhkəməsindən daxil olmuş e-2(022)- 833/2024 saylı, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə də 03 avqust 2024-cü il tarixli alqı-satqı müqaviləsi, 02 avqust 2024-cü il tarixli bağışlanma müqaviləsi və 18 avqust 2024-cü il tarixli alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, əmlakın hüquqi statusu əvvəlki vəziyyətə yəni Cavabdeh adına qaytarılmışdır. Kollegiya, cavabdehin apellyasiya şikayətində göstərdiyi halları işin faktiki hallarına uyğun olmayan dəlillər kimi qəbul edir və birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Bunu əsas götürən kollegiya işdə olan sübutların məzmununu hazırkı qətnamədə təkrarlamağa zərurət görmür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 4.1, 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Məhkəmə kollegiyası iş materiallarını və tərəflərin izahatlarını tədqiq edərək yekun nəticə kimi qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri formal mülahizədən ibarət olmaqla heç bir sübut əhəmiyyəti daşımayan formal mülahizədən ibarətdir. Odur ki, kollegiya birinci instasniya məhkəməsi tərəfindən gəlinən nəticə ilə razılaşaraq Biləsuvar Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(022)-838/2023 saylı qətnaməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi Biləsuvar Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(022)-838/2023 saylı qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinəəsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 8 avqust 2023-cü il tarixli 2(022)-838/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar