Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1048/2024 27.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tale Suliddin oğlu Kərimovdan ibarət tərkibdə, katib X5, müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 Xidmətinin X1 nümayəndəsi X3 iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sağlamlığın pozulması nəticəsində itirilmiş qazancla bağlı zərər tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən sağlamlığına vurulmuş zərərə görə 10000 (on min) manat pulun, dövlət rüsumuna görə ödədiyi 20 manat və vəkilə ödədiyi 100 manat pulun əvəzinin alınıb ona verilməsi xahiş etmişdir. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: "xxxx" ASC-də kəsim sexində fəhlə işləmiş, Fabrikdə işlədiyi sexdə avadanlıqlar köhnə, təhlükəli olmuş, dəfələrlə rəhbərlikdən təhlükəli avadanlıqları təmir etmələrini tələb etmişdir. Lakin rəhbərlik onun bu tələblərinə məhəl qoymamışdır. 07 noyabr 2022-ci il tarixdə işdə olarkən sağ əli kəsim aparatının qoruyucusu olmadığından həmin aparata keçmiş, orada olan işçilərin köməkliyi ilə əli aparatdan çox çətinliklə çıxarılmışdır. Lakin əlinin 2-3 barmaqlarının açıcı vətərlərini, sağ biləyinin mil açıcılarını zədələməklə, sağ əlinin arxasının çapığı, kəsilmiş yara, sağ əlin şişkinliyi və funksional pozğunluğu ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almışdır. Hazırda sağ əli demək olar ki, işləmir. Təyin olunmnuş ekspertizanın rəyinə görə ümumi əmək qabiliyyətinin 30 faizini itirməklə şikəst olmuşdur. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılmış və cavabdeh təşkilatın sədri İXM-nin 198.3-cü maddəsi ilə məhkəmə məsuliyyətinə verilmişdir. Məhkəmədə onun təqsirli olması sübuta yetmiş və Biləsuvar rayon məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarı ilə cərimə edilmişdir. Hazırda o, əmək qabiliyyətinin 30 faizini itirməklə şikəst olmuşdur. Özü isə orta təhsilli olmaqla heç bir ixtisası yoxdur. O, fəhlə işləməklə dolanır. ASC-də 320 manat əmək haqqı almışdır. Hazırda əmək qabiliyyətinin 30 faizini itirdiyindən o, heç bir yerdə iş də tapa bilmir. Ümumiyyətlə şikəsti işə götürən də yoxdur. Onun 2-ci və 3-cü barmaqlarının açıcı vətərlərinin, sağ biləyinin mil açıcılarının zədələnməsi nəticəsində demək olar ki, sağ əlini işlədə bilmir, həmin xəsarətin müalicəsinə, o da mümkündürsə uzun illər lazım olmaqla maddi vəsait tələb olunur. Dəfələrlə cavabdeh təşkilatdan onların təqsiri nəticəsində ona dəyən zərərlə bağlı maddi yardım edilməsindən ötəri müraciət etsə də müəssisə ona yardım etməkdən imtina etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iştirak etməmiş, iddiaya qarşı yazılı etirazını bildirmiş, iddianı qəbul etməmişdir. Biləsuvar Rayon Məhkəməsinin (hakim N.Mirzəyev) 05 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sağlamlığın pozulması nəticəsində itirilmiş qazanca görə zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. İddiaçı şikayətində göstərmişdir: “Biləsuvar-Quşçuluq" ASC-də kəsim sexində fəhlə işlədiyi sexdə avadanlıqlar köhnə olmuşdur. 07 noyabr 2022-ci il tarixdə işdə olarkən sağ əli kəsim aparatının qoruyucusu olmadığından həmin aparata keçdi. İşçilərinin köməkliyi ilə əli aparatdan güclə çıxarıldı. Lakin aparat əlinin 2-3 barmaqlarının açıcı vətərlərini, sağ biləyinin mil açıcılarını zədələməklə, sağ əlinin arxasının çapığı, kəsilmiş yara, sağ əlin şişkinliyi və funksional pozğunluğu xəsarəti almaqla, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər aldı. Hazırda sağ əli demək olar ki, işləmir. Təyin olunmuş ekspertizanın rəyinə görə ümumi əmək qabiliyyətinin 30 faizini itirməklə şikəst olmuşdur. Hazırkı fakt rayon prokurorluğunda araşdırıldı və cavabdeh təşkilatın sədri İXM-nin 198.3-cü maddəsi ilə məhkəmə məsuluyyətinə verildi. Məhkəmədə onun təqsirli olması sübuta yetdi və Biləsuvar rayon məhkəməsinin 14 mart 2023-cü il tarixli qərarı ilə cərimə edildi. Hazırda o, əmək qabilliyətinin 30 faizini itirməklə şikəst olmuşdur. Xəstəliyin müalicəsinə, bu da mümkündürsə, uzun illər lazım olmaqla maddi vəsait tələb olunur. Dəfələrlə cavabdeh təşkilatdan onların təqsiri nəticəsində ona dəyən zərərlə bağlı maddi yardım edilməsi təklif olunsa da bundan imtina etmişlər. İzahatlar Prosessualməsələlər Apellyasiya baxışında üçünçü şəxs qismində cəlb edilmiş X8 Xidmətinin X1 nümayəndəsi X7 iddianı əsassız saydığını qeyd etməklə izahatında bildirmişdir ki, hadisə baş verən gün saat 17:30 radələrində İddiaçı quş asqı xəttindəki asılqandan kəsilmiş quşları əli ilə götürməyə çalışan zaman sağ əlindəki əlcəyin qolu dəmir zəncirə ilişmiş və sağ əli zədələnmişdir. Nümayəndə izahatında aşağıdakı mülahizələrini də bildirmişdir: iddiaçının müraciəti ilə bağlı araşdırma aparılmış, İZ aktı tərtib edilmiş, prokurorluğa məlumat verilmişdir. "xxxx" ASC-nin rəhbəri İXM-nin müvafiq maddəsi ilə cərimə edilmişdir. Belə ki, araşdırma nəticəsində ASC-nin rəhbərinin təqsir müəyyən edilmişdir. Bununla yanaşı, iddiaçının əlilliyi müəyyən edilməmişdir. Nümayəndənin bildirdiyinə görə, iddiaçı sağlamlığına vurulmuş ziyanı iki qaydada tələb edə bilər: əmək qabiliyyətini itirdiyi halda, əmək qabiliyyətinin itirilmə dərəcəsinə görə. Lakin onun əlilliyi müəyyən edilməmişdir. Ona görə onun əmək qabiliyyətinin itirilmə dərəcəsini müəyyən etmək də mümkün deyil. Bu baxımdan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olunmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarını tətbiq etmək mümkün deyil. Bundan başqa, iddiaçı xəsarət alması ilə əlaqədar ona vurulmuş ziyanla bağlı müalicəyə çəkilən xərcləri (pulsuz müalicənin mümkün olmadığı halda) tələb edə bilər. Lakin bu halda sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsində (Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət) işçiyə dəymiş zərərin xarakteristikası və icrası tənzimlənir. Həmin maddənin 5-ci bəndinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. İş üzrə tərəflər, eləcə də üçüncü şəxs "xxxx" Sığorta Şirkəti ASC-nin təmsilçisi apellyasiya baxışında iştirak etməmişlər. Cavabdeh tərəf iddiaya qarşı yazılı etirazını bildirmişdir. Cavabdeh yazılı etirazında iddianı əsassız hesab edərək onun rədd edilməsini xahiş etmiş, münasibətini aşağıdakı kimi bildirmişdir: məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, T238/2023 saylı rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıda əmək qabiliyyətinin pozulması aşkar edilsə də bu, zaman keçdikcə bərpa olunan funksional dəyişikliklərdir, İddiaçı aşkar edilən patofunksional dəyişikliklər təcili cərrahi müdaxilə tələb etmir və reabilitasion müalicə metodları ilə aradan qaldırıla bilər. İddiaçı iddia etdiyi kimi şikəst olmamış, onun əmək qabiliyyəti azalmamışdır. Cavabdeh əlavə etmişdir ki, İddiaçı müalicəsinin tam olaraq aparılması üçün ASC tərəfindən ~1500 (bir min beş yüz) manat və ona son 6 ayda ASC-yə təqdim etdiyi xəstəlik vərəqələrinə əsasən -536.07 (beş yüz otuz altı tam, 07) manat, eyni zamanda 276.50 (iki yüz yetmiş altı tam, 50) manat əmək haqqı, kart hesabına köçürütməklə 297 (iki yüz doxsan yeddi) manat "GROSS" mükafat məbləği təyin edilərək ödənilmişdir. Beləliklə, İddiaçı ümumilikdə 2312.57 (iki min üç yüz on iki tam, 57) manat pul verilmişdir. Cavabdeh etirazında onu da qeyd etmişdir ki, iddiaçının istinad etdiyi, maddi normalar (Mülki Məcəllənin 1115-1125-ci maddələri) hazırki hala münasibətdə tətbiq edilə bilməz. Əvvəla, onun müalicəsi tam olaraq şirkət tərəfindən qarşılanmış, ikincisi onun təqdim etdiyi xəstəlik vərəqələrinə əsasən müavinət ona müəssisə tərəfindən tam ödənilmiş (mükafat da nəzərə alınmaqla), üçüncüsü onun əmək qabiliyyəti azalsa da bu müvəqqəti xarakter daşıyır və əmək qabiliyyətindən məhrum olunma kimi qiymətləndirilə bilməz. Üçüncü şəxs "xxxx" Sığorta Şirkəti iddiaya dair münasibətini aşağıdakı kimi bildirmişdir: "xxxx" ASC ilə "xxxx" Sığorta Şirkəti arasında AH000001435 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” müqaviləsi bağlanmışdır. Göstərilən müqavilə və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1 -ci bəndinə əsasən sığorta hadisəsi müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və istehsalatda bədbəxt hadisə haqqında akt əsasında müəyyən olunur. Qanunun 2.0.12-ci bəndinə əsasən, sığorta hadisəsi icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal başa düşülür. İddiaçı peşə əmək qabiliyyətinin itirilmə dərəcəsini təsdiq edən qərar "xxxx" Sığorta Şirkətinə təqdim olunmadığından, həmçinin, barəsində "Tibbi-sosial ekspertiza və reabilitasiya alt sistemi"ndə əlillik və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsində imtina edildiyindən sığorta hadisəsi müəyyən edilməmişdir. Ü.l.Əsgərovanın peşə əmək qabiliyyətinin itirilməsi faktı müəyyən edilmədiyindən həmin hadisə sığorta hadisəsi sayılmır və sığortaçının sığorta ödənişini vermək öhdəliyi yaranmır. Ona görə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinin tələblərini nəzərə alaraq, "xxxx" Sığorta Şirkəti sığorta ödənişinin verilməsindən imtina etmişdir. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası məruzəni, izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İşin faktiki hallarından müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə İddiaçı "xxxx" ASC-nin kəsim sexində işdə olan vaxt sağ əlindən xəsarət almışdır. Hadisə belə baş vermişdir ki, iş yerində saat 17:30 radələrində İddiaçı quş asqı xəttindəki asılqandan kəsilmiş quşları əli ilə götürməyə çalışan zaman sağ əlindəki əlcəyin qolu dəmir zəncirə ilişmiş və sağ əli zədələnmişdir. Müəyyən edilir ki, istehsalatda baş verən bədbəxt hadisənin təhqiqi aparılmış, “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 1/2023 saylı İZ formalı akt tərtib edilmişdir. Bundan başqa, müəyyən edilir ki, Biləsuvar Rayon Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 3(022)-379/2023 saylı qərarı ilə Biləsuvar-Quşçuluq” Açıq Səhmdar Cəmiyyətinin müdiri X9 təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə 2000 manat cərimə edir. Hazırki tələbində iddiaçı cavabdehdən sağlamlığına vurulmuş zərərə görə kompensasiya tələb etmişdir. İddiaçı tələbində ziyanın ödənilməsini onunla əsaslandırmışdır ki, o, əmək qabiliyyətinin 30 faizini itirmişdir. Bundan başqa, aldığı xəsarətlə bağlı uzun müddətli müalicə tələb olunur. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin Vİ hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Bu konstitusion hüquq işəgötürən tərəfindən əməyin təhlükəsizliyinin, işçilərin həyatının, sağlamlığının və əməyinin mühafizəsinin təmin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən:
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. ...
5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçiyə vurulan zərər görə maddi məsuliyyət müəyyən edən Əmək Məcəlləsinin 239-cu maddəsinin müddəaları həmin Məcəllənin 191-194-cü maddələri ilə sistemli şəkildə əlaqədədir. Belə olan halda Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutulan məsuliyyət həmin Məcəllənin 191-ci maddəsində göstərilən şərtlər olduqda yaranır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən:
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1118-ci maddəsinə əsasən: 1118.1. Fziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriyakurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. 1118.2. İtirilmiş qazanc (gəlir) müəyyənləşdirilərkən zərərçəkənə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə pozulması ilə əlaqədar təyin edilmiş əlilliyə görə pensiya, eləcə də həm sağlamlığına zərər vurulanadək, həm də zərər vurulduqdan sonra təyin edilmiş digər pensiyalar, müavinətlər və digər bu cür ödənişlər nəzərə alınmır və zərərin əvəzinin ödənilməsi miqdarının azaldılmasına səbəb olmur (zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir). Zərərçəkənin sağlamlığı pozulduqdan sonra əldə etdiyi qazanc (gəlir) da zərərin əvəzinin ödənilməsi hesabına daxil edilmir. Mülki Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olunmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarının 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. İddia tələbi ilə bağlı Kollegiya məhkəmənin mövqeyi ilə razılaşır və aşağıdakılara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. İddiaçının tələbinin bir hissəsi onunla əsaslandırılmışdır ki, o, əmək qabiliyyətinin 30 faizini itirmişdir. Kollegiya hesab edir ki, bu hissədə iddia əsassızdır. Əvvəla, iddiaçının əlilliyi müəyyən edilmir. İş materialında olan “Məhkəmə-Tibb və X4” publik hüquqi şəxsi tərəfindən verilmiş № T 238/2023 saylı ekspertiza rəyində göstərilmişdir ki, «1976-cı il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: İddiaçı hal-hazırda “Sağ əlin arxa səthinin əzilib kəsilmiş yarası, İİ, İİİ, İV və V barmaqların açıcı vətərinin zədələnməsinin cərrahi əməliyyatla bərpasından sonrakı vəziyyət; İİ, İİİ, İV və V barmaqların açıcı-bükücü kontrakturası, barmaqların tutma qabiliyyətinin pozulması, bükmə defisiti 90°. Sağ said əzələlərinin cüzi atrofıyası. Sağ saidin yuxarı 1/3-nin en dairəsinin uzunluğu 23 sm, sağlam sol saidin həmin səviyyədə en dairəsinin uzunluğu 24 sm. İİ, İİİ, İV və V daraq-falanqa oynaqlarının açıcı kontrakturası; Əsas falanqaların bükmə defisiti, sağ əlin funksiyasının və əmək qabiliyyətinin pozulmasından əziyyət çəkir və zaman keçdikcə bərpa oluna bilən fuksional dəyişikliklərdir. Qeyd edilən xəsarətlər iti kənarlı alətin (alətlərin) təsirindən törənmiş, qərarda göstərilən vaxtda, yəni ”xx.xx.2022-ci il tarixdə yarana bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla (30%) əhəmiyyətli dərəcədə itirilməsinə səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. İddiaçı aşkar edilən patofunksional dəyişikliklər təcili cərrahi müdaxilə tələb etmir və reabilitasion müalicə metodları ilə aradan qaldırıla bilər. Bundan başqa, müəyyən olunur ki, "xxxx" ASC ilə "xxxx" Sığorta Şirkəti arasında AH000001435 saylı “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi” bağlanmışdır. Əmək Məcəlləsinin 239-cu maddəsinin 5-ci bəndinə əsasən, bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Təqdim edilmiş və iş materiallarına əlavə edilmiş "xxxx" Sığorta Şirkəti ilə bağlanmış (İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından) «İcbari sığorta müqaviləsi»nin illik qoşmasına AH **********/3 Əlavədən görünür ki, "xxxx" Şirkəti Açıq Səhmdar Cəmiyyəti ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx/xx/2022-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından «icbari sığorta müqaviləsinə əsasən həmin Əlavənin 9-cu sırasında İddiaçı adı qeyd edilmişdir. Bundan başqa, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci bəndinə əsasən sığorta hadisəsi müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və istehsalatda bədbəxt hadisə haqqında akt əsasında müəyyən olunur. İşin hallarından görünür ki, istehsalatda bədbəxt hadisə haqqında akt tərtib olunmuşdur. Lakin həmin Qanunun 2.0.12-ci bəndinə əsasən, sığorta hadisəsi icbari sığorta müqaviləsinin qüvvədə olduğu dövr ərzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi, yaxud ölümü ilə əlaqədar bu Qanuna görə sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal başa düşülür. İddiaçı Ü.l.Əsgərovanın peşə əmək qabiliyyətinin itirilməsi faktı, əmək qabiliyyətinin itirilmə dərəcəsi müəyyən edilməmişdir. İddiaçının istinad etdiyi hadisə sığorta hadisəsi sayılmamışdır, bu baxımdan sığortaçının sığorta ödənişini vermək öhdəliyi də yaranmamışdır. Ona görə də Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən "xxxx" Sığorta Şirkəti hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina etmişdir. Hər bir halda, bu hissədə iddiaçının tələbi üzrə cavabdeh ASC məsuliyyət daşımır. Bundan başqa, iddiaçı tələbində onun 2-ci və 3-cü barmaqlarının açıcı vətərlərinin, sağ biləyinin mil açıcılarının zədələnməsi nəticəsində demək olar ki, sağ əlini işlədə bilmədiyini, həmin xəsarətin müalicəsinə maddi vəsait tələb olunduğunu da qeyd etmişdir. Cavabdeh tərəfin bildirdiyinə görə, İddiaçı müalicəsinin tam olaraq aparılması üçün ASC tərəfindən ~1500 (bir min beş yüz) manat və ona son 6 ayda ASC-yə təqdim etdiyi xəstəlik vərəqələrinə əsasən -536.07 (beş yüz otuz altı tam, 07) manat, eyni zamanda 276.50 (iki yüz yetmiş altı tam, 50) manat əmək haqqı kart hesabına köçürütməklə 297 (iki yüz doxsan yeddi) manat "GROSS" mükafat məbləği təyin edilərək ödənilmişdir. Beləliklə, İddiaçı ümumilikdə 2312.57 (iki min üç yüz on iki tam, 57) manat pul verilmişdir. Təqdim edilmiş əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə xəstəlik vərəqələrinə görə, İddiaçı olan ödənişlərlə və digər xərclərə dair iddiaçı hər-hansı etiraz bildirməmişdir. İddiaçı xəsarət alması ilə əlaqədar ona vurulmuş ziyanla bağlı müalicəyə çəkilən xərcləri (pulsuz müalicənin mümkün olmadığı halda) barədə hər-hansı sübut təqdim etməmişdir. İddiaçı bu halı sübuta yetirə bilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçının tələbi əsassız olduğundan təmin edilməməlidir. Beləliklə, Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası,
qətetdi:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(022)-824/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.