Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1062/2024 20.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X6 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X3 ibarət məhkəmə tərkibində, X10 oğlunun katibliyi, İddiaçı, onun nümayəndələri Vəkil və X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Balharı çayının sahil zolağında ümumi istifadədə olan yol və ümumi istifadədə olan su arxından istifadəyə mane olan qanunsuz hərəkətələrin qarşısının alınması tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(022)-21/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək Balharı çayının sahil zolağında ümumi istifadədə olan yol və ümumi istifadədə olan su arxından istifadəyə mane olan qanunsuz hərəkətələrin qarşısının alınmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-21/2024 saylı qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddia rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pulun İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X8 ilə nikahda olmaqla 5 nəfər uşaqları ilə birlikdə 7 nəfərdən ibarət ailə üzvləri ilə Biləsuvar rayonu Yuxarı Ağalı kəndində yaşayır. Ailə kəndli təsərrüfatı kimi həyətyanı torpaq sahələri, mal-qaraları, bağları, əkin yerləri və mal-qaranın saxlanılması üçün tövlə və digər yardımçı tikililəri vardır. Biləsuvar Rayon Aqrar İslahat Komisyasının 06 noyabr 1997-ci il tarixli 29 saylı qərarı ilə ailələrinə 0,37 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair JN-119 A KOD 80800038 saylı şəhadətnamə 20 iyun 2003-cü ildə tərtib edilmişdir. Onlar təsərrüfatlarını həmin şəhadətnamə əsasında qurmaqla qonşuluq hüquq münasibətlərinə tələb olunan qaydada əməl etmişlər. Lakin onlarla qonşu olan Cavabdeh heç bir əsas və hüququ olmadan Azərbaycan Respublikasının Mülki, Su və Torpaq Məcəllələrinin tələblərini aşkar surətdə pozmuşdur. Belə ki, onlara verilmiş həyətyanı torpaq sahəsi Balharı çayının mühafizə zolağı ilə həmsərhəddir. Kənd içərisində “çayüstü” deyilən həmin yoldan bütün kənd camaatı kimi onlar da 2016-cı ilə kimi sərbəst şəkildə istifadə etmişlər. Həyətyanı sahənin şumlanması, mal-qaraya yem gətirilməsi üçün traktor və maşınlar həmin yolla həyətyanı təsərrüfatlarına daxil olmuş və maneəsiz hərəkət etmişlər. Bütün qeyd etdiyi kənd təsərrüfatı tikililəri yaşayış evinin arxa hissəsindədir. Kənd daxili küçə yolundan həyətlərinə giriş yolu vardır və oradan ümumi istifadədə olan kənd daxili su arxı keçir. Qonşusu Cavabdehlə mübahisə də məhz qeyd etdiyi “çayüstü” yol və sudan istifadə ilə bağlıdır. Onlara məxsus həyətyanı torpaq sahəsinə gəlmək və oranı şumlamaq, malqaraya yem gətirmək və saxlamaq, əkin-biçin aparılması üçün yeganə əlverişli kənd camaatının istifadə etdiyi yol Balharı çayının sahili ilə salınmış yoldur ki, o da qonşusu Cavabdeh tərəfindən ona heç bir aidiyyəti olmadan tutulmuş, kənd təsərrüfatı texnikasının (maşın, traktor və malqaranın) daxil olmasını mümkünsüz etmişdir. Yol olmadığından həyətyanı sahəni şumlamaq, mal-qara saxlamaq, əkin-biçin aparmaq mümkünsüz olmuşdur. Əkilmiş ağaclar qurumuş və qurumaqdadır. Halbuki, “çayüstü” deyilən yol Balharı çayının sahil zolağındadır və Biləsuvar Rayon Mexaniki Suvarma Sistemləri idarəsinin balansındadır. Balharı çayı öz hüquqi rejiminə görə quru çaylar sırasına daxildir. Məlum olduğu kimi strateji obyekt olan magistral təsərüfatlararası və təsərrüfatdaxili çaylar, kanallar və kollektorların mühafizə zolaqlarından istifadə qaydaları və rejimləri qanunla tənzimlənir. Mühafizə zolaqları altında olan torpaq ümumi istifadədə olduğu üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Xİİ fəsli və 54-çü maddəsində göstərilən servitutlar əsasında ya vətəndaşlar (qonşular) özləri, ya da məhkəmə qaydasında müəyyən olunur. Lakin Cavabdeh Balharı çayının Yuxarı Ağalı kənd ərazisindən keçən hissəsində ümumi istifadədə olan və çayın mühafizə zolağında olan onların həyətyanı təsərrüfatı ilə həmsərhəd hissəsinə gələn yolu qanunsuz olaraq zəbt etmişdir. Nəticədə həyətyanı sahəyə giriş və çıxışa qəti şəkildə mane olmuşdur. Buna görə də, öz təsərrüfatlarında maşın-mexanizmlərin işləməsi üçün çayın mühafizə zolağında olan yoldan istifadə edə bilmirlər. Cavabdeh qanunsuz hərəkətləri nəticəsində su arxindan istifadə edə bilmirlər. Belə ki, digər qonşular sudan istifadə etdiklərik halda, onlar istifadə edərkən cuyun qarşısını kəşir. Cavabdeh Mülki Məcəllənin 170, 171.1-ci maddələrinin tələblərini aşkar surətdə pozmuşdur. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ailəsi ilə birlikdə Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində yaşayan iddiaçının kəndli təsərrüfatı kimi həyətyanı torpaq sahəsi, mal-qarası, bağı, əkin yeri və mal qaranın saxlanılması üçün tövlə və digər yardımçı tikililəri vardır. Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 saylı qərarı ilə ailəyə 0,37 ha torpaq sahəsi verilmişdir. Torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-119 A KOD 80800038 saylı şəhadətnamə 20 iyun 2003-cü ildə tərtib edilmişdir. İddiaçı ailə təsərrüfatını həmin şəhadətnamə əsasında qurmaqla qonşuluq hüquq münasibətlərinə tələb olunan qaydada əməl etmişdir. Lakin qonşu Cavabdeh heç bir əsas və hüququ olmadan Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Azərbaycan Respublikası Su və Torpaq Məcəllələrinin tələblərini aşkar surətdə pozmuşdur. Belə ki, iddiaçının həyətyanı torpaq sahəsi Balharı çayının mühafizə zolağı ilə həmsərhəddir. Kənd iiçərisində “çayüstü” deyilən həmin yoldan bütün kənd camaatı kimi iddiaçı da 2016-cı ilə kimi sərbəst şəkildə istifadə etmişdir. Həyətyanı sahənin şumlanması, mal-qaraya yem gətirilməsi üçün traktor və maşınlar həmin yolla həyətyanı təsərrüfata daxil olmuş və maneəsiz hərəkət etmişlər. Qeyd edilən kənd təsərrüfatı tikililəri iddiaçının yaşadığı evin arxa hissəsindədir. Kənddaxili küçə yolundan həyətə giriş yolu vardır və oradan ümumi istifadədə olan kənddaxili su arxı keçir. Qonşu Cavabdehlə mübahisə də məhz qeyd edilən “çayüstü” yol və sudan istifadə ilə bağlıdır. 2016-cı ildən bu günə kimi yerli icra hakimiyyəti orqanları bu mübahisəni həll etmirlər. Halbuki, həmin həyətyanı torpaq sahəsinə gəlmək və oranı şumlamaq, mal-qaraya yem gətirmək və saxlamaq, əkin-biçin aparılması üçün yeganə əlverişli, kənd camaatının istifadə etdiyi yol Balharı çayının sahili ilə salınmış yoldur ki, o da qonşu Cavabdeh tərəfindən ona heç bir aidiyyəti olmadan tutulmuş, kənd təsərrüfatı texnikasının (maşın, traktor və mal-qaranın) daxil olmasını mümkünsüz etmişdir. Yol olmadığından həyətyanı sahəni şumlamaq, mal-qara saxlamaq, əkin-biçin aparmaq mümkünsüz olmuşdur. Əkilmiş ağaclar qurumaqdadır. Halbuki, “çayüstü” deyilən yol Balharı çayının sahil zolağındadır və Biləsuvar Rayon Mexaniki Suvarma sistemləri idarəsinin balansındadır. Balharı çay öz hüquqi rejiminə görə quru çaylar sırasına daxildir. Mühafizə zolaqları altında olan torpaq ümumi istifadədə olduğu üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin Xİİ fəsli və 54-çü namaddəsində göstərilən servitutlar əsasında ya vətəndaşlar (qonşular) özləri, ya da məhkəmə qaydasında müəyyən olunur. Balharı çayının Yuxarı Ağalı kənd ərazisindən keçən hissəsində ümumi istifadədə olan və çayın mühafizə zolağında yerləşən yoldan digər qonşular heç bir maneə olmadan istifadə edirlər və bu istifadə ümumi qaydada adətə çevrilmişdir. Lakin Cavabdeh sıra ardıcıllığı baxmından iddiaçıdan qabaqda, əvvəldə olduğundan özünə kimi istifadə edilən yolu bağlayaraq şəxsi, ailə, qohumluq münasibətlərindən irəli gələn mübahisəyə görə iddiaçının ümumi istifadədə olan yoldan istifadə etməsinə imkan vermir, yəni yolu qanunsuz zəbt etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirmişdir ki, su arxı ilə bağlı mübahisə aradan qalxıb. 2016-cı ilə qədər mübahisəli yoldan iddiaçı istifadə edib. İndi də istifadə etmək istəyir. Çünki, sahəsinə daha yaxındır. Mövsümü işlərin gəlməsi üçün texnikanın gəlməsinə zərurət var. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2014-cü ildən cavabdeh qabaqlarını kəsib və heç bir yerdən sahəyə yol yoxdur. Əsas yolun sahə ilə əlaqəsi yoxdur. Bütün xətlər - internet, kommunal əsas yoldan gəlir. Traktor əsas yoldan ot bağlaması gətirə bilmir. Cavabdeh onları təhqir edir. İddiaçı nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, yol açılsın və camaat ordan istifadə etsin. Ərazidən keçən kanalı onlar düzəldəcəklər. Başqa qonşular suvarma aparır. Onlar suvarma aparanda kəsilir. Aralarından ailəvi səbəblərdən münasibətlər pisləşmişdiyi deyə belə hərəkətlər edirlər. Cavabdeh isə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının və onun nümayəndələrinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-21/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarında AZE seriyalı № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Biləsuvar rayonu Günəşli kəndində qeydiyyatdadır. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-119A kod 80800038 saylı Şəhadətnamənin surətindən görünür ki, Biləsuvar rayonu Yuxarı Ağalıkənd kənd sakini X5 və ailə üzvlərinə Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 06 noyabr 1997-ci il tarixli 29 saylı qərarı ilə 0,37 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Aərbacan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 fevral 2024-cü il tarixli 3-16-16/2-10/579 saylı ekspert rəyində göstərilmişdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-44/2-5339/2023 saylı mütəxəssis rəyinə əsasən Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindən keçən Balharı çayının şimal istiqamətində ümumi istifadə üçün gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Nəzərdə tutulmuş gediş-gəliş yolunun naturada yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında öz əksini tapmışdır. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yoluna Cavabdeh tərəfindən heç bir maneçilik yoxdur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə avtomobil şose yolundan gələn gediş-gəliş yolu mövcuddur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə gedən ümumi istifadədə olan su arxı mövcuddur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyani torpaq sahəsinə gedən ümumi istifadədə olan su arxına Cavabdeh tərəfindən heç bir maneəçilik yoxdur. Sözügedən su arxının naturada yerləşmə vəziyyəti mütəxəssis rəyinə əlavə olunmuş yerquruluşu planında göstərilmişdir. MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 3-cü bəndində göstərilmişdir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (TM) 5-ci maddəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. TM-in 47-ci maddəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin - küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. TM-in 48-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. TM-in 49-cu maddəsinə görə hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ – torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. TM-in 65.1-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. TM-in 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 111-ci maddəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. TM-in 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 2 nömrəli Qərarının 3-cü bəndinə görə torpaq sahəsi ilə bağlı mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssislərinin iştirakı təmin edilməklə, mübahisəli torpaq sahəsinə dair mövcud hüquqmüəyyənedici sənədlər üzrə baxış həyata keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı İldir qızının həyətyanı torpaq sahəsinə Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisindən keçən Balharı çayının şimal istiqamətində ümumi istifadə üçün gediş-gəliş yolu nəzərdə tutulmuşdur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə gedən gediş-gəliş yoluna Cavabdeh tərəfindən heç bir maneçilik yoxdur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyanı torpaq sahəsinə avtomobil şose yolundan gələn gedişgəliş yolu mövcuddur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyani torpaq sahəsinə gedən ümumi istifadədə olan su arxı mövcuddur. İddiaçı İldir qızının faktiki istifadəsində olan həyətyani torpaq sahəsinə gedən ümumi istifadədə olan su arxına Cavabdeh tərəfindən heç bir maneəçilik yoxdur. Hazırda iddiaçı izahatlarında da qeyd etdiyi kimi onlara gələn əsas yolun açıq olduğunu, sadəcə orada internet, kommunal xətlər səbəbindən müxtəlif maneələr ucbatından digər – daha yaxın hesab etdiyi yolun aşılmasını istəyirlər. İddiaçı tərəf həyətyanı torpaq sahəsində işlərin görülməsi üçün (şumlamaq, malqaraya yem gətirmək və saxlamaq, əkin-biçin aparılması və s.) əlverişli yol hesab etdikləri üçün hazırkı tələbi irəli sürmüşlər. Ancaq onlar göstərildiyi kimi əsas yoldan hər hansı maneənin aradan qaldırılması üçün müraciət etməmişlər. Qeyd edilməlidir ki, MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı imzalanmış və həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Göründüyü kimi, adıçəkilən Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS) və AZCAD-a inteqrasiya edilmişdir. Bu baxımdan, diqqətə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmçinin MPM-in 97.1-ci maddəsinin tələbinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Beləcə, hazırkı iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyi ilə müəyyən edilmiş hallar digər mötəbər sübutlarla da təsdiq olunur. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(022)-21/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14, 76, 89, 217, 372, 384, 385, 392-393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli 2(022)-21/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1062/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1062/2024
20.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver