Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1070/2023 11.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Zaur Mirzağa oğlu Allahyarovdan ibarət tərkibdə, katib X2 iştirakı ilə, Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Cavabdeh2 mülkiyyətində olan "Opel Combo-C” minik markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 etibarnamə olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş, hadisə nəticəsində X4 ölmüşdür. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Cavabdeh1 Azərbaycan Respubikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, 2 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin iş üzrə iddiaçı tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmış, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. İddiaçı iddia ilə məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində arvadı X1 ölümü ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurulmuş ziyanı tələb etmişdir. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 18.000 manat dəfnə görə, 10.000 manat başdaşı xərci olmaqla, ümumilikdə 28.000 manat maddi ziyanın, hadisə ilə bağlı psixoloji vəziyyətinin ağırlaşması nəticəsində vurulmuş 50.000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 78.000 manat məbləğdə pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-2040/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia qismən təmin edilərək, maddi ziyana görə 7.000 manat, mənəvi ziyana görə 2.000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manatın Cavabdeh1 tutulub iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə və Cavabdeh2 münasibətdə təmin edilməmişdir. İşə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında baxılmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Kərimov, T.Heydərov və Z.Zeynalov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşə iddiaçının kassasiya şikayəti əsasında baxılmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin (hakimlər V.Məmmədov, Z.Babayev, A.Abbasov) 17 aprel 2023-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1950/2022 nömrəli iş üzrə 16 noyabr 2022-ci il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilmiş, iş həmin hissədə yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Ali Məhkəmə tərəfindən ləğv edilən hissədə yenidən baxılarkən, iddiaçı məhkəməyə ərizə göndərərək, Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(09)-2040/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. İddiaçı və cavabdehlər apellyasiya baxışında iştirak etməmişlər. İddiaçı məhkəməyə ərizə göndərərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-2040/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini, apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin ona aydın olduğunu bildirmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-in 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətindən imtinasını, iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, mübahisələndirilən hissədə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunun mənasına görə, digər qərardadlardan kassasiya şikayəti verilmir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: İddiaçı apellyasiya şikayətindən imtinası qəbul edilsin. Lənkəran Rayon Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli, 2(049)-2040/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata mübahisələndirilən hissədə xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Zaur Allahyarov
Məhkəmə qərarları › İş №2(106)-1070/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1070/2023
11.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver