Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1071/2025 25.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X1 ibarət məhkəmə tərkibində, Lerik Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(048)-78/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Lerik rayonu Orand kənd tam orta Məktəbinin direktoru Cavabdeh (Maraqlı şəxs qismində qeyd edilən) qarşı “dərs bölgüsünün qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lerik rayon Orand kənd tam orta məktəbinin direktoru Cavabdeh 2021-2022-ci, 2022-2023-cü və 2023-2024-cü tədris illərində Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli, 103 nömrəli qərarının 6.2-ci bəndini düzgün icra etməyərək qeyri-ixtisas müəllimləri olan yaxın qohumlarının xeyrinə qanunsuz dərs bölgüsü apardığı üçün əvəzçiliklə dərsləri qeyri-ixtisas müəllimləri olan yaxın qohumlarına verdiyinə görə və etdiyi çoxnömrəli müraciətlərə baxmayaraq Regional Təhsil İdarəsi bu qanun pozuntularının qarşısını almaqdansa, onları qəbul edib və təsdiq edərək övladının keyfiyyətli təhsil alma hüququnu pozduğu üçün 2021-2022-ci, 2022-2023-cü və 2023-2024-cü tədris illərində apardığı dərs bölgüsünün qanunsuz hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(048)-78/2025 nömrəli qətnaməsi ilə İddiaçı cavabdeh Lerik rayonu Orand kənd tam orta Məktəbinin direktoru Cavabdeh (Maraqlı şəxs qismində qeyd edilən) qarşı “dərs bölgüsünün qanunsuz hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Lerik Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(048)-78/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 aprel 2025-ci il tarixli, 2(106)-760/2025 nömrəli qərardadı ilə Lerik Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(048)-78/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə аpellyаsiyаnın qeyri-mümkün hesаb edilməsi, mülki işin Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməsi üçün Lerik Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. Lerik Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(048)-78/2025 nömrəli qərardadı ilə Lerik Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(048)-78/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda İddiaçı şikayətlə məhkəməyə müraciət edərək Lerik Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(048)-78/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(048)-78/2025 nömrəli (Hakim: Yusif Zeynalov) qərardadı ilə Lerik Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(048)- 78/2025 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və şikayətin baxılması üçün 2(048)-78/2025 nömrəli mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 397.1-ci maddəsinə əsasən bu məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir; 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsinin qərardadının tədqiqindən müəyyən edilir ki, iddiaçı tərəfindən apellyasiya şikayəti verilərkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər apellyasiya şikayətinə əlavə edilməmiş, hazırki apellyasiya şikayətinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasında iddiaçının dövlət rüsumunun ödənilməsindən azad olması (öz hüquqlarının müdafiəsi barədə ərizələr üzrə - yetkinlik yaşına çatmayanlar) qeyd edilmişdir. Məhkəmə apellyasiya şikayətini və mülki iş materiallarını nəzərdən keçirib hesab etmişdir ki, Lerik Rayon Məhkəməsinin 04 mart 2025-ci il tarixli, 2(048)-78/2025 nömrəli qətnaməsindən iddiaçı apellyasiya şikayəti verərkən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəmədiyindən apellyasiya şikayəti onu verən şəxsə geri qaytarılmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilməlidir; 8.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; 363.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı apellyasiya şikayətinin verilməsinə görə 50 manat məbləğində dövlət rüsumu ödəməli olsa da, ümumiyyətlə, hər hansı məbləğdə dövlət rüsumu ödəməmişdir. Belə olan halda isə birinci instansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Ona görə də, kollegiya hesab edir ki, iddiaçının şikayətində göstərdiyi hallar Lerik Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(048)-78/2025 nömrəli qərardadının ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə yekun dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayətinin geri qaytarılması qənaətinə gələrkən prosessual normaları düzgün tətbiq və təfsir etdiyindən şikayət təmin edilməməli, gəlinən nəticə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir; 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 365, 397,398, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Lerik Rayon Məhkəməsinin 26 may 2025-ci il tarixli, 2(048)-78/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1071/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1071/2025
25.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver