Məhkəmə qərarları › İş №2(106)-1078/2025

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1078/2025

15.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1078/2025 15.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsədov (sədrlik edən və məruzəçi), X2 və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Dəmirov Zaur Nəsir oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Kürdəmir Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı (İB-nin) Cavabdeh Kamil oğluna qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı İB Cavabdeh Kamil oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent Cavabdeh Kamil oğlundan 8913 manat əsas borcun, 110 manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Kamil oğlunun mənzilində istifadə etdiyi təbii qaza görə Kürdəmir Xidmət sahəsinə 9966.49 manat debitor borcu yaranmışdır. Həmin borcdan 1053.40 manat hissəsində Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(041)-1966/2021 saylı qətnaməsi vardır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1, 2.3.2 və 3.4 bəndlərinin tələblərinə əsasən istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və poçt şöbələri vasitəsi ilə tam ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Borclu Cavabdeh Kamil oğluna Kürdəmir Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Abonent Cavabdeh Kamil oğlu hər ay bildiriş almışdır. Cavabdeh Kamil oğlu borclu olduğu məbləğin yaranması **********00220 kodlu abonent saldosunda əks olunaraq əksini tapmışdır. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır Kürdəmir Rayon Məhkəməsinin (hakim R.Mehdiyev) 19 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Kamil oğlundan istifadə etdiyi təbii qaza görə yaranmış 2152.80 (iki min yüz əlli iki manat səksən qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 41.52 (qırx bir manat əlli iki qəpik) manat tutularaq İddiaçı İB- nin hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı İB apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı İB apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, İddiaçı iddia tələbinin tam təmin edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh Kamil oğlundan tutularaq İddiaçı İB-nin hesabına ödənilməsinə dair yeni qətnamə xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, xx.xx.2019-cu il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il,xx.xx.2023-cü il, xx.xx.2023-cü il,xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə ”Azəriqaz” İBnin əməkdaşları Cavabdeh Kamil oğluna məxsus Kürdəmir rayonu S.Şıxəliyev küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirən zaman abonentin təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişdir. Bunlarla bağlı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-yə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-də İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli tələbnamələr tərtib edilərək Cavabdeh Kamil oğlunun Kürdəmir XS-nin abonent bazasındakı **********00220 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Cavabdehin ünvanında qanunsuz sayğacdankənar əlavə qaz xəttindən istifadə faktlarına görə ümumilikdə 8961.60 (səkkiz min doqquz yüz altmış bir manat altmış qəpik) itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Cavabdeh Kamil oğlunun fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə faktları barəsində toplanılmış materiallar baxılması üçün aidiyyatı olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərini X1 Filalına göndərilmiş, 14 iyun 2024- cü il tarixli, MN ******* nömrəli Qərarla AğayevAydın Kamil oğlunun barəsində Azərbaycan Respublikasının İXM-nin 282.1-ci maddəsində nəzərdətutulmuş inzibatı xətanı törətdiyinə görə barəsində 100 (bir yüz) manat məbləğində cərimə növü tətbiq edilmişdir. İzahatlar Prosessual məsələlər Apellyasiya baxışında İddiaçı İB-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Kamil oğlu apellyasiya baxışında iştirak etməmişdir. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, apellyasiya baxışına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən məlumat verilmiş, lakin gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası işin hallarına dair məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı İB təbii qazdan istifadə nəticəsində hesablanmış borcun, qanunsuz qoşulmalar nəticəsində yaranmış və müvafiq aktlar əsasında yaranmış borcun tutulmasını tələb etmişdir. İddiaçı tələbini əsaslandırmaq üçün aşağıdakı sənədləri təqdim etmişdir: xx.xx.2024-cü il tarixli ******* saylı aktda abonentin mənzilində sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 3648 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə istehlakçı Cavabdeh Kamil oğlunun xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 76 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 3648 m3 əlavə sərfiyyat hesablanmış və abonent hesabına əlavə sərfiyyat yazılmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı aktda abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçı aktı imzalamamışdır. Hesablama nəticəsində 1968 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə istehlakçı Cavabdeh Kamil oğlunun xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 41 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 1968 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı aktda abonentin mənzilində sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçı aktı imzalamamışdır. Hesablama nəticəsində 2304 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə, istehlakçı Cavabdeh Kamil oğlunun xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 48 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2304 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı aktda abonentin mənzilində sayğacdan kənar qeyriqanuni rezin şlanq vasitəsilə təbii qazdan istifadə etməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçı aktı imzalamamışdır. Hesablama nəticəsində 2304 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə istehlakçı Cavabdeh Kamil oğlunun xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 48 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2304 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı aktda abonentin mənzilində sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçı aktı imzalamamışdır. Hesablama nəticəsində 14524 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə, istehlakçı Cavabdeh Kamil oğlunun xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 178 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 14524 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. xx.xx.2023-cü il tarixli ******* saylı akta görə abonentin mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçı aktı imzalamamışdır. Hesablama nəticəsində 2256 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə, istehlakçı Cavabdeh Kamil oğlunun xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 47 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 2256 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. xx.xx.2018-ci il tarixli ******* saylı akta görə abonentin mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 5832 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə görə, istehlakçı Cavabdeh Kamil oğlunun xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 180 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 5832 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. xx.xx.2018-ci il tarixli ******* saylı akta görə abonentin mənzilində sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etməsi, itirilmiş təbii qazın hesabatı dəymiş ziyanın hesablanması göstərilmişdir. İstehlakçı aktı imzalamaqdan imtina etmişdir. Hesablama nəticəsində 7750 m3 həcmində ziyan dəyməsi müəyyən olunmuşdur. xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Cavabdeh Kamil oğlunun xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında qaz sayğacına müdaxilə olunması ilə əlaqədar, 180 gün müddətində itirilmiş qazın bərpası üçün əlavə olaraq 7750 m3 əlavə sərfiyyat hesablanmış və iddiaçının abonent hesabına əlavə sərfiyyat yazılmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 Filialının xx.xx.2024-cü il tarixli, 3-15-2-9/2- 465/2024 nömrəli məktubu və ona əlavə edilmiş qərarın surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Ağayev X5 Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Ağayev X5 Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə inzibati tənbehetmə haqqında qərardan görünür ki, qanunsuz qoşulma yolu ilə təbii qazın talanması nəticəsində 802 manat ziyan vurmuşdur. Bundan başqa, müəyyən edilir ki, 2021-ci ildə Cavabdeh Kamil oğlundan debitor borcun və dəymiş ziyanın tutulması ilə bağlı mülki işə baxılmışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-1966/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh Kamil oğlundan təbii qazdan istifadə ilə bağlı yaranmış 1053,40 (bir min əlli üç manat 40 qəpik) manat debitor borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 15 (on beş) manat tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qərara alınmışdır. Hazırki iddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları bildirir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. İddiaçı hazırki tələbində müqavilə üzrə sayğacla hesablanmış borcu deyil, qanunsuz qoşulma ilə əlaqədar aktlar əsasında hesablanmış borcları tələb etmişdir. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxilində quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir. Qaydaların 6-cı bəndinə əsasən: 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.5-1. İstehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır: 6.5-1.1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü; 6.5-1.2. əvvəlki dövrün orta gündəlik qaz sərfi; 6.5-1.3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-3. İstehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 6.5-4. Qaz paylayıcısının işçisi bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 6.5-2-ci və 6.5-3-cü bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt qaz paylayıcısının işçisi və istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) tərəfindən imzalanmalıdır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən biri) izahat və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçının təqdim etdiyi sənədlərə görə cavabdeh tərəfindən mütəmadi olaraq qanunsuz qoşulma halları aşkar edilmiş, aktlar tərtib edilmiş, nəticədə onun 9966,49 manat borcu yaranmış, bir hissəsi tutulduqdan sonra 8913 manat borcu qalmışdır. Mahiyyətcə iddiaçı qanunsuz qoşulma nəticəsində vurulmuş ziyanı tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əssən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddianın təmin edilməsi və ya rədd edilməsi üçün ilkin olaraq delikt törədilibtörədilməməsi halı müəyyən edilməlidir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, iddiaçı müəssisəyə ziyanın vurulmasını, vurulmuş ziyanın miqdarını, ziyanın abonent (cavabdeh) tərəfindən vurulduğunu, onun qanunazidd hərəkətlərinin olmasını və bu hərəkətlərlə ziyan arasında səbəbli əlaqənin olmasını sübuta yetirmək iddiaçının üzərindədir. İşin hallarından görünür ki, iddiaçı 2018-ci ildə və 2023-2024-cü illərdə bir neçə aydan bir akt tərtib edilmiş və həmin aktlar üzrə borc hesablanmışdır. Halbuki, əvvəllər Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh Kamil oğlundan təbii qazdan istifadə ilə bağlı yaranmış borc 1053,40 (bir min əlli üç manat 40 qəpik) manat müəyyən edilmişdir. Həmin qətnamədən görünür ki, İddiaçı həmin iş üzrə 2859,83 manat borc tələb etmiş, məhkəmə həmin borcu qismən əsassız saymış, 1053,40 manat hissədə təmin etmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş, əvvəllər tələb edilən məbləğin yenidən cavabdehdən təkrarən tələb edilməsini yolverilməz hesab etmişdir. Bundan başqa, müəyyən edilir ki, hazırki halda qazpaylayıcı (iddiaçı) tərəfindən akt tərtib edilərkən və abonentə (cavabdehə) müvafiq günlər üzrə borc hesablanarkən “Qazdan istifadə Qaydaları”nın 6-cı bəndinin tələblərinə əməl edilməmiş, bu zaman qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) kimi hallar göstərilməmiş və nəzərə alınmamışdır. Təqdim edilmiş aktlar əsasında X7 Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında 76 gün ərzində 3648 m3 dəymiş ziyan, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 41 gün ərzində 1968 m3 dəymiş ziyan, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 48 gün ərzində 2304 m3 dəymiş ziyan, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 48 gün ərzində 2304 m3 dəymiş ziyan, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 178 gün ərzində 14524 m3 dəymiş ziyan, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 47 gün ərzində 2256 m3 dəymiş ziyan, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 180 gün ərzində 5232 m3 dəymiş ziyan, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 180 gün ərzində 7750 m3 dəymiş ziyan hesablanmışdır. Qanunvericilyin tələbinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Hazırki halda qanunsuz xəttin qazpaylayıcı şəbəkədən ayrılması, yaxud qazın verilməsinin dayandırılması müəyyən edilmir. Bundan başqa, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Müəyyən edilir ki, Ağayev X5 Xətalar Məcəlləsinin 282.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar çıxarılmış, sonuncu qanunsuz qoşulma yolu ilə təbii qazın talanması nəticəsində 802 manat ziyan vurduğu müəyyən edilmişdir. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurulması inzibati məsuliyyət, xeyli miqdarda və külli miqdarda ziyan vurulması isə cinayət məsuliyyəti yaradır. İddiaçı tələbində 9966,49 manat ziyan vurulduğunu, bunun bir hissəsinin ödənildiyini, 8913 manat borcun qaldığını qeyd etmişdir. Yəni iddiaçının bildirdiyinə görə qanunsuz qoşulmaqla talama nəticəsində az miqdardan daha artıq- xeyli miqdarda və külli miqdarda ziyan vurulduğu göstərilsə də cinayət işinin başlanması ilə bağlı məlumat təqdim edilməmişdir. Cavabdeh barəsində inzibati məsuliyyətə cəlb edilmə barədə qərada isə onun təbii qazın talanması nəticəsində 802 manat ziyan vurduğu müəyyən edilmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı apellyasiya şikayətini əsaslandıra bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmək və iddianı tam təmin etmək üçün əsas yoxdur. Beləliklə, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayətçiyə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392 və 404-1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı İB-nin apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli, 2(041)-227/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən qanunla müəyyən edilmiş qaydada və müddətdə kassasiya qaydasında şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar