Məhkəmə qərarları › İş №2(106)-1087/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1087/2024

03.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1087/2024 03.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(057)-848/2024 saylı qərardadından İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayətə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı nümayəndəsi Vəkil Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 140000 manat məbləğində pulun və 430 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(057)-848/2024 saylı (Hakim: Ənnağı Məmmədli) qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan İddiaçı vəkili və nümayəndəsi Vəkil şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 140000 manat məbləğində pulun və 430 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin e-2(057)-848/2024 saylı, 30 aprel 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin iş üzrə məhkəmə hazırlıq iclasında müəyyən olunmuşdur ki, Cavabdeh Salyan şəhəri, M.Dadaşov küçəsi, ev 22 ünvanında qeydiyyatda olsa da, hazırda ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Cavabdeh rəsmi olaraq 15 mart 2024-cü il tarixdən həmin ünvanda qeydiyyatdadır və odur ki, cavabdehin xahişinə və məhkəmənin bununla bağlı gəldiyi qənaətə əsasən məhkəmənin e-2(057)-848/2024 saylı qərardadı ilə mülki işi ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsi qərara almışdır. Hesab edir ki, mülki iş üzrə ərazi aidiyyəti ilə bağlı məhkəmənin gəldiyi nəticələr yanlışdır. Belə ki, mülkiprosessual qanunvericiliyinin əsas müddəalarından biri qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsidir. Nəzərə alınmalıdır ki, cavabdeh 15 mart 2024-cü il tarixdən yeni ünvanda rəsmi qeydə alınıb, iş üzrə iddia ərizəsi isə məhkəməyə 13 mart 2024-cü il tarixdə, yəni cavabdehin qeydiyyat ünvanı rəsmi olaraq ünvan 2indən öz növbəsində aidiyyət qaydalarına riayət edilməklə öz icraatına qəbul edilib. Odur ki, iş hazırda başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin, yəni Salyan Rayon Məhkəməsində həll edilməlidir. Odur ki, e-2(057)-848/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsi və cavabdehin vəsatətinin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 10 may 2024-cü il tarixli, 2(057)-848/2024 saylı qərardadı ilə, Salyan Rayon Məhkəməsinin e-2(057)-848/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 397.3-cü maddəsinəşikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini icraata qəbul edərək yekun hüquqi nəticəyə gələrkən prosessual hüquq normasının tələblərinə düzgün əməl etmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası hesab edir ki, gəlinmiş nəticələrin daha aydın və anlaşılan başa düşülməsi üçün birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə Sistemindən əldə edilmiş şəxsiyyəti təsdiq edən çıxarışdan görünür ki, Cavabdeh rəsmi olaraq 15 mart 2024-cü il tarixdən Bakı şəhəri, ünvan 3 ünvanında qeydiyyatdadır. Göründüyü kimi birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin qeydiyyatda olduğu ünvanı nəzərə alıb iddia ərizəsi üzrə mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini qərara almışdır. Həmçinin müəyyən edilir ki, iddia ərizəsi 15 mart 2024-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə Sistemi vasitəsi ilə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İddiaçının nümayəndəsi ərizənin həmin tarixdən əvvəl verildiyini qeyd etsə də bununla bağlı iş materiallarında hər hansı bir sübut mövcud deyil. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, iddiaçının nümayəndəsinin şikayətinin dəlilləri əsassız olmaqla Salyan Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(057)-848/2024 saylı qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də şikayətin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 44.2.2, 263, 264, 372, 398.0.1, 400 və 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(057)-848/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar