Məhkəmə qərarları › İş №2(106)-1090/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1090/2023

03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1090/2023 03.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə birinci instansiya məhkəməsində baxılarkən, İddiaçı işə baxılmasını istəmədiyini, cavabdehlə razılaşdığına görə iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İddiaçı bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Cavabdehqulu oğlu məhkəmə iclasında iddiaçı ilə razılaşdığını, işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 30 sentyabr 2022-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hazırda İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinin tələblərinə uyğun olaraq işə məhkəmədən yenidən baxılmasının təmin edilməsini xahiş etmişdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdehlə aralarında razılaşma olduğuna görə iş baxılmamış saxlanılmışdır. Lakin cavabdeh razılaşmaya əməl etməmişdir. Beyləqan Rayon Məhkəməsinin (hakim R.Nurullayev) 30 mart 2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan İddiaçı şikayət vermiş, şikayətində Beyləqan Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadının ləğv edilərək, iddianın təzələnərək işə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə məhkəmə baxışında razılığa gəlmişlər və cavabdeh 2023-cü ilin axırına qədər onun avtomaşınını tam təmir etdirəcəyinə söz versə də, sözünə əməl etməmişdir. Hesab edir ki, işə mahiyyət üzrə baxılmalıdır. Beyləqan Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında işə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və dinlənilmək üçün tərəflər çağırılmadan apellyasiya qaydasında baxılacağı barədə müvafiq bildiriş göndərilmiş, 24 iyun 2023-cü il tarixə qədər şikayətə qarşı əsaslandırılmış yazılı etiraz və vəsatətin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərmək hüququnun olduğu bildirilmişdir. Müəyyən edilmiş müddət ərzində şikayətə qarşı yazılı etiraz və ya vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə Kollegiyası şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Hazırkı iş üzrə məhkəmə Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsini baxılmamış saxlamışdır. Belə halda iddiaçı iş üzrə icraatın təzələnməsini tələb etməkdə haqlı olmamışdır. Belə halda maraqlı şəxs ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Beləliklə, şikayət əsassızdır. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraldı: Şikayət təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, 2(020)-46/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar