Məhkəmə qərarları › İş №2(106)-1118/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1118/2023

03.07.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1118/2023 03.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və X2 ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin (hakim M.Bayramov) 21 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər İ.Əsədov, S.Mayılov, T.Heydərov) 14 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin 361-ci maddəsinin tələblərinə riayət edilməklə verilmədiyindən, o cümlədən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və miqdarda dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmədiyindən qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Kürdəmir Rayon Məhkəməsinə qaytarılmışdır. Kürdəmir Rayon Məhkəməsinin 30 may 2023-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı yenidən apellyasiya şikayətini birinci instansiya məhkəməsinə təqdim etmiş, Kürdəmir Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərardadına əsasən iddiaçının apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qeyrimümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin MPM-in) 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Müəyyən edilir ki, iddiaçının apellyasiya şikayəti Azərbaycan Respublikasının MPM-nin 361.1-ci maddəsinin tələblərinə əməl edilmədən verildiyinə görə geri qaytarılsa da, iddiaçının köhnə- 19 may 2023-cü ildə imzalanmış və 22 may 2023-cü il tarixdə məhkəməyə təqdim edilmiş apellyasiya şikayəti mülki işlə birlikdə yenidən Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bu hal ona dəlalət edir ki, apellyasiya şikayəti qaytarıldıqdan sonra iddiaçı qərardadda göstərilən nöqsanları nəzərə almamışdır. Məhkəmə isə bu hala diqqət yetirmədən əvvəlki apellyasiya şikayətini yenidən məhkəməyə təqdim etmişdir. Beləliklə, Kollegiya hesab edir ki, Kürdəmir Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Kürdəmir Rayon Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 366.2, 366.3, 366.4 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qəraraaldı: Kürdəmir Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki iş Kürdəmir Rayon Məhkəməsinə qaytarılsın. X1 Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına 10 gün müddətində kassasiya şikayəti vermək olar. Sədrlik edən İlham Əsədov Hakimlər: Samir Mayılov Pərviz Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar