Məhkəmə qərarları › İş №2(106)-1130/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1130/2024

08.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1130/2024 08.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), X2 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, İddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsinin Cavabdeh qarşı «zəbt olunmuş ümumi gediş-gəliş yolunun zəbtdən azad edilməsi və həmin yolun açılması» tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin 2(049)-1693/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayətinə 08 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Lənkəran rayon Vilvan Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi Vilvan Bələdiyyəsinin nəzarətində olan ümumi istifadədə olmaqla gedişgəliş üçün nəzərdə tutulmuş yolun zəbtdən azad edilməsi və həmin gediş-gəliş yolunun boşadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1693/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsi (Hakim: Rəşad Məmmədov) ilə, iddianın təmin edilməsi, iddiaçı Lənkəran rayonu, Vilvan bələdiyyəsinin gediş-gəliş yolu kimi iddia etdiyi 0,015 ha torpaq sahəsinin Cavabdeh qanunsuz istifadəsindən azad edilməsi və həmin gediş gəliş yolu hesab edilən torpaq sahəsinin boşaldılması qət edilmişdir. Qətnamədən narazı qalan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfindən apelyasiya şikayəti verilmişdir. Mülki iş materialları 04 iyun 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1130/2024 saylı nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 07 iyun 2024-cü il tarixə təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1130/2024 saylı, 07 iyun 2024-cü il tarixli qərardadı ilə, mülki iş üzrə məhkəmə baxışı 08 iyul 2024-cü il tarixə təyin edilmişdir. İşin apelyasiya baxışı zamanı Lənkəran Rayon Məhkəməsini tərəfindən göndərilmiş 05 iyul 2024-cü il tarixli məktubdan görünür ki, hazırkı iş üzrə Cavabdeh tərəfindən Lənkəran Rayon Məhkəməsinin 2(049)-1693/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilmiş, texniki səhvlik ucbatından apelyasiya şikayəti iş materiallarına əlavə edilməmişdir. Odur ki, MPM-nin tələblərinin yerinə yetirilməsi üçün mülki iş materiallarının Lənkəran Rayon Məhkəməsinə geri qaytarılması xahiş olunur. Kollegiya qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh tərəfindən verilmiş şikayətlə əlaqədar MPM-nin tələblərinin yerinə yetirilməsi üçün, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)1130/2024 saylı, 07 iyun 2024-cü il tarixli apelyasiya şikayətinin mümkün hesab edilməsi barədə qərardadı ləğv edilməklə iş materialları apelyasiya baxışından çıxarılmaqla Lənkəran Rayon Məhkəməsinin qaytarılmalıdır. MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin; 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarındankassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarındankassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 384.0.6, 400, 402.2-402.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası; QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin mümkün hesab olunaraq, icraata qəbul edilməsi və məhkəmə baxışına təyin edilməsi barədə 2(106)1130/2024 saylı, 07 iyun 2024-cü il tarixli qərardadı ləğv edilsin. Lənkəran Rayon Məhkəməsinin 2(049)-1693/2023 saylı, 15 avqust 2023-cü il tarixli qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki iş Lənkəran Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar