Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1165/2023 12.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Pərviz Tərlan oğlu (sədrlik edən və məruzəçi), İmanov Cahid Fehruz oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət məhkəmə tərkibində, Cəlilabad Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(073)-573/2022 saylı qərardadından iş üzrə Cavabdeh14 nümayəndəsi vəkil Hacızadə Novruz Xudadat oğlu tərəfindən verilmiş şikayətə baxaraq MÜƏYYƏNETDİ: Cəlilabad Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(073)-573/2022 saylı qətnaməsi ilə (hakim Elxan Əmirəliyev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh14, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Quliyev Zeynalabidin Nüsrət oğlunun, Cavabdeh5, Cavabdeh6 Zeynalabidin oğlunun, Cavabdeh7 Bülbül oğlunun, Cavabdeh8, Cavabdeh9 Zeynalabidin oğlunun, Cavabdeh10 Zeynalabidin qızının, Cavabdeh11 Zeynalabidin qızının və Quliyev Bülbül Rəcəb oğlunun Daşınmaz Əmlakın Dövlət Reyestrində 16 nömrəli reyestr kitabının 35 nömrəli vərəqində qeydiyyata alınan Seriya RX ******* nömrəli çıxarışa əsasən Cəlilabad şəhəri Təbriz küçəsində yerləşən 73 saylı fərdi yaşayış evindən əmlakın keçmiş mülkiyyətçisi Cavabdeh14 və digər şəxslər tərəfindən onların mülkiyyət hüquqlarının pozulmasına yönəldilmiş hərəkətlərinə son qoyularaq istifadə hüquqlarına xitam verilməsi, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh14 nümayəndəsi vəkil Hacızadə Novruz Xudadat oğlu apellyasiya şikayəti vermiş və Cəlilabad Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(073)-573/2022 saylı qətnaməsinin ləğv olunmasını və iddianın rədd olunması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(073)-573/2022 saylı qərardadı ilə (hakim Elxan Əmirəliyev) Cəlilabad Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(073)-573/2022 saylı qətnaməsindən Cavabdeh14 nümayəndəsi vəkil Hacızadə Novruz Xudadat oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun deyildir. Belə ki, cavabdehin nümayəndəsi məhkəmə aktını hansı hissədə mübahisələndirdiyini, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasları, istinad etdiyi konkret fakt və halları, habelə onları təsdiq edən sübutları (mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənəd və sair), iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərə münasibət bildirməmiş, məhkəmə tərəfindən qəbul olunmuş qətnamənin ləğv edilməsi üçün əsas olan hansı maddi və prosessual hüquq normalarının pozulması, yaxud iddia tələbinə hüquqi əsas kimi hansı maddi hüquq normasının tətbiq edilməli olduğu halda tətbiq edilməməsini, prosessual hüquq normalarının pozulmasının nədən ibarət olmasını göstərmədən yalnız apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(073)-573/2022 saylı qərardadından Cavabdeh14 nümayəndəsi vəkil Hacızadə Novruz Xudadat oğlu şikayət vermiş və qərardadın ləğv edilərək apellyasiya şikayətinə baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Nümayəndə Hacızadə Novruz Xudadat oğlu şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş forma və məzmuna riayət etmişdir. Məhkəmənin istinad etdiyi hallar və gəldiyi nəticə isə əsassızdır. Cəlilabad Rayon Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2(073)-573/2022 saylı qərardadı ilə Cavabdeh14 nümayəndəsi vəkil Hacızadə Novruz Xudadat oğlunun Cəlilabad Rayon Məhkəməsinin 2(073)-573/2022 saylı 25 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilməmiş və şikayətin mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2023-cü il tarixli 2(106)-555/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və Cəlilabad Rayon Məhkəməsinin 25 oktyabr 2022ci il tarixli 2(073)-573/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh14 nümayəndəsi vəkil Hacızadə Novruz Xudadat oğlu 11 aprel 2023-cü il tarixdə Cəlilabad Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(073)-573/2022 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş, Cəlilabad Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(073)-573/2022 saylı qərardadı ilə apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsində nəzərdə tutulmuş tələblərə riayət edilmədən verildiyindən geri qaytarılmışdır. Cəlilabad Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(073)-573/2022 saylı qərardadı ilə razılaşmayan Cavabdeh14 nümayəndəsi vəkil Hacızadə Novruz Xudadat oğlu Cəlilabad Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(073)-573/2022 saylı saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilərək işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 02 aprel 2023-cü il tarixli 2(073)-573/2022 saylı qərardadından verilən şikayət həmin məhkəmənin 02 iyun 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, Cavabdeh14 Mahdud oğlunun nümayəndəsi vəkil Hacızadə Novruz Xudadat oğlunun şikayəti təmin edilməməli, Cəlilabad Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(073)-573/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 5.1-ci maddəsinə görə hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarına əsasən məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Konstitusiyanın qeyd edilən normaları həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını özündə ehtiva edir. Bu məqsədlə qanunverici MPMdə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh14 Mahdud oğlunun yaxud onun səlahiyyətli nümayəndəsinin Cəlilabad Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(073)-573/2022 saylı qətnaməsindən apellyasiya instansiyası məhkəməsinə şikayət etmək hüququ onun konstitusion hüququdur və o, bu hüququndan qanunvericilikdə nəzərə tutulmuş qaydada istifadə edə bilərdi. Bu baxımdan, məhkəmə kollegiyası diqqətə çatdırır ki, hər bir şəxs qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər və şəxsin məhkəmə müdafiəsi hüququ həmin andan başlanır. İş materiallarından görünür ki, Cavabdeh14 Mahdud oğlunun nümayəndəsi birinci instansiya məhkəmənin mübahisə olunan qətnaməsindən apellyasiya şikayətini qanunla müəyyən olunmuş tələblərə əməl etmədən vermişdir. MPM-in 361.1-ci maddəsinin tələblərinə görə bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Nəzərə alınmaldır ki, MPM-in 364.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Kollegiya diqqətə çatdırmağız zəruri hesab edir ki, MPM-in 363.4-cü maddəsinə görə bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Məhkəmə kollegiyası xüsusi olaraq diqqətinə çatdırır ki, MPM-in 120-ci maddəsinə görə məhkəmə, vicdansızcasına əsassız iddia vermiş və ya iddiaya qarşı mübahisə etmiş, yaxud işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl surətdə maneçilik törətmiş tərəfdən, iş vaxtının itirilməsi üçün digər tərəfin və ya dövlətin xeyrinə məbləğ tuta bilər. Həmin məbləğ məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Habelə, MPM-in 174.5-ci maddəsinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Həmin Məcəllənin 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Cəlilabad Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(073)-573/2022 saylı qərardadından iş üzrə Cavabdeh14 nümayəndəsi vəkil Hacızadə Novruz Xudadat oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Cəlilabad Rayon Məhkəməsinin 11 aprel 2023-cü il tarixli 2(073)-573/2022 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1165/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1165/2023
12.07.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver