Məhkəmə qərarları › İş №2(106)-1174/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1174/2023

03.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1174/2023 03.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X4 ibarət məhkəmə tərkibində, məhkəmə iclas katibi Məmmədov Samir Valeh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(032)-374/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: Şirvan Şəhər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(032)-374/2022 saylı qətnaməsi ilə (hakim Ziya Əliyev) iddia təmin edilərək, Cavabdeh 2000 (iki min) pulun, 40 (qırx) manat məbləğdə ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh Şirvan Şəhər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(032)-374/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, özünə məxsus “Mitsubishi” markalı maşını var. Əvvəllər Cavabdeh tanımamışdır. 2020-ci ilin fevral ayında ona məxsus “Mitsubishi” markalı avtomobilini təmir qərarına gəldi. Bu barədə maraqlananda ona bildirdilər ki, “Sabirabad döngəsi” adlanan yerdə Əlibaba adlı usta var və avtomobil təmir işində yaxşıdı. İdarə etdiyi “Mitsubishi” markalı avtomobili ilə Sabirabad döngəsi deyilən yerə gəldi. Həmin yerdə Əlibaba adlı usta ilə danışdı, avtomobilin dəmir və boya işini hansı qiymətə düzəldəcəyini soruşdu. Əlibaba ona bildirdi ki, avtomobilin dəmir və boya işi üçün xidmət haqqı ilə birlikdə ona 3000 manat pul verəcəkdir. Bu qiymətə Əlibaba ilə razılaşdı və təxminən bir neçə gün sonra təkrar Əlibabanın yanına gəldi. Əvvəl ona 700 manat, bir neçə gündən sonra 800 manat, sonra da 1500 manat, cəmisi bir yerdə ona 3000 manat pul verdi. Əlibaba ona dedi ki, “sən narahat olma, mən maşının işlərini görüb sənə zəng edəcəyəm, gəlib maşını aparacaqsan.” Əlibaba maşının ban hissəsini, sol tərəfdən qabaq hissəsini və arxa qanad, şüşə (podpres) və arxa şüşəsini düzəldəcəkdi və “malyar işləri”ni görəcəkdi. Maşını ona təhvil verəndən sonra maşın bir ildən çox onda qaldı. Hər dəfə ona deyirdi ki, “darıxma, təmir edəcəyəm”. 2021-ci ilin oktyabr ayında yenidən maşına baxmağa getdi. Həmin vaxt Əlibaba evdə olmadı, bundan sonra onlara 2-3 dəfə getdi və onu evdə tapa bilmədiyi üçün Şirvan şəhər polis şöbəsinə gedərək Əlibabadan şikayət etdi. Ona dedilər ki, “get maşınını götür. Onu ver məhkəməyə, pulunu al”. Ondan sonra maşını onun həyətindən götürdü. Həmin vaxt Əlibaba maşının tam işlərini görməmişdir. Əlibaba onu maşınında 1000 manat dəyərin də iş görmüşdür. Əlibabadan qalan 2000 manat pulunu istədi. Ona bildirdi ki, “heç narahat olma, mən sənə borclu qaldığı 2000 manat pulu verəcəyəm”, lakin bu günə kimi ona borclu qaldığı 2000 manat pulu verməmiş və onun telefon zənglərinə də cavab vermir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı onun işlədiyi sexə gələrək “Mitsubishi” markalı avtomobilinin ban hissəsini, sol tərəfdən qabaq hissəsini və arxa qanad, şüşə (podpres) və arxa şüşəsini düzəldəcəyini deyib nə qədər pulun etdiyini soruşduqda usta pulu ilə birlikdə 1000 manat edəcəyini bidirmişdir. O, 1000 manat pulun əvəzini sənədsiz “VAZ-2107” markalı avtomobili ilə verəcəyini dedi, onunla razılaşıb “VAZ-2107” markalı avtomobili ondan alıb sexin həyətində saxlamışdır. Məhkəmə qətnaməsində iddianı tam təmin etsə də, nə üçün, işin hansı hallarına görə əsaslandırdığını məhkəmə öz qətnaməsində əks etdirməmiş və qanunsuz qətnamə qəbul etmişdir. İddiaçıya heç bir borcu yoxdur, ona görə ki, avtomobili təhvil verəndən 3 ay sonra ondan 1000 manat pul tələb edir və əvəzində verdiyi sənədsiz “VAZ-2107” markalı avtomobildə götürüb aparmışdır. İddiaçı məhkəmədə apellyasiya şikayətini qəbul etməmiş və izahatında göstərmişdir ki, 2022-ci ildə “Mitsubishi” markalı avtomobilini 6000 manata başqa şəxsə satmışdır. Həmin maşının təmiri üçün Cavabdeh 2 dəfəyə - hər dəfə 800 manat və 1900 manat olmaqla, cəmi 2700 manat pul vermişdir. “VAZ-2107” markalı avtomobili isə 1900 manata satmağa razılaşmış, lakin cavabdeh pul vermədiyi üçün onu geri qaytarmışdır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(032)-374/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Habelə, MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. İşdə olan Saatlı RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı ildə Saatlı rayonu Xanlarkənd kəndində anadan olmuşdur və hal hazırda Saatlı rayonu Qarayevkənd kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası DİN Şirvan ŞPS-nin məktubunda göstərilmişdir ki, Cavabdeh xx.xx.1986-cı ildə anadan olmuşdur və ünvan 1-də qeydiyyatdadır. Azərbaycan Respublikası Şirvan ŞİHB-nın 1 X10 Ərazi Dairəsi üzrə nümayədəliyinin xx.xx.2022-ci il tarixli 176 nömrəli arayışında göstərilmişdir ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır, lakin işi ilə əlaqədar Bakı şəhərində yaşayır. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Mitsubishi” markalı ** FG *** dövlət qeydiyyat nişanlı avtomobil X2 mülkiyyətində olmaqla, İddiaçı etibarnamə verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8, X7 və X1 ifadələrində bildirmişlər ki, X3 maşını uzun müddət ustada qalmış, Cavabdeh hər dəfə söz verirdi ki, düzəldəcək. Uzun müddət sonra avtomobili tam təmir etmədi. Məhkəmə kollegiyası işin müəyyən edilmiş hallarına maddi və prosessual hüquq normalarına müvafiq hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, istənilən iddia üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və məhkəmədə müəyyən edilmiş faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, ozaman iddia tələbi əsaslı, əgər uzlaşmırsa əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Habelə, MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş və iş üzrə qanuni və əsaslı olmayan qətnamə qəbul olunmuşdur. Belə ki, apellyasiya instansiya məhkəməsi tərəfindən işin tam hüquqlu məhkəmə olaraq tam və hərtərəfli araşdırılması zamanı müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi yekun qənaətə gələrkən iş üzrə əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış və bunlara lazımi hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, insan hüquq və azadlıqlarının konstitusiya təminatına əsasən hər kəsin məhkəmə müdafiəsi hüququnu qanunvericiliklə müəyyən edilmiş prinsiplər və prosedurlar üzrə müvafiq mübahisələrin və münaqişələrin həlli yolu ilə yalnız məhkəmələr təmin edirlər. Məhkəmələr üçün qanunun aliliyi və ədalətlilik kimi ümumbəşəri dəyərlər, ölkədə xalqın iradə ifadəsi kimi çıxış edən milli hüquq, habelə müasir demokratik cəmiyyətdə qəbul edilən beynəlxalq hüququn və məhkəmə icraatının prinsipləri mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, birinci instansiya məhkəməsi qətnaməni qəbul edərkən yalnız iddiaçının izahatına və şahid ifadələrinə istinad etmişdir. Apellyasiya şikayətində istinad edilən şahid ifadələrinə dair qeyd edilməlidir ki, həmin şahidlərin bildirdikləri mötəbər sayıla bilməz. Hətta, şahidlərin ifadələrində göstərdikləri məlumatlar hazırkı iddia tələbinin təmin edilməsini şərtləndirən baş verməsi iddia edilən hadisəni dolğun şəkildə tam təfsilatı ilə özündə ifadə etmir. Belə ki, şahidlər tərəflər arasında adıçəkilən razılaşmanın avtomobilin hansı hissələrinin hansı qiymətə olması, hansı məbləğdə pulun verilməsi və ya borcun qalmasına dair heç bir şifahi və yazılı məlumat verməmişlər. Bununla da, hazırkı iddia tələbinin qanuni əsası mövcud olmamışdır. Bununla yanaşı, İddiaçı məhkəmədə verdiyi izahatında “Mitsubishi” markalı avtomobilinin təmiri üçün Cavabdeh 2 dəfəyə - hər dəfə 800 manat və 1900 manat olmaqla, cəmi 2700 manat məbləğdə pul verməsini bildirsə də, o iddia ərizəsində cavabdehə bu məqsədlə əvvəl 700 manat, bir neçə gündən sonra 800 manat, sonra da 1500 manat olmaqla, cəmi 3000 manat məbləğdə pul vəsaiti verdiyini göstərmişdir. Beləcə, iddiaçının iş üzrə verdiyi məlumatlar da fərqli olmaqla, mötəbər sayıla bilməz. Nəzərə alınmalıdır ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Hazırkı iş üzrə iddiaçının izahatı şahid ifadələri və digər sübutlarla təsdiqini tapmır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış mövcud sübutlara baxdıqdan sonra onlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, hazırkı iddianın təmin edilməsi üzrə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi hazırkı qətnaməni hər hansı mötəbər sübuta istinad edilmədən yalnız iddiaçının izahatına və şahidlərin ifadələri əsasında yaranan mülahizə və ehtimala əsaslanmaqla qəbul etmişdir. Bununla da, məhkəmə qətnaməsi lazımi və mötəbər sübutlarla təmin olunmamışdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarına görə mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır; Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi nəticəsində qəbul edilən məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermir və onların ədalətli olması şübhə altına alınır ("F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli və N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarlar). İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə qeyd edir ki, MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(032)-374/2022 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Habelə, MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 2(032)-374/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar