Məhkəmə qərarları › İş №2(106)-1177/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1177/2023

11.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1177/2023 11.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Kərimov Tale Suliddin oğlu və X8 ibarət məhkəmə tərkibində, Məmmədov Samir Valeh oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment və çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(032)-406/2023 saylı qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(032)-406/2023 saylı qətnaməsi ilə (hakim Səidə Məmmədova) iddiası qismən təmin edilərək, xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 15 fevral 2023-cü il tarixdən (məhkəməyə müraciət etdiyi vaxtdan) hesablanmaqla xx.xx.1986-cı ildə Sabirabad rayonu Şıxsalahlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment və uşağın doğulması, iddiaçının hamiləliyi ilə əlaqədar çəkilən xərclərin 3919,48 manatın ½ hissəsi, yəni 1959 manat (min doqquz yüz əlli doqquz) manat 74 (yetmiş dörd) qəpik pulun alınaraq İddiaçı verilməsi, məhkəmə xərcləri kimi iddiaçı tərəfindən ödənilmiş 26 (iyirmi altı) manat 73 (yetmiş üç) qəpik pulun Cavabdeh alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı və Cavabdeh tərəfindən Şirvan Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli 2(032)-406/2023 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər. İŞİNHALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sabirabad rayon Qeydiyyat şöbəsində 86 nömrə ilə qeyd edilmiş 17 dekabr 2021-ci il tarixli nikahdan xx.xx.2022-ci il tarixdə doğulmuş X5 adlı uşağın doğulması ilə əlaqədar çəkilmiş 5845 manat xərcin və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Cavabdeh aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 17 noyabr 2021-ci il tarixdə faktiki olaraq ailə qurmuş olsalar da, nikah rəsmi şəkildə 17 dekabr 2022-ci il tarixdə Sabirabad rayon qeydiyyat şöbəsində 86 nömrə ilə qeyd etdirilmişdir. Cavabdeh Məhəmmədlə birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X5 adında bir uşaq doğulmuşdur. Cavabdehlə ailə münasibətləri 2 ay yarım olmuşdur. O, rəsmi nikaha daxil olduqdan sonra demək olar ki, cavabdehin ailə üzvlərinin (daha çox atasının) cavabdehǝ təsiri nəticəsində ailə münasibətləri başlamadan da bitmişdir. Cavabdehin bütün hərəkətləri, ona qarşı münasibəti demək olar ki, atasının diktəsi ilə olumuşdur. Evliliyin 2-ci günü cavabdehin atası onları anasıgilə göndərdi ki, “get maaş kartını gətir”, evliliyin 20-ci günündə cavabdehin ona xəyanət etməsinin şahidi olmuşdur. O, bu barədə ailə üzvlərinə bildirdikdən sonra, istəyiblər ki, onu sakitləşdirsinlər ki, cavabdehi bağışlasın, hətta həmin vaxt cavabdeh qurana da and içdi ki, bir də belə işlər görməyəcək. Bundan sonra cavabdeh ona qarşı siyasətini dəyişərək, onu anasından borc almağa vadar edirdi, borcu qaytarmaq əvəzinə isə hər dəfə daha da çox pulu borc adı ilə almaq istəyirdi. Cavabdeh və ailəsinin ona qarşı oyunlarından biri də guya ki, onlara ev almaq adı ilə onun zaminliyilə 05 yanvar 2022-ci il tarixdə, yəni Yeni ilin ilk iş günündə cavabdehin özü, atası və qardaşı onun işlədiyi Sabirabad rayonunun Ulacalı kənd orta məktəbin önünə gələrək onu maşınla Sabirabad rayonuna “AccsesBank”a aparmış, bankdan 20000 manat kredit götürmüşlər. Ev cavabdehin deyil, cavabdehin atasının adına alınmışdır. Həmin kreditin də 2000 manatını da əmək haqqından ona ödətdirdilər. Bundan sonra da “ev təmir edilir” adı ilə yenə də anasından 400 manat pul alaraq onlara vermiş, ancaq həmin evə köçməmişlər. Bu müddət ərzində də cavabdehin atası hər vasitə ilə cavabdehi ondan uzaq saxlamağa çalışmış, hər dəfə otağından çıxıb qayıdanda cavabdehin atasının otağından çıxdığını, telefonlarına nəzarət edildiyini görmüşdür. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hamiləliyin müayinəsi, uşağın doğulması və onun müayinə və müalicə məsrəflərini birgə nikah dövründə əldə olunmuş əmlak rejimi ilə səhv salmaqla həmin məbləği yarıbayarı valideynlərdən tutmaqla səhv nəticəyə gəlmişdir. Belə ki, valideynlər uşağın saxlanılmasında eyni hüquq və vəzifələrə malikdirsə, hamiləlik, uşağın doğulması və onun müəyyən yaşa qədər sıx şəkildə ana qayğısına ehtiyacının olması analıq yükünün daha ağır olmasına dəlalət edir, məhkəmə isə bu məsələdə loyallıq göstərməmişdir. Uşağın doğulması ilə əlaqədar verilən məsrəfə razıdırsa, uşağın doğulmasına qədər, doğuşdan sonra uşağın müalicə və ya digər məsrəflərinə razı olmaması nə dərəcədə qəbul ediləndir ki, bu barədə birinci instansiya məhkəməsi ədalətli qətnamə qəbul etməmişdir. İddia tələbinin bir hissəsini təşkil edən uşağın doğulması, müayinə və müalicəsi ilə bağlı tərəfimdən çəkilən xərclərin sübutu üçün iddia ərizəsinə X15 klinikasına 5845 manat pulun köçürülməsi barədə maliyyə sənədləri olan çekləri əlavə etmişdir. Məhkəmə tərəfindən həmin sübutlarla bağlı, yəni həmin sübutların ya qəbulu və ya həmin sübutların qəbul edilməməsilə, yaxud da niyə qəbul edilməməsilə bağlı ümumiyyətlə heç bir yanaşma edilməmişdir. Halbuki, məhkəmə qətnamədə gəldiyi nəticənin qanuni və əsaslılığının təmin edilməsi üçün bütün sübutları qarşılıqlı şəkildə araşdırmalı, ədalətli nəticəyə gəlməli idi. Məhkəmənin qətnaməsindən görünür ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “X15” klinikasına məxsus hesabdan çıxarışlardan görünür ki, xx.xx.2022-ci il tarixli hesab çıxarışa əsasən mən həkim, ultrasəs müayinəsi və müxtəlif analizlərin verilməsinə görə 95 AZN, xx.xx.2022-ci il tarixli çıxarışına əsasən 270,50 AZN, xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən 98 AZN, xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən 204,50 AZN, xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən 282,5 AZN, xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrlərə aid hesab-çıxarışa əsasən 2968,98 AZN pul ödəmişəm. Daha sonra məhkəmənin qətnaməsində qeyd edilir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrlərə aid hesab-çıxarışa əsasən iddiaçı avans qismində ödədiyi 4719 manat pul məbləğinin 2000 manatı onun özünə qaytarılmışdır. Elə həmin abzasda, lakin qeyd edilən arqumentə zidd olan bir arqumenti də qeyd edilir ki, ümumi çəkilən xərclər 3919,48 manat təşkil edir. Yəni birinci instansiya məhkəməsi “xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrlərdə həm 2968,98 AZN, həm də həmin tarixlərdə 4719 manat pul məbləğinin tərəfimdən “X15” klinikasının hesabına köçürülmüşdür” arqumentlərini qeyd edir, lakin bir-birinə ziddiyyət təşkil edən bu arqumentləri araşdırmır və əsassız yekun nəticəyə gəlir. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “X15” klinikasının hesabına 4719 manat pul köçürülmüşdür. İş üçün mühüm əhəmiyyət kəsb edən ən əsas hal klinikanın hesabına köçürdüyü 4719 manat pul məbləğinin 2000 manatının qaytarılmasıdır. Birinci instansiya məhkəməsi işdə olan ziddiyyətli sübutları qarşılıqlı araşdırmaq üçün “X15” klinikasına rəsmi arayış verilməsini tələb edə bilərdi. Qeyd edilən halla bağlı klinikadan 2000 manat almamış, həmin məbləğ kimə verilməsini, kimə qaytarıldığını bilməmiş, bunun üçün klinikaya müraciət etmiş və ona bildirmişlər ki, həmin 2000 manat məbləğ ona qaytarılmamış, həmin məbləğ uşağın - Murad Nərimanlının adına açılmış yeni hesaba köçürülmüş və həmin məbləğ də tamamilə müalicə və müayinələrə sərf olunmuşdur. Klinikadan şifahi qaydada arayış tələb etmiş, lakin bu barədə arayış ala bilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə qət etdiyi 3919,48 manat çəkilən xərclər barədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun deyildir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş ödəmə çekləri əsasında müəyyən olunur ki, hamiləlik, uşağın doğulması, onun müayinə və müalicəsi ilə əlaqədar yaranmış xərclər 5845 manat təşkil edir. Cavabdeh apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun 2023-cü il üzrə hər ay 220 manat həddində müəyyən edilməsi ilə bağlı qeyd edir ki, bu məbləğ Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlmir. Uşağın saxlanılması və onun maddi tələbatlarının təmin edilməsi onunla yanaşı iddiaçı Leyla Nərimanovanın da mübahisəsiz və şərtsiz vəzifəsidir. İddiaçı Leyla Nərimanova hal-hazırda Sabirabad rayonu Ulacalı kənd məktəbində, həmçinin Şirvan şəhəri 1 nömrəli orta məktəbdə biologiya müəlliməsi işləyir, 850 manat aylıq əmək haqqı alır. O, hazırda üzərinə düşən vəzifəni yerinə yetirdiyim halda iddiaçı nədənsə üzərinə düşən valideynlik vəzifəsini yerinə yetirmək istəmir. O, hazırda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Şirvan şəhər X10 dəstəsində işləməklə tutulmalardan sonra 525 manat aylıq əmək haqqı alır. Belə ki, o, hazırda ödədiyi alimentdən əlavə uşaqlarının digər ehtiyaclarını da, yəni qidalanmasını və geyimi ilə bağlı lazım olan digər xərcləri də ödəyir. Əlavə olaraq, himayəsində yaşlı və xəstə valideynləri vardır. Bundan başqa, əvvəllər nikahda olmuş və həmin nikahdan olan uşağının saxlanılması üçün hər ay 195 manat aliment ödəyir. Məhkəmə eyni zamanda iddiaçının uşağın doğulması ilə bağlı, həmçinin iddiaçının hamiləliyi ilə əlaqədar çəkdiyi 5845 manat xərclərin 3919,48 manat olması qənaətinə gələrək həmin xərclərin 1959,74 manatının ondan tutulmasını qət etmişdir. İş materiallarında olan “X15” tərəfindən verilmiş hesab-çıxarışdan görünür ki, iddiaçının uşağın doğulması və hamiləlik dövründə çəkdiyi xərclərin toplam miqdarı 3919,48 manat deyil 2968,98 manat olmuşdur. Göründüyü kimi, mübahisənin düzgün və ədalətli həlli üçün əhəmiyyət kəsb edən qeyd olunan hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılmamış, mövcud sübut və dəlillər düzgün qiymətləndirilməmiş, bu səbəbdən mübahisəyə düzgün hüquqi qiymət verilməmiş və nəticədə ədalətli olmayan qətnamə qəbul edilmişdir. Həmin hallar mübahisənin düzgün və ədalətli həlli üçün mühüm əhəmiyyət kəsb etdiyindən məhkəmə tərəfindən araşdırılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən onun hüquqları bərpa edilməmiş, məhkəməyə təqdim etdiyi dəlil və sübutları nəzərə almamış və qərəzli olaraq yalnız iddiaçı tərəfindən irəli sürülən formal dəlillərlə kifayətlənmişdir. Ona görə də, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən düzgün hüquqi nəticəyə gəlinməmişdir. 03 oktyabr 2023-cü il tarixli məhkəmə iclasında İddiaçı nümayəndəsi vəkil X13 öz apellyasiya şikayətlərini müdafiə edərək onun təmin edilməsini, Cavabdeh apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş edərək izahatında qeyd etmişdir ki, qətnaməsində göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrlərə aid hesabçıxarışa əsasən iddiaçı tərəfindən “X15” klinikasına 2968,98 manat məbləğdə pul ödənilmişdir. Daha sonra məhkəmənin qətnaməsində qeyd edilir ki, digər hesab-çıxarışa əsasən iddiaçı avans qismində ödədiyi 4719 manat pul məbləğinin 2000 manatı onun özünə qaytarılmışdır. Birinci instansiya məhkəməsi “xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrlərdə həm 2968,98 manat, həm də həmin tarixlərdə 4719 manat pul məbləğinin iddiaçı tərəfindən “X15” klinikasının hesabına köçürülməsi arqumentlərini qeyd edir, lakin bir-birinə ziddiyyət təşkil edən bu arqumentləri araşdırmır və əsassız yekun nəticəyə gəlir. Belə ki, iddiaçı tərəfindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “X15” klinikasının hesabına 4719 manat məbləğdə pul köçürülmüşdür. İş materiallarında olan “X15” klinikasının xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:10-da iddiaçı tərəfindən avans olaraq klinikanın kassasına 2000 manat avans ödənilmiş həmin gün iddiaçı tərəfindən 1801 manat məbləğində analizlər verildikdən sonra xx.xx.2022-ci il tarixdən 199 manat məbləğində qalıq pul iddiaçıya qaytarılmışdır. Cavabdeh məhkəmədə öz apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini xahiş edərək izahatında göstərmişdir ki, İddiaçı onun ikici arvadı olmuşdur. O hazırda Dövlət X4 tabeçilində olan 58 nömrəli YMH-nin yanğınsöndürmə nöbəsinin böyük yanğınsöndürəni vəzifəsində işləməklə 720 manat əmək haqqı alır. Aldığı əmək haqqıdan birinci arvadından olan uşağına 190 manat aliment tutulduqdan sonra 525 manat əmək haqqı alır. İddiaçı olan uşağın dünyaya gəlməsi ilə əlaqədar çəkilmiş 3919.48 manat xərcin yarısını, həmçinin uşağın yetkinlik yaşına çatana kimi məvacibinin ¼ hissəsinə uyğun məbləğdə, yəni 525 manat əmək haqqından 100-130 manat civarında aliment verməyə razıdır. İddiaçının hamiləliyi ilə əlaqədar verdiyi analiz və müayinə pullarını isə ödəməyə razı deyil. Çünki, iddiaçı Şirvan şəhər 1 saylı orta məktəbdə və Sabirabad rayonu Ulacalı kənd orta məktəbinda müəllimə işləməklə ümumilikdə 900 manatdan çox əmək haqqı alır. Lakin məhkəmə bu halları nəzərə almamış, ondan sabit pul məbləğində 200 manat alimentin tutulmasını və iddiaçının hamiləliyi ilə əlaqədar çəkilən xərclərin 3919.48 manatın ½ hissəsini yəni 1959 manatını ondan tutularaq iddiaçıya ödənilməsini qət etmişdir. Belə ki, məhkəmə onun 1-ci arvadından olan uşağa 190 manat miqdarda aliment ödəməyini, əmək haqqının az olmasını nəzərə almamış və nəticədə əsassız qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Şirvan Şəhər Məhkəməsinin iş üzrə 26 aprel 2023-cü il tarixli 2(032)-406/2023 saylı qətnaməsi dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Sabirabad rayon Qeydiyyat şöbəsində Cavabdeh ilə X9 arasında 86 nömrə ilə nikah qeydə alınmış və X9 nikaha daxil olaraq “Nərimanova” soyadını qəbul etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları anadan olmuşdur. İşdə olan “X15” tərəfindən verilən xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən Lalə Qurbanova hamilə kimi həkim, ultra səs müayinəsi və müxtəlif analizlərin verilməsinə 95 azn, xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən 270,50 azn, xx.xx.2022-ci il tarixli hesabçıxarışa əsasən 98 azn, xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən 204,50 azn, xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən 282,5 azn, xx.xx.2022-xx.xx.2022-ci il tarixli hesab-çıxarışa əsasən 2968,98 azn pul ödəmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixli hesabçıxarışdan görünür ki, iddiaçı avans qismində ödədiyi 4719 manatın 2000 manatı ona xəstəxana tərəfindən qaytarılmışdır. Ümumi çəkilən xərclər 3919,48 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyi X10 Xidməti Şirvan Şəhər Dövlət X4 xx.xx.2023-cü il tarixli, 3-18293/2-163/2023 №-li verdiyi arayışdan görünür ki, Cavabdeh verilən aylıq əmək haqqından mütəmadi olaraq 195 manat aliment tutulduqdan sonra onun ələ alacağı aylıq əmək haqqısı 525,97 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin **********93 №-li Doğum haqqında Tibbi Şəhadətnaməsindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü X3 övladı xx.xx.2022-ci il təvəllüdlü X6 hamiləliyin 30-cu həftəsində doğulmuşdur. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinin 04 oktyabr 2023-cü il tarixli 557 saylı məktubundan görünür ki, İddiaçı Sabirabad rayonu B.Ağayev adına Ulacalı kənd tam orta məktəbində xx.xx.2017-ci il tarixdən hal-hazıra kimi biologiya müəlliməsi işləyir və 2023-2024-cü tədris ilində aylıq əmək haqqı 609,78 manat təşkil edir. İşdə olan Şirvan şəhər Təhsil şöbəsinin S.Hüseynov adına 1 nöm rəli tam orta məktəbinin 06 oktyabr 2023-cü il tarixli 190 saylı məktubundan görünür ki, X9 orta məktəbdə xx.xx.2023-cü il tarixdən müəllim işləyir və aylıq əmək haqqı 381,11 manat təşkil edir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (AM) 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə kollegiyası hazırkı mülki işin hallarına iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq, Şirvan Şəhər Məhkəməsinin iş üzrə 26 aprel 2023-cü il tarixli 2(032)-406/2023 saylı qətnaməsi Cavabdeh İddiaçı hamiləliyi, habelə tərəflərin birgə nikahından doğulmuş X1 doğulması ilə əlaqədar çəkilən xərclərin tutulması hissədə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tədqiq olunan sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlmişdir ki, birgə nikahdan anadan olmuş xx.xx.2022-ci il təvəllüdlü X1 uşağın doğulması və iddiaçının hamiləliyi ilə bağlı çəkilən xərclərin – 3919,48 manatın ½ hissəsi - 1959 manat 74 qəpik məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilməlidir. “X15” MMC-nin xx.xx.2022-ci il tarixli hesab-çıxarışına görə İddiaçı hamilə kimi həkim, ultra səs müayinəsi və müxtəlif analizlərin verilməsinə 95 manat, xx.xx.2022-ci il tarixli hesab-çıxarışına əsasən 270,50 manat, xx.xx.2022-ci il tarixli hesab-çıxarışına görə 98 manat, xx.xx.2022-ci il tarixli hesab-çıxarışına əsasən 204,50 manat, xx.xx.2022-ci il tarixli hesab-çıxarışına görə 282,5 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixli hesabçıxarışına əsasən 2968,98 manat pul vəsaiti ödəmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixli hesab-çıxarışından isə görünür ki, iddiaçı avans qismində ödədiyi 4719 manatın 2000 manatı ona xəstəxana tərəfindən qaytarılmış və ümumi çəkilən xərclər 3919,48 manat məbləğ təşkil edir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi İddiaçı müayinə və həyata keçiriyi ödənişlərə dair “X15” MMC-nin işdə olan sənədlərinə nəzər salanda aşkar olur ki, İddiaçı avans qismində ödədiyi 4719 manatın 2000 manatı xəstəxana tərəfindən 12 avqust 2022-ci il tarixdə saat 11:09-da geri qaytarılsa da (səh.39), həmin məbləğ dərhal yenidən 12 avqust 2022-ci il tarixdə saat 11:10-da avans olaraq hesaba keçirilmiş, 14 avqust 2022ci il tarixdə saat 11:42-də isə həmin məbləğin cəmi 199 manat hissəsi onun özünə geri qaytarılmışdır. Beləliklə, məhkəmə tərəfindən həmin 1801 manat məbləğdə hissə nəzərə alınmamışdır. Bundan başqa, AM-in 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. AM-in 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq, Şirvan Şəhər Məhkəməsinin iş üzrə 26 aprel 2023-cü il tarixli 2(032)-406/2023 saylı qətnaməsi Cavabdeh xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi hissədə dəyişdirilməlidir. Belə ki, Nərimanov X2 Hallar Nazirliyi X10 Xidməti Şirvan Şəhər X10 Dəstəsində işləyir, ona verilən aylıq əmək haqqından mütəmadi olaraq 195 manat aliment tutulduqdan sonra qalan aylıq əmək haqqısı 525,97 manat məbləğ təşkil edir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflərin gəlirlərinin dəqiq müəyyən edilməsi baxımından lazımi şəkildə araşdırma aparmamışdır. Çünki İddiaçı həm Sabirabad rayonu B.Ağayev adına Ulacalı kənd tam orta məktəbində biologiya müəllimi işləməklə aylıq əmək haqqı 609,78 manat, həm də Şirvan şəhər Təhsil şöbəsinin S.Hüseynov adına 1 nömrəli tam orta məktəbdə xx.xx.2023-cü il tarixdən müəllim işləyir və aylıq əmək haqqı 381,11 manat məbləğ təşkil edir. Nəzərə alsaq ki, “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” 09 dekabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanununa (2023-cü il yanvarın 1-dən qüvvəyə minmişdir) müvafiq olaraq 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir, buna görə də, məhkəmə kollegiyası işin mübahisələndirilməyən faktiki hallarına uyğun olaraq uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək, yüksək maddi təminat hüququnu nəzərə alaraq, valideynlərin aylıq gəlirini və digər diqqətəlayiq hallara uyğun olaraq xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün müəyyən edilmiş aliment məbləğinin hər ay 150 manat məbləğdə müəyyən edilməsini qanuni və ağlabatan hesab edir. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. 20 noyabr 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında” Konvensiyanın (02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini nəzərə alaraq tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, onları məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu öz qərarlarında qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağılasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırması”nın ayrılmaz tərkib hissəsi hesab edilməlidir (“Hornsbi Yunanıstana qarşı iş” üzrə 19 mart 1997-ci il tarixli Qərar). “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 376.2, 384.0.2, 385.1, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin iş üzrə 26 aprel 2023-cü il tarixli 2(032)-406/2023 saylı qətnaməsi Cavabdeh İddiaçı hamiləliyi və xx.xx.2022-ci il təvəllüdlü X1 doğulması ilə əlaqədar çəkilən xərclərin tutulması hissədə dəyişdirilsin və Cavabdeh 5720,48 manatın ½ hissəsi, yəni 2860,24 manat məbləğdə pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh Ağaməd oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin iş üzrə 26 aprel 2023-cü il tarixli 2(032)-406/2023 saylı qətnaməsi xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 15 fevral 2023-cü il tarixdən (məhkəməyə müraciət etdiyi vaxtdan) hesablanmaqla xx.xx.1986-cı ildə Sabirabad rayonu Şıxsalahlı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Cavabdeh sabit pul məbləğində hər ay alimentin tutulması hissədə dəyişdirilsin və alimentin məbləği 150 (yüz əlli) manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar