Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1182/2023 19.12.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 Əsədov (sədrlik edən və məruzəçi), Tofiq Xudayar oğlu Heydərov və Samir İlham oğlu Mayılovdan ibarət tərkibdə, katib X1 iştirakı ilə, Laçın Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın dəyərinin yarısının tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh adına qeydə alınmış «X4» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılış ili olan minik avtomobilinin ümumi birgə qazanılmış əmlak kimi bölünməsi, onun həmin avtomobilə ½ hissədə əmlak payının müəyyən edilməsi, "xxxx" ASC-dən götürülmüş 5000 manat kreditin ödənişi ilə əlaqədar yaranmış 4150 manat borc pulun onların arasında bölünüb 2075 manat pulun cavabdehdən alınıb ona ödənilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, Cavabdeh ilə xx.xx.2003-cü ildən nikahda olmuş, onların nikahı xx.xx.2022-ci ildən pozulmuşdur. Onlar birgə nikahda olarkən cavabdehin adına qeydə alınmaqla 19 iyun 2020-ci ildə «X4» markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılış ili olan minik avtomobilini alqı-satqı yolu ilə əldə etmiş, həmçinin onlar birgə evlilik müddətində onun adına "xxxx" ASC-dən 5000 manat pul götürmüş və ailə məsrəflərinə xərcləmiş, həmin pulu birgə yaşadığı müddətdə özü ödəmişdir. Artıq xeyli müddətdir ki, onlar ayrı yaşayırlar və həmin kreditin aylığı çox olduğundan ödəməkdə çətinlik çəkdiyi üçün məcbur qalıb yeni kredit götürməklə həmin krediti bağlamışdır. 23 fevral 2022-ci ildə həmin ümumi borcları olan 4151 manat pulu o, ödəmişdir. Birinci instansiya məhkəməsində İddiaçı nümayəndəsi iddia tələbini dəqiqləşdirmiş, cavabdehin adına qeydə alınmış “X4” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı 2007-ci il buraxılış ili olan minik avtomobilinin tərəflərin arasında ümumi birgə qazanılmış əmlak kimi bölünməsi, yəni əmlakın yarı dəyəri olaraq 5250 manat pulun, "xxxx" ASC-dən götürülmüş 5000 manat kreditin ödənişi ilə əlaqədar yaranmış 4150 manat borc pulun tərəflərin arasında bölünüb 2075 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etmədiyindən iddiaya dair mövqeyi bəlli olmamışdır. Laçın Rayon Məhkəməsinin (hakim C.İbrahimov) 26 aprel 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri və Cavabdeh mülkiyyəti kimi qeydiyyatdan keçmiş, 2007-ci il buraxılışlı “X4” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı, gümüşü metalik rəngli avtomobilin dəyərini təşkil edən 7500 (yeddi min beş yüz) manat pulun yarısı, yəni 3750 (üç min yeddi yüz əlli) manat pul Cavabdeh alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə keçirilmiş “X3” MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirilmə tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində qiymətləndirmə xərcinin 150 (bir yüz əlli) manatının İddiaçı, 150 (bir yüz əlli) manatının isə Cavabdeh alınaraq “X3” MMC-nin hesabına köçürülməsi qət edilmişdir. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron qaydada ərizə göndərərək, iş üzrə tərəflər razılığa gəldikləri üçün Laçın Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtina etdiyini bildirmişdir. İddiaçı və cavabdeh apellyasiya baxışında iştirak etməmişlər. Müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər apellyasiya baxışına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Kollegiyası işə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM-nin) 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. MPM-in 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətindən imtinasını, iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası Azərbaycan Respublikasının MPM-nin 369.2-ci maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilməli, mübahisələndirilən hissədə apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Qanunun mənasına görə, digər qərardadlardan kassasiya şikayəti verilmir. Azərbaycan Respublikasının MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. İddiaçı apellyasiya şikayətindən imtina etdiyindən şikayətin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu onun özünə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 369, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qəraraaldı: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətindən imtinası qəbul edilsin. Laçın Rayon Məhkəməsinin 26 aprel 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1182/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1182/2023
19.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver