Məhkəmə qərarları › İş №2(106)-119/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-119/2023

19.04.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-119/2023 19.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, X14 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi Umudov Əliheydər Zeynal oğlunun katibliyi, iddiaçı və cavabdeh İddiaçı, iddiaçı və Cavabdeh, onun vəkili və eyni zamanda nümayəndəsi Vəkil iştirakları ilə, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı «pul», qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələblərinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(050)-2/2022 saylı qətnaməsindən (hakim C.Quliyev) qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və eyni zamanda nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, 10300 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh onun həmkəndlisidir. Cavabdeh ona müraciət edərək, ev tikmək üçün pul lazım olduğunu bildirmiş, borc verməyini istəmişdir. Atası Abı rəhmətə getdikdən sonra atasından ona 10000 manat pul qalmışdır. O, həmin pulu evdə saxlamağa qorxduğundan və Cavabdeh tanıyıb ona etibar etdiyindən, atasından qalan 10000 manat pulu ona borc olaraq vermişdir. Lotoreya oynadıqları zaman Cavabdeh ona 300 manat borcu qalmışdır. Cavabdeh ona dediyi kimi özü üçün ev tikdirmiş və bir müddət sonra həmin evi satmışdır. Lakin ona borclu olduğu pulu qaytarmamışdır. Cavabdehə borclu olduğu pulu qaytarması barədə dəfələrlə müraciət etmişdir. Cavabdeh hər dəfə bir bəhanə edərək borcu qaytarmamışdır. Sonra Cavabdeh bacısı Şəfəqin cərrahiyyə əməliyyatı olunması ilə əlaqədar pul lazım olduğundan ona pul verdiyini, yaxın vaxtlarda pulunu qaytaracağını bildirmiş, lakin qaytarmamışdır. Ona görə də 16 may 2021-ci il tarixdə Masallı rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin tələbin mülki xarakterli olduğu əsas gətirilərək, məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, əsassız olaraq götürüb saxladığı 30221.29 manat pulun, həmin pulu ödəməkdən boyun qaçırdığına görə 2016-cı ilin yanvar ayından başlayaraq bank faizinin uçot dərəcəsinə uyğun məbləğdə hesablanan faizin və mənəvi ziyana görə 10000 manat pulun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı tələb onunla əsaslandırılmışdır ki, 2014-cü ilin təxminən oktyabr ayında pula ehtiyacı yaranmışdır. Bunun üçün İddiaçı müraciət etmiş və 3000 manat pul almışdır. Razılaşmışlar ki, hər 1000 manat qarşılığında əlavə 800 manat, yəni 3000 manat pul üçün 2400 manat faiz veriləcək. İddiaçı verdiyi pulu və ona hesabladığı faizləri kartlardan çıxaracaqdı. Həmçinin razılaşmışlar ki, özünün əmək haqqı kartını, anasının pensiya kartını İddiaçı versin və qeyd olunan pul məbləği həmin kartlardan çıxarılsın, borc qurtardıqda isə İddiaçı kartları ona qaytaracaqdı. Rəvanə həmin ərəfədə ondan və anasından etibarnamə də almışdır. Həmçinin, məhkəmə qətnaməsinə əsasən keçmiş qaynanasının pensiyasından tutulmaqla ona verilməli olmuş pul İ və İİ Yeddioymaq poçt şöbələrinə köçürülmüşdür ki, həmin pulları da götürlümüş borca görə 2014-cü ilin oktyabr ayından İddiaçı almışdır. 2015-2016-cı illərdə İddiaçı özünə 700 manat, dayısı Məhrəməli vasitəsilə 900 manat pul verilmişdir. Anasının işi ilə bağlı məhkəmə işlərinə başı qarışdığından, etibarnamənin ləğvinin mümkünlüyünü bilmədiyindən, anası isə xəstə olmaqla fikrini ifadə edə bilmədiyindən, nə özünün əmək haqqı, nədə, anasının pensiya kartını İddiaçı ala bilməmişdir. O, əvvəllər müxtəlif bəhanələr gətirmiş, daha sonra isə həmin kartları istəyəndə onu hədələmiş, hətta yaşamağa yeri olmadığından körpə uşağı ilə qaldığı tibb məntəqəsinin inzibati binası yandırıldıqdan sonra onun hədələrinin real olduğunu görmüş, uzun müddət ondan kartları geri ala bilməmişdir. Beləliklə, İddiaçı 2015ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayı da daxil olmaqla əmək haqqı kartından pulları götürmüşdür. Qeyd olunan dövr ərzində kredit borcuna görə əmək haqqından tutulan pul çıxılmaqla 5352.63 manat pulu əmək haqqı kartından İddiaçı çıxartmışdır. Bundan başqa, İddiaçı qaynanasının əmək pensiyasından məhkəmə qərarına əsasən ona verilməli olan pulu da 01 oktyabr 2014-cü ildən 30 sentyabr 2020-ci ilədək poçt şöbələrindən götürmüşdür. İddiaçı həmçinin anasının pensiya kartından 2014-cü ilin dekabr ayından cari ilin mart ayının 31-dək cəmi 22651.80 manat pul çıxartmışdır. Ümumilikdə İddiaçı ona verdiyi 3000 manat borca görə 34021.29 manat pul götürmüş, 1600 manat pulu isə nəğd almışdır. Bundan 3000 manat borcu və həmin pula hesablanmış 2400 manat faiz pulu çıxdıqda, onun İddiaçı 30221.29 manat pul vəsaiti qalır. Anasının pensiya kartının Rəvanə tərəfindən verilmədiyini görüb, müraciəti əsasında cari ilin mart ayının 31-də pensiyasını dayandırmış, iyul ayının 5-də isə pensiya kartını bağlatdırmışdır. Əmək haqqı və pensiya kartının geri alınması üçün ötən ilin sonunda Polis şöbəsinə müraciət etmiş, lakin ona müraciətinin mülki xarakterli olması barədə yazılı şəkildə məlumat verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində ilk iddia üzrə İddiaçı tələbini müdafiə edib, qarşılıqlı iddianın isə rədd olunmasını xahiş edib izahatında göstərmişdir ki, Cavabdeh 30000 manat borca pul vermişdir. Pulu əlbə-əl bir-birilərini tanıdıqları üçün aralarında hər hansı bir yazılı müqavilə bağlanmadan, heç-kim şahidlik etmədən vermişdir. Təxminən 10 il bundan qabaq 1-ci dəfə 10000 manat, 2017-ci ildə isə yenidən 20000 min manat borca pul vermişdir. Buna görə Ruhəngizin özü, anası onlara gələn pulun götürülməsi üçün ona etibarnamə və pul kartı vermişlər. Bundan başqa, 40 nəfərdən ibarət lotoreya oynayan zaman Ruhəngizin ona 300 manat borcu qalmışıdır. Verdiyi pullara görə ümumilkdə 19700 manat pul götürmüşdür. Ruhəngizin ona 10300 manat borcu qalmışdır(protokol 1-ci cild 73-cü vərəq). Ruhəngizin anasının pensiya kartı 2016-cı ildən onda olmuşdur və həmin kartdan pul çıxarmışdır. Ruhəngizin özünə məxsus kartdan pul götürməmişdir. Məhkəmə qərarına əsasən Ruhəngizə ödənilməli olan pullardan 4150 manat götürmüşdür(protokol 1-ci cild 144-cü vərəq). Birinci instansiya məhkəməsində qarşlıqılı iddia üzrə iddiaçı Cavabdeh vəkili və eyni zamanda nümayəndəsi Vəkil qarşılıqlı iddianı müdafiə edib, ilk iddianın isə rədd olunmasını xahiş edib, qarşılıqlı iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat vermiş və əlavə olaraq göstərmişdir ki, ekspert rəyindən də görünür ki, gələn pulların bir qismi Cavabdeh tərəfindən götürülməmişdir. Cavabdeh İddiaçı olan pulu ilə yanaşı, həmin pulun qaytarılmadığı dövr üçün, yəni 2016-ci ilin yanvar ayından başlayaraq hesablanmalı olan Bank uçot dərəcəsinə uyğun faizə görə pul tələb etmək hüququ var. Bundan başqa, qarşı tərəfin hərəkətləri nəticəsində hüquqlarını müdafiə etdiyi şəxsə mənəvi ziyan dəymişdir. İddiaçı 2015-ci ilin yanvar ayından 2021-ci ilin mart ayının 31-dək Cavabdeh məxsus xeyli miqdarda, yəni 30221 manat pulu sonuncunun etibarından sui-istifadə edərək aldatma yolu ilə ələ keçirdiyi üçün İddiaçı barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, poçt vasitəsi ilə gələn pulların bir qisminin Ruhəngizin almağına dair müvafiq blanklara onun adından imza edildiyi, həmin imzaların ona məxsus olmaması isə ekspert rəyi ilə sübut edildiyindən, bu isə müvafiq poçt şöbəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə billə-bilə yalan məlumatların daxil edilməsini göstərdiyindən Masallı Poçt şöbəsinin vəzifəli şəxslərinin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələrinə əsasən cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılmalıdır. Masallı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(050)-2/2022 saylı qətnaməsi ilə hər iki iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi hüquqi nəticəni aşağıdakı formada əsaslandırmışdır : Tərəflər arasında pul münasibətləri olmuşdur. Müxtəlif vaxtlarda Cavabdeh İddiaçı pul almışdır. Bunu ilkin iddia üzrə Cavabdeh da inkar etmir. Lakin iş materiallarında olan yazılı sübutlarla, həmçinin işin araşdırılması zamanı İddiaçı Cavabdeh məhz 30000 manat məbləğində pulun verilməsi təsdiqini tapmamışdır. Bunu təsdiq edəcək hər hansı bir yazılı sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, o cümlədən işin araşdırılması zamanı müəyyən edilməmişdir. Odur ki, ilk iddianın təmin olunması üçün əsaslar yoxdur; Qarşılıq iddia üzrə iddiaçı Cavabdeh İddiaçı götürdüyü pulun müqavilində qarşı tərəfə verdiyi pul kartlarının vaxtında dayandırılmasını və ya tələb etməməsini, etibarnamələrin də sonradan olduğu kimi vaxtında ləğv edilməməsini anasının işi ilə bağlı məhkəmə işlərinə başının qarışması, etibarnamənin ləğvinin mümkünlüyünü bilməməsi, anasının isə xəstə olmaqla fikrini ifadə edə bilməməsi səbəbindən nə özünün əmək haqqını, nədə anasının pensiya kartını İddiaçı ala bilməməsi, sonuncunun müxtəlif bəhanələr gətirməsi, onu hədələməsi, yaşamağa yeri olmadığından körpə uşağı ilə qaldığı tibb məntəqəsinin inzibati binası yandırıldıqdan sonra hədələrin real olması ilə əlaqələndirmişdir. İlk iddia üzrə cavabdehin qarşı tərəfə verdiyi pul kartlarının vaxtında dayandırılmasının və ya tələb etməməsinin, etibarnamələrin də sonradan olduğu kimi vaxtında ləğv edilməməsinin səbəbləri kimi yuxarıda göstərdiyi xüsusatlar inandırıcı deyil, işin faktiki hallarına uyğun gəlmir. Tərəflərin belə bir qarışıq münasibətdə olmaları, onların aralarında baş vermiş pul münasibətlərinin tənzimləmə üsulları, işin halları və sair onu deməyə əsas verir ki, əsl həqiqətdə Cavabdeh İddiaçı qaytarmalı olduğu pul məbləği onun iddia etdiyi kimi 5400 manat məbləğində olmamış və həmin səbəbdən də o, qarşı tərəfə verdiyi pul kartlarını vaxtında dayandırmamış, ondan tələb etməmiş, etibarnamələri də sonradan olduğu kimi vaxtında ləğv etməmiş, öz hesablamalarına görə qaytarmalı olduğu pulu qarşı tərəf kartlardan və etibarnamə istifadə etməklə əldə etdikdən sonra 28 yanvar 2021-ci il tarixdə İddiaçı onun əmək haqqı kartını və anası Mədinə Teymurovanın plastik kartının geri qaytarmaması barədə ərizə ilə Masallı rayon Polsi Şöbəsinə müraciət etmiş, Polis Şöbəsində aparılmış araşdırma zamanı mübahisənin mülki xarakterli olması bildirilmiş, yenə də məhkəməyə müraciət etməmiş, yalnız ilk iddia üzrə iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etdikdən sonra, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv edilməsini, qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, həmçinin İddiaçı əməllərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən, poçt vasitəsi ilə gələn pulların bir qisminin Ruhəngizin almağına dair müvafiq blanklara onun adından imza edildiyi, həmin imzaların ona məxsus olmaması isə ekspert rəyi ilə sübut edildiyindən, bu isə müvafiq poçt şöbəsinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə billə-bilə yalan məlumatların daxil edilməsini göstərdiyindən, Masallı Poçt şöbəsinin vəzifəli şəxslərinin əməllərinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci və 313-cü maddələrinə əsasən hüquqi qiymət verilməsindən ötrü xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2014-cü ilin təxminən oktyabr ayında pula ehtiyacı olduğundan, o cümlədən uşağının ayağının yanması ilə bağlı müalicəsindən ötrü İran İslam Respublikasına aparılması, anasının müalicəsi ilə bağlı Rusiya Federasiyasına getməsinə görə İddiaçı 3000 manat pul borc almışdır. Razılığa görə hər 1000 manata üçün ona əlavə 800 manat, yəni 3000 manat üçün 2400 manat faiz verməli idi. İddiaçı borc verdiyi pulu və ona hesabladığı faizləri kartlardan çıxaracaqdı. Həmçinin razılaşmışdılar ki, özünün əmək haqqı kartını, anasının pensiya kartını İddiaçı versin və qeyd olunan pul məbləği həmin kartlardan çıxarılsın, borc qurtardıqda isə İddiaçı kartları qaytaracaqdı. Rəvanə həmin ərəfədə ondan və anasından etibarnamə də almışdır. Onu da qeyd edirki, məhkəmə qətnaməsinə əsasən qaynanasının ona verməli olduğu pul onun pensiyasından tutulmaqla İ və İİ Yeddioymaq poçt şöbələrinə köçürülmüşdür ki, həmin pulları da ondan götürdükləri borca görə 2014-cü ilin oktyabr ayından İddiaçı almışdır. 2015-2016-cı illərdə İddiaçı özünə 700 manat, dayısı Məhrrəməli vasitəsilə 900 manat pul vermişdir. Özünün məhkəmə işlərinə başı qarışdığından, etibarnamənin ləğvinin mümkünlüyünü bilmədiyindən, anası isə xəstə olmaqla fikrini ifadə edə bilmədiyindən, nə özünün əmək haqqısını, nədə anasının pensiya kartını İddiaçı ala bilməmişlər. O, əvvəllər müxtəlif bəhanələr gətirmiş, daha sonra isə həmin kartları istəyəndə hədələmiş, hətta yaşamağa yeri olmadığından körpə uşağı ilə qaldığı tibb məntəqəsinin inzibati binası yandırıldıqdan sonra onun hədələrinin real olduğunu görüb, uzun müddət ondan kartlarını geri ala bilməmişdir. Həm də onu uzun zaman ərzində aldadaraq kartlarda olan pulların çox hissəsinin banka olan borca silinməsini bildirmişdir. Həqiqətən də Banka borc olduğundan aldatmasını yalnız bankdan çıxarış alandan sonra bilmişdir. Beləliklə İddiaçı 2015-ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayı da daxil olmaqla əmək haqqı kartından pulları götürmüşdür. Qeyd olunan dövr ərzində kredit borcuna görə əmək haqqından tutulan pul çıxılmaqla cəmi 5352.63 manat pulu əmək haqqı kartından İddiaçı çıxartmışdır. O, həmçinin qaynanasının əmək pensiyasından məhkəmə qərarına əsasən ona verilməli olan 6016.86 manat pulu da 01 oktyabr 2014-cü ildən 30 sentyabr 2020-ci ilədək poçt şöbələrindən götürmüşdür. O, eləcə də anasının pensiya kartından 2014-cü ilin dekabr ayından cari ilin mart ayının 31-dək cəmi 22651.80 manat pul çıxartmışdır. Ümumilikdə İddiaçı ona verdiyi 3000 (üç min) manat borca görə 34021 (otuz dörd min iyirmi bir) manat 29 qəpik pul götürmüş, 1600 manat da nəğd almışdır. Bunun 3000 manat ona borclu olduğu və həmin pula hesabladığı 2400 manat faizi çıxdıqda, 30221 (otuz min iki yüz iyirmi bir) manat 29 qəpik onda pul vəsaiti qalır. Anasının pensiya kartını vermədiyini görüb, müraciəti əsasında 2021-ci ilin mart ayının 31-də pensiyası dayandırılmış, iyul ayının 5-də isə pensiya kartını bağlatdırmışdır. Əmək haqqı və pensiya kartının geri alınması üçün 2020-ci ilin sonunda Polis Şöbəsinə müraciət etmiş, lakin müraciətinin mülki xarakterli olması barədə məktubla cavab verilmişdi. Həmin ərəfədə isə İddiaçı ondan kartları və artıq çıxartdığı pulları tələb etməyini görüb polis şöbəsinə əsassız şikayətlər etmiş və məhkəmədə iddia qaldıraraq borc vermiş olduğu 10300 manat pulun və 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda göstərdiyi kimi özünün əmək haqqı kartı ilə yanaşı anasının adına olan pensiya kartını da Rəvanəyə verdiyindən və həmin kartla bağlı artıq götürdüyü pulu geri almaq üçün anasının qəyyumu olmalı idi ki, iddia qaldıra bilsin. Bunun üçün isə anasının fəaliyyət qabiliyyəti olmaması barədə məhkəmə işi olmuş, qətnamə qəbul edilmiş, qanuni qüvvəsini almış, anasına İcra Hakimiyyətinin sərəncamı ilə qəyyum təyin edilmişdir. Həmçinin sorğular verib müəyyən sənədləri əldə etmişdir. Bu isə müəyyən zaman çəkmiş, həmin hazırlıq işləri qurtaranadək isə İddiaçı ondan Pols Şöbəsinə şikayət edərək əmək haqqı və pensiya kartları tələb etdiyini görüb ona qarşı iddia qaldırmış, ondan 10300 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bu səbəbdən də qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı əsassız olaraq götürüb saxladığı 30221 (otuz min iki yüz iyirmi bir) manat 29 qəpik pul vəsaitinin, həmçinin həmin pulu ödəməkdən boyun qaçırdığına görə 2016- 8 Sa ilin yanvar ayından başlayaraq bank faizinin uçot dərəcəsinə uyğun məbləğdə faiz hesablanaraq ödənilməsi, eləcə də vurmuş olduğu mənəvi ziyana görə 10000 (on min) manat pulun ondan alınaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(050)-2/2022 saylı qətnaməsi ilə İddiaçı hər iki iddia tələbi təmin edilməmişdir. Məhkəmə qarşılıqlı iddianı rədd edərkən təqdim etdiyi sübutları nəzərə almamış, onlara düzgün qiymət verməmiş və tələbi ilə bağlı istinad etdiyi maddi hüquq normalarını pozmuşdur. Yuxarıda göstərdiyi kimi İddiaçı borc verdiyi pula görə özünün əmək haqqı kartını, anasının pensiya kartını borc məbləği çıxıldıqdan sonra əsassız olaraq özündə saxlamaqla həmin kartlardan pul vəsaitlərini qanunsuz götürməklə, yuxanda göstərilən məbləğdə pulunu mənimsəmişdir. Bu isə İddiaçı pulunu mənimsəməklə ziyan vurmasını göstərir. Qanunvericilik həmin ziyanı tələb etmək hüququnu nəzərdə tutmasına baxmayaraq, birinci instansiya məhkəməsi tələbini təmin etməməklə qanunvericiliyin qeyd olunan tələbini pozmuşdur. Yuxarıda göstərdiyi kimi cavabdehin hərəkətləri nəticəsində 2014-cü ilin oktyabr ayından 2021-ci ilin mart ayının sonunadək borc aldığı pul və ona hesablanmış faiz çıxılmaqla cəmi 30221 (otuz min iki yüz iyirmi bir) manat 29 qəpik pul vəsaitindən məhrum olmuşdur ki, bu da qanunun tələbinə əsasən real zərər hesab edilir və tam həcmdə cavabdehdən alınaraq ona ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi bununla bağlı tələbini təmin etməməklə qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur. Qanunvericiliyin tələbinə əsasən cavabdehdən onda olan pulla yanaşı, həmin pulunun onda olduğu dövr üçün Bank uçot dərəcəsinə uyğun faizlərini də tələb etmək hüququ vardır. Lakin birinci instansiya məhkəməsi bununla bağlı tələbi təmin etməməklə, qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur. Cavabdehin ona olan borcundan sui istifadə edib əmək haqqı və pensiya kartını özündə saxlamaqla, pulları uzun müddət ərzində götürüb mənimsəməsi, nəticədə məcburiyyət qarşısında qalaraq hüquq mühafizə orqanlarına müraciət etməyi, cavabdehin isə həmin pulu qaytarmaqdan yayınması, hətta ona qarşı əsassız iddia qaldırmaqla guya ona borclu olmağı barədə fikir formalaşdırması nəticəsində mənəvi iztirablar, sarsıntılar keçirmişdir ki, bu da yuxarıda göstərilən qanunvericiliyin tələbinə əsasən cavabdehlərin hərəkətləri nəticəsində mənəvi zərər vurulması deməkdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 7-ci bəndinə əsasən mənəvi zərərin əvəzi bir qayd olaraq pulla müəyyən edilir və ödənilir. Hesab edirki, ona vurulan mənəvi zərər heç bir pul ekvivalentinə uyğun deyildir. Lakin cavabdehin hərəkətinin bir çox insnlarda ona olan inamın itməsinə, dərin iztirab və sarsıntı keçirməyinə səbəb olmasını, xəstə anasına qulluq etməyi ilə bağlı ağır məhrumiyyətlərə məruz qalmağını, ağır şəraitdə yaşamağa məcbur olub, bir çox çətinliklərlə üzləşməyini nəzərə alaraq və ona mənəvi zərər vuran şəxsi maddi cəzaya məruz qoymaq məqsədilə ona vurulan mənəvi zərəri 10000 (on min) manat civarında qiymətləndirmişdir. Lakin birinci instansiya məhkəməsi bununla bağlı tələbini təmin etməməklə qeyd olunan maddi hüquq normasının tələblərini pozmuşdur. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, Mədinə Teymurovanın adına olan plastik kartdan 2014-cü ilin dekabr ayından 2021-ci ilin mart ayının 31-dək 22651.80 manat pul çıxarılmışdır. DSMF-nın 8 saylı regional ərazi filialının 21 may 2021-ci il tarixli məktubundan görünür ki, Rəsifə Ələkbərovanın əmək pensiyasından məhkəmə qərarına əsasən 01 oktyabr 2014-cü ildən 30 sentyabr 2020-ci il tarixədək 6016.86 manat pul tutulmuşdur. Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 25 iyun 2021-ci il tarixli 897 saylı məktubundan görünür ki, əmək haqqı kartından 2015-2018-ci illər üzrə kredit borcuna görə tutulan borc çıxıldıqdan sonra 5352.63 manat pul tutulmuşdur. Qeyd olunan sübutlar iddia tələbinin əsasını təşkil etməsinə baxmayaraq, işə baxan birinci instansiya məhkəməsi həmin sübutları yalnız sadalamaqla kifayətlənmiş, lakin faktik olaraq nəzərə almamışdır. Azərbaycan Respublikası MPM-nın 77.1-ci maddəsinə əsasən hər bir tərəf özünün tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunvericiliyin tələbinə əsasən yuxarıda göstərilən sübutlarla İddiaçımn onda olan əmək haqqı, pensiya kartları ilə və məhkəmə qərarına əsasən ona verilməli olan pulla birlikdə cəmi 34021 manat pul götürməsi sübut edilməsinə, İddiaçı isə ona 3000 maantdan artıq pul verməsini təsdiq edən sübut təqdim edə bilməməsinə baxmayaraq, işə baxmış birinci instansiya məhkəməsi ehtimallara görə İddiaçımn ona 3000 manatdan artıq məbləğdə pul borc verməsi qənaətinə gəlmiş, lakin həmin borcun məbləğini müəyyənləşdirə bilməmiş, qeyd olunan borcun 3000 mantdan artıq hissəsinə dair İddiaçı sübut təqdim edə bilməməsini nəzərə almamışdır. Birinci instansiya məhkəməsi İddiaçı əmək haqqı kartı, anasının pensiya kartı olması, həmin kartlar hesabına əldə etdiyi pulu götürməsi, həmçinin məhkəmə qətnaməsinə əsasən verilməli olan pul vəsaitini də İddiaçı götürməsi barədə iş materialında olan sübutlara düzgün qiymət verməmiş, onun qeyd olunan sənədlər əsasında cəmi 19700 manat məbləğində pulu götürəsi barədə etirafı ilə kifayətlənərək, əslində götürülmüş məbləğin nə qədər olmasını onun özünün etiraf etdiyi məqamlar üzrə arşdırmamış, onun Masallı RPŞ-də verdiyi izahatlarla məhkəmədə verdiyi izahat arasındakı ziddiyyətə qiymət verməmiş, yalnız özünün ehtimalına görə İddiaçı daha çox məbləğdə borc almağı qənaətinə gəlmiş və hətta həmin borcu belə qeyd etməmişdir. İddiaçı əmək haqqı kartından cəmi 350 manat pul götürməsini, qalanının isə Banka olan borca çıxılmasını və kartın bağlı olmasını bildirmişdir. Lakin Masallı RMX-nın arayışından görünür ki, əmək haqqı kartı Rəvnə Kərmovada olduğu 2015-2018-ci illər ərzində həmişə aktiv olmuş və həmin kartdan Banka olan borca görə tutulmalar çıxılmaqla, ümumilikdə 5352.63 manat pul çıxarılmışdır. Lakin işə baxan hakim bunu nəzərə almamış, onun qeyd olunan kartdan cəmi 350 manat pul götürməsi barədə izahatı ilə kifayətlənmişdir. Təkcə bu xüsusata görə 5000 manat iddia tələbi təmin edilməli idi. Bundan başqa İddiaçı poçt vasitəsi ilə ona gələn pulun cəmi 4150 manatını almasını və yalnız etibarnamə olandan sonra almasını qeyd etmişdir. Lakin iş materaillarından görünür ki, poçt vasitəsi ilə adına gələn pullar 2 poçt şöbəsi vasitəsi ilə gəlmişdir. Yeddioymaq poçt şöbəsi ilə bağlı heç bir problem yoxdur. Həmin poçt şöbəsinin arayışına əsasən 2380 manat pulu İddiaçı nümayəndəsi kimi almışdır. Lakin Yeddioymaq 2 Poçt Şöbəsinin arayışına əsasən yalnız 2018-ci ilin may-avqust ayları ərzində olan pulları İddiaçı almışdır. Həmin aylar üzrə olan vəsaitin hər ay üzrə 77.38 manat olmaqla cəmi 619.04 manat olmasını və bununla Yeddioymaq poçt şöbəsindən alınan vəsaitin cəminin (2380+619.04=2999.04) İddiaçı etiraf etdiyi məbləğdən (4150-2999.04=1150.96) az olması nəzərə alınsa, onda X11 arayışında göstərilmiş 2014-2017-ci illər üzrə olan vəsaitin də 1150.96 manatının adına qeyd edilməsinə baxmayaraq, İddiaçı verilməsini onun etiraf etdiyini müəyyən edər. Həmçinin iş üzrə təyin edilmiş məhkəmə xətşünalıq ekspertizasına sənədlərin hamısı poçt tərəfindən təqdim edilməmiş, təqdim edilmiş sənədlərdə isə adının qarşısında olan imzanın aidiyyəti olmayan bir neçə sənəd müəyyən edilmişdir. Bu isə həmin xüsusat üzrə həm poçt şöbəsinin müdirinin məhkəmədə yalan izahat verməsini və həm də birinci instansiya məhkəməsinin də qeyd olunan sübutlara düzgün qiymət verməməsini göstərmişdir. Bundan əlavə İddiaçı anasının pensiya kartının onda olmasını etiraf etmişdir. Onun izahatına görə ondan əmək haqqı kartı, pensiya kartı və poçt vsitəsi ilə cəmi 19700 manat pul əldə etmişdir. Onun etirafına görə həmin məbləğin 4150 manatı poçt vasitəsi ilə gələn pul, 350 manatın əmək haqqı kartından çıxardığı pul olmasını nəzərə alsaq belə çıxır ki, pensiya kartından (19700-4150-350) 15200 manat pul götürmüşdür. Halbuki bank çıxarışından görünür ki, həmin məbləğ 22651.80 manat olmuşdur. Bu isə həmin xüsusat üzrə də cavabdehin düzgün izahat verməməsini və onun etirafı ilə sənəd arasında (226xx.xx-15200) 7451.80 manat fərqin olmasını göstərir. Lakin birinci instansiya məhkəməsi bunları nəzərə almamış, həmin xüsusatlara düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsi İddiaçıona nə qədər borc verməsi ilə bağlı da onun ziddiyyətli izahatlarına düzgün qiymət verməmişdir. Belə ki, iddiasında ona atasının ölümündən sonra qalan 10000 manatı borc verməsini və lotereya oyunundan 300 manat borclu qalmağını bildirmiş, məhkəmədə isə lotereya oyunu ilə bağlı ona 5 il əvvəl 4 dəfəyə hər dəfə 5000 maat olmaqla 20000 manat pul verməsini qeyd etmişdir. Onun deməsinə görə 10 il əvvəl isə ona 10000 manat da pul vermiş və həmin pulu ona qaytarmamışdır. Əvvəla bu belə olmamış, ondan qeyd olunan məbləğdə pullar almamışdır. Cəmi 3000 manat pul almışdır. Bundan başqa əgər belə hal olmuş olsaydı, əvvəl aldığı borcu qaytarmadığı halda, hansı səbəbdən iki dəfə artıq məbləğdə vəsait verməli idi? Atasının ölümündən sonra evdə qalan 10000 manat pulu borc verməsini bildirən İddiaçı eyni xüsusatla bağlı Masallı RPŞ-də verdiyi izahatında atasının ölümündən sonra evdə qalan 7500 manat puldan 3000 manatını ona borc verməsini, 2000 manat da sonra borc verməsini bildirmişdir. Başqa vaxt isə Polis Şöbəsində verdiyi izahatında ondan 3000 manat borc pul almağını, əvəzində əmək haqqı kartını və notariusda etibarnamə verməyini, həmçinin anasının kartını verərək üst-üstə 25500 manat pul almaığını, kartlardan 18710 manat pul çıxarmasını bildirmişdir. Həmin izahatda əvvəlcə 2000 manat yazılması, sonradan onun 25500 manata düzəliş edilməsi açıq-aşkardır. Hətta bu xüsusatın özü, yəni kartlardan 18710 manat pul çıxarılması, onun məhkəmədə verdiyi izahatından fərqlənir. Məhkəmədəki izahatına görə kartlardan (350+15200) 15550 manat pul çıxarmışdır. Bu isə polisdəki izahatda kartlardan çıxarılan vəsaitin (18710-15550) 3160 manat çox olmasını göstərir. Lakin birinci instansya məhkəməsi bunlara qiymət verməmişdir. Bütün bunlar isə birinci instansiya məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsini göstərir. Hazırkı mülki işin araşdırılması zamanı müəyyən edilmişdi ki, İddiaçı 2014-cü ilin oktyabr ayında ona verdiyi cəmi 3000 manat borca görə anasının pensiya kartı, əmək haqqı kartını almış, həmin kartlardan borc verdiy məbləği götürdükdən, həmçinin məhkəmə qətnaməsi əsasında ona verilməli olan pul vəsaitini poçt şöbələrindən almaq üçün etibarnamə alaraq borc verdiy pulun məbləği və həmin məbləğlərə hesabladığı cəmi 2400 manat faiz pulu düzələnədək kartlardan və poçtlardan alacağı pulu götürüb sonra kartları qaytaracağını vəd edərək onu aldadaraq etibarından sui istifadə edərək kartlarının onda olmasından və onda olan etibarnamədən istifadə edərək 2015-ci ilin yanvar ayından 2021-ci ilin mart ayının 31-dək ümumilikdə borc və ona hesablanmış faiz çıxılmaqla 30221 manat pulu ələ keçirib dələduzluq etmişdir. Bu əmələ görə isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, poçt vasitəsi ilə gələn pulların bir qisminin guya almağına dair müvafiq blanklara adından imza edilmişdir. Həmin imzaların ona məxsus olmaması isə ekspertiza yolu ilə sübut edilmişdir. Bu isə müvafiq poçt şöbəsinin vəzifəli şəxsinin vəzifə səlahiyyətlərindən sui istifadə edib, rəsmi sənədlərə bilə-bilə yalan məlumatların daxil edilməsini göstərir. Buna görə isə Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələrində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. d)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayətini müdafiə edib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, 2014-cü ilin dekabr ayında anasının pensiya kartını vermişdir Rəvanəyə və 2021-ci ilin mart ayınadək həmin kartdan pulu Rəvanə çıxarıb. Anası 2 dəfə Rəvanəyə etibarnamə vermişdir. Anası Mədinənin kartı tərəfindən bağlatdırılanadək Rəvanədə olmuşdur. Məhkəmədə qarşılıqlı iddia üzrə iddiaçının vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayətinin əsaslı olduğunun bildirib, yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmədə qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirib, birinci instansiya məhkəməsində verdiyi izahatlarla oxşar məzmunda izahat verərək təmin olunmamasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, həqiqətən Ruhəngiz anası Mədinəyə məxsus pensiya kartını birinci dəfə etibarnamə verəndjə ona vermişdir. Ümumiyyətlə Ruhəngizin anası Mədinə ona 2 dəfə etibarnamə vermişdir. Birinci dəfə etibarnamə veriləndən 10 ay keçəndən sonra ikinci etibarnaməni vermişdir. İkinci etibarnamə 6 - illik verilmişdi. İlk 10 ayda kart onda olan zaman hər ay 250 manat pensiya yatırdı. Ruhəngizin kartı isə cəmisi bir dəfə onda olmuşdur və həmin zaman 140 manat çıxarmış, sonra kartın vaxtı qurtarmışdır. Daha sonralar isə Ruhəngiz özü ona bir-neçə dəfə xırda məbləğlərdə pullar vermişdir və bu məbləğlərin cəmisi 350 manat edirdi. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbi üzrə iddiaçı tərəfindən apellyasiya qaydasında mübahisələndirilək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv olunması və iddianın həmin hissədə təmin edilməsi xahiş edilməklə, qətnamə qismən mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia üzrə iddiaçıya münasibətdə apellyasiya şikayətinin dəlilləri əsasında qarşılıqlı iddianın təmin olunmaması hissədə yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırsada, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə qarşılıqlı iddia hissədə düzgün hüquqi nəticəyə gəlməmişdir. Tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını qarşılıqlı iddianın təmin olunmaması hissədə yoxladığından və qarşılıqlı iddia üzrə tələb bir-neçə hissədən ibarət olduğundan, hər tələbi ayrıca qeyd etməklə, tələb üzrə verilən sübutları tədqiq etməyi daha doğru hesab edir. Beləliklə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbləri aşağıdakılardan ibarət olmuşdur: 1) 2015-2016-cı illərdə İddiaçı özünə 700 manat, dayısı Məhrəməli vasitəsilə 900 manat pul verilmişdir; 2) İddiaçı 2015-ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayı da daxil olmaqla əmək haqqı kartından pulları götürmüşdür. Qeyd olunan dövr ərzində kredit borcuna görə əmək haqqından tutulan pul çıxılmaqla 5352.63 manat pulu əmək haqqı kartından İddiaçı çıxartmışdır; 3) İddiaçı qaynanasının əmək pensiyasından məhkəmə qərarına əsasən ona verilməli olan 6016.86 manat pulu 01 oktyabr 2014-cü ildən 30 sentyabr 2020-ci ilədək poçt şöbələrindən götürmüşdür; 4) İddiaçı həmçinin anasının pensiya kartından 2014-cü ilin dekabr ayından cari ilin mart ayının 31-dək cəmi 22651.80 manat pul çıxartmışdır; 5) Qeyd olunan məbləğlərin cəmini təşkil edən 35621.29 manatdan almış olduğu 3000 manat borc və 2400 manat əlavə faizi çıxılmaqla, Rəvanəyə 30221.29 manat məbləğində artıq ödədiyi pulu tələb edir. İddiaçı Cavabdeh 2015-2016-cı illərdə İddiaçı özünə 700 manat, dayısı Məhrəməli vasitəsilə 900 manat pul verdiyini qeyd etsə də, buna dair birinci instansiya məhkəməsinə sübut verməmişdir. Yalnız cavabdeh İddiaçı apellyasiya baxışı zamanı Ruhəngizin kartından bir dəfə 140 manat çıxardıqdan sonra kartın müddətinin bitməsi ilə əlaqədar bağlandığını və sonrlar bir-neçə dəfə Ruhəngiz tərəfindən xıda məbləğlərdə ona pullar verildiyini, kartdan çıxarılan pulla birlikdə Ruhəngizin ona verdiyi ümumi məbləğin 350 manat təşkil etdiyini bildirmişdir. İddiaçı 2015-ci ilin yanvar ayından 2018-ci ilin noyabr ayı da daxil olmaqla Cavabdeh əmək haqqı kartından 5352.63 manat pulu çıxarması hissədə birinci instansiya məhkəməsinə verilən sübutlar aşağıdakılardan ibarət olmuşdur: TƏBİB "Masallı Rayon Mərkəzi Xəstəxanası" X19 25 iyun 2021-ci il tarixli arayışına əsasən 2015-2018-ci illərdə hesablanmış və nəğd alınmış əmək haqqlarının ümumi məbləği 5352.65 manat təşkil edir(1-ci cild 42-43-cü vərəqlər); Birinci instansiya məhkəməsinin sorğusu əsasında "xxxx" ASC-nin təqdim etdiyi Cavabdeh əmək haqqı kartından pul vəsaitlərinin çıxarılmasında dair videogörüntülərə baxış keçirilmiş, yalnız 02 avqust 2017-ci il tarixli görüntüdə 147 manat pul vəsaitinin Rəvanənin qardaşı tərəfindən çıxarıldığı müəyyən edilmiş, qalan əksər görüntülərdə Ruhəngizin özü müşahidə olunmuşdur(1-ci cild 162-ci vərəq). İddiaçı tərəfindən iddiaçı Cavabdeh qaynanasının əmək pensiyasından məhkəmə qərarına əsasən tutularaq ona verilməli olan 6016.86 manat pulun 01 oktyabr 2014cü ildən 30 sentyabr 2020-ci ilədək poçt şöbələrindən götürməsi hissədə birinci instansiya məhkəməsinə verilən sübutlar aşağıdakılardan ibarət olmuşdur: Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialı tərəfindən Masallı rayon İcra və probasiya şöbəsinin sorğusuna 21 may 2021-ci il tarixli cavab məktubunda göstərilir ki, Masallı rayonu, Yeddioymaq kənd sakini X3 əmək pensiyasından məhkəmə qərarına əsasən 01 oktyabr 2014-cü il tarixdən 30 sentyabr 2020-ci il tarixədək cəmi 6016.86 manat pul tutulmuşdur(1-ci cild 44-cü vərəq); İddiaçının vəkili Vəkil sorğusuna "xxxx" MMC X20 tərəfindən 03 avqust 2021-ci ildə verilən cavab məktubundan görünür ki, 2017-2020-ci illər ərzində Yeddioymaq kənd sakini X3 əmək pensiyasından həmin kənd sakini Cavabdeh adına poçt vasitəsilə göndərilmiş pul baratları Yeddioymaq-1 və Yeddioymaq-2 poçt şöbələrində pul sahibinin özünə və ya verdiyi etibarnamə əsasında İddiaçı ödənilmişdir. Məktuba qoşma olaraq əlavə edilmiş cədvəllərdən görünür ki, Yeddioymaq-1 poçt şöbəsi tərəfindən Cavabdeh adına poçt vasitəsilə göndərilmiş ümumilikdə 2858.9 manat məbləğində pul baratları İddiaçı ödənilmişdir. Yeddioymaq-2 poçt şöbəsi tərəfindən Cavabdeh adına poçt vasitəsilə göndərilmiş ümumilikdə 851.18 manat məbləğində pul baratları İddiaçı ödənilmişdir(1-ci cild-67-69-cu vərəqlər). Birinci instaniya məhkəməsinin sorğusu əsasında "xxxx" MMC X20 tərəfindən 06 oktyabr 2021-ci ildə verilən cavab məktubundan görünür ki, Yeddioymaq-1 poçt şöbəsi tərəfindən Cavabdeh adına poçt vasitəsilə göndərilmiş ümumilikdə 2380 manat məbləğində pul baratları İddiaçı ödənilmişdir. Yeddioymaq-2 poçt şöbəsi tərəfindən Cavabdeh adına poçt vasitəsilə göndərilmiş ümumilikdə 309.52 manat məbləğində pul baratları İddiaçı ödənilmişdir. Hər iki poçt şöbəsi tərəfindən Cavabdeh adına göndərilmiş, İddiaçı verilmiş pul baratlarının cəmi məbləği (2380+309.52=2689.52 manat təşkil edir(1-ci cild-104-106-cı vərəqlər). Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Yeddioymaq-2 poçt şöbəsinin müdiri X9 ifadəsində göstərmişdir ki, 2007-ci ildən 2-ci X11 müdiri vəzifəsində işləyir. 2014-cü ilin noyabr ayından 2017-ci ilə qədər Cavabdeh gələn aliment pulunu vermişdir. Ruhəngiz xanım 2016-cı ilin dekabrın sonu - 2017-ci ilin əvvəllərində gəlib demişdir ki, etibarnamə verib, ona gələn pulları İddiaçı götürsün. Ondan sonra 19 ayın pulunu İddiaçı vermişdir. 2018-ci ilin sentyabr ayından aliment pulu 1-ci Yeddioymaq poçt şöbəsindən alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən "xxxx" MMC X20 tərəfindən təqdim olunmuş Cavabdeh adına daxil olan pul baratlarının əsilləri üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. 06 may 2022-ci il tarixli, 4/200 saylı ekspert rəyinin nəticə hissəsində göstərilir ki, “ekspertizaya təqdim edilmiş, 2(050)-2145/2021 saylı mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli, **********1811265531476 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************565 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************894 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************449 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************074 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************372 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************665 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli , ********************853 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************029 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************694 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************557 nömrəli bildirişdəki “İmza” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(050)- 2145/2021 saylı mülki işin materiallarında olan xx.xx.2018-ci il tarixli, ********************065 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************027 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************827 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************154 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************421 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************450 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************381 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************062 nömrəli bildirişdə “İmza” qrafasındakı imza, xx.xx.2018-ci il tarixli, ********************821 nömrəli bildirişdə “İmza” qrafasındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur.” İddiaçı Cavabdeh anası Mədinə Teymurovanın pensiya kartından 2014-cü ilin dekabr ayından 2021-ci ilin mart ayının 31-dək 22651.80 manat pul çıxarması hissədə birinci instansiya məhkəməsinə verilən sübutlar aşağıdakılardan ibarət olmuşdur: 22 yanvar 2018-ci ildə etibar edən X7 tərəfindən etibar edilən İddiaçı adına verilmiş etibarnamədən görünür ki, Mədinə Teymurovanın idarə, müəssisə və təşkilatlarda, "xxxx" ASC-nin Masallı filialında təmsil olunması, adqa olan plastik kartın təhvil verilib yenisinin alınması, zəruri sənədləri təqdim edib təhvil alınması, adından imza edilməsi və sair hərəkətlərin edilməsi 6-il müddətinə, yəni 22 yanvar 2024-cü il tarixədək İddiaçı etibar edilmişdir(1-ci cild 5-ci vərəq); Apellyasiya baxışı zamanı cavabdeh İddiaçı qeyd olunan hissədə izahatında göstərmişdir ki, Ruhəngizin anası Mədinə ona 2 dəfə etibarnamə vermişdir. Birinci dəfə etibarnamə veriləndən 10 ay keçəndən sonra ikinci etibarnaməni vermişdir. İkinci etibarnamə 6 - illik verilmişdi. İlk 10 ayda kart onda olan zaman hər ay 250 manat pensiya yatırdı. Qeyd olunan hal isə onu deməyə əsas verir ki, iddiaçı Cavabdeh anası Mədinə Teymurovanın pensiya kartı fevral 2017-ci ildən İddiaçı olmuşdur; "xxxx" ASC-nin təqdim etdiyi iddiaçı Cavabdeh anası Mədinə Teymurovanın kart hesabından çıxarışdan görünür ki, 2017-ci ilin fevral ayından karta yatan, kart bağlanan 2021-ci ilin mart tarixinədək əksər hallarda X15raşdırılan bankomatdan çıxarılan pul məbləğlərinin cəmi 19253.56 manat təşkil edir(1-ci cild 45-53-cü vərəqlər). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə predmeti üzrə sübutların düzgün qiymətləndirilməməsi qarşılıqlı iddia üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir ki, bu əsasla apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv edilməli, iddianın həmin hissədə qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir, 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur, 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir, 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İşin halları ondan ibarət olmuşdur ki, tərəflər arasında borc münasibətləri olmuş, Rəvanə Ruhəngizə ümumilikdə 30000 manat borca pul verdiyini, həmin puldan Ruhəngizin 10000 manat və 300 manat lotoreya oyunundan borclu qaldığını, Ruhəngiz isə Rəvanədən uşağının və anasının müalicələri ilə əlaqədar ümumilikdə hər 1000 manata 800 manat faiz ödəmək şərtilə 3000 manat faizlə borca pul götürdüyünü bildirirlər. Rəvanə Ruhəngizə 30000 manat pulu iki dəyfəyə, 20000 manat və 10000 manat olmaqla heç-bir yazılı qəbz almadan və kəminsə şahidliyi olmadan verdiyini bildirir. Hazırki halda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı yalnız qarşılıqlı iddianın təmin olunmaması hissədə yoxlanıldığından, kollegiya ilk iddia üzrə işin hallarına istinad etməyə ümumiyyətlə lüzum görmür. Qarşılıqlı iddianın mahiyyəti isə cavabdeh Rəvanənin vermiş olduğu 3000 manat borc müqabilində iddiaçının adına gələn pul baratlarını, anasının pensiyasını almaqla borc məbləğindən dəfələrlə artıq məbləğdə vəsaiti heç-bir hüquqi əsas olmadan mənimsəməsindədir. Qeyd edilməlidir ki, qarşılıqlı iddia üzrə cavabdeh Rəvanənin Masallı rayon Polis Şöbəsində aparılan araşdırma çərçivəsində, birinci instansiya məhkəməsində və apellyasiya baxışı zamanı verdiyi izahatlar bir-biri ilə ziddiyyət təşkil etdiyindən, onun hansı məbləğdə pul vəsaitlərini poçtdan və pensiya kartından çıxarması hissədə etirafları əsas götürülməməli, yalnız işdə olan digər sübutlarla tələbə qiymət verilməlidir. İşdə olan sübutlardan isə müəyyən olunur ki, Cavabdeh adına poçt vasitəsilə göndərilmiş pul baratları üzrə 2689.52 manat vəsait İddiaçı verilmişdir. Bundan başqa Cavabdeh əmək haqqı kartından bir dəfə Rəvanə tərəfindən 147 manat pul vəsaiti çıxarılmış, sonradan bir-neçə dəfə xırda məbləğlər olmaqla Ruhəngiz Rəvanəyə pullar vermiş və verilən pulların cəmisi 350 manat təşkil etmişdir. Bunlardan da savayı Rəvanə Ruhəngizin anasının pensiya kartından 2017-ci ilin fevral ayından başlayaraq kart bağlanan 2021-ci ilin mart ayınadək olan dövr ərzində ümumilikdə 19253.56 manat pul vəsaitini çıxarmışdır. X4 almış olduğu 3000 manat borc müqabilində ödəmiş olduğu vəsait (2689.52+350+19253.56=22293.08) 22293.08 manat təşkil etmişdir ki, bu qaydada Rəvanə Ruhəngizin hesabına (222xx.xx-3000=19293.08) 19293.08 manat məbləğində əsassız varlınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Məhkəmə kollegiyası hesab edir ki, aparılmış məhkəmə araşdırmasının nəticəsi olaraq apellyasiya şikayətinin dəlilləri qismən öz təsdiqini tapdığından, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv edilməli və həmin hissədə iddianın qismən təmin olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı cavabdehin hesabına əsassız varlanan şəxs olmuşdur ki, əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya şikayətinin dəlillərini mənəvi zərərə münasibətdə tədqiq edən kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir; "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Kolegiyası qeyd edir ki, qarşılıqlı iddia üzrə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinə, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsinə, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair hər hansı bir sübut təqdim edilmədiyindən, mənəvi zərərin tutulması hissədə qarşılıqlı iddianın təmin olunması üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini pul öhdəliyinin icra edilməməsi ilə bağlı bank faizinin uçot dərəcəsinə uyğun məbləğdə hesablanan faizin tutulması hissədə tədqiq edən kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının tələbinin hüquqi əsası kimi istinad etdiyi Mülki Məcəllənin 449-cu maddəsində pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyətdən bəhs edilir. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə, Mülki Məcəllənin 449.1ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: - qanunsuz saxlama; - qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; - başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülki-hüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Hazırki işdən qarşılqlı iddia üzrə iddiaçıya aid pul vəsaitlərinin borc, yaxud digər əqdlərə əsaslanan formada birdəfəlik cavabdehə verilməsi, cavabdeh tərəfindən hansı müddətdə qaytarılmalı olması və qanunsuz saxlanılması, bununla bağlı iddiaçının cavabdehə qarşı ilk iddia irəli sürülənədək hər hansı bir pretenziyanın verilməsi müəyyən olunmur. Həmçinin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əldən çıxmış faydanın tutulması hissədə tələb əsaslandırılmamış və həmin əsaslandırmanı təsdiq edən sübutlar təqdim edilməmişdir. Odur ki, qarşılıqdlı iddia qeyd olunan hissədə də əsaslı hesab olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinin tələbinə görə işə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunmaması hissədə ləğv olunaraq, qarşılıqlı iddia qismən təmin edildiyindən, ekspertiza tədqiqatının dəyərinin qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi hissədə də qətnamə ləğv olunmalı və ekspertiza tədqiqatının dəyəri qarşılıqlı iddia üzrə cavabdehə aid edilməlidir. Kollegiya həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əsasən X1 Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli 2(050)-1243/2021 saylı qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyindən və Masallı rayon İcra Hakimiyyəti başçısının 10 iyun 2021-ci il tarixli 90 nömrəli sərəncamı ilə Cavabdeh onun üzərində qəyyum təyin edildiyindən(1-ci cild 40-cı vərəq), sonuncunun qəyyumluğunda olan şəxsin pensiyasından əsassız tutulmuş pul vəsaitlərinə dair tələb irəli sürməkdə subyektiv hüququnun olması qətnamə qəbul edilərkən nəzərə alınmışdır . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 372, 384.0.2, 385.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili və eyni zamanda nümayəndəsi Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. Masallı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(050)-2/2022 saylı qətnaməsi qarşılıqlı iddianın təmin olunmaması və ekspertiza xərcinin Cavabdeh aid edilməsi hissələrdə ləğv edilsin və iş üzrə həmin hissələrdə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 19293.08 (on doqquz min iki yüz doxsan üç manat 08 qəpik) manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı Cavabdeh verilsin. Qarşılıqlı iddia qalan hissələrdə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 manat ekspertiza xərci cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə Az.MEM, VÖEN **********, X5, Kod 210005, VÖEN**********, Müxbir hesab AZ 41NABZ********************, SWİFT BİK CTREAZ 22 hesablaşma hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kasasiya şikayəti verilə bilər. Kasasiya şikayəti verilmədiyi halda, qətnamə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar