Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1195/2024 03.09.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin (ASC) Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(022)-39/2024 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə cavabdehdən 6457 (altı min dörd yüz əlli yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 84 (səksən dörd) manat 57 (əlli yeddi) qəpik məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(022)-39/2024 saylı qətnaməsi ilə (hakim Nüsrət Mirzəyev) iddia qismən təmin edilərək cavabdehdən 4565 (dörd min beş yüz altmış beş) manat və 84 (səksən dörd) manat 57 (əlli yeddi) qəpik məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİNHALLARİ: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Chevrolet Cruze” markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixində idarə edərkən Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ərazisində "xxxx" ASC tərəfindən MV-P 00087-21 nömrəli sığorta şəhadətnaməsi əsasında “kasko sığorta” növü üzrə sığortalanmış “Audi Q5” markalı 014D006 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sığortalı avtomobilə maddi ziyan vurmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “Audi Q5” markalı 014D006 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəyən zərərə görə 11457 manat sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi üzrə Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Cavabdehin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortası olması səbəbindən "xxxx" ASC tərəfindən subroqasiya tələbi ilə bağlı 5000 manat sığorta ödənişi ödənilmiş, qalan 6457 manat məbləğ isə Cavabdeh tərəfindən ödənilməlidir. Qeyd olunanlara əsasən "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixli 0614/23 nömrəli məktubla Cavabdeh qarşı subroqasiya hüququ ilə əlaqədar tələb irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin hal-hazırkı tarixədək cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbləri təmin olunmadığından həmin tələblərinin məhkəmə qaydasında təmin olunması zərurəti yaranmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ona heç bir bildiriş göndərilməmiş, ümumiyyətlə məhkəmə iclası barədə ona heç bir məlumat verilməmişdir. Bununla da məhkəmə çəkişmə prinsipinə əməl etmədən qətnamə qəbul etmişdir. Halbuki məhkəmə iclası zamanı məlumatı olsa idi, o da məhkəməyə öz sübutlarını təqdim edərdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi rəyi "xxxx" ASC-nin verdiyi qüsur aktı əsasında ekspert rəyi vermişdir. Halbuki, ekspert hadisə nəticəsində ziyan dəymiş avtonəqliyyat vasitəsinə baxış keçirməli idi. Baxış keçirilmədən aktın tərtib edilməsini qanunsuz və əsassız hesab edir. İş üzrə təkrar-ekspertiza təyin edilməlidir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, hadisə olan zaman avtomobildə tək olub. Avtomobil "xxxx" ASC tərəfindən sığortalanıb. Hadisə zamanı Polis şöbəsinə getmiş və protokolla müəyyən edilmiş cəriməni ödəmişdir. Hadisədən 3 il keçib. Biləsuvar Rayon Məhkəməsində baş verən məhkəmə iclaslarından xəbəri olmayıb və birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş məbləğlə razı deyildir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsi ilə təmsil olunmamış, və onun gəlməməsinin səbəbləri ilə bağlı məhkməyə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan verilmiş apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(022)-39/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərarla həmin tarixdə Bakı şəhəri Nərimanov rayonu Təbriz küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsinin Cavabdeh təqsirindən baş verdiyi müəyyən edilmiş, buna görə də sonuncu İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 40 manat məbləğində inzibati cərimə təyin edilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən tərtib olunmuş №-1431/21 saylı xx.xx.2021-ci il tarixli Qiymətləndirmə aktına əsasən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Audi Q5” markalı 0141D006 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 11457 manat məbləğ müəyyən olunmuşdur. İşdə olan Xalq Bank ASC-nin xx.xx.2021-ci il tarixli № 1095 saylı ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə 11457 manat sığorta ödənişi edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2023-cü il tarixli № 9/8501 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Audi Q5” markalı 014D006 dövlət qeydiyyat nişanlı avtomibilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9565 manat məbləğ müəyyən edilir. Birinci instnsiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 14.05.202İ-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Audi Q5” markalı 0141D006 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər "xxxx" ASC tərəfindən tərtib olunmuş №-1431/21 saxlı xx.xx.2021-ci il tarixli qiymətləndirmə aktına əsasən 11457 manat müəyyən olunmuşdur. Lakin xx.xx.2023-cü il tarixli ekspert rəyində 2015-ci il buraxılışlı “Audi Q5” markalı 0141D006 dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir bərpa xərcinin 11457 manat məbləğində olduğu qeyd edilsə də, işlənib hazırlanmış metodikaya əsasən illik 4% aşınma nəzərə alınaraq həmin avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 9565 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqlivvul hadisəsi nəticəsində “Audi Q5” markalı 0İ4D006 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər məbləği 2021-ci ilin real bazar qiymətləri nəzərə alınaraq 11457 manat məbləğində müəyyən olunmuş və həmin məbləğdə sığorta ödənişi həyata keçirilmişdir. Yəni, “Qala Sığorta" ASC tərəfindən avtomobilə dəymiş zərər məbləği hesablanarkən avtomobilin istehsal ili (2015) deyil, 2021-ci ilin bazar qiymətləri əsas götürülmüş, həmin tarixdə mövcud qiymətlərə uyğun sığorta ödənişi həyata keçirilmiş və köhnəlmə tətbiq edilməmişdir. İş materialından görünür ki, iddiaçı "xxxx" ASCnin subroqasiya tələbi ilə əlaqədar 5000 manat "xxxx" ASC tərəfindən iddiaçıya ödənilmişdir. Ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı “Audi Q5” markalı 014D006 dövlət qeydiyyat nişanlı avtomibilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 9565 manat müəyyən edilir. Cavabdehin təqsirli hərəkətlərinə görə vurulmuş zəzərin 9565 manat müəyyən edilməsi və "xxxx" ASC tərəfindən iddiaçıya 5000 manat sığorta ödənişinin həyata keçirilməsi nəzərə alınmaqla (9565- 5000=4565) iddia tələbi qismən təmin edilməli, cavabdehdən vurulmuş zərərə görə subroqasiya tələbi üzrə 4565 manat pul alınaraq iddiaçıya verilməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin məhz həmin apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalı olmasını düzgün hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. MM-in 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Kazımlının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 09 fevral 2022-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsi zamanı zərərin mövcudluğu və həcmi, dəymiş zərərlə zərər vuranın hərəkətləri arasında səbəbli əlaqənin mövcudluğu faktı sübut edilməlidir. Həmin faktları sübut etmək vəzifəsi zərərin əvəzinin ödənilməsini tələb edən şəxsin üzərinə düşür. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayətinin məhkəmə tərəfindən ona heç bir bildiriş göndərilməməsi, ekspertin hadisə nəticəsində ziyan dəymiş avtonəqliyyat vasitəsinə baxış keçirməsinin və təkrarekspertizanın təyin zəruriliyi barədə dəlilləri formal və əsassız olmaqla birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, iş üzrə düzgün nəticəyə gəlmək üçün əhəmiyyət kəsb edən işin bütün faktiki halları araşdırılmış, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kollegiya qeyd edir, iş materiallarından da göründüyü kimi, ekspert rəy verərkən işdə olan qüsur aktına istnad etmiş və tədqiqat məhz həmin akt əsasında həyata keçirilmişdir. Beləliklə, məhkəmə kollegiyası diqqətə çatdırır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 376.2, 384.0.1, 385.2, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(022)-39/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1195/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1195/2024
03.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver