Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1196/2025 17.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən, məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, İddiaçı X1 Cavabdeh qarşı ümumi mülkiyyətdən payın naturada bölünməsi tələbinə dair mülki iş üzrə Biləsuvar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(022)-4/2025 saylı qətnaməsindən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən kecirərək, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Biləsuvar rayonu Günəşli kəndində reyester nömrəsi **********33 saylı Çıxarışa əsasən 0,52 hektar həyətyanı torpaq sahəsinin ona düşən üçdə bir hissə payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(022)-4/2025 saylı qətnaməsi (hakim Nüsrət Mirzəyev) ilə, iddia tələbi rədd edilmişdir. Qətnamədən narazı qalan iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Mülki iş materialları 14 iyul 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuş, mülki işə 2(106)1196/2025 nömrə verilmiş və apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması 17 iyul 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə kollegiyası Biləsuvar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(022)- 4/2025 saylı qətnaməsindən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini nəzərdən keçirərkən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil verdiyi apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinə uyuğunluğunu yoxlanılmadığı müəyyən edilmişdir. Belə ki, apellyasiya şikayəti iddiaçının -nümayəndəsi-vəkili kimi Vəkil tərəfindən imzalansa da, “Elektron məhkəmə” informasiya sisteminə və iş materiallarına əlavə edilmiş vəkil orderinə nəzər yetirdikdə görünür ki, apelyasiya şikayəti xx.xx.2025-ci il tarixdə imzalanmış, iddiaçı ilə Vəkil arasında order xx.xx.2025-ci il tarixdə bağlanmışdır. MPM-in 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin məcəllənin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin məcəllənin 73.5-ci maddəsinə əsasən vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. Qeyd edilən qanunvericilik normalarından da görünür ki, vəkilin mülki prosesdə tərəfin nümayəndəsi qismində iştirak etməsi üçün onun səlahiyyətləri qanunla müəyyən olunmuş qaydada təsdiq edilməlidir. Hazırki işdə də iddiaçı Cəmşid Ağayev tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş etibarnamə yolu ilə Vəkil nümayəndə qismində MPM-in 74-cü maddəsində göstərilən səlahiyyətlər verilsə də, Vəkil kimi səlahiyyətləri təsdiq edildikdən sonra, yəni order verildikdən sonra o həmdə nümayəndə qismində iştirak edə bilər. İş materiallarından da görünür ki, apelyasiya şikayəti xx.xx.2025-ci il tarixdə Vəkil tərəfindən imzalanmış, iddiaçı ilə Vəkil arasında order xx.xx.2025-ci il tarixdə bağlanmışdır. Belə olan halda kollegiya hesab edir ki, vəkilin iddiaçının adından apelyasiya şikayəti imzalamaq səlahiyyəti olmamışdır. Məhkəmə kollegiyasının mövqeyinə görə birinci instansiyası məhkəməsi apellyasiya şikayəti daxil olduqda onu vermiş şəxsin apellyasiya şikayəti vermək hüququna malik olmasını, apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, apellyasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda apellyasiya şikayətini baxılması üçün göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad çıxarmalıdır. Lakin hazırki iş üzrə birinci instansiyası məhkəməsi bu tələblərə əməl etməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qeyrimümkün hesab edilərək MPM-nin 357-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün mülki iş materialı ilə birlikdə Biləsuvar Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinin yoxlanılması zamanı bu qərardadda qeyd olunan hallar nəzərə alınmalı, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361-363, 366.2 və 400-402-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,, QƏRARA ALDİ: Biləsuvar Rayon Məhkəməsinin 20 may 2025-ci il tarixli, 2(022)-4/2025 saylı qətnaməsindən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş materialı apellyasiya şikayətinin MPM-nin 357-363-cü maddələrinə uyğunluğunun yoxlanılaraq hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir
Məhkəmə qərarları › İş №2(106)-1196/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1196/2025
17.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver