Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1209/2025 04.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Beyləqan Rayon Məhkəməsinin 2(020)-19/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə 04 avqust 2025-ci il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi; İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh maddi ziyan olaraq 52 000 manat, əldə çıxmış fayda 1200 manat, mənəvi ziyan olaraq 2000 manat, iddiaya görə məhkəməyə ödənilmiş 255 manat, ümumilikdə 55255 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahat verən İddiaçı iddianı müdafiə etdi və izahatında göstərdi ki, 2023-cü ilin iyun ayında özünə məxsus Sabunçu rayonu Ramana qəsəbəsi südçülük sovxozunda yerləşən 3 sot torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün ev tikib satan Emin adlı şəxslə razılaşaraq ona 50 000 manat pul vəsaiti vermişdir. Cavabdeh tikinti işləri ilə məşğul olduğunu, tikinti standartlarını bildiyini, evin tikilməsi üçün qanunun tələbinə uyğun olaraq layihələndirmə və arxitektura işlərini həll edəcəyini bildirmişdir. O, 2023-cü ilin oktyabr ayında evinə baxmaq üçün getmiş, Cavabdeh heç bir tikinti standartına uyğun olmayan ev inşa etdiyini görmüşdür. Evin inşası zamanı açıq-aşkar inşaat normaları kobud pozulmuşdur. Halbuki bu günki gündə 50 000 manat bir mərtəbəli evin tikinti standartlarına uyğun inşaatı üçün kifayət qədər böyük məbləğdir. Bundan sonra o, Sabunçu rayon Polis idarəsinə müraciət etmişdir. Sabunçu RPİ tərəfindən 13 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Polis şöbəsində izahat verən cavabdeh ondan evin tikintisi üçün 50.000 manat aldığını etiraf etmişdir. Evin hörgüsü zamanı istifadə olunan mişar daşları keyfiyyətsiz olmuş, mişar daşları beton kalonlarla və beton kəmərlə bərkidilməmiş, evin daxilində elektrik xətti düzgün çəkilməmiş, keyfiyyətsiz kabellərdən istifadə olunmuş, döşəmə üçün kəsilmiş və nazik taxtadan istifadə olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ona maddi və mənəvi ziyan vurmuşdur. Həmçinin Cavabdeh evin tam tikilməsini bir ay müddətinə başa çatdıracağına söz versə də bu sözünə də əməl etməmişdir. O, həmin tarixdən hər ay 300 manat ödəməklə ev tutub yaşamışdır. Onun evi söz verildiyi kimi 1 aya hazır olsaydı o, kirayə haqqı ödəmzdi. Cavabdeh evi 2 aya tikib təhfil verəcəyini demişdir. O, cavabdehə evi 9 daş üstündə tikiləcəyini demiş, lakin cavabdeh evi 6 daş üstündə tikmişdir. Cavabdehə dam örtüyünün hansı formada olacağını deməmişdir. Evin dam örtüyü çox bərbad vəziyyətdədir. O, cavabdehdən 65000 manata 3 otaqlı ev almış və həmin evin həyətindən bir evdə inşa etmək üçün ona sifariş vermişdir. Cavabdehə aldığı evdən fərqli bir evin tikilməsini sifariş vermiş, lakin Cavabdeh ona tamamilə başqa lahiyədə ev tikmişdir. Evi 9 daş üstündə tikilmədiyinə və dam örtüyünün kefiyətsiz vurduqlarına görə tikintini dayandırmışdır. Onun evinin tikintisində iki usta işləmişdir. Cavabdehin gördüyü işlərdən tam narazıdır. Cavabdeh həmin evin tikintisinə təxminən 20000 manat pul xərcləmişdir. İşlərin başa çatmaması cavabdehin təqsiri üzündən baş vermişdir. O, cavabdehə inanmış, lakin cavabdeh onun evini yarımçıq qoyaraq özünə başqa yerdə ev tikməyə başlamışdır. Ona görə də, Cavabdeh maddi ziyan olaraq 52 000 manat, əldə çıxmış faydaya görə 1200 manat, mənəvi ziyan olaraq 2000 manat, iddiaya görə məhkəməyə ödənilmiş 255 manat, ümumilikdə 55255 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddianı müdafiə etdi, cavabdeh tərəfindən müqavilə şərtlərinə əməl etməməsi, yəni evi vaxtında tikib başa çatdırmaması və evi keyfiyyətsiz inşa etməsi müəyyən edildiyindən, cavabdeh podrat müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, iddiaçı ondan 65000 manata Bakı şəhəri Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evi almış və həmin evdə yaşamışdır. Sonra iddiaçı həmin yaşayış evinin həyətində aldığı evlə eyni lahiyədə ev tikməyi ona sifariş vermişdir. O, həmin evi tikmək üçün iddiaçı ilə 50000 manata razılaşmışdır. İddiaçı ona 47000 manat pul vermişdir. O, həmin pulla evin inşasına başlamışdır. Ev normativlərə uyğun və keyfiyyətli materiallardan tikilmişdir. Həmin evdə dörd usta işləmiş və hər gün gördükləri işi iddiaçının oğlu və ya qardaşı Tahir gəlib təhvil almışdır. O, evi iddiaçı ilə razılaşdıqları vaxtdan da tez tikmişdir. İddiaçı tikilən evin qonşuluğunda yaşamış və hər gün görülən işləri özü görmüşdür. Tikintinin dayandırılmasını iddiaçı onadan tələb etmişdir. Bunun səbəbini iddiaçı ona izah etməmiş, yalnız ondan artıq pul aldığını demişdir. Evin tikilməsi üçün iddiaçı tərəfindən ona vaxt qoyulmamışdır. İddiaçı ona telefon danışığında demişdir ki, “mənim tələsən yerim yoxdur, ay yarım olmasın iki ay olsun, heç yerə təsmirəm, Allaha şükür qalmağa yerim vardır, nə yaxşı ki, sizə rast gəlmişəm”. Bu barədə onların arasında telefon danışığı vardır və həmin telefon danışığını məhkəməyə təqdim etmişdir. Evin bünövrəsini tökərkən iddiaçı özü ona demişdir ki, bünövrəni torpağın üzərindən etsin ki, ev hündür olsun. İddiaçı evin damını ona satdığı evin damı ilə eyni olmasını da ondan xahiş etmişdir. Həmin evin inşası 47000 manata başa gələ bilməzdi. Bir sözlə o, evi iddiaçıya satdığı evin lahiyəsi və formasında tikmişdir. İddiaçının evin normativlərə uyğun tikilməməsi və vaxtında təhvil verilməməsi barədə fikirləri əsassızdır. Həmin evin materiallarına 33000 manatdan artıq pul xərcləmişdir və əlaəv olaraq ustalara 8000 manat pul vermişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Vəkil2 iddia əsassız olduğundan, yəni cavabdehin üzərinə götürdüyü öhdəliyi yerinə yetirdiyindən, evin tikintisinin tam başa çatmamasının iddiaçının təqsiri üzündən baş verdiyini nəzərə alıb iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Beyləqan Rayon Məhkəməsinin 2(020)-19/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (Hakim: Ramiz Nurullayev), iddianın qismən təmin edilməsi, Cavabdeh maddi ziyana görə 21841 (iyirmi bir min səkkiz yüz qırx bir) manat və ödənilmiş dövlət rüsumuna görə 155 (yüz əlli beş) manat alınıb İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumuna görə 100 yüz) manatın İddiaçı aid edilməsi, iş üzrə ekspertiza tədqiqinin dəyərini təşkil edən 200 (iki) manat məbləğin 100 (yüz) manatının İddiaçı, 100 (yüz) manatın isə Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamış nəticədə qəbul edilən qətnamə isə qanunsuz və əsasız olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan İddiaçı nümayəndəsi və vəkili Həsənov X1 Rayon Məhkəməsinin 2(020)-19/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, apellyasiya şikayəti təmin edilməklə yeni qətnamə qəbul edilməsini və ya qətnamə dəyişdirilməklə iddiaçının tələbinin tam təmin edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini Beyləqan Rayon Məhkəməsinin 2(020)-19/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsinin ləğv edilərək, apellyasiya şikayəti təmin edilməklə yeni qətnamə qəbul edilməsini və ya qətnamə dəyişdirilməklə iddiaçının tələbinin tam təmin edilməsini xahiş etdilər. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin dəlilləri həddində Beyləqan Rayon Məhkəməsinin 2(020)-19/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsinin iddianın təmin edilməyən hissəsində qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin, 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə görə əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 756.1-ci maddəsinə görə əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 756.2-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi miqdarı bir tərəfdən gecikdirmənin müddətindən və muzdun miqdarından asılı olaraq, digər tərəfdən isə, əgər sifarişçi müddəti pozmasaydı, podratçının öz iş qüvvəsindən başqa şəkildə istifadə etməsi nəticəsində ala biləcəyindən asılı olaraq müəyyənləşdirilir. 759.1-ci maddəsinə görə sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə görə əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apelyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edərkən hesab etmişdir ki, fərdi yaşayış evində aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 17159,0 manat məbləğində müəyyən olunmuşdur. Lakin həmin məbləğə evini tikintisindən ötrü ustalara xərclənən pulu aid etmək olmaz. Çünki, iddiaçı özü məhkəmə iclasında həmin evin tikintisinə cavabdeh tərəfindən təxminən 20000 manat xərc çəkildiyini göstərmiş, digər tərəfdən cavabdeh özü də evin tikintisindən ötrü təkcə ustalara 8000 manat verdiyini göstərmişdir. Ona görə də məhkəmə hesab edir ki, ekspertizanın göstərdiyi məbləğ yalnız evin tikinti materiallarına sərf olunması kimi qəbul edilməli və əlavə olaraq ustalara 8000 manat verilməsi nəzərə alınmalıdır. Belə olan təqdirdə iddia iddiaçının cavabdehə evin tikintisi üçün 47000 manat verdiyi pulun (17159+8000 =25150 manat) çəkilmiş xərclər çıxılmaqla 21841 manat məbləğində təmin edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticədən İddiaçı apellyasiya şikayəti verərək, məhkəmənin ekspert rəyində evin təmir və tikintisinə 17159,0 manat xərc çəkilməsinə və usta pulunun da həmin xərcə daxil olmasına baxmayaraq, usta pulunu görə də əlavə olaraq mübahisələndirilən məbləğdən 8000 manat çıxılmasını qanuni hesab etməmiş və qətnaməni həmin hissədə mübahisələndirmişdir. Məhkəmə kollegiyası aparılmış məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına düzgün hüquqi qiymət versə də, ekspert rəyi əsasında müəyyən edilmiş evin təmir və tikintisinə çəkilən xərci düzgün müəyyən etməmiş, və iddiaya usta puluna görə çəkilən xərc hissəsində düzgün hüquqi qiymət verməyərək qətnamənin apelyasiya qaydasında dəyişdirilməsi üçün əsas yaratmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticənin aydın və anlaşılan olmasının təmin edilməsindən ötrü aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan, reyestr nömrəsi **********37 olan, qeydiyyat tarixi xx.xx.2013-cü il olan çıxarışa əsasən Abşeron rayonu, Ramana südçülük sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsi xx.xx.2008-ci il tarixdən başlayaraq 99 il müddətinə xx.xx.2008-ci il tarixli 430 nömrəli icarə müqaviləsi və xx.xx.2013cü il tarixli 3M-1-251 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən İddiaçı qızna icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, İddiaçı Bakı şəhəri Sabunçu rayon pols şöbəsinə müraciət edərək 2023-cü ilin iyun ayında ev tikdirmək məqsədilə Emin adlı şəxsə 50000 manat pul verdiyini, Lakin həmin şəxsin onu aldararaq etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etməsini göstərmişdir. Müraciət əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/2761 nömrəli eskpertiza rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evi üzrə aparılmış tikinti və təmir işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri 17159,0 manat məbləğində müəyyən olunmuşdur. Tədqiq olunan tikilinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi bina və qurğularda yenidən planlaşdırma aparılması, mövcud şəhərsalma obyetlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırılması Qaydalarının 4.1. və 4.2. bəndlərinin tələblərinə uyğun inşa edilmədiyi edilmişdir. Ekspertiza qarşısında qoyulmuş üçüncü sual- Tədqiqat olunan evin tikintisində istifadə olunmuş materialların yararlı olubolmamasının, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olub-olmamasının müəyyən edilsin? Həmin sual tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından üçüncü sual üzrə tədqiqat aparılamamışdır. Əvvəlki məhkəmə iclasında izahat verən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ekspertiza qarşısında qoyulmuş üçüncü sualTədqiqat olunan evin tikintisində istifadə olunmuş materialların yararlı olub-olmamasının, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olubolmamasının müəyyən edilməsi ilə bağlı suala cavab verilməsinin zəruri olduğunu, lakin ekspertizanın yarımçıq aparıldığını, həmin suala cavab verilməsinin böyük əhəmiyyət kəsb etdiyini göstərmiş və məhkəməyə vəsatət təqdim edərək əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Məhkəmənin 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilmişdir. İş üzrə alınmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/1-10/2761 saylı ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış tikintisində istifadə olunmuş materialların yararlı olub- olmamasının, istismar zamanı təhlükəsizlik baxımından etibarlı olub-olmamasının müəyyən edilməsi tikinti-texniki ekspertin səlahiyyətlərinə aid olmadığından üçüncü sual üzrə tədqiqat aparılmamışdır Cavabdehlə iddiaçı arasında telefon danışlarının qeydinə baxış keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə danışarkən “mənim tələsən yerim yoxdur, ay yarım olmasın iki ay olsun, heç yerə təsmirəm, Allaha şükür qalmağa yerim vardır, nə yaxşı ki, sənə rast gəlmişəm, sənə güvənirəm, ana-bala olduq, səndən xahişim bir odur ki, işə başlayanda məni çağır gül yeri təyin edim, darvazanın ağzına işiq alım və həyərdəki tumbalara işiq bağlatdırım, onu da özüm alıb verəcəm” Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir, ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırkı işdə tərəflər arasında mübahisənin mahiyyətini iddiaçı tərəfindən cavabdehə evin tikintisi üçün verilmiş maddi ziyan qismində 52 000 manat pulun, əldə çıxmış fayda kimi 1200 manat, mənəvi ziyan olaraq 2000 manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi təşkil edir. Bu halda iddiaçının iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 21, 752,753,759-cü maddələri təşkil edir. İddiaçının iddia tələbinin mahiyyətindən görünür ki, 2023-cü ilin iyun ayında özünə məxsus Sabunçu rayonu Ramana qəsəbəsi südçülük sovxozunda yerləşən 3 sot torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün ev tikib satan Emin adlı şəxslə razılaşaraq ona 50 000 manat pul vəsaiti vermişdir. Cavabdeh tikinti işləri ilə məşğul olduğunu, tikinti standartlarını bildiyini, evin tikilməsi üçün qanunun tələbinə uyğun olaraq layihələndirmə və arxitektura işlərini həll edəcəyini bildirmişdir. O, 2023-cü ilin oktyabr ayında evinə baxmaq üçün getmiş, Cavabdeh heç bir tikinti standartına uyğun olmayan ev inşa etdiyini görmüşdür. Evin inşası zamanı açıq-aşkar inşaat normaları kobud pozulmuşdur. Halbuki bu günki gündə 50 000 manat bir mərtəbəli evin tikinti standartlarına uyğun inşaatı üçün kifayət qədər böyük məbləğdir. Bundan sonra o, Sabunçu rayon Polis idarəsinə müraciət etmişdir. Sabunçu RPİ tərəfindən 13 oktyabr 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Polis şöbəsində izahat verən cavabdeh ondan evin tikintisi üçün 50.000 manat aldığını etiraf etmişdir. Ona görə də, Cavabdeh maddi ziyan olaraq 52 000 manat, əldə çıxmış faydaya görə 1200 manat, mənəvi ziyan olaraq 2000 manat, iddiaya görə məhkəməyə ödənilmiş 255 manat, ümumilikdə 55255 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaya etirazından müəyyən edilir ki, iddiaçı ondan 65000 manata Bakı şəhəri Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evi almış və həmin evdə yaşamışdır. Sonra iddiaçı həmin yaşayış evinin həyətində aldığı evlə eyni lahiyədə ev tikməyi ona sifariş vermişdir. O, həmin evi tikmək üçün iddiaçı ilə 50000 manata razılaşmışdır. İddiaçı ona 47000 manat pul vermişdir. O, həmin pulla evin inşasına başlamışdır. Ev normativlərə uyğun və keyfiyyətli materiallardan tikilmişdir. Həmin evdə dörd usta işləmiş və hər gün gördükləri işi iddiaçının oğlu və ya qardaşı Tahir gəlib təhvil almışdır. O, evi iddiaçı ilə razılaşdıqları vaxtdan da tez tikmişdir. İddiaçı tikilən evin qonşuluğunda yaşamış və hər gün görülən işləri özü görmüşdür. Tikintinin dayandırılmasını iddiaçı onadan tələb etmişdir. Bunun səbəbini iddiaçı ona izah etməmiş, yalnız ondan artıq pul aldığını demişdir. Evin tikilməsi üçün iddiaçı tərəfindən ona vaxt qoyulmamışdır. Həmin evin inşası 47000 manata başa gələ bilməzdi. Bir sözlə o, evi iddiaçıya satdığı evin lahiyəsi və formasında tikmişdir. İddiaçının evin normativlərə uyğun tikilməməsi və vaxtında təhvil verilməməsi barədə fikirləri əsassızdır. Həmin evin materiallarına 33000 manatdan artıq pul xərcləmişdir və əlavə olaraq ustalara 8000 manat pul vermişdir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarında olan sübutları apellyasiya şikayətinin dəlilləri ilə birlikdə müqayisəli tədqiq edərək müəyyən edir ki, birinci instansiya məhkəməsi iddia tələbini 8000 manat usta puluna görə əlavə xərc çəkilməsi qənaətinə gələrək, Cavabdeh maddi ziyana görə 21841 (iyirmi bir min səkkiz yüz qırx bir) manat pulun tutulması qəanətinə gələrkən iş materiallarında olan sübutları düzgün müəyyən etməmişdir. Kollegiya qeyd edir ki, əvvəla işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər Sabunçu rayonu Ramana qəsəbəsi südçülük sovxozunda yerləşən 3 sot torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi barədə razılığa gəlmiş, onlar podrat müqaviləsindən irəli gələn hüquqi öhdəliklər yaranmışdır. İddiaçı evin tikintisi və təmirinə görə Cavabdeh 50000 manat pul verdiyini bildirsə də, cavabdeh cinayət işinin başlanmasının rədd edilməsi barədə 10 oktyabr 2023-cü il tarixli qərarda iddiaçıdan 47000 manat pul aldığını etiraf etmişdir. Daha sonra iddiaçı tikintini onların razılaşdırdıqları standartlara və keyfiyyətlərə uyğun tikilməməsi əsası ilə dayandırmış, və ona vurulan maddi ziyan kimi 52000 manatın, əldə çıxmış faydaya görə 1200 manat, mənəvi ziyan olaraq 2000 manatın ona alınıb verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbi üzrə düzgün araşdırma aparsa da, evin təmir və tikintisinə görə çəkilən və ekspert rəyi ilə müəyyən edilən 17159,0 manat puldan əlavə usta puluna görə də 8000 manat pul xərclənməsini müəyyən etməsi işin hallarına uyğun olmamışdır. İddiaçı isə qətnaməni həmin hissədə (yəni tərəflər arasında podrat müqaviləsinin mövcud olması və həmin müqavilə üzrə sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilmişdir.) mübahisələndirmiş, və o, qətnamədən apellyasiya şikayəti verməmişdir. İddiaçı isə qətnamədən apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsi tərəfindən aparılan araşdırmanın yekunu olaraq podrat müqaviləsi üzrə görülən işlərin dəyəri usta xərci də daxil olmaqla 17159 manat olmasına baxmayaraq, yenidən 8000 manat dəyərində usta xərci müəyyən etməsini, həmçinin iddianın əldən çıxmış fayda olaraq 1200 manat, mənəvi ziyan olaraq 2000 manatın təmin edilmədiyi hissəsini mübahisələndirmişdir. Ona görə də, kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri həddində qətnaməyə yuxarıda qeyd olunan hissədə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/2761 nömrəli eskpertiza rəyinin təsviri hissəsində olan SMETA bölməsinə (İ.M 57-ci vərəq) nəzər yetirdikdə görünür ki, həmin hissədə qeyd edilmişdir:
1. Bünövrənin betonlanması (dəmirçi işləri və beton tökülməsi), Beton, Armatur
2. Divarların 0.4m qalınlıqda mişar daşından hörülməsi, Mişar daşı, Sement (40 kq), Qum və.s Göründüyü kimi rəyin SMETA bölməsində görülən işə usta puluna görə-Bünövrənin betonlanması işi göstərilmiş və həmin işə görə materialların adı və xərci- Beton, Armatur hər bir bölmədə ayrıca göstərilmişdir. Yəni ekspert tərəfindən görülən işlərə görə həm həmin işə görə usta pulu, həm də həmin işə görə istifadə olunan materialların pulu göstərilmişdir. Lakin birinci instansiya məhkəməsi bunu nəzərə almamış, evin təmir və tikintisinə görə 17159 manat puldan əlavə cavabdehin deməsi əsasında 8000 manat da ustu pulu müəyyən etmişdir. Halbuki təmir və tikintiyə çəkilən xərclər usta pulu da daxil olmaqla 17159 manat müəyyən edilmişdir. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh maddi ziyana görə 29841 (47000-17159) manat alnıb İddiaçı verilməldir. Kollegiya əlavə olaraq qeyd edir ki, iddiaçının iddia tələbinin əldə çıxmış faydaya görə 1200 manat, mənəvi ziyana görə 2000 manat hissəsində məhkəməyə kifayət qədər sübut təqdim edilmədiyindən birinci instansiya məhkəməsinin iddia tələbinin həmin hissədə təmin edilməməsinə dair gəldiyi nəticəsini qanuni və əsaslı hesab edir və bu hissədə kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bu hissədə apellyasiya şikayətinin dəlillərini heç bir sübutla təsdiqini tapmayan formal mülahizə hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Beyləqan Rayon Məhkəməsinin 2(020)-19/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilərək, iddia tələbi qismən təmin edilməli, Cavabdeh maddi ziyana görə 29841 (47000-17159) manat alnıb İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə iddianın təmin edilən hissəsində qiyməti 8000 manat olduğundan həmin hissədən Cavabdehoğlu tərəfindən kassasiya şikayəti verilə bilər. Lakin iddianın təmin edilməyən hissədə qiyməti əldə çıxmış faydaya görə və mənəvi ziyana görə 3200 manat olduğundan İddiaçı tərəfindən kassasiya şikayəti verilə bilməz. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Beyləqan Rayon Məhkəməsinin 2(020)-19/2025 saylı, 15 yanvar 2025-ci il tarixli qətnaməsi dəyişdirilərək, iddia tələbi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 29841 (iyirmi doqquz min səkkiz yüz qırx bir) manat alnıb İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.