Məhkəmə qərarları › İş №2(106)-1212/2023

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1212/2023

28.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1212/2023 28.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı icarə haqqı tələbinə dair mülki iş üzrə Açar sözlər: icarə haqqı tələbi X14 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Həsən Əhliman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun nümayəndəsi və vəkili X2, müqstəqil tələb irəli sürməyən İİİ şəxs X5 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı icarə haqqı tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(057)-417/2023 saylı qətnaməsindən (hakim A.Səmədov) cavadeh və onun nümayəndəsi və vəkili Vəkil tərəfindən birgə verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14000 manat icarə haqqı və 132 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi vardır. İddiaçı həmin obyekti icarə müqaviləsi əsasında Dadaş Qafarova vermişdir. Sonradan 2021-ci ilin mart ayında D.Qafarov həmin obyekti X6 və Cavabdeh kirayəyə vermiş və sonuncular ona hər ay 800 manat icarə haqqı verməli idilər. Bir-iki aydan sonra X6 həmin obyektdən çıxmış, obyekti sonradan hazırkı iş üzrə cavabdeh işlətmişdir. Cavabdeh 2021-ci ilin mart ayından 2023-cü ilin mart ayına kimi həmin obyektdən istifadə etmiş və istifadə etdiyi müddət ərzində bir dəfə 1600 manat və bir dəfə də 2000 manat icarə haqqı vermişdir. Hazırda cavabdehin ödənilməmiş icarə haqqı 14000 manat təşkil edir.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Birinci instansiya məhkəməsində cavabdeh bildirmişdir ki, 2021-ci ilin mart ayında Anarla birlikdə Dadaşdan Fikrət adlı şəxsə məxsus 40 kv.m obyektini ayda 800 manat icarə haqqı verməklə icarəyə götürmüşdür. Aralarında olan danışığa əsasən aprel ayının 1-dən hər ay 800 manat icarə haqqı ödəyəcək, lakin 3 ay vaxt veriləcəkdir. Anar onunla birlikdə 6 ay işləmiş və oktyabr ayının ortalarında obyektdən çıxmışdır. Dadaş iyun ayından başlayaraq icarə haqqını tələb etmiş, özləri obyektə xərc qoyduğu üçün məcbur qalıb pulu verməyə başlamışlar. İyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün hər ay 800 manat olmaqla, ümumilikdə 7000 manat pul ödəmişlər. Sonra 2 ay məhərrəmlik ayı olduğu üçün həmin 2 ayı icarə haqqı verməmişdir. Aralarında razılığa gələrək, yanvar ayında 2000 manat pul vermiş, sonra hər ay 800 manat olmaqla, cəmi 18000 manata yaxın ödəniş etmişdir. Həmin obyektdən 2023-cü ilin mart ayında özü də, çıxmışdır. Yanvar ayında ödədiyi 2000 manat 2021 -ci ilin oktyabr, noyabr, dekabr ayları üçün olmuşdur. Sonrakı aylarda da qalıq qalmış 400 manatı ödəmidir. 2021-ci ilin may ayından, 2022-ci ilin dekabr ayına kimi 15200 manat icarə haqqı ödəmiş, lakin 18000 manatı təqribi olaraq bildirmişdir.İddiaçı pulun alınması barədə məhkəməyə sübut təqdim etməli və həmçinin bu barədə məhkəməyə sübut təqdim etməlidir.Sübut etmək vəzifəsi iddiaçının olmalıdır. Ona qarşı verilmiş iddia əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(057)-417/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 14000 manatın və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 132 manatın alınıb İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh tərəf qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi 01 may 2023-cü il tarixli, 2(057)-417/2023 saylı qətnaməsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh icarəyə verilməsini müəyyən etsə də, göstərilən maddi hüquq normalarının tələblərinə riayət etməyərək icarə haqqında ümumi müddəaların tələblərini pozmuşdur. Bununla da birinci instansiya məhkəməsi həmin maddi hüquq normalarını nəzərə almamış və iddia tələbini rədd etməli olduğu halda təmin etmişdir. Belə ki, Cavabdeh 2021-ci ilin mart ayında tanışı Anarla birlikdə Dadaşdan Fikrət adlı şəxsə məxsus 40 kv.m obyekti ayda 800 manat icarə haqqı verməklə icarəyə götürmüşdür. Aralarında olan danışığa əsasən aprel ayının 1-dən hər ay 800 manat icarə haqqı ödəyəcəkdir, lakin ödənişə 3 ay vaxt veriləcəkdir. Anar Mirtalehlə birlikdə 6 ay işləmiş və oktyabr ayının ortalarında obyektdən çıxmışdır. Dadaş iyun ayından başlayaraq icarə haqqını tələb etmiş, özləri obyektə xərc qoyduğu üçün məcbur qalıb pulu verməyə başlamışlar. İyun, iyul, avqust, sentyabr, oktyabr ayları üçün hər ay 800 manat pul ödəmişlər. Sonra 2 ay məhərrəmlik ayı olduğu üçün həmin 2 ayı icarə haqqı verməmişdir. Aralarında razılığa gələrək, yanvar ayında 2000 manat pul vermiş, sonra hər ay 800 manat olmaqla ödəniş etmişdir. Həmin obyektdən 2023-cü ilin mart ayında özü də çıxmışdır. Yanvar ayında ödədiyi 2000 manat 2021-ci ilin oktyabr, noyabr, dekabr ayları üçün olmuşdur. Sonrakı aylarda da qalıq qalmış 400 manatı ödəmişdir. 2021-ci ilin may ayından, 2022-ci ilin dekabr ayına kimi ümumilikdə 15200 manat icarə haqqı ödəmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə obyektin icarəsi ilə bağlı Dadaş adlı şəxslə danışmışdır. Dadaş obyektin əsl sahibinin Fikrət adlı şəxs olduğunu bildirmişdir. Fikrət adlı şəxs barəsində soruşduqda isə Rusiya Federasiyasında yaşadığını söyləmişdir. 2021-ci ilin mart ayının sonuna Novruz Bayramı ilə əlaqədar Azərbaycana gələcəyini və icarə müqaviləsi bağlayacağını bildirmişdir. Sonradan Fikrət adlı şəxsin işləri olduğu üçün gələ bilməyəcəyini qeyd edərək, müqavilə bağlaya bilməsələr də təmir işlərini görməyə başlamışlar. Təmir işləri ilə bağlı təxminən 10000 manatdan yuxarı xərci çıxmışdır. Aprel ayı bir ay güzəşt olunmuşdur. Bundan sonra qalan aylar üzrə icarə pulunu aylıq 800 manat ödəmişdir. Dadaş söz verdiyi 2 ayı məhərrəmlik ayında güzəşt etməyi desə də etməmişdir. Dekabr ayında icarə müqaviləsi bağlamağı təklif etsə də, Dadaş razılıq verməmiş və qalıq pulu ödədikdən sonra icarə müqaviləsi bağlamağı bildirmişdir. Azərbaycan Respublikası MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. İş materiallarından da görünür ki, tərəflər arasında öhdəliyin əmələ gəlməsi üçün icarə müqaviləsi olmamışdır. Göründüyü kimi tərəflər arasında icarə münasibətlərinin olması iddia edilsə də, həmin münasibətləri icarə kimi qiymətləndirmək mümkün deyildir. Çünki icarə üçün tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan qanunvericiliyin həmin müqavilənin bağlanmış hesab edilməsi üçün zəruri olan forma və tələblərinə əməl edilmədiyi üçün tərəflər arasında həmin razılaşmaya etibarsız əqdin normaları üzrə qiymət verilməlidir. Belə ki, diqqətə çatdırılmalıdır ki, MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Məcəllənin 1091.1, 1091.2 və 1093.1-ci maddəsinin tələbləri birinci instansiya məhkəməsi tərəfindən pozulmuşdur. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, İddiaçı mülkiyyətində ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi var və iddiaçı həmin obyekti bir il müddətə ayda 500 manat ödəmək şərti ilə icarə müqaviləsi əsasında Dadaş Qafarova vermişdir. Sonradan 2021-ci ilin mart ayında Dadaş Qafarov həmin obyekti X6 və Cavabdeh icarəyə vermiş və sonuncular ona hər ay 800 manat icarə haqqı verməli idilər. Bir müddətdən sonra X6 həmin obyektdən çıxmış, obyekti sonradan hazırkı iş üzrə cavabdeh işlətmişdir. Cavabdeh 2021-ci ilin mart ayından 2023-cü ilin mart ayına kimi həmin obyektdən istifadə etmiş və Dadaş Qafarov cavabdehdən hər ay 800 manat, cəmi 15200 manat pul alaraq əsassız olaraq varlanmışdır. İş materiallarında olan icarə müqaviləsindən də görünür ki, İddiaçı qeyriyaşayış binasını 29 iyun 2021-ci il tarixdə Dadaş Qafarova icarə müqaviləsi əsasında icarəyə vermişdir. Dadaş Qafarov isə həmin qeyri-yaşayış sahəsini aralarında icarə münasibətləri yaranmadan 2021-ci ilin mart ayından cavabdehin istifadəsinə vermişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmədə Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, vermiş olduqları apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, o bu işdə yalnız Dadaşı tanımışdır, Fikrəti isə sonralar tanımışdır. Obyekti kirayəyə götürdükdən sonra oranı təmir etdirmiş və bütün işlərə 10 000 manatdan çox xərci çıxmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiyası mərhələsində məhkəmənin təşəbbüsü ilə iş üzrə müqstəqil tələb irəli sürməyən İİİ şəxs qismində işə cəlb edilmiş X10 bildirmişdir ki, qeyd edilən obyekti əvvəlcə o icarə müqaviləsi əsasında işlətmişdir. Bildirmişdir ki, iddiaçı Nemət onun qardaşının dostudur. Lakin 2021-ci ilin mart ayında o həmin obyekti Fikrət və Nemətin razılığı X6 və Cavabdeh kirayəyə vermiş və sonuncular ona hər ay 800 manat icarə haqqı verməli idilər. İki aydan sonra X6 həmin obyektdən çıxmış və obyekti hazırkı iş üzrə cavabdeh işlətmişdir. Cavabdeh 2021-ci ilin mart ayından 2023-cü ilin mart ayına kimi həmin obyektdən istifadə etmiş və istifadə etdiyi müddət ərzində bir dəfə 1600 manat və bir dəfə də 2000 manat icarə haqqı vermiş, həmin məbləğlərdən başqa ona kirayə pulu ödəməmişdir. Buna görə də Mirtalehin obyektdən çıxması və ödənilməmiş qalan 6000 manat pulun ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Salyan rayon məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Belə ki, məhkəmə cavabdeh X1 qeyd edilən mübahisəli obyektdən çıxarılmasını qət etsə də, 6000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsini qət etməmişdir. Məhkəmə ona bildirmişdir ki, bu barədə obyektin sahibi Nemət özü iddia qaldıra bilər. Buna görə də İddiaçı hazırkı iddia üzrə məhkəməyə müraciət etmişdir. Onun hesablamalarına görə hazırda cavabdehin ödənilməmiş icarə haqqı 14000 manat təşkil edir. Göstərmişdir ki, obyektin sonradan Mirtalehə kirayəyə verilməsindən İddiaçı və onun yeznəsi Fikrətin xəbəri olmuşdur. Kirayə pullarını Nemətin razılığı ilə o alıb Fikrətə vermişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Kоnstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prоssesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baхışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baхımından şərh edilməsinə dair” 20 may 2011-ci il tariхli qərarında Kоnstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yохlamalıdır. Bununla əlaqədar оlaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə tохunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, оnun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispоzitivlik və çəkişmə prinsipinin pоzulması kimi qiymətləndirilməlidir.” Hazırki halda cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllеgiyası Azərbaycan Rеspublikası Kоnstitusiya Məhkəməsi Plеnumunun yuхarıda qеyd оlunan qərarındakı hüquqi mövqеyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehə münasibətdə, apellyasiya şikayətinin dəlilləri üzrə tam yохlanılmasını düzgün hеsab еdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 684.2. Kirayəçi ona mənsub istifadə hüququnu hər hansı fərdi səbəblərə görə həyata keçirə bilmədiyinə görə əmlak kirayəsi haqqını ödəməkdən azad edilmir. Lakin kirayəyə verən kirayəyə verilmiş əşyadan istifadə zamanı qənaət edilmiş məsrəflərin hesabı, habelə əşyadan başqa şəkildə istifadə etsəydi, əldə edə biləcəyi faydaların hesabı ilə razılaşmalıdır. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvi, yaxud dəyişdirilməsinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən, tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan şəhəri, X.R.Ulutürk prospekti 39 (yeni qaydalarla AZ 5200, ünvan 7 yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1159 kv.m olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan Salyan şəhəri, E.İmanov küçəsi 53-də yaşayan X10 tərəfindən Salyan rayon polis şöbəsinin rəisi polis polkovniki Nəzər Əsgərova ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsində bildirmişdir ki, təxminən 9 aya yaxındır ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən "Papatya” adlı obyekti ayda 800 manat ödəmək şərti ilə Salyan şəhər sakinləri Anar və Taleh adlı şəxslərə arendaya vermişdir. Lakin həmin şəxslər 7 aya yaxındır ki, arenda pulunu ödəmirlər və icarə müqaviləsi bağlamaqdan imtina edirlər. Odur ki, adları qeyd olunan şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli X5 Salyan rayon polis şöbəsində verilmiş izahatın surətindən görünür ki, ünvan 3 ünvanında yaşayır. xx.xx.2021-ci il tarixdə Salyan RPŞ-yə Anar və Taleh adlı şəxslər barədə müraciət etmişdir. Onunla əlaqədar bildirmişdir ki, Salyan rayonu ərazisində sahibkarlıqla məşğul olur. Təxminən 9 ay bundan əvvəl Salyan rayon sakini Anar adlı şəxs yaxınlaşaraq ona məxsus olan və Salyan şəhəri, X.R.Ulutürk küçəsində yerləşən "Papatya” adlı obyekti icarəyə götürmək istədiyini bildirmişdir. Anar adlı şəxsə həmin obyekti ayda 800 manat məbləğində arendaya verəcəyini bildirmişdir. Anar onunla razılaşmış, lakin təxminən 2 ay keçdikdən sonra arenda pulunu verməkdən imtina etmiş və ona dəfələrlə icarə müqaviləsi bağlamasını tələb etsə də Anar müqavilə bağlamaqdan imtina etmişdir. Anar özünə şərik kimi Taleh adlı şəxsidə obyektə gətirmiş, onlar 7 aya yaxındır ki, icarə pulunu ödəmirlər və icarə müqaviləsi bağlamağı tələb etsə də, imtina edirlər. Qeyd olunanlardan əsəbiləşərək, Anar və Talehin aylıq icarə haqlarının ödənilməsinə və onların icarə müqaviləsinin bağlanmasında köməklik göstərilməsi üçün Salyan RPŞ-yə müraciət etmişdir. Adları qeyd olunan şəxslərlə heç bir münaqişəsi olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Cavabdeh tərəfindən Salyan rayon polis şöbəsində verdiyi izahatın surətindən görünür ki, o, ünvan 5 ünvanında yaşayır. 18.03. 2021-ci il tarixdə obyektin icarəsi ilə bağlı Dadaş adlı şəxslə danışmışdır. Dadaş obyektin əsl sahibinin Fikrət adlı şəxs olduğunu bildirm işdirFikrət adlı şəxs barəsində soruşduqda isə Rusiya Federasiyasında yaşadığını söyləmişdir. 2021-ci ilin mart ayının sonuna Novruz Bayramı ilə əlaqədar Azərbaycana gələcəyini və etibarnamə verəcəyini bildirmişdir. Sonradan Fikrət adlı şəxsin işləri olduğu üçün gələ bilməyəcəyini qeyd edərək, müqavilə bağlaya bilməsələr də təmir işlərini görməyə başlamışlar. Təmir işləri ilə bağlı təxminən 10000 manatdan yuxarı xərci çıxmışdır. Aprel ayı bir ay güzəşt olunmuşdur.May, iyun, iyul, avqust, sentyabr ayları icarə pulunu aylıq 800 manat ödəmişdir. Söz verdiyi 2 ayı məhərrəmlik ayında güzəşt etməyi desə də etməmişdir. Oktyabr və noyabr aylarının icarə haqqını ödəməmişdir. Dekabr ayında icarə müqaviləsi bağlamağı təklif etsə də, Dadaş razılıq verməmiş və qalıq pulu ödədikdən sonra icarə müqaviləsi bağlamağı bildirmişdir. Dadaş ilə aralarında heç bir münaqişə olmamışdır. İş materiallarında olan İddiaçı etibarnamə üzrə nümayəndəsi, vəkil Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh icarə haqqı olaraq 14000 manat pul və dövlət rüsumu olaraq 132 manat pul alınaraq İddiaçı verilməsini xahiş etmişdir. İş materiallarında olan 28 yanvar 2023-cü il tarixli Daşınmaz əmlakın kirayəsi üçün qiymətləndirmə müqaviləsindən görünür ki, Salyan şəhəri, X.R.Ulutürk küçəsində 60 kvadratmetr qeyri-yaşayış sahəsinin kirayə haqqı bü günkü günə ***-**** manat arası dəyişir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(057)-1383/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X5 cavabdehlər X6 və Cavabdeh qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi və bu sahiblik zamanı ona borclu olduğu 6000 manat pulun geri alınması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ünvan 6 ünvandakı "Billur” şadlıq evinin nəzdindəki, "Papatya” obyektindən çıxarılmaqla həmin obyekt onun qanunsuz sahibliyindən alınaraq iddiaçı X8 geri qaytarılması qət edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2(106)-295/2023 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(057)- 1383/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan 29 iyun 2021-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı Salyan şəhəri, X18 prospekti 39(yeni qaydalarla ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 1159 kv/m olan qeyri-yaşayış binasının 900 kv/m-dan ibarət olan hissəsini (şadlıq evini) bir il müddətə ayda 500 manat ödəmək şərti ilə X8 icarəyə vermişdir. Birinci instansiya məhkəməsi zamanı müəyyən olunmuşdur ki, iddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdeh icarəyə götürmüş və hər ay icarə haqqı kimi 800 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında icarə münasibətləri 2021-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayı da daxil olmaqla iddia ərizəsi verilən müddətə kimi davam etmiş və icarə aylarının sayı 22 olmuşdur. Hər ay üçün 800 manat olmaq şərti icarə haqqı ümumilikdə 17600 manat etmiş, cavabdeh həmin məbləğdən 3600 manat ödəmiş, 14000 manat borclu qalmışdır. Cavabdeh iddiaçı ilə arasında icarə müqaviləsinin bağlandığını və dolayısı ilə 2021-ci ilin aprel ayından 2023cü ilin mart ayına kimi obyektin onun icarəsində olduğunu və hər ay kirayə haqqı kimi 800 manat pul verməli olduğunu etiraf etmişdir. Cavabdeh icarə haqqını tam həcmdə ödədiyini bildirsə belə, qarşı tərəf bunu təsdiq etməmiş, cavabdehin cəmi 3600 manat icarə haqqı ödədiyini bildirmişdir. Cavabdeh icarə haqqını tam həcmdə ödədiyini bildirsə belə bunun təsdiq olunması üçün hər hansı bir sübutu təqdim etməmiş, əksinə iddiaçının bunu sübut etməli olduğunu bildirmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, tərəflər şifahi olaraq tərəflər arasında icarə münasibətləri olmasını inkar etmirlər. Cavabdeh tərəf icarə haqqını başqa şəxsdən icarəyə götürdüyünü, həmin şəxsə icarə haqqını ödədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf icarə haqqını ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Sadalanan qanunvericilik aktı normaları tələbin hüquqi əsasını təşkil etməklə mübahisə predmeti üzrə tətbiqi isə məhkəmə kollegiyasına belə nəticəyə gəlməyə əsas verir ki, icarə haqqının ödənilməməsi əsası ilə iddianı təmin edən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları üzrə düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə, dəyişdirilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 01 may 2023-cü il tarixli, 2(057)-417/2023 saylı qətnaməsi Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Kassasiya şikayəti verilmədiyi halda, qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar