Məhkəmə qərarları › İş №2(102)-522/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-522/2024

02.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kir
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-522/2024 02.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1212/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışa əsasən, Salyan şəhəri X.R.Ulutürk prospekti 39 (yeni qaydalarla AZ5200 ünvan 1 yerləşən yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,1290 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 1.159 kv.m. olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. 2. 29.06.2021-ci il tarixli notarial təsdiqli icarə müqaviləsinə əsasən, İddiaçı Salyan şəhəri X8 prospekti 39 (yeni qaydalarla ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 1.159 kv.m. olan qeyri-yaşayış binasının 900 kv.m-dan ibarət olan hissəsini (şadlıq evini) bir il müddətə ayda 500 manat ödəmək şərti ilə X3 icarəyə vermişdir.

3. X4 tərəfindən Salyan rayon polis şöbəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, təxminən 9 aya yaxındır ki, Salyan şəhəri X.R.Ulutürk küçəsində yerləşən “Papatya” adlı obyekti ayda 800 manat ödəmək şərti ilə Salyan şəhər sakinləri Anar və Taleh adlı şəxslərə arendaya vermişdir. Lakin həmin şəxslər 7 aya yaxındır ki, arenda pulunu ödəmirlər və icarə müqaviləsi bağlamaqdan imtina edirlər. Odur ki, adları qeyd olunan şəxslər barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Dadaş Qafarovun xx.xx.2021-ci il tarixdə Salyan rayon polis şöbəsində verdiyi izahatına görə, Salyan rayonu ərazisində sahibkarlıqla məşğul olur. Təxminən 9 ay bundan əvvəl Salyan rayon sakini Anar adlı şəxs yaxınlaşaraq ona məxsus olan və Salyan şəhəri X.R.Ulutürk küçəsində yerləşən “Papatya” adlı obyekti icarəyə götürmək istədiyini bildirmişdir. Anar adlı şəxsə həmin obyekti ayda 8 00 manat məbləğində arendaya verəcəyini bildirmişdir. Anar onunla razılaşmış, lakin təxminən 2 ay keçdikdən sonra arenda pulunu verməkdən imtina etmiş və ona dəfələrlə icarə müqaviləsi bağlamasını tələb etsə də, Anar müqavilə bağlamaqdan imtina etmişdir. Anar özünə şərik kimi Taleh adlı şəxsi də obyektə gətirmişdir, onlar 7 aya yaxındır ki, icarə pulunu ödəmirlər və icarə müqaviləsi bağlamağı tələb etsə də, imtina edirlər.

4. Cavabdeh xx.xx.2021-ci il tarixdə Salyan rayon polis şöbəsində verdiyi izahatına əsasən, o, xx.xx.2021-ci il tarixdə obyektin icarəsi ilə bağlı Dadaş adlı şəxslə danışmışdır. Dadaş obyektin əsl sahibinin Fikrət adlı şəxs olduğunu bildirmişdir. Fikrət adlı şəxs barəsində soruşduqda isə Rusiya Federasiyasında yaşadığını söyləmişdir. 2021-ci ilin mart ayının sonuna Novru z Bayramı ilə əlaqədar Azərbaycana gələcəyini və etibarnamə verəcəyini bildirmişdir. Sonradan Fikrət adlı şəxsin işləri olduğu üçün gələ bilməyəcəyini qeyd edərək, müqavilə bağlaya bilməsələr də təmir işlərini görməyə başlamışlar. Təmir işləri ilə bağlı təxminən 10.000 manatdan yuxarı xərci çıxmışdır. Aprel ayı bir ay güzəşt olunmuşdur. May, iyun, iyul, avqust, sentyabr ayları icarə pulunu aylıq 800 manat ödəmişdir. Söz verdiyi 2 ayı məhərrəmlik ayında güzəşt etməyi desə də, etməmişdir. Oktyabr və noyabr aylarının icarə haqqını ödəməmişdir. Dekabr ayında icarə müqaviləsi bağlamağı təklif etsə də, Dadaş razılıq verməmiş və qalıq pulu ödədikdən sonra icarə müqaviləsi bağlamağı bildirmişdir. 5. 28.01.2023-cü il tarixli Daşınmaz əmlakın kirayəsi üçün qiymətləndirmə müqaviləsinə görə, Salyan şə həri X.R.Ulutürk küçəsində 60 kv.m. qeyri-yaşayış sahəsinin kirayə haqqı bü günkü günə ***-**** manat arası dəyişir.

6. Salyan Rayon Məhkəməsinin 2(057)-1383/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı X1 cavabdehlər X2 və Cavabdeh qarşı əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsi və bu sahiblik zamanı ona borclu olduğu 6.000 manat pulun geri alınması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ünvan 3 ünvandakı “Billur” şadlıq evinin nəzdindəki “Papatya” obyektindən çıxarılmaqla həmin obyekt onun qanunsuz sahibliyindən alınaraq iddiaçı X3 geri qaytarılması qət edilmişdir.

7. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-295/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsinə görə, Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14.000 manat icarə haqqı və 132 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Salyan Rayon Məhkəməsinin 2(057)-417/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 14.000 manatın və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 132 manatın alınıb İddiaçı verilməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddia çının mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdeh icarəyə götürmüş və hər ay icarə haqqı kimi 800 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında icarə münasibətləri 2021-ci ilin aprel ayından 2023-cü ilin yanvar ayı da daxil olmaqla iddia ərizəsi verilən müddətə kimi davam etmiş və icarə aylarının sayı 22 olmuşdur. Hər ay üçün 800 manat olmaq şərti icarə haqqı ümumilikdə 17.600 manat etmiş, cavabdeh həmin məbləğdən 3.600 manat ödəmiş, 14.000 manat borclu qalmışdır. Cavabdeh iddiaçı ilə arasında icarə müqaviləsinin bağlandığını və dolayısı ilə 2021-ci ilin aprel ayından 2023-cü ilin mart ayına kimi obyektin onun icarəsində olduğunu və hər ay kirayə haqqı kimi 800 manat pul verməli olduğunu etiraf etmişdir. Cavabdeh icarə haqqını tam həcmdə ödədiyini bildirsə belə, qarşı tə rəf bunu təsdiq etməmiş,cavabdehin cəmi 3.600 manat icarə haqqı ödədiyini bildirmişdir. Cavabdeh icarə haqqını tam həcmdə ödədiyini bildirsə belə bunun təsdiq olunması üçün hər hansı bir sübutu təqdim etməmiş, əksinə iddiaçının bunu sübut etməli olduğunu bildirmişdir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apellyasiya şikayəti vermişdir.

12. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər C.İmanovun sədrliyi və məruzəsi ilə, S.Həsənov və P.Əhmədov) 2(106)-1212/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “... tərə flər arasında yazılı müqavilə olmasa da, tərəflər şifahi olaraq tərəflər arasında icarə münasibətləri olmasını inkar etmirlər. Cavabdeh tərəf icarə haqqını başqa şəxsdən icarəyə götürdüyünü, həmin şəxsə icarə haqqını ödədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf icarə haqqını ödədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayətinin dəlillərinə görə, məhkəmə iddia ərizəsində tələb olunan borc məbləğinin olub-olmadığını aydınlaşd ırmamış, tələb olunan icarə haqqı məbləğinin nəyin əsasında yaranmış olduğunu, nə üçün məhkəməyə müraciət edilən müddətə qədər iddiaçı tərəfindən tələb edilmədiyini aydınlaşdırmamışdır. İddiaçı ilə cavabdeh arasında icarə münasibətlərinin olduğu iddia edilsə də həmin münasibətləri iddiaçı ilə cavabdeh arasında icarə kimi qiymətləndirmək mümkün deyil. İddiaçı cavabdehin ona borclu olduğunu sübut etməmişdir. İş materiallarında qarşılıqlı üzləşmə aktı və ya borcun etirafı yoxdur. İş üzrə mühüm əhəmiyyəti olan bütün faktiki halların kifayət qədər tam və hərtərəfli aydınlaşdırılmaması nəticəsində qətnamə qəbul edildiyindən, qətnamədə göstərilən nəticələr həqiqətə və işin hallarına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunm amışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırı lması hüququna malikdir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.7. əsassız varlanma; Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya ə vəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə

675. Əmlak kirayəsi müqaviləsi Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür; Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; Maddə 700.3. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir; Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

22. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

23. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.

26. Məhkəmə kollegiyası, ilk olaraq, bildirir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qə rəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıq da hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).

27. Kassasiya şikayətinə münasibətdə qeyd edilməlidir ki, şikayətin dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır v ə onlara qiymət verilmir. Belə ki, kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, işə, irəli sürülmüş dəlillər üzrə, yalnız həmin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət olunub-olunmaması hədlərində baxır (MPM-in 407.2 və 416.1-ci maddələri, §20).

28. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

29. Göstərilənlərə əsasən və MPM-in 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhk əmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1212/2023 nömrəli iş üzrə 28 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar