Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1225/2023 12.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X5 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, Elvin Nizami oğlu Hüseynovun katibliyi, tərəflərin iştirakı ilə, Yardımlı Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh 75250 manat orta dəyərində 157 baş qoyun, 166 baş yerli keçi, 77 baş holland cins keçisi və ya onların dəyərinin tələbinə dair ilkin iddiası və iddiaçı Cavabdeh İddiaçı 95 baş ana qoyunun, 20 baş keçinin və 1 baş erkək atın və ya onların dəyəri olan 18700 manat pulun, 1000 icarə haqqının, 340 manat heyvanlara verilmiş dərmanların pulunun tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 75250 manat orta dəyərində 157 baş qoyun, 166 baş yerli keçi, 77 baş holland cins keçisi və ya onların dəyəri, həmçinin 316 manat ödənilmiş dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı tələbini aşağıdakı kimi əsaslandırmışdır: Cavabdeh 2017-ci ilin təxmin avqust ayında sonuncunun qardaşı X4 vasitəsi ilə tanış olmuşdur. Cavabdeh heyvan saxlamaq işi ilə məşğul olduğunu ona heyvanların balasına yarısına şərik olmaq şərti ilə heyvanlarını saxlamağı təklif etmişdir. O, Zəfərin qardaşı X2 tanıdığına görə və onların atası Ələkbərin mömün insan olduğuna görə Zəfərə etibar edib və inanıb ona 2017-ci ilin təxminən avqust-sentyabr aylarında 76 baş qoyun, 20 baş keç vermiş, həmin heyvanlardan təxminən 31 baş qoyunu sonradan satmış, habelə 20 baş keçidən isə Zəfər ona 3 baş bala keçi vermişdir. xx.xx.2019-cu il tarixdə Zəfər ilə aralarında olan müqaviləyə əsasən o, Zəfərə 1 il müddətinə saxlamaq üçün 12 başı orta yaşlı, 18 başı cavan olmaqla cəmi 30 baş qoyun, 6 baş holland cins keçisi, 1 başı keçi balası (çəpiş), olmaqla cəmi 19 baş keçi təhvil vermişdir. Ümumilikdə o, cavabdehə 49 baş xırda buynuzlu heyvanı (30 baş qoyun, 19 baş keçi) 1 il müddətinə saxlamaq üçün vermişdir. Aralarında olan razılığa (xx.xx.2019-cu il tarixli müqaviləyə) əsasən Cavabdeh həmin heyvanlardan doğulmuş balaların yarısını özünə götürmək qarşılığında və həmin xırda buynuzlu heyvanlarının itirilməsinə, habelə ölümünə cavabdeh olmaqla ümumilikdə 49 baş xırda buynuzlu heyvanlarımı 1 il müddətinə saxlamaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin sonrada Cavabdeh ona olan etibarından sui-istifadə edərək müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, heyvanlarını və ötən 3 il müddət ərzində onlardan doğulmuş baları mənimsəmişdir. O, "xxxx" MMC-ə müraciət etmiş və X3 verdiyi 49 baş xırda buynuzlu heyvanların ötən müddət ərzində yaşamaq ömrü, bala vemə imkanları və onların orta bazar dəyəri qiymətləndirilərək UNİ/72622/2022 saylı, xx.xx.2022-ci il tarixli rəy verilmişdir. Həmin rəydə aparılmış hesablamalara və təhlillərə əsasən onun cavabdehə ilkin olaraq verdiyi xırda buynuzlu heyvanların və həmin heyvanların Zəfərdə olduğu vaxtdan 2019-2022-ci illər üzrə dövrdə bala artımı və ölüm sayı nəzərə alınmaqla xırda buynuzlu heyvanların sayı 400 baş, orta bazar dəyən isə 62380 AZN təşkil etdiyi qeyd edilmişdir. Həmçinin həmin rəydə qeyd edilmişdir ki, xırdabuynuzlu heyvanların (qoyun və keçi) 2019-2022-ci illər üzrə bala artımı ilə birlikdə sayı 10%-i ölən və itənlər nəzərə alınmaqla 157 baş qoyun, 166 baş yerli keçi və 77 baş holland cins keçi sayı müəyyən edilmiş, habelə bala artımının dəyəri 63080 manat olmaqla ümumilkdə bütün xırda buynuzlu heyvanların bala artımı ilə birlikdə 75250 manat məbləğində dəyəri müəyyən edilmişdir. Sübut qismində aralarında olan danışıqların səs yazıları və video görüntüləri vardır. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 95 baş ana qoyunun, 20 baş keçinin və 1 baş erkək atın və ya onların dəyəri olan 18700 manat pul, 1000 icarə haqqı, 340 manat heyvanlara verilmiş dərmanların pulu, cəmi 20.040 manatın və 151 manat ödənilmiş dövlət rüsumu tələbinə dair məhkəmədə iddia qaldırmışdır. Cavabdeh tələbini aşağıdakı kimi əsaslandırmışdır: İddiaçı 2018-ci ilin yay aylarında qardaşı X1 vasitəsi ilə tanımış, həmin il qardaşını Yardımlı rayonu Deman kəndində Mehdinin heyvan saxladığı fermaya apardığı vaxt Mehdi ona heyvanların saxlanmasına köməklik etməyi təklif etmişdir. Lakin quraqlıq olduğu üçün Mehdi ilə razılaşmamışdır. O, heyvanlarını Biləsuvardan yaylaq sahəsinə qaytardıqdan sonra Mehdi onun evinə gələrək heyvanları şərikinə saxlamağı təklif etmiş və razılaşmışlar. Aralarında olan razılaşmaya əsasən 2019-cu ilin iyul ayında Mehdi ona 30 baş qoyun, onlardan 18 baş cavan, 12 baş qoca, 11 baş keçi, 1 baş çəpiş vermişdir 2020-ci ilin oktyabr ayında Mehdi oğluna toy etmək istədiyi üçün onun və öz payına düşən, 30 baş quzunu ayırıb aparmaq qərarına gəlmiş, lakin quzular getmədiyi üçün 23 baş keçi və çəpişləri də quzularla birlikdə aparmışdır. Həmin vaxt Mehdi aralarında olan səmimi dostluğa görə oğluna toy etmək üçün pula ehtiyacı olduğunu bildirərək, ondan əlavə borc kimi 2250 manat pul istəmiş, o da pulu olmadığı üçün Zülfüqar Miriyevdən 1250 manat və Səməddən Abazaliyevdən 1000 manat borc pul alıb Mehdiyə vermişdir. Səhhəti ilə əlaqədar həmin aylarda Cəlilabad Mərkəzi xəstəxanasında bir ay müddətinə müalicə olunduğu vaxt heyvanlara baxa bilmədiyi üçün Mehdi qoyunları aparmaq istəmiş, həmin vaxt qoyunlardan 17 başını aparsa da, 13 baş qoyunu UAZ markalı maşına yığmaq mümkün olmadığı üçün apara bilməmiş və heyvanlar onda qalmışdır. Bir müddətdən sonra Mehdi ona zəng edərək yer şumlamaq üçün onun atını istəmiş və o da Mehdi ilə razılaşaraq atı ona vermişdir. Xəstəxanadan qayıtdıqdan sonra Mehdi ilə aralarında olan razılaşmanın şərtlərini pozduğuna görə onunla haq-hesab etmək üçün evlərinə getmişdir. Haqq-hesab zamanı Mehdi söhbətlərini ondan xəbərsiz telefona yazdırmış, həmin danışığı dəlil saxlamaqla hədə-qorxu gələrək, həmin danışıqlara görə onu şantaj etmişdir. Mehdinin razılaşmanın şərtlərini pozduğunu və onu aldatdığını, həmin heyvanlara saxlayarkən əziyyət çəkməyini, əvəzində ona çatan payı qaytarmasını, həmçinin verdiyi atın və borc pulun qaytarılmasını Mehdidən xahiş etsə Mehdi onunla razılaşmamışdır. Mehdinin onda qalan 13 baş qoca qoyunu isə, səhhətində olan problemlərlə əlaqədar baxımsızlıqdan tələf olmuşdur. Mehdi ilə aralarında olan razılaşmaya görə onun payına düşən 15 baş quzu, 6 baş çəpiş vaxtında verilsəydi, hal-hazırda onun minimum 45 baş qoyunu və 20 baş keçi və çəpişi olardı. Həmçinin Mehdiyə verdiyi 2250 manat pulu həmin vaxtı 22-25 baş ana qoyun ala bilər və həmin heyvanlar artaraq 2022-ci ilə qədər 50 baş olardı. Heyvanların bala artımını nəzərə alaraq, ümumilikdə onun 95 baş ana qoyun, 20 baş keçi və 1 baş erkək atı olardı. Onun 95 baş qoyununun orta bazar qiyməti, 160 manat olmaqla 15200 manat, 20 baş keçinin orta bazar qiyməti 100 manat olmaqla 2000 manat və 1 baş erkək kəhər atın qiyməti 1500 mantdır. Həmçinin həmin heyvanları otarmaq üçün icarəyə götürdüyü torpaq sahəsinə 1000 manat pul ödəmiş, bundan əlavə həmin heyvanlar üçün 340 manat məbləğində dərman almışdır. Beləliklə İddiaçı ümumilikdə ona təxminən 20.040 (iyirmi min qırx manat) manat dəyərində maddi ziyan vurmuşdur. Hesablama təxmini bazar qiymətinə uyğun hesablanmışdır. Birinci instansiya məhkəməsində İddiaçı qarşılqılı iddia tələbini qəbul etmədiyini bildirmişdir. Yardımlı Rayon Məhkəməsinin (H.Bəhmənov) 06 aprel 2023-cü il tarixli qətnaməsi ilə ilk iddianın qismən təmin edilməsi, Cavabdeh 7740 manat dəyərində 30 baş doğar qoyun, 2200 manat dəyərində 30 baş doğar keçi, cəmi 9940 manat dəyərində xırdabuynuzlu heyvan və ya qətnamə icra olunan vaxt heyvanların dəyəri, dövlət rüsumuna görə 158 manat alınaraq ilk İddiaçı verilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı dəyəri 15200 manat olan 95 baş ana qoyun, dəyəri, 2000 manat olan baş keçi, dəyəri 1500 maanat olan baş erkək kəhər at 1000 manat torpaq sahəsinə görə icarə haqqı, 340 manat heyvanlar üçün dərman pulu, cəmi 20.040 manat pul və 151 manat ödənilmiş dövlət rüsumu tələbi barədə iddiası təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi ilk iddianı qismən təmin edərkən və qarşılıqlı iddianı rədd edərkən, iş materiallarına əlavə edilmiş sənədlərə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.1, 385.1, 386.1, 389.1, 390.1, 396, 404.1, 404.2, 442-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiyaşikayətinindəlilləri İlk iddia üzrə İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi qətnaməsinin ilk iddia tələbinin qismən təmin edilməsi hissəsində dəyişdirilməsi, ilk iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, məhkəmə iddiaçının təqdim etdiyi sübutları nəzərə almamışdır. Belə ki, məhkəməyə sübut qismində təqdim etdiyi "xxxx" MMC tərəfindən verilmiş UNİ/72533/2022 saylı, xx.xx.2022-ci il tarixli rəyi, habelə cavabdeh ilə onun səs yazıları və video görüntülərini nəzərə almamış, yalnız cavabdeh tərəfin əsassız şifahi mülahizələri və şahid qismində dindirilmiş şəxslərin yalan ifadələri ilə kifayətlənmişdir. Məhkəmə ona məxsus heyvanların 2019-cu ildən sonra artımını nəzərə almamış və həmin hissədə də qətnaməni əsaslandırmamışdır. İzahatlar Apellyasiya baxışında İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini, iddiasının tam təmin edilməsini xahiş etmişdir. İzahatında iddiaçı bildirmişdir ki, sübutları təqdim etmişdir. Cavabdehlə aralarında olan xx.xx.2020-ci il tarixli danışıqlarda cavabdeh özü, onun cavabdehdə 62 baş qoyun, 30 baş keçisi olduğunu etiraf etmişdir. Halbuki, ən azı sonra 3 il müddətinə bunların artımı da olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ona illik 30 baş qoyun vermişdir, müqavilənin müddəti 1 il olub. İddiaçının 13 ədəd onda qoca qoyunu qalıb. İddiaçı heyvanlarını 2021-ci ildə gəlib aparıb. Onda qalan 13 baş qoca qoyunu isə tələf olmuşdur. Cavabdeh həmçinin bildirmişdir ki, 2020-ci ilin payızında onunla söhbətləri zamanı Mehdi onların dialoqunu mobil telefon vasitəsi ilə videoçəkilişlə qeydə almış, lakin onun bundan məlumatı olmamışdır. Bununla belə o, həmin vaxt İddiaçı bildirmişdir ki, 43 baş qoyun və 20 baş keçi ondadır, 2021-ci ilin may ayında Mehdiyə 30 baş keçi və 60 baş qoyun-quzu təhvil verəcək. Lakin 2020-ci ilin dekabr ayında gözlərinin xəstəliyi ilə əlaqədar Cəlilabad rayonuna həkimə getmiş, qayıdanda görmüşdür ki, İddiaçı qoyunlardan 17 başını maşına yükləyib aparmışdır. Əsaslandırma Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddiaçı tərəf qətnaməni ilkin iddianın təmin olunmayan hissəsində mübahisələndirmişdir. Məhkəmə Kollegiyası, məruzəçinin işin halları barədə məruzəsini, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İddiaçı qarşılıqlı razılıq əsasında 2017-ci ildən sonra müxtəlif vaxtlarda saxlamaq və artırmaq üçün verdiyi müxtəlif sayda heyvanları, eləcə də onlardan əldə edilən bəhəri cavabdehdən tələb etmişdir. Belə ki, cavabdeh razılaşmanın şərtlərini pozmuş, heyvanlardan əldə edilən bəhərdən ona heç nə verməmişdir, eləcə də nağd olaraq cavabdehə verilmiş və özünə məxsus heyvanlarını ona qaytarmaq istəmir. İlkin iddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər İddiaçının tələbinə görə, cavabdehlə aralarında razılaşma belə olmuşdur ki, cavabdeh iddiaçıdan aldığı heyvanları artırdıqdan sonra əldə edilən artımı (heyvanları) bölməli idilər. Cavabdeh tərəf iddiaçının ona heyvan verdiyini, onların aralarında şifahi razılaşma olduğunu inkar etmir. Lakin heyvanların əksəriyyətini iddiaçının apardığını bildirir. Tərəflərin arasında 2017-ci ildə yazılı razılaşma olmamışdır. İzahatlardan bəlli olur ki, həmin vaxt onların arasında şifahi razılaşma olmuşdur. Lakin onların arasında 2019-cu ildə imzalanmış sadə yazılı razılaşma iş materiallarına əlavə edilmişdir. Həmin razılaşmaya görə, müqavilənin qüvvədə olma müddəti 1 il, yəni xx.xx.2020-ci il tarixə qədər müəyyən edilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq 30 baş doğar qoyun (12 baş orta yaşlı, 18 baş cavan), 12 baş cavan doğar keçinin Cavabdeh xx.xx.2019-cu ildə təhvil verilməsi mübahisəli hal deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443-cü maddəsinə əsasən: 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.3. Əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qanunun tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (Maddə 21.2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllnin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mübahisə sübutetmə ilə bağlıdır. İddiaçı tələbini əsaslandırarkən müxtəlif vaxtlarda müxtəlif saylarda cavabdehə heyvan verdiyini bildirmiş, heyvanların artımı və qiyməti ilə bağlı mütəxəssis rəyini də təqdim etmişdir. Tərəflər 2017-ci ildən bəri cavabdehə verilmiş və sonradan artırılmış heyvanların sayı barədə dəqiq məlumat təqdim edə bilməmişlər. Birinci instansiya məhkəməsi ilk iddianı 43 baş qoyun və 20 baş keçi həddində əsaslı hesab etmiş və belə qənaətə gəlmişdir ki, tərəflər arasında olan müqavilə şərtlərinə əsasən, cavabdeh 1 il müddətinə qoyunları şərik qazanc əldə etmək şərti ilə saxlamağa razılıq vermişdir. Belə olan halda cavabdehin öhdəlik müddəti xx.xx.2020-ci ildə bitmişdir. Sonradan aralarında olan danışıqlarda 43 baş qoyun (13 quzu və 30 qoyun) və 20 baş keçi (12 baş keçi və 8 baş çəpiş) olması onu göstərir ki, həqiqətən 30 baş ana qoyun və 12 baş keçidən bir il müddətində iddiaçının payına 13 baş quzu və 8 baş çəpiş düşmüşdür, həmçinin nəzərə alınmalıdır ki, müqavilə şərtlərinə uyğun olaraq 30 baş doğar qoyun və 12 baş doğar keçinin saxlanılmasına görə orta hesabla 13 baş quzu və 8 baş çəpiş isə cavabdehin payına düşən hesab edilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin belə mövqeyini tam əsaslı saymır. Əvvəla, məhkəmə tərəflər arasında 2019-cu ildən müqavilə olduğuna və bu müqavilənin 2020-ci ildə başa çatmasına əsaslanmışdır. Halbuki, izahatlardan müəyyən edilir ki, tərəflər arasında şifahi razılaşma 2017-ci ildən olmuşdur. İddiaçı həmin vaxtdan cavabdehə müxtəlif saylarda heyvan verdiyini iddia edir. Cavabdeh buna etiraz etməsə də izahatında bu barədə konkret rəqəm bildirməmişdir. Bundan başqa, məhkəmə 2020-ci ildə müqavilə münasibətlərinin başa çatdığını qeyd etmişdir. Halbuki, həmin vaxtda da cavabdeh nəinki, əldə edilən bəhərdən iddiaçıya düşən payı verməmiş, heç iddiaçının özünə məxsus heyvanları da ona qaytarmamışdır. Ona görə də iddiaçının özünə məxsus heyvanları, payını və ona dəymiş ziyanı tələb etmək haqqı yaranmışdır. Cavabdeh izahatında Mehdinin onda 13 baş qoca qoyununun qaldığını, onların da səhhətində olan problemlərlə əlaqədar baxımsızlıqdan tələf olduğunu bildirmişdir. Bu izahatı məhkəmə düzgün olaraq qəbul etməmişdir. Birinci instansiya məhkəməsi tərəflər arasında 11 noyabr 2020-ci ildə baş vermiş və videogörüntüyə alınmış danışıqları da nəzərə almamışdır. Kollegiya bu hissədə də məhkəmənin mövqeyi ilə razılaşmır. Belə ki, həmin danışıqların tərəflərin arasında baş verməsini cavabdeh inkar etməmişdir. Həmin videogörüntünün qeydə alınması heç kəsin hüquqlarını da pozmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş videogörüntüdən müəyyən edilir ki, cavabdeh, iddiaçıya məxsus 62 baş qoyunun və 30 baş keçinin cavabdehdə qaldığını etiraf etmişdir. Həmin səsin və videogörüntünün cavabdehə məxsus olduğunu cavabdeh inkar etməmişdir. Kollegiya bunu cavabdeh tərəfindən faktın etirafı kimi qəbul edir. MPM-in 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdeh izahatında iddiaçıya məxsus 62 baş qoyunun və 30 baş keçinin onda olmasını bildirməsini əks etdirən videogörüntünün ona məxsus olduğunu etiraf etmiş, lakin bu çəkilişin ondan xəbərsiz olduğunu bildirmişdir. Kollegiya təqdim edilmiş sübutlara, o cümlədən cavabdehin videogörüntüdə danışığın ona məxsus olması barədə bildirdiklərinə qiymət verərək belə qənaətə gəlir ki, xx.xx.2020-ci il tarixdə cavabdeh özü iddiaçının onda 62 baş qoyununun və 30 baş keçisinin olduğunu etiraf etmiş, lakin iddiaçının öz heyvanlarını onun xəbəri olmadan gəlib apardığını izahatında bildirmişdir. Cavabdeh izahatında iddiaçının heyvanlarını 2021-ci ildə apardığını bildirsə də bunu təsdiq edən hər-hansı sübut təqdim etməmişdir. Heyvanların dəyəri müəyyənləşdirilərkən iddiaçı mütəxəssis rəyinə istinad etmişdir. Məhkəmə bir qoyunun dəyərini 258 manatdan hesablamışdır. Heyvanların dəyəri barədə tərəflər arasında mübahisə yoxdur. Ona görə Kollegiya tələb edilən əmlakın dəyəri qiymətləndirilərkən məhkəmənin müəyyən etdiyi həmin dəyəri əsas götürür. Göstərilənlər onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməmiş hissəsində sübutlara düzgün qiymət verməmiş, tələb edilən heyvanların sayına münasibətdə düzgün olmayan nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, iddiaçının cavabdehdə, sonuncunun etiraf etdiyi kimi, 62 baş doğar qoyunu və 30 baş keçisi olduğu sübuta yetirilmişdir. Odur ki, həmin heyvanlar cavabdehdən alınıb iddiaçıya verilməlidir. İddiaçının öz heyvanlarını götürməsi barədə cavabdeh tərəf hər-hansı sübut təqdim etməmişdir, halbuki MPM-in 77.1-ci maddəsinin tələbinə görə öz etirazını sübuta yetirmək cavabdehin üzərindədir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni İddiaçı iddiasının təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilməli, təmin edilməyən 32 baş doğar qoyun da cavabdehdən alınıb (beləliklə, cəmi 62 baş doğar qoyun və 30 baş doğar keçi) cavabdehdən alınıb iddiaçıya verilməli, ilkin iddia qalan hissədə təmin edilməməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İlk iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Yardımlı Rayon Məhkəməsinin 06 aprel 2023-cü il tarixli, 2(038)-36/2023 saylı qətnaməsi iddianın təmin edilməyən hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh 32 baş qoyun da (ümumilikdə 15996 manat dəyərində 62 baş doğar qoyun və 2200 manat dəyərində 30 baş doğar keçi) alınıb İddiaçı verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Mübahisələndirilən hissədə iddianın qiyməti qanunla müəyyən edilmiş həddən az olmadığı halda qətnamədən qanunla müəyyən olunmuş qaydada kassasiya qaydasında şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(106)-1225/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1225/2023
12.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver