Məhkəmə qərarları › İş №2(106)-124/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-124/2024

30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-124/2024 30.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X8 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X4 ibarət tərkibdə, X18 oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Vəkil1, Cavabdeh2 və onun vəkili Vəkil2, Cavabdeh1 iştirakları ilə, Xocavənd Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(069)-219/2022 saylı qətnaməsindən İddiaçı və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 30000 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh2 onun qardaşı X6 arvadıdır və birgə nikahdan 3 uşaqları var. Cavabdeh2 08 sentyabr 2022-ci il tarixdə gecə saat 03:00 radələrində əri və ailəsi ilə birlikdə faktiki yaşadığı Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən 12 nömrəli evi gizli şəkildə tərk edərək getmişdir. Belə ki, həmin gün Cavabdeh2 evdən naməlum şəraitdə çıxıb getdikdən sonra istifadəsində olan mobil telefon vasitəsilə “Watsapp” proqramı vasitəsilə əri Rəyis Vəliyevin telefonuna yazı gödərərək istədiyi adama qoşularaq evdən getdiyini, uşaqlarını ərinə əmanət etdiyini, həmçinin onu axtarmamasını bildirmişdir. O, qardaşının ailəsində baş verən bu hadisəyə görə təsirlənmiş və cavabdehin axtarışına başlamışdır. Sonradan onlara məlum olmuşdur ki, iş üzrə Cavabdeh2 əvvəllər hərbi qulluqçu işləmiş Cavabdeh3 qoşularaq, həmin gün onunla birlikdə taksi tutaraq gecə vaxtı Bakı şəhərinə yola düşmüşlər. Bakıda olarkən Turanə ilk olaraq orada yaşayan bacısı Nərmingildə qalmışdır. Turanənin evdən qaçmasını həm bacısı, həm də əvvəlcədən atası - Cavabdeh1 da bilmiş və hətta qızına dəstək olmuşdur. Belə ki, hadisənin növbəti günü onlara məlum olmuşdur ki, Turanə evdən qaçarkən evdə olan bütün qiymətli qızıl-zinət əşyaları, o cümlədən evdə Rəyisin azyaşlı 2 qızına hədiyyə edilmiş qızıl boyunbağıları, sırğaları, habelə Rəyisin oğluna hədiyyə edilmiş bilərziyi evdən götürmüşdür. Bundan əlavə, Cavabdeh2 evdən çıxarkən hadisədən bir neçə gün öncə qardaşı Rəyisə müvəqqəti saxlamaq üçün əmanət olaraq verdiyi evdə ona məxsus 30000 manat məbləğində pul vəsaitini də özü ilə götürmüşdür. Bu barədə iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məlumatı olmuşdur. Belə ki, həmin pul Turanə tərəfindən götürüldükdən sonra, Namizəd ilə birlikdə taksi ilə Bakıya gedərkən yolda Namizədə verilmişdir. Daha sonra isə, həmin pulu Rüzgar Namizəddən alaraq özündə saxlamışdır. Belə ki, işin yuxarıda qeyd olunan halları, həmçinin adıçəkilən şəxslərin qanunsuz əməlləri nəticəsində ona məxsus pulların gizli yolla onların sahibliyinə və istifadəsinə keçirməsi faktı üzrə bütün hallar Xocavənd Rayon Polis Şöbəsində araşdırılmış və bu hallar barədə polisdə olan müvafiq materialda həmin şəxslərin verdiyi izahatlarla və digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Eyni zamanda Turanə tərəfindən evdən götürülən 30000 manat məbləğində pul həqiqətən ona məxsus olmuş və müvəqqəti saxlanılması üçün hadisədən bir neçə gün öncə qardaşı Rəyisə verilmişdir. Belə ki, o, avtomobil ticarəti ilə məşğul olur və yaxın tanışı vasitəsilə Beyləqan rayonunda olduğuna görə oradan almaq istədiyi “Toyota Prado” markalı avtomobilin satın alınması məqsədilə 02 sentyabr 2022-ci il tarixdə Beyləqan rayonuna gedərkən həmin pul məbləğinidə özü ilə rayona aparmış və 04 sentyabr 2022-ci il tarixdə Beyləqan rayonunda avtomobilin sahibi ilə görüşmüş, lakin həmin vaxt qeyd etdiyi avtomobilin alqı-satqı sövdələşməsi satıcı ilə aralarında baş tutmadığından, pulu o, özü ilə yaşadığı Sumqayıt şəhərinə yox, bir neçə gün rayonda qardaşıgildə qaldığından, qardaşı Rəyisə vermişdir ki, müvəqqəti əmanət olaraq evdə saxlasın və sonra ona lazım olanda, ondan geri götürsün. Həmin pul qardaşı Rəyisin evində saxlanmış və bu barədə qardaşı arvadı Turanənin də xəbəri olmuşdur. Həmçinin həmin pulların bir hissəsini - 20000 manatı onunla avtomobil ticarəti ilə məşğul olan Sumqayıt şəhərində yerləşən avtosalonda işləyən yaxın tanışları və şəriki olan X12 və X2 borc olaraq almışdır. Ümumi məbləği 10000 manat hissəsini isə, əvvəllər bankdan kredit yolu ilə götürmüşdür. Beləlikə, rayona gedərkən üzərində 30000 manat pul götürmüş və rayonda qardaşı Rəyisin evində ona müvəqqəti saxlamaq üçün vermişdir. Bu barədə qardaşı arvadı Cavabdeh2 da xəbəri olmuşdur. Çünki bütün danışıqlar evdə onun yanında aparılmış və pulu qardaşına verən zaman Turanə görmüşdür. Bir sözlə, hər üç cavabdehin qanunsuz əməlləri nəticəsində ona məxsus mülkiyyətində olan 30000 manat məbləğində pul vəsaiti qanunsuz olaraq həmin şəxslərin sahibliyinə və istifadəsinə keçmişdir. Bu səbəbdən o, həmin şəxslərin qanunsuz əməli nəticəsində zərərə uğrayaraq pullarından məhrum olmuş və ona görə də, 30000 manat məbləğində pul vəsaiti iş üzrə cavabdehlərdən müştərək qaydada onun xeyrinə tutulmalıdır. Həmin şəxslərin qanunsuz hərəkətləri nəticəsində faktiki olaraq mülkiyyətində olan pullarından məhrum olmuşdur. Cavabdeh1 iddiaya Etiraz verərək göstərmişdir ki, qızı Turanə ailə qurandan sonra onlara maddi köməklik etmiş və qızının əri Rəyisə 45000 dollar məbləğində təmənnasız pul vermişdir. Qızının tapılması üçün mobil nömrəsinə dəfələrlə mesaj yazıb onu bağışlayacağını bildirmişdir. Bundan sonra qızı ona olduğu yer baradə məlumat vermiş və qızı Turanəyə Bakı şəhərində yaşayan digər qızı Nərminin evinə getməsini, ordan gətirəcəyini demişdir. Həmin gün saat 23 radələrində qızı Nərminin Bakı şəhərində yerləşən evinə getdikdə qızı Turanə və Namizəd adlı şəxsin orada olduğunu görmüş, hirsli olduğu üçün Namizədi döymüşdür. Daha sonra qızını və Namizədi Beyləqan rayonuna gətirmişdir. Lakin qeyd edilən 30000 manat pul vəsaitindən xəbəri olmamış və Turanə ona pul verməmişdir. Cavabdeh3 iddiaya Etiraz verərək bildirmişdir ki Cavabdeh2 ilə təxminən avqust ayının ortalarında tanış olmuşdur. O, 08 sentyabr 2022-ci il tarixində saat 02 radələrində Cavabdeh2 götürüb Bakı şəhərinə yola düşmüşdür. Bakı şəhərinə gedərkən Turanə özü ilə təxminən 6-7 ədəd böyük tutumlu çantalar götürmüşdür. Ancaq onun Turanənin üzərində 30000 manat pul olması barədə məlumatı olmamış və əvvəlcədən ona bu barədə məlumat verməmişdir. Bakı şəhərinə gedərkən onun kartında 1200 manat, üzərində isə 54 manat pul olmasına baxmayaraq, taksinin pulunu Turanə vermişdir. Onlar təxminən səhər tezdən saat 06 radələrində Bakı şəhərində 20 Yanvar dairəsi adlanan ərazidə düşüb Turanənin bacısının Binəqədi rayonunda yaşadığı evə getmiş, həmin vaxt orada Turanənin atası və bir neçə qohumu olmuşdur. Turanənin atası Rüzgar onu döydükdən sonra yarı huşsuz vəziyyətdə olmuş, həmin vaxt onlar danışarkən Turanənin atası Rüzgar pulun onda olmasını və qaytarmayacağını eşitmişdir. Lakin həmin pulun nə qədər olması və kimə məxsus olması ona məlum olmamışdır. Belə ki, həmin vaxt o, döyüldükdən sonra üst-başı qana batdığından ona əynini dəyişmək üçün yeni paltar verilmiş və bu zaman 1254 manat pulunun olmadığını görmüşdür. Bundan sonra onlar Turanənin atası ilə birlikdə Beyləqan rayonuna gəlmiş, maşından düşəndə ona 54 manat məbləğdə pul verilmiş və qalan pulu isə ona qaytarmamışlar. O, Beyləqan rayonuna gəldikdən sonra döyülməsi və pulunun götürülməsi barədə 102 xidmətinə məlumat vermişdir. Hazırda qeyd etdikləri ilə bağlı polis şöbəsində araşdırma aparılır və onun pulu qaytarılmışdır. İddiaçının tələb etdiyi 30000 manat məbləğində pulun kim tərəfindən götürülməsi barədə onun heç bir məlumatı olmamış, Turanə ona bu barədə heç nə deməmiş və ona hər hansı məbləğdə pul verməmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsində iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, ərinin əsl adı Rəyis olsa da, ləqəbi “Sənətkar” olduğundan çox adam onu həmin adla tanıyır. Onların aralarında müxtəlif vaxtlarda müxtəlif səbəblərdən ailə daxili münaqişələr baş verdiyindən bir neçə dəfə atası Cavabdeh1 evinə getmişdir. Təxminən 2022-ci ilin sentyabr ayının 3-4 arası əri Rəyisin qardaşı Zabil ailə üzvləri ilə birlikdə onun yaşadığı Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən 12 nömrəli evə qonaq gəlmiş, həmin vaxt əri Rəyis sellofan paketdə içərisində 3 ədəd 10000 manatlıq pul bağlaması vermiş, həmin pulu saymamış və pulu seyfə qoymağı əri Rəyisə demişdir. Rəyis isə pulu başqa yerə qoymağı demiş, o da pulu mətbəxdə mebelin üzərindəki qutunun içərisində olan qazana qoymuş və pulun yerini əri Rəyisə bildirmişdir. Bir neçə müddət əvvəl Namizəd adlı şəxslə tanış olmuş və 07 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixə keçən gecə saat 01 radlərində əri Rəyisdən qisas almaq üçün Namizədə onu Bakı şəhərinə aparmağı xahiş etmişdir. Evdən gedərkən özünə məxsus olan bir ədəd qızıl üzüyünü, bir cüt qızıl sırğasını və 180-190 manat məbləğində pulu özü ilə götürmüşdür. O, 08 sentyabr 2022-ci il tarixdə gecə saatlarında yaşadığı evdən çıxana qədər həmin pul mətbəxdə mebelin üzərindəki qutunun içərisində olan qazanda olmuş və oradan pulu götürməmişdir. Evdən pul götürmək niyyəti olsaydı, yaşadıqları evin zirzəmisində ərinə məxsus seyfin içərisində təxminən 100000 manatdan çox pul olmuşdur, həmin pulları götürərdi. Xocavənd Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(069)-219/2022 saylı (hakim İlqar Əliyev) qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh2 30000 (otuz min) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, Rəyis Vəliyev tərəfindən Cavabdeh2 saxlaması üçün qardaşı İddiaçı məxsus 30000 manat məbləğdə pul vəsaitinin verilməsi və pulun mövcudluğu barədə xəbəri olması, gecə vaxtı ailə üzvlərindən heç kimə xəbərdarlıq etmədən evdən getməsi, sonradan həmin pulun atası Cavabdeh1 olması və bir hissəsinin atası tərəfindən xərclənməsini etiraf etməsi o nəticəyə gəlməyə əsas verir ki, iddiaçıya məxsus olan 30000 manat pul Cavabdeh2 tərəfindən götürülmüşdür. Məhkəmə iclasında iddiaçıya məxsus 30000 manat pulun Cavabdeh2 tərəfindən götürülməsi öz təsdiqini tapmış, lakin Turanə tərəfindən 30000 manat pulun atası Cavabdeh1 verilməsi, pulun Cavabdeh1 olması və onun tərəfindən xərclənməsi məhkəmə iclaslarında təsdiq olunmamışdır. Eyni zamanda, məhkəmə iclasında iddiaçıya məxsus 30000 manat pul vəsaitinin Cavabdeh2 tərəfindən digər Cavabdeh3 verilməsi barədə iddiaçı tərəfindən mötəbər sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edərək, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamışdır. Hər üç cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçıya məxsus 30000 manat məbləğdə pul cavabdehlərin sahibliyinə keçmişdir. Cavabdeh2 da qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 mart 2023-cü il tarixli 2(106)-494/2023 saylı (hakimlər Tofiq Heydərov (sədrlik edən və məruzəçi), İlham Əsədov, Samir Mayılov) qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh2 apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilən hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, məhkəmə göstərilən sübutlar əsasında iddia tələbinin qismən əsaslı olması, yəni iddiaçının tələb etdiyi pul vəsaitinin Cavabdeh2 Ruzgar qızı tərəfindən 08 sentyabr 2022-ci il tarixdə gecə vaxtı yaşadığı evdən gedərkən özü ilə aparılması qənaətinə gəlmişdir. Halbuki, həmin sübutlar ayrıayrılıqda tədqiq edildikdə, bu nəticə görünmür. Belə ki, iddiaçı avtomaşın almaqdan ötrü üstündə olan pulu saxlaması üçün X19ə, sonuncunun da Cavabdeh2 verməsini bildirmiş, şahid qismində dindirilmiş Rəyis Vəliyev də bunu təsdiq etmiş, həmçinin Cavabdeh2 həmin pulu mətbəxdə mebelin üstündəki qutunun içində olan qazana qoymasını bildirmiş, şahid qismində dindirilmiş X16 özünə məxsus “Toyota Prado” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə bağlı İddiaçılə danışıq aparmasını, X5 ilə X12 elanda qeyd edilmiş “Toyota Prado” markalı avtomobili alması üçün İddiaçı hər birinin 10000 manat borc pul verməsini bildirmişlər. Göründüyü kimi, bu izahatlar yalnız İddiaçı avtomobil alması üçün 30000 manat pulun üstündə olmasını, həmin pulu saxlaması üçün X19ə verməsini, sonuncunun da qeyd olunan pulu saxlaması üçün Cavabdeh2 verməsini, onun da pulu mətbəxdə qutuda olan qazanın içinə qoymasını müəyyən etməyə imkan verir. Göstərilən izahatların heç birində Cavabdeh2 göstərilən pul vəsaitini evdən gedərkən özü ilə aparması birbaşa təsdiq olunmur. Rəyis Vəliyevin məhkəmədə verdiyi izahatında qaynatası Cavabdeh1 telefon danışığı zamanı pulu Daxili İşlər Nazirliyinə verəcəyini bildirməsini Cavabdeh1 təsdiq etməmiş və bu xüsusat hər hansı bir sübutla təsdiq edilməmişdir. Rəyis Vəliyevin izahatında qeyd olunan, sonradan Cavabdeh2 “Teleqram” proqramı vasitəsi ilə ona evdən apardığı 30000 manat pulun atasında olması və həmin pulun bir hissəsinin xərclənməsini bildirməsi də hər hansı sübutla öz təsdiqini tapmır. Hətta o, hadisədən sonra Polis Şöbəsinə verdiyi nə ərizəsində, nə də izahatında bu xüsusatı qeyd etmişdir. Halbuki, həmin xüsusat pulun Cavabdeh2 da olmasını göstərən əsas amil idi və belə hal olmuş olsaydı, Rəyis Vəliyevin polis şöbəsinə verdiyi ərizə və izahatında həmin xüsusut da göstərilərdi. Lakin onun ərizə və izahatında qeyd olunan xüsusatdan bəhs olunmaması əslində həmin halın olmamasını göstərir. Birinci instansiya məhkəməsi qətnamədə belə məzmunlu teleqram yazışmasına istinad etsə də, iş materialında bunu təsdiq edən heç bir yazışma yoxdur. Rəis Vəliyevin bir neçə gün əvvəl Cavabdeh2 istifadəsində olan (051) *** ** ** mobil nömrədən “Teleqram” proqramı vasitəsilə onun istifadəsində olan (050) *** ** ** mobil nömrəyə yazaraq onu bağışlamasını, onunla barışmasını və evdən apardığı 30000 manat pulun atası Cavabdeh1 olduğunu və pulun bir hissəsinin xərcləndiyini bildirməsi də, iddianın təmin olunması üçün əsas kimi qəbul oluna bilməz. Əvvəla, yazışmada 30000 manat puldan söhbət edilmir. İkincisi, həmin yazışmada “senetkar pul atamdadı” yazılsa da, həmin pulun 30000 manat pula aidiyyəti olubolmaması müəyyən edilmir. Üçüncüsü, yazışmalar aparılan (051) *** ** ** telefon nömrəsinin Cavabdeh2 məxsus olması da, iş materialları ilə sübut olunmur. Dördüncüsü, qeyd olunan yazışmalar istənilən şəxs tərəfindən teleqram vasitəsilə başqa yolla da aparıla bilər. Belə ki, telefonda adlar siyahısında şəxsin adı əvəzinə onun mobil telefon nömrəsinin yazılması, əslində mesajların həmin nömrədən deyil, həmin nömrə adı altında digər nömrədən gəlməsi mümkündür. Məhz bu səbəbdən də, cavabdehin nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinə vəsatətlə müraciət edərək, bu halın təsdiq olunması üçün yazışmaların aparıldığı telefonun məhkəməyə gətirilməsini tələb etmiş, lakin məhkəmə bu vəsatətlə bağlı araşdırma aparmamış, ümumiyyətlə vəsatətə hüquqi qiymət verməmişdir. İddiaçı bu halın əksini təsdiq edən sübutları təqdim etməmişdir. Cavabdeh2 evdən gedərkən apardığı qızıl-zinət əşyaları özünə məxsus olmaqla onun Rəyis Vəliyevə məxsus hər hansı əşyanı aparmaması işin mübahisəsiz halıdır. İddiaçının evdə pulu saxlaması üçün qardaşına, sonuncunun isə Cavabdeh2 verərkən onun seyfə qoymaq istəməsinə razı olmayıb, mətbəxə qoyması Cavabdeh2 seyfdən istifadə etmək imkanının olmasını göstərir. Buna baxmayaraq, onun evdən gedərkən seyfdən hər hansı pul vəsaiti və ya digər qiymətli əşya götürmək imkanının olduğu halda, oradan heç bir şey götürməməsi onun evdə olan başqasına məxsus pulu götürməsinin inandırıcı olmamasını göstərir. Halbuki, ərinə məxsus seyfdə olan pul və əşyalar birgə nikah dövründə əldə olunmaqla Cavabdeh2 ona daha çox haqqı çatırdı. Habelə Cavabdeh2 məhz İddiaçı məxsus pulu özü ilə aparması tələb edilsə də, İddiaçı bununla bağlı Polis Şöbəsinə müraciət etməmişdir. Polis Şöbəsinə onun qardaşı Fikrət Vəliyev müraciət etmişdir. Həmin ərizədə Turanə Vəliyevanın evdən gedərkən pul və qızıl aparması qeyd edilsə də, məhz İddiaçı pulunun aparılması göstərilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının tələbinin düzgün yönəlib-yönəlməməsinə də qiymət verməmişdir. Belə ki, tərəflərin izahatlarından görünür ki, 08 sentyabr 2022-ci il tarixdə 30000 manat pulu iddiaçı X19ə vermiş, sonuncu isə həmin pulu Cavabdeh2 vermişdir. Göründüyü kimi, iddiaçı birbaşa Cavabdeh2, nə də digər cavabdehlərə pul verməmişdir. O, pul olmadığı halda, həmin pulu verdiyi şəxsdən, yəni Rəyis Vəliyevdən tələb edə bilərdi. Pulun Cavabdeh2 tərəfindən aparılması təsdiq edilərdisə (hərçənd ki, bu iş materialları ilə təsdiq olunmur), o zaman Rəyis Vəliyev həmin pulu Cavabdeh2 tələb edə bilərdi. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılıb: ilk növbdədə qeyd edilməlidir ki, 30000 manat pulun mövcud olma faktı, onun Cavabdeh2 tərəfindən qəbul edilərək evdə saxlanması, Cavabdeh2ı digər Cavabdeh3 qoşularaq gizlin şəkildə evdən Bakıya qaçması cavabdehlərin birinci instansiya məhkəməsində verdiyi izahatları, habelə pulun oğurlanması ilə bağlı şikayət ərizəsi əsasında Xocəvənd Rayon Polis şöbəsində aparılmış araşdırma zamanaı izahatları ilə təsdiq edilir; həmçinin Cavabdeh2 özünün də birinci instansiya məhkəməsində izahatına əsasən qabaqcadan evdən getməsini planlamış və evdən ona zəruri olan qiymətli əşyaları əvvəlcədən yığmış və gecəyarı gizli şəkildə evdən qaçmışdır. Bakıya gedərkən taksi pulunu Turanənin verməsi faktı onu deməyə əsas verir ki, Cavabdeh3 üzərində olan pul sonradan ona Turanə tərəfindən verilmiş 30000 məbləğdə pul vəsaitidir ki, Namizəd Turanənin qohumu evində döyüldükdən və huşunu itirdikdən sonra üzərindən götürülmüşdür. Lakin o, bu faktı yalan ifadələr verməklə məhkəmədən gizlətməyə çalışmış və həqiqəti məqsədli şəkildə ört-basdır etməyə çalışmışdır. Aşağı məhkəmələr bu halı və ümumiyyətlə, cavabdehlərin iddiaçıya məxsus pulun onların qanunsuz sahibliyinə keçirməsi ilə bağlı əməllərini diqqətəlayiq araşdırmamışdır; bundan başqa, Turanə ilə Rəyisin “Teleqram” proqramı ilə yazşmasında pulların Turanə tərəfindən götürülməsi etirafı da maddi sübut qismində məhkəməyə təqdim olunmuşdur. Ərinə adı ilə yox, “sənətkar” ləqəbi ilə müraciət edən Turanə yazışma zamanı pulları həqiqətən götürməsini və həmin pulların sonradan atası Cavabdeh1 əlinə keçməsi faktını səmimi şəkildə etiraf etmişdir. Lakin Turanə bu faktı məhkəmədə yenidən danmağa başlamışdır; apellyasiya instansiyası məhkəməsində cavabdehlərin ziddiyyətli ifadələri və bunun qətnamədə əks olunmaqla, məhkəmənin yalnız həmin ifadələrə istinadən qətnaməsini əsaslandırması yolverilməzdir. Belə ki, Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatdan fərqli olaraq evdən gizli şəkildə qaçarkən üzərində bir ədəd çanta götürməsi kimi izahatı məhkəmənin diqqətini işin əsl mahiyyətindən yayındırmağa hesablanmışdır. Halbuki, Cavabdeh2 birinci instansiya məhkəməsindəki izahatında evdən çıxarkən özü ilə bir neçə çanta götürməsini bildirmiş, hətta digər Cavabdeh3 bu çantaların olduqca ağır olmasını bildirmişdir; apellyasiya instansiyası məhkəməsi bütün bunlara qiymət verərək nəzərə almalı idi ki, cavabdehlər əslində cinayət hüquqi xarakter daşıyan gizli talama faktına dair hərəkətlərini açıq şəkildə etiraf edə bilməzlər. Bu səbəbdən, cavabdehlər məhkəmənin diqqətini işin əsl mahiyyətindən yayındırmağa hesablanmış yanlış və həqiqətə uyğun olmayan izahatlar vermişlər; apellyasiya instansiyası məhkəməsinin cəmi bir iclasa – bu qədər az müddətə sübutları qiymətləndirməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması baxımından ağlabatan hesab edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023cü il tarixli 2(102)-2877/2023 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-494/2023 nömrəli 30 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmışdır (məruzəçi hakim A.Abbasov, hakimlər Z.Əliyev və V.Məmmədov). Həmin qərarda göstərilmişdir ki, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, işdəki digər sübutlarla yanaşı (Cavabdeh2 və digər şəxslərin polisdə aparılan araşdırma zamanı verdiyi izahatlar, şahid ifadələri), Cavabdeh2 +994 51 *** ** ** telefon nömrəsi ilə əri Rəyis Vəliyevlə yazışmasına (i.v.160) istinad etmişdir. Həmin yazıda Cavabdeh2 əri Rəyis Vəliyevə xitabən pulun atasında olmasını bildirmişdir. İşdən görünür ki, Cavabdeh2 ərinin adının Rəyis olmasına baxmayaraq, ləqəbinin “Sənətkar” olması, hamının onu bu adlı çağırmasını bildirmiş (i.v. 138), 08 dekabr 2022-ci il tarixli məhkəmə iclasında isə yuxarıda göstərilən xüsustla bağlı ona verilmiş suala cavab olaraq sözügedən mobil nömrədən istifadə etdiyini, bir neçə gün əvvəl əri Rəyis ilə barışmaq üçün “Teleqram” proqramı vasitəsilə əlaqə saxlamasını, Rəyisə barışmağı təklif etməsini, Rəyisin onu qəbul etmədiyini, Rəyisə pulun onda olmaması barədə deməsini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin istinad etdiyi həmin sübutu qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, Rəis Vəliyevin bir neçə gün əvvəl Cavabdeh2 istifadəsində olan (051) *** ** ** mobil nömrədən “Teleqram” proqramı vasitəsilə onun istifadəsində olan (050) *** ** ** mobil nömrəyə yazaraq onu bağışlamasını, onunla barışmasını və evdən apardığı 30000 manat pulun atası Cavabdeh1 olduğunu və pulun bir hissəsinin xərcləndiyini bildirməsi iddianın təmin olunması üçün əsas kimi qəbul oluna bilməz. Əvvəla, yazışmada, ümumiyyətlə 30000 manat puldan söhbət edilmir, ikincisi həmin yazışmada “senetkar pul atamdadı” yazılsa da, həmin pulun 30000 manat pula aidiyyəti olub-olmaması müəyyən edilmir, üçüncüsü yazışmalar aparılan (051) *** ** ** telefon nömrəsinin Cavabdeh2 məxsus olması da, iş materialları ilə sübut olunmur. Dördüncüsü qeyd olunan yazışmalar istənilən şəxs tərəfindən teleqram vasitəsilə başqa yolla da, aparıla bilər. Belə ki, telefonda adlar siyahısında şəxsin adı əvəzinə onun mobil telefon nömrəsinin yazılması, əslində mesajların həmin nömrədən deyil, həmin nömrə adı altında digər nömrədən gəlməsi mümkündür (bax: 37-ci bənd). Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə kimi sübutlara qiymət verməkdə sərbəstdir. Lakin sübutun qiymətləndirilməsi MPM-in 88-ci maddəsinin tələbləri çərçivəsində olmalıdır. İşdə olan sübutları tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “N.Hacıyevin şikayəti üzrə” Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2020-ci il tarixli qərarında hüquqi mövqe belə olub ki, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən də, məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Qeyd edilənlər baxımından, apellyasiya instansiyası məhkəməsi (051) *** ** ** telefon nömrəsinin Cavabdeh2 məxsus olmasının iş materialları ilə sübut olunmaması, qeyd olunan yazışmaların istənilən şəxs tərəfindən teleqram vasitəsilə başqa yolla da aparıla bilməsini müəyyən etsə də, bunu hansı sübutun qiymətləndirilməsi yolu ilə müəyyən etməsi nə işdən, nə də qətnamədən görünmür. İşdən görünür ki, (051) *** ** ** telefon nömrəsinin Cavabdeh2 məxsus olmasının iş materialları ilə sübut olunmaması, həmin yazışmada “senetkar pul atamdadı” yazılsa da, həmin pulun 30000 manat pula aidiyyatı olmaması qənaətinə gələn apellyasiya instansiyası məhkəməsi bu xüsusatla bağlı tərəflərə, o cümlədən cavabdehə hər hansı sual verməmiş, ümumiyyətlə bu yöndə heç bir araşdırma aparmamışdır. Halbuki, qeyd edilən qənaət bu yöndə ətraflı araşdırmanın nəticəsi olaraq meydana çıxa bilərdi. Məhkəmə iclas protokolunda isə belə araşdırma aparılması görünmür. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin qeyd edilən telefon nömrəsinin cavabehə məxsus olmamasının nə ilə müəyyən edilməsi açıq qalmışdır. Bu baxımdan, kassasiya şikayətinin həmin xüsusatla bağlı, eləcə də apellyasiya instansiyası məhkəməsinin sübutları işin hərtərəfli, tam və obyektiv araşdırılması nəticəsində qiymətləndirməməsi barədə dəlilləri əsaslı sayılmalıdır. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən birinci halla bağlı düzgün araşdırma aparılmaması qeyd olunan yazışmaların istənilən şəxs tərəfindən teleqram vasitəsilə başqa yolla da aparıla bilməsi halının sübut etmə vəzifəsinə də təsir göstərir. Belə ki, qeyd edilən nömrənin Cavabdeh2 məxsus olması və əri ilə yazışmaların Cavabdeh2 tərəfindən aparılması onun özünün izahatı ilə müəyyən ediləcəyi halda, həmin nömrədən “Teleqram” proqramı vasitəsilə pul vəsaiti ilə bağlı başqa şəxsin yazışma aparmasını sübut etmək vəzifəsi artıq cavabdehin üzərinə düşməlidir. Apellyasiya instansiyası məhkəməsinin iddiaçının tələbinin düzgün şəxsə qarşı verilməməsi barədə gəldiyi nəticə ilə bağlı qeyd edilməlidir ki, məhkəmə bu nəticəyə də, yuxarıda qeyd edildiyi kimi, işdəki bütün sübutları müqayisəli şəkildə təhlil və tədqiq etmədən gəlmişdir. Belə ki, pulun ona İddiaçı tərəfindən verilməsi barədə Cavabdeh2 polisdə verdiyi izahatla (i.v.75), məhkəmə iclasında verdiyi izahatlar arasındakı ziddiyyət aradan qaldırılmamışdır. İşin halları prosessual qanunvericiliyn tələblərinə uyğun müəyyən edilmədiyi üçün məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsaslı olub-olmamasına qiymət verə bilmir. İzahatlar: İddiaçı məhkəmə iclasında izahat verərək verdiyi apellyasiya şikayətini müdafiə etmiş və qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı Vəliyev X7 ərinin qardaşıdır. 03 sentyabr 2022-ci il tarixdə Cavabdeh2 30000 manat pul saxlaması üçün verilmişdir. Cavabdeh3 polis şöbəsində izahat verərək bildirmişdir ki, 07 sentyabr 2022-ci il tarixdə gecə saatlarında Turanəni yaşadığı evdən götürərək onun çantalarına kömək edərək maşına yığmış, onunla birlikdə Bakı şəhərinə getmiş, həmin gün onlar əvvəlcə oteldə, sonra isə kirayədə qaldıqdan sonra Turanənin atası Turanəyə zəng vuraraq bacısıgilə getməsini bildirmişdir. Namizəd Turanəni Bakı şəhəri Binəqədi rayonunda yaşayan Turanənin bacısıgilə aparmışdır. Sonra Turanənin atası ilə qardaşı ora gələrək Namizədi döydükdən sonra Namizəd Turanənin atası ilə qardaşı danışarkən eşitmişdir ki, “həmin pulu Turanədən atası Rüzgar götürmüşdür”. Bu da onun göstəricisidir ki, Turanə evdən gedəndə pulu özü ilə götürmüş və atası Rüzgara vermişdir. Birinci instansiya məhkəməsində o, Turanəyə sual vermiş və 051 *** ** ** nömrəli mobil telefon vasitəsi ilə əri ilə barışmaq barədə yazışıb-yazışmadığını soruşmuşdur. O, cavabında həmin nömrə ilə əri Rəislə yazışdığını bildirmiş və Turanə “Whatsapp” yazışmasında həmin pulun onda yox, atasında olduğunu bildirmişdir. Həmin pul Rəyisə deyil, İddiaçı məxsus olmuş və bunu Turanə də bilmişdir. O, həmin pulu Turanəyə saxlamaq üçün vermiş və bildirmişdir ki, 2-3 gündən sonra ondan alacaqdır. Turanə birinci instansiya məhkəməsində izahat verərkən ona sellofanda “paçka” ilə pul verildiyini və həmin pulun İddiaçı məxsus olduğnu bildiyini göstərmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2022-ci ilin sentyabr ayının 3-də əri Rəyisin qardaşı Zabil ailə üzvləri ilə birlikdə onlara qonaq gəlmişlər. Zabilgil onlara gəlməmişdən 2 gün öncə əri Rəyis sellofan paketdə ona pul bağlaması vermiş, o, da həmin pulu saymadan və seyfə qoyduğunu Rəyisə demişdir. Rəyis isə pulu seyfə yox, başqa yerə qoymağını dedi. O, da pulu Rəisin yanında mətbəxdə mebelin üzərindəki qazanın içinə qoydu. Rəis ona bildirmişdir ki, 2-3 gün sonra pulu götürəcəkdir. Onların öz əşyaları isə kassada olmuşdur. Kassanın açarı həmişə Rəisin özündə olurdu. Uzaq yerə gedəndə kassanı ona veridi. O, anasıgilə gedəndə kassanı da, özü ilə gətirirdi, evə qayıdanda aparıb Rəisin özünə verirdi. Rəisin qardaşı Zabil ailəsi ilə onlara gəldiyi gün evdə qonaqlıq olmuşdur. Səhəri gün Zabil, onun ailəsi və o, uşaqları ilə birlikdə rayona getmiş və 5 gün evdə olmamışdır. O, evdən gedəndə, evin açarı Rəisdə idi. 07 sentyabr 2022-ci il tarixdən 08 sentyabr 2022-ci il tarixə keçən gecə saat 03 radələrində Rəisin adına olan və onun istifadə etdiyi 051 *** ** ** nömrəli mobil telefonun “Whatsapp”ı ilə Rəisə “mən getdim uşaqlardan muğayət ol” sözlərini yazaraq Namizəd adlı şəxslə Bakı şəhərinə gediblər. O, evdən çıxıb gedəndən sonra 051 *** ** ** saylı nömrəni və telefonu qıraraq yolda atmışdır. O, Namizəd adlı şəxslə evdən gedəndə pulun mətbəxtə qazanın içində olub-olmamasından xəbəri olmamışdır. O, bacısıgilə çatanda bibisi bacısıgillə qonşu olduğu üçün bibisinin telefonu ilə atasına zəng vurub ki, o, bacısıgildədir. Atası da həmin gün bacısıgilə gəlmişdir. Cavabdeh2 vəkili Vəkil2 iş materiallarında olan cinayət işinin rədd qərarından İddiaçı izahatında bildirmişdir ki, 05 sentyabr 2022-ci il tarixdə Beyləqan rayon ərazisində olan “Prado” markalı avtomobil almaq üçün baxış keçirən zaman avtomobilin zərbəsi olduğu üçün almaq qərarından daşınmış və həmin gün axşam saatlarında X19ə pulu saxlaması üçün vermişdir. Lakin iddiaçı məhkəmədə ziddiyyətli izahatlar verərək bildirmişdir ki, pul olmadığı üçün maşını ala bilməmişdir. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Turanə gecə saatlarında taksi ilə Bakı şəhərində yaşayan qızı Nuranənin evinə getmişdir. O, Bakı şəhərinə gedəndə Rəis ona zəng vuraraq bildirmişdir ki, evdə olan 30000 manat pul itmişdir. O, evə çatanda Turanədən evdən pul götürüb-götürməməsini soruşduqda, o, and içərək bildirmişdir ki, o, evdən heç bir pul götürməmişdir. Eyni zamanda, Namizəddən Turanədə pul olub-olmamasını soruşduqda, o da Turanədə pul görmədiyini demişdir. Turanənin evdən pul götürüb çıxmaq niyyəti olsaydı, evdə seyfi götürüb gedərdi. Namizəd Turanəni qorxudaraq onunla 10 gün əvvəl danışdığını ərinə deyəcəyini bildirmişdir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətlərinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Xocavənd Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(069)-219/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar: İşdə olan 07 oktyabr 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Xocavənd rayon polis şöbəsinin qərarında Cavabdeh2 09 sentyabr 2022-ci il tarixli izahatında göstərmişdir ki, o, evdən çıxarkən özünə məxsus bir ədəd (qızıl) üzərində bir ədəd birliyant qaş olan qızıl üzük, bir cüt qızıl sırğa, bir neçə ədəd plastik əşyadan olan bəzək əşyası, özünə məxsus nağd şəkildə 130 manat pulu və geyim əşyalarını götürmüşdür. Bundan başqa o, evdən heç bir əşya və pul göturməmişdir. Təxminən 4-5 gün əvvəl Rəyis ona rəngli sellofan paketdə icərisində 3 ədəd (10000 manatlıq) pul bağlaması vermiş, həmin vaxt o pulu saymamış və Rəyisə pulu seyfə qoymağını dedikdə, sonuncu pulu seyfə qoymamağını, pulu başqa yerə qoymağını demiş və o, da mətbəxdə mebelin üzərində olan qutunun içərisində qazana qoymuş və pulun yerini Rəyisə bildirmişdir. Evdən könüllü olaraq heç bir təyziq və şantaj olunmadan getmiş, ona hər hansı bir şəxs fərdi və ya fiziki zor tətbiq edilməmişdir. Habelə Cavabdeh3 09 sentyabr 2022-ci il tarixdə izahatında göstərmişdir ki, Cavabdeh2 təxminən 20 gündür tanıyır. Turanə ilə aralarında sevgi münasibətləri yaranmış və onlar danışmağa başlamışlar. Telefonla danışdıqda Turanə ona ailəsində problem olmasını və ayrılmasını demiş, Bakı şəhərində yaşayan bacısının evinə getmək istəməsini və ona maşın tapmasını demişdir. Bakı şəhərinə yollandıqdan sonra özlərinə kirayə ev tapmış və o, kirayə üçün 200 manat məbləğində pul ödəmişdir. Evi kirayə tutuqdan sonra Turanə ilə evdə olarkən Turanənin atası zəng edərək, bacısıgilə getməsini demiş, həmin gün axşam saatlarına qədər kirayə tutduqları evdə qaldıqdan sonra Turanənin bacısının Binəqədi rayonunda yaşadığı evə getmişlər. Həmin vaxt orada Turanənin atası və bir neçə qohumu olmuşdur. Turanənin atası və başqa şəxslər onu döymüş, bir neçə saat sonra oradan onlara məxsus avtomobillə yenidən Beyləqan rayonuna gəlmişlər. Turanə onunla gedərkən onun üzərində 30000 manat pul olmasını bilməmiş, əvvəldən ona bu barədə məlumat verməmişdir. Turanənin bacısının evində atası Rüzgar tərəfindən döyüldükdən sonra atası ilə onun qardaşı, adını bilmədiyi şəxs danışarkən eşitmişdir ki, həmin pulu Turanədən atası Rüzgar götürmüşdür. Cavabdeh1 13 sentyabr 2022-ci il tarixdə izahatına göstərmişdir ki, 08 sentyabr 2022-ci il tarixdə saat 03 radələrində qızının qaynı Fikrət Vəliyev onlara gələrək qızının evdən getdiyini, evlərindən qızıl və 30000 manat pul apardığını bildirmişdir. Bundan sonra qızı olduğu yer barədə məlumat vermiş və Turanəyə Bakı şəhərində yaşayan digər qızı Nərminin evinə getməsini, ordan gedib gətirəcəyini demişdir. Təxminən saat 23 radələrində qızı Nərminin Bakı şəhərində evinə getdikdə Turanə və qızının qoşulub qaçdığı Namizəd adlı şəxs orda olmuş, qızının qoşulub qaçdığı Namizəd adlı şəxsi hirsli olduğu üçün döymüşdür. Bununla bağlı Beyləqan RPŞ-də araşdırma aparılır. Qızını Bakı şəhərindən gətirməyə gedərkən qızının və Namizədin üzərində hər hansı pul və zinət əşyası olmamışdır. Orada olarkən qızından pul götürüb-götürmədiyini soruşduqda, qızı evdən pul götürmədiyini demişdir. Cavabdeh3 tamamilə yalan deyir, qızı Turanə əri Rəyisin evindən pul götürməmiş və həmin pul onda deyildir. İddiaçı 01 oktyabr 2022-ci il tarixdə Xocavənd rayon polis şöbəsində yazdığı izahatına göstərmişdir ki, o, 04 sentyabr 2022-ci il tarixdə Beyləqan rayonu ərazisində avtomobil almaq və qardaşları ilə görüşmək üçün həyat yoldaşı və qızı ilə birgə rayona getmiş, gedən zaman avtomobil almaq üçün üzərində 30000 manat məbləğində pul götürmuşdur. Beyləqan rayon ərazisində olan “Prado” markalı avtomobilə baxış keçirən zaman avtomobilin zərbəsi olduğu üçün almaq qərarından daşınmış və həmin gün axşam saatlarında X19ə pulu saxlaması üçün vermişdir. Rayon ərazisində qohumları çox olduğu üçün ailə üzvləri ilə birgə rayon ərazisində təxminən iki-üç gun qalmağı planlaşdırmışdır. Rayonda qaldığı müddət ərzində ailə üzvləri ilə birgə qardaşı X11 rayon 500 ailəlik qəsəbə ərazisində yerləşən evində qalmış və 30000 manat pulu qardaşında olduğu üçün yoxlamamışdır. Qardaşının həyat yoldaşı Cavabdeh2 08 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində yaşadığı evi tərk etmiş və bu barədə qardaşı Rəyisə mesaj yazmışdır. X1 üçün verdiyi 30000 manat pulu həyat yoldaşı Cavabdeh2 apardığını aşkarlamışdır. Qardaşının ailəsində baş vermiş hadisə ilə əlaqədər olaraq digər qardaşı X15 Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş və Cavabdeh2 evdən 30000 manat pul apardığını bildirmişdir. Baş vermiş hadisədən sonra 11 sentyabr 2022-ci il tarixdə yaşadığı Sumqayıt şəhərinə geri qayıtmış və X19 saxlamaq üçün verdiyi 30000 manat pulu geri qaytarmamışdır. Beyləqan rayon ərazisində X19ə saxlaması üçün üç ədəd yüz manatlardan ibarət 10000 manatlıq pul bağlaması sellofan paketdə vermişdir. O, rayonda qaldığı üçün pulu saxlamağa yeri yox idi və X19in evində qaldığı üçün pulu saxlaması üçün ona vermiş, lakin pulun saxlandığı yeri bilməmişdir. +994-51 *** ** ** telefon nömrəsi ilə yazışmada sözügedən nömrə tərəfindən yazılmışdır: “Senetkar pul atamdadi. Allahqi men ona dedim gel verək. Dedi seni asasar. Oldurerem yandirama... Duru ama deyesen arada xercliy. Mende istemirem qurtarsın. X20 axdaram tapmiram. Götürüb istəyrem verem menfiyete. Yox o pul senidi.” Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, iş üzrə tərəfləri tanımır. Tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. Belə ki, o, Beyləqan rayonunun Tatalılar kəndində yaşayır və fərdi əməklə məşğul olur. Ehtiyacı olduğu üçün özünə məxsus “Toyota Prado” markalı ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq üçün internetdə elan vermişdir. Təxminən 2022-ci ilin sentyabr ayının 4də tanımadığı sonradan adını öyrəndiyi Zabil adlı şəxs ona zəng vuraraq, istifadəsində olan maşını almaq fikrinin olmasını və görüşüb maşına baxmaq istədiyini bildirmişdir. O, da, razılaşmış və həmin gün Beyləqan şəhəri ərazisində yerləşən “Lukoyl” yanacaqdoldurma məntəqəsində Zabillə görüşmüşdür. Maşına baxdıqdan sonra Zabil maşını sonu neçəyə satacağını soruşmuş, o, isə avtomobili 33000 manata satdığını bildirmişdir. Həmin vaxt Zabil telefonla kiməsə zəng vurmuş, nə danışdığını bilməmiş, sonra ona 30000 manat məbləğində pulunun olduğunu bildirmişdir. O, isə 33000 manatdan aşağı verməyəcəyini demişdir. Bundan sonra Zabil bir neçə gün rayonda qalacağını və əgər razılaşsa, ona zəng vurmağı xahiş etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 öz ifadəsində göstərmişdir ki, İddiaçı xalasının nəvəsidir, cavabdehləri isə tanımır. Tərəflərlə düşmənçiliyi və ədavəti yoxdur. O, qardaşı Yavərlə birlikdə Sumqayıt şəhərində şərikli maşın alveri ilə məşğul olur. İddiaçı əvvəllər çevik polis alayında işləmiş və hazırda təqaüddədir. Təxminən 2-3 il əvvəl Zabil təqaüdə çıxdıqdan sonra onlarla şərikli maşın alveri ilə məşğul olmağa başlamış və birlikdə maşın alıb sataraq, əldə etdikləri gəliri aralarında bərabər şəkildə bölürlər. Təxminən 2022-ci ilin 1-2 sentyabrda Zabil internetdə paylaşılmış elanlardan Beyləqan rayonunda “Toyota Prado” markalı avtomaşının 33000 manata satışa çıxarıldığını öyrənmişdir. Həmin avtomaşını almaq üçün Beyləqan rayonuna getmək istədiyini və ona 20000 manat borca pul verməsini xahiş etmişdir. Bundan sonra onlar məsləhətləşmiş və avtomaşını əgər 30000 manata alsa, fayda götürə biləcəyini demişdir. Bu məqsədlə də, o və qardaşı Yavər hər biri 10000 manat məbləğində pul düzəldib Zabilə borc pul vermişlər. Sentyabr ayının 4-ü Zabil Beyləqan rayonundan onlara zəng edərək, avtomobilin sahibinin 33000 manatdan aşağı vermədiyini bildirdikdə, onlar Zabilə 30000 manatdan yuxarı razılaşmamasını demişlər. Bir neçə gün keçdikdən sonra Zabildən bir xəbər çıxmadığı üçün ona zəng edib nə vaxt gələcəyini soruşduqda, Zabil başlarına iş gəldiyini, 30000 manat pulun oğurlandığını və bununla bağlı polisə müraciət etdiklərini söyləmişdir. Daha sonra sentyabr ayının ortalarına yaxın Zabil Sumqayıt şəhərinə qayıtmış, baş vermiş hadisəni təfərrüfatı ilə ona və qardaşına danışaraq bildirmişdir ki, pulu saxlanması üçün qardaşı Rəyisə vermiş, o, isə həmin pulu evdə saxlaması üçün arvadına vermişdir. Sentyabr ayının 7-8-nə keçən gecə qardaşı arvadı 30000 manat məbləğində pulu və bir neçə qızıl-zinət əşyalarını götürərək evdən çıxıb getmiş, bununla bağlı Xocavənd rayon polis şöbəsinə müraciət etdiklərini və hazırda araşdırma aparıldığını bildirmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X12 qardaşı X5 ilə eyni məzmunda ifadə vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, İddiaçı qardaşı, Cavabdeh2 arvadı, Cavabdeh1 qaynatasıdır. Digər Cavabdeh3 isə tanımır. Böyük qardaşı İddiaçı Bakı şəhərində çevik polis alayında işləmiş və Sumqayıt şəhərində məskunlaşıb yaşayır. Zabil təqaüdə çıxdıqdan sonra Sumqayıt şəhərində maşın alveri ilə məşğul olur. O, 2007-ci ildə Cavabdeh2 ilə ailə həyatı qurmuş və birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. 02 sentyabr 2022-ci il tarixdə axşam saatlarında böyük qardaşı Zabil ailə üzvləri ilə birlikdə onun yaşadığı Beyləqan ərazisində salınmış Xocavənd rayonu 500 ailəlik qəsəbədə yerləşən 12 nömrəli evə gəlmişdir. Zabil rayona gələndə adətən onun evində qalır. Zabil gələndə bildirmişdir ki, internetdə Beyləqan rayonunda “Toyota Prado” markalı avtomaşının 33000 manata satışa çıxarıldığı paylaşılmış və həmin avtomaşını almaq üçün Beyləqana gəlmişdir. Sentyabr ayının 4-də Zabil Beyləqan rayonunda maşına baxmış və qiymətdə razılaşmadıqlarına görə alveri baş tutmamışdır. Həmin gün Zabil bir neçə gün rayonda onlarda qalacağı üçün maşının pulu olan 30000 manatı saxlamağı xahiş etmişdir. O, da, Zabilin maşın almaq üçün gətirdiyi pulu sellofan paketdə içərisində 3 ədəd 10000 manatlıq bağlamanı Turanəyə saxlaması üçün vermişdir. xx.xx.2022-ci il tarixdə yaşadığı evdə olarkən qardaşı Zabilin arvadı Səadət Turanənin evdə olmadığı üçün ona demədən evin həyətini axtarmış, evdə olmadığını bilmiş və saat 03 radələrində ona Turanənin evdə olmadığını demişdir. Yuxudan oyanandan sonra telefonda interneti açmış və Turanənin evdən getməsi barədə ona mesaj yazdığını görmüşdür. Turanə evdən gedən zaman özünə məxsus olan qadın paltarlarını apardığı üçün qızıl və pul olan yerlərə baxmış və heç birinin yerində olmadığını aşkar etmişdir. Bu barədə Turanənin atası Ruzigar Məmmədova məlumat vermiş və Turanənin yazdığı mesajları göstərdikdən sonra qızı Şəhanə anasının 050 *** ** ** saylı mobil nömrə ilə olan danışığı barədə məlumat vermiş və həmin nömrənin Cavabdeh3 məxsus olması onlara məlum olmuşdur. Həmin vaxt qaynatası Cavabdeh1 Namizədi tanıyaraq, yaxınlıqda olan hərbi hisssədə xidmət etdiyini bildirmişdir. Təxminən saat 17 radələrində Ruzgar Turanə ilə Namizədin Bakı şəhərində, qızı Nərminin evində olduqlarını bildirmişdir. 09 sentyabr 2022-ci il tarixdə Rüzgar Bakı şəhərinə qızı Nərmingilə getmiş və ona zəng edərək, Namizədi tapdığını bildirmişdir. Həmin gün Rüzgar qızı Turanəni öz evinə gətirdiyi barədə məlumat vermişdir. 10 sentyabr 2022-ci il tarixdə Rüzgar ona zəng edərək, nə istədiyini soruşduqda, o, Turanəni və onun evdən apardığı pulu istədiyini bildirmişdir. Bu zaman Rüzgar təhqiredici sözlər işlədərək, pulu aparıb Daxili İşlər Nazirliyinə verəcəyini bildirmişdir. Bundan sonra Polis şöbəsinə ərizə ilə müraciət edərək, Turanənin qardaşına məxsus 30000 manat pulu apardığını və həmin pulun geri qaytarılmasını xahiş etmişdir. Turanə polis şöbəsində yazdığı izahatında qardaşı Zabilin ailə üzvləri ilə birlikdə onun yaşadığı evə qonaq gəlməsini, həmin vaxtı ona sellofan paketdə içərisində 3 ədəd 10000 manatlıq bağlaması verməyini, həmin pulu mətbəxdə olan mebelin üzərində olan qutunun içərisində olan qazana qoymasını bildirmişdir. Bir neçə gün əvvəl Cavabdeh2 istifadəsində olan (051) *** ** ** mobil nömrəsindən “Teleqram” proqramı vasitəsilə onun istifadəsində olan (050) *** ** ** mobil nömrəyə yazaraq onu bağışlamasını, onunla barışmasını və evdən apardığı 30000 manat pulun atası Cavabdeh1 olduğunu və pulun bir hissəsinin xərcləndiyini bildirmişdir. Apellyasiya instansiya məhkəməsində şahid qismində yenidən dindirilmiş X13 məhkəmə iclasında ifadə verərək birinci instansiya məhkəməsindəki ifadəsini təsdiqləmiş və əlavə olaraq bildirmişdir ki, İddiaçı onun qardaşıdır. O, xx.xx.2022-ci il tarixdə ailəsi ilə birlikdə onlara gəlmişdir. İddiaçı maşın alveri ilə məşğul olduğu üçün Beyləqan rayonuna avtomaşın almaq üçün gəlmişdir. O, həmin gün avtomobil almaq üçün özü ilə götürdüyü pulu saxlamaq üçün ona vermişdir. O, 05 sentyabr 2022-ci il tarixdə mətbəxdə olarkən pulu saxlamaq üçün arvadı Cavabdeh2 verdikdən sonra pulu yanında mətbəxdə qazanın içinə qoymuşdur. Səhəri gün qardaşının arvadı onu yuxudan oyatmışdır ki, Turanə evdə yoxdur. O, telefonuna baxanda görmüşdür ki, Turanə 050 *** ** ** mobil nömrədən ona mesajla “mən getdim” sözlərini yazmışdır. Bir neçə gün sonra Turanə onunla 051 *** ** ** möbil nömrəsində olan “teleqram” proqramı vasitəsilə ona yazışmışdır. Həmin yazımşalar “Disk”dədir və məhkəməyə təqdim edilmişdir. Orada yazışmalar tarixi göstərilməklə, öz əksini tapmışdır. Turanə ilə yazışmaları uşaqlarla bağlı olmuşdur. Sonra o ondan pulun harda olduğunu soruşub, o, pulun atasında olduğunu bildirmişdir. Turanənin əvvəl istifadə etdiyi 050 *** ** ** nömrə onun adına olsa da, Turanə istifadə edirdi. 051 *** ** ** nömrəni isə evdən gedəndən sonra almışdır. Hüquqi məsələlər: MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. MPM-in 420-ci maddəsinin tələbinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. MM-in 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. MM-in 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əsaslandırma: Kollegiya diqqətə çatdırır ki, “N.Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Bundan əlavə, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 sentyabr 2023-cü il tarixli 2(102)- 2877/2023 saylı qərarındakı göstərişlərə əsasən araşdırma apararaq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən qətnamə qəbul edilərkən işin bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul olunmuşdur. Belə ki, iş materialları ilə təsdiq edilir ki, Cavabdeh2 ərinin adının Rəyis olmasına baxmayaraq, ləqəbinin “Sənətkar” olmasını və hamı tərəfindən onun bu adla çağırılmasını bütün məhkəmə instansiyalarında (eləcə də, polis şöbəsində) izahatlarında bildirmişdir. Cavabdeh2 08 dekabr 2022-ci il tarixli məhkəmə iclasında (051) *** ** ** mobil nömrəsindən istifadə etdiyini, əri Rəyislə barışmaq üçün “Teleqram” proqramı vasitəsilə əlaqə saxlamasını, Rəyisə barışmağı təklif etməsini, lakin Rəyisin bu təklifi qəbul etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxan tam hüquqlu məhkəmə olaraq, qeyd edilən halları işdə olan digər sübutlarla yanaşı qiymətləndirir. Göründüyü kimi Cavabdeh2 tərəfindən yuxarıda qeyd edilən hadisə baş verən zaman (051) *** ** ** mobil nömrəsindən istifadə etməsi işin faktiki halları ilə müəyyən edilir. Habelə eyni nömrəni telefonda ad yerinə yazaraq yazışma aparılmasının mümkünlüyü halında işdə olan Diskdəki görüntülərdən də müəyyən edildiyi kimi yazışmaların müvafiq olaraq geri tarixdə aparılması görüntüsünü həyata keçirmək mümkünsüzdür. (051) *** ** ** telefon nömrəsi ilə aparılmış yazışmada “senetkar pul atamdadı” ifadəsi üzrə Cavabdeh2 nömrənin onda olmadığını, evdən çıxandan dərhal sonra nömrəni sındırıb atması, gələcəkdə pulun itməsi barədə şikayət verilməsi üçün Rəyisin bu barədə məlumat əldə edəndən dərhal sonra telefonunda “yazışmaların edilməsi” ağlabatan və inandırıcı deyildir. Evdə özlərinə məxsus pul və zinət əşyalarının saxlandığı seyfin onların öz otağında olduğu nəzərə alınmaqla, ordakı əşyaların götürülməməsi, məhz İddiaçı məxsus 30000 manat pul vəsaitinin də götürülməməsi anlamına gəlməməlidir. Qeyd edilən nömrənin Cavabdeh2 məxsus olması və əri Rəyis ilə yazışmaların Cavabdeh2 tərəfindən aparılması onun özünün izahatları ilə müəyyən edilmişdir. Cavabdeh2 “Teleqram” proqramı vasitəsilə adıçəkilən (051) *** ** ** mobil nömrəsindən 30000 manat pul vəsaiti ilə bağlı başqa şəxsin yazışma aparmasını iddia etsə də, həmin halı sübut edə bilməmiş, bu yalnız mülahizə xarakteri daşımışdır. Məhkəmə kollegiyası Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatı (səh. 170) mötəbər hesab edir və sonrakı izahatları özünü müdafiə xarakterli hesab edir. Hətta, kollegiya 30000 manat pul vəsaitinin İddiaçı məxsus olmasının və onun saxlanmaq üçün müvəqqəti olaraq X9 verilməsinin Cavabdeh2 məlum olması iş üzrə sübutlarla təsdiqini tapdığı üçün hazırkı iş üzrə tələb hüququnun İddiaçı aid olmasını düzgün hesab edir. İşin qeyd edilən faktiki halları mübahisəsizdir. Nəzərə alınmalıdır ki, MPM-in 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Bu baxımdan da, hazırkı iş üzrə tələbə cavab verməli şəxs də Cavabdeh2dır ki, digər cavabdehlərə qarşı iddianın təmin edilməsi əsassızdır. Qeyd edilməlidir ki, birinci instansiya məhəkməsində iş üzrə Cavabdeh3 Etirazında göstərmişdir ki, onunla birlikdə olarkən Turanənin üzərində 30000 manat məbləğində pul olması barədə məlumatı olmamış və ona bu barədə məlumat verməmişdir. Turanə və atası Rüzgar onun yanında danışarkən Turanənin atası Rüzgar həmin pulun onda olmasını və qaytarmayacağını eşitmişdir. Lakin həmin pulun nə qədər olması və kimə məxsus olması ona məlum olmamışdır. Cavabdeh3 qeyd edilən məlumatı, polisdə verilmiş izahatlar (həmin izahatların hər hansı təsir altında verilməsi belə mübahisələndirilməmişdir), məhkəməyə təqdim edilmiş Diskdəki yazışmalar və onun təsdiqi üzrə Cavabdeh2 birinci instansiya məhkəməsində verdiyi izahatlar (sual-cavabları) kimi sübutlar kollegiya tərəfindən mötəbər hesab edilərək iddianın əsaslı olmasını şərtləndirir. Cavabdeh3 dəfələrlə məhkəməyə dəvət edilsə də, bu halların yenidən dəqiqləşdirilməsi üçün gəlməmiş, qanunvericiliyin tələbinə uyğun olaraq işə onun iştirakı olmadan baxılmışdır. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlir, işin müəyyən edilmiş faktiki hallarına, habelə qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə müvafiq düzgün hüquqi qiymət verilmişdir. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli, Xocavənd Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(069)-219/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 14.2, 76, 77.1, 89.1, 124.1, 217.2, 218.1, 372, 384.0.2, 385.1, 387.1, 392, 393 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq QƏTETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Xocavənd Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(069)-219/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Həmin müddət ərzində şikayət verilməzsə, qətnamə qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar