Məhkəmə qərarları › İş №2(106)-1252/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1252/2023

03.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1252/2023 03.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – X2 (sədrlik edən, məruzəçi), Kərimov Tale Suliddin oğlu və X1 ibarət tərkibdə, Beyləqan Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(020)-808/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq, müüəyyən etdi: İddiaçı Cavabdeh qarşı 3398 manat pul tələbinə dair iddiası Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-808/2021 saylı qətnaməsi ilə təmin edilmişdir. İş üzrə cavabdeh Ağayev X3 rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-808/2021 saylı qətnaməsindən apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair məhkəməyə ərizə vermişdir. İş materiallarından görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-808/2021 saylı qətnaməsi ilə təmin edilmişdir. Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-808/2021 saylı qətnaməsindən Cavabdeh 23 dekabr 2021-ci il tarixində apellyasiya şikayəti vermişdir. Həmin şikayət baxılması üçün 28 dekabr 2021-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. X4 Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərardadı ilə Cavabdeh apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir. Öz növbəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)-808/2021 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti onun özünə geri qaytarılmışdır. Bundan sonra 14 mart 2022-ci il tarixində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-808/2021 saylı qətnaməsi icra edilməsi üçün Beyləqan rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh Beyləqan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-808/2021 saylı qətnaməsindən apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi 28 aprel 2023-cü il tarixində məhkəməyə daxil olmuşdur. Beyləqan Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(020)-808/2021 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti üzrə buraxılmış müddətin bərpasından imtina edilmişdir. Həmin qərardaddan Cavabdeh şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətinin geri qaytarılması və ona əlavə olunmuş sənədlər ona göndərilməmişdir. Apellyasiya şikayətinin geri qaytaarılması barədə qərardadı 25 aprel 2023-cü il tarixdə əldə edə bilmişdir. Ona görə də hazırda buraxılmış nöqsanları aradan qaldıraraq təkrar apellyasiya şikayəti təkrar vermişdir. Hesab etmişdir ki, üzürlü səbəbdən müddəti ötürmüşdür. Ona görə də buraxılmış müddətin üzürlü hesab edilməklə bərpa edilməsini və mülki işi apelyasiya şikayəti ilə birlikdə baxılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Beyləqan Rayon Məhkəməsinin 15 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilmədən, Beyləqan Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(020)-808/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının düzgün tətbiq və təfsir etməklə qəbul edildiyindən qəradad qanuni və əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-808/2021 saylı qətnaməsi ilə təmin edilmişdir. Cavabdeh 23 dekabr 2021-ci il tarixində həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti baxılması üçün 28 dekabr 2021-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 01 fevral 2022-ci il tarixli qərardadı ilə cavabdeh apellyasiya şikayəti qeyrimümkün hesab edilmişdir. Öz növbəsində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(020)- 808/2021 saylı qərardadı ilə cavabdehin apellyasiya şikayəti onun özünə geri qaytarılmışdır. Bundan sonra 14 mart 2022-ci il tarixində Beyləqan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-808/2021 saylı qətnaməsi icra edilməsi üçün Beyləqan rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Cavabdeh Beyləqan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(020)-808/2021 saylı qətnaməsindən apelyasiya şikayəti və apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi qətnamə icraya yönəldikdən 1 ildən sonra yəni 28 aprel 2023-cü il tarixində Beyləqan rayon Məhkəməsinə daxil olmuşdur. Beyləqan Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(020)-808/2021 saylı qərardadı ilə Cavabdeh apellyasiya şikayəti üzrə buraxılmış müddətin bərpasından imtina edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, qətnamənin icraya yönəldilməsindən və bununla bağlı keçirilən hüquqi hərəkətlərin keçirilməsindən cavabdehin xəbəri olmuşdur. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin cavabdehin qətnamədən apellyasiya şikayəti verməsi üçün müddətin bərpasından imtina etməsi ilə bağlı mövqeyi iləı razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-265-ci, 157-159cu, 397.2-ci, 398.0.1-ci, 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(020)-808/2021 saylı qərardadı dəyişdirilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : imza. Hakimlər: imzalar. Əsli ilə düzdür hakim : Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar