Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1272/2024 05.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və X5 ibarət tərkibdə, Əsədzadə Əsəd Saməddin oğlunun katibliyi, İddiaçı2, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə, iddiaçıların vəkili Vəkil1, Cavabdeh1 Aydın oğlunun nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Aydın oğluna qarşı “pul tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1888/2023 saylı 08 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçılar və Cavabdeh1 Aydın oğlunun nümayəndəsi vəkil Kаzımоv Əbülfəz Xəlil oğlu tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada əsassız varlanmaya görə 10000 (on min) manatın, həmin məbləğə hesablanmış bank faizi üçün olan 1864.32 manatın, ixtisaslı hüquqi yardımın göstərilməsi üçün vəkillik qurumuna ödənilmiş 300 (üç yüz) manatın və ödənilmiş dövlət rüsumuna görə 126.50 (yüz iyirmi altı manat əlli qəpik) manatın tutularaq onlara (iddiaçılara) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Aydın oğlu bacısı Nümayəndə keçmiş əri, Cavabdeh2 isə Cavabdeh1 qardaşıdır. Cavabdehlərlə tanşlıqları Cavabdeh1 onların (iddiaçıların) bacıları ilə ailə qurmaq istəməsi ilə əlaqədar olmuşdur. Onların ailə qurmasına dair aralarında ümumi razılıq ələ edildikdən bir müddət sonra - xx.xx.2021-ci ildə onlar faktiki evlənmişlər. 2021-ci ilin iyun ayında Cavabdeh1 bacısına ev almaq istədiyini, ancaq müəyyən qədər pula ehtiyacı olduğunu söyləmiş və bacısı vasitəsi ilə onlara məlumat çatdırmışdır. Gələcək qohumluq münasibətlərinin daha da möhkəm olması və həmçinin toydan sonra bacılarının rahatçılığı üçün ev alınması məqsədi ilə onlara müəyyən qədər pul verməyə razı olmuşlar. Bacıları ilə Cavabdeh1 arasında rəsmi nikah olmasa da, dini nikahın olması onlar arasında münasibətlərin ciddi olduğuna inamlarını artırmışdır. Cavabdehlərdən ev almaq üçün nə qədər pula ehtiyaclarının olmasını soruşduqda cavabdehlər 10000 (on min) manata ehtiyacları olduğunu bildirmişlər. O (İddiaçı2 Əlamdar oğlu) cavabdehlərə bu qədər pula sahib olmadıqlarını bildirmiş və gələcək qohumluq münasibətlərini əsas götürərək qardaşının, yəni İddiaçı1 Əlamdar oğlunun rəsmi iş yeri olduğundan qardaşının adına bankdan pul götürərək onlara verə biləcəklərini bildirmişdir. Onlar razılıq etməklə yanaşı, “inşallah ev alaq, xeyir iş olsun sonra pulunuzu qaytaracayıq” deyə söz vermişlər. 16 iyun 2021-ci il tarixdə qardaşı İddiaçı1 adına 18 ay müddətinə əlavə olaraq 1864.32 manat faiz ödəmək şərti ilə 10000 (on min) manat məbləğində kredit götürərək, xx.xx.2021-ci il tarixdə həmin pulu ev almaq və sonradan hissə-hissə qaytarmaq şərti ilə cavabdehlərə vermişlər. 21 iyul 2021-ci il tarixdə Cavabdeh1 telefon vasitəsi ilə münasib ev tapdıqlarını bildirməklə evin şəkilini də, Aynurəyə göndərmiş və həmin evin 30000 manata satıldığını bildirmişdir. Pul verilərkən hər iki cavabdeh orada olmuşdur. Pul tərəflərindən sayılaraq Asəfə verilmiş olsa da, pulun onlardan alınması zamanı Xəlil də orada olmuş və bütün danışıqlarda da şəxsən iştirak etmişdir. Həmin vaxt orada daha 2 nəfər Əli və Nicat adlı şəxslər də olmuşdur. Pul verildikdən bir neçə saat sonra cavabdehlərdən Cavabdeh1 adına etibarnamə vasitəsi ilə ev alınmışdır. Ev alındıqdan sonra müəyyən təmir işləri aparılmış və hətta bacısı tərəfindən də, evin təmir olunmasına müəyyən qədər vəsait sərf olunmuşdur. xx.xx.2021-ci il tarixdə isə toy olaraq bacıları həmin evə gəlin köçmüş və cehiz əşyalanı da ora aparmışdır. Toydan qısa bir müddət sonra, Cavabdeh1 narazılıqlar yaradaraq bacısı Aynurədən ayrılmış və məhkəmə qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bundan sonra cavabdehə evin alınması üçün onlardan götürdükləri pulun qaytarılması ilə bağlı mobil telefon, “WhatsApp” vasitəsi ilə müraciətinə cavab olaraq (İddiaçı2) “narahat olma qaytaracam pulunu”, “narahat olma evim var satıb puluvu qaytaracam”, “dedim pulunu qaytaracam” kimi ifadələri, həmçinin həmin telefon danışıqları zamanı 10000 (on min) manat pulun tərəfindən qəbul edildiyini etiraf etməsi, sonradan isə, onlardan pul almadıqlarını bildirməsi barədə Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3-cü polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişlər. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin 3cü polis şöbəsi tərəfindən isə onlara məhkəməyə müraciət etməli olduqları izah edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1888/2023 saylı 08 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Qalib Paşayev) iddia qismən təmin edilərək Cavabdeh1 Aydın oğlundan əsassız varlanma nəticəsində əldə edilmiş 10000 (on min) manat, 1864.32 (min səkkiz yüz altmış dörd manat otuz iki qəpik) manat bank faizi, hüquqi yardım üçün ödənilmiş 300 (üç yüz) manat, cəmi 12164.32 (on iki min bir yüz altmış dörd manat otuz iki qəpik) manat pul və 126.50 (yüz iyirmi altı manat əlli qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçılar İddiaçı2 və İddiaçı1 verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək qətnamənin qismən – Cavabdeh2 münasibətdə iddianın təmin edilməməsinə dair hissədə ləğv edilməsi, iddianın Cavabdeh2 münasibətdə də təmin edilməsi və qətnamə ilə müəyyən edilmiş məbləğlərin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Aydın oğlundan müştərək qaydada tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində təqdim etdikləri sənədlərdən və tərəflərin verdiyi izahatlardan tam müəyyən edilmişdir ki, pul Cavabdeh2 verilmişdir. Həmin pul Cavabdeh2 tərəfindən elə oradaca bacısı Nümayəndə ilə ailə qurmaq istəyən qardaşı Xəlilə ev alması məqsədi ilə verilmiş və Xəlil tərəfindən etibarnamə əsasında X6 (ilkin etibar edən X7) Bakı şəhəri Binə qəsəbəsində etibarnamə əsasında fərdi yaşayış evi alınaraq müəyyən təmir işləri də bacılarının vəsaiti hesabına həyata keçirildikdən sonra bacısı onunla rəsmi nikaha daxil olaraq ailə qurmuş və gəlin kimi həmin evə köçmüş, cehiz əşyalarını həmin evdə yerləşdirmiş və orada birgə yaşamışlar. Sonradan bacıları ilə Xəlil arasında yaranmış mübahisə və münaqişə nəticəsində nikahları Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Tərəflər arasında, yəni bacıları ilə cavabdehlərdən Cavabdeh1 Aydın oğlu arasında münasibətlər pozulduqdan sonra xx.xx.2021-ci il tarixli etibarnamə əsasında iş üzrə Cavabdeh1 Aydın oğlu həmin evə dair səlahiyyətlərini digər cavabdeh olan qardaşı Cavabdeh2 ötürmüşdür. Hazırda da həmin evə dair səlahiyyətlər Cavabdeh2dır. Aparılmış araşdırımalara və müvafiq sənədlərə məhkəmə tərəfindən düzgün hüquqi qiymət verilməmiş və qətnamədə belə bir düzgün olmayan nəticəyə gəlinmişdir ki, iddiaçılar “cavabdehlərin onların hesabına əsassız varlandıqlarını göstərsələr də, iş materiallarından və iddiaçıların izahatlarından da müəyyən edilir ki, tərəflər arasında yaranan münasibətlər nəticəsində əsassız varlanan şəxs Cavabdeh1 Aydın oğlu olmuşdur”. Belə ki, iddiaçı və iddaçının nümayəndəsi məhkəmə iclasında verdikləri izahatlarında cavabdehlərin iddaçılardan aldıqları 10000 manat pulun müqabilində Xəlil tərəfindən ev alındığını göstərmişlər. Göründüyü kimi, 10000 manat məbləğində pul vəsaitindən bəhrələnən Asəf deyil, Xəlil olmuşdur. Ona görə də, məhkəmə cavabdehlərdən Asəfin də əsassız varlanması ilə bağlı iddaçıların mövqeyi ilə razılaşmır. Məhkəmə səhv nəticəyə gəlmişdir. Belə ki, iddia ərizəsində və məhkəmə iclasında göstərmişlər ki, pul verilərkən hər iki cavabdeh bir yerdə olmuş, danışıqlar bir yerdə aparılmış və pul sellofan torbadan çıxarılaraq Asəfə verilmiş, tərəfindən sayılaraq orada həmin sellofan torbaya qoyularaq aparılmışdır. Sonradan həmin pulla qardaşı Xəlil Notariatda Əli Ağalarovdan evə dair etibarnamə almış və ondan pulu verdiyinə dair qəbz almışdır. Bütün yuxarıda şərh olunanlar, yəni pulun alınması, qaytarılmasından imtina edilməsi və sairə işin digər qeyd edilən yazılımaterialları ilə yanaşı cavabdehlərin CD Disk və “Whatsapp” yazışmalarında olan etirafları ilə də təsdiq olunur. Cavabdeh1 Aydın oğlunun nümayəndəsi vəkil Kаzımоv Əbülfəz Xəlil oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiаçılаr istər iddiа ərizəsində, istərsə də məhkəmədə vеrdikləri izаhаtlаrındа qеyd еdirlər ki, krеdit götürdükləri pulu cаvаbdеhlərə vеrərkən оnlаrlа bеlə şərtləşmişlər ki, 10000 mаnаt krеdit götürülərək xx.xx.2021-ci il tаriхdə həmin pulu еv аlmаq məqsədilə və sоnrаdаn hissə-hissə qаytаrmаq şərtilə cаvаbdеhlərə vеrmişlər. Bаşqа sözlə, iddiаçılаr tərəfindən məhkəmədə еtirаf еdilmişdir ki, cаvаbdеhlərə vеrilən pul faktiki оlаrаq bоrc şəklində vеrilmiş və rаzılаşmа şifаhi хаrаktеr dаşımışdır. Həttа məhkəmə qətnаməsinin 4-cü səhifəsinin yuхаrıdаn 4-cü аbzаsındа bеlə qənаətə gəlmişdir ki, iddiаçılаr tərəfindən pul bаcılаrı Əliyеvа Аynurə Ələmdаr qızınа və əri Tаhirоv Хəlil Аydın оğlunа vеrilmiş və cаvаbdеh Tаhirоv Хəlil Аydın оğlu həmin pulu hissə-hissə qаytаrmаğı öhdəsinə götürmüşdür. Еyni zаmаndа, cаvаbdеh Tаhirоv Хəlil Аydın оğlunun başqa şəxsin hesabına əmlak əldə etməsi fаktı iş mаtеriаllаrı ilə təsdiqini tаpmır. Еtibаrnаmənin isə vеrilməsi mülkiyyət hüququnun yаrаnmаsını sübut еdən sənəd dеyil. “Nоtаriаt hаqqındа” qаnun dа dаşınmаz əmlаkın yаlnız nоtаriаt qаydаsındа təsdiq еdilmiş аlqı sаtqı yоlu ilə əldə еdilməsini nəzərdə tutur. Məhkəmədə izаhаt vеrən iddiаçılаr iddiа еtdikləri məbləğin xx.xx.2021-ci il tаriхdə bаnkdаn krеdit götürülərək guyа xx.xx.2021-ci il tаriхdə həmin pulu еv аlmаq məqsədilə və sоnrаdаn hissə-hissə qаytаrmаq şərti ilə cаvаbdеhlərə vеrmişlər. Pul vəsaitinin xx.xx.2021-ci il tаriхdə bаnkdаn götürüldüyü müəyyən оlаnsа dа, həmin pulun məhz xx.xx.2021-ci il tаriхdə, yəni еtibаrnаmə vеrilən günü cаvаbdеhlərə vеrilməsi хüsusən аydınlаşdırılmаmışdır. Bu fаktı iddiаçılаrdаn bаşqа hеç kim təsdiq еtməmişdir, həmçinin səs və “Whatsapp” yаzışmаlаrındа bu bаrədə hər hаnsı bir təsdiqеdici məqаm yохdur. İddiаçılаrın dеmələrinə görə pul məhz xx.xx.2021-ci il tаriхdə iddiаçılаrа vеrilərkən оrаdа həm Аsəf, həm də Хəlil оlmuş, bundаn bаşqа, оrаdа Əli və Nicаt аdlı şəхslərdə оlmuşlаr. Nə Аsəf, nə də Хəlil bu fаktı təsdiq еtməmişlər, Əli və Nicаt аdlı şəхslər isə məhkəməyə cəlb оlunаrаq izаhаtlаrı аlınmаmış, bu məsələyə аydınlıq gətirilməmişdir. Еyni zаmаndа iş mаtеriаllаrınа əlаvə еdilmiş Cəlilаbаd Rayоn Məhkəməsinin xx.xx.2021ci il tаriхli qətnаməsindən görünür ki, hаzırkı iş üzrə iddiаçılаr Əliyеv Rövşən Ələmdаr оğlu və Əliyеv Ruslаn Ələmdаr оğlu yаlnız hаzırkı iş üzrə cаvаbdеh Tаhirоv Аsəf Аydın оğlunа qаrşı еyni prеdmеt və еyni əsаslаrlа iddiа qаldırmışlаr, lакin həmin vахt məhkəmə iddiаnı təmin еtməmişdir, bахmаyаrаq ki, hаzırkı iş üzrə еyni sübutlаr həmin iş üzrə də iddiаçılаr tərəfindən təqdim еdilmişdir. İddiаçılаr işin bеlə bir mühüm tərəfi оlаn hаlın - pul vеrilərkən Хəlilin də оrаdа оlmаsını əvvəllər bildirməmişlər. Bu fаkt dа оnа dəlаlət еdir ki, hаzırkı iş üzrə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Bundаn bаşqа, iddiаçılаr Əliyеv Rövşən Ələmdаr оğlu və Əliyеv Ruslаn Ələmdаr оğlu, hаbеlə оnlаrın nümаyəndəsi Əliyеvа Аynurə Ələmdаr qızı məhkəmədə bildirmişlər ki, еvin təmiri üçün müəyyən qədər pul vеrmişlər. Məhkəmə tərəfindən bu hаllаr dа аydınlаşdırılmаmışdır. Bеlə ki, vеrilən həmin pullа (400-500 mаnаt civаrındа) еvin оtаğının təmir оlunmаsınа (divаr kаğızı və sаir), həmçinin sаnitаr qоvşаğı üçün аksеssuаrlаrınа sərf еdilmişdir. Sоnrаdаn münаsibət pоzulduqdаn sоnrа iddiаçılаr bu sоnuncu məbləği tələb еdərkən səs və “Whatsapp” yаzışmаlаrındа məhz bu məbləğin qаytаrılmаsındаn söhbət gеtmişdir. Dаhа sоnrа еvin sаnitаr qоvşаğındа qurаşdırılmış аksеssuаrlаr iddiаçılаr tərəfindən sökülərək götürülmüşdür. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı tərəfindən irəli sürülən tələblər sübutlarla öz təsdiqini tapmış, iş materialları və işin araşdırılan digər halları ilə müəyyən olunmuşdur. Məhkəmənin gəldiyi bu nəticə sübuta yetirilməmişdir. Bеlə ki, iddiаçılаrın dеdiklərinə görə pulu Аsəfə və Хəlilə vеrmişlər. Məhkəmə isə bеlə nəticəyə gəlmişdir ki, puldаn аncаq Хəlil fаydаlаnmışdır. Hаlbuki, nə Аsəf, nə də Хəlil bu hаllаrı təsdiq еtmirlər. Bu zаmаn iddiаçılаr məhkəməyə hеç bir sübut təqdim еtmirlər. Təqdim еdilmiş səs yаzılаrındа və “Whatsapp” yаzışmаlаrındа isə pulun qаytаrılmаsındаn söhbət gеtsə də, hаnsı pulun və hаnsı miqdаrdа qаytаrılmаsı оlmаsınа dаir hеç bir şеy yохdur. Bеlə оlаn hаldа, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməsindən söhbət bеlə gеdə bilməz. Hətta hаzırkı iddiаçılаr tərəfindən Bаkı şəhəri Хəzər rаyоn pоlis idаrəsinin 3-cü pоlis şöbəsinə ərizə ilə mürаciət еtsələr də, tоplаnmış mаtеriаldа pulun vеrilməsi təsdiqini tаpmаdığı üçün tоplаnmış mаtеriаl üzrə cinаyət işi bаşlаnmаsı rədd еdilmişdir. Başqa sözlə, iddiaçılar bankdan götürdükləri kredit məbləğini ərə gedən bacıları üçün cehiz əşyalarının alınmasına sərf etmişlər, tərəflər boşandıqdan sonra isə həmin cehiz əşyalarının hamısını aparmışlar. İddiaçıların vəkili Vəkil1 cavabdehin apellyasiya şikayətinə etiraz edib iddiaçıların apellyasiya şikayətini müdafiə edərək cavabdeh tərəfindən verilmiş apellyasiyanın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclaslarında iddiaçıların vəkili Vəkil1 bildirmişdir ki, sübutların təqdim edilməsinə dair vəsatət verərək məhkəmədə iş yükünü nəzərə alıb əvvəlki məhkəmə iclasında təqdim etdikləri səs yazılarında ən vacib olanları seçib təqdim etmişlər. Hansı ki, həmin səs yazılarında konkret olaraq 10000 manat pul məbləği ilə bağlı dəqiq məlumatlar öz əksini tapır. O, bildirmişdir ki, Cavabdeh1 Aydın oğlu evə dair sahiblik və istifadə hüququnu digər Cavabdeh2 təhvil vermişdir. İddia olunan məbləğ cavabdehlərdən müştərək qaydada alınmalıdır. Təqdim olunan diskdəki səs qeydləri də göstərir ki, cavabdeh, evin alınması məqsədilə iddiaçılardan 10000 manat məbləğində vəsait almışdır. Məhkəmə iclaslarında iddiaçıların nümayəndəsi Nümayəndə bildirmişdir ki, 10000 manatdan əlavə evin təmiri ilə bağlı çəkilmiş xərclərin cavadehlərdən müştərək qaydada tutulmasını istəyir. Toyları xx.xx.2021-ci ildə olub ondan sonra birlikdə yaşamışlar. xx.xx.2021-ci ildə ev alınıb və pulunu da qardaşları bankdan kredit götürərək vermişdir. O əvvəllər Xəlil ilə xoşluqla danışırdı ki, pullarını versinlər. Çünki onu tez-tez döyürdü, o isə ailəsini qorumaq üçün susurdu. Öz xoşbəxtliyi üçün, ailəsi onun rahatlığını düşünüb pul vermişdir ki, o rahat öz evində yaşasın. Aprelin 17-də onu döyüb, evdən qovdular. Əşyalarını da bayıra atdılar. O, bildirmişdir ki, hal-hazırda həmin evdə kimlərin yaşadığını barədə məlumatı yoxdur. O, sonuncu dəfə həmin evdən çıxarkən evin rəsmi olaraq Cavabdeh1 Aydın oğlunun adına qeydə alındığını bildirmişdir. Məhkəmə iclasında İddiaçı2 bildirmişdir ki, pulu Cavabdeh2 və Cavabdeh1 Aydın oğluna vermişdir. O və qardaşı aparmışlar. Onların da yanında Əli və Nicat adlı şəxslər olmuşdur. Pulu verəndə maşında dizinin üstündə sayıb götürmüşdür. Həmin pulların fotoşəkilləri də çəkilmişdir. Çünki o qədər pulla gedəndə kimsə qabaqlarını kəsib pulları əllərindən ala bilər. Cavabdeh1 Aydın oğlunun nümayəndəsi Vəkil3 məhkəmə iclasında bəyan etmişdir ki, iş materiallarında və iddiaçılar tərəfindən təqdim edilmiş sübutlar, xüsusilə “Watsapp” tətbiqindəki mesajlar əsasında, cavabdehin iddiaçıdan 10000 manat məbləğində vəsait alması ilə bağlı heç bir konkret sübuta rast gəlinməmişdir. Həmin yazışmalar Nümayəndə ilə cavabdeh arasındakı münasibətlərin pozulmağa başladığı dövrə təsadüf edir. Yazışmalarda iddiaçıların nümayəndəsi 10000 manat məbləğində pul verildiyini bildirsə də, cavabdeh 10000 manatın alınması ilə bağlı heç bir ifadə istifadə etməmişdir. Hüquqlarını təmsil etdiyim şəxs iddiaçılar tərəfindən evin müəyyən hissələrinə çəkilmiş 400-500 manat məbləğində xərcləri qəbul etsə də, ümumilikdə evin alınması üçün iddiaçılardan 10000 manat alındığını qəbul etmir. Bu iddiaya dair hər hansı bir sübutun mövcud olmadığı vurğulanmışdır. Mesajlarda münasibətlər pozulmazdan əvvəl 10000 manat məbləğində vəsaitin alınmasına dair heç bir sübut yoxdur. Həmçinin evin sənədi olmadığı üçün onun heç kimin adına rəsmiləşdirilməsi də mümkün deyil. Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1888/2023 saylı 08 dekabr 2023- cü il tarixli qətnaməsi 1864.32 (min səkkiz yüz altmış dörd) manat 32 (otuz iki) qəpik bank faizinin Cavabdeh1 Aydın oğlundan tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İŞİNHALLARİ: İşdə olan: xx.xx.2021-ci il tarixli 027M**********1 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlalı Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli çıxarışa əsasən X3 mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 2-ci massiv keçid 1-də yerləşən 1 saylı evin 5-ci mərtəbəsində olan 63.99 m2 ümumi, 37.04 m2 yaşayış, 26.95 m2 yardımçı sahədən ibarət 3 otaqlı 29 nömrəli mənzil İddiaçı1 ilə "xxxx" QSC arasında bağlanmış uzunmüddətli kredit müqaviləsinin təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, İddiaçı1 16 iyul 2021-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək "xxxx" QSC-yə 10 000 (on min) manat əsas borc, 1864.32 (bir min səkkiz yüz altmış dörd manat otuz iki qəpik) manat faiz olmaqla, cəmi 11 864.32 (on bir min səkkiz yüz altmış dörd manat otuz iki qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli AR-İİ 382359 saylı etibarnamənin surətindən görünür ki, X4 verdiyi etibarnamə əsasında X2 rayon XDS İK tərəfindən xx.xx.1990-cı il tarixdə verilmiş 12 saylı qərara əsasən Bakı şəhəri Binə qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600 kv.metr torpaq sahəsindən 200 kv.m torpaq sahəsinjə tikinti işləri aparmağı, tikinti və torpaq sahəsini özəlləşdirməyi, planı almağı, ƏMDK DƏDRX Bakı şəhər Ərazi İdarəsindən çıxarış, 1№-li arayış almağı, adından ərizə verməyi, iza etməyi, gələcəkdə sərəncam verməyi, satmağı, bağışlamağı, müqavilə imzalamağı, bununla bağlı digər hərəkətləri etməyi Cavabdeh1 Aydın oğluna etibar etmişdir. Bakı şəhəri Xəzər rayon Polis idarəsinin 3-cü polis şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı2 Cavabdeh2 və Cavabdeh2 qarşı 10000 manat pulun qaytarılması barədə müraciətinə baxılmış və tərəflər arasında yaranmış mübahisənin mülki xarakterli olduğundan şikayətçiyə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(002)-121/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 Aydın oğlu ilə Əliyeva (Tahirova) Aynurə Ələmdar qızı arasında xx.xx.2021-ci il tarixdə 5 saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış 4684 saylı nikah akt qeydinin pozulması qət edilmişdir. Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(073)- 339/2023 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı2 və İddiaçı1 Cavabdeh2 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-1114/2023 saylı qərardadına əsasən İddiaçı2 və İddiaçı1 Cavabdeh2 qarşı pul tələbinə dair iddiadan İddiaçı2 və İddiaçı1 nümayəndəsi Nümayəndə imtina ərizəsi qəbul edilərək Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(073)-339/2023 saylı qətnaməsi ləğv edilmiş və İddiaçı2 və İddiaçı1 Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə icraata xitam verilmişdir. HÜQUQİMƏSƏLƏLƏR: MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini tərəflərin apellyasiya şikayətlərinin dəlilləri üzrə mübahisələndirilən hissələrdə yoxlanılmasını düzgün hesab edir. Birinci instansiya məhkəməsinin mövqeyi: Məhkəmə yekun qənaətə gələrkən qeyd etmişdir ki, iddiaçılar tərəfindən təqdim edilmiş tərəflər arasında olan səs yazılarını əks etdirən CD disk məhkəmə iclasında dinlənilərkən və “WhatsApp” yazışmalarına baxış keçirilərkən cavabdehlərin həqiqətən də iddaçılardan pul aldıqları öz təsdiqini tapır. Belə ki, həmin səs yazılarında və “WhatsApp” yazışmalarında cavabdehlər özlərinə məxsus evi satacaqlarını və iddiaçılardan aldıqları pulu qaytaracaqlarını bildirmişlər. Məhkəmə iclasında iddaçılar cavabdehlərin onların hesabına əsassız varlandıqlarını göstərsələr də, iş materiallarından və iddiaçıların izahatlarından da müəyyən edilir ki, tərəflər arasında yaranan münasibətlər nəticəsində əsassız varlanan şəxs Cavabdeh1 Aydın oğlu olmuşdur. Belə ki, iddiaçı və iddaçının nümayəndəsi məhkəmə iclasında verdikləri izahatlarında cavabdehlərin iddaçılardan aldıqları 10000 manat məbləğində pul vəsaitinin müqabilində Cavabdeh1 tərəfindən ev alındığını göstərmişlər. Göründüyü kimi, 10000 manat puldan bəhrələnən Cavabdeh2 deyil, Cavabdeh1 olmuşdur. Ona görə də, məhkəmə cavabdehlərdən Cavabdeh2 da əsassız varlanması ilə bağlı iddaçıların mövqeyi ilə razılaşmır və hesab edir ki, iddaçılar həmin əsasla Cavabdeh2 pul tələb etməkdə haqlı deyildirlər. Buna görə də, həmin pul Cavabdeh1 tutulmalıdır. Habelə iş materiallarından müəyyən edilir ki, iddiaçılardan İddiaçı1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən "xxxx" QSC-dən 18 ay müddətinə 10000 manat kredit götürmüş və həmin kreditə görə banka əlavə olaraq 1864.32 manat faiz ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-in 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-in 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. MM-in 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayəti üzrə diqqətə çatdırır ki, İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətində Cavabdeh2 aid hissədə də iddianın təmin edilməsini xahiş etmişlər. Kollegiya Cavabdeh2 pulun tutulmaması barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razıdır. Çünki o, hazırkı mübahisələndirilən məbləğin alınmasında vasitəçi olaraq iştirak etmiş, onu hər hansı formada mənimsəməmiş və bu işin mübahisəsiz halıdır. Bu zaman kollegiya Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(106)-1114/2023 saylı qərardadını da diqqətdən qaçırmır. Cavabdeh1 Aydın oğlunun nümayəndəsi vəkil Kаzımоv Əbülfəz Xəlil oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə dair məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə yalnız Cavabdeh1 Aydın oğlundan 1864 (min səkkiz yüz altmış dörd) manat 32 (otuz iki) qəpik məbləğində bank faizinin tutulması hissəsində razılaşmır və hazırkı iddia üzrə həmin tələbin təmin edilməsinin qanuni əsasının olmadığı qənaətindədir. Belə ki, hazırkı tələb üzrə iddiaçılar cavabdehdən yalnız verdikləri pul məbləğini geri istəməkdə haqlıdırlar. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, kollegiya yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1888/2023 saylı 08 dekabr 2023- cü il tarixli qətnaməsi 1864 (min səkkiz yüz altmış dörd) manat 32 (otuz iki) qəpik bank faizinin Cavabdeh1 Aydın oğlundan tutulması hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi rədd edilməli, qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli qərarında göstərilmişdir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Beləliklə, sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır. Konstitusiyadan irəli gələn prinsiplər öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Belə ki, ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 385, 392, 393 və 402-ci maddələrinin rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh1 Aydın oğlunun nümayəndəsi vəkil Kаzımоv Əbülfəz Xəlil oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-1888/2023 saylı 08 dekabr 2023-cü il tarixli qətnaməsi 1864 (min səkkiz yüz altmış dörd) manat 32 (otuz iki) qəpik bank faizinin Cavabdeh1 Aydın oğlundan tutulması hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1272/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1272/2024
05.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver