Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1283/2025 11.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Novruzova Aytən Nazim qızından ibarət məhkəmə tərkibində, İddiaçılar İddiaçı1, İddiaçı2 Sərdər oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qərardadından cavabdeh (digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) Cavabdeh1 verdiyi şikayətə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 Sərdər oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 qarşı “maddi və mənəvi ziyan” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduqları mənəvi ziyana görə 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 26 (iyirmi altı) manat müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 Sərdər oğluna ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmiş, həmçinin apellyasiya şikayətinə müddətin bərpa edilməsi barədə vəsatət əlavə olunmuş, vəsatətdə əsas kimi qətnamənin onlara vaxtında verilməməsi göstərilmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qətnaməsindan apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 ərizəsi təmin edilməmişdir. Cavabdeh (digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) Cavabdeh1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qərardadının ləğv edilməsini, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qətnaməsindan verilmiş apellyasiya şikayətinin Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qərardadı ilə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qərardadından cavabdeh (digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) Cavabdeh1 şikayətinin təmin edilməməsi, şikayətin baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. 397.3-cü maddəsinə şikayət verən şəxs apellyasiya instansiyası məhkəməsində qərardad qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Şikayətdən imtina birinci instansiya məhkəməsinin qərardadının qüvvəyə minməsinə səbəb olur. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası gəlinəcək nəticənin aydın və anlaşılan olmasının təmin edilməsi üçün aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, cavabdehlər doğma qardaşlar olmaqla Kürdəmir rayonunun Ərşəli kəndində yaşayırlar. Hər üçü işə mahiyyəti üzrə baxılması zamanı məhkəmədə iştirak etmişdir. İşdə olan poçt xəbərnaməsindən görünür ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qətnaməsi Cavabdeh3 xx.xx.2025ci il tarixdə rəsmi olaraq təqdim olunmuşdur (xəbərnamə iş materiallarına əlavə olunmuşdur). Bundan əlavə, iş materiallarının 106-cı səhifəsində olan reyestrdən görünür ki, sözügedən qətnamə Cavabdeh1 göndərilmişdir. Belə olan halda digər iki nəfər cavabdehin almamsı inandırıcı deyil. Bundan başqa, iş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair qəbzdən də görünür ki, dövlət rüsumu xx.xx.2025-ci il tarixdə ödənilmişdir. Bundan başqa, şikayətdə qeyd olunur ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin X1 Filialının №327-109/3300-04-155 saylı, xx.xx.2025-ci il tarixli məktubundan göründüyü kimi xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək cavabdehlərin adına hər hansı bir məktub poçta daxil olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qətnaməsi tərəflərə 21 fevral 2025ci il tarixli məktubla göndərilmişdir. "xxxx" MMC-nin X1 Filialının №327-109/3300-04-155 saylı, xx.xx.2025-ci il tarixli məktubunda isə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək deyil, məhz xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində Kürdəmir Rayon Məhkəməsi tərəfindən cavabdehlərin adına məktub daxil olmadığı göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin: 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinin çatdırılmaması barədə cavabdehlərin irəli sürdüyü dəlillər əsassızdır. Bundan əlavə, buraxılmış müddətin üzrlü hesab edilməsi ilə bağlı heç bir sübut ərizədə göstərilməmiş və işə əlavə edilməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan mövqeyinə əsasən birinci instansiya məhkəməsinin Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qərardadı qanuni və əsaslıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh (digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) Cavabdeh1 tərəfindən verilmiş şikayət əsaslı hesab edilməyərək, təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əasasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh (digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi) Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-76/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul olunduğu andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1283/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1283/2025
11.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver