Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1286/2024 22.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, Mayılov Samir İlham oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənəvi ziyan məbləğinin ödənilməsi tələbinə dair mülki iş üzrə işin başqa məhkəməyə göndərilməsi məsələsinə Şirvan Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi ziyan məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə 999 manat miqdarında mənəvi təzminat məbləğinin və 30 manat dövlət rüsumunun tutularaq onun hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsilə təsadüfi paylama qaydasında Lənkəran Rayon Məhkəməsinin hakimi X3 icraatına verilmişdir. İddiaçı məhkəməyə X7a etiraz barədə ərizə göndərərək bildirmişdir ki, iş üzrə Cavabdeh Lənkəran Rayon Məhkəməsinin işçisi, X7un iş yoldaşıdır. Gələcəkdə qəbul ediləcək qətnamənin qanuniliyi şübhə altına alınacağından X7a etiraz edir. Ona görə də, həmin işin Lənkəran Rayon Məhkəməsinin icraatından alınaraq digər qonşu rayon məhkəmələrindən hər hansı birinə göndərilməsini xahiş etmişdir. X7 da məhkəmə hazırlıq iclasında özü-özünə etiraz edərək bildirmişdir ki, işə baxan hakim olaraq o özü və iş üzrə Cavabdeh xeyli müddətdir ki, eyni məhkəmədə fəaliyyət göstərirlər və mütəmadi ünsiyyətdə olurlar. Aralarında səmimi münasibətlər mövcuddur. Belə bir vəziyyətdə Cavabdeh qismində cəlb edildiyi işə onun sədrliyi ilə baxılması, qəbul ediləcək yekun məhkəmə qərarının məzmunundan asılı olmayaraq proses iştirakçılarının (xüsusən də iddiaçı tərəfin) ədalətli məhkəmə araşdırmasına olan inamını sarsıda bilər. İş üzrə çıxarılacaq yekun məhkəmə qərarının obyektivliyinə, bununla da bilavasitə hakimin müstəqil, qərəzsiz, obyektiv olmaqla əsaslı, qanunauyğun, hərtərəfli yekun akt qəbul edəcəyinə proses iştirakçıları tərəfindən yarana biləcək şübhələrin olmaması üçün hesab edir ki, hazırkı iddiaya onun sədrliyi ilə mahiyyəti üzrə baxılaraq qərar qəbul edilməsi, qəbul ediləcək yekun məhkəmə qərarının məzmunundan asılı olmayaraq, düzgün deyildir. Ona görə də, hazırki iş üzrə özü-özünə etiraz etmiş və mülki işin baxılması üçün başqa məhkəmənin hakiminə verilməsini xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(049)-1950/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı mənəvi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə İddiaçı Lənkəran Rayon Məhkəməsinin hakimlərinə etirazı və məhkəmənin hakimi X3 özüözünə etirazı təmin edilmiş, iş baxılması üçün başqa rayon məhkəməsinə verilməsindən ötrü Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası işin başqa rayon məhkəməsinə göndərilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi insanların pozulmuş hüquq və azadlıqlarının məhkəmə təminatını təsbit edir. “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə görə məhkəmələrin müstəqilliyi və qərəzsizliyi insanların ədalətli məhkəmə araşdırması hüququnda ehtiva olunan əsas elementlərdən biridir. Müstəqillik və qərəzsizlik hər bir hakimin milli qanuna əsaslanan haqqını və öhdəliyini, onun daxili ucalığını və bitərəfliyini, öz şəxsiyyətinə və tərəflərin qanun qarşısında bərabərlik hüququna hörmət hissini, təhdidlərə və fidyələrə qarşı dəyanətini ifadə edən anlayışlar olmaqla yanaşı hakimin zahiri müstəqilliyini və qərəzsizliyini əks etdirən mühüm dəyərlərdir. Müəyyən hallarda hakimin prosesin gedişindəki zahiri davranışı belə, məhkəmənin qərəzsizliyini şübhə altına alan hal kimi Avropa Məhkəməsinin araşdırma predmeti və istinad nöqtəsi olur. Hakimin bir tərəfin müraciətlərinə təbəssümlə yanaşması, digər tərəflə fərqli rəftar, bir tərəflə mülayim davranıb, digər tərəfə aqressivlik göstərməsi belə Avropa dəyərləri baxımından hakimin qərəzsizliyini şübhə altında qoyan ciddi faktlar sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2005-ci il tarixli 3 nömrəli “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Plenum qərarının 1-ci maddəsində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, mülki və cinayət məhkəmə icraatında hakimə (məhkəmə tərkibinə) əsaslı etiraz olunması və yaxud hakimin öz-özünə etiraz etməsi nəinki obyektiv, qərəzsiz məhkəmə aktlarının qəbul edilməsinə şərait yaradır, həmçinin proses iştirakçılarının və digər şəxslərin ədalət mühakiməsinə və məhkəmə aktlarına inamını artırır. Adıçəkilən qərarın 2.2-ci bəndində qeyd edilmişdir ki, hakimə (məhkəmə tərkibinə) edilən etirazlara baxıldıqda etirazın əsasları, habelə etiraz edən şəxsin marağı diqqətlə araşdırılmalı, qanuna uyğun olmayan etirazlar təmin edilməməlidir. Həmin qərarın 5.1-ci bəndində qeyd edilmişdir ki, hakimə (məhkəmə tərkibinə) etiraz etmə və yaxud hakimin öz-özünə etiraz etməsi əsaslandırılmalıdır. Bundan əlavə, həmin qərarın 5.5-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 19.1.7-ci maddəsinə əsasən etiraz verildikdə və ya özü-özünə etiraz edildikdə hakimin, məhkəmə tərkibinə daxil olan bir və ya bir neçə hakimin, habelə məhkəmə tərkibinin işin nəticəsində maraqlı olmasının, onun obyektivliyinə və qərəzsizliyinə dair şübhələrin konkret nədə ifadə olunması göstərilməli, MPM-in 21.2-ci və 21.3-cü maddələrinə uyğun olaraq əsaslandırılmalı və buna dair sübutlar təqdim olunmalıdır. MPM-in 19.1.7-ci maddəsinə əsasən şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran kifayət qədər əsas varsa, hakimin işə baxmasına yol verilmir. MPM-in 21.1-ci maddəsinə görə bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar olduqda hakim, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi özüözünə etiraz etməyə borcludur. İşdə iştirak edən şəxslər də həmin əsaslar üzrə etiraz edə bilərlər. MPM-in 23.2-ci maddəsinin tələbinə əsasən birinci instansiya məhkəməsinin bütün hakimlərinə ayrı-ayrılıqda və ya təktərkibli məhkəmənin hakiminə edilmiş etiraz və ya özü-özünə etiraz təmin edilmişsə, bu halda iş apellyasiya instansiyası məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. Həmin qanunun 18-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsinin məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan, bütün prosessual tələblərin yerinə yetirilməsinə imkan verən, hakimlərin öz iradəsini ifadə etmək azadlığına təsiri istisna edən şəraitdə həyata keçirirlər. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə kollegiyası mülki işin tam, hərtərəfli araşdırılması, tərəflərin mülki iş üzrə ədalətli məhkəmə araşdırmasının təmin edilməsi və iş üzrə obyektiv nəticəyə gəlinməsi üçün hesab edir ki, tərəflərin gələcəkdə qəbul olunacaq qətnamənin qanuniliyi və əsaslılığına şübhə yaranmaması üçün İddiaçı Cavabdeh qarşı mənəvi ziyan məbləğinin ödənilməsi tələbinə dair mülki iş baxılması üçün başqa birinci instansiya məhkəməsinə - Masallı Rayon Məhkəməsinə göndərilməlidir. Kollegiya diqqətə çatdırır ki, məhkəmənin müstəqilliyi və qərəzsizliyi çox həssas məsələdir və hətta hakimin gündəlik iş şəraitinin necə təşkil və təmin olunmasından da asılı ola bilər. Bəzən sadəcə zahiri əlamətlərə görə bu dəyərlər şübhə altına alına bilər. Avropa Məhkəməsinin “müstəqil və qərəzsiz məhkəmə” anlayışının həmin aspektləri haqqında təsəvvürləri “Lanqborqer İsveçə qarşı” işdə (22 iyun 1989-cu il) öz ifadəsini tapmışdır. Həmin işdə məhkəmə qeyd etmişdir ki, “hətta konkret şəxslərin müvafiq işə baxmaq üçün kifayət qədər ixtisası olduqda və onların düzgünlüyünə şübhə etmək üçün heç bir subyektiv əsas olmadıqda belə, vacibdir ki, obyektivlik, qərəzsizlik və müstəqillik zahiri cəhətdən də qorunub saxlanılsın”. “Kraska İsveçrəyə qarşı” işdə (19 aprel 1993-cü il) Avropa Məhkəməsi 6-cı maddənin 1-ci bəndinin pozulması barədə nəticəyə gəlməyə çox yaxın idi. Həmin işdə hakimlərdən biri prosesin gedişində öz davranışı ilə tərəflərdən birinə əks mövqedə dayandığını açqaydın büruzə verirdi. Yalnız işə 5 nəfər hakimdən ibarət tərkibdə baxılması və bu zaman digər 4 hakimin tərəfsizliyi bu işdə İsveçrə məhkəməsini qərəzli hesab edilməkdən qurtardı. Şərh olunanlara əsasən və MPM-in 19-23-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: İddiaçı Cavabdeh qarşı mənəvi ziyan məbləğinin ödənilməsi tələbinə dair mülki iş materialları baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1286/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1286/2024
22.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver