Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1288/2024 15.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil3, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sabirabad Rayon Məhkəməsinin 2(056)-708/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin digər nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqla verilmiş apellyasiya şikayətləri üzrə işə 15 iyul 2024-cü il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 70.000 (yetmiş min) manat pulun və dövlət rüsumu kimi ödədiyi 300 (üç yüz) manatın, cəmi 70.300 (yetmiş min üç yüz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh təxminən 15- 20 ildir ki, tanıyır, əvvələr münasibətləri həmişə yaxşı olmuşdur. Sübhan mebel satışı ilə məşğul olur. Sübhan dəfələrlə ondan borca pul alıb qaytarmışdır. 2021-ci ilin may ayında idarə etdiyi oğlu Davud Orucovun adına olan “Mersedes” markalı yük avtomobilini yeni yük avtomobili almaqdan ötrü 60.000 manata satmış, Almaniya Respublikasından 3 ay sonra gələcək “Mersedes” markalı təzə model yük avtomobilini almağı planlaşdırmışdır. Bu barədə məlumatı olan Sübhan ondan xahiş etmişdir ki, həmin pulu üç ay müddətinə, yəni yeni avtomobil gələnə kimi ona versin. O, həmin 60.000 manatı öz ticarət dövriyyəsinə əlavə edib 3 ay ərzində xeyli miqdarda gəlir əldə edəcəyini, bunun müqabilində ona hər ay 3.000 manat verəcəyini bildirmişdir. O da Sübhanın bu xahişi yerinə yetirib, 60.000 manat pulu 2 dəfəyə olmaqla ona nağd qaydada vermişdir. Sübhan pulu alandan sonra ilk üç ay ərzində qazancdan hər ay ona 3.000 manat pul vermişdir. 2021-ci ilin sentyabr ayında şifahi razılaşdıqları kimi o, Cavabdeh ona verdiyi 60.000 manatı tələb etmişdir. Sübhan ona sentyabr ayının sonunda pulu verəcəyini bildirsə də, müxtəlif bəhanələrlə oktyabr ayının sonunadək pulunu ona verməmişdir. 2021-ci il oktyabr ayının sonunda Sübhan ona bildirmişdir ki, bankdan kredit götürmüşdür, ödəməkdə gecikməsi olduğu üçün ona yeni kredit verilməyəcəkdir. Ona görə də ona bildirmişdir ki, ona 10.000 manat pul tapıb versə o, həmin pulu banka ödəyəcək və adına olan kreditdə problem yaranmayacağı üçün ona ayrılmış kredit xətti üzrə bankdan əlavə 150.000 (yüz əlli min) manat da kredit götürə biləcək və götürəcəyi həmin kreditdən ona olan 60.000 manat əvvəlki borcu və verəcəyi əlavə 10.000 manat da olmaqla cəmi 70.000 manat pulu 2021-ci il dekabr ayının sonunda verəcəkdir. O, əlacsız qalıb bu təkliflə razılaşmış, 2021-ci ilin noyabr ayında 10.000 manat pulu tanışı X3 yanında Cavabdeh vermişdir ki, aparıb bankdakı məsələsini həll etsin və dekabr ayında götürəcəyi 150.000 manat kredit pulundan ona olan 70.000 manat borcu ödəsin. Sübhan 10.000 manat pulu ondan alandan sonra mağazadakı dəftərdə öz xətti ilə qeyd etmişdir ki, ona 70.000 manat borcu vardır. Dekabr ayının sonunda o, Cavabdehlə əlaqə saxlayıb borcunu qaytarmasını tələb etmiş, Sübhan isə ona bildirmişdir ki, bankdan götürdüyü əvvəlki kreditə görə gecikmə olduğu üçün ona yeni kredit verməkdən imtina etmişlər. O, o zaman Sübhandan tələb etmişdir ki, sonuncu dəfə verdiyi 10.000 manatı və əvvəlki verdiyi 60.000 manatın heç olmasa yarısını ona qaytarsın. Sübhan isə ona cəmi 1.000 (bir min) manat pul verib dedi ki, bu ay onun qazancından ona düşən hissədir. Sübhan 70.000 manat borcu imkan daxilində qısa müddət ərzində qaytarmağa söz vermişdir. Amma hər dəfə müxtəlif bəhanələr gətirməklə onu aldadıb bu günə kimi pulunu qaytarmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, o, Sübhandan ona olan borcunu tələb etdiyi zamanlarda Sübhan ona “İrşad Electronic”-in ona vermiş olduğu icra haqqının köçürülməsi ilə bağlı kartı verib bildirmişdir ki, bu karta hər ay 5500 manat pul köçürülür, hər ay həmin vəsaiti oradan çıxaracaqsan, mən də əlavə hər ay 10000 manat sənə verəcəm, bu yolla borcu bağlayaq. O, Sübhanla bu barədə razılaşdıqdan sonra növbəti ay kartdan pulu çəkmək istədikdə kartda pul olmadığını görüb Sübhana müraciət etmiş, Sübhan ona pulun yəqin vergi tərəfindən tutulmasını, gələn ay çıxara biləcəyini bildirmişdir. Növbəti ay yenə pul çıxara bilməmiş, Sübhanın geci çıxarmasını, pulu bankın çəkməsini bildirmişdir. Sonradan maraqlanmış, məlum olmuşdur ki, Sübhan kartı bloklayıb. O, kartdan ilk əvvəllərdə bir dəfə Sübhanın oğlu vasitəsi ilə 3500 manat pul çıxarılmış, Sübhan həmin puldan ona 1000 manat vermiş, qalan 2500 manat pulu isə banka olan borcu ilə əlaqələndirib özü götürmüşdür. Hazırda həmin kartı məhkəməyə təqdim edir. Dəfələrlə pulunu Sübhandan istədikdə Sübhan hələ gözləməsini, pulu olan kimi borcunu verəcəyini bildirmişdir. Hətta bu barədə səs yazıları da vardır. Həmin yazıları CD diskə köçürüb məhkəməyə təqdim etmişdir. Səs yazıları bu ilin yanvar ayına aiddir. Səs yazıları yazılanda Sübhana ondan şikayət etmək istəmədiyini bildirmiş, pulunu qaytarmasını tələb etmişdir. Sübhan isə ilk vaxtlarda gözləməsini, daha sonra isə hara istəyirsə müraciət edə biləcəyini bildirmişdir. Səs yazısında həmçinin o, Sübhana 2023-cü ilin yanvar ayına kimi ona 21000 manat pul ödədiyini bildirmişdir. Həmin pul da Sübhanın borc alarkən ona qazancından verəcəyi ilə bağlı verdiyi vədlə əlaqədar qazancdan etdiyi ödənişlər olmuş, borca heç bir aidiyyəti olmamışdır. Sübhan borcu ödəməkdən imtina etdikdən sonra o, ortaq tanışları olan Sabirabad RPŞ-də rəis müavini işləyən Aqşinə müraciət etmiş, Aqşin Sübhanla bu barədə söhbət etmiş, Sübhan mart ayına kimi borcunu bağlayacağını bildirmişdir. Bundan sonra o, Mart ayına kimi gözləmiş, Sübhan vədinə əməl etmədiyi, onu yenə də aldatdığı üçün məhkəməyə müraciət etmişdir. Sübhan Aqşinə də ona 70000 manat borcu olmasını etiraf etmişdir. Hətta o, fevral ayında polis şöbəsinə ərizə ilə müraciət etdiyi zaman izahatı alınarkən də ondan borc almasını etiraf etmiş, guya ona 68000 manat qaytarmasını bildirmişdir. Lakin o, bu barədə hər hansı sübuta istinad edə bilməmişdir. Tələb etdiyi 70000 manatdan əlavə o, cavabdehə onunla şərik işləyən Seyiddürrə adlı xanımın xahişi əsasında 8000 manat pulu digər bir şəxsdən alıb cavabdehə borca vermiş, cavabdeh həmin vəsaitin digər şəxsdən götürüldüyünü bildiyi üçün həmin borcu ödəmişdir. Cavabdehin istinad etdiyi ödənişlər də həmin borcla bağlı olmuşdur. Hazırda o, məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil3 iddiaçının izahatının məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, Sakiti uzun illərdir ki, tanıyır. Münasibətləri yaxşı olmuşdur. O, əvvəllər də iddiaçıdan borc pul almış və qaytarmışdır. xx.xx.2016-cı ildə o, iddiaçıdan 1000 manat pulu faizlə almış, pulu verərkən iddiaçı 600 manatı faizə çıxıb ona 9400 manat pul vermişdir. Bundan sonra 2020-ci ildə o, iki dəfə olmaqla yenə iddiaçıdan 10000 manat faizlə pul götürmüş, hər həfəsində iddiaçı puldan 600 manat faiz pulu olaraq götürüb ona 9400 manat pul vermişdir. Pul götürdükdən sonra o, cavabdehə 4 dəfə hər ay 3500 manatdan olmaqla faiz qismində pul ödəyib. Sonradan iddiaçı ondan onu işinə şərik qoşmasını tələb etmiş, o, razılaşmamış, bundan sonra iddiaçı faizi qaldırmışdır. O, 30000 manat pulu tam qaytara bilmədiyi üçün hər ay 3500 manat ödəyib. Sonradan imkanı olmadığı üçün hər ay 3000 manatdan ödəniş etmiş, 10 dəfəyə iddiaçıya 30000 manat pul vermişdir. Bundan əlavə isə, iddiaçıya 1 dəfə 2000 manat, 1 dəfə isə 1500 manat ödəniş etmişdir. O. bu barədə dəftərində də qeydiyyat aparmışdır. Həmin dəftəri tədqiq edilməsi üçün məhkəməyə təqdim edir. Pandemiya zamanı ödəniş edə bilmədiyi üçün iddiaçı ondan “İrşad”-a məxsus icarə haqqı kartını istəmiş, o, kartını iddiaçıya vermişdir. Kartı verməmişdən əvvəl o, iddiaçıya vergi və bank borcu olması ilə əlaqədar pulun kartdan silinməsini bildirmişdir. Karta bir dəfə 5500 manat pul köçmüş, iddiaçı onun oğlu Röyalla gedib həmin vəsaiti çıxarmış, 2000 manatını iddiaçıya vermiş, 3500 manatı isə özü götürmüşdür. Onun tələb edilən məbləğdə iddiaçıya borcu yoxdur. Bu günə kimi o, təxminən iddiaçıya 50000 manat pul ödəmişdir. Onun olsa-olsa iddiaçıya 18000-20000 manat borcu qala bilər. İddiaçı ilə aralarında olan borcla bağlı onda da səs yazıları vardır. Orada da iddiaçı ondan 21000 manat almasını etiraf etmişdir. Təklifi odur ki, iddiaçı ona edilmiş ödənişləri hesablasın, hesabladığı məbləği verdiyi borcdan çıxsın və yerdə qalan məbləği o, ödəsin. Ona görə də o, iddianın qismən, yəni 18000-20000 manat civarında təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil1 Cavabdeh ilə eyni məzmunlu izahat verərək, cavabdehin əslində iddiaçıya heç bir məbləğdə borcu qalmadığını, faizlə verilmiş pulun artıqlaması ilə iddiaçıya qaytarıldığını bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, o, Sakitlə həmkəndlidir. Sakit Sübhana borca pul verəndə o da orada olmuşdur. Sakit Sübhana ümumilikdə 70000 manat borca pul vermişdir. Dəfələrlə Sakit onunla Sübhanın yanına gedib və ya onun yanında zəng edib borcunu tələb etmiş, Sübha hər dəfə tələsməməsini, işlərini qaydasına salıb pulu olan kimi ona olan borcunu ödəyəcəyini bildirmişdir. Bildiyi qədəri ilə Sübhan Sakitə 70000 borcunu bu günə kimi qaytarmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Sabirabad Rayon Polis Şöbəsində rəis müavini vəzifəsində işləyir. 2022-ci ilin payız ayında Sakit ona yaxınlaşmışdır ki, Sübhanın ona 70.000 manat borcu var və onu qaytarmır. O, da cavab olaraq demişdir ki, ərizə ilə müraciət etsin. O, da demişdir ki, hələ müraciət etmək istəmir, çünki uzun illərə dayanan münasibətləri var. Ondan xahiş edir ki, Sübhanı o da tanıdığı və münasibəti olduğu üçün ona Sübhandan pulun alınmasında köməklik etsin. Bundan sonra o, Sübhanla bu barədə söhbət etmiş, ayıb olmasını, Sakitə olan borcunu qaytarmasını demişdir. Sübhan isə heç kimə borcu olmadığını bildirmişdir. O, bu barədə Sakitə bildirdikdə, Sakit Sübhanın yalan danışdığını, borcu yoxdursa əgər niyə ona “İrşad”ın icra haqqı kartını verdiyini bildirmişdir. Bundan bir müddət sonra, təxminən bu ilin yanvar ayında bazar tərəfdə o, Sübhanı görmüş, yenə Sübhana Sakitə olan borcunu ödəməsini təklif etmiş, Sübhan yenə də Sakitə borcunun olmadığını bildirdikdə, o, cavab olaraq Sakitdən borcu yoxdursa, nəyə görə kartının Sakitdə olduğunu soruşmuş, bu sualı verdikdən sonra, Sübhan bir qədər duruxmuş və bundan sonra borcunu etiraf etmiş, imkanı olmadığından bu günə kimi borcunu ödəyə bilmədiyi, lakin marta qədər tam ödəyəcəyini ona bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Cavabdeh 15 ildir ki, tanıyır. O, Sübhanın mebel mağazasının işlək vəziyyətə gətirilməsi üçün o zamanlar sərmayə qoymuş, buna görə də hər ay Sübhan ona qazancından müəyyən faizlər ödəyir. Özü xəstə və yaşlı olduğu üçün mağazaya arabir gedib gəlir. Aylıq dərmanları 580 manat edir. Həmin vəsaitin 350 manatını özü təqaüdü ilə ödəyir, qalanını isə Sübhan ödəyir. Sakiti isə tanımır. O, Sakitdən Sübhana borc verməsi barədə hər hansı xahiş etməmişdir. O, Sakiti bir neçə dəfə Sübhandan pul götürməyə gedəndə Sübhanın mağazasında görmüş, 1 dəfə Sübhandan həmin şəxsin kimliyini soruşmuş, Sübhan ondan faizlə pul aldığını, ona faiz verdiyini bildirmişdir. O, Sübhandan Sakitdən nə qədər pul alması barədə maraqlanmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, Cavabdeh 15-20 ildir ki, tanıyır. Belə ki, o, Sübhanın işlətdiyi mağazada fəhlə işləyir. Sakiti Sübhana görə tanımışdır. Sübhanın bildirməsinə görə o, Sakitdən 30000 manat faizlə borca pul almışdır və ayda 2500-3000 manat ödəniş edir. Sakitin Sübhana 30000 manat borc pul verməsini o, görməmişdir, Sübhandan eşitmişdir. O, Sübhanın Sakitə hər ay 2500-3000 manat pul verməsini görmüşdür. Sübhan Sakitə hər ay pul ödəyirdi və o, 5-6 dəfə pul veriləndə görmüşdür. Sonuncu dəfə 7-8 ay bundan əvvəl ödəniş olanda görüb. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o, Cavabdeh oğludur. 2020-ci ildə məktəbdə oxuyanda hazırlığa və atasının yanına gedib-gəlirdi. Sakiti orda görmüşdür. O vaxtı onun kim olduğunu bilmirdi. Sonradan bilmişdir ki, atası həmin şəxsdən borca pul alıb. 1 dəfə atası Sübhan ona “İrşad”ın kartını verdi, dedi ki, 5500 manat kartda pul var, get Sakitlə çıxart gəl, o da sakitlə gedib pulu çıxarıb mağazaya qayıtmış, pulu və kartı atasına vermiş, atası həmin puldan 2000 manatını Sakitə vermişdir. O, atasının sakitdən nə qədər borc almasını, həmin şəxsə pul qaytarıb-qaytarmadığını bilməmiş, nə də atası kartını Sakitə verəndə görməmişdir. Şahid ifadələrindən sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil3 bildirdi ki, şahid qismində dindirilmiş şəxslərin ifadələrinin mötəbərliyi sual doğurmaqdadır. Belə ki, şahidlərdən biri cavabdehin oğlu, biri uzun müddət mağazasında işləyən fəhlə, digəri isə hər ay xeyrinə ödənişlər etdiyi şəxsdir. Belə olan halda həmin şəxslərin obyektiv ifadə verməsi qeyrimümkündür. Bundan əlavə, cavabdehin məhkəməyə sübut kimi təqdim etdiyi ödənişlərlə bağlı dəftərin tədqiqi zamanı məlum olmuşdur ki, dəftərdə ilk vərəqdə qeydlər 2010-cu illə bağlı olsa da, dəftərin arxa üz hissəsindən görünür ki, dəftər 2017-ci ildə istehsal olunmuşdur. Həmin dəftərdə olan qeydlər də bu xüsusla mötəbər sübut kimi nəzərə alına və qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən həyata keçirilmiş 2000 manatlıq ödənişə gəldikdə isə o, 2022-ci ilə aid olmuşdur. Həmin məbləği iddiaçı 1000 manat, cavabdeh 2000 manat qeyd etsə də, önəmli olan odur ki, həmin kartdan çıxarılaraq həyata keçirilmiş ödəniş səs yazılarının qeydə alındığı bu ilin yanvar ayından əvvələ aiddir. Bu ilin yanvar ayına aid səs yazısında isə iddiaçı cavabdehdən 70000 manatını qaytarmasını tələb etmiş, cavabdeh isə gözləməsini bildirmişdir. Ona görə də həmin ödəniş hazırki halda nəzərə alına bilməz. Həmin ödəniş iddiaçının bildirdiyi kimi Seyiddurrə adlı xanımın xahişi ilə cavabdehə verilmiş 8000 manatla bağlı olmuş, ona görə də səs yazısı qeydə alınarkən həmin məbləğ nəzərə alınmamış, cavabdeh də 70000 manat borc tələb ediləndə həmin məbləğlə bağlı iddiaçıya hər hansı etirazını bildirməmişdir. Son olaraq cavabdeh hazırda iddiaçıya 50000 manat ödədiyini bildirsə də, fevral ayında qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda iddiaçıya 68500 manat ödəməsini göstərmişdir. Bu fakt da cavabdehin düzgün ifadə vermədiyinin göstəricisi kimi qiymətləndirilməli və nəzərə alınmalıdır. Səs yazısında iddiaçının cavabdehə “bu günə kimi 21000 manat pul vermisən” ifadəsi isə qiymətləndirilərkən, cavabdehin özünün də etiraf etdiyi kimi cavabdehin qazancından iddiaçıya pul verəcəyi ilə bağlı vədi ilə əlaqədar olmuşdur. Həmin pul borc verilmiş 70000 manat pulla əlaqədar olmamışdır ki, iddiaçı səs yazısında dəfələrlə cavabdehdə 70000 manat borcu olmasını xatırlatmaqla niyə verməməsini soruşmuş, əgər 21000 manat həmin borcla bağlı olmuş olsa idi, cavabdeh ayın 03-də 70000 manat borca etirazını bildirmiş olardı. Son olaraq ona da qiymət verilməlidir ki, cavabdeh izahatında iddiaçının ona faizlə pul verməsini bildirir. Ona iddiaçının ona neçə faizlə pul verməsi sual verilərkən, cavabdeh 10%lə verildiyini bildirmişdir. Əgər cavabdehin dediyi həqiqəti əks etdirmiş olsa idi, o, əgər iddiaçıdan 30000 manat almış olsa idi, həmin məbləğin də 10%-i 3000 manat edərdi. Cavabdeh isə faiz olaraq iddiaçıya hər ay 3500 manatdan ödəniş etdiyini bildirməkdədir. Bu hal da cavabdehin düzgün ifadə verməməsinin göstəricisi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəməyə təqdim etmiş olduqları sübutlar və səs yazısı nəzərə alınmaqla o, məhkəmədən iddianın tam təmin edilməsini xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Sabirabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(056)-708/2023 nömrəli qətnaməsi ilə (hakim S.M.Allahverdiyev) iddia təmin edilmiş, Cavabdeh 70000 manat borcun və dövlət rüsumu kimi ödədiyi 300 manatın, cəmi 70300 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin digər nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(106)-129/2024 nömrəli qətnaməsi ilə (hakim C.F.İmanovun sədrliyi və məruzəsi ilə, hakimlər P.T.Əhmədovdan və T.S.Kərimovdan ibarət tərkibdə) apellyasiya şikayətləri qismən təmin edilərək, Sabirabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(056)- 708/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilməklə, Cavabdeh 29000 manat pulun, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 186,42 manat pul vəsaitinin, cəmi 29186,42 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(106)- 129/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianı tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2024-cü il tarixli 2(102)-1743/2024 saylı qərarı (hakimlər X13 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə) ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(106)- 129/2024 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, 3 dəfə olmaqla 10.000 manat almışdır və hər dəfə aldığı zaman 600 manat faiz götürərək cəmi 9.400 manat pul vermişdir. Bundan əlavə 2.000 min manat pulu övladı Röyal öz kart hesabından çıxardaraq iddiaçıya ödəmişdir. İddiaçı guya ki, Dürrə adlı bir xanımın xahişi ilə ona verdiyini bildirmişdir. Lakin Dürrə xanım məhkəmə zalında dindirilmiş və belə bir şey olmadığını və Sübhanı tanımadığını söyləmişdir. Sabirabad Rayon Polis Şöbəsinin 05.02.23-cü il tarixli qərarından da görünür ki, Cavabdeh iddiaçıdan 28.200 manat pul almışdır. Bu borcun əvəzi və faizi olaraq iddiaçıya 68.500 pul qaytarmışdır. Bundan başqa məhkəmədə iddiaçının verdiyi sübut kimi iş materiallarına əlavə olunan diskə qulaq asdıqda məhkəmədə uca səslə eşidilir ki, iddiaçı bu borcdan 21.000 qaytarıldığını etiraf edir. Məhkəmədə cavabdehin nümayəndəsi kimi o, çıxış edərək iddiaçıya bu sualı yönləndirmiş və dəfələrlə 21.000 manatı iddiaçı Sübhandan aldığını qeyd etmişdir. Bundan başqa cavabdehin oğlu Röyal məhkəmə zalında şahid kimi dinlənilmiş və bildirmişdir ki, kartdan 2000 manat pulu çıxardıb iddiaçıya verib iddiaçıda bu pulu aldığını qeyd etmişdir. Bildirmək istəyir ki, Sabirabad Rayon Məhkəməsinin çıxardığı qətnamə əsassızdır, belə ki, iddiaçı məhkəməyə təqdim etdiyi sübutda 21.000 manatı iddiaçıya geri qaytardığını etiraf etmişdir. Qətnamədən eyni zamanda cavabdehin digər nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti vermiş, şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, birincisi ona görə ki, Sabirabad rayon Polis şöbəsinin 05 fevral 2023-cü il tarixli, HK1/261 nömrəli toplanmış material üzrə qərardan görünür ki, İddiaçı müraciəti əsasında araşdırma aparılmışdır. Həmin vaxt İddiaçı izahatında göstərmişdir ki, Sabirbad rayon sakini Cavabdeh uzun illərdir tanıyır. Sübhanla əvvəllər münasibətləri yaxşı olmuş, əvvəlki illərdə Sübhanın mebel dükanına şəxsi yük avtomobili ilə Bakı şəhərindən mebel gətirmişdir. Onun Mercedes markalı avtomobili olmuş, 2021-ci ilin may iyun ayında avtomobili satıb, Almaniya Respublikasından əlavə yük avtomobili almaq istəmişdir. Həmin vaxt onun 60.000 manat pulu olmuş və avtomobili almağa sifariş vermişdir. Həmin ərəfədə Sübhan onu çağırtdırmış, mebel dükanının binasını böyütmək üçün puldan ehtiyacı olduğunu demişdir. O, da Sübhana avtomobil sifariş verdiyini 3 ay ərzində ona yük avtomobili gələcəyini bildirmiş, lakin Sübhan avtomobilin pulunu istəmiş və qazancından hər ay 3000 manat pul verəcəyini dediyinə görə Sübhana inanmışdır. İlk dəfə 10.000, sonra 30.000, 20.000 manat Sübhana pul vermişdir. Həmin ildə Sübhan ona qazanc kimi 1000, 2000, 3000 və sair manat pul verməklə, təxminən 15.000 manat pul vermişdir. 2021-ci ilin oktyabr ayında Sübhandan pulu geri istəmiş, lakin Sübhan dekabr ayında bankdan 150.000 manat kredit götürüb qaytaracağını söz vermiş və əlavə 10.000 manat pul alaraq köhnə krediti bağlatdırmaq fikirində olmuşdur. Lakin, Sübhan bankdan kredit götürə bilməmiş, 70.000 manatı qaytarmaqla əlaqədar ona İrşadkoma məxsus kart vermiş, kartdan hər ay 5500 manat pul çıxaracağını, hər dəfəkartı bankomata salaraq pulu çıxarmaq istəsə də, kartda pul olmamışdır. Sübhan ona vergi, yaxud da kreditə çıxıldığını demişdir. Buna baxmayaraq o, Sübhana verdiyi əvvəlki 70.000 manatı, sonrakı 10.000 manatı geri ala bilmədiyinə görə məcbur olub polis şöbəsinə müraciət etmişdir. O, Sübhana faizlə pul verməmiş, sadəcə olaraq Sübhan ona müraciət etmişdir. O, Sübhana faizlə pul verməmiş, sadəcə olaraq Sübhan ona qazancından əldə etdiyi pulları vermişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh tərəfindən iddiaçının apellyasiya şikayətinə etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya icraatı zamanı verdikləri izahatlarında apellyasiya şikayətinin dəlillərini müdafiə etdiklərini, Sabirabad Rayon Məhkəməsinin 2(056)-708/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya icraatı zamanı verdiyi izahatında cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Sabirabad Rayon Məhkəməsinin 2(056)-708/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı iştirak etməməsinin səbəbləri barədə qabaqcadan məlumat verməmişdir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçının iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, Məhkəmə kollegiyası cavabdehin nümayəndələri tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri həddində, Sabirabad Rayon Məhkəməsinin 2(056)- 708/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsinin qanuniliyinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 23 may 2024-cü il tarixli 2(102)-1743/2024 saylı qərarı (hakimlər X13 (sədrlik edən və məruzəçi), X7 və X4 ibarət tərkibdə) ilə, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 11 yanvar 2024-cü il tarixli, 2(106)-129/2024 nömrəli qətnaməsi iddianın təmin olunmayan hissəsində ləğv edilərək işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi yeni məhkəmə baxışına qaytararkən aşağıdakıları əsas göstərmişdir: Apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi tərəflər arasında 08 yanvar 2023-cü il tarixdə baş vermiş danışığın səs yazısında əks olunan məlumatları tam təhlil etməmiş, nəticə olaraq sübutetmə yükünü düzgün bölüşdürməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. İ Belə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, 08 yanvar 2023-cü il tarixinə aid səs yazısında iddiaçı cavabdehə 70000 manat verdiyini, cavabdeh isə 50000 borcu olduğunu bildirmişlər. Həmçinin söhbət zamanı iddiaçı cavabdehin ona 21000 manat pul qaytardığını da qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında pulun alıb-verilməsi ilə bağlı başqa mötəbər sübutlar mövcud olmadığı üçün, apellyasiya məhkəməsi əsaslı olaraq borcun məbləğini məhz təqdim olunan həmin sübuta əsasən müəyyən edilməli olması qənaətinə gəlmişdir. İİ Lakin, bu zaman apellyasiya məhkəməsi cavabdehin borcu kimi etiraf etdiyi 50000 manat məbləğin iddiaçıdan ümumi alınmış borc olması, ya da ki, söhbət olunan tarixə borcun qalıq hissəsini təşkil etməsi məsələsini araşdırmamış və buna hüquqi qiymət verməmişdir. İİİ Belə ki, iddiaçı cavabdehdən 70000 manat pul tələb etsə də, faktiki olaraq özünün sübut qismində təqdim etdiyi səs yazısında 21000 manatıq qaytarıldığını göstərmişdir. İV Cavabdeh isə aldığını pulun məbləğini bilavasitə ifadə etməsə də, borcunun “30000- 40000 manat”, “hörmət edib borcunun 50000 manat” olduğunu göstərmişdir. Kassasiya kollegiyasının qənaətinə görə işin ədalətli həlli üçün məhkəmənin araşdırmalı olduğu mühüm hal: V cavabdehin etiraf etdiyi borc məbləğinin – ilkin olaraq aldığı ümumi vəsaitin, yoxsa etdiyi ödənişlərdən sonra, danışıq tarixinə qalan məbləğin təşkil etməsi olduğundan, apellyasiya məhkəməsi tərəfindən isə bununla bağlı qiymətləndirmə aparılmadığından, Mülki Prosessual Məcəllənin 77.1, 88 və 217.3-cü maddələri pozulmuşdur. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, işin faktiki hallarını tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamış, tətbiq etdiyi maddi hüquq normlarını düzgün təfsir etməmiş, prosessual hüquq normaların pozulması ilə müşaiət olunan qətnamə qəbul etməklə həmin qətnamənin apellyasiya qaydasında ləğvi üçün əsaslar yaratmışdır. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-708/2023 saylı, 14 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilərək, yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. İşdə olan Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X8 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh 70000 manat borc verməsi ilə bağlı şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, İddiaçı mülki qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. - Həmin qərarda olan İddiaçı izahatında göstərmişdir ki, Sabirabad rayon sakini Cavabdeh uzun müddətdir tanıyır. 2021-ci ilin may ayında Almaniyadan təzə Mercedes markalı yük maşını sifariş verdiyini, 3 ay müddətinə maşının gətiriləcəyini, ona görə də öz istifadəsində olan Mercedes markalı yük maşını 60000 manata satmışdır. Həmin vaxt Sübhan ona yaxınlaşaraq biznesini böyütməq məqsədi ilə pul lazım olduğunu bildirmiş, o isə maşınını 60000 manata satdığını və həmin pulu 3 ay müddətində qaytarmağın vacib olduğunu demiş və onlar razılaşaraq 60000 manat pulu Sübhana vermişdir. Vədləşdirilmiş 3 ay bitdikdən sonra pulu Sübhandan istədikdə Sübhan bildirmişdir ki, hal-hazırda pulunun olmadığını, lakin banka müraciət edərək bankdan 150000 manat kredit götürəcəyini bildirərək əlavə 10000 manat pul lazım olduğunu, krediti götürdükdən sonra ümumilikdə 70000 pul qaytaracağını bildirmişdir. O da həmin vaxt Sübhana 10000 manat əlavə olaraq vermiş, nəticədə Sübhanın ona 70000 manat borcu olmuşdur. Sonradan isə o Sübhandan 70000 manat borcunu tələb etsə də, o borcunu ödəməmişdir. Daha sonra isə Sübhanla onun arasında olan səs yazısında Sübhan tərəfindən ona verdiyi puldan 21000 manat qaytarıldığını, yerdə qalan 49000 manatı isə qaytarmadığını, hazırda isə həmin pulun cavabdehdən alınıb verilməsini tələb etmişdir. - Həmin qərarda olan Cavabdeh izahatının məzmunundan görünür ki, o, İddiaçı 20 ildir tanıyır. O, Sakitdən 2020-ci ilin yanvar ayında Sakit ona faizə 10000 manat pul vermiş, 9400 manat qeyd etmiş, 600 manat faizini qabaqcadan götürmüşdür. Sakitə hissə-hissə 4 ay 3500, 10 ay 3000, 1 ay 2000,1500 manat pullar vermişdir. Ümumilikdə Sakitə 68500 manat pul qaytarmışdır. Sakit ona inanmadığı üçün “İrşad”ın kartını Sakitə vermişdir. Həmçinin həmin qərarın əsaslandırıcı hissəsindən müəyyən edilir ki, İddiaçı Cavabdeh 70000 manat borc verdiyini iddia etsə də, təhqiqat zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2020-ci ilin yanvar ayında İddiaçı 50000 manat faizə pul götürmüş, həmin ayda və sonrakı aylarda eyni zamanda 2021-2022-ci ildə Cavabdeh İddiaçı hər ay 3000 manat pul qaytarmışdır. Belə ki, Cavabdeh əməlində dələduzluq cinayətinin əlamətlərini təsdiq etmək mümkün olmamışdır. Daha sonra iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixinə aid səs yazısından müəyyən edilir ki, verilən borcdan Sübhan 21000 manatı Sakitə qaytarmışdır. - Məhkəməyə iddiaçı tərəfindən tərəflər arasında danışığı əks etdirən CD-disk təqdim edilmiş, həmin disk tərəflərin, nümayəndə və vəkillərinin iştirakı ilə tədqiq edilmiş, tədqiq edilərkən xx.xx.2023-cü il tarixinə aid səs yazısında iddiaçı cavabdehdən ona pul veribverməyəcəyini soruşmuş, cavabdeh ayın 8-i gəlməsini bildirmiş, iddiaçı ayın 8-i nə dəyişəcəyini soruşmuş, cavabdeh olacağını bildirmiş, iddiaçı ona “krupnı” pul verdiyini, keçən ay 20000 verəcəyini dediyini, vermədiyini, xəstəsi olduğunu, pula ehtiyacı olduğunu bildirmiş, neçə vaxtdır ona pul verdiyi, ala bilmədiyini, ona məhkəməyə düşübdüşməmələrini sual etmiş, cavabdeh “düşək də” deyə cavab vermiş, daha sonra “70000 sənə əlimlə pul vermişəm, uje polisə düşürəm” deyə bildirmişdir. - xx.xx.2023-cü il tarixinə aid səs yazısında iddiaçı cavabdehi səsləmiş, gəlmiş, salamlamışlar, iddiaçı ayın 8-ni deməsini xatırlatmış, cavabdeh ona dünən dostunun qardaşlığının gəlməsini demiş, iddiaçı niyə gəlməsini soruşmuş, cavabdeh “sən yollamışdın” deyə cavab vermiş, iddiaçı allaha and içərək inkar etmiş, cavabdehə “demişdin 8-i gəl, ver də pulu” demiş, cavabdeh müsbət cavab vermədiyi üçün iddiaçı “sənə demişdim də yalan deyirsən 8-i olacaq 15-i, 15-i olacaq 20-si, 20-si olacaq 30-u. Demişdim də belə davam edəcək 2021 -ci ilin sentyabr ayında bu belə davam edir”, cavabdeh imkanı olmadığını, televizor alanın gəlin pulunu istədiyini, malları nisyə buraxdığını bildirmiş, iddiaçı bunların ona maraqlı olmadığını, əli ilə ona 70000 manat verdiyini, pulunun dalınca gəldiyini, cavabdeh isə ondan 70000 borc almadığını, ondan 3 dəfəyə hər dəfə 10000 olmaqla pul götürdüyünü, ümumilikdə 30000 faizə pul aldığını, faizi ilə birlikdə 50000 borcu olduğunu bildirmiş, iddiaçı niyə 50000 olduğunu, il yarımdır əsir qaldığını, 20000-in hara getdiyini soruşmuş, o pulun ona haram ola biləcəyini, həmin pulun ailəsinin qazancı olduğunu bildirmiş, həmin pulu alarkən ona işləyib qazancından da pul verəcəyini deyib-demədiyini soruşmuş, cavabdeh “demişdim, ama sən də mənə ziyan vurdun” deyə cavab vermiş, iddiaçı ona nə ziyan vurduğunu, nə qədər ziyan vurduğunu, vurduğu ziyanı deməsini, vurmuşdursa ödəməyə hazır olduğunu bildirmiş, cavabdeh “sən özün bilmədin” deyə sual etmiş, iddiaçı allaha and içərək bilmədiyini bildirmiş, dalınca bu fırıldağın işləməyəcəyini, əli ilə ona 70000 pul verdiyini, aralarında dəftər olduğunu, ora yazıldığını bildirmiş, cavabdeh isə ona 50000- 60000 manat ödədiyini, iddiaçı isə bu günə kimi ona 21000 manat ödədiyini, verdiyi 70000 manatın üstünü istəmədiyini, həmin pulunu verməsini bildirmiş, cavabdeh isə 30000- 40000 manat borcu olduğunu, hələ hörmət edib borcunun 50000 manat olduğunu qeyd etdiyini bildirmiş, iddiaçı ondan dəftərini açmasını tələb etmiş, cavabdeh isə iddiaçının bu tələbinə razılıq ifadə etməmiş, iddiaçı onun pulunu kimsənin yeyə bilməyəcəyini bildirdikdən sonra cavabdeh yeyə biləcəyini, kimə istəyirsə şikayət edə biləcəyini iddiaçıya bildirmişdir Sabirabad rayonu, Qasımbəyli kəndində yaşayan İddiaçı müraciəti əsasında toplanmış materiallara əlavə edilmiş 04 fevral 2023-cü il tarixli Cavabdeh izahatında qeyd edilmişdir ki, İddiaçıla aralarında pul söhbəti olub, Sakit ona əvvəlki illərdə pulu faizlə verib faizlə də qaytarmışdır. 2020-ci ilin yanvar ayının 2-də Sakitdən 10.000 manat faizlə pul iştəmiş, ona 10.000 manat versə də, 600 manat faizini götürüb 9400 manat nağd şəkildə pul vermişdir. xx.xx.2020-ci ildə yenə 10.000 manat pul verib 600 manat faizini götürüb 9400 manat nağd şəkildə vermişdir. Beləliklə xx.xx.2020-ci ildə də, xx.xx.2020-ci ildə də, xx.xx.2020-ci ildə də ayrı-ayrılıqda 10.000 manat pul verib faizini götürüb konkret olaraq Sakit ona 2020-ci ilin yanvar ayında 50.000 manat pul verib, amma verdiyi pulların qabaqcadan faizini götürmüşdür. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İddiaçı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164,165, 157-ci maddələri təşkil etdiyini göstərir. İddiaçının iddia tələbindən müəyyən edilir ki, o, 2021-ci ilin may ayında iddiaçı idarə etdiyi, oğlu Davud Orucovun adına olan “Mercedes” markalı yük avtomobilini 60000 manata satmış, Almaniyadan 3 ay sonra gələcək “Mercedes” markalı təzə model yük avtomobilini almağı planlaşdırmışdır. Bu barədə məlumatı olan cavabdeh həmin pulu üç ay müddətinə, yəni yeni avtomobil gələnə kimi ona verməsini iddiaçıdan xahiş etmiş, həmin 60000 manatı öz ticarət dövriyyəsinə əlavə edib, 3 ay ərzində xeyli miqdarda gəlir əldə edəcəyini, bunun müqabilində ona hər ay 3000 manat verəcəyini söz vermişdir. İddiaçı 60000 manat pulu 2 dəfə olmaqla, cavabdehə nağd şəklində vermişdir. Sübhan pulu alandan sonra ilk üç ay ərzində qazancdan hər ay ona 3000 manat pul vermiş, 2021- ci ilin sentyabr ayında şifahi razılaşdıqları kimi, cavabdehdən ona verdiyi 60000 manatı tələb etmişdir. 2021-ci il oktyabr ayının sonunda cavabdeh bildirmişdir ki, bankdan kredit götürmüşdür, ödəməkdə gecikməsi olduğu üçün ona yeni kredit verilməyəcəkdir. Ona görə də, iddiaçıya bildirmişdir ki, 10000 manat pul tapıb versə o, həmin pulu banka ödəyəcək və adına olan kreditdə problem yaranmayacağı üçün ona ayrılmış kredit xətti üzrə bankdan əlavə 150000 manat kredit götürə biləcək, götürəcəyi həmin kreditdən ona olan 60000 manat əvvəlki borcu və verəcəyi əlavə 10000 manat da olmaqla, cəmi 70000 manat pulu 2021-ci il dekabr ayının sonunda verəcəkdir. İddiaçı əlacsız qalıb bu təkliflə razılaşmış, 2021-ci ilin noyabr ayında 10000 manat pulu tanışı X3 yanında Cavabdeh vermişdir. Cavabdeh 10000 manat pulu ondan alandan sonra mağazadakı dəftərdə öz xətti ilə qeyd etmişdir ki, ona 70000 manat borcu vardır. Dekabr ayının sonunda iddiaçı cavabdehlə əlaqə saxlayıb borcunu qaytarmasını tələb etmiş, Sübhan isə ona bildirmişdir ki, bankdan götürdüyü əvvəlki kreditə görə gecikmə olduğu üçün ona yeni kredit verməkdən imtina etmişlər. İddiaçı sonuncu dəfə verdiyi 10000 manatı və əvvəlki verdiyi 60000 manatın yarısını qaytarılmasını tələb etmiş, cavabdeh isə cəmi 1000 manat pul vermiş və bu ay onun qazancından ona düşən hissə olduğunu bildirmişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələrlə onu aldadıb, pulu qaytarmamışdır. Cavabdeh iddiaya etirazından müəyyən edilir ki, o, 05 aprel 2016-cı ildə iddiaçıdan faizə 10000 manat pul almış, pulu verərkən iddiaçı 600 manatı faizə çıxmış, ona 9400 manat pul vermişdir. Bundan sonra 2020-ci ildə o, iki dəfə olmaqla yenə iddiaçıdan 10000 manat faizlə pul götürmüş, hər dəfəsində iddiaçı puldan 600 manat faiz pulu olaraq götürüb ona 9400 manat pul vermişdir. Pul götürdükdən sonra o, cavabdehə 4 dəfə hər ay 3500 manatdan olmaqla faiz qismində pul ödəmişdir. Sonradan iddiaçı ondan onu işinə şərik qoşmasını tələb etmiş, o, razılaşmamış, bundan sonra iddiaçı faizi qaldırmışdır. O, 30000 manat pulu tam qaytara bilmədiyi üçün hər ay 3500 manat ödəmişdir. Sonradan imkanı olmadığı üçün hər ay 3000 manatdan ödəniş etmiş, 10 dəfəyə iddiaçıya 30000 manat pul vermişdir. Bundan əlavə isə, iddiaçıya bir dəfə 2000 manat, bir dəfə isə 1500 manat ödəniş etmişdir. O, bu barədə dəftərində də qeydiyyat aparmışdır. Pandemiya zamanı ödəniş edə bilmədiyi üçün iddiaçı ondan “İrşad”-a məxsus icarə haqqı kartını istəmiş, o, kartını iddiaçıya vermişdir. Kartı verməmişdən əvvəl o, iddiaçıya vergi və bank borcu olması ilə əlaqədar pulun kartdan silinməsini bildirmişdir. Karta bir dəfə 5500 manat pul köçmüş, iddiaçı onun oğlu Röyalla gedib həmin vəsaiti çıxarmış, 2000 manatını iddiaçıya vermiş, 3500 manatı isə özü götürmüşdür. Onun tələb edilən məbləğdə iddiaçıya borcu yoxdur, təxminən iddiaçıya 50000 manat pul ödəmiş, təxmini iddiaçıya 18000-20000 manat borcu qala bilər. Cavabdeh iddianın qismən, yəni 18000-20000 manat civarında təmin edilməsinə etiraz etməmişdir. İş materiallarından göründüyü kimi iddiaçı iddia tələbində cavabdehə birinci dəfə 60000 manat borc pul verdiyini, daha sonra isə 10000 manat, ümumilikdə isə 70000 manat borc pul verdiyini bildirir və tələbinin sübut kimi yuxarıda qeyd edilən səs yazılarına istinad edir. Cavabdehin isə Sabirabad Rayon Polis Şöbəsində verdiyi izahatından və qeyd edilən səs yazılarından aydın olur ki, o iddiaçıdan ümumilikdə 50000 manat pul aldığını, yəni dediyi kimi borcunun 30000 manat olduğunu, ama qaytara bilmədiyinə görə faizi ilə birlikdə ümumilikdə 50000 manat borcu olduğunu etiraf edir. Belə ki, o polis şöbəsində verdiyi izahatında 30000- 40000 manat borcu olduğunu, hələ hörmət edib borcunun 50000 manat olduğunu bildirmişdir. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan da görünür ki, iddiaçının 50000 manat borcu olduğu öz təsdiqini tapmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hər iki tərəfdə alınmış borcdan 21000 manatının cavabdeh tərəfindən qaytarıldığını etiraf edir. Hazırki iş üzrə mübahisəli məsələ alınan borcun məbləği ilə bağlıdır. Tərəflər bir-birinə münasibətdə, yəni iddiaçı verdiyi pul məbləğini, cavabdeh isə aldığı pul məbləğini sübut etməlidir. Kollegiya qeyd edilən halla bağlı onu bildirir ki, prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbərsübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarınıəsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hazırkı iddia tələbi üzrə İddiaçı cavabdehə ümumilikdə 70000 manat borc verdiyini bildirsə də bununla bağlı hər hansı sübut tələb edə bilmir, lakin Cavabdeh iddianı qismən etiraf edərək cavabdehə 50000 manat borcu olduğunu etiraf edir, hər iki tərəfdə alınan borcdan 21000 manatının qaytarıldığını bildirir. Belə olan halda kollegiya hesab edir ki, cavabdeh iddianın yalnız etiraf etdiyi həddində, yəni iddiaçıya 50000 manat borcu qalması həddində məsuliyyət daşıya bilər. Lakin kassasiya instansiya məhkəməsi mülki iş materiallarını yeni məhkəmə baxışına qaytararkən, cavabdehin borcu kimi etiraf etdiyi 50000 manat məbləğin iddiaçıdan ümumi alınmış borc olması, ya da ki, söhbət olunan tarixə borcun qalıq hissəsini təşkil etməsi məsələsini araşdırılmamasınl və buna hüquqi qiymət verilməməsini göstərmişdir. Belə ki, iddiaçı cavabdehdən 70000 manat pul tələb etsə də, faktiki olaraq özünün sübut qismində təqdim etdiyi səs yazısında 21000 manatıq qaytarıldığını göstərmişdir. Cavabdeh isə aldığını pulun məbləğini bilavasitə ifadə etməsə də, borcunun “30000-40000 manat”, “hörmət edib borcunun 50000 manat” olduğunu göstərmişdir. Kassasiya kollegiyasının qənaətinə görə işin ədalətli həlli üçün məhkəmənin araşdırmalı olduğu mühüm hal: cavabdehin etiraf etdiyi borc məbləğinin – ilkin olaraq aldığı ümumi vəsaitin, yoxsa etdiyi ödənişlərdən sonra, danışıq tarixinə qalan məbləğin təşkil etməsi olduğundan, apellyasiya məhkəməsi tərəfindən isə bununla bağlı qiymətləndirmə aparılmalıdır. Kollegiya qeyd edir ki, cinayət işinin başlanılmasının rədd edilməsi hqqında qərarda, iddiaçı 2021-ci ilin may ayında cavabdehin ondan 70000 manat borc adlığını bildirmiş, cavabdeh isə verdiyi izahatında iddiaçıdan 2020-ci ildə pul aldığını bildirmişdir. Təkrar apellyasiya icraatı zamanı məhkəmə kollegiya çarpaz (dindirmə) soğu edərək, iddiaçının nümayəndəsindən ilk əvvəl iddiaçı tərəfindən 70000 manat pulun cavabdehə verilməsini təsdiq edən sübutun olub-olmaması soruşulmuş, daha sonra isə cavabdehdən borc aldığı pul vəsaitinin əvvəlki miqdarının ödəniş edildikdən sonra 50000 qalıb-qalmaması aydınlaşdırılmışdır. Lakin iddiaçının nümayəndəsi 70000 manat borcla bağlı sübut təqdim edə bilməmiş, cavabdeh isə səs yazısında dediklərinə uyğun izahat verərək, cavabdehdəən 30000 manat borc adlığını, lakin ödənişləri gecikdirdiyinə görə “hörmət edib borcunun 50000 manat” bildirdiyini, həmin məbləğdən də bu günə qədər 21000 manatının ödənildiyini göstərmişdir. Ali məhkəmənin qeyd edilən mövqeyindən çıxış edən kollegiya hesab edir ki, tərəflər arasında mövcud olan borc münasibəti ilə bağlı cavabdehin iddiaçıdan 70000 manat borc almasına dair mötəbər sübutlar, habelə cavabdeh tərəfindən 70000 manat borcdan 21000 manat qaytarıldıqdan sonra onun 50000 borcunun qalması ilə bağlı (Ali Məhkəmənin məcburi göstərişi) mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmçinin cavabdeh tərəfindən borcun 50000 manatı etiraf edildiyindən və iddiaçının bildirdiyi kimi cavabdeh tərəfindən 21000 manat qaytarıldığından, cavabdeh yalnız iddianın etiraf edilən hissəsində məsuliyyət daşımalıdır. Göründüy kimi cavabdehin iddiaçıdan aldığı 50000 manat pul vəsaiti, məhz onun iddiaçıdan ilkin olaraq aldığı ümumi vəsaiti əhatə edir və həmin puldan qaytarılan 21000 manat nəzərə alındıqda, cavabdehin iddiaçıya 29000 manat borcu qalır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 aprel 2021-ci il tarixli qərarının təsviri hissəsində müəyyən etmişdir ki, “mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. “ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sadalanan qərarlarındakı hüquqi mövqeyə əsasən kollegiya hesab edir ki, hazırkı iş üzrə təqdim edilmiş sübut, yəni cavabedin 50000 manat borcunun olması barədə səs yazısı mötəbərlilik kriteriyasına cavab verməklə, iddia tələbini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhz buna görə də, iddiaçı tərəfindən təqdim edilən CD disk işin halları ilə təsdiq olunduğuna görə sübut kimi qəbul edilməlidir. Kollegiya həmçinin qeyd edir ki, tərəflərin də izahatlarından görünür ki, tərəflər arasında mövcud olan hüquq münasibəti onların dediklərinə görə 2020-2021-ci illərə təsadüf edir. İddiaçı həmin illərdə cavabdehə borc verdiyini, cavabdeh isə həmin illərdə iddiaçıdan borc aldığını bildirir. Həmin dövrdə qüvvədə olan MM-in 739 və 740-cı maddələrinin tələbindən aşkar görünür ki, əqdlərin etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması tələb olunur. Ancaq İddiaçı Cavabdeh borc olaraq verdiyi və hazırda tələb etdiyi pul vəsaitini qanunla müəyyən edilmiş müqavilə tələblərinə riayət etmədən vermişdir. Bu səbəbdən də, hazırkı iddia tələbinin MM-in 739-cu və 740-cı maddələrinə əsasən təmin edilməsi maddi hüquq normalarının tətbiqində səhvə yol verilməsi deməkdir. Belə ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsi). MM-nin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Kollegiya onu da nəzərdən qaçırmır ki, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Mülki Məcəllənin 740.2-ci maddəsinin birbaşa göstərişi 3000 manatdan yuxarı olan borc müqaviləsinin yazılı formada bağlanması olmuşdur. Lakin hazırkı işdə tərəflər arasında yazılı müqavilə olmamışdır. Bunu əsas götürən kollegiya qeyd edir ki, tərəflər arsında yaranan hüquq münasibətinə mübahisəli hüquq münasibəti yaranan zaman həmin hüquq münasibətinə tətbiq edilməli maddi hüquq norması kimi MM-nin 740.1 və 740.2-ci maddələrinə uyğun deyil, MM-in əsassız varlanmanı tənzimləyən maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edilən maddi hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, varlanmaq hüququ əsassız əmlak dəyişikliklərini kompensasiya etmək məqsədinə xidmət edir. Məhrum olan kreditorun əmlak itkisinin əvəzini ödəməklə bağlı zərərin ödənilməsi hüququndan fərqli olaraq, varlanma hüququnun məqsədi yalnız varlanmış borclunun hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü borclunun əmlak əldə etməsi, həmin əmlakı kreditorun əmlakı hesabına əldə etməsi və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu üç hal olduqda tələb təmin edilə və əsassız varlanmış borcludan əmlakın dəyəri alınaraq kreditora verilməlidir. Hazırkı işdən də göründüyü kimi cavabdehin 50000 manar məbləğində pulu iddiaçıdan alması, daha sonra həmin pullardan yalnız 21000 manatını qaytarması, geri qalanını qaytarmaqdan imtina etməsi və əsassız varlanması faktı təsdiq olunur. Hazırda həmin pulun cavabdeh tərəfindən əldə edilməsi, cavabdehin iddiaçının hesabına pulu əldə etməsini və bunun nəticəsində də əsassız varlanmaqla iddiaçını əlverişsiz vəziyyətə düşməsinə səbəb olmuşdur. Belə olan halda da, həmin pul məbləğinin alınaraq iddiaçıya verilməsi barədə tələb əsaslı və yolverilən hesab edilməlidir. Göründüyü kimi birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tərəflərin qarşılıqlı münasibətinə uyğun düzgün müəyyən etməmiş, maddi hüquq normalarını düzgün tətbiq etməməklə səhv təfsir etmiş, gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, cavabdehin nümayəndələri və vəkilləri tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli Sabirabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(056)- 708/2023 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməli, Cavabdeh 29 000 (iyirmi doqquz min) manat pul, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 186.42 (bir yüz səksən altı manat, qırx iki qəpik) manat pul vəsaiti, cəmi 29.186,42 (iyirmi doqquz min yüz səksən altı manat, qırx iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli və iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (Mülki Prosessual Məcəllənin 107 və 119.1-ci maddələri). Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası; Qət etdi: Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 və cavabdehin digər nümayəndəsi və vəkili Vəkil2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli, 2(056)-708/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia qismən təmin edilsin. Cavabdeh 29 000 (iyirmi doqquz min) manat pul, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş 186.42 (bir yüz səksən altı manat, qırx iki qəpik) manat pul vəsaiti, cəmi 29.186,42 (iyirmi doqquz min yüz səksən altı manat, qırx iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1288/2024
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1288/2024
15.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver