Məhkəmə qərarları › İş №2(106)-13/2024

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-13/2024

21.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-13/2024 21.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, İddiaçı, Cavabdeh1 və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdehlər Cavabdeh1 və başqalarına qarşı qanunsuz hərəkətlərin qadağan edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Saatlı şəhəri, H.Əliyev prospekti, 139D ünvanında yerləşən 0,035 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. Onun adına mülkiyyət hüququnu təsdiq edən 20 dekabr 2013-cü il tarixli, RX ******* saylı çıxarış verilmişdir. Bundan başqa, Saatlı Rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli qərarı ilə Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh4, Cavabdeh6 ünvan 2 ünvanında torpaq sahəsi ayrılmış, onların adına mülkiyyət hüququnu təsdiq edən 02 noyabr 2002-ci il tarixli şəhadətnamə verilmişdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı hazırki tələblə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Saatlı şəhəri, H.Əliyev prospekti, 139D ünvanında yerləşən 0.035 ha torpaq sahəsində tikinti işlərini aparmağa maneə yaratdıqları üçün cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, yəni qanunsuz hərəkətləri etmələrinin qadağan edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmaq istəyir, lakin qonşuluğundakı torpaq sahəsinin sahibi olan cavabdehlər onun həmin ərazidə tikinti və abadlıq işləri aparmasına imkan vermirlər, mane olurlar. Hazırda mülkiyyətində olan 0,035 ha torpaq sahəsində tikinti işləri aparmaq üçün cavabdehlərdən qanunsuz hərəkətlərini dayandırmalarını tələb etsə də heç bir müsbət nəticə əldə etməmişdir. Birinci instansiya məhkəməsində Cavabdeh1 iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, iddiaçı özünə məxsus olan torpaq sahəsində obyekt tikmək istəyir, lakin o buna razı deyildir. Belə ki, həmin torpaq sahəsində obyekt tikilərsə onun evinin qarşısı tamamilə kəsiləcək və ekoloji cəhətdən ona ziyan dəyəcəkdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 qızı və Cavabdeh6 iddianı qəbul etməmişlər. Birinci instansiya məhkəməsində digər cavabdehlər iştirak etmədiyindən onların mövqeyi bəlli olmamışdır. Saatlı Rayon Məhkəməsinin (hakim M.Sadıqov) 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş, İddiaçı mülkiyyətində olan Saatlı şəhəri, H.Əliyev prospekti, 139D ünvanında yerləşən 0.035 ha torpaq sahəsində tikinti işlərini aparmağa maneə yaratdıqları üçün cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızının, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qanunsuz hərəkətlərinin qadağan edilməsi, iddia qaldırılarkən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 alınıb İddiaçı ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərcə görə 311 manatın alınaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidməti Kadastr və Yerquluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin hesabına və ekspertiza xərcinə görə 50 manatın alınaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, iddiaçı həmin ərazidə obyekt tikərsə, Cavabdeh1 evinin qarşısı tamamilə kəsiləcək. Cavabdehlərin həyəti çökəkdə yerləşir. İddiaçı tərəfindən tikiləcək obyektin ərazisi çox hündürdədir. Oradan yağış və qrunt suları cavabdehlərin həyətinə axacaqdır. İzahatlar Apellyasiya baxışında Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, apellyasiya şikayətini dəqiqləşdirərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, cavabdeh rəyə etiraz edib və başqa mütəxəsissis baxışının keçirilməsini tələb edir. Mütəxəssis əraziyə qərəzli baxış keçirib və ya heç bir baxış keçirməyib. Həmin rəy obyektiv olsaydı məhkəmə düzgün qərar verərdi. İddiaçı ərazidə „Avtomobil yuma“ obyekti tikmək, orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyir. Relyefə görə hər hansı tikili inşa edilərsə iddiaçıya ziyan dəyəcək, çünki torpaq sahəsi 1 metr hündürdədir. „Moyka“ tikərsə çirkab suları ona ziyan vuracaqdır. Ekspert rəyi ilə razı deyillər. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, birinci intansiya məhkəməsi qətnaməsi əsasızdır. Hesab edir ki, cavabdeh ərazidə tikinti inşa edərsə onun sahəsinə ziyan dəyəcəkdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin olunmamasını xahiş etmiş, izahatında bildirmişdir ki, iddia olunan yerdə drenj kanal vardır, açıq-aşkar görünür. Mağaza və servis xidməti açmaq istəyir. İddiaçının mülkiyyəti ilə onun sahəsinin aralarında isə 11 metrdən çox məsafə vardır. İddiaçının istifadəsində olunan torpaq sahəsinin bir hissəsi bələdiyyə məxsusdur. İddiaçı bələdiyyəyə məxsus sahəni zəbt etmiş, həmin torpaq sahəsi hasara alınmışdır. Mübahisəli sahədə tikili inşa etməsi iddiaçının öz mülkiyyətində olan sahədən istifadəyə heç bir maneçilik törətmir. Əsaslandırma Məhkəmə Kollegiyası izahatları dinləyib iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin faktiki hallarından görünür ki, iddiaçı və cavabdeh qonşu torpaq sahələrinin mülkiyyətçiləridir. İddiaçı tələbində mülkiyyətində olan Saatlı şəhəri, H.Əliyev prospekti, 139D ünvanında yerləşən 0.035 ha torpaq sahəsində tikinti işlərini aparmağa maneə yaratdıqları üçün cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması, yəni qanunsuz hərəkətləri etmələrinin qadağan edilməsini xahiş etmişdir. Kollegiya iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 157.4-cü maddələrinin dispozitiv şərtlərinin ödənilməsi üçün mülkiyyətçi olan iddiaçının mülkiyyətinə qəsd və ya digər manelər ortada olmalı, bu cür maneələr mülkiyyətçinin əmlakından istifadə, sahiblik, müəyyən hallarda əmlaka dair sərəncam hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmalıdır. İş üzrə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərinin verdiyi arayış əsasında müvafiq ekspertizalar keçirilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəyləri alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 iyul 2021-ci il tarixli, 10/2781 nömrəli məhkəmə ekspert rəyindən görünür ki, İddiaçı mülkiyyətinə verilmiş 0.035 ha torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə olunduğu müəyyən edilməmişdir. Həmin Çıxarışda göstərilən və İddiaçı mülkiyyətinə verilmiş 0.035 ha torpaq sahəsi ilə JN-273A KOD 90801004 saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən və cavabdehlərin mülkiyyətinə verilmiş 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşmür. Cavabdeh apellyasiya şikayətində və etirazında göstərmişdir ki, iddiaçı sahəsində müəyyən tikili inşa etməklə orada sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyir. Relyefə görə hər hansı tikili inşa edilərsə iddiaçıya ziyan dəyəcək, çünki torpaq sahəsi 1 metr hündürdədir. Çirkab suları onlara tərəf gələcək və onlara ziyan vuracaqdır. Cavabdeh tərəfindən inşa edilən tikililərin tikinti-texniki normalara uyğun olubolmadığını, İddiaçı mülkiyyətində olan torpaq sahəsində mübahisəli tikili inşa edildiyi halda qonşuluqda yaşayan iddiaçılara hər hansı maneçiliklərin yaradılıb-yaradılmadığını, onların hüquqlarının pozulub-pozulmadığını, habelə onlara digər mümkün təsirlərin olubolmadığını müəyyən etmək məqsədilə apellyasiya baxışında müvafiq tikinti-texniki ekspertizalar keçirilmişdir. Apellyasiya baxışında keçirilmiş, tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/383 nömrəli rəyinə görə, AR Saatlı rayonu İcra Hakimiyyəti başçısının 27 mart 2014-cü il tarixli sərəncamı ilə ünvan 3 ünvanda yaşayan İddiaçı sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlər məşğul olmaq üçün Saatlı şəhəri, Heydər Əliyev pr., 139D ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.0350 ha torpaq sahəsində avtoservis və mağaza tikintisinə icazə verildiyi müəyyən edilmişdir. İddiaçıya məxsus 0.0350 ha torpaq sahəsində hər hansı bir tikili inşa edilmədiyindən qoyulmuş digər sual üzrə tədqiqat aparılmamışdır. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/1131 nömrəli rəyinə görə (AR İN yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin yerquruluşu təşkili şöbəsinin mühəndisi Elçin Kərimovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən) İddiaçı mülkiyyətində olan Saatlı şəhəri, Heydər Əliyev pr., 139D ünvanında yerləşən 0.035 ha torapq sahəsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 qızı, Cavabdeh4 və Cavabdeh6 birgə mülkiyətində olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsi həmsərhəd deyil. Bu torpaq sahəsi arasındakı məsafə 11.3 m təşkil edir. Qeyd edilənlər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında əks olunmuşdur. Kollegiya ekspert rəylərini sübut olaraq qəbul edir. Ekspert rəyləri ilə cavabdeh İddiaçı mülkiyyətində olan torpaq sahəsində mübahisəli tikili inşa edildiyi halda qonşuluqda yaşayan iddiaçılara hər hansı əngəlliklərin yaradıldığı, onların hüquqlarının pozulduğu, habelə onların digər mümkün təsirlərə məruz qaldığı müəyyən edilmir. Onların mülkiyyətində olan sahələr arasındakı məsafə 11,3 metrdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının öz mülkiyyətində olan ərazidə hər hansı tikili inşa etməsi ilə 11.3 metr məsafədə olan torpaq sahəsinin mülkiyyətçiləri olan cavabdehlərin hüquqlarının pozulması ilə bağlı cavabdeh tərəf hər hansı sübut təqdim edə bilməmişdir. İş üzrə keçirilmiş ekspert rəyləri ilə müəyyən edilən hallar da iddianın təmin edilməsinə əsas vermir. Beləliklə, Kollegiya belə qənaətə gəlir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən şikayətin verilməsinə görə ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilir. Ekspertizanın keçirilməsi ilə əlaqədar xərclərə görə 100 manat cavabdehlərdən tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(055)-362/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertizanın keçirilməsi ilə əlaqədar xərclərə görə 100 manat Cavabdeh1, Cavabdeh2 qızından, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti vermək olar. Mirlətif Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar