Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1304/2023 05.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 Əsədov (sədrlik edən və məruzəçi), Tale Suliddin oğlu Kərimov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X2, İddiaçı iştirakı ilə, Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, yayılmış məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Saatlı Rayon Məhkəməsinin (hakim İ.Abuşov) 21 iyun 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi, yayılmış məlumatların təkzib olunması və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şərəf və ləyaqətini alçaltdığına görə cavabdehin ondan üzr istəməsi, cavabdehin onun barəsində yazdığı şər və böhtan dolu məlumatların təkzib edilməsi barədə həmin məlumatların dərc edildiyi kütləvi informasiya vasitələrində müvafiq təkzibin verilməsi və ona vurduğu mənəvi ziyana görə 50000 (əlli min) manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini əsaslandırarkən göstərmişdir ki, o, “X5” İctimai Birliyinin sədridir. Cavabdeh da əvvəllər həmin birliyin üzvü olmuşdur. O, cavabdehlə həmin ictimai birlikdə işləyərkən tanış olmuş, bir çox tədbirlərdə birlikdə iştirak etmişlər. Lakin bir müddət fəaliyyət göstərdikdən sonra Cavabdeh “X5” İctimai Birliyinin nizamnaməsinə zidd hərəkət etdiyinə görə idarə heyətinin qərarı ilə ictimai birlikdən uzaqlaşdırılmışdır. Bundan sonra, cavabdeh onun barəsində şər və böhtan dolu ifadələr yaymışdır. Cavabdeh bu əməlləri ilə həm onun, həm də rəhbərlik etdiyi ictimai birliyin nüfuzuna xələl gətirir. Belə ki, Cavabdeh “Facebook”, “Youtube” sosial şəbəkələrində onun barəsində şərəf və ləyaqətini alçaldan, böhtan dolu məlumatlar yayaraq onun ictimaiyyət arasında olan nüfuzuna xələl gətirmişdir. Cavabdeh “X5” İctimai Birliyini dağıtmaq məqsədi ilə “Ümumi Yığıncaq” adlı qanunsuz saxta qrup yaradaraq ictimai birlikdən könüllü uzaqlaşan şəxsləri bu saxta qrupa daxil edərək mütəşəkkil bir qrup yaratmışdır. Cavabdeh bu şəxsləri onun əleyhinə qaldıraraq ictimai birliyi dağıtmaq məqsədi ilə şərəf və ləyaqəti alçaldan şər böhtan xarakterli çıxışlar etmələrini tələb etmiş və “Whatsapp” qruplarında və digər sosial şəbəkələrdə paylaşım etmələrini tapşırmışdır. Hazırda da, cavabdeh onun şərəf və ləyaqətini alçaldaraq “Whatsapp” qruplarında və digər sosial şəbəkələrdə çıxışlarını yaymaqda davam edir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməmiş, izahatında göstərmişdir ki, onun iddia ərizəsində göstərilənlərlə heç bir əlaqəsi yoxdur. İddiaçı haqqında paylaşılan məlumatların aid olduğu istifadəçi adı və profil onun deyildir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi, “Whatsapp” sosial şəbəkəsinin status bölməsindən əldə edilmiş və iddiaçının üz nahiyəsinin bağlı olduğu kollektiv şəkillər həqiqətən də onun tərəfindən paylaşılmışdır. Həmin şəkillərdə təkcə iddiaçının deyil, başqa bir neçə şəxsin də üz nahiyəsini texniki vasitə ilə örtmüşdür. O, bunu həmin şəxslərlə münasibəti olmadığına görə etmişdir. Həmin şəkillərdə iddiaçını təhqir edəcək hər hansı bir hal yoxdur. İddiaçının ərizəsinə əlavə etdiyi, “Whatsapp” sosial şəbəkəsindən əldə edilmiş İddiaçı qadın geyimində montaj edilmiş fotoşəkili onun tərəfindən paylaşılmamış və həmin şəkilin kimin tərəfindən paylaşılmasından məlumatı yoxdur. İddiaçı iddia ərizəsinə əlavə etdiyi “Cavabdeh”-ə məxsus “Facebook” səhifəsindən əldə edilmiş, “İddiaçı çirkin əməlləri barədə İctimai Birliyin xanım üzvlərinin ictimaiyyətə müraciəti” başlıqlı “youtube” video linkini də o paylaşmış, həmin paylaşımda iddiaçını təhqir etməmiş və iddiaçının şərəf və ləyaqətini alçaldan məlumatlar yaymamışdır. Bundan başqa iddiaçının 17 may 2023-cü il tarixli ərizəsinə əlavə etdiyi, içərisində audioyazılar olan DVD diskdəki səs yazıları həqiqətən də ona məxsusdur. O həmin səs yazılarında İddiaçı barəsində tənqidi çıxışlar etmiş, lakin təhqiramiz ifadələr işlətməmişdir. O, iddiaçının şərəf və ləyaqətini alçaldan heç bir məlumat yaymamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.4, 1096.1, 1097.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddiaçı şikayətində göstərmişdir ki, iddia ərizəsində və ona əlavə edilmiş sənədlərdə Cavabdeh tərəfindən iddiaçının şərəf və ləyaqətini alçaldan məlumatların yayıldığını sübut etsə də, məhkəmə əsassız olaraq iddianın təmin edilməməsi qənaətinə gəlmişdir. Çox qəribədir ki, onun məhkəməyə təqdim etdiyi sənədlərdə Cavabdeh həmin hərəkətləri törətməsi tamamilə sübuta yetirilmişdir. O, X1 Cavabdeh onun barəsində yaydığı şər və böhtan dolu məlumatlarla əlaqədar, həmçinin “Facebook” sosial şəbəkəsində “Sabina”, “Nərgiz” adlı saxta profillərdən istifadə etməklə onun barəsində şər və böhtan dolu məlumatlar yaymışdır. Məmmədova Tahirə məhkəməyə ünvanladığı ərizəsində həmin saxta profillərin məhz Cavabdeh tərəfindən yaradıldığını bildirmişdir. Amma əfsuslar olsun ki, məhkəmə heç bir hüquqi əsas olmadan X1 ifadəsinə sübut kimi qiymət verməmişdir. Həmçinin Cavabdeh şəxsən özü tərəfindən “YouTube” sosial şəbəkəsində açıq şəkildə onun barəsində çıxış edərək şərəf və ləyaqətini alçaldan məlumatlar yaymışdır. Eyni zamanda “Sabina”, “Nərgiz” adlı saxta profillərin kim tərəfindən yaradılmasını müəyyən etmək üçün müvafiq dövlət qurumlarına sorğu verilməli olduğu halda, məhkəmə bunu da etməmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmiş, izahatında cavabdeh tək olmadığını, bir neçə nəfər olduğunu, onların barələrində də iş olduğunu qeyd etmişdir. Cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində keçiriləcək məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək imkanının olmadığını, göndərdiyi ərizələrində fikrini bildirdiyini, iddianı qəbul etmədiyini qeyd etmiş, ədalətli qərar qəbul edilməsini, məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə Kollegiyası məruzəni və iddiaçının izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. İddia ərizəsinə əlavə edilmiş materiallarda aşağıdakılar müəyyən edilmişdir: “Whatsapp” sosial şəbəkəsində “Asim TV” olaraq qeyd edilmiş kontaktın status bölməsində paylaşılmış şəkillərdə İddiaçı və başqa şəxslərin üz nahiyəsi texniki vasitələrlə örtülmüşdür. İşdə olan fotoşəkildən görünür ki, İddiaçı fotoşəkili qeyri-etik formada montaj edilmiş şəkildə paylaşılmışdır. Fotoşəkildən həmin şəkilin kimin tərəfindən paylaşılması müəyyən edilmədi. İiddia ərizəsinə əlavə edilmiş “Cavabdeh”-ə məxsus “Facebook” səhifəsindən əldə edilmiş fotoşəkildən görünür ki, “Cavabdeh”-ə məxsus “Facebook” səhifəsində “İddiaçı çirkin əməlləri barədə İctimai Birliyin xanım üzvlərinin ictimaiyyətə müraciəti.” başlıqlı “youtube” video linki paylaşılmışdır. İddia ərizəsinə əlavə edilmiş, içərisində audioyazılar, videoyazılar və fotoşəkillər olan DVD disklərdən görünür ki, İddiaçı şəkli qeyri-etik formada montaj edilmiş şəkildə paylaşılmışdır. Həmin materialların kimin tərəfindən paylaşılması müəyyən edilməmişdir. Bundan başqa, iddiaçının 17 may 2023-cü il tarixli ərizəsinə əlavə edilmiş, içərisində audioyazılar olan DVD diskdən görünür ki, İddiaçı barəsində Cavabdeh tərəfindən sərt tənqidi çıxışlar edilmiş, lakin həmin audioyazılarda təhqiramiz ifadələr işlədilməmişdir. X1 Nizami Rayon Məhkəməsinə ünvanladığı ərizəsinin surətindən görünür ki, X4 ərizəsində Cavabdeh ilə Səxavət Cabbarovun birləşərək onunla İddiaçı arasında ədavət yaratmağa yönəlmiş hərəkətlər etdiyini, Cavabdeh ona aid olan “Facebook” səhifəsində “Sabina” və ”Nərgiz” adlı profillərdən istifadə etməklə İddiaçı ünvanına şər-böhtan xarakterli təhqiramiz yazılar yazdığını göstərmişdir. Cavabdeh birinci instansiya məhkəməsində etirazında göstərmişdir ki, iddiaçı haqqında paylaşılan məlumatların aid olduğu istifadəçi adı və profil onun deyildir. İddiaçı qadın geyimində montaj edilmiş fotoşəkili onun tərəfindən paylaşılmamış və həmin şəkilin kimin tərəfindən paylaşılmasından məlumatı yoxdur. Lakin “Whatsapp” sosial şəbəkəsinin status bölməsindən əldə edilmiş və iddiaçının üz nahiyəsinin bağlı olduğu kollektiv şəkillər həqiqətən də onun tərəfindən paylaşılmışdır, lakin burada təhqiredici heç nə yoxdur. Kollegiya iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Qanunun mənasına görə cavabdehin hərəkətlərinin, yaxud iddiaçı barədə yazılanların Mülki Məcəllənin 23-cü maddəsinin təsiri altına düşməsi üçün şəxsin şəxsiyyətinə aid elə məlumatlar olmalıdır ki: həmin məlumatlar şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələmiş olsun, həmin məlumatlar yalan olsun (doğru olmasın) və həmin məlumatlar yayılmış olsun. Bu üç hal birlikdə müəyyən edilərsə şəxsin şərəf və ləyaqətini, yaxud işgüzar nüfuzunu ləkələyən məlumatlar təkzib edilməlidir. Bunlara böhtan xarakterli məlumatları aid etmək olar. Bu halda məlumatların həqiqiliyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Kollegiya qeyd edir ki, şərəf və ləyaqəti ləkələyən məlumat əxlaqi prinsiplər, istehsalattəsərrüfat, xidmət və ictimai fəaliyyətlə bağlı ola bilər. Bəzi halda şəxsin şərəf və ləyaqətini alçaldan, təhqiredici ifadələr də təkzib edilə bilər. Lakin bu zaman da həmin ifadələrin cavabdeh tərəfindən yayılması müəyyən edilməlidir. İddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və ehtirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qanunun tələbinə görə yayılan məlumatın yalan olmadığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin bu, sözügedən məlumatların həqiqətən yayıldığını və bunun cavabdeh tərəfindən edildiyini (faktları) sübuta yetirmək vəzifəsindən iddiaçını azad etmir. Müəyyən edilir ki, İddiaçı barəsində “Whatsapp” və “Facebook” sosial şəbəkəsində şərəf və ləyaqəti ləkələyən məlumatlar yayılmışdır. İddiaçı həmin istifadəçi adının və profilin cavabdehə aid olduğunu və həmin məlumatların cavabdeh tərəfindən paylaşıldığını bildirsə də, cavabdeh həmin istifadəçi adının və profilin, paylaşımların ona aid olmadığını göstərmişdir. İddiaçı həmin istifadəçi adının və profilin cavabdehə aid olduğunu və məlumatların cavabdeh tərəfindən paylaşıldığını məhkəmə iclasında sübut edə bilməmiş və bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı “Whatsapp” sosial şəbəkəsində “Asim TV” olaraq qeyd edilmiş kontaktın status bölməsindən əldə edilmiş və iddiaçının və başqa şəxslərin üz nahiyəsinin bağlı olduğu kollektiv şəkillərin cavabdeh tərəfindən paylaşılması cavabdehin etirafı ilə sübut olunsa da, həmin şəkillər təhqiramiz formada montaj olunmamış və paylaşılarkən iddiaçının şərəf və ləyaqətini alçaldan hallara yol verilməmişdir. İddiaçının ərizəsinə əlavə etdiyi “Cavabdeh”-ə məxsus “Facebook” səhifəsindən əldə edilmiş, “İddiaçı çirkin əməlləri barədə İctimai Birliyin xanım üzvlərinin ictimaiyyətə müraciəti” başlıqlı “youtube” video linkinin cavabdeh tərəfindən paylaşıldığı sübuta yetirilsə də həmin paylaşımda iddiaçı təhqir olunmamış və həmin paylaşımda iddiaçının şərəf və ləyaqətini alçaldan halların olması müəyyən edilməmişdir. Həmçinin iddiaçının 17 may 2023-cü il tarixli ərizəsinə əlavə edilmiş DVD diskdəki səs yazılarının Cavabdeh məxsus olduğu sübuta yetirilmiş, lakin həmin səs yazılarında İddiaçı barəsində Cavabdeh tərəfindən sərt tənqidi çıxışlar edildiyi, həmin audioyazılarda təhqiramiz ifadələr işlədilmədiyi müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət təqibinin başlanması barədə İddiaçı xüsusi ittiham qaydasında şikayətinə də məhkəmə qaydasında baxılmış, Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xüsusi ittihamçı İddiaçı şikayətinin icraata qəbul edilməsindən imtina edilmişdir. Həmin qərarda da qeyd edilmişdir ki, məhkəməyə sübut qismində təqdim edilmiş fotoşəkillər, videolar və yazıların Cavabdeh tərəfindən yayılması halının öz təsdiqini tapmadığı, İddiaçı Cavabdeh tərəfindən təhqir olunmasının iş materialları ilə sübut olunmadığı, İddiaçı barəsində səslənmiş ifadələrin ümumi xarakterli olmaqla sonuncunun şərəf və ləyaqətini nalayiq formada alçaltmadığı və beləliklə, hazırki şikayət üzrə cinayət hadisəsi və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə Cinayət Məcəlləsinin 147 və 148 ci maddəsinin tərkib əlamətlərinin mövcud olmadığı müəyyən edilir. İddianın bir hissəsi mənəvi ziyanın ödənilməsi ilə bağlıdır. Mənəvi ziyan tələbi ilə bağlı, ilk növbədə qeyd edilməlidir ki, mənəvi ziyan tələbi bir qayda olaraq, əsas iddianın təmin edilməsi ilə bağlıdır. Yəni əsas iddia təmin edilmədiyi halda mənəvi ziyan tələbinə dair iddianı təmin etmək üçün də əsas yoxdur. Bununla yanaşı, Kollegiya mənəvi zərərin ödənilməsi tələbinə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli, 7 nömrəli qərarında göstərilmiş, Ali Məhkəmənin mövqeyini də xatırladır. Həmin Qərarda göstərilmişdir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Kollegiya hesab edir ki, ictimai birliyin sədri olan iddiaçı barəsində, onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi kimi hallar müəyyən edilməmişdir. Beləliklə, Kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilir. Şərh edilənlərə əsasən və MPM-nin 382, 384.0.1, 393 və 405.0.2-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Saatlı Rayon Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2(055)-447/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(106)-1304/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1304/2023
05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver