Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-132/2023 21.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər – Mayılov Samir İlham oğlu (sədrlik edən, məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və X5 ibarət tərkibdə, Gülüşov İsmayıl Cəbrayıl oğlunun katibliyi, cavabdehin nümayəndəsi Vəkil və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçılara qaytarılması və əldən çıxmış faydanın tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 2(053)-210/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara məxsus JN-65 nömrəli, reyestr nömrəsi **********90 olan dövlət tərəfindən əkin üçün verilmiş 1,92 ha pay torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt edilmiş hissəsinin həmin şəxsin qanunsuz sahibliyindən alınaraq onlara qaytarılması və torpaq sahəsindən 15 il ərzində qanunsuz istifadəyə görə əldən çıxmış fayda qismində cavabdehdən 11475 manat və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, Neftçala rayonunun Kür Qarabucaq kəndində ailələrinə məxsus JN-65 nömrəli, reyestr nömrəsi **********90 olan dövlət tərəfindən əkin üçün verilmiş 1,92 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsi əksik olduğu üçün qonşu torpaq sahələri ölçülmüş və məlum olmuşdur ki, çatışmayan torpaq sahəsi qonşuları JN-66 nömrəli torpağın mülkiyyətçisi Cavabdeh tərəfindən qanunsuz istifadə edilir. İddiaçılar dəfələrlə torpağın qaytarılmasını tələb etsələr də, cavabdeh torpaq sahəsinin çatışmayan hissəsinin onda olmadığını bildirmişdir. Məsələni daha dəqiq həll etmək üçün xx.xx.2020-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin Neftçala rayon şöbəsinin mütəxəssisi hər iki tərəfin iştirakı ilə əraziyə gəlmiş, torpaq sahəsini ölçərək mərz nişanları vurmuş və bir daha təsdiq olunmuşdur ki, iddiaçıların pay torpağının bir hissəsi cavabdeh tərəfindən zəbt edilmişdir. Buna baxmayaraq, cavabdeh mərz nişanlarını çıxararaq torpağı qaytarmayacağını bildirmişdir. Vurulmuş mərzlərə əsasən əksik torpaq sahəsi tərəfləri 4,8; 242; 23 və 252 metr olan dördbucaqlı formasındadır və 0,34 ha təşkil edir. Cavabdeh tərəfindən zəbt edilmiş 0,34 ha torpaq sahəsindən 15 il ərzində götürdüyü və ya götürməli olduğu ən azı 11475 manat gəlir (əldən çıxmış fayda şəklində zərər) cavabdehdən tutularaq onlara ödənilməlidir. Neftçala Rayon Məhkəməsinin 2(053)-210/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim Əli Tağıyev) iddianın qismən təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 iyun 2016-cı il tarixli Çıxarışa əsasən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş Neftçala rayonu, Kürqarabucaq kəndində yerləşən 1,92 hektar torpaq sahəsinin zəbt etdiyi 0,20 ha hissəsindən çıxarılması, Cavabdeh 10 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı2 xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pulun 25 manatının iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3, 25 manatının isə Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçılar və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. İddiaçılar apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin 2(053)-210/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, Cavabdeh əldən çıxmış fayda kimi 6748,7 manat vəsaitin, o cümlədən ödənilən 15 manat dövlət rüsumunun əvəzinin tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh apellyasiya şikayətində Neftçala Rayon Məhkəməsinin 2(053)-210/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Neftçala Rayon Məhkəməsi tərəfindən ekspert rəyləri ilə vaxtında tanış olmaq hüququ pozulmuşdur. Yalnız xx.xx.2021-ci il tarixində keçirilmiş iclasda ekspert rəyinin surəti ona təqdim edilmiş, o isə səhəri gün – xx.xx.2021-ci ildə rəyi oxuyub reallığı və həqiqəti əks etdirmədiyi, təkrar ekspertizaya ehtiyac olduğu barədə məhkəməyə poçtla rəsmi ərizə göndərmişdir. Belə ki, rəydə hesablamalar düzgün aparılmamış, torpaq sahəsinin bütün tərəfləri düzgün və tam ölçülməmiş və cavabdeh tərəfindən plan və cizgi ölçüləri mülki işin materiallarına əlavə edilmədiyindən həmin torpaq sahəsinin sənəd üzrə eninin və uzunluğunun müəyyən edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Məhkəmə təkrar və əlavə ekspertiza barədə vəsatətin olub-olmamasını aydınlaşdırmadan qətnamə çıxarmışdır. Lakin mülki iş materiallarında 2,4 ha torpaq sahəsinin cavabdehin mülkiyyətində olmasına dair Əmlak Komitəsi tərəfindən verilmiş ******* nömrəli DƏDRX-dən çıxarış məhkəməyə təqdim edilmiş və sözügedən çıxarışda cavabdehə məxsus torpaq sahəsinin en üzrə 96,9 metr və 101,8 metr, uzunluğu üzrə isə 266,1 metr və 229,3 metr göstərilmiş, bu ölçülərə uyğun sahənin isə 2,4 hektar olduğu qeyd olunmuşdur. Həmçinin, ekspertiza rəyində cavabdehin guya istifadə etdiyi torpağın en ölçüləri 97 metr və 100 metr göstərilərək, sahə qəsdən çoxaldılmış, 2,65 ha hesablanmışdır. Bu isə riyazi hesablamaya və Əmlak Komitəsinin çıxarışında qeyd olunan ölçülərə görə yanlış rəqəmdir. Göstərilən ölçülər ekspertiza keçirilərkən Əmlak Komitəsinin mütəxəssis mühəndisi tərəfindən ölçülərkən təsdiqlənmiş, ölçü zamanı cavabdeh tərəfindən bu barədə fotoşəkillər çəkilmişdir. Ekspert bu vaxt ölçülərlə maraqlanmamış, sahədə İddiaçı1 nümayəndəsi ilə hansısa şəxsi məsələləri müzakirə etməklə məşğul olmuşdur. Cavabdehin əkdiyi sahənin en ölçülərinin ekspertiza rəyində Əmlak Komitəsinin sənədindəki ölçüdən 1,8 metr az göstərilməsinə baxmayaraq, əkin sahəsi qəsdən çoxaldılaraq 2,65 ha göstərilmişdir ki, bu da riyazi hesablamaya uyğun deyil və mövcud qanunvericiliyə ziddir. Əslində İddiaçı1 cavabdehə aid olan 1,8 metr enində 0,2 ha əkin sahəsini zəbt etmişdir. Bu fakt mütəxəssislərdən ibarət komissiya yaradılaraq sahədə təkrar ölçülərin aparılmasını və Əmlak Komitəsinin əməkdaşları tərəfindən ölçülmüş cari ölçülərin yoxlanılmasını tələb edir. Ekspert rəyində riyazi hesablamaların düzgün aparılmadığını və cavabdehə məxsus sənədlərin mülki iş materiallarında olmasına baxmayaraq, cavabdeh tərəfindən plan və cizgi ölçüləri mülki iş materiallarına əlavə edilmədiyindən həmin torpaq sahəsinin sənəd üzrə eninin və uzunluğunun müəyyən edilməsinin mümkün olmadığını qeyd etmişdir. Cavabdehə məxsus torpaq sahəsinin hər bir tərəfinin ölçüləri sahəyə gəlmiş mütəxəssislər tərəfindən müəyyən edilmədiyi təqdirdə cavabdeh tərəfindən iddiaçının torpaq sahəsinin zəbt edilməsi necə sübuta yetirilmişdir? Göründüyü kimi, rəy kifayət qədər əsassız və riyazi hesablamalarda səhvə yol verilərək gəlinmiş nəticələrə uyğundur. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-942/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən birgə verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Neftçala Rayon Məhkəməsinin 2(053)-210/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsinin apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh kassasiya şikayəti vermiş, kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-942/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4849/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-942/2022 saylı, 12 may 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyası qərarında öz hüquqi mövqeyini onunla izah etmişdir ki, iddiaçıların subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçıların torpaq sahəsindən və ya onun bir hissəsindən cavabdeh tərəfindən istifadə olunub-olunmamasının müəyyən edilməsindən ibarətdir. Bu halın müəyyən edilməsi xüsusi bilik tələb etdiyinə görə birinci instansiya məhkəməsi haqlı olaraq ekspertiza təyin etmişdir. Həmin rəylə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmadığı müəyyən olunmuşdur. Mübahisəli torpaq sahəsinin cavabdeh tərəfindən tutulub-tutulmaması ilə bağlı iş materiallarında bir-biri ilə ziddiyyət təşkil edən mütəxəssis və ekspert rəyi vardır. Belə ki, işə əlavə olunmuş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Şirvan Layihə-Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli arayışında qeyd olunmuşdur ki, mütəxəssis tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti ilə mübahisəli torpaq sahəsinin koordinatları təsbit edilmiş, kameral şəraitdə aparılan araşdırma zamanı iddiaçıların iddia etdikləri torpaq sahəsi ilə sənəd üzrə mülkiyyətlərində olan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri arasında uyğunsuzluq müəyyən edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsinin sübut kimi qəbul etdiyi AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2021-ci il tarixli, 10/2479 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıların mülkiyyətinə verilmiş və baxış zamanı iddiaçının istifadə etdiyi torpaq sahəsi kimi təqdim olunmuş Neftçala rayonu, Kürqarabucaq kəndində yerləşən 1,92 hektar torpaq sahəsinin faktiki vəziyyətdə 0,20 hektar hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Apellyasiya instansiyası məhkəməsi bu rəyin qiymətləndirilməsi zamanı MPM-in tələblərinə sonadək əməl etməmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində ekspertin rəyini mübahisələndirmiş, apellyasiya şikayətinə mülkiyyətində olan torpaq sahəsinə dair plan və ölçü sənədini əlavə etmişdir. Apellyasiya instansiyası məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin rəyi ilə "xxxx" MMC-nin mütəxəssisi tərəfindən verilmiş arayışın ziddiyyətini araşdırmamışdır. Halbuki, MMC-nin arayışında torpaq sahəsinin koordinatlarını müəyyən etmək üçün xüsusi cihazlardan istifadə olunduğu göstərilməsi, ekspert rəyinin mütəxəssis arayışı ilə ziddiyyət təşkil etməsi bu cür əsaslandırmanı tələb edirdi. Ekspert rəyində qeyd olunmuşdur ki, cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsi iddiaçının istifadəsində olan torpaq sahəsinin cənub-şərq istiqamətində yerləşməklə eni cənub-qərb istiqamətində 100 metr, şimal-şərq istiqamətində isə 97 metr təşkil edir. Faktiki olaraq cavabdehin istifadəsində olan sahə 2,65 ha təşkil edir. Cavabdeh ekspertin bu hesablamasını mübahisələndirərək apellyasiya şikayətində bildirmişdir ki, onun torpaq sahəsinin sənəd üzrə eni 1-ci tərəfdə 101,8 metr, 2-ci tərəfdə 96,9 metr, uzunluğu 1-ci tərəfdə 266,1 metr, 2-ci tərəfdə isə 229,3 metr təşkil edir. Bundan başqa, ekspert xx.xx.2021-ci ildə birinci instansiya məhkəməsinə yazdığı vəsatətdə tədqiq olunan torpaq sahəsinə dair Əmlak Məsələləri Dövlət Komitəsinin mütəxəssislərinin rəyinin və tədqiq olunan sahənin koordinatları və baza məlumatlarının verilməsini xahiş etmişdir. Ancaq məhkəmə tərəfindən bu vəsatətlə bağlı hər hansı hərəkətin edilməsi, tərəflərə və ya ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinə müvafiq sənədlərin təqdim olunmasının təklif edilməsi iş materialları ilə müəyyən olunmur. Təkrar apellyasiya baxışı zamanı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4849/2022 saylı, 27 sentyabr 2022-ci il tarixli qərarını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını və hüquqi qiymət verilməsini düzgün hesab etmişdir. Apellyasiya məhkəməsinin iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirdi və qeyd etdi ki, Cavabdeh iddiaçılara məxsus torpaq sahəsini zəbt etməmişdir. O, 08 may 2023-cü il tarixli ekspert rəyi ilə razı deyil. Belə ki, hazırkı iş üzrə əvvəllər alınmış 22 oktyabr 2021-ci il tarixli ekspert rəyində cavabdehin iddiaçılara məxsus 1,92 ha torpaq sahəsinin 0,20 ha hissəsindən istifadə etdiyi qeyd edilsə də, ikinci rəydə həmin torpaq sahəsinin 0,24 ha hissəsindən istifadə etməsi göstərilmişdir. Göründüyü kimi, ekspert rəyləri arasında ziddiyyət mövcuddur. O, ekspert rəylərində mövcud olan ziddiyyətlərin nəzərə alınaraq, cavabdehin apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Apellyasiya məhkəməsinin iclasında iştirak edən üçüncü şəxs X10 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar, eləcə də, üçüncü şəxslər Dadaşova Hicran Mirhəsən qızı, X6 və X8 məhkəmə iclasına gəlməmiş, nümayəndə ilə təmsil olunmamışlar. Məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM-in) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini və üçüncü şəxs Fərid Dadaşovu dinləyib, apellyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəldi ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Neftçala rayonunun Kür Qarabucaq kəndində yerləşən 1,9200 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016-cı il tarixində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı3, İddiaçı2 və İddiaçı1 adına ümumi paylı mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixində tərtib edilmiş 068344 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Neftçala rayonunun Kür Qarabucaq kəndində yerləşən 1,9200 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə xüsusi mülkiyyət hüququnun sahibi İddiaçı1dır. İş materiallarında olan RX ******* seriya nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Neftçala rayonunun Kür Qarabucaq kəndində yerləşən 2,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2016cı il tarixində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh, Dadaşova Hicran Mirhəsən qızının, X1, X3 və X2 adına ümumi birgə mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan DƏDRX-nin 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən tərtib edilmiş AA620564 seriya nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Neftçala rayonunun Kür Qarabucaq kəndində yerləşən 2,4 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzrə xüsusi mülkiyyət hüququnun sahibi X7r. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Şirvan Layihə-Tədqiqat İdarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Şirvan LTİ-nin mütəxəssisi tərəfindən mübahisəli torpaq sahəsinə baxış keçirilmiş və GPS aləti vasitəsilə mübahisəli torpaq sahəsinin koordinatları təsbit edilmişdir. Kameral şəraitdə aparılan araşdırma zamanı iddiaçıların iddia etdikləri torpaq sahəsi ilə sənəd üzrə mülkiyyətlərində olan torpaq sahəsinin yerləşmə mövqeyi və ölçüləri arasında uyğunsuzluq müəyyən olunmuşdur. Buna görə də müvafiq mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. İş materiallarında olan 10/2479 saylı, 22 oktyabr 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 02 iyun 2016-cı il tarixli Çıxarışa əsasən İddiaçı1, İddiaçı2 və İddiaçı3 mülkiyyətinə verilmiş və baxış zamanı iddiaçının istifadə etdiyi torpaq sahəsi kimi təqdim olunmuş Neftçala rayonu, Kürqarabucaq kəndində yerləşən 1,92 hektar torpaq sahəsinin faktiki vəziyyətdə 0,20 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Təkrar apellyasiya baxışı zamanı cavabdehin apellyasiya şikayətinin dəlilləri nəzərə alınaraq iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyində aşağıdakılar göstərilir:
1. Neftçala rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında Neftçala rayonunun Kür Qarabucaq kəndində yerləşən və iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi paylı mülkiyyətində olan 1,92 ha torpaq sahəsinə DTXK tərəfindən JN-65 saylı Dövlət Aktı verilmişdir. xx.xx.2016-cı ildə JN-65 saylı Dövlət Aktının əsasında DƏDRX tərəfindən ********** saylı Çıxarış verilmişdir. Neftçala rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında Neftçala rayonunun Kür Qarabucaq kəndində yerləşən Cavabdeh, X3, Dadaşova Hicran Mirhəsən qızının, X1 və X2 ümumi birgə mülkiyyətində olan 2,4 ha torpaq sahəsinə DTXK tərəfindən JN-66 saylı Dövlət Aktı verilmişdir. xx.xx.2016-cı ildə JN-66 saylı Dövlət Aktının əsasında DƏDRX tərəfindən ********** saylı Çıxarış verilmişdir. İddiaçıların və cavabdehin mülkiyyətində olan torpaq sahələrinin faktiki (naturada) və hüquqmüəyyənedici sənədlərə əsasən döngə nöqtələrinin koordinatları, coğrafi yerləşmə mövqeyi müəyyən edildi (yerquruluşu planı tərtib olunub).
2. Hazırda mövcud olan hüquqmüəyyənedici sənədlər ilkin torpaqayırma sənədlərinin əsasında alındığı üçün üst-üstə düşmür. Bu sualın cavabı birinci sualın cavabında öz əksini tapmışdır və rəyə əlavə edilmiş planda daha aydın görünür.
3. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 ümumi paylı mülkiyyətində olan 1,92 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədin (********** saylı Çıxarış) koordinatlarına və coğrafi yerləşmə mövqeyinə görə faktiki istifadə vəziyyətinə uyğun gəlmədiyi üçün Cavabdeh tərəfindən zəbt edilməsi qeyri-mümkündür.
4. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart 818 nömrəli təsdiq olunmuş Fərmanı ilə X9 X12 və Rəqəmsal xəritəsi tərtib olunmuşdur. Bu xəritəyə əsasən mübahisəli torpaq sahəsinin yerləşdiyi konturda iddiaçı və cavabdehin xüsusi mülkiyyətlərində olan JN-65/1,92 ha, JN-66/2,4 ha və JN-67/0,08 ha, JN-64 saylı digər xüsusi mülkiyyətə verilmiş pay torpaqlarının sərhədləri nöqsansız naturaya uyğun təyin edilmişdir. Yuxarıda adları göstərilən iddiaçılar və cavabdeh DƏDKR PHŞ-nin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etdikləri halda onların və ailə üzvlərinin xüsusi mülkiyyətlərində olan pay torpaqlarının sərhədləri naturada tanıdıla bilər və bu uzun sürən mübahisəyə son qoyular. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin verilməsinə görə 127 manat xidmət haqqı Cavabdeh tərəfindən ödənilmişdir. İş materiallarında olan 08 may 2023-cü il tarixli, 10/2698 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: 1-2. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-671/2023 saylı mütəxəssis rəyinə və mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında qeyd olunanlara əsasən Neftçala rayonunun Kür Qarabucaq kəndində yerləşən iddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi paylı mülkiyyətində olan 1,92 ha torpaq sahəsinin və Cavabdeh, Dadaşova Hicran Mirhəsən qızının, X1, X3 və X2 ümumi birgə mülkiyyətində olan 2,4 ha torpaq sahəsinin faktiki naturada və hüquqmüəyyənedici sənədlərə əsasən döngə nöqtələrinin koordinatları, coğrafi yerləşmə mövqeyi müəyyən edilmişdir. İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 ümumi paylı mülkiyyətində olan 1,92 ha torpaq sahəsi ilə Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan 2,4 ha torpaq sahəsinin hazırda mövcud olan hüquqmüəyyənedici sənədlərinin ilkin torpaqayırma sənədləri əsasında alındığı və hüquqmüəyyənedici sənədlər üzrə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə və mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planlarında qeyd olunanlara əsasən, İddiaçı3 ümumi paylı mülkiyyətində olan 1,92 ha torpaq sahəsinə aid hüquqmüəyyənedici sənədin (********** saylı Çıxarış) koordinatlarına və coğrafi yerləşmə mövqeyinə görə faktiki istifadə vəziyyətinə uyğun gəlmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli təsdiq olunmuş Fərmanı ilə X9 X12 və Rəqəmsal xəritəsi tərtib olunmuşdur. Bu xəritəyə əsasən mübahisəli torpaq sahəsinin yerləşdiyi naturada iddiaçı və cavabdehin xüsusi mülkiyyətində olan JN-65/1,92 ha, JN-66/2,4 ha və JN-67/0,08 ha, JN-64 saylı digər xüsusi mülkiyyətə verilmiş pay torpaqlarının sərhədləri nöqsansız naturaya uyğun təyin edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planında qeyd olunan tərəflərin faktiki istifadə etdikləri torpaq sahəsinin döngə nöqtəsinin koordinatları ilə X9 Uçotu İnformasiya (TEKUİS) xəritəsinə əsasən iddiaçı (ailə üzvləri ilə birgə) və cavabdehin (ailə üzvləri ilə birgə) xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu planında qeyd olunan koordinatlarını müqayisəli şəkildə tədqiq etdikdə, iddiaçı (ailə üzvləri ilə birgə) və cavabdehin (ailə üzvləri ilə birgə) xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin bir-birinə qonşu sahələr olmaqla bitişik ərazilər olduğu və hüquqmüəyyənedici sənədlər üzrə üst-üstə düşmədiyi müəyyən edilir.
3. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-671/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planında qeyd olunan tərəflərin faktiki istifadə etdikləri torpaq sahəsinin döngə nöqtəsinin koordinatları ilə X9 Uçotu İnformasiya (TEKUİS) xəritəsinə əsasən iddiaçı (ailə üzvləri ilə birgə) və cavabdehin (ailə üzvləri ilə birgə) xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu planında qeyd olunan koordinatlarını müqayisəli şəkildə tədqiq etdikdə, X9 Uçotu İnformasiya (TEKUİS) xəritəsinə əsasən iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1,92 ha torpaq sahəsinin 0,24 ha hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. 08 may 2023-cü il tarixli, 10/2698 saylı ekspert rəyinin verilməsinə görə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 saylı Qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçılar tələblərini onların mülkiyyətlərində olan 1,92 ha torpaq sahəsinin bir hissəsinin cavabdeh tərəfindən zəbt edilməsi ilə əsaslandırmışlar. Birinci instansiya məhkəməsi tərəfindən əldə edilmiş 10/2479 saylı, 22 oktyabr 2021-ci il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 02 iyun 2016-cı il tarixli Çıxarışa əsasən iddiaçıların mülkiyyətinə verilmiş və baxış zamanı onların istifadə etdiyi torpaq sahəsi kimi təqdim olunmuş Neftçala rayonu, Kürqarabucaq kəndində yerləşən 1,92 hektar torpaq sahəsinin faktiki vəziyyətdə 0,20 ha hissəsi cavabdeh tərəfindən istifadə edilir. Qeyd edilən rəyi nəzərə alan Neftçala Rayon Məhkəməsi 23 noyabr 2021-ci il tarixli qətnaməsində cavabdehin iddiaçılara məxsus 1,92 ha torpaq sahəsinin faktiki vəziyyətdə zəbt edilmiş məhz həmin 0,20 ha hissəsindən çıxarılmasını qət etmişdir. Cavabdeh isə məhkəmənin gəldiyi həmin nəticə ilə razılaşmamış, ekspert rəyində onun və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan torpaq sahəsinə dair sənədlərin nəzərə alınmadığını, özünün istifadə etdiyi torpaq sahəsinin qəsdən daha geniş göstərildiyini bildirmişdir. Cavabdehin apellyasiya şikayətinin qeyd edilən dəlilləri və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə 27 sentyabr 2022-ci il tarixli qərarında sadalananlar nəzərə alınaraq təkrar apellyasiya baxışı zamanı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi və 08 may 2023-cü il tarixli, 10/2698 saylı ekspert rəyi əldə olunmuşdur. Məhkəmə kollegiyası belə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə təqdim olunmuş mütəxəssis rəyi natamam olmaqla, mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planında qeyd olunan tərəflərin faktiki istifadə etdikləri torpaq sahəsinin döngə nöqtəsinin koordinatları ilə X9 Uçotu İnformasiya (TEKUİS) xəritəsinə əsasən iddiaçı (ailə üzvləri ilə birgə) və cavabdehin (ailə üzvləri ilə birgə) xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu planında qeyd olunan koordinatları müqayisəli şəkildə tədqiq edilməmişdir. Bununla yanaşı, 10/2698 saylı, 08 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli təsdiq olunmuş Fərmanı ilə X9 X12 və Rəqəmsal xəritəsi tərtib olunmuşdur. Bu xəritəyə əsasən mübahisəli torpaq sahəsinin yerləşdiyi naturada iddiaçı və cavabdehin xüsusi mülkiyyətində olan JN- 65/1,92 ha, JN-66/2,4 ha və JN-67/0,08 ha, JN-64 saylı digər xüsusi mülkiyyətə verilmiş pay torpaqlarının sərhədləri nöqsansız naturaya uyğun təyin edilmişdir. Mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planında qeyd olunan tərəflərin faktiki istifadə etdikləri torpaq sahəsinin döngə nöqtəsinin koordinatları ilə X9 Uçotu İnformasiya (TEKUİS) xəritəsinə əsasən iddiaçı (ailə üzvləri ilə birgə) və cavabdehin (ailə üzvləri ilə birgə) xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu planında qeyd olunan koordinatlarını müqayisəli şəkildə tədqiq etdikdə, iddiaçı (ailə üzvləri ilə birgə) və cavabdehin (ailə üzvləri ilə birgə) xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin bir-birinə qonşu sahələr olmaqla bitişik ərazilər olduğu və hüquqmüəyyənedici sənədlər üzrə üst-üstə düşmədiyi müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2-671/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planında qeyd olunan tərəflərin faktiki istifadə etdikləri torpaq sahəsinin döngə nöqtəsinin koordinatları ilə X9 Uçotu İnformasiya (TEKUİS) xəritəsinə əsasən iddiaçı (ailə üzvləri ilə birgə) və cavabdehin (ailə üzvləri ilə birgə) xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu planında qeyd olunan koordinatlarını müqayisəli şəkildə tədqiq etdikdə, X9 Uçotu İnformasiya (TEKUİS) xəritəsinə əsasən iddiaçı və ailə üzvlərinin xüsusi mülkiyyətində olan 1,92 ha torpaq sahəsinin 0,24 ha hissəsinin cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir. Məhkəmə kollegiyası həmin rəyi vermiş ekspertin mühəndislik sahəsində xüsusi biliklərinin olmasını, eləcə də, həmin nəticənin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-38/2- 671/2023 saylı mütəxəssis rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin yerquruluşu planında qeyd olunan tərəflərin faktiki istifadə etdikləri torpaq sahəsinin döngə nöqtəsinin koordinatları ilə X9 Uçotu İnformasiya (TEKUİS) xəritəsinə əsasən iddiaçı (ailə üzvləri ilə birgə) və cavabdehin (ailə üzvləri ilə birgə) xüsusi mülkiyyətinə verilmiş torpaq sahələrinin yerquruluşu planında qeyd olunan koordinatlarının müqayisəli şəkildə tədqiq edilməsinə əsaslandığını nəzərə alaraq, iddiaçıların ümumi paylı mülkiyyətlərində olan 1,92 hektar torpaq sahəsinin 0,24 hektar hissəsinin cavabdehin istifadəsində olmasına dair 10/2698 saylı, 08 may 2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilənləri işin hallarına uyğun sayır. Lakin bu zaman o da nəzərə alınmalıdır ki, Neftçala Rayon Məhkəməsi 23 noyabr 2021-ci il tarixli qətnaməsində cavabdehin iddiaçılara məxsus 1,92 ha torpaq sahəsinin 0,20 ha hissəsindən çıxarılmasını qət etmişdir. Hazırda isə həmin qətnamə cavabdehin apellyasiya şikayəti əsasında yoxlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini də nəzərə alan məhkəmə kollegiyası bildirir ki, 10/2698 saylı, 08 may 2023-cü il tarixli ekspert rəyi ilə iddiaçıların ümumi paylı mülkiyyətlərində olan 1,92 hektar torpaq sahəsinin 0,24 hektar hissəsinin cavabdeh tərəfindən istifadə olunduğu müəyyən edilsə də, nə qədər ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayəti əsasında yoxlanılır, qətnamə onun apellyasiya şikayətinə əsasən cavabdehin zərərinə ləğv oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. MM-in 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Bundan sonra TM-in) 84-cü maddəsinin 1-ci hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. TM-in 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. TM-in 111-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.5-ci maddəsinə əsasən, apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş 127 manat xidmət haqqı onun özünə aid edilməli, 10/2698 saylı, 08 may 2023-cü il tarixli ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 50 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 2(053)-210/2021 saylı, 23 noyabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. 10/2698 saylı, 08 may 2023-cü il tarixli ekspert rəyinin verilməsinə görə aparılmış tədqiqatın dəyəri olan 50 manat Cavabdeh tutularaq, X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesaba köçürülsün. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyinin verilməsinə görə Cavabdeh tərəfindən ödənilmiş 127 manat məbləğində xidmət haqqı onun özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, şikayət verilmədikdə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Samir Mayılov Hakimlər: Zaur Allahyarov Pərviz Əhmədov