Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(106)-1321/2024 29.07.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X4 Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, X3 və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı 800 manat dəyərində miras əmlakın bərpa edilməsi tələbinə dair mülki iş üzrə Neftçala Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli e-2(053)- 676/2024 saylı qərardadadından iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən mərhum anası X1 miras qalmış Neftçala şəhəri M.Ə.Sabir küçəsi ev 328 (yeni qaydalarla AZ 4704, Neftçala şəhəri X6 küçəsi 106) ünvanındakı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsində olan su çəninin 500 manat dəyərində və kalonkanın 300 manat dəyərində əvvəllki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(053)-676/2024 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçının nümayəndəsi vəkil Nümayəndə qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və mülki işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilir ki, mübahisələndirilən hal Cavabdeh Feyzula oğlu tərəfindən mərhum anası X1 miras qalmış Neftçala şəhəri M.Ə.Sabir küçəsi ev 328 (yeni qaydalarla AZ4704, Neftçala şəhəri X6 küçəsi 106) ünvanındakı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsində olan su çəninin 500 manat və kalonkanın 300 manat dəyərində əvvəlki vəziyyətinə qaytarılması barədə olduğuna görə müstəsna aidiyyət üzrə Neftçala Rayon Məhkəməsinə göndərilmişdir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(053)-676/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçının nümayəndəsi vəkil Nümayəndə şikayəti təmin edilməməli, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(053)-676/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Habelə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsindən görünür ki, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - xüsusi nümunəli vəsiqə, Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar və Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində - qaçqın vəsiqəsi. Həmin maddənin tələbinə əsasən şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Qeyd edilməlidir ki, MPM-in 39.1-ci maddəsinə görə daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Göründüyü kimi, müstəsna aidiyyətlə bağlı halların dairəsi qanunvericilikdə dəqiq müəyyən edilmiş və hazırkı tələb həmin halları əhatə etmir. İddia ərizəsi ərazi aidiyyətinə əməl edilməməklə Nefçala Rayon Məhkəməsinə verilmiş və hazırda işin ərazi aidiyyəti üzrə Nefçala Rayon Məhkəməsində baxılması üçün heç br hüquqi əsas yoxdur. Belə ki, işdən görünür ki, Cavabdeh Bakı şəhəri Yasamal rayonu ərazisində qeydiyyatdadır. Diqqətə çatdırılmalıdır ki, MPM-in 40.1-ci maddəsinə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Ona görə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Neftçala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(053)-676/2024 saylı qərardadından iddiaçının nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə və bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. MPM-in 400-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh olunanlara əsasən və MPM-in 128, 130, 135, 135, 360, 366, 368 və 402-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli e-2(053)-676/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(106)-1321/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(106)-1321/2024
29.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver